Məhkəmə qərarları › İş №2(102)-2536/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2536/2021

19.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2536/2021 19.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs X5 olmaqla), İddiaçı cavabdehlər Bakı şəhəri 12 Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə (üçüncü şəxslər X5, Cavabdeh1 və Cavabdeh2 olmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fəaliyyət qabiliyyətsizliyi faktının müəyyən edilməsi; bağışlama müqaviləsinin etibarsız sayılması; qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyas ı, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-440/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,2 ha torpaq sahəsi, yaşayış sahəsi 22,72 kv.m., köməkçi sahə 44,18 kv.m., ümumi sahəsi 66,9 kv.m. iki yaşayış otağı, ümumi sahəsi 19,19 kv.m. qarajı olan 1113 nömrəli bağ evinə X2 adına Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən x xxx 2008-ci il tarixdə 2V-1-121 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında X2 adına xx xxxx 2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

2. Sumqayıt şəhəri 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014cü il tarixli 4Ə-472 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1113 saylı bağ evi X7 tərəfindən 1/2 hissədə Cavabdeh1 oğluna və 1/2 hissədə Cavabdeh2 bağışlanmışdır.

3. X7 xx xxx 2015-ci il tarixdə vəfat etmişdir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı üçüncü şəxs qismində X3 göstərməklə iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1931-ci il təvəllüdlü anası X2 xx xxxxxx 2014-cü ildə əqd bağlanan zaman fəaliyyət qabiliyyətsiz olması faktının müəyyən edilməsi, göstərilən faktın müəyyən edilməsinin nəticəsi olaraq, Sumqayıt şəhəri 1 saylı Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli 4Ə472 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

5. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 7220 saylı, xx xxxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X2 adında olan xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsində “Hədiyyə verən” qrafasındakı imza, həmçinin həmin müqavilənin qeydiyyatdan keçdiyi (Sumqayıt şəhəri 1 saylı Notariat Kontoru) 01234 saylı reyestr k itabının 33-cü vərəqəsində 472 saylı qeydiyyatlar qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza - X7 tərəfindən icra olunmuşdur.

6. Bakı şəhər Baş Səhiyyə İdarəsi 16 saylı şəhər Poliklinikası tərəfindən verilmiş 401 saylı, xx xxxxxxx 2018-ci il tarixli sorğuya cavab məktubu əsasında müəyyən edilmişdir ki, 1931-ci il təvəllüdlü X1 rayonu 16 saylı şəhər poliklinikasında psixiatrik və nevroloji kabinetlərində dispanser qeydiyyatda olmayıb.

7. Bakı şəhər Baş Səhiyyə İdarəsi X13 baş həkimi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən edilmişdir ki, KTM-nin ümumi reanimasiya şöbəsinin həkimi S.Dadaşzadənin işlətdiyi “senil demensiya”, “qocalıq kəmallığı” “psixi və fizioloji köməksizlik” ifadələri mərhu mə Solmaz Ağayevanın xəstəlik tarixində bir dəfə də belə rast gəlinmir.

8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-461/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia təmin edilməmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 385.1, 386.1, 390, 424-cü maddələrini rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, bağ evinin xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında məhz mərhum Solmaz Ağayeva tərəfindən oğullarına bağışlanılması işin mübahisəsiz halını təşkil edir. Solmaz Ağayeva həmin müqavilə ilə iradə ifadəsini nümayiş etdirmişdir. İddiaçı anasının müqavilə bağlandığı anda fəaliyyət qabiliyyətsiz olduğunu iddia etsə də, bunu təsdiq edə biləcək tutarlı sübut təqdim etməmişdir. Halbuki, mülki prosessual qanu nvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. Qətnamədən iddaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

11. Bundan başqa, İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı notariat ofisi, DƏDRX-in Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X5, Cavabdeh1 və Cavabdeh2 cəlb etməklə iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 12 saylı notariat kontorunun xx xxx 2008-ci il tarixdə 2V-1-121 reyestr nömrəli X2 adına verilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,2 ha torpaq sahəsi, yaşayış sahəsi 22,72 kv.m., köməkçi sahə 44,18 kv.m., ümumi sahəsi 66,9 kv.m. iki yaşayış otağı, ümumi sahəsi 19,19 kv.m. qarajı olan 1113 nömrəli bağ evinə qanun üzr ə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında X2 adına verilmiş xx xxxx 2008ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1238/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) bu iddia da təmin edilməmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Yasamal rayon məhkəməsinin x xxxxxx 2019-cu il tarixli, 2(004)-5381/2019 saylı qətnaməsi ilə iddiaçının onun atasının ölümündən sonra onda miras qalmış əmlakı, yəni Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən bağ sahəsini nə notariat kontoruna müraciət etməklə, nə də faktiki idarə etməklə qəbul etməməsi müəyyən edildiyindən onun həmin miras əmlaka anasının adına veri lmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni və həmin şəhadətnaməyə əsasən mülkiyyət hüququna dair çıxarışı mübahisələndirməyə hüququ yoxdur.

14. Məhkəmə iddiaçının atası xx xxxxxx 2000-ci ildə vəfat etdiyindən həmin dövrdə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 527, 528, 529, 532, 552, 562ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 233.3-cü maddələrini tətbiq etmişdir.

15. Qətnamədən iddiaçı X4 apellyasiya şikayəti daha sonra apellyasiya şikayətinə dəqiqləşmə verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6138/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə hər iki mülkı iş bir likdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir.

17. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020ci il tarixli 2(103)-440/2020 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov-sədrlik edən və məruzəçi, A.İsgəndərov və X.Sarıyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)461/2019 saylı mülki iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1238/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndi rildiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz, çünki birinci instansiya məhkəməsinin qətnamələri faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz.

19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

20. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-440/2020 saylı qətnaməsinin ləğv edilərək, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. K assasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının atası Ağayev Tofiq Atamoğlan oğlu xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra 0.2 sot ölçüdə bağ sahəsi qalmışdır və anası X7 2005-ci ildə həmin bağ sahəsinə Sumqayıt Bələdiyyəsi ilə öz adına yeni icarə müqaviləsi bağlamışdır, həmin müqavilənin müddəti 2005-ci ildən 2015-ci ilə qədər olmuşdur. Beləliklə, mübahisəli bağ sahəsi on il ərzində iddiaçının anası Solmaz Ağayevanın istifadəsində olmuşdur. Solmaz Ağayevanın həmin müqaviləyə əsasən onun istifadəsində olan bağ sahəsinə 2008-ci ildə iddiaçının atasının adına çıxarış almaq heç bir ehtiyac və hüquqi əsas olmamışdır. İddiaçı bu sə bəbdən AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt şəhər ərazi idarəsini cavabdeh qismində cəlb etdiyini qeyd edir. Kassator kassasiya şikayətinin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1133.1, 1134.1, 1145, 1146, 1159.1, 1159.1.1, 1272, 377.1, 1248.1, 377.1, 139.1-1, 139-1.1.1, 139.1-1.10.2, 141.1, 146.8, 149.2-ci maddələrini qeyd etmişdir.

22. Məhkəməyə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı istinad etdiyi xx.xx.2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslinin (əqdlərin etibarsızlığı) 339-354-cü maddələrində etibarsızlığı təşkil edən və qeyd olunan hüquqi əsaslar iddiaçının etibarsızlı q ilə bağlı iddiada qeyd etdiyi əsaslara uyğun deyil və iddia tələbinin qanuniliyinin əsasını təşkil etmir və əks etdirmir. İddiaçı kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-440/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul edilməsini xahiş edirlər. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-440/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

24. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərba ycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir.

25. İş üzrə İddiaçı və cavabdeh Bakı şəhəri 12 saylı Notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasına gələ bilməyəcəklərini bildirmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdirlər.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq xx xxxxxx 2000-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 527 Vərəsəlik qanun üzrə və v əsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o vəsiyyətdə dəyişdirilməsin.

28. Maddə 528 Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o ölmüş elan edildikdə isə, bu məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

29. Maddə 529 Vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.

30. Maddə 532 Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürənlər), ər (arvad) və ölənin valideynləri (övladlığı götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbəli vərəsələr sırasına daxild ir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun.

31. Maddə 552 Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılı qlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

32. Maddə 562 Vərəsələrə miras hüququ haqqında şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə almaq istədiyini bildirən şəxslərdən əlavə digər vərəsələrin olmaması barədə məlumat olduqda da, istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin mirasa hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

33. Maddə 324.1 Əqd mülki hüquq münasib ətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

34. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

35. Maddə 354.1 Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

36. Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutl arı araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

41. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

43. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və y axud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§40).

45. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§41).

46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§40). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istin ad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. İş üzrə İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

49. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı mərhum anası tərəfindən bağışlama müqaviləsi bağlanarkən fəaliyy ət qabiliyyətsiz olduğuna, o cümlədən fəaliyyət qabiliyyətli olmasını istisna edən hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə işdə olan sübutlar X14nın fəaliyyət qabiliyyətli olmasını istisna edən hər hansı bir psixi xəstəlikdən əziyyət çəkdiyini təkzib edir. Bu cür vəziyyətdə X14nın zədəli olmayan iradə ifadəsinin nəticələrini necə mübahisələndirmək olar. Əlbətdə ki, iddiaçı bu cür iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl özü üçün bu halları dəqiqləşdirməli idi. Çünki, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olmalıdır. Yəni, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla heç kəs mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququndan məhrum edilə bilməz. X14 da qanunla nəzərdə tutulmuş bu hüq uqundan istifadə etmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri 12 saylı notariat kontorunun x xxx 2008-ci il tarixdə X2 adına verdiyi mübahisəli bağ evinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi üçün də əsas olmalıdır. İddiaçının vərəsəlik hüququ ilə bağlı mülki qanunvericiliyin tələblərinin pozulduğu dəlili əsaslı deyildir. Belə ki, mübahisəli bağ sahəsi və orada yerləşən ev Ağayev Tofiq Atamoğlan oğlunun icarəsində olsa da, xx xxxxxx 2000-ci il tarixdə onun vəfat etməsi ilə əlaqədar avtomatik olaraq miras açıla bilməzdi. Çünki, birləşdirilmiş işdən də (s.25) görünür ki, mübahisəli bağ sahəsinə dair Ağayev Tofiq Atamoğla n oğlu Sumqayıt XDS-nin İcraiyyə Komitəsinin Bağ təsərrüfatı İdarəsi arasında xx xxxx 1982-ci il tarixli xx xxxxx 1991-ci ilədək qüvvədə olan “bağ sahəsinin və tikilərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Demək mübahisələndirilən bağ sahəsi Tofiq Ağayevin ölənədək icarəsində olmuşdur. Dövlət mülkiyyətində olan bağ sahəsinə dair Tofiq Ağayevin ölümü ilə əlaqədar miras açıla bilməzdi. İşdən görünmür ki, Tofiq Ağayevin ölümündən sonra həmin bağ sahəsinə dair müqavilə bağlanıb. Müqavilənin müddəti isə hələ mərhum ölməmişdən qabaq xx xxxxx 1991-ci ildə bitmişdir. Demək mübahisəli bağ sahəsi Tofiq Ağayevin ölümündən sonra faktiki olaraq onun arvadı Solmaz Ağayevanın istifadəsində qalsa da hər hansı bir hüquqla, yəni qanuni əsaslarla ona məxsus olmamışdır (Sumqayıt Bəl ədiyyəsi ilə X14 arasında mübahisəli bağ sahəsinə dair 2005-ci ildə bağlanmış müqavilənin qanuniliyinin yoxlanması apellyasiya icraatının predmetini təşkil etmədiyindən və həmin müqavilə mübahisələndirilmədiyindən onun sadəcə mövcudluğu hazırki mübahisənin düzgün həllinə maneə olmur).

51. Yalnız respublikamız müstəqillik əldə etdikdən sonra ölkəmizdə həyata keçirilən torpaq islahatlarının davamı olaraq bağ torpaq sahələrinin də özəlləşdirilməsi üçün hüquqi mexanizmlər yarandı. Ona görə də mərhum Tofiq Ağayevin mübahisəli bağa dair mirası xx xxxxxx 2000-ci ildə açılması və bu mirası həmin vərəsələr tərəfindən məhz altı ay müddətində yəni, ən geci xx xxxxxx 2000-ci il tarixdə qəbul edilməli olması dəlili əsaslı hesab edilə bilməz.

52. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası nın Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən əqdin etibarsız hesab olunması üçün həmin Məcəllə ilə müəyyənləşdirilmiş şərtlər pozulmuş olmalıdır (§34). Lakin hazırki iş üzrə mübahisə predmeti olan müqavilənin bağlandığı zaman Mülki Məcəllə ilə müəyyən olunmuş hər hansı normanın pozulması müəyyən olunmur.

53. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

54. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, hazırki işdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§38). İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bil məz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

55. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövq eyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddiaların rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

57. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§42 ).

58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-440/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar