Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-253/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-253/2024 (Açar sözlər: işin kassasiya baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması tələbinə dair” ilk və Cavabdeh İddiaçı qarşı “torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-7/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2024cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə Şəki şəhəri, M.Cabbarov küçəsində yerləşən 11/23 saylı fərdi yaşayış evi X4 (½ hissə) və Cavabdeh (½ hissə) ümumi paylı mülkiyyətinə verilmişdir. 15 sentyabr 2006-cı il tarixli, 4Ə-1/133 saylı bağışlama müqaviləsi ilə “bağışlayan” X2 şəhəri, M.Cabbarov küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 54 kv.m yaşayış, 108.6 kv.m köməkçi sahə və 162.6 kv.m ümumi sahədən ibarət üçotaqlı mənzilin ½ hissəsini nəvəsi “bağışlanan” İddiaçı bağ ışlamışdır. 04 oktyabr 2006-cı il tarixli MH seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla Şəki şəhəri, M.Cabbarov küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.0 kv.m yaşayış, 108.6 kv.m köməkçi sahədən ibarət 11 (23) nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı - ½, Cavabdeh - ½ adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Şəki şəhəri, Məmməd Cabbarov küçəsində yerləşən 11 (23) nömrəli fərdi yaşayış evinin ona məxsus olan hissəsində aparılmış qanunsuz tikilinin sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin ona aid 1/2 hissəsinin real naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Şəki Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(075)7/2020 saylı 07 yanvar 2020-ci il tаrixli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) ilk iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə Cavabdeh məxsus torpaq sahəsinin arasındakı ç ay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilmiş «A» literli yaşayış evindən çöl darvazayadək olan hissəsinin sökülməsi, İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********5410301 reyestr nömrəli texniki pasporta əsasən İddiaçı və Cavabdeh mülkiyyətlərində olan daşınmaz əmlakın sərhədində Cavabdeh tərəfindən inşa edilmiş çay daşından olan hasarda İddiaçı məxsus fərdi yaşayış evinin həyətinə baxan, «A» literli yaşayış evindən çöl darvazayadək olan hissədə yerləşən 1 ədəd pəncərənin bağlanması qət edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54103 01 reyestr nömrəli texniki pasportda göstərilən ünvan 1 daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin planına əsasən inventar nömrəsi 10864 olan, şimaldan 1370, cənubdan 1710 sayla işarələnmiş sərhədlər daxilində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi, zəbt edilmiş sahə istisna olmaqla, tərəflərin faktiki istifadələrində olan paylarına uyğun söküntüdən sonrakı vəziyyətdə naturada ayrılaraq Cavabdeh mülkiyyətinə verilməsi, qarşılıqlı iddia tələbinin «ünvan 1 fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh aid 1/2 hissəsinə ayrıca reyestrdən çıxarışın verilməsi» hissəsində xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli qərardadının nəzərə alınması, 5 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, 150 (bir yüz əlli) manat ekspertiza xərcinin ½ hissəsi, yəni 75 manatın İddiaçı, ½ hissəsi, yəni 75 manatın isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı, Cavabdeh və qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru X1 apellyasiya şikayətləri verilmişlər.
18. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-7/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov sədrlik edən, məruzəçi, V.Məlikov və E.Mehdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-7/2020 saylı 07 yanvar 2020-ci il tаrixli qətnaməsi baxılmış apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilə n hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilib işin yeni apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Şikayətdə bir sıra maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. b)
20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c)Prossesual məsələlər
21. Şəki Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(107)-7/2023 saylı məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, qətnamədən X1 tərəfindən kassasiya şikayəti verildiyini və həmin kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə u yğunluğunun yoxlanılması üçün mülki işin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 417.1, 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə bax ışına təyin edilmişdir.
24. Şəki Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(107)-7/2023 saylı məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, qətnamədən X1 tərəfindən kassasiya şikayəti verildiyini və həmin kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4823/2023 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək mülki iş kassasiya baxışından çıxarılaraq Mətanət Firudinbəyovanın kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-7/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4823/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılsın və Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.