Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2525/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, işəgötürənin işçiyə vurduğu mənəvi ziyanın ödənilməsi, əmək haqqının tutulması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq P roblemləri üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdehnə qarşı “əmək haqqı fərqinin ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1692/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 1 oktyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC-nin X1 Ümumi Yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə X5 xx.xx.2022-ci il tarixdən etibarən MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir.
2. X7 Leylaya xx.xx.2023-cü il tarixdə “Hər zaman gözəlsən, hətta xəstə olanda belə”; xx.xx.2023-cü il tarixdə “Bəs sənə kompli mentlər deyə bilərəm? Bəzən, həqiqətən də, demək istəyirəm ki, əla görünürsən”; xx.xx.2023-cü il tarixdə “Və yeri gəlmişkən, heç vaxt fikir verməmişdim, çox zərif və gözəl dabanın var. Mən heç bir qüsur görmürəm.”; xx.xx.2023-cü il tarixdə “Bilirsən ki, səni nə qədər sevirəm?!” məzmununda mesajlar yazmışdır (mesajlar rus dilində yazılmış, tərcümələri iş materiallarına əlavə edilmişdir).
3. Rüfət Əzizov tərəfindən ona yazılmış intim məzmunlu mesajlarla bağlı İddiaçı xx.xx.2023-cü il tarixdə Tatyana Shemetova adlı, xx.xx.2023-cü il tarixdə Maksim Karamyshev, Dmitri Shteinberg adlı şəxslərə və bir sıra digər şəxslərə elektron poçt vasitəsilə müraciət edərək, tədbir görülməsini xahiş etmişdir (elektron məktubun rus dilindən tərcüməsi iş materiallarına əlavə edilmişdir).
4. Dmitri Shteinberg ad lı şəxs tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubun tərcüməsindən görünür ki, həmkarı tərəfindən korporativ etikanın sistematik pozulması nəticəsində yaranan emosional vəziyyətə baxmayaraq, iş öhdəliklərini yerinə yetirməyə davam etdiyi, bu vəziyyətdə etdiyi müraciət və göstərdiyi səbrə görə ona təşəkkür edilmiş, müraciəti diqqətlə, messencerlərdən təqdim olunan yazışmalar kollektiv şəkildə araşdırılmışdır. Onunla Rüfət arasındakı vəziyyətin mürəkkəb olduğunu başa düşdüyünü, bunu nəzərə aldıqlarını, bu səpkidə ünsiyyətin etika hüdudlarından kənara çıxdığını, bunu qətiyyən qəbul etmədiklərini, korporativ etikanın və işçilərin rahatlığının prioritetləri olduğunu xüsusilə vurğulamış, həmin gün Rüfətlə izahlı bir söhbət aparıldığını, onun davranışının yersiz olduğ unu və bir daha təkrarlanmayacağını başa düşdüyünü və peşman olduğunu bildirdiyini, Ə.Leylanın və Ə.Rüfətin təqdim etdikləri işçilər arasında işgüzar ünsiyyətdən kənara çıxan və qəbuledilməz olan yazışmaları araşdırdıqlarını, mövcud vəziyyəti nəzərə alaraq, aşağıdakı addımları atdıqlarını bildirmişdir: “1.Rüfətə korporativ etikanın pozulması və həmkarlarla hörmətli ünsiyyət qurmağın zəruriliyi barədə rəsmi olaraq xəbərdarlıq ediləcək (Maxim, xahiş edirəm, HR ilə müzakirə edilsin). Bu cür vəziyyətlərin təkrarlanacağı təqdirdə, işdən çıxarılmaya qədər olan nəticələr ona aydın şəkildə təqdim edilmişdir.
2. İşçilərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi məqsədilə onlar ofisin açıq sahələrində və mühasibat kabinetində videokameraların quraşdırılmasına qərar vermişdir. Bu, peşəkar iş mühitinin qorunmasına kömək edən əlavə bir nəzarət vasitəsidir (Sərəncam artıq tərtib edilmiş, növbəti həftənin sonuna qədər icra ediləcəkdir).
3. Leylanın rahatlığı və təhlükəsizliyi üçün onunla Rüfət arasındakı əlaqə ünsiyyətinə nəzarət etmək üçün Andrey Melnikov nəzarət xidməti tərəfindən telefon danışıqları qeydləri ilə poçt və “Teams” vasitəsilə aparılacaqdır.
4. Leyla, şirkətin inkişafına, mühasibat uçotunda nizam və şəffaflığın qurulmasına verdiyiniz töhfəni qiymətləndiririk! Emosional vəziyyətin iş axınına təsir göstərə biləcəyini başa düşürük və dəyərli bir işçi olduğunuz üçün, özünüzü rahat hiss etməyiniz və vəzifələrini uğurla yerinə yetirməyiniz üçün Sizə dəstək olmağa hazırıq. Tatyana Shemetova ilə tələb olunan məzuniyyəti razılaşdırmanızı, bir də hazırda departamentinizin bö yük bir iş yükü olduğu üçün sabit işə təsir etməməsi məqsədilə maliyyə əməliyyatlarının aparılması üçün əlaqədə qalmanızı xahiş edirəm (bugünki telefon danışığında müzakirə etdik).
5. Müraciətinizə uyğun olaraq, Maxim Karamyshev, Sizdən Rüfətə müqavilə müddəti bitənə qədər sınaq müddəti ilə xəbərdarlıq etmənizi xahiş edirəm”. Gördükləri tədbirlərin Ə. Leyla və bütün işçilər üçün təhlükəsiz və peşəkar bir iş şəraitinin yaradılmasına kömək edəcəyinə və bu hadisənin tamamilə həll ediləcəyinə ümid etdiyini əlavə etmişdir.
5. Veronika Koroleva adlı şəxs tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubun tərcüməsinə əsasən Dmitrinin məktubunda qeyd olunanların davamı olaraq həmin gün şirkət rəhbərləri adından (Maksim və Dmitrinin iştirakı ilə) Rüfətlə korporativ etika no rmalarının pozulması və bu cür halların qəti şəkildə qarşısının alınması barədə rəsmi əlaqə qurulmuş, həmçinin, işgüzar münasibətlərin icazə verilən sərhədləri pozulduğu təqdirdə, işdən çıxarılmaya qədər olan nəticələrlə bağlı. Eyni zamanda, həmkarlar digər şərtlər üzrə işlərini davam etdirirlər. Sonda İddiaçı şirkət tərəfindən görülən və onunla əvvəlcədən müzakirə olunan tədbirlərin şirkət rəhbərlərinin gələcək qarşılıqlı fəaliyyətə nəzarət edəcəyi şərtilə vəziyyətin nizamlanması üçün kifayət olduğunu təsdiqləməsini xahiş etmişdir.
6. Boris adlı şəxs tərəfindən İddiaçı ünvanlanmış mesajlara əsasən, o, öz rəhbərliyinə hesabatda bu məsələdə nalayiq hərəkətlərə yol verildiyini yazacağını, lakin skrinlərdə olan “belə gözəlsən”, “qara don” və kirpiklər haqqında hansısa hadisəni anlamadığını, b unları anlamasa da, qəribə olsa da, eyib etməz, bu vaxt kəsiyində və onlarda olan skrinşotlarla 7 dəfə rəhbərin öz əməkdaşına yazdığını, bunun vacib hədd olduğunu, bu faktın təsdiqləndiyini, cari an üçün gördüklərindən və sübutlardan bunun 100 faiz “workplace harassment” – insanın öz statusundan istifadə edərək nəyəsə hansısa şəkildə təsir etməyə çalışması olduğunu bildirmişdir (yazışmaların rus dilindən tərcümələri iş materiallarına əlavə edilmişdir).
7. İddiaçı xx.xx.2024-cü il tarixdə Tatyana Shemetova və digərlərinə elektron poçt vasitəsilə müraciət edərək, alınmış qərara və 6 aydır onlayn ünsiyyətlə davam etmələrinə baxmayaraq, Əzizov Rüfətin hazırda onunla şəxsən ünsiyyət tələb etməsi, əks halda, işdən çıxarılacağı ilə hədələnməsi barədə məlumat vermişdir (rus dilindən tərcümə edilər ək, iş materiallarına əlavə edilmişdir).
8. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, K17 nömrəli əmri ilə baş mühasib vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2. “b” bəndinə - əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən həmin tarixdən xitam verilmiş, istifadə edilməmiş 27 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi müvafiq şöbəyə həvalə edilmişdir.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən X4 Xidməti Bakı şəhər İdarəsinə təqdim olunmuş məktubda və inzibati xəta haqqında protokolun müzakirəsi zamanı vəzifəli şəxsin nümayənd əsi tərəfindən bildirilmiş məlumatda İddiaçı ilə Cavabdeh MMC-nin işəgötürəni arasında xx.xx.2022-ci il tarixində müddətli bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində əmək müqaviləsinin müddətinin qurtarması səbəbilə xitam verən zaman sözügedən əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinə xx.xx.2023-cü il tarixində işçi ilə işəgötürən arasında hər hansı bir yazılı və ya şifahi razılaşma olmadan İddiaçı tərəfindən ona həvalə olunmuş vəzifədən sui-istifadə edilərək, “Əmək və Məşğulluq” altsistemində dəyişiklik edildiyi və müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə keçirildiyi, lakin əmək müqaviləsinə olunmuş sonuncu dəyişikliklə bağlı işəgötürənlə qarşılıqlı razılıq olmadığı üçün xx.xx.2022-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2 024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi qeyd olunmuşdur. Əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisələrinin predmeti hesab edilir və fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən və İddiaçı tərəfindən araşdırmaya təqdim edilmiş əmək haqqı bank hesabından çıxarışdan onun əmək haqqısının və istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyasının onun əmək müqaviləsində nəzərdə tutulmuş və aylıq hesablanmış əmək haqqına uyğun olaraq hesablandığı, lakin ödənilməsində Azərbaycan Respublikası Əmə k Məcəlləsinin 83-cü maddəsinin ikinci hissəsinin (işəgötürən son haqq-hesabı sonuncu iş günü işçiyə verilməlidir) tələbinin pozularaq xx.xx.2024-cü il tarixində ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən Cavabdeh MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025ci il tarixənədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanla nmış xx.xx.2024-cü il tarixli məktuba əsasən Cavabdeh MMC-nin müraciətində qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğuna görə, müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdeh işəgötürən Cavabdeh MMC tərəfindən işdən azad olunanda ödənilməli olan 12.866,87 manat pulun, iş yerində seksual qısnamaya görə 35.000 manat mənəvi zərərin, 60 manat mediasiya haqqının, 185 manat məhkəmə rüsumunun və 320 manat vəkil xidməti haqqının, cəmi 48431,87 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin Bakı nümayəndəliyinə baş mühasib vəzifəsinə işə düzəlmişdir. Cavabdeh MMCnin təsisçisi Böyük Britaniyada baş ofisi olan “Noventiq Holdings PLC” şirkətidir. Azərbaycanda təsisçi kimi Kipr Respublikasında “Softline Holdings PLC” şirkəti qeyd olunmuşdur. İddiaçı işə qəbul edildikdən bir ay sonra, yəni xx.xx.2022-ci ildə şirkətin direktoru vəzifəsinə X5 təyin edilmiş və həmin gündən o, iddiaçıya qarşı düzgün davranmamış, qısnama başlamışdır. İddiaçı bütün vasitələrlə bu hərəkətlərə son qoymağa çalışsa da, buna nail ola bilməmiş, məcbur qalaraq xaricdə yerləşən baş ofisə müraciət etmişdir. O, əlində olan mesajları, e-mail yazışmalarını baş ofisə təqdim etdikdən sonra araşdırma aparılmış, iddiaçı ilə görüntülü danışıqda rəhbərliyin nümayəndəs i qısnama faktının mövcudluğunu təsdiq etmiş, üzrxahlığını bildirmiş və gələcəkdə bu kimi hallara yol verilməyəcəyinə dair söz vermişdir. Lakin iddiaçı reallıqda daha da ciddi problemlərlə rastlaşmışdır, artıq Əzizov Rüfət ona qarşı qarayaxma kampaniyasına başlamış, belə ki, bütün işçilərə iddiaçı ilə danışmaq qadağan edilmiş, onlara iddiaçının əleyhinə danışmaq, guya işdə pozuntulara yol verdiyini demələri tapşırılmışdır. İddiaçı ailəli olduğuna baxmayaraq, Əzizov Rüfət onun barəsində iş yerində olan müxtəlif əməkdaşlar ilə münasibətdə olduğu barədə şayiələr yaymış, hətta həyat yoldaşının iddiaçını işə aparıbgətirməsini belə həzm edə bilməmiş və buna belə qarışmışdır. İddiaçının əmək müqaviləsinə elektron sistemdə müdaxilə edilmiş və belə təqdim edilmişdir ki, guya iddiaçı saxtakarlıq etm işdir. Əzizov Rüfətin imzası ilə Nəsimi rayon Prokurorluğuna şikayət göndərilmişdir. İddiaçı müxtəlif sənədlərə qol çəkməyə məcbur edilmiş və imza etdiyi halda, ona şikayətin prokurorluqdan geri götürülməsi bildirilmişdir. Sənədlərin məzmunu isə qısaca olaraq iddiaçının təsisçilərə yazdığı “mail”lər hamısı uydurmadır, həqiqəti əks etdirmir və guya Əzizov Rüfət tərəfindən ona qarşı qısnama olmamışdır. İddiaçı açıq-aşkar şantaj olunsa da, bu təxribatlara getməmiş və Nəsimi rayon prokurorluğu tərəfindən araşdırmanın sona qədər aparılmasını tələb etmişdir. Əlbəttə ki, iddiaçı barəsində araşdırma aparıldıqda ərizədəki R.Əzizov tərəfindən təqdim olunan faktlar öz əksini tapmamşdır. İddiaçının baş ofisə şikayətlərinin ardı kəsilməmiş, o, özünü müdirdən müdafiə etməkdən ötrü şikayətlər yazaraq qan unsuz hərəkətlərə son qoyulmasını tələb etmişdir. Şifahi olaraq iddiaçıya bildirilmişdir ki, qısnama faktı təsdiqini tapmış və tədbirlər görüləcəkdir. Baş ofisin kadrlar şöbəsinin işçisi Roberto, məxfilik siyasəti çərçivəsində X2 yazılan töhmətin bir hissəsini də iddiaçıya göstərmişdir. Lakin görünən odur ki, faktiki olaraq X5 barəsində tədbir görülməsi əvəzinə, iddiaçıya qarşı qarayaxma kampaniyası davam etmişdir. Sonda iddiaçının işində heç bir qüsur olmadığı halda, əmək müqaviləsi bitdiyindən, onunla bağlanmış müqavilənin müddəti uzadılmamışdır. Əmək müqaviləsinin uzadılması qarşılığında isə müdir verilən vəzifə və səlahiyyətlərindən sui-istifadə edib, canlı ünsiyyətə girmə, iddiaçı ilə otağında təkbaşına qalma və iş proseslərini müzakirə etmək bəhanəsini irəli sürmüşdür. Baxmayaraq k i, 02 may 2024-cü il tarixində “Teams” üzərindən baş tutan zəngdə Əzizov Rüfət etiraf etmişdir ki, 6 ay ərzində tətbiq olunan iş formatı onu tam qane edir və canlı ünsiyyətə ehtiyac yoxdur. xx.xx.2023-cü il tarixində təsisçilərin qərarına əsasən, Əzizov Rüfət iddiaçı ilə canlı ünsiyyətə girə bilməzdi və bütün yazışmalar yalnız e-mail və şirkət proqramları üzərindən olmalı idi. Lakin xx.xx.2024-cü il tarixində olan şantaj zəngindən sonra, iddiaçı yenidən təsisçilərə şikayət yazmaq qərarına gəlmiş, xx.xx.2024-cü il tarixində (həftənin beşinci günü) təsisçilərə yazılan şikayət “email”indən sonra 6 may tarixində (həftənin birinci günü) Əzizov Rüfət vəkili ilə iddiaçıya iş yerində hücum etmiş, ona aid olan şəxsi əşyalara əl qoyub və saxtakarlıq yolu ilə bütün əməkdaşların qarşısında ittiham edi b işgüzar nüfuzuna xələl gətirmiş, əməkdaşların qarşısında iddiaçıya saxtakar deyib, tutduracaqları ilə bağlı hədələmiş, iddiaçının şərəf və ləyaqəti yerlə bir olmuşdur. 06 may 2024-cü il tarixində iddiaçının yaşadığı stress və həyəcan onun sağlamlığına da ciddi ziyan vurmuş və bu hadisələrin nəticəsində o, əsəb gərginliyi keçirərək təcili yardıma müraciət etmiş, dəfələrlə panik ataklara məruz qalmışdır, hazırda müalicə alır. Bununla yanaşı, hesablaşmada bilərək səhvə yol verilmiş, müdiri məzuniyyət və ezamiyyət vaxtları əvəz etdiyi saatlara görə iddiaçıya pul yazılmamışdır. Belə, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023xx.xx.2023 xx.xx.2024-xx.xx.2024 tarixlərində, cəmi 16 gün ezamiyyət zamanı, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023 -xx.xx.2023, xx.xx.2023xx.xx.2023, xx.xx.2024-xx.xx.2024 tarixlərində, cəmi 29 gün məzuniyyət zamanı müdiri əvəz edilməsi günləridir. Bu günlərə görə işdən azad olunduqda ididaçıya ödənilməyən məbləğ 12,866.87 manat təşkil edir. Əzizov Rüfət əvəz etmə ilə bağlı vəsaitləri heç bir zaman ödəmək niyyətində olmamışdır. Lakin Cavabdeh MMC-nin işçiləri qarşılıqlı surətdə əlaqəli şəxslər olduqları üçün baş verən haqsızlıqlar önündə hər zaman susmaq məcburiyyətində qalmışlar. Birmənalı olaraq göstərmək olar ki, işəgötürən hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası və beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Gender məsələsi bu gün bütün dünya üçün prioritet təşkil edir. Qlobal gender problemlərindən biri iş yerlərində qadınlara qarşı cinsi qısnamadır (harassment). Azər baycan kimi mentalitet və stereotiplərin güclü olduğu bir ölkədə bu tip həssas mövzular haqqında adətən danışılmır və susmağa üstünlük verilir. Lakin iddiaçı susmaq istəməmiş, bu səbəbdən də işindən məhrum olunmuş, stress yaşamış, mənəvi işgəncələrə məruz qalmışdır. İddiaçı çəkdiyi mənəvi iztirablara görə 35000 (otuz beş min) manat mənəvi zərər tələb etməyə haqlıdır.
13. Cavabdeh MMC (vəkili-nümayəndəsi Nümayəndə2) etiraz göndərərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində tələbin əsasını təşkil edən hallar əsaslandırılmamaqla yanaşı, iddiaçının şəxsi mülahizələrindən ibarətdir. Çünki iddiaçı tərəfin tələbinin əsası kimi istinad etdiyi hallar təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmır. Digər tərəfdən idd iaçının sübut olaraq təqdim etdiyi sənədlər (mesajlardan çıxarışlar) yalnız onun öz istəyinə uyğun hazırladığı və öz məqsədinə çatmaq üçün istifadə etmək qərarına gəldiyi qəbul edilməz dəlillərdir. Yəni gətirilən dəlillər birtərəfliliyi əks etdirməklə, real həqiqətdən tamamilə kənardır. İlk növbədə tələbin “cavabdeh işəgötürən tərəfindən işdən azad olunanda ödənilməli olan 12866,87 manat pulun tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd olunmuşdur ki, tələb bu hissədə tamamilə əsassızdır. İddiaçı 02.03-05.03, 13.03-18.03, 18.05-22.05, 26.07-xx.xx.2023-cü, 25.01-xx.xx.2024-cü il tarixlərdə 16 gün ezamiyyət, həmçinin 18.04-25.04, 01.07-14.07, 24.08-27.08, 02.11xx.xx.2023-cü, 27.03-xx.xx.2024-cü il tarixlərdə cəmi 29 gün məzuniyyət zamanı müdiri əvəz etdiyini qeyd etsə də, buna dair məhkəməyə hər hansı bir mötəbər sənəd və ya sübut təqdim etməmişdir. Əksinə, həmin dövrlərdə şirkətin direktoru müvafiq sənədlərin imzalanmasında birbaşa özü iştirak etmişdir. Digər tərəfdən MMC-nin nizamnaməsinə əsasən səlahiyyətlərin ötürülməsi hüququ ilə təqdim olunan səlahiyyətlər çərçivəsində baş etibarnamələrin verilməsi barədə qərar qəbul etmək yalnız cəmiyyət təsisçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Deməli, müdir vəzifəsinin səlahiyyətlərinin icra edilməsi üçün cəmiyyət təsisçilərinin ümumi yığıncağının qərarı olmalıdır ki, belə bir qərar olmamışdır. Ona görə də iddiaçı müdirin vəzifəsini icra edə bilməzdi. Bu səbəbdən də tələb bu hissədə hər hansı bir mötəbər sübutla təsdiq edilmədiyindən təmin edilə bilməz. Bundan əlavə, müəssisənin baş mühasibi olmuş İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Bu səbəbdən onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi üçün hazırlıq işləri aparılarkən aşkar olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə hər hansı bir yazılı və ya şifahi razılaşma olmadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sistemində - “ƏMAS” İddiaçı əmək müqaviləsi bildirişi müddətsiz əmək müqaviləsi kimi dəyişdirilmişdir. Buna baxmayaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı ilə xx.xx.2022-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə 31 may 2024-cü il tarixdə xitam verilmişdir və ona son haqq-hesab tam şəkildə ödənilmişdir. Eyni zamanda, İddiaçı qanunsuz əməlləri barədə MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Pro kurorluğuna müraciət edilmiş və iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi aşkara çıxarılmışdır. Bundan başqa, iddia tələbinin “iş yerində seksual qısnamaya görə 35000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd olunmuşdur ki, müəssisədə iddiaçıya qarşı belə bir hala ümumiyyətlə yol verilməmişdir. Bu hal cavabdeh müəssisənin tabe olduğu baş ofis tərəfindən araşdırılmış və iddiaçının iş yerində seksual qısnamaya məruz qalmadığı öz təsdiqini tapmışdır. Qanunla seksual qısnama – əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqs ız davranış hesab edilir. İddiaçı bu sadalanan əməllərdən hər hansı birinə məruz qalmamışdır. Digər tərəfdən müəssisənin direktoru ilə İddiaçı arasında yazışmalar zamanı onların bir-birinə qarşı dost yanaşmasında olduğu aşkar edilir. Hərçənd, iddiaçı bu yazışmaları təhrif etməklə, məhkəməyə sübut kimi təqdim etsə də, həqiqətdə o, ona yazılan dostyana mesajlara laqeyd qalmamış, adekvat cavablar vermiş, mesajlarda ona deyilən xoş sözlərə görə öz narazılığını bu və ya digər formada bildirməmişdir. Hətta, iddiaçı öz sərbəst iradəsi ilə yazdığı ərizəsində belə ona münasibətdə qeyd olunan halın (seksual qısnamanın) baş vermədiyini, dediklərinin uydurma olduğunu bir daha təsdiqləmişdir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyr i-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Hazırda İddiaçı cavabdehin hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi barədə məhkəməyə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçının hazırkı hərəkətləri ilə nail olmağa çalışdığı cavabdehin direktorunun işgüzar nüfuzuna ləkə gətirmək və əsassız qazanc əldə etməkdir.
14. İddiaçı tərəfin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, 2022-ci ildən cavabdeh MMC-də işləməyə başlamışdır. X5 tərəfindən iddiaçıya edilən bütün hərəkətlərin birbaşa şahididir. Əzizov Rüfət işdə olmayanda onu iddiaçı əvəz etmişdir. Lakin iddiaçı işdən azad ediləndən s onra Qasımova Nurlan əvəz etmə ilə bağlı əmrləri məcburi qaydada imzalamışdır.
15. Cavabdeh tərəfin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, 1 aprel tarixindən cavabdeh MMC-də işləyir. Əzizov Rüfətlə iddiaçı arasında problemlər olduğunu hiss etməmiş, iddiaçının işdən azad edilmə səbəbini bilməmişdir. Sadəcə iddiaçının ondan tələb olunan vaxtda kompüteri verməməsinin, bu zaman Əzizov Rüfətin həmin otaqda olmadığının, çöldə gözlədiyinin, iddiaçıya heç kim tərəfindən hücum edilmədiyinin şahidi olmuşdur.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4448/2024 nömrəli, 23 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən edilərək, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pulun, ödənilmiş mediasiya xərcin in 10 (on) manat, dövlət rüsumunun 20 (iyirmi) manat və hüquqi xidmət xərcinin 150 (bir yüz əlli) manat hissəsinin Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi, məhkəmə xərclərinin qalan hissəsinin İddiaçı aid edilməsi qət edilmişdir (hakim Günay Abidova).
17. Məhkəmə iddianın təmin edilməyən hissədə, yəni, iddia tələbinin “cavabdeh MMC-nin direktoru məzuniyyətdə və ezam olunduğu günlərdə onu əvəz etdiyinə görə işdən azad olunanda ödənilməli olan 12.866,87 manat əmək haqqı fərqinin ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, iş iştirakçıları öz tələb və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etmək vəzifəsi daşısalar da, iddiaçı tələbinin bu hissəsi ilə bağlı sübutetmə vəzifəsini icra etməmiş, MMCnin direktoru məzuniy yətdə və ezam olunduğu günlərdə onu əvəz etməsini təsdiq edən heç bir mötəbər sübutu (ümumi yığıncağın qərarı, əmr və s.) məhkəməyə təqdim etməmişdir. İddiaçı bu tələbini yalnız yazılı qaydada tərtib edilmiş, üzərində heç bir imza və möhür olmayan əmrlə, əmək haqqı fərqinin hesablanması ilə bağlı cədvəl şəklində tərtib edilmiş, heç bir imza və möhürlə təsdiqlənməyən sənədlə və şahid ifadəsi ilə əsaslandırsa da, həmin sənədlər heç bir hüquqi qüvvəyə malik olmadığından, mötəbər sübut sayılmır. Şahidin verdiyi ifadədə bu faktı təsdiqləməsi də, vaxtikən iddiaçının köməkçisi kimi işlədiyi nəzərə alınsa, məhkəmə tərəfindən mötəbər və faktı təsdiq edən əsaslı sübut kimi qəbul edilmir.
18. İddiaçının iddia etdiyi bəzi tarixlərdə direktorun ölkə xaricində olması ilə bağlı müvafiq orqandan əldə edil miş məlumatlar, habelə cavabdeh MMC tərəfindən təqdim edilmiş müvafiq əmrlər direktorun müvafiq tarixlərdə məzuniyyətdə və ezam olunduğunu təsdiq etsə də, bu hal həmin günlərdə iddiaçının onu əvəz etdiyi nəticəsinə gəlməyə əsas vermir. Çünki mülki prosessual qanunvericiliyin tələbinə görə, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırkı halda isə bu sübutetmə vasitəsi müvafiq qaydada rəsmiləşdirilmiş qərar, əmr və ya başqa adda olan mötəbər rəsmi sənəd olmalı idi. Lakin göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə belə bir sübut təqdim edilməmişdir. 19. “İddiaçının məruz qaldığı seksual qısnamaya görə 35.000 manat mənəvi zərərin ödənilməsi” tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdeh MMC-də baş mühasib vəzifəsində işləyən iddiaçının MMC-nin direktoru Əzizov Rüfət tərəfindən seksual qısnamaya məruz qalması faktı direktor tərəfindən ona həm yazıldığı, həm də şifahi ünsiyyət zamanı deyildiyi mübahisələndirilməyən söz və ifadələrdə öz təzahürünü tapmışdır. Cavabdeh tərəfin məhkəmə araşdırmaları dövründə bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, Əzizov Rüfət tərəfindən iddiaçıya deyilmiş “boşalmanın iki mənasının olması” (bu sözün deyildiyi cavabdeh tərəfindən inkar edilmir) və “iddiaçının gözəl dabanının olması” barədə mesajlar başqa mənada - məhz direktorun övladının qarın ağrısı və dabanla bağlı problemi olmuşdur deyə, həmçinin, rusdilli olduğu üçün; digər kompliment məzmunlu mesajlar isə iddiaçıdan qarşılıq gördüyünə görə, habelə ona motivasiya və mükafatlandırma olsun deyə yazılmışdır. Lakin mə hkəmə hesab edir ki, işçinin buna münasibəti necə olursa-olsun, Əzizov Rüfət bir rəhbər vəzifəli şəxs olaraq, tabeçiliyində olan qadın işçiyə qeyd olunan məzmunda mesajlar yazmaqda haqlı hesab oluna bilməz. Çünki əmək müqaviləsinə xitam vermək səlahiyyətinə malik bir rəhbər kişinin qadın işçisinə yazdığı kompliment xarakterli mesajlara qadın işçi, təbii ki, əvvəlcə təşəkkürlə cavab verəcəkdi. Əks halda, birinci belə (“bu gün gözəlsən” məzmunlu) mesaja qarşılıq olaraq sərt reaksiya vermək qadın işçini haqsız vəziyyətə salmış olacaqdı. Bu hal mütəmadi xarakter daşımağa başladıqdan sonra iddiaçı narazılığını bildirsə də (iş materiallarında iddiaçı tərəfindən yazılmış “belə mövzuda arvadınla danış” məzmununda mesaj var), belə halın 7 dəfə təkrarlanması faktı təsisçi şirkət tərəfindən təsdiq ed ilmişdir.
20. Cavabdeh tərəf iddiaçının təqdim etdiyi yazışmaların və videoyazıların sübut kimi qəbul edilməsinin yolverilməzliyini mübahisələndirsə də, məhkəmə iddiaçının təqdim etdiyi sənədləri ona görə mötəbər sübut qismində qəbul etmişdir ki, birincisi, həmin yazışmalar və videoyazılardakı faktların həqiqiliyi cavabdeh tərəfindən verilmiş izahatlarla da öz təsdiqini tapmışdır. Yəni bu hallar cavabdeh tərəfindən inkar edilmir, sadəcə sübutların yolverilməzliyi mübahisləndirilir. Məhkəmə qeyd etmişdir ki, şəxslər arasındakı yazışmaların, hazırkı məsələ ilə bağlı şirkətdə keçirilmiş iclas videosunun bu söhbətdə iştirak edən (tərəf müqabili olan) biri tərəfindən saxlanması və mübahisə halında onlardan məhkəmədə sübut kimi istifadə olunması müvafiq şərtlər daxilində mümkündür. Belə ki, ya zışmalardan sübut kimi istifadənin yolverilməzliyi, əslində şəxsi həyatın gizliliyini qorumaq ehtiyacından irəli gələn bir qaydadır. Bu qayda, əsas etibarı ilə şəxsi həyata müdaxilə edilməklə, sirr təşkil edən məlumatların başqaları tərəfindən qanunsuz şəkildə ələ keçirilməsinin və istifadəsinin qarşısının alınmasına xidmət edir. Qeydə alınan məlumatlar, yazışmada, habelə iclasda çıxış edən digər tərəflərin şəxsi həyatının gizli bir sahəsi olmayıb, bu yazışmanı saxlayan, danışıqları qeydə alan biri ilə mübahisəli münasibətləri barədə ifadə etdiyi fikirlərdirsə, həmin bəyanların sonradan təkzib olunacağı ehtimalı ilə yazılması və saxlanması özü-özlüyündə qanunsuz hərəkət hesab edilə bilməz. Çünki, bu halda şəxs başqasını gizli şəkildə dinləmiş və ya onun sirr xarakterli danışıqlarını yazmaq la, yazılarını saxlamaqla şəxsi həyatı haqqında məlumat toplamış sayılmır. Bu zaman yazışmanın qarşı tərəfi bu mesajları saxlamaqla özünü sığortalamış, səsi yazıya alan, məhz özü ilə əlaqəli olan bir hadisədə qarşı tərəfin şifahi şəkildə ona etdiyi etirafı və ya digər bəyanı fiksə etmiş olur. Söhbətin bir tərəfi də elə yazışan, videoyazını aparan şəxs olduğu üçün o, həm də mübahisəli məsələ ilə bağlı öz şəxsi həyatına dair bir məqamı qeydə almış sayılır. Bu baxımdan şəxsin iştirak etdiyi söhbəti mübahisə halında sübuta yetirə bilməsi üçün saxlaması və bu yazıdan məqsədi xaricində deyil, məqsədinə uyğun bir şəkildə istifadə etməsi (məsələn, qarşı tərəf sonradan təkzib etməsin deyə yazını məhkəməyə təqdim etməsi), sözügedən qeydlərin və yazışmaların qanunsuz sübut sayılmasını istisna edir. 2
1. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, hazırkı işdə seksual qısnama faktının mövcudluğu həm cavabdeh MMC-nin tabe olduğu təsisçi şirkət, həm iş materiallarında olan yazışmalar, həm tərəflərin izahatlarının məhkəmə tərəfindən qiymətləndirilməsi, həm də üçüncü şəxsin mövqeyi ilə öz təsdiqini tapdığından, yəni cavabdeh MMC-nin vəzifəli şəxsi olan direktor tərəfindən işçiyə qarşı əxlaq normalarına zidd olan əməl törədildiyindən, işçiyə vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsinə məhz cavabdeh MMC məsuliyyət daşıyır.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddənin 1-ci hissəsinin, “g” bəndi, 195-ci maddəsinin “g” bəndi, 290.3-cü maddələri, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.5, 4, 7.2, 7.2.5, 17.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1-76.2, 77.1, 80, 81, 88, 87.1, 104.1, 106.1, 119.1, 121.1, 217.3, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam şəkildə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayətində qeyd edilmişdir ki, iş üzrə təqdim edilmiş materiallarda və sübutlarda bu elementlərdən heç biri mövcud deyil. Cavabdeh Rüfət Əzizov tərəfindən iddiaçıya qarşı hər hansı birbaşa və ya dolayı seksual xarakterli hərəkət, təklif və ya təzyiq faktı sübut edilməmişdir. Mesajların məzmununda yalnız ü mumi komplimentlər (“bu gün gözəlsən”, “gözəl daban” ifadələri) yer almışdır ki, bu da seksual qısnama anlayışına uyğun gəlmir. Bu ifadələr qeyri-formal ünsiyyət xarakteri daşıyır və iş mühitində seksual qısnama kimi qiymətləndirilə bilməz. Qanunun tələbinə əsasən, seksual qısnama anlayışının əsas komponentlərindən biri fiziki hərəkətlərin mövcud olmasıdır. Bu, toxunma, əllə vurma, fiziki təzyiq və ya başqa cinsə qarşı seksual xarakterli hərəkətləri əhatə edir. İş materiallarında və iddiaçının təqdim etdiyi dəlillərdə cavabdeh tərəfindən belə hərəkətlərin baş vermədiyi tamamilə aydındır. Fiziki hərəkətlərin olmaması artıq məsələnin seksual qısnama kateqoriyasına daxil edilməməsi üçün əsasdır. Seksual qısnamada ədəbsiz və ya təhqiramiz ifadələrin işlədilməsi tələb olunur. Lakin cavabdeh t ərəfindən yazılmış mesajların məzmunu nə ədəbsizdir, nə də alçaldıcıdır. İşdə təqdim edilmiş sübutlarda belə ifadələrin olmaması məsələnin seksual qısnama ilə bağlı olmadığını göstərir. Cavabdeh tərəfindən işlədilmiş ifadələr qeyri-formal və dostyana xarakter daşıyır. Bu ifadələrin təhqir və ya seksual qısnama kimi qiymətləndirilməsi obyektiv deyil, yalnız iddiaçının subyektiv fikirləridir. Seksual qısnama faktının müəyyən edilməsi üçün şəxsin digər tərəfə qarşı açıq və ya dolayı şəkildə seksual xarakterli ləkələyici təkliflər və ya dəvətlər irəli sürməsi tələb olunur. İş materiallarında cavabdeh tərəfindən iddiaçıya qarşı belə təkliflərin irəli sürülmədiyi aydın şəkildə görünür. İddiaçının təqdim etdiyi mesajlar arasında ləkələyici və ya seksual xarakterli hər hansı təklif və ya davranış sübut edilmir. İddiaçının müraciəti əsasında MMC-ni təsis edən xarici şirkət tərəfindən aparılmış daxili korporativ araşdırma nəticəsində, təqdim olunan materialların təhlili və tərəflərdən alınan izahatlar əsasında seksual qısnama faktının təsdiq edilmədiyi müəyyən edilmişdir. Araşdırmada yalnız iş mühitində etik davranış qaydalarının pozulması ehtimalı ilə bağlı müəyyən qənaətə gəlinmişdir. Bununla yanaşı, qeyd olunmalıdır ki, bu nəticələr hüquqi baxımdan bağlayıcı xarakter daşımır, çünki şirkət tərəfindən bu qənaətlərin təsdiqlənməsi ilə bağlı hər hansı rəsmi inzibati əmrin və ya hüquqi sənədin qəbul edilmədiyi açıqdır.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1692/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4448/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Abdıyev).
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin “g” bəndinə, 195-ci maddəsinin “g” bəndinə, 290.3-cü, Mülki Proses sual Məcəlləsinin 14.2, 77.1, 384.0.1, 385.2-ci, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.5-ci, 4cü, 7.2.5-ci, 11-ci və 17.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılan qətnamədə yazışmaların ümumi konteksti və onların baş verdiyi dövrün ardıcıllığı obyektiv şəkildə araşdırılmamış, yalnız konkret tarixlərə aid edilən bəzi fraqmentar ya zışmalar əsasında nəticə çıxarılmışdır. Məhkəmə, 2023-cü ilin avqust ayında göndərilmiş mesajları əsas tutaraq, iddiaçının guya təhqiredici və narahatlıq doğuran ifadələrə məruz qalması nəticəsində mənəvi zərərə uğradığını iddia etsə də, sonrakı aylarda — xüsusən də sentyabr və oktyabr aylarında tərəflər arasında davam edən qarşılıqlı və dostyana xarakterli ünsiyyət bu qənaəti şübhə altına almışdır. Belə ki, həmin yazışmalar sübut edir ki, iddiaçı cavabdehlə şəxsi münasibətləri davam etdirmiş, onunla zarafat və qeyri-rəsmi tonda yazışmalar aparmışdır və bu hal göstərir ki, iddiaçının özünü narahat hiss etməsi iddiası gerçək duruma uyğun deyil.
30. Kassator qeyd etmişdir ki, iş üzrə təqdim edilmiş sənədlərdən və yazışmalardan görünür ki, tərəflər arasında təkcə işgüzar deyil, eyni zamanda q eyri-rəsmi münasibətlər mövcud olmuş, iddiaçı qarşı tərəfin yazışmalarına səmimi və müsbət məzmunda cavablar vermiş, bəzən isə təşəbbüskar olaraq yazışmaları davam etdirmişdir. Bu kontekstdə cavabdehin avqust ayında yazdığı bəzi ifadələrin sonrakı aylarda iddiaçı tərəfindən hər hansı şəkildə problem kimi qaldırılmaması, əksinə münasibətlərin davam etdirilməsi, iddiaçının iddialarının etibarlılığına ciddi şübhə yaratmışdır. Bu faktlar apellyasiya instansiyası tərəfindən düzgün qiymətləndirilməmiş, yazışmalar kontekstdən çıxarılaraq təhrif olunmuş şəkildə təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında təqdim edilmiş sübutlar sırasında yer alan video materiallar, xüsusilə iddiaçı tərəfindən cavabdehə göndərilmiş istirahət görüntüləri qətnamədə ümumiyyətlə nəzərə alı nmamışdır. Halbuki həmin video sübutlar iddiaçının cavabdehə qarşı münasibətinin dostyana xarakter daşıdığını, şəxsi təşəbbüslə və qeyri-məcburi şəkildə bu görüntüləri paylaşdığını nümayiş etdirmişdir. Həmin videonun konteksti iddiaçının özünü psixoloji və mənəvi baxımdan narahat hiss etmədiyini, əksinə qarşı tərəflə səmimi münasibətini davam etdirdiyini sübut etmişdir. Məhkəmənin bu sübuta heç bir hüquqi qiymət verməməsi prosessual və maddi hüquq normalarının pozulması hesab edilməlidir.
31. Apellyasiya instansiyası cavabdehin yazışmalar zamanı istifadə etdiyi “çox zərif və gözəl dabanın var” və “boşalanda zəng edərsən” kimi ifadələri kontekstdən ayıraraq, onların cinsi xarakter daşıdığına dair nəticəyə gəlmişdir. Halbuki, iş materiallarında yer alan izahatlardan və cavabdehin ifadələrind ən aydın olmuşdur ki, bu ifadələr gündəlik danışıq dilində, qeyri-rəsmi ünsiyyət fonunda, ümumiyyətlə zarafat və ya tibbi məsələyə toxunan mövzu çərçivəsində istifadə edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, tərəflər arasında bu cür ifadələrin qarşılıqlı razılaşdırılmış, uzunmüddətli qeyri-rəsmi ünsiyyətin bir parçası olduğu sübut edilmişdir. Məhkəmənin bu kontekstdə heç bir təhlil aparmadan yalnız ifadənin mətninə baxaraq nəticəyə gəlməsi, sübutların obyektiv qiymətləndirilməsi prinsiplərinin pozulması deməkdir. 32. “Boşalanda zəng edərsən” ifadəsi gündəlik rusdilli ünsiyyət kontekstində işlədilmiş, cavabdeh tərəfindən onun seksual məzmun daşıdığı bilinməmiş və bu ifadəyə iddiaçı tərəfindən dərhal və ya sonrakı yazışmalarda heç bir etiraz ifadə olunmamışdır. Əksinə, iddiaçı sözügedən ifa dədən sonra yazışmanı davam etdirmiş və hər hansı narahatlıq ifadə etməmişdir. Cavabdeh bu ifadənin mənasını bilmədiyini və gündəlik danışıq formasında istifadə etdiyini məhkəmədə izah etmişdir. Lakin məhkəmə bu izahı nəzərə almadan ifadəni yanlış kontekstdə təhlil etmiş və nəticədə hüquqi əsas olmadan mənəvi zərərin mövcudluğu qənaətinə gəlmişdir.
33. İddiaçı tərəfindən guya seksual qısnamaya məruz qalması ilə bağlı işəgötürənə və digər hüquqi orqanlara əvvəlcədən heç bir rəsmi müraciət edilməmiş, yalnız əmək münasibətlərindəki digər gərginliklərdən sonra bu iddia formalaşdırılmışdır. İddiaçının cavabdehə qarşı mənfi münasibəti sonradan yaranmış, həmin dövrə aid yazışmalar isə bu iddialarla ziddiyyət təşkil etmişdir. Bu isə göstərir ki, təqdim edilən iddialar əsaslı sübutlarla deyil, sonr akı şəxsi münasibətlərdən qaynaqlanan mövqelərlə bağlı olmuşdur və məhkəmə bu ziddiyyətlərə hüquqi qiymət verməmişdir.
34. İşəgötürən tərəfindən aparılan daxili yoxlamalar və araşdırmalar nəticəsində cavabdehin hərəkətlərində əmək qanunvericiliyinin pozuntusu aşkar edilməmiş, onun barəsində heç bir intizam tədbiri görülməmişdir. Bu baxımdan, cavabdehin yazışmaları və hərəkətləri inzibati və ya əmək hüququ pozuntusu səviyyəsinə çatmamışdır. Buna baxmayaraq, məhkəmə bu halları nəzərə almamış, yalnız iddiaçının şəxsi izahlarına əsaslanaraq mənəvi zərərin mövcudluğu barədə qərar qəbul etmişdir ki, bu da sübutların qeyri-obyektiv qiymətləndirilməsinə gətirib çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayəti nin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
36. Maddə 12 “g”. Cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir.
37. Maddə 195 “g”. İşçi seksual qısnamaya məruz qaldıqda işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 38. 196.5. İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada mü əyyən olunur.
39. Maddə 290.3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanun
40. Maddə 2.0.4. Cinsi mənsubiyyətə görə ayrı-seçkilik – seksual qısnama, cinsi əlamətə görə hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdıran və ya inkar edən istənilən fərq, i stisna və ya üstünlük;
41. Maddə 2.0.5. Seksual qısnama – əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış.
42. Maddə
4. Seksual qısnama qadağandır.
43. Maddə 7.2.5. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək.
44. Maddə
11. Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçilər işəgötürən və ya rəhbər tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər.
45. Maddə 17.1. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə məruz qalmış şəxslərə Azərbaycan Respublikasının qanunver iciliyi ilə müəyyən edilmiş qaydada zərər ödənilir.
46. Maddə 17.2. Seksual qısnamaya məruz qalmış işçilərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən zərər ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həd dində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iş materiallarındakı yazışmalara əsasən X7 Leylaya xx.xx.2023-cü il tarixdə “Hər zaman gözəlsən, hətta xəstə olanda belə”; xx.xx.2023-cü il tarixdə “Bəs sənə komplimentlər deyə bilərəm? Bəzən, həqiqətən də, demək istəyirəm ki, əla görünürsən”; xx.xx.2023-cü il tarixdə “Və yeri gəlmişkən, heç vaxt fikir verməmişdim, çox zərif və gözəl daba nın var. Mən heç bir qüsur görmürəm.”; xx.xx.2023-cü il tarixdə “Bilirsən ki, səni nə qədər sevirəm?!” məzmununda mesajlar yazmışdır.
57. İddiaçı ilə iş üzrə üçüncü şəxs Əzizov Rüfət arasında olan bu qərarın 55-ci bəndində olan yazışmaların məzmunu əmək münasibətləri çərçivəsindən uzaq olmaqla iddiaçının şəxsi həyatı və xarici görünüşü, o cümlədən onun narahatlığına səbəb ola biləcək ifadələrdən ibarət olmuş, bu barədə iddiaçı tərəfindən bir neçə dəfə xəbərdarlıq məzmunlu iradlar da bildirilmişdir.
58. Qeyd edilməlidir ki, birinci və apellyasiya icraatları zamanı üçüncü şəxs R.Əsgərov bu cür mesajları yazmasını danmamış, sadəcə həmin mesajların seksual qısnamaya hesab edilməsini düzgün qəbul etməmiş və iddiaçının bu “komplimentlərə” müsbət yanaşdığını, motivasiya və mükafatlandırma kimi de yildiyini bildirmişdir. Həmçinin o, tərəfindən iddiaçıya deyilmiş “boş...ma” ifadəsi ilə bağlı boşalmanın iki mənasının olması və rusdilli olduğundan bunu başqa mənada dediyini bildirmişdir.
59. İddiaçı tərəfindən təqdim edilən, üçüncü şəxs tərəfindən isə ifadə edildiyi etiraf edilən yazışmalardakı ifadələrin seksual qısnamanın təsirinə düşüb-düşməməsinin müəyyən edilməsi baxılan iş üzrə əsas və əhəmiyyətlidir.
60. Qeyd edilməlidir ki, Birləşmiş Millətlər Təşkilatının Sisteminin Baş İcraçı Direktorlar Şurasının təsdiq etdiyi BMT-nin Cinsi Təcavüzə qarşı Model Siyasətinə əsasən cinsi təcavüz istənilməyən və cinsi təbiətli olan, iş yerində və ya işlə əlaqədar olaraq, təhqir və ya aşağılanma yaratması ehtimal olunan hər hansı bir davranışdır. Bu cür davranış işə təsir edirsə, işə qəbul şərti olaraq qoyulursa və ya qorxuducu, düşmən mövqeyi və ya təhqiredici bir iş mühiti yaradırsa, cinsi təcavüz olaraq qiymətləndirilə bilər. Cinsi təcavüz iş yerində və ya işlə bağlı hər hansı bir yerdə baş verə bilər. Adətən bir neçə davranış nümunəsi şəklində ortaya çıxsa da, cinsi təcavüz tək bir hadisə ilə də baş verə bilər. Gözləmələrin və ya təsəvvürlərin uyğunluğunu qiymətləndirərkən, bu davranışın hədəfi olan şəxsin baxışı nəzərə alınmalıdır.
61. Həmin qaydalara özünü aşağıdakı formaların birində göstərə bilər: - Hər hansı bir formatda cinsi təklif xarakterli ünsiyyətlər göndərmək, - Cinsi və ya əxlaqsız anekdotlar və zarafatlar paylaşmaq, - Yerləşdirilməyən cinsi jestlər etmək, məsələn, pelvis hərəkətləri etmək. - İstənilməyən toxunmalar, məsələn, dişləmə, vurma, ovuşdurma və ya başq a bir şəxsə bilərəkdən yaxınlaşmaq, - Cinsi təkliflə baxışlar atmaq, - Birini davamlı olaraq görüşə dəvət etmək və ya cinsi əlaqə istəmək, - Birinin cinsəlliyini qiymətləndirmək, Görünüş, geyim və ya bədən hissələri haqqında cinsi şərhlər etmək, - Cinsiyyətə və ya cinsi orientasiyaya aid qeyri-şəxsi adlar və ya təhqiramiz ifadələr istifadə etmək, - Birinin cinsi orientasiyası və ya cinsiyyət kimliyi haqqında aşağılayıcı və ya alçaldıcı şərhlər etmək.
62. Bu cür davranışlar şəxsin hörmətini poza, onun təhlükəsizliyini və rifahını təhdid edə, həmçinin iş mühitində narahatlıq yarada bilər və bu nəticədə işçinin seksual qısnaması ilə onun istər şəxsi toxunulmazlıq, istərsə də təhlükəsiz şəraitdə işləmək hüquqlarının pozulmasına gətirib çıxara bilər.
63. Bu qərarın 60-61-ci bəndlərində göstəril ənlər ümumi olaraq “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda da təsbit olunmuşdur.
64. Hazırki işin hallarından da göründüyü kimi R.Əzizovun iddiaçıya xx.xx.2023-cü il tarixdə “Hər zaman gözəlsən, hətta xəstə olanda belə”; xx.xx.2023-cü il tarixdə “Bəs sənə komplimentlər deyə bilərəm? Bəzən, həqiqətən də, demək istəyirəm ki, əla görünürsən”; xx.xx.2023-cü il tarixdə “Və yeri gəlmişkən, heç vaxt fikir verməmişdim, çox zərif və gözəl dabanın var. Mən heç bir qüsur görmürəm.” kimi yazdığı mesajlar yuxarıda qeyd edilən qaydaların dairəsinə düşməklə onun görünüşü və bədən üzvləri barəsində bu cür ifadələrin yazılması iddiaçının haqlı olaraq narahatlığına səbəb olmuşdur.
65. Məhkəmə tərkibi qeyd edir ki, eyni iş yerində rəhbər olan şəxslə tabeçiliyində olan şəxs a rasında sadəcə işlə bağlı ünsiyyətin aparılmalı olması ağlabatan olmaz, əmək qanunvericiliyinin tələbləri də belə məcburiyyəti müəyyən etmir, lakin bu hal, yəni rəhbərə xoş münasibət bəslənməsi, işçiyə xoş məramlı jestlərinə işçinin dözməsi işçiyə qarşı seksual xarakterli hərəkətlər etməyə rəvac vermir, qısnamaya qarşı tolerant yanaşması və razılıq verməsi anlamına gəlmir.
66. Baxılan işdə üçüncü şəxsin etdiyi hərəkətlər (cinsi təklif xarakterli ünsiyyətlər göndərməsi, iddiaçının görünüş, geyimi və bədən hissələri haqqında şərhlər etməsi) seksual qısnama xarakterli olmuşdur ki, nəticədə iddiaçının şəxsiyyət hüququnun (şəxsi toxunulmazlıq) pozulmasına səbəb olmuşdur. İş yerində seksual qısnama yalnızca istənməyən toxunma və ya cinsi yaxınlaşmadan ibarət deyil. Bu bir çox formada ola bilən b ir pozuntudur. Bu pozuntu birinin görünüşü və ya haqqında söylənilən bir atmaca, uyğunsuz toxunma, cinsi zarafat və ya açıqlamalar, israrla təqib etmə formasında ola bilər.
67. İş yerində seksual qısnama və psixoloji qısnama işçilərin fiziki və mənəvi sağlamlığını pozan və iş şəraitində rahatsızlıq yaradan ciddi problemlər hesab olunur.
68. Nəzərə alınmalıdır ki, seksual qısnama bir şəxsin razılığı olmadan məruz qaldığı cinsi məzmunlu sözlü, yazılı və ya fiziki davranışları ifadə edir. Psixoloji qısnmanın varlığının qəbulu üçün sistemli və davamlı bir hərəkətlər olmalı olduğu halda seksual qısnama ani və tək bir hərəkətlə (“...əla görünürsən” “...səni sevirəm”, “Və yeri gəlmişkən, heç vaxt fikir verməmişdim, çox zərif və gözəl dabanın var. Mən heç bir qüsur görmürəm.” və s) yaranır. Beləli klə seksual qısnama şəxsə yönəlik təhdid yaradan, onu aşağılayan və kiçik düşürən, həssas və psixoloji olaraq çökməsinə səbəb olan, şəxsin iradəsi xaricində şəxsinə yönələn sözlər, fiziki və/və ya başqa formada hər hansı bir hərəkətlə edilə bilər. İşəgötürənin nəzarət vəzifəsini yerinə yetirməməsi səbəbi ilə iş yerində seksual qısnamaya məruz qalan işçi şəxsiyyət hüququnun zədələnməsinə görə, duyduğu sarsıntıya görə ondan mənəvi təzminat tələb edə bilər.
69. Seksual qısnamaya məruz qalan iddiaçı bu narahatlığını istər həmin şəxsin özünə, istərsə də rəhbərlik səviyyəsinə çatdırmışdır. İddiaçının üçüncü şəxsin hərəkətlərindən dəfələrlə şikayət etməsi, bu şikayətlər üzrə araşdırma aparılması, üçüncü şəxsə bir çox çəkindirici tədbirlərinin tətbiq olunması iddiaçının onun bu davranışlarını xo ş qarşılamamasının, belə rəftara razılığının olmamasının aşkar təsdiqidir. Bunlar isə kassasiya şikayətində göstərilən ifadələrin, yəni “iddiaçının bu “komplimentlərə” müsbət yanaşdığını, motivasiya və mükafatlandırma kimi deyidiyini” dair dəlillərinin əsaslı olmadığını təsdiq edir.
70. Belə ki, Rüfət Əzizov tərəfindən ona yazılmış intim məzmunlu mesajlarla bağlı İddiaçı xx.xx.2023-cü il tarixdə Tatyana Shemetova adlı, xx.xx.2023-cü il tarixdə Maksim Karamyshev, Dmitri Shteinberg adlı şəxslərə və bir sıra digər şəxslərə elektron poçt vasitəsilə müraciət edərək, tədbir görülməsini xahiş etmişdir. Dmitri Shteinberg adlı şəxs tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubun tərcüməsindən görünür ki, həmkarı tərəfindən korporativ etikanın sistematik pozulması nəticəsin də yaranan emosional vəziyyətə baxmayaraq, iş öhdəliklərini yerinə yetirməyə davam etdiyi, bu vəziyyətdə etdiyi müraciət və göstərdiyi səbrə görə ona təşəkkür edilmiş, müraciəti diqqətlə, messencerlərdən təqdim olunan yazışmalar kollektiv şəkildə araşdırılmışdır. Onunla Rüfət arasındakı vəziyyətin mürəkkəb olduğunu başa düşdüyünü, bunu nəzərə aldıqlarını, bu səpkidə ünsiyyətin etika hüdudlarından kənara çıxdığını, bunu qətiyyən qəbul etmədiklərini, korporativ etikanın və işçilərin rahatlığının prioritetləri olduğunu xüsusilə vurğulamış, həmin gün Rüfətlə izahlı bir söhbət aparıldığını, onun davranışının yersiz olduğunu və bir daha təkrarlanmayacağını başa düşdüyünü və peşman olduğunu bildirdiyini, Ə.Leylanın və Ə.Rüfətin təqdim etdikləri işçilər arasında işgüzar ünsiyyətdən kənara çıxan və qəbuledilməz olan yazışmaları araşdırdıqlarını, mövcud vəziyyəti nəzərə alaraq, aşağıdakı addımları atdıqlarını bildirmişdir: “1. Rüfətə korporativ etikanın pozulması və həmkarlarla hörmətli ünsiyyət qurmağın zəruriliyi barədə rəsmi olaraq xəbərdarlıq ediləcək (Maxim, xahiş edirəm, HR ilə müzakirə edilsin). Bu cür vəziyyətlərin təkrarlanacağı təqdirdə, işdən çıxarılmaya qədər olan nəticələr ona aydın şəkildə təqdim edilmişdir.
2. İşçilərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi məqsədilə onlar ofisin açıq sahələrində və mühasibat kabinetində videokameraların quraşdırılmasına qərar vermişdir. Bu, peşəkar iş mühitinin qorunmasına kömək edən əlavə bir nəzarət vasitəsidir (Sərəncam artıq tərtib edilmiş, növbəti həftənin sonuna qədər icra ediləcəkdir).
3. Leylanın rahatlığı və təhlük əsizliyi üçün onunla Rüfət arasındakı əlaqə ünsiyyətinə nəzarət etmək üçün Andrey Melnikov nəzarət xidməti tərəfindən telefon danışıqları qeydləri ilə poçt və “Teams” vasitəsilə aparılacaqdır.
4. Leyla, şirkətin inkişafına, mühasibat uçotunda nizam və şəffaflığın qurulmasına verdiyiniz töhfəni qiymətləndiririk! Emosional vəziyyətin iş axınına təsir göstərə biləcəyini başa düşürük və dəyərli bir işçi olduğunuz üçün, özünüzü rahat hiss etməyiniz və vəzifələrini uğurla yerinə yetirməyiniz üçün Sizə dəstək olmağa hazırıq. Tatyana Shemetova ilə tələb olunan məzuniyyəti razılaşdırmanızı, bir də hazırda departamentinizin böyük bir iş yükü olduğu üçün sabit işə təsir etməməsi məqsədilə maliyyə əməliyyatlarının aparılması üçün əlaqədə qalmanızı xahiş edirəm (bugünki telefon danışığında müzakirə etd ik).
5. Müraciətinizə uyğun olaraq, Maxim Karamyshev, Sizdən Rüfətə müqavilə müddəti bitənə qədər sınaq müddəti ilə xəbərdarlıq etmənizi xahiş edirəm”. Gördükləri tədbirlərin Ə.Leyla və bütün işçilər üçün təhlükəsiz və peşəkar bir iş şəraitinin yaradılmasına kömək edəcəyinə və bu hadisənin tamamilə həll ediləcəyinə ümid etdiyini əlavə etmişdir.
71. Veronika Koroleva adlı şəxs tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubdan görünür ki, Dmitrinin məktubunda qeyd olunanların davamı olaraq həmin gün şirkət rəhbərləri adından (Maksim və Dmitrinin iştirakı ilə) Rüfətlə korporativ etika normalarının pozulması və bu cür halların qəti şəkildə qarşısının alınması barədə rəsmi əlaqə qurulmuş, həmçinin, işgüzar münasibətlərin icazə verilən sərhədləri pozulduğu təqdirdə, işdə n çıxarılmaya qədər olan nəticələrlə bağlı. Eyni zamanda, həmkarlar digər şərtlər üzrə işlərini davam etdirirlər. Sonda İddiaçı şirkət tərəfindən görülən və onunla əvvəlcədən müzakirə olunan tədbirlərin şirkət rəhbərlərinin gələcək qarşılıqlı fəaliyyətə nəzarət edəcəyi şərtilə vəziyyətin nizamlanması üçün kifayət olduğunu təsdiqləməsini xahiş etmişdir. 72. 06.12.2023-cü il tarixdə İddiaçı Boris Prischepa adlı şəxsə (Elektron ünvan ) rəhbərlik – Rüfət Əzizov tərəfindən təqib-təcavüzə məruz qalması ilə bağlı elektron qaydada müraciət edərək, tədbir görülməsini xahiş etmişdir.
73. Boris Prischepa adlı şəxs (Elektron ünvan ) tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubdan görünür ki, “X11” İnsidentlər haqqında məlumatlandırma siyasətinin müddəalarına, xüsusilə də 7 -ci bölməsinə uyğun olaraq, müraciəti ilə bağlı istintaq başa çatdırılıb və şirkət tərəfindən Azərbaycandakı ofisdə iş mühitinin bərpası üçün lazımi tədbirlər görülmüşdür. İstintaqın nəticələrinə görə, ayrıseçkliyin və təcavüzün olmaması ilə bağlı siyasətin müddəalarına uyğun olmayan davranış faktı müəyyən edilmişdir. İstintaq başa çatdıqdan sonra uyğun olmayan davranışa yol verən şəxsə qarşı yerli qaydalara uyğun olaraq xəbərdarlıq göndərilməsi barədə qərar qəbul edilmişdir. Bundan əlavə, bu kimi hadisələrin təkrarlanmaması üçün əlavə tədbirlər görülmüşdür, məsələn:
1. Uyğun olmayan davranışa yol verən şəxsə münasibətdə əlavə fərdi təlim;
2. Birmənalı olmayan cümlə və ifadələrin, habelə ikimənalı şərhə malik ola biləcək hər hansı digər hərəkətlərin istifadəsinə qadağa və s. İstintaqın nət icələri və görülən tədbirlər şəxsi və fərdi xarakter daşıyır, buna görə də məxfi məlumatlardır. Həmçinin, “Noventik Yolu” Etik Kodeksinin və ya şirkətlər qrupunun digər Siyasətlərinin mümkün pozuntularının şahidi olsa, hadisələr barədə məlumatlandırma Siyasəti çərçivəsində yenidən müraciət etmək hüququnun olması bildirilmişdir.
74. Birləşmiş Millətlər Təşkilatının Sisteminin Baş İcraçı Direktorlar Şurasının təsdiq etdiyi BMT-nin Cinsi Təcavüzə qarşı Model Siyasətində bu məsələ ilə bağlı həmçinin işəgötürənin görməli olduğu tədbirlərə dair qeyd edilmişdir ki, yüksək rəhbərlər və yüksək menecerlər, işçi heyəti olaraq olan öhdəliklərinə əlavə olaraq: a. Cinsi təcavüzün qarşısının alınması və bu məsələyə cavab verilməsi üzrə öz bağlılıqlarını nümayiş etdirməli, bu mövzuda özlərini maarifləndir məli, şəxsi davranışlarında yüksək bir standart saxlamağa çalışmalı və mövqelərinin gücünü nəzərə alaraq bütün iş yoldaşlarına hörmət və nəzakətlə yanaşmalıdırlar; b. Şikayətlərə dərhal cavab verməli, onları ciddi qəbul etməli və təsirlənmiş şəxsə qarşı məsul olduqları lazımi tədbirləri (məsələn, dəstək, müvəqqəti tədbirlər və s.) həyata keçirməlidirlər; c. Öz komandalarında açıq dialoqları dəstəkləməli, harmoniya içində bir iş mühiti yaratmaq üçün tədbirlər görməli və bu siyasətə zidd ola biləcək qeyri-əxlaqi davranış və hərəkətlər barədə məlumatlı olmalıdırlar; d. Öz iş bölmələrində bu siyasətə zidd ola biləcək davranışları izləməli və harmoniya içində bir iş mühiti təşviq etməyə çalışmalıdırlar; e. Cinsi təcavüz siyasətləri və prosedurlarını hər il işçi yığıncağında komanda və ya iş qru pu ilə müzakirə etməli və cinsi təcavüz siyasətlərinin pozulması halında tətbiq olunacaq nəticələr barədə nəşr olunan məlumatları diqqətə çatdırmalıdırlar; f.İşçilərin qeyri-əxlaqi davranışlar haqqında narahatlıqlarını sərbəst şəkildə ifadə etmələri üçün bir atmosfer yaratmağa çalışmalı və onlara cəza qorxusu olmadan qeyri-rəsmi və rəsmi mexanizmlərdən, xidmətlərdən və bütün hüquqi yollarından istifadə etmələri üçün təşviq etməlidirlər.
75. Məhkəmə tərkibi qeyd edir ki, cavabdehin işçilərin bu cür rəftara məruz qalmaması ilə bağlı xüsusi tənzimləmə tələb edən öhdəlikləri mövcuddur və bu öhdəliklər Əmək Məcəlləsinin 195-ci maddəsinin “g” bəndində təsbit olunmuşdur ki, bunun nəticəsi olaraq iddiaçının hazırda məruz qaldığı rəftara və seksual qısnamaya görə keçmiş işəgötürəndən ona dəymiş mən əvi zərərin kompensasiyasını tələb etmək hüququ vardır.
76. Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
77. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəl illərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
78. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillər inə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
80. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1692/2025 nömrəli 12 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.