Məhkəmə qərarları › İş №2(102)-253/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-253/2022

25.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-253/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Bakı şəhəri 29 saylı Notariat Kontoruna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-253/22 (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil1, Qətnamə maraqlarına toxunan şəxs: X3 vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 may 2021 -ci il tarixli, 2(103)2332/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh Bakı şəhəri, 29 saylı Notariat Kontoruna və digərlərinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, 29 saylı Notariat Kontoru tərəfindən mərhum X1 ölümündən sonra miras qalmış və Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 173 saylı 8 saylı mənzilinə, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin əmlaklara dair Cavabdeh1 adına verilmiş Çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəm ə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) iddia təmin edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 03 aprel 1993-cü il tarixdə iddiaçı rəsmi nikah əsasında X2 ilə ailə qurub və onların birgə nikahından iki övladları doğulub. Mübahisəli əmlak birgə nikah dövründə əldə olunub və Şəmsəddin Yusifov 30 mart 2013-cü ildə ölüb. Həmin əmlaklar və "xxxx" ASC olan 1.709,32 ABŞ dolları pul vəsaiti miras qalıb. Bakı şəhəri, 29 saylı Notariat Kontoru tərəfindən miras əmlaka dair 02 oktyabr 2013-cü il tarixdə mərhumun arvadı olan iddiaçının, mərhumun 2 övladının, mərhumun anası olan Cavabdeh1 adlarına bərabər paylar üzrə irs almalarına dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilib. Sonradan iddiaçıya məlum olub ki, Cavabdeh1 ilə notarius onu aldadıb. Belə ki, mübahisəli mənzil və ev ərarvad olmuş iddiaçı ilə mərhum Şəmsəddin Yusifovun birgə nikah dövründə əldə edildiyindən onların ümumi əmlakı sayılır və belə olan halda həmin əmlaklar tam həcmdə deyil, əmlakların ½ hissəsi miras əmlak hesab edilir və yalnız həmin hissə vərəsələr arasında bölünə bilərdi. Göründüyü kimi, mübahisəli əmlakların mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ½ hissəsi də, miras əmlak kimi qanunsuz olaraq vərəsələr arasında bölünmüş və bununla da, iddiaçının mülkiyyət hüququ pozulub. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 225.1, 1133.1, 1151.1-ci maddələrinin və digər maddi, pro sessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Qətnamə maraqlarına toxunan Sərxan Yusifov apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin notariat kontoru tərəfindən 02 oktyabr 2013-cü il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və həmin əmlaka dair Cavabdeh1 adına verilmiş Çıxarışın ləğv edilməsi və iddia tələbinin bu hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, F.F.Babayev və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Ba kı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və həmin əmlaka dair Cavabdeh1 adına verilmiş Çıxarışın ləğv edilməsi hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilib. Qalan hissədə qətnamə apellyasiya baxışının predmeti olmayıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə səhv nəticəyə gəlib. Belə ki, 23 yanvar 2003-cü il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. 06 aprel 2011-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Cavabdeh1 həmin evi övladı Şəmsəddin Yusifova bağışlayıb. 11 may 2011-ci il tarixli Çıxarışa əsasən həmin ev xüsusi mülkiyyət hüququ üzrə Şəmsəddin Yusifovun adına qeydə alınıb. Mübahisəli ev üzərində mərhum Şəmsəddin Yusifovun mülkiyyət hüquqları onunla iddiaçının birgə nikahları dövründə əldə olunsa da, həmin əmlak əvəzsiz əqd üzrə Şəmsəddin Yusifov tərəfindən əldə edilmiş əmlakdır və bu səbəbdən də, onunla iddiaçının birgə əmlakı sayılmır. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almayıb və yuxarıda qeyd edilən nəticəyə gəlməkdə haqlı olmayıb. Ona görə də mübahisələndirilən hissədə iddia rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 225.1, 225.2- ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb Məhkəmə icraat ı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Qətnamə maraqlarına toxunan Sərxan Yusifovun vəkili Vəkil2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdeh Bakı şəhəri 29 saylı Notariat Kontoru, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və Sərxan Yusifov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılması nı mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Bunları nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvad ın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə d əlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəm əsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı ka ssasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 03 aprel 1993-cü il tarixdə rəsmi nikah əsasında Şəmsəddin Yusifovla ailə qurub və onların birgə nikahından iki övladı doğulub. Şəmsəddin Yusifov 30 mart 2013-cü ildə, onun atası X9 14 may 1993-cü ildə, anası Cavabdeh1 01 iyun 2019-cu ildə ölüblər. 02 oktyabr 2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, 30 mart 2013-cü il tarixdə ölmüş Şəmsəddin Yusifovun vərəs ələri: anası Cavabdeh1, arvadı İddiaçı, övladları Aygün və Ağagül Yusifovlar vərəsə qalıblar. X4 məxsus olmuş və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evidir və vərəsələrin hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, o cümlədən iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, 23 yanvar 2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. 06 aprel 2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 həmin evi övladı Şəmsəddin Yusifova bağışlayı b. 11 may 2011-ci il tarixli Çıxarışa əsasən, sözügedən ev xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində Şəmsəddin Yusifovun adına qeydə alınıb. Bunları nəzərə alan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəlləsinin 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Eyni zamanda Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsində göstərilir ki, nikaha girənədək ər-arvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən apellyasiya şikayətinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, mübahisəli ev üzərində mərhum Şəmsəddin Yusifovun mülkiyyət hüquqları onunla iddiaçının birgə nikahları dövründə əldə olunsa da, həmin əmlak əvəzsiz əqd üzrə Şəmsəddin Yusifov tərəfindən əldə edilmiş əmlakdır və bu səbəbdən də, onunla iddiaçının birgə əmlakı sayılmır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qeyd edilənləri nəzərə almayıb və yuxarıda qeyd edilən nəticəyə gəlməkdə haqlı olmayıb. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisəli evin hüquqi rejimini yoxlamadan iddianı sözügedən evə münasibətdə təmin etməklə səhv nəticəyə gəlib. Belə ki, həmin evlə bağlı Bakı şəhəri, 29 saylı Notariat Kontoru tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə 02 oktyabr 2013-cü il tarixdə, yəni qətnamə qəbul edilməmişdən 4 il 5 ay əvvəl verilib və ötən zaman ərzində Şəhadətnamə ilə müəyyən edilmiş vərəsəlik payı ilə bağlı Cavabdeh1 hər hansı bir əqd bağlaması istisna edilmirdi. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, mübahisələndirilən hissədə iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqlar ı faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməs i Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 may 2021-ci il tarixli, 2(103)-2332/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar