Məhkəmə qərarları › İş №2(102)-2531/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2531/2021

20.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2531/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, üçüncü şəxslər X25, X26, 111 qızına, X17 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnaməyə əsasən mirasın faktiki qəbul edilməsinin təsdiq edilməsi və mirasdan payının müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil1, üçüncü şəxs Nəsirova (Qaçayeva) İradə Məjmi qızının iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiy asının 2(107)-1757/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə Qəbələ rayonu Corlu kəndində Qaçayev Məjmi İsmayıl oğlunun və X10 mülkiyyətinə 0,10 ha torpaq sahəsi verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə Qəbələ rayonu Corlu kəndində Qaçayev Məjmi İsmayıl oğlunun və X10 mülkiyyətinə 0,51 ha torpaq sahəsi verilmişdir. “Torpağ ın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə Qəbələ rayonu Corlu kəndində Qaçayev Məjmi İsmayıl oğlunun və X10 mülkiyyətinə 1,09 ha torpaq sahəsi verilmişdir. Qəbələ rayon Notariat Kontorunun 07 iyun 1999-cu il tarixdə təsdiq olunaraq verilmiş vəsiyyətnaməyə əsasən Qaçayev Məjmi İsmayıl oğlu vəfat edəcəyi günə ona məxsus olan mülkini, bir mərtəbəli, bir otaqlı, aynabəndli evini, bir mərtəbəli iki otaqlı, aynabəndli yaşayış evini, təndirxananı, mal tövləsini və digər bütün əmlakını kiçik oğlu İddiaçı vəsiyyət etmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 25 sentyabr 2018-ci il tarixdə verdiyi 426 nömrəli nikah haqqında arayışdan görünür ki, Qaçayev Məjmi İsmayıl oğlu ilə X27 arasında bağlanmış nik aha dair 25 dekabr 1955-ci il tarixdə 19 nömrəli akt qeydi (nikahın qeydə alındığı yer: Qəbələ rayonu Mirzəbəyli kənd İ.Ə.N) tərtib olunmuşdur. Nikah bağlandıqan sonra Əsmayə Aslanovaya «Qaçayeva» soyadı verilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 28 mart 2018-ci il tarixdə verdiyi AZ-İ 933495 nömrəli «ölüm haqqında şəhadətnamə»dən görünür ki, Qaçayev Məjmi İsmayıl oğlu 05 iyul 1999-cu il tarixdə Corlu kəndində «şiş intoksikasiyası»ndan vəfat etmişdir Qəbələ rayon Qeydiyyat şöbəsinin 27 fevral 2018-ci il tarixdə verdiyi AZ-İ 933431 nömrəli «ölüm haqqında şəhadətnamə»dən görünür ki, X28 19 avqust 2005-ci il tarixdə Mirzəbəyli kəndində «ürək çatmamazlığı»ndan vəfat etmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 19 sentyabr 2018-ci il tarixdə verdiyi 417 nömrəli nikah haqqında arayışdan görünür ki, X18 ilə X19 arasında bağlanmış nikaha dair 28 mart 1989-cu il tarixdə 10 nömrəli akt qeydi (nikahın qeydə alındığı yer: Qəbələ rayonu Mirzəbəyli kənd İ.Ə.N) tərtib olunmuşdur. Nikah bağlandıqan sonra Gülxarə Qaçayevaya «Əhmədova» soyadı verilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 06 oktyabr 2018-ci il tarixdə (təkrar) verdiyi AZ-İ 954503 nömrəli «ölüm haqqında şəhadətnamə»dən görünür ki, X20 21 dekabr 2015-ci il tarixdə Nohurqışlaq kəndində «hipertenziya, beynə qansızma»dan vəfat etmişdir. Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən 05 oktyabr 2019-cu il tarixdə İddiaçı verdiyi AZ-T 102586 nömrəli «doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, o, xx xxxxxxxx 1971-ci il tarixdə Qəbələ rayonu Corlu kəndində doğulmuşdur. Şəhadətnamənin ata qrafasında Qaçayev Məjmi İsmayıl oğlu və ana qrafasında X28 qeyd edilmişdir. Qəbələ Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin İddiaçı 10.12.2019-cu il tarixdə ofisə daxil olmuş müraciətə 14 dekabr 2019-cu il tarixli 1438 nömrəli cavab məktubunda göstərilmişdir ki, qanunvericiliyə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu, habelə ümumi mülkiyyətdən ölənə çatası pay da daxildir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə və notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 102-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanı n ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Buna görə də vərəsəlik hüququnun rəsmiləşdirilməsi ilə bağlı miras qoyanın ölüm şəhadətnaməsi, miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd (VVA-nın qeydiyyatını aparan orqanın şəhadətnaməsi) miras əmlakın mövcudluğunu təsdiq edən mülkiyyət hüququna dair sənədin (dövlət aktı, şəhadətnamə, qeydiyyat vəsiqəsi və çıxarış) təqdim olunmasının vacibliyi İddiaçı nəzərinə çatdırılmışdır. Əks təqdirdə ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Qəbələ rayon İcra Hakimiyyəti başçısının Nohurqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 dekabr 2018 -ci il tarixli 632 nömrəli arayışından görünür ki, mərhum X4 rayonu Nohurqışlaq kəndində vəfat edən zaman onun ailə üzvləri - 1966-cı il təvəllüdlü əri X21, 1990-cı il təvəllüdlü oğlu X47, 1990-cı il təvəllüdlü ərə getmiş qızı Əhmədli (Səfərova) Cəmilə Oktay qızı və 1995-ci il təvəllüdlü ərə getmiş qızı Əhmədli (Mustafayeva) Rəvanə Oktay qızı qalmışdır. ünvan 1 ünvanda qeydiyyatda olan X22 2 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X32 tərəfindən imzasının həqiqiliyi 18 iyul 2018-ci il tarixdə təsdiq edilərək 8İ-1879 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində o, 05.07.1999cu ildə vəfat etmiş atası Qaçayev Məjmi İsmayıl oğlundan miras qalmış miras əmlakdan ona çatası payı qəbul etmədiyini və etmək fikirinin də olmadığını, həmin əmlaka dair heç bir iddiasını n olmadığını, gələcəkdə bununla bağlı məhkəmə orqanlarına müraciət etməyəcəyini, bununla əlaqədar hər hansı məsələ və ya mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürdüyü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinin, yəni mirasdan imtinanın hüquqi nəticələri və bu ərizənin geri götürülməzliyi ona izah olunduğunu bildirmişdir. Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatda olan X23 Qəbələ Regional «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X48 tərəfindən imzasının həqiqiliyi 20 iyun 2018-ci il tarixdə təsdiq edilərək 7E-7762 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində o, 05.07.1999-cu ildə atası Qaçayev Məjmi İsmayıl oğlunun vəfat etdiyini, vərəsəlik işi ilə əlaqədar ondan qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini və qəbul et mək fikrində olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyətinin olmadığını bildirmişdir. Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatda olan X3 Regional «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X48 tərəfindən imzasının həqiqiliyi 20 iyun 2018-ci il tarixdə təsdiq edilərək 7E-7763 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində o, 05.07.1999-cu ildə atası Qaçayev Məjmi İsmayıl oğlunun vəfat etdiyini, vərəsəlik işi ilə əlaqədar ondan qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyətinin olmadığını bildirmişdir. Bakı şəhəri, ünvan 2 ünvanda qeydiyyatda olan Nəsirova İradə Məjmi qızı 3 saylı Ba kı «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X14 tərəfindən imzasının həqiqiliyi 22 noyabr 2019-cu il tarixdə təsdiq edilərək 8İ-65400 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində o, 19.08.2005-ci ildə vəfat etmiş anası X8 miras qalmış əmlakdan ona çatası miras payı qəbul etmədiyini, etmək fikirinin də olmadığını, həmin əmlaka dair heç bir iddiasının olmadığını, gələcəkdə bununla bağlı məhkəmə orqanlarına müraciət etməyəcəyini bildirmişdir. Ərizədə qeyd olaraq notarius tərəfindən ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizənin geri götürülə və ya ləğv edilə bilməzliyinin ona izah edildiyi, mirasın bir hissəsindən imtina etməklə o, nədən ifadə edilməsində və harada yerləşməsindən asılı olmayaraq bütün mi ras əmlakdan imtina etmiş olduğunu bildirmişdir. ünvan 1 ünvanda qeydiyyatda olan X42 2 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X33 tərəfindən imzasının həqiqiliyi 21 noyabr 2019cu il tarixdə təsdiq edilərək 8İ-52696 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində o, 19.08.2005-ci ildə vəfat etmiş anası X8 miras qalmış əmlakdan ona çatası miras payı qəbul etmədiyini, etmək fikirinin də olmadığını, həmin əmlaka dair heç bir iddiasının olmadığını, gələcəkdə bununla bağlı məhkəmə orqanlarına müraciət etməyəcəyini bildirmişdir. Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatda olan X43 və X13 7 saylı «SƏYYARASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X29 tərəfindən imzalarının həqiqiliyi 11 dekabr 2019-cu il tarixdə təsdiq edilərək 8İ-59 reyestr nöm rəsi ilə qeydə alınmış ərizədə onlar 19.08.2005-ci ildə vəfat etmiş anaları X8 miras qalmış əmlakdan onlara çatası miras payı qəbul etmədiklərini, etmək fikirinin də olmadıqlarını, gələcəkdə itirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəklərini, Azərbaycan Respublikası MM-nin 1268-ci maddəsinin notarius tərəfindən onlara izah olunduğunu bildirmişlər. Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatda olan X5 Regional «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X34 tərəfindən imzasının həqiqiliyi 18 sentyabr 2018-ci il tarixdə təsdiq edilərək 8İ-2304 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində (**********304) o, 05.07.1999-cu ildə qaynatası Qaçayev Məjmi İsmayıl oğlunun vəfat etdiyini, vərəsəlik işi ilə əlaqədar ondan qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını bildirmişdir. Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatda olan X7 Regional «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X34 tərəfindən imzasının həqiqiliyi 31 avqust 2018-ci il tarixdə təsdiq edilərək 8İ-1658 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində (**********658) o, 05.07.1999-cu ildə babası Qaçayev Məjmi İsmayıl oğlunun vəfat etdiyini, vərəsəlik işi ilə əlaqədar ondan qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını bildirmişdir. Qəbələ rayonu Nohurqışlaq kəndi ndə qeydiyyatda olan X6 Regional «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X34 tərəfindən imzasının həqiqiliyi 31 avqust 2018-ci il tarixdə təsdiq edilərək 8İ-1660 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsində (**********660) o, 05.07.1999-cu ildə babası Qaçayev Məjmi İsmayıl oğlunun vəfat etdiyini, vərəsəlik işi ilə əlaqədar ondan qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını bildirmişdir. ünvan 4 ünvanda qeydiyyatda olan X2 Regional «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X34 tərəfindən imzasının həqiqiliyi 31 avqust 2018-ci il tarixdə təsdiq edilərək 8İ-1659 reyestr nömrəsi ilə qeydə alınmış ər izəsində (**********659) o, 05.07.1999-cu ildə babası Qaçayev Məjmi İsmayıl oğlunun vəfat etdiyini, vərəsəlik işi ilə əlaqədar ondan qalmış miras əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını, mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyətinin olmadığını bildirmişdir. Qəbələ Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin Cavabdeh2 10.12.2019-cu il tarixli ərizəsinə 14 dekabr 2019-cu il tarixdə ünvanladığı 1437 nömrəli cavab məktubunda 05.07.1999-cu il tarixdə vəfat etmiş Qaçayev Məjmi İsmayıl oğlunun və 19.08.2005-ci il tarixdə vəfat etmiş anası X10 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün tərəflərin notariat kontoruna gəlmələri və lazımı sənədləri təqdim etmələri ona bildirilməklə, əks təqdirdə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, üçüncü şəxslər X25, X26, X9, X17 qarşı «vəsiyyətnaməyə əsasən mirasın faktiki qəbul edilməsinin təsdiq edilməsi və mirasdan payının müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ölmüş şəxs (miras qoyan) Qaçayev Məjmi İsmayıl oğlu tərəfindən imzalanmış, Qəbələ rayon dövlət notariat kontorunda 07 iyun 1999-cu il tarixdə 2B-1/49 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən mirasın Qaçayev Məjmi İsmayıl oğlu tərəfindən qəbul edilməsinin təsdiq edilməsi, ölmüş şəxs (miras qoyan) X8 qalmış mirasın vərəsə Qaçayev Məjmi İsmayıl oğlu tərəfindən qəbul edilməsinin t əsdiq olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 01.06.2020-ci il tarixdə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ölmüş şəxslər (miras qoyanlar) Qaçayev Məjmi İsmayıl oğlundan və X8 miras qalmış Qəbələ rayonu Mirzəbəyli (Corlu) kəndində yerləşən 0.51 hektar, 0.10 hektar və 1.09 hektar torpaq sahələrinin (torpağın mülkiyyətə verilməsinə dair JN 132A, JN 132 G və JN 132 F nömrəli şəhadətnamələr) İddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsinə və mirasda payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaçayev Məjmi İsmayıl oğlu 05.07.1999-cu il tarixdə Qəbələ rayonu Corlu kəndində ölmüşdür. Qəbələ rayon icra Hakimiyyəti başçısının Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 7 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, Qaçayev Məjmi İsmayıl oğlunun öldüyü tarixdə onun bu vərəsələri qalmışdır: arvadı - X28, oğlu X42 - 1950, oğlu - Cavabdeh1 - 1957, oğlu - X43 1959, qızı - Əhmədova (Qaçayeva) Gülxarə Məjmi qızı - 1962, qızı - Teymurova (Qaçayeva) Rəqsanə Məjmi qızı - 1964, oğlu - Cavabdeh2 - 1966, qızı - Nəsirova (Qaçayeva) İradə Məjmi qızı - 1966, oğlu - İddiaçı - 1971. X28 19.08.2005-ci il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində ölmüşdür. Qəbələ rayon qeydiyyat şöbəsinin 25 sentyabr 2018-ci il tarixli sənədindən görünür ki, Qaçayev Məjmi İsmayıl oğlu ilə X28 arasında 25 dekabr 1955-ci il tarixdə nikah qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak M əsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 29 mart 2018-ci il tarixli, **********98 nömrəli məktubundan və JN-132A, JN-132G və JN-132 F nömrəli şəhadətnamələrdən görünür ki, Qəbələ rayonu Corlu kəndi ərazisində yerləşən 3 fərqli torpaq sahəsi Qaçayev Məjmi İsmayıl oğlunun və X10 mülkiyyətinə verilmişdir. Qəbələ rayonu dövlət notariat kontorunda 07 iyun 1999-cu il tarixdə 2B-1/49 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, Qaçayev Məjmi İsmayıl oğlu vəfat edəcəyi günü ona məxsus olan mülkünü, bir mərtəbəli bir otaqlı, aynabəndli evini, bir mərtəbəli iki otaqlı, aynabəndli yaşayış evini, təndirxananı, mal tövləsini və digər bütün əmlakını kiçik oğlu İddiaçı vəsiyyət etmişdir. Dövlət Notariat Arxivinin 16 mart 2018-ci il tarixli 05/01-9-28/13 nömrəli məktubundan müəyyən olunur ki, Qəbələ rayon dövlət notariat kontorunda 07 iyun 1999-cu il tarixdə 2B1/49 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə dəyişdirilməmiş və ya ləğv edilməmişdir. Cavabdeh3 14 dekabr 2019-cu il tarixli 1438 nömrəli məktubundan görünür ki, İddiaçı məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Qabil Qaçayev, Rəqsanə Teymurova, Qalib Qaçayev, İradə Nəsirova, Məjmi Qaçayevdən qalmış miras əmlakdan çatası payı qəbul etməmişlər və qəbul etmək fikrində deyillər. Həmçinin mərhum Gülxarə Əhmədovanın əri və övladları eyni məzmunlu ərizə imzalamışlar. Qalib Qaçayev, Qabil Qaçayev, İradə X1 qalmış miras əmlakdan çatası payı qəbul etməmişlər və qəbul etmək fikrində de yillər. İddiaçı miras qoyanların birinci növbəli vərəsəsidir. Mülki qanunvericiliyin vərəsəlik hüququ haqqında müddəalarına əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsələr sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onların qanun üzrə vərəsəlik zamanı onlar ın ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 19.02.2020-ci il tarixdə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı, cavabdehlər Cavabdeh1, X25, X26, 111 qızına, Nəsirova (Qaçayeva) İradə Məjmi qızına, X36, X15 və X16 qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və həmin əmlakı qəbul etmiş vərəsənin mülkiyyəti kimi tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, mərhumlar Qaçayev Məjmi İsmayıl oğlunun və X10 JN-132 F, 132 A və 132 G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrə əsasən birgə paylı mülkiyyət formasında mülkiyyətlərində olub miras qalmış 1,09 ha torpaq sahəsinin onun tərəfindən faktiki qəbul edilməsinin müə yyən edilməsi, həmin torpaq sahəsinin miras açıldığı gündən onun mülkiyyəti sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 07.05.2020-ci il tarixdə Cavabdeh2 Azərbaycan Respublikası MPM-nin 53- cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək - mərhumlar Qaçayev Məjmi İsmayıl oğlundan və X8 birgə paylı mülkiyyət formasında miras qalmış «Torpağın mülkiyyətə verilməsinə dair» 132 F nömrəli şəhadətnaməyə əsasən 1,09 ha, «Torpağın mülkiyyətə verilməsinə dair» 132 A nömrəli şəhadətnaməyə əsasən 0,51 ha və «Torpağın mülkiyyətə verilməsinə dair» 132 G nömrəli şəhadətnaməyə əsasən 0,10 ha, o cümlədən cəmi 1,7 ha torpaq sahəsinin (miras əmlakın) onun tərəfindən ½ hissəsinin faktiki qəbul edilməsinin müəyyən edilməsi, həmin torpaq sah ələrinin (miras əmlakın) ½ hissəsinə dair hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, notariat hərəkətlərinin aparılması haqqında təlimatın 121-ci bəndinə əsasən ər-arvadın ikisi də öldükdə (bir gündə və yaxud müxtəlif vaxtlarda) notarius tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə vərəsələrin ərizələri əsasında verilmir və onlara məhkəməyə müraciət etmək hüququ izah olunur. Bununla belə o, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün notariusa müraciət etmişdir. Notariat ofisi rəsmi məktubla ona məhkəməyə müraciət etməyini məsləhət bildirmişdir. Atası Qaçayev Məjmi İsmayıl oğlu 05.07.1999-cu il tarixdə, anası X28 19.08.2005-ci il tarixdə vəfat etmişdir. Vəfat edən zaman onlardan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-132 F saylı şəhadətnaməyə əsasən mülkiyyətlərində olan 1,09 ha, 132 A nömrəli şəhadətnaməyə əsasən 0,51 ha və 132 G saylı şəhadətnaməyə əsasən 0,10 ha kənddaxili torpaq sahələri miras qalmışdır. Miras qoyanlar ölən zaman cəmi 8 nəfər birinci növbəli vərəsələri olmuşdur. Bu vərəsələrdən 1950-ci il təvəllüdlü Qabil Qaçayev 40-45 il bundan əvvəl Bakı şəhərinə köçmüş, miras qoyanlarla birgə yaşamamış, bu vaxtadək mirasdan pay istəməmiş və miras əmlakı qəbul etməmişdir. 1957-ci il təvəllüdlü Cavabdeh1 40 il bundan əvvəl miras qoyanların təsərrüfatından ayrılmış, yeni təsərrüfat yaratmış, miras qoyanlarla birgə yaşamamış və bu vaxtadək mirasdan pay istəməmiş, mirası qəbul etməmişdir. 1959-cu il təvəllüdlü Qalib Qaçayev 53-40 il bundan əvvəl miras qoyanların təsərrüfatından ayrılmış, yeni təsərrüfat yaratmış, miras qoyanlarla yaşamamış bu vaxtadək mirasdan pay ayrılmasını istəməmiş və mirası qəbul etməmişdir. 1962-ci il təvəllüdlü Əhmədova (Qaçayeva) Gülxarə 30 il bundan əvvəl ərə köçmüş, mirası qəbul etməmiş, 2015-ci ildə vəfat etmişdir. 7, 8 və 9-cu cavabdehlər mərhum Gülxarənin vərəsələridirlər. Onlar da bu vaxtadək mirasdan pay istəməmişlər. 1962-ci il təvəllüdlü Rəqsanə Teymurova (Qaçayeva) 40 il bundan əvvəl ailə qurub təsərrüfatdan köçmüşdür. Həmin vaxtdan miras qoyanlarla birgə yaşamamış, bu günədək təsərrüfatdan pay tələb etməmiş və mirası qəbul etməmişdir. 1969-cu il təvəllüdlü İradə Nəsirova (Qaçayeva) 2829 il bundan əvvəl ailə qurub təsərrüfatdan köçmüşdür. Həmin vaxtdan miras qoyanlarla birgə yaşamamış, bu günədək təsərrüfatdan pay tələb etməmiş və mirası qəbul etməmişdir. 1971-ci il təvəllüdlü İddiaçı 7 yaşından Bakı şəhərində yaşamış, birinci sinifə Bakı şəhərində getmiş, həmin vaxtdan sonra miras qoyanlarla birgə yaşamamışdır. Miras qoyanların xəstəliyində, xüsusən də anası 13-14 il ərzində yataq xəstəsi olduğu dövrlərdə ona baş çəkməmiş, müalicəsinə heç bir köməklik göstərməmişdir. Anası və atası öldükdən sonra qanunla müəyyən edilmiş müddətdə, habelə 12 il bundan sonra da mirasdan rəsmi qaydada pay tələb etməmiş, mərhum atası Məjmi tərəfindən ona vəsiyyətnamə verildiyini iddia etsə də, mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişdir. İki il bundan əvvəl yay və payız vaxtlarında bir neçə günlük kəndə gəlməyə başlamış, bir neçə ev əşyasını gətirib həyətdəki özbaşına tikili evə yığmış, 1 il bundan əvvəl ona müraciət edərək mirasdan pay tələb etməyə başlamışdır. Hazırda aralarında miras əmlakla bağlı mübahisə yaranmışdır. Vəfalı miras əmlakın bütövlükdə onun adına rəsmiləşdirilməsini istəyir. Onun özü 1966-cı ildə miras qalmış təsərrüfatda doğularaq böyümüşdür. Bütün vərəsələr miras qoyanlardan əvvəl təsərrüfatdan köçüb getmişlər. O isə bu günədək həmin təsərrüfatda yaşayır və təsərrüfatda qeydiyyatdadır. Atası öldüyü vaxtdan 20 il, anası öldüyü vaxtdan isə 14 il keçmişdir. Bu müddət ərzində təsərrüfatı o saxlamış, ona sahib çıxıb idarəetməni təkbaşına tam həyata keçirmişdir. Anası həyatının son 13 -14 ilini yataq xəstəsi olaraq keçirmiş, ona ailə üzvləri ilə birlikdə baxmışdır. Atası vəfat edəndə dəfninə qardaşı Nadir maddi köməklik göstərmiş, anası vəfat edəndə isə dəfni tam olaraq o təşkil etmişdir. İddia ərizəsinə əlavə etdiyi vərəsələrin dairəsi haqqında arayışın sonunda Mirzəbəyli kənd inzibati ərazi nümayəndəsi tərəfindən qeyd edilmişdir ki, «mərhumlar vəfat edən günədək oğlu Cavabdeh2 ilə birlikdə yaşamışlar». Beləliklə, qeyd olunanlardan başa düşülür ki, miras qoyanlar öldükdən sonra cavabdehlərdən heç biri qanunla müəyyənləşdirilmiş vaxt ərzində miras əmlakı nə qanun üzrə və nə də vəsiyyət üzrə vərəsə kimi faktiki qəbul etməmişlər. Cavabdeh İddiaçı anası öldükdən 12 il sonra, yəni iki il bundan əvvəl başlayaraq kəndə bir neçə dəfə gəlməklə miras əmlaka sahib çıxmaq niyyəti güdür. Halbuki, həmin 12 il ərzində miras əmlaka sahib çıxmaq üçün heç bir hərəkət etməmişdir. Mülki Məcəllənin 1243-cü və 1246-cı maddəsindən, maddi hüquq normalarının tələbindən görünür ki, miras açıldıqdan sonra mirasın qəbulu və şəhadətnamənin istənilməsi barədə ərizə ilə notariusa vərəsə müraciət etməlidir. Bu hal vərəsələrə həm qanun, həm də vəsiyyət üzrə heç bir fərq qoyulmadan eyni dərəcədə aiddir. Mirası qəbul edib-etməməsi vərəsələrin öz iradəsinə bağlıdır. Qanunvericilikdə onların arzularına zidd heç bir məcburi qayda nəzərdə tutulmayıb. Lakin hazırkı mübahisədə miras qoyanın vərəsələrinin (cavabdehlərin) mirasın qəbulu ilə əlaqədar hüquqi hərəkətləri vaxtında yerinə yetirməmələri onun qəbulu ilə bağlı müddətin buraxılması ilə nəticələnmişdir. Mirası o, faktiki qəbul etmişdir. Uzun müddət ərzində idarə, sahiblik və istifadə edir. Ona görə də onların heç birinə onun könüllü iradəsi olmadan miras payının verilməsinə yol verilmir. Şərh olunanlard an göründüyü kimi, qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirmişdir. Həmin qaydalar vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə onu qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlanmasından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 18 iyul 2014-cü il tarixli Plenum (Qəhrəmanovanın şikayəti) Qərarında göstərmişdir ki, «bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibəti iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir». Hazırkı mübahisənin hallarından müşahidə edilir ki, vərəsələr - cavabdehlər miras açıldıqdan uzun müddət ərzində susmuşlar. Bu hal Mülki Məcəllənin 1273-1 maddəsinin təsiri altına düşür. Belə ki, MM-nin 1273.1- ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. MM-nin 1262-ci maddəsinə görə əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bild irməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Məcəllənin 1263-cü maddəsinə görə əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Hazırkı mübahisə üzrə göstərilən maddələrin tələbləri bir daha ona gətirib çıxarır ki, vərəsələr - cavabdehlər uzun müddət ərzində susmaları səbəbindən, onların payları ona yəni, mirası qəbul etmiş vərəsəyə keçməlidir və onun mülkiyyəti kimi tanınmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras açıldığı günd ən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, atasından qalan miras əmlaka 19 ildən, anasından qalan miras əmlaka isə 13 ildən artıqdır sahiblik edir. Bu əmlakdan istifadə edir, əmlakı qoruyub saxlayır. Valideynlərinin xəstəliyi dövründə onlarla birlikdə yaşayıb onlara baxmış və vəfat etdikdə onları dəfn etmişdir. Ərizəyə əlavə etdiyi «xxxx» ASC tərəfindən verilmiş arayışdan görünür ki, mərhumlardan qalmış təsərrüfatda quraşdırılmış ********** saylı elektrik sayğacı üzrə elektrik sərfiyyatına görə ödənişləri 2007-2019-cu illər ərzində o, həyata keçirmişdir. Ərizəyə əlavə olunmuş vərəsələrin dairəsi haqqında arayışdakı qeydlərdən görünür ki, mərhumlar ölən günədək onunla birgə yaşamışlar. Ərizəyə əlavə etdiyi yaşayış yeri barəsində arayışdan da görünür ki, o, Mirzəbəyli kəndində sözügedən təs ərrüfatda qeydiyyatdadır. Qanunvericiliyin qeyd olunan tələblərindən və təqdim edilən sübutlardan görünür ki, atasından və anasından qalmış 1,09 ha, 0,51 ha və 0,10 ha torpaq sahələrindən ibarət olan miras əmlak tam olaraq onun mülkiyyəti kimi tanınmalıdır. Qəbələ Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(025)-288/2020) ilkin iddia qismən təmin edilmiş, ölmüş şəxslər (miras qoyanlar) Qaçayev Məjmi İsmayıl oğlundan və X8 miras qalmış Qəbələ rayonu Mirzəbəyli (Corlu) kəndində yerləşən JN-132F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən mirasın ona aid hissədə İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməsi və Qəbələ rayon AİK-nın 15.05.1998-ci il tarixli 09 saylı qərarı ilə JN132F nömrəli (kod:******* *) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə Qaçayev Məjmi İsmayıl oğlunun və X10 mülkiyyətinə verilmiş 1,09 ha torpaq sahəsindən ilkin iddia üzrə iddiaçı (vərəsəsi) İddiaçı vərəsə kimi payı 7/8 hissə (0,95375 ha) müəyyən olunması, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, ölmüş şəxslər (miras qoyanlar) Qaçayev Məjmi İsmayıl oğlundan və X8 miras qalmış Qəbələ rayonu Mirzəbəyli (Corlu) kəndində yerləşən JN-132F nömrəli (kod:********), JN-132G nömrəli (kod:********) və JN-132A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrə əsasən mirasın ona aid hissədə Cavabdeh2 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilmiş və Qəbələ rayon AİKnın 15.05.1998-ci il tarixli 09 saylı qərarı ilə JN-132F nömrəli (kod:* *******) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə Qaçayev Məjmi İsmayıl oğlunun və X10 mülkiyyətinə verilmiş 1,09 ha torpaq sahəsindən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (vərəsəsi) Cavabdeh2 vərəsə kimi payı 1/8 hissə (0,13625 ha), JN-132G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə Qaçayev Məjmi İsmayıl oğlunun və X10 mülkiyyətinə verilmiş 0,51 ha torpaq sahəsindən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (vərəsəsi) Cavabdeh2 vərəsə kimi payı 1/8 hissə (0,06375 ha) və JN-132A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə Qaçayev Məjmi İsmayıl oğlunun və X10 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsindən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (vərəsəsi) C avabdeh2 vərəsə kimi payı 1/8 hissə (0,0125 ha) müəyyən olunması, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 14.05.2020-ci il tarixdə tərəflər arasında mübahisələndirilən miras əmlaka yerli baxış keçirilmiş, baxış zamanı həyətyanı torpaq sahələrində iki fərdi yaşayış evinin olduğu, həyətin (həyətin girişindən) sağ tərəfində yerləşən fərdi yaşayış evində İddiaçı sol tərəfində (həyətin girişindən) yerləşən fərdi yaşayış evində isə Cavabdeh2 yaşadıqları, onların valideynlərindən qalmış mirası faktiki qəbul edərək mirasdan istifadə etdikləri müəyyən edilmişdir (İddiaçı miras əmlaka dair məhkəməyə təqdim etdiyi fotoşəkillər iş materiallarına əlavə edilmişdir). Mülki işin qeyd olunan halı ilkin iddia üzrə üçüncü şəxslər və qarşılıq lı iddia üzrə cavabdehlərin izahatları ilə də sübut olunur. İşin halları ilə müəyyən olunur ki, həm İddiaçı və həm də Cavabdeh2 vərəsə olaraq onlara aid hissədə mirası faktiki surətdə qəbul edərək şəriksiz (miras əmlakla bağlı tək idarə etdiklərini şəksiz nümayiş etdirirlər. Onlar miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktik valideynlərinin ölümündən dərhal sonra başlamışlar. İşin qeyd olunan halını, iş üzrə tərəflər, onların ətrafında yaşayan qonşuları, qohumları və kənd icması da bilir. Ölmüş şəxslər (miras qoyanlar) Qaçayev Məjmi İsmayıl oğlundan və X8 miras qalmış Qəbələ rayonu Mirzəbəyli (Corlu) kəndində yerləşən JN132F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən mirasın ona aid hissədə İddiaçı tərəfindən faktiki qəbul edilməsi müə yyən edilsin və Qəbələ rayon AİK-nın 15.05.1998-ci il tarixli 09 saylı qərarı ilə JN-132F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə Qaçayev Məjmi İsmayıl oğlunun və X10 mülkiyyətinə verilmiş 1,09 ha torpaq sahəsindən ilkin iddia üzrə iddiaçı (vərəsəsi) İddiaçı vərəsə kimi payı 7/8 hissə (0,95375 ha ) müəyyən olunmalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Qəbələ rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edərək, yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2020-ci qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov, iş № 2(107)1757/2020) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tə rəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(025)288/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 Aqrar İslahat Komissiyası tərəfindən mərhum atası və anasına birlikdə 0,60 ha torpaq sahəsi verilməli olduğunu, lakin onlara İN- 132 A saylı şəhadətnamə ilə 0,51 ha, İN132Y saylı şəhadətnamə ilə 0,10 ha və İN-132 F saylı şəhadətnamə ilə 1,09 ha torpaq sahəsi cəmi 1,70 ha verildiyini, bunun düzgün olmadığını mübahisələndirmişdir. Cavabdeh1 mübahisələndirdiyi hüquq münasibətləri hazırki iş üzrə iddianın predmetini təşkil etmir. O gələcəkdə həmin məsələ ilə əlaqədar məhkəmədə ayrıca iddia qaldırmaq hüququna malikdir. Ona görə də Cavabdeh1 apellyasiya şikayə tinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən 14.05.2020-ci il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 iştirakı ilə mübahisəli miras əmlaka yerli baxış keçirilmişdir. Baxış zamanı həyətyanı torpaq sahələrində iki fərdi yaşayış evinin olduğu, həyətin sağ tərəfində yerləşən fərdi yaşayış evində İddiaçı sol tərəfində yerləşən fərdi yaşayış evində isə Cavabdeh2 yaşadıqları, onların həmin mirası faktiki qəbul edərək mirasdan istifadə etdikləri müəyyən olunmuşdur. Bundan əlavə Qəbələ rayon notariat kontorunun 07 iyun 1999-cu il tarixdə təsdiq olunaraq 2V-1/49 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnaməsi ilə Qa çayev Məjmi İsmayıl oğlu vəfat edəcəyi günə ona məxsus olan mülkini, bir mərtəbəli, bir otaqlı, aynabəndli evini, bir mərtəbəli iki otaqlı, aynabəndli yaşayış evini, təndirxananı, mal tövləsini və digər bütün əmlakını kiçik oğlu İddiaçı vəsiyyət etmişdir. Fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunvericiliyə görə mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul e də bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Hazırkı halda işin faktiki halları və tərəflərin izahatlarından görünür ki, iddiaçı vərəsəlik açıldıqdan sonra mirasın qəbul edilməsi ilə bağlı 6 aylıq müddət ərzində mirasın qəbul edilməsi ilə əlaqədar öz hüquqlarından istifadə etmiş, miras əmlakı əldə etmək və almaq niyyətlərini ifadə etmiş və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkil X12) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1757/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək şikayətin dəlilləri ilə razılaşmadığını, apelyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili izahat verərək, kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını apelyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X37 vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillər üzrə yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya m əhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1170.1-ci maddəsinə görə, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170.2-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsəni n payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alır. 1171-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. 1193-ci maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə v ə ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Bir sözlə, qanunvericiliyin şərh olunan bu müddəasına görə də İddiaçı və Cavabdeh2 mirası onlara aid hissədə qəbul etdikləri tam sübuta yetir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və o nların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. 1291-ci maddəsinə əsasən, mira s şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kas sasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız ol duğu isə apelyasiya baxışında sübut edilmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1757/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar