Məhkəmə qərarları › İş №2(102)-2520/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2520/2023

24.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2520/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X2, X1 və İddiaçı8 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X2, X1 və İddiaçı8 (bundan sonra – iddiaçılar) Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-435/2023 nömrəli iş üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsindən birgə kassasiya şikayəti v ermişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 405.0.1-ci maddəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddət, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müəyyən edilmişdir. Həmin normanın tələbinə əsasən şikayət vermə müddətinin axımı qərardadın “rəsmi qaydada verildiyi” gündən başlandığına görə, müddətin axımını hesablamaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-nin 135.5-ci maddəsində ve rilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində göstərilən hər hansı bir qaydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş sayılır. MPM-nin 135.1-ci maddəsinin məzmununda qeyd edilir ki, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Hazırki işin materiallarından isə görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2(104)- 435/2023 saylı qətnaməsi işdə iştirak edən şəxslərə 27 yanvar 2023-cü il tarixli müşayiət məktubu ilə göndərilmişdir. Məktubların poçt orqanına təhvil verilməsini təsdiq edən sənəd kimi isə 19 yanvar 2023-cü il tarixli reyestr işə əlavə edilmiş, lakin qətnamənin rəsmi qaydada işdə iştirak edən şəxslərə çatdırılmasını (əldə etməsini) təsdiq edən hər hansı sənəd işə əlavə edilməmişdir. Bununla da qətnamədən kassasiya şikayətinin verilməsi üçün 2 aylıq prosessual müddətin başlanğıcının hansı tarixdən hesablanmalı olması məsələsi qeyri-müəyyən olaraq qalmış, iddiaçılar isə kassasiya şikayətini 2 aylıq müddət daxilində deyil (yuxarıda qeyd edilən tarixlərdən hesablanmaqla), 12 aprel 2023-cü il tarixdə poçt orqanına təhvil vermişlər. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, tərtib edilmiş k assasiya şikayətində kassator qismində işdə iştirak edən iddiaçıların hamısının adı qeyd edilsə də, şikayətə əlavə edilmiş vəkil orderi yalnız İddiaçı7 adına verilmişdir. MPM-in 408.1.3-cü və 408.1.4-cü maddələrinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunan prosessual pozuntulara baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Nəzərə alınmalıdır ki, apelly asiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Məhkəmə ko llegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 408 və 411- ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçıların Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-435/2023 nömrəli iş üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və kassasiya şikayəti geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar