Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-254/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(032)819/2019, hakim E.F.Qurbanov) “xxxx” ASC-nin Cavabdeh qarşı iddiası təmin edilmiş, cavabdeh tərəfindən Şirvan şəhəri, H.Əliyev prospekti, 10 B ünvanında yerləşən 0,057 ha torpaq sahəsi ilə birgə birmərtəbəli, ümumi sahəsi 88,8 kv.m, tikintialtı sahəsi 102 kv.m olan yanacaqdoldurma məntəqəsinin boşaldılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(106)-2695/2019, hakimlər N.F.Mirzəyev, Q.B.Kərimov, Z.B.Babayev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh illik 22 faiz dərəcəsi ilə, 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi sonuncuya məxsus Şirvan şəhərində yerləşən yanacaqdoldurma məntəqəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 2016-cı ildə bank Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair iddia qaldırmış, Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. xx xxxxxx 2017-ci il tarixdə keçirilmiş açıq hərracda Şirvan şəhəri, H.Əliyev prospekti, 10 B ünvanında yerləşən 0,057 ha torpaq sahəsi ilə birgə birmərtəbəli, ümumi sahəsi 88,8 kv.m, tikintialtı sahəsi 102 kv.m olan yanacaqdoldurma məntəqəsi 31.875 manata “xxxx” ASC-yə satılmışdır. xx xxxxx 2019-cu il t arixdə “xxxx” ASC Cavabdeh qarşı cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun pozulmasına yönəldilmiş hərəkətlərə son qoyularaq qeyriyaşayış binasının boşaldılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, o cümlədən onun ailəsində 1-ci və 2-qrup əlillərin olması, maddi imkanının çox ağır olması nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəm ə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı bank xx xxxxxx 2017-ci il tarixdə açıq hərr acdan aldığı Şirvan şəhəri, H.Əliyev prospekti, 10 B ünvanında yerləşən 0,057 ha torpaq sahəsi ilə birgə birmərtəbəli, ümumi sahəsi 88,8 kv.m, tikintialtı sahəsi 102 kv.m olan yanacaqdoldurma məntəqəsinin xx xxxxxxx 2018-ci il tarixdə bankın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığına, lakin cavabdehin həmin əmlakı təhvil verməməklə bankın mülkiyyət hüququnu pozduğuna istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını ge ri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış 3 dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir; cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, mübahisə predmeti olan yanacaqdoldurma məntəqəsi ca vabdehin iddiaçı qarşısında kredit öhdəliklərinin icrasının təmini üsulu kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, cavabdeh həmin əmlaka tutma yönəlməklə satıldıqdan ən geci 1 ay müddətində həmin əmlakı boşaldaraq təhvil verəcəyi barədə öhdəlik götürmüş, cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı bank məhkəmədə iddia qaldıraraq borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmiş, iddia təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, ipoteka predmeti açıq hərracda iddiaçı banka satılmışdır. Həmin yanacaqdoldurma məntəqəsi hazırda iddiaçının mülkiyyətində olmaqla, cavabdehin sahibliyindədir. Bununla bərabər, cavabdeh həmin yanacaqdoldurma məntəqəsinin onun hər hansı qanuni əsasla sahiblik və istifadəsində olduğunu təsdiq edə n hər hansı sübut təqdim etməmişdir. Deməli, cavabdehin hərəkətləri iddiaçı bankın mülkiyyət hüquqlarının məhdudlaşmasına səbəb olmuşdur. Bu halda, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu i l tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-254/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-254/2020
16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla vətandaşlar arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver