Məhkəmə qərarları › İş №2(102)-2528/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2528/2024

08.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2528/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: bağışlamaqdan imtina, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2434/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşa ğıdakıları müəyyən etmişlər:

2. İddiaçı xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsi ilə mülkiyyət hüququ ilə özünə məxsus olan Şəmkir şəhəri, Vaqif Səfərov küçəsi, 22 nömrəli ünvanda 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən 99,3 kv.m olan fərdi yaşayış evini oğlu Cavabdeh hədiyyə etmişdir; 3. xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində həmin əşya üzərində Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir şəhəri, **********5010301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən, tam mülkiyyət hüququ üzrə 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən 99.3 kv.m yaşayış sahəsi olan 4 otaqlı fərdi yaşayış evinin Cavabdeh bağışlaması vədindən imtinanın qəbul edilməsi və xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda 0,05 ha həyətyani torpaq sahəsində yerləşən 99,3 kv.m olan fərdi yaşayış evini tikdirmişdir. ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən onun tam mülkiyyətindədir. Ailədə olan narazılığa görə o, Şəmkir şəhəri, Vaqif Səfərov küçəsi, 22 nömrəli fərdi yaşayış evini alqısatqı yolu ilə alıb, o vaxtdan həmin evdə yaşayır. Oğlu Cavabdeh ilə şifahi razılaşıblar ki, onun xüsusi mülkiyyətində olan, həmin evi Raminə bağışlayacaq, əvəzində Ramin ona ölənə kimi baxacaq, m ütəmadi olaraq maddi cəhətdən yardım göstərəcəkdir. Lakin oğlu Ramin 2022-ci ilin sentyabr ayından Rusiya Federasiyasına işləməyə getmiş, bu günə kimi ona heç bir maddi yardım etməmiş, hətta pul göndərmək əvəzinə ona zəng edərək bir daha gəlməyəcəyini bildirmişdir. İddiaçı xəstə, təqaüdçü insandır, cavabdehin ona dediklərindən sonra bağladıqları bağışlama müqaviləsini ləğv etmək qərarına gəlmişdir. İddiaçı cavabdehə bağışlama vədindən imtina barədə cavabdehə bildiriş də göndərmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir

6. Şəmkir Rayon Məhkəməsinin (X5) 2(076)-1449/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Cavabdeh arasında Şəmkir rayon 1 saylı Notariat Ofisinin Xüsusi Notarius Kontorunda 12 aprel 2022-ci il tarixd ə bağlanmış Daşınmaz əmlakın bağışlanması vədindən imtinasının qəbul edilməsi və xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evini İddiaçı xx.xx.2022-ci ildə oğlu Cavabdeh bağışlamışdır. Aralarında bu barədə eyni tarixli bağışlama müqaviləsi bağlanmışdır. İddiaçının ona məxsus mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evini oğluna bağışlama yolu ilə hədiyyə verməsində məqsəd oğlu Raminin ona ölənə kimi baxacağı, qayğı göstərəcəyi, mütamadi olaraq maddi cəhətdən yardım göstərəcəyi olmuşdur. Cavabdeh isə ona heç bir qayğı, köməklik göstərməmiş, onunla maraqlanmamış, onu atıb Rusiya Federasiyasına getmiş v ə ona maddi yardım etməmişdir. İddiaçı cavabdehə bağışlama vədindən imtina barədə cavabdehə bildiriş də göndərmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ona iddiaçı tərəfindən bağışlama müqaviləsi əsasında bağışlanması vəd edilən əmlakı mülkiyyətinə keçirməmişdir. Həmçinin müqavilə bağlanarkən -hədiyyə alan (iddiaçının oğlu) ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmuşdur.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 668.1.1, 669 və 673.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsind əki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, 12.04.22-ci il tarixdə iddiaçı ilə aralarında Daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. O, hədiyyəni qəbul etmişdir. DƏDRX-nin 04.05.22-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışına əsasən ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və üzərində yerləşən 99,30 kv.m sahəyə malik ev onun xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh qeyd etmişdir ki, ev Şəmkirdə yerləşir, iddiaçı isə Sabirkənd kəndindən bir qədər aralıda yerləşən fermada yaşayır və işləyir, yeni ailəsi var. Müqavilə bağlanarkən iddiaçı tərəfindən onun qarşısına heç b ir öhdəlik və ya şərt qoyulmamışdır. Müqavilənin bağlanmasından bir ildən də artıq vaxt keçmişdir. İddiaçının müqaviləni ləğv etdirməkdə məqsədi ondan ibarət olmuşdur ki, o, hazırda faktiki yaşadığı qadına söz vermişdir ki, torpağı sataraq ona maşın alacaqdır. Lakin, o bağışlama müqaviləsinin ləğv edilməsi üçün zəruri olan 1 illik müddəti ötürmüşdür. Müqavilə onun və iddiaçının iştirakı ilə notariusda, ona heç bir təzyiq göstərilmədən öz iradəsi ilə bağlanmışdır. Ona görə də məhkəmə tərəfindən müqavilənin ləğv edilməsi tamamilə qanunsuz və əsassızdır.

11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X1 - sədrlik edən və məruzəçi, X3 və X4) 2(104)-2434/2023 nömrəli mülki iş üzrə 07 dekabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1449/2023 saylı qətnaməsi ləğv edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair öz iradəsi əsasında sərəncam verərək oğlu Cavabdeh bağışlamış, sonuncu da hədiyyəni qəbul etmiş və həmin əmlak Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışı əsasənda onun adına qeydə alınmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə mübahisələndirilən daşınmaz əmlakın cavabdehin mülkiyyətinə keçmədiyi göstərilsə də, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, ***** ***** nömrəli çıxarışdan görünür ki ünvan 3 ünvanındakı daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır.

14. Məhkəmə kollegiyası əlavə olaraq cavabdehin üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin (iddiaçı) barəsində kobudcasına pozmasına münasibətdə bildirmişdir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən aydın görünür ki, müqavilə bağlanarkən hər hansısa şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsi qeyd olunmamışdır. Həmçinin hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin hədiyyə verən barəsində kobudcasına pozması halında bağışlama müqaviləsinin ləğvinə əsaslar yaranmış olur. Belə ki, qanunverici bu öhdəliklərin sadəcə olaraq pozulmasını deyil, onun kob udcasına pozulmasını əsas kimi nəzərdə tutmuşdur.

15. İşin hallarından görünür ki, cavabdeh tərəfindən ailə hüququ münasibətlərinə əsasən üzərinə düşən vəzifələri kobudcasına pozmasını göstərən hallar aşkarlanmamışdır.

16. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 324.1, 324.2, 324.5, 666.1, 666.2, 667.1, 668.1.1, 673.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.3, 218.1, 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrinə və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil ) kassasiya şikayəti verər ək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. İddiaçı qeyd edir ki, evi oğluna bağışlamağnın səbəbi oğlunun onun müəyyən tələbatlarının ödənilməsi ilə bağlı olmuşdur. Cavabdehin ilkin olaraq iddiaçının hansı səbəbdən müqaviləni mübahisələndirmədiyini bildirməsi onun ilkin vaxtlarda iddiaçıya müəyyən yaxınlıq etməsi ilə bağlı olmuşdur. Cavabdeh sonrakı dövrlərdə iddiaçının tələbatını ödəməmiş və ona verdiyi vədi yerinə yetirməmişdir. İddiaçı əlbəttə ki, əmlakı cavabdehə verən zaman müəyyən məqsəd güdmüşdür. Yoxsa nədən öz ə mlakını ona verməli idi. Məhkəmə məsələyə formal olaraq yanaşmış və məsələnin əsl mahiyyətini nəzərdən qaçırmışdır. İddiaçı hesab edir ki, məhkəmənin qətnaməsi qanuni baxımdan doğru olsa belə lakin ədalətli deyildir. Bundan başqa cavabdeh tərəf iddiaçıya onu saxlamaqla vəd verərək evi adına keçirdikdən sonra öz vədindən imtina etməsi özlüyündə əqdin aldadıqlmaqla bağlanması anlamına gəlir. Bu səbəbdən həmin əqd etibarsız hesab edilməlidir.

19. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 670.3; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1,81,106.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikas ının Mülki Məcəlləsi

21. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

22. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

23. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

24. Maddə 673.1. Hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohu munun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyy ən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olu nması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Qanuna əsasən, hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər (§ 24).

34. Kollegiya bildirir ki, bağışlamaqdan imtinaya əsas olan halları sübut etmək yükü iddiaçının üzərində olmuşdur. Lakin mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının bağışlamadan imtina etməs i üçün Mülki Məcəllənin 673.1-ci maddəsində müəyyən olunmuş hallar aşkar edilməmiş, iddiaçı tələbinin əsasında duran halları sübuta yetirə bilməmişdir.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərar a aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2434/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar