Məhkəmə qərarları › İş №2(102)-2532/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2532/2019

15.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2532/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-628/2018 saylı, 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.V.Abdıyev) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11.08.2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh 1.050 (bir min əlli) manat məbləğində pulun, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.Hacıyev, hakimlər R.Eyvazov və F.Talışinski, İş № 2(103)-9857/2018) apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)628/2018 saylı, 08 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “Cavabdeh ilə aralarında 11 avqust 2011-ci il tarixdə bağlanmış əmlak kirayə müqaviləsinin ləğv edilməsi, 11.09.2017-ci il tarixdən 30.12.2017-ci il tarixədək müddət üçün 1.390 manat k irayə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 11 avqust 2011-ci il tarixdə bağlanmış əmlak kirayə müqaviləsinin ləğv edilməsi, 11.09.2017-ci il tarixdən 30.12.2017ci il tarixədək müddət üçün 1.390 manat kirayə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş emtişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şika yəti onunla əsaslandırmışlar ki, tərəfin iştirakı təmin edilməmiş, sübutlara düzgün qiymət verilməmişdir. Maddi və prosessual hüquq normaları pozulduğundan Bakı Apellyasiya məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin birinci instansiya məhkəməsində təmin edilən hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin birinci instansiya məhkəməsində təmin edilən hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, Cavabdehin məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya ins tansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2017- ci il tarixli icarə müqavi ləsinə əsasən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 38,3 kv.metr qeyri-yaşayış sahəsi olan qaraj İddiaçı tərəfindən Cavabdeh on bir ay müddətinə hər ay 300 manat aylıq icarə haqqı ödəməklə icarəyə vermişdir (Müqavilənin 3.1-ci və 5.1-ci bəndləri). Cavabdeh tərəfindən qeyd olunan icarə müqaviləsi üzrə cəmi 250 manat ödəniş edilmişdir. Cavabdeh 19.08.2017-ci il tarixində ünvan 1 həyətində icarəyə götürərək, işlətdiyi kafenin açarlarını təhvil verə bilməməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Bölməsindən Cavabdeh ərizədə göstərdiyi halların araşdırıldığı və ərizədə göstərilən xüsusatların mülki xarakterli olduğundan müvafiq məhkəmə orqanlarına müraciət etmək hüququnun olması bildirilmişdir. Apellyasiya ins tansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi zamanı keçirilmiş məhkəmə iclasları zamanı da cavabdeh, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsinə etirazının olmamasını bildirmişdir. Göründüyü kimi cavabdeh, iradə ifadəsini nümayiş etdirməklə 11 avqust 2017ci il tarixli icarə müqaviləsi ilə icarəyə götürdüyü Bakı şəhəri, ünvan 1 həyətində yerləşən 38,3 kv.metr qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermək üçün cəhd etmiş və bu mümkün olmadıqda müvafiq olaraq Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə müraciət etmişdir. Lakin iddiaçı hərəkətsizlik edərək, cavabdehin çağırışlarına məhəl qoymamış və nəticədə süni şəkildə 4 ay müddət gözlədikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki cavabdeh, icarə müqavilənin bağlanmasından qısa müddət keçdikdən sonra qeyri-yaşayış sahəsinin iddiaçıya qaytarılması barədə iradəsini nümayiş etdirsə də buna nail ola bilməmişdir. İcarə müqaviləsinin tələbləri cavabdehin təqsirindən pozulması halı müəyyən edilmədiyindən və cavabdeh müqavilənin bağlanmasından qısa müddət keçmiş qeyri-yaşayış sahəsini iddiaçıya qaytarmaq iradəsini nümayiş etdirdiyindən tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğvi və cavabdehdən kirayə haqqının tutulması barədə iddia tələbi təmin edilə bilməz. Beləliklə, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır, məhkəmə müəyyən edilmiş faktlardan tərəflər arasındakı hüquq münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şi kayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrin maddi əsası kimi aşağıdakı istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 685.2-ci və 685.2.1-ci maddələrinə əsasən kirayəçi iki ardıcıl mü ddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, h abelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə, eləcə də ekspert rəyinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 101.3, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya M əhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar