Məhkəmə qərarları › İş №2(102)-2540/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2540/2019

19.04.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2540/2019 19.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili 1, cavabdeh və vəkili2 iştirakı ilə, İddiaçının nümayəndəsi və vəkili1 və cavabdehin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)10657/2018 nömrəli iş üzrə 20 noyabr 2018-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.B.Mehrəliyev) 2(004)-3672/2018 nömrəli, 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh 208000 ABŞ dolları və 20000 Avro əsas borc, borcun gecikdirilməsinə görə hesablanmış 58475 ABŞ dolları və 9000 Avro faiz məbləği, cəmi 266475 (iki yüz altmış altı min dörd yüz yetmiş beş) ABŞ dolları, 29000 (iyirmi doqquz min) Avro, hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi, ilkin iddia tələbinn qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdehə məxsus olan Bakı şəhəri, ünvan1-də 14 saylı mənzilinə dair qarşılıqlı iddia üzrə cavabdehin iddiaçının adına bağlanmış 15.02.2016-cı il tarixli müqavilənin etibarsız he sab edilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manat hissəsinin qarşılıqlı iddia üzrə iddiaçıdan alınıb cavabdehə verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və N.Ş.Cəfərov) 2(103)-10657/2018 nömrəli, 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(004)-3672/2018 saylı qətnaməsi “ilkin iddia üzrə cavabdehdən tutulmalı və iddiaçıya ödənilməli olan borcun gecikdirilməsinə görə hesablanmış 58475 ABŞ dolları 9000 Avro faiz məbləği” hissəsində dəyişdirilməsi, ilkin iddia üzrə cavabdehd ən tutulmalı və iddiaçıya ödənilməli olan borcun gecikdirilməsinə görə hesablanmış faiz məbləği 59475 ABŞ dolları 9000 Avro müəyyən edilməsi, cavabdehin apellyasiya şikayəti təmin edilməməsi, qətnamə iddiaçı və cavabdeh münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 20.12.2014-cü il tarixdə ondan 130000 ABŞ dollar borc almış və həmin borc məbləğini 20.12.2016-cı il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə cavabdeh tərəfindən 20.12.2014-cü il tarixli iltizamnamə verilmişdir. Buından əlavə, cavabdeh 09.02.2015-ci il tarixdə ondan 78000 ABŞ dolları və 20000 Avro məbləğ ində borc almış və həmin borc məbləğini 20.03.2015-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə cavabdeh tərəfindən 09.02.2015-ci il tarixli iltizamnamə verilmişdir. Lakin hal-hazıradək cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, yuxarıda qeyd edilən borc məbləğləri qaytarılmamışdır. Cavabdeh 130000 ABŞ dollarının qaytaırlmasını 15 ay, 78000 ABŞ dolları və 20000 Avro məbləğində borcun qaytarılmasını isə 36 ay gecikdirmişdir. X13 uçot faiz dərəcəsi 13%-dir. Mülki Məcəllənin 439.3 və 449.1-ci maddəsinə əsasən gecikdirilmiş müddət üçün əsas borc məbləğlərinin üzərinə illik 15% hesablanmaldır. (439.3-cü maddədə nəzərdə tutulmuş “iki faiz bəndi əlavə edilməklə” müddəası nəzərə alınmaqla). Qanunvericiliyin tələblərinə müvafiq olaraq hesablanmış faizlərin məbləği aşağı dakı kimidir: 130000 ABS dolları borc üzrə: 130000/100x15/12x15 = 24375 ABŞ dolları; 78000 ABS dolları borc üzrə: 78000/100x15/12x36 = 35100 ABŞ dolları; 20000 Avro borc üzrə: 20000/100x15/12x36 = 9000 Avro; Bundan əlavə, tərəfindən maraqlarının məhkəmədə təmsil olunması üçün 3000 manat məbləğində xərc çəkilmişdir. Həmin məbləğ də cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən, cavabdehdən 208000 ABŞ dollar və 20000 Avro əsas borcun, borcun gecikdirilməsinə görə hesab lanmış 59475 ABŞ dolları və 9000 Avro faiz məbləğinin, cəmi 267475 (iki yüz altmış beş min dörd yüz yetmiş beş) ABŞ dollarının, 29000 (iyirmi doqquz min) Avronun və hüquqi yardıma görə ödənilmiş 3000 manatın tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” Firmasını və “xxxx” MMC-ni üçüncü şəxs qismində cəlb etdiyi iddiaçıya qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 10 ildən artıqdır ki, tanıyır, birlikdə geniş işguzar və kommersiya əlaqələri olub, həmçinin onunla ailəvi yaxın olmuş, get-gəlləri olub. 20.12.2014-ci il tarixdə 20.12.2016-cı il tarixdə qaytarma q şərti ilə İddiaçı 130000 ABŞ dolları borc götürmüşdür. Bundan əlavə 09.03.2015-ci il tarixdə İddiaçı 78000 ABŞ dolları və 20000 Avro məbləğində borc götürmüşdür. Borcun təminatı və İddiaçı ona inanması məqsədi ilə yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Ə. Haqverdiyev küçəsi, 574-cü məhəllə 5 saylı binanın 6-ci mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilinə dair “xxxx Firması” ilə aralarında 13.05.2006-cı il tarixdə bağlanmış müqavilənin əslini iş üzrə cavabdeh İddiaçı vermişdir. İddiaçı ona etibarının azalması, aralarında kommersiya münasibətlərinin olmaması, dünyada və Rusiya Federasiyasında baş vermiş maliyyə böhranı səbəblərindən ona olan borcunun vaxtından əvvəl qaytarılmasını tələb etmişdir. Bununla bağlı aralarında yaranan borc münasibətlərini n tənzimlənməsi məqsədilə qardaşı X3 məxsus “xxxx” MMC tərəfındən inşa edilmiş Bakı şəhəri Yasamal rayonu, H.B.Zərdabi prospekti, 74 ünvanda inşa olunan A yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metr sahəsi olan 78 saylı mənzili notariat qaydasında 19.02.2016-cı il tarixdə iddiaçının xeyrinə imtina etmişdir. “xxxx” MMC-yə təqdim olunan və tərəfındən tərtib olunan imtina ərizəsində ona pul məbləğinin verilməsi və alınması barədə heç bir qeyd aparılmamışdır, çünki bu mənzil borclu olduğu məbləğin çox hissəsinin əvəzləşdiriməsi məqsədilə verilmişdir. Mübahisəli mənzilin dəyərini aralarında olan razılaşmaya əsasən 170000 ABŞ dolları məbləğində qiymətləndirmişdirlər. Aparılan əməliyyatla bağlı bu günə kimi aralarında hər hansı problem yaşanmamışdır. İndi məlum olmuşdur ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində borc məbləği kimi əvəzləşdirilən Bakı şəhəri Yasamal rayonu, H.B.Zərdabi prospekti, 74 ünvanda inşa olunan A yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metr sahəsi olan 78 saylı mənzilini qəsdən göstərməməklə niyyəti ondan təkrar 170000 ABŞ dollarını tələb etmək olmuşdur. 20.12.2014-ci il tarixdə İddiaçı götürdüyü 130000 ABŞ dolları məbləğində borc pulu 20.12.2016-cı il tarixdə qaytarmalı olduğu halda borcu 10 ay tez, yəni 19.02.2016-cı il tarixdə əmlakla dəyərini razılaşma yolu ilə qaytarmışdır. Qalan 38000 ABŞ dolları və 20000 Avro məbləğində pulu 2016-cı ilin fevral ayının ortalarında İddiaçı Bakı şəhərində hər ikisinin tanıdığı şəxslərin- şahidlərin yanında vermişdir. İddiaçı məxsus Rusiya Federasiyasının Moskva şəhəri X16 küçəsi ev 2 ünvanda yerləşən İstanbul adlı geyim mağazasını icarə əsasında işlətmişdir. Mağazanın işinin təşkili və borclarının qaytarılması məqsədilə ayrıayrı vaxtlarda AGBank ASC-dən kredit götürmişdür. Yusif onda həmin məbləğdə pulun olmasını bilirdi, bu məqsədlə ona olan borcundan qaytarılmasını xahiş etmiş, o da, şahidlərin iştirakı ilə özündə olan 40000 ABŞ dollarını ona vermişdir. 20000 Avro məbləğində pulu isə dollar şəklində hər ikisinin tanıdığı hazırda cəzaçəkmə müəssisəsində olan X6 51000 manat məbləğində pula nisbətdə borc götürmüş, elə həmin vaxtı da X7 və digər şahidiərin iştirakı şəxsən Yusifə təqdim etmişdir. İddiaçı edilən bu ödənişlərdən sonra ona borcu qalmadığını bildirdi. 2018-ci ilin yanvar ayının axırlarında İddiaçı ona zəng edərək hesabatı səhv apardığını, ona cəmi 1000 ABŞ dolları borcunun qaldığını bildirmiş və göndərilməsini xahiş etmişdir. O da, 1000 ABŞ dollarını ATABANK ASC vasitəsilə göndərmişdir. Bununla cavabdeh Yusifə olan borcu yekunlaşmış, adına olan mənzilin müqaviləsinin əslinin geri veriməsini tələb etmişdir. Yusif bidirmişdir ki, “müqavilə dostumuz İlham Həsənovun evindədir, Bakıya gəlib özüm müqaviləni sənə təqdim edəcəm.” İddiaçı vəziyyətdən sui-istifadə edərək “xxxx” Firmasının rəhbərliyi ilə cinayət əlaqəsinə girərək onun xəbəri olmadan Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 574-cü məhəllə 5 saylı binanın 6-ci mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzili öz adına keçirmişdir. Alqı-satqı və sənədləşmə qaydaları kobud şəkildə pozulmuşdur. Bu hal ona cavabdeh tərəfindən iddia ərizəsi məhkəməyə verildikdən so nra aralarında olan telefon danışıqları zamanı məlum olmuşdur. Bundan əlavə, İddiaçı borclu olduğu 230000 ABŞ dolları əvəzinə 241000 ABŞ dolları ödəsə də, ilkin tələbində həmin məbləğin özünə qaytarılmasına münasibət bildirməmişdir. Göstərilənlərə əsasən, “xxxx” Firması tərəfindən inşa edilmiş özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 574-cü məhəllə, 5 saylı binanın 6-ci mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilin cavabdehin adına bağlanılmasına dair müqavilənin etibarsız hesab olunması, tərəfindən artıq ödənilmiş 11000 ABŞ dollarının cavabdehdən özünün xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi və və kili1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-10657/2018 nömrəli iş üzrə 20 noyabr 2018-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin olunmamış hissəsində və qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv edərək, ilkin iddianın təmin tam təmin olunmasına, qarşılıqlı iddianın tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10657/2018 nömrəli iş üzrə 20 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdi r. KASSASİYA ŞİKAYƏTLƏRİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili 1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və vəkili 2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi və vəkili 1 kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərind ən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-10657/2018 nömrəli iş üzrə 20 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, kassasiya şikayətləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tə rəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticəyə əsasən tərəflər arasında borc müqaviləsi bağlanmasa da borc məbləğinin alınması aşkardır. Cav abdeh borcun 170000 ABŞ dolları hissəsini qardaşına məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 74 ünvanda inşa olunan A yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metr sahəsi olan 78 saylı mənzilini qardaşının etibanaməsi əsasında cavabdehə verməsi, qalan məbləğinin bir hissəsini nağd olaraq şahidlərin yanında verməsi, sonuncu 1000 ABŞ dollarını isə bank vasitəsi ilə iddiaçıya göndərdiyini göstərsə də, bu dəlilləri işin araşdırılmış digər halları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi digər nəticə isə ondan ibarətdir ki, cavabdehin istinad etdiyi dəlillər borcun qaytarılmış olmasını təsdiq etmir və birinci instansiya məhkəməsi qaytarılmamış borcun tutulması və ona faizlərin hesablanmalı olmasına dair düzgün nəticəyə gəlmişd ir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələrdən həmçinin aydın olur ki, “xxxx Firması” tərəfindən inşa edilmiş Bakı şəhəri, ünvan 114 saylı mənzil hər hansı bir qanuni əsas olmadan cavabdehin mülkiyyətindən çıxarılmışdır. Həmin mənzilə dair cavabdehin iradə ifadəsini təsdiq edən etibarlı müqavilə əsasında özgəninkiləşdirməsi işin araşdırılmış halları ilə təsdiq olunmamışdır Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticələrlə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayaraq gəlinən nəticələri də qanunvericilik normalarının tələbləri baxımından düzgün əsaslandırmamışdı r. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh 20.12.2014-cü il tarixdə İddiaçı 130000 ABŞ dollar borc almış və həmin borc məbləğini 20.12.2016-cı il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə Cavabdeh tərəfindən 20.12.2014-cü il tarixli iltizamnamə verilmişdir. Bundan əlavə, cavabdeh 09.02.2015-ci il tarixdə İddiaçı 78000 ABŞ dolları və 20000 Avro məbləğində borc almış və həmin borc məbləğini 20.03.2015-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə Cavabdeh tərəfindən 09.02.2015-ci il tarixli iltizamnamə verilmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən İddiaçı iki dəfə, yəni 2014 və 2015-ci illərdə qeyd edilən məbləğlərdə borc verilmişdir. Beləliklə də, cavabdeh tərəfin iddiaçıdan sadə yazılı formada sənəd tərtib edilməklə verilən borcun alındığını mübahisəsizdir. Lakin İddiaçı hal-hazıradək cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini, yuxarıda qeyd edilən borc məbləğləri faizlərlə, əldən çıxmış fayda nəzərə alınmaqla qaytarılmamasını iddia etsə də, cavabdeh həmin borc məbləğinin tam olaraq qaytarıldığını göstərərək hətta tərəfindən artıq ödənilmiş 11000 ABŞ dollarının ona qaytarılmalı olmasını iddia etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci m addəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərə kət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 439.3-cü maddəsinə görə qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. - 449.2-ci maddəsinə görə isə Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıdan 20.12.2014-cü il tarixdə 130000 ABŞ dolları məbləğində, 09.02.2015-ci il tarixdə isə 78000 ABŞ dolları və 20000 Avro məbləğində borc alması, həmin borc məbləğinin müəyyən olunmuş müddətdə borc alan tərəfindən qaytarılmaması təsdiq edildiyindən ilkin iddia tələbinin 208000 ABŞ dolları və 20000 Avro məbləğində əsas borcun qaytarılması hissəsində əsaslı olması qənaətinə gələrkən istinad etdiyi hallar üzrə tam və hərtərəfl i araşdırma aparmamışdır. Belə ki, işin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.3-cü maddəsinə istinad edərək cavabdeh tərəfin iddiaya olan etirazlarının əsası kimi borcun 170000 ABŞ dolları hissəsini qardaşına məxsus olan Bakı şəhəri Yasamal rayonu H. B. Zərdabi prospekti 74 ünvanda inşa olunan A yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metr sahəsi olan 78 saylı mənzilini qardaşının etibanaməsi əsasında ilkin iddiaçıya verməsi, qalan məbləğinin bir hissəsini nağd olaraq şahidlərin yanında verməsi, sonuncu 1000 ABŞ dollarını isə bank vasitəsi ilə iddiaçıya göndərməsi ilə bağlı dəlillərinin əsassız olması ilə bağlı nəticəsinin onunla əsaslandırmışdır ki. cavabdehin istinad etdiyi mənzilin dəyərinin 170000 ABŞ dolları olması, həmin mənzilin iddiaçıya borc əvəzinə verilməsi, daha dəqiqi hazırkı iş üzrə mübahisə edilən borcla bağlı verilməsi, tərəflərin arasında belə razılaşmanın əldə olunması və iddiaçının həmin mənzili qəbul edərək borcunun həmin hissəsinin əvəzi olmasını təsdiq etməsi müəyyən olunmur. Göstərildiyi kimi tərəflər arasında borc müqaviləsi bağlanmasa da, onlar öz iradələrinin sadə yazılı formada olan sənədlərdə əks etdirmişlər. Borcun qaytarılması halında təbii olaraq cavabdeh həmin sənədləri geri almalı və ya həmin borc sənədlərində borcun qaytarılmasını təsdiq edən qeyd yazmalı və ya yeni sənəd tərtib etməklə həmin sənədi ilə əvvəlki borc sənədinin əhəmiyyətinin itirilməsi göstərilməli idi. Lakin işin halları ilə müəyyən olunduğu kimi borc sənədləri iddiaçıda qalmaqda davam edir və həmin sənədlərə istinad edilərək hazırkı iddia tələbi irəli sürülür. Həmçinin apellyasiya instansiyası məhkəməsi bu qənaətə də gəlmişdir ki, cavabdeh qardaşına məxsus olan mənzili etibarnamə əsasında iddiaçının xeyrinə imtina etməsi müəyyən olunması halında belə məhz həmin evin mübahisə edilən borcla bağlı olaraq verilməsini cavabdeh möhtəbər sübutlarla təsdiq etməlidir. Tərəflər arasında uzun müddəti əhatə edən birgə kommersiya fəaliyyət olmuşdur. Ola bilər ki, onlar arasında birgə fəaliyyətlə bağlı qarşılıqlı olaraq başqa borc münasibətləri olsun. Lakin bu faktın müəyyən olunması üçün də iddia və ya etirazla bağlı zəruri sübutlar da olmalıdır. Bu baxımından təsdiq olunmayan fakta istinad edərək borcun qaytarılmış olması nəticəsinə gəlməsi mümkünsüzdür. Mülki Məcəllənin 529.3-cü m addəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün sənəd vermişdirsə, kreditor icranı qəbul edərək həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqlən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borculda olması nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticələrə gəlməmişdən əvvəl ilk iddiaçı tərəfin qeyd edilən mənzilin cavabdeh qardaşı X5 İddiaçı olan başqa öhdəlikləri ilə əlaqədar digər qardaşı X2 adından iddiaçının adına rəsmiləşdirilməsinə dair dəlillərinə, bununla bağlı təqdim etdiyi sü butlara (audio disk), X5 birinci instansiya məhkəməsinin iclasına şahid qismində dəvət edilməsinə, gəlmədiyi halda göndərdiyi teleqrammanın məzmununda göstərilənlərə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməməsinə diqqət yetirməmiş, sonradan da özü tərəfindən həmin səhv təkrar olunmuş, sözügedən şəxsin göndərdiyi teleqrammanın məzmununda göstərilənlərlə bağlı apellyasiya instansiyası məhkəməsinin iclasında dindirilməsinin zəruriliyini müzakirə etməmişdir. Belə ki, X5 məhkəməyə göndərdiyi teleqrammanın məzmununa əsasən onun İddiaçı qarşısında hər hansı pul maliyyə öhdəliyi yoxdur. X1 məxsus olan Bakı şəhəri Yasamal rayonu H. B. Zərdabi prospekti 74a yaşayı binasının 78 saylı mənzili Kamandar tərəfindən digər qardaşı Cəfərov Tapdıq oğluna verdiyi etibarnamə əsasında Fəday ətin Yusifə olan borcu əsasında əvəzləşdirilib. Yusifin və Fədayətin bildirdiyinə həmin mənzil borc əvəzi kimi 170000 ABŞ dollarına razılaşıblar. X8 borcunu tam ödəyib. Bunu dəfələrlə Yusif ona Moskva şəhərində və Bakı şəhərində olan zaman görüşəndə deyib. İddiaçı məhkəməyə təqdim etdiyi telefon danışıqları barədə olan audio disk onun razılığı olmadan gizli yolla əldə edib. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə cavabdehin və qarşılıqlı iddiaçının borcunun olmamasına dair irəli sürülən arqumentlərə düzgün qiymət verilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, verilən sözügedən mənzilin həqiqətən də mövcud olmuş borcla əvəzləşdirilmə halının olub-olmamasını işin digər halları və təqdim edilmiş sübutlar i lə müqayisəli şəkildə araşdırmamışdır. Halbuki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-c i il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qeyd edilən Qərarın 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi m əlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya daha sonra qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirm əyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasa da onların ifadələrində nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiya məhkəməsində şahid q ismində dindirilmiş hazırki iş üzrə şahidlərin tərəflər ilə yaxın qohumluq və tanışlıq münasibətində olmasının onların işin nəticəsində maraqlı olub-olmaması ilə yanaşı onların ifadələrinin işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapıb-tapmamasına da hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh məxsus olan Bakı şəhəri, ünvan 114 saylı mənzilinə dair qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına bağlanmış 15.02.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı həmin mənzilə dair cavabdehin iradə ifadəsini təsdiq edən etibarlı müqavilə əsasında özgəninkiləşdirməsinin işin araşdırılmış halları ilə təsdiq olunmaması, iddiaçının mübahisəli mənzilin onun adına keçirilməsinə əsas ol an müqavilərinin bağlanmasında tərəflərin qarşılıqlı razılıqlarının olmasını təsdiq edən sübuta istinad etməməsi, işin araşdırılmış halları ilə də həmin razılığın mövcud olması və iddiaçının mənzili qanuni əsaslarla əldə etməsinin təsdiq olunmaması qənaətinə gələrkən ilk iddiaçının mübahisənin bu hissəsi ilə bağlı iddia müddətinin ötürülməsinə dair apellyasiya şikayətinin də dəlillərinə hüquqi qiymət verməmişdir. Belə ki, ilk iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin «məhkəmə baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçının özünə məxsus mənzilin qanunun tələbləri pozulmaqla cavabdehin adına rəsmiləşdirilməsi barədə məlumatının iddia müddəti ərzində əldə etdiyinin müəyyən olunması» hissəsinin əsaslandırılmamasını göstərmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi qaytarılmamış borcun tutulması ilə yanaşı ona faizlərin hesablanmalı olmasına dair nəticəyə gələrkən Mülki Məcəllənin 449.1-449.3-cü maddələrinə istinad edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarının tələblərinə diqqət yetirməmişdir. Belə ki, həmin qərara əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməm əsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Av ropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulm uş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticədlər iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Beləliklə də, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları tam və hərtərəfli təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hə r bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz qeyd olunan qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu hal da isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hans ı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətb iqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlər tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyaisya baxışına qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 418.1-ci m addəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli olsa da, kassasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmad ığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb hesab edir ki, işə yenidən baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri qismən təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10657/2018 nömrəli iş üzrə 20 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar