Məhkəmə qərarları › İş №2(102)-2541/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2541/2023

05.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2541/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı şirkətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı şirkətinin Cavabdeh qarşı “cavabdehin 2 saylı mədənin 1-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1046/2023 nömrəli, 2 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Binəqədi rayonu X6 01 iyul 2005-ci il tarixli 1505 saylı qərarı ilə ev tikintisi üçün X7 600 kv.m torpaq sahəsi ayrılmışdır. Qələmzar Həsənova bələdiyyəyə müraciət edərək, həmin torpaq sahəsinin 300 kv.m hissəsinin X8 adına verilməsini xahiş etmişdir.

2. Binəqədi qəsəbə Bələdiyyəsi, X7 verilmiş 600 kv.m torpaq sahəsinin 300 kv.m hissəsinin X8 adına keçirilməsi barədə 152 nömrəli xx.xx.2007-ci il tarixli sərəncam vermişdir.

3. X11 tərəfindən bələdiyyənin hesabına torpağın dəyəri olaraq 520 manat ödənilmiş (səh. 76), həmçinin torpaq sahəsinin sxemi tərtib olunaraq, bələdiyyənin və Binəqədi RİH-nin tikinti şöbəsinin möhürü ilə təsdiqlənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı şirkəti (bundan sonra iddiaçı və ya Şirkət yazılacaq) Cavabdeh (bundan sonra cavabdeh yazılacaq) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2 saylı mədənin 1-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində Mehdiabad qəsəbəsi, 0090, mənzil 1597 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Şirkətin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, Şirkətin qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, xx.xx.2004-cü il tarixdə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X20 haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X22 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkə ti arasında saziş imzalanmış və xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır.

6. İşə baxılan ərəfədə Şirkət cavabdeh Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (3-cü şəxslər X11 və X9 işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi rayonu Binəqədi qəsəbə X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 01 iyul 2005-ci il tarixli 1505 saylı ilkin qərarın və həmin torpaq sahəsinin bir hissəsinin X8 adına və istifadəsinə verilməsi barədə 152 saylı, 14 fevral 2007-ci il tarixli sərəncamın qanunsuzluğunun tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2114/2021 saylı qərarı ilə iddia tələbi mümkün sayılma mışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sazişin qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Bununla da, Bakı şəhəri Binəqədi qəsəbə X2 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 1505 saylı, 01 iyul 2005-ci il tarixli ilkin qərarı və həmin torpaq sahəsinin bir hissəsinin X8 adına və istifadəsinə verilməsi haqqında 152 saylı, 14 fevral 2007-ci il tarixli sərəncamı artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir. Məhkəmə qeyd edir ki, artıq Qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırki halda bələdiyyə qərarının ayrıca bir məhkəmə qərarı ilə qanunsuzluğunun müəyyə n edilməsinə ehtiyac yoxdur.

8. Cavabdeh hazırki iş üzrə birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 oktyabr 2022-ci il tarixli, 2(001)-56/2022 saylı qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia rədd edilmişdir.

10. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Seryogin və digərləri Rusiyaya qarşı” iş üzrə 2021-ci il 16 mart tarixli qərarına, “X13rşı" qərarına, “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarına, “Broniovski Polşaya qarşı” 22 iyun 2004-cü il tarixli qərarına, “Burdov Rusiyaya qarşı” iş üzrə qərarına istinad edərək bildirmişdir ki, Avropa Məhkəməsinin qeyd olunan qərarlarında ifad ə etdiyi hüquqi mövqe bundan ibarətdir ki, əgər qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, “gözlərini yummaq” üçün susurlarsa və bununla vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin ev ümumi anlamda şəxsin mülkiyyətində olan əmlak kimi qəbul edilməlidir.

11. Bu baxımda n yanaşdıqda nə qədər ki, torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır və həmin torpaq sahəsində tikili 2007-ci ildən sonra inşa edilmiş, 2007-ci ildən cavabdeh mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişdir, şəxsin tikiliyə gözlənilən mülkiyyət hüququ vardır. Bu səbəbdən də mülkiyyət hüququnun məhdudlaşdırılması müəyyən meyarlara cavab verməlidir.

12. Mübahisəli ev neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində olduğundan, orada yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərlidir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq mə bləğdə kompensasiya verilməklə təmin edilə bilər. Lakin iddiaçının belə bir təklifi olmamışdır.

13. Məhkəmə həmçinin hesab etmişdir ki, torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsi barədə X6 152 saylı, 14 fevral 2007-ci il tarixli Sərəncamı qüvvədə olduğu halda İddiaçı şirkətinin cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinə, Mülki Məcəlləsinin 14, 139.1, 180, 180.3-cü maddələrinə və Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mübahisələrə dair qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş e tmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə mübahisəli tikilinin iddiaçı Şirkətin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində inşa edildiyini, cavabdehin həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etmədiyini, mübahisəli evin neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində olduğunu bildirməklə yanaşı, özbaşına tikilinin inşa edildiyi torpaq sahəsinə dair cavabdehə Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən müvafiq sərəncamın verildiyini, bununla da tikilinin özbaşına olmadığını və Şirkətin iddia tələbinin yalnız cavabdehə müvafiq kompensasiya ödənilməklə təmin edilməsinin mümkün olduğunu qeyd edir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsində sadaladığı fikir və ifadələr həm əsassızdır, həm də tam bir-birinə ziddiyy ət təşkil edir. Yəni, əgər cavabdehin sözügedən mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə heç bir hüququ mövcud deyildirsə və cavabdeh özbaşına olaraq Şirkətə məxsus ərazini zəbt edərək orada Şirkətin heç bir razılığı olmadan qanunsuz tikili inşa etmişdirsə, bu cavabdehin qanunsuz əməli nəticəsində Şirkətin ona hər hansı bir məbləğdə kompensasiya ödəməli olması anlamına gəlmir. Məhkəmənin əsaslandığı “cavabdehin inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdehə ayrılması” barədə Bakı şəhəri X6 152 saylı, xx.xx.2007-ci il tarixli sərəncamının hüquqi qüvvəsi yoxdur. Belə ki, məlum olduğu kimi, Şirkətin fəaliyyət göstərdiyi torpaq sahəsinin Şirkətin qanuni istifadəsinə verilməsi barədə “X20 haqqında” Beynəlxalq Saziş 29 sentyabr 2004-cü il tarixdə imzalanmış və həmin Saziş 200 5-ci il may ayında Qanun statusu almışdır. Şirkət isə həmin torpaq sahələrində 01 sentyabr 2005-ci il tarixdən fəaliyyətə başlamışdır. Bələdiyyə tərəfindən vətəndaş Səidə Mehdizadəyə verilmiş sərəncam isə 14 fevral 2007-ci il tarixlidir. Yəni, Saziş bağlandığı və Qanun statusu aldığı vaxtdan təxminən 2 il sonra Bələdiyyə kontrakt sahəsinin hüdudları daxilində özünə aid olmayan ərazidən vətəndaşa torpaq ayrılması barədə sərəncam vermişdir. Belə olan halda, Qanunun müddəalarına əsasən Bələdiyyənin sərəncamı etibarsızdır. Bundan başqa, məhkəmənin əsas gətirdiyi X6 sözügedən sərəncamının hüquqi qüvvəsinin olmaması həm də müvafiq məhkəmə qəradadı ilə də öz təsdiqini tapmışdır. Dolayısı ilə məhkəmə Şirkətin iddiasının mümkün sayılmaması barədə qərardad qəbul etməklə, həmin mümkünsüzlük barədə qə rardadını Bələdiyyə sərəncamının qüvvəsinin olmaması səbəbindən onun mübahisələndirilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Həmçinin, Şirkət əməliyyat şirkəti olaraq Podratçı şirkətlərin adından məlum Saziş əsasında kontrakt sahəsində yalnız neft-qaz əməliyyatlarını həyata keçirir və Sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə Dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. Buna baxmayaraq, həmin Sazişdə kontrakt sahəsinin hər hansı hissəsi ilə bağlı torpaq sahələrini zəbt edən şəxslərə kompensasiyanın ödənilməsi nəzərə tutulmamşdır. Bundan başqa, Mülki Məcəllədə torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda yalnız torpaq sahəsinin mülkiyyətçisinə kompensasiyanın ödənilməsi nəzərədə tutulmuşdur. Lakin göründüyü kimi, hazırki iş üzrə torpaq sahəsin in mülkiyyətçisi bu iş üzrə cavabdeh deyildir. Həmçinin, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ məlum Beynəlxalq Saziş imzalanmamışdan öncə də sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və 29 sentyabr 2004-cü il tarixdə Podratçı şirkətlər arasında bağlanmış “X20 haqqında Saziş”ə və “X18”nə əsasən neft-qaz əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə ayrılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1046/2023 nömrəli, 2 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Cəmilə Musayeva) apellyasiy a şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, X6 xx.xx.2007-ci il tarixli sərəncamı ilə cavabdehə verilmiş torpaq sahəsinin Şirkətin istifadəsinə ayrılmış ərazinin hüdudlarında yerləşməsi və torpaq sahəsində mübahisəli tikilinin mövcudluğu mübahisə doğurmur. Tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd yoxdur. Torpaq sahəsinin ayrılması ilə bağlı Bələdiyyənin sərəncamının qanuniliyi mübahisələndirilsə də, məsələyə mahiyyəti üzrə baxılmamış və qeyd edilən sərəncam artıq qanunla ləğv olunduğundan onun ayrıca məhkəmə qərarı ilə ləğv edilməsinə ehtiyacın olmaması əsası ilə iddia Bakı İnzibati Məhkəməsi tərəfindən mümkünsüz sayılmışdır.

19. Qüvvədə olan mülki və torpaq münasi bətlərini tənzimləyən qanunvericilik normaları baxımından cavabdehin istifadəsində olan tikilinin özbaşına inşa edilmiş qanunsuz tikili olması, həmin tikilinin bunun üçün nəzərdə tutulmamış sahədə inşa edilməsi və həmin sahənin sənaye təyinatlı torpaqlara aid olmaqla, neft hasiliatı məqsədi ilə iddiaçı təşkilatın istifadəsinə ayrılması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapır.

20. Kollegiya qeyd etmişdir ki, lakin bu halların birlikdə mövcud olması özüözlüyündə hazırkı iddianın təmin edilməsi üçün əsas vermir. Bu qəbildən olan mübahisələrin həlli zamanı ilk növbədə qanunsuz tikilinin “ev” anlayışına uyğun gəlibgəlmədiyi, gəldiyi təqdirdə isə bu əmlaka müdaxilənin demokratik cəmiyyətdə zəruri olması və güdülən məqsədlər baxımından mütənasib olması məsələləri araşdırılmalıdır. Oxşar hüquqi mövqeyə X16 Məhkəməsinin bir sıra qərarlarında da rast gəlmək olur.

21. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır. Bu baxımdan risk altında olan istənilən şəxs həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyriqanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilibtikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikib-tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarə t olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (bax: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50., AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53).

22. Qeyd edilməlidir ki, Konvensiyanın 8-ci maddəsinin mənasına görə, “ev” anlayışı yalniz qanuni şəkildə əldə olunmuş və ya qanuni əsaslarla qurulmuş tikililərlə məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasə n təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılıdır (bax: X10rşı, № 66610/10, § 30, 14 mart 2017).

23. Bu mənada nəzərə alınmalıdır ki, cavabdeh sözügedən torpaq sahəsini özbaşına olaraq zəbt etməmiş, həmin torpaq sahəsi ona yerli bələdiyyə ilə bağlanmış müqavilə əsasında dəyəri ödənilməklə 2007-ci ildə verilmişdir. Cavabdehin sonradan orada daimi yaşamaq üçün tikili inşa etməsi onu deməyə əsas verir ki, yerli bələdiyyə orqanının bu torpaq sahəsi üzərində sərəncam vermək hüququnun olmamasından xəbərsiz olmuşdur.

24. İş materiallarına əlavə edilən Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən tərtib edilmiş plan sxem və topoqrafik sxem -xəritələrdən görünür ki, mübahisəli tikili başqa evlər və iddiaçıya aid inzibati binaların əhatəsində yerləşir. Həmçinin, fotoşəkillərdən görünür ki, qeyd edilən tikili müvafiq dövlət orqanları tərəfindən kommunal xidmətlərlə təchiz edilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisəli tikili Konvensiyanın 8-ci maddəsinin mənasında cavabdehin evi kimi qiymətləndirilməlidir.

25. Mübahisəli tikilinin cavabdehin daimi istifadəsinə verilmiş sənaye təyinatlı torpaq sahəsində yerləşməsi və qanunun tələbləri baxımından özbaşına tikili hesab edilməsi iddiaçının həmin tikilinin sökülməsini tələb etmək hüququnun olduğunu deməyə əsas verir.

26. Lakin cavabdehin yaşayış yeri olan evin itirilməsinin evə hörmət hüququna müdaxilənin ən ifrat forması olduğunu nəzərə alaraq kollegiya hesa b edir ki, hazırkı iddia tələbinə qiymət verilərkən araşdırlmalı olan məsələ iddiaçının evə olan hüququna müdaxilənin mütənasibliyinin müəyyən edilməsidir.

27. Bununla bağlı qeyd edilməlidir ki, hazırkı iddianın təmin edilməsi cavabdehin son 15 il ərzində yaşadığı evdən məcburi çıxarılmasını və həmin evin onun öz hesabına sökülməsini və bu tikilinin inşa edildiyi torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmasını ehtiva edir. Cavabdehin mübahisəli evdən savayı, başqa yaşayış sahəsinin olması iş materialları ilə təsdiq olunmur. Belə olan halda, hazırkı iddianın təmin ediləcəyi təqdirdə cavabdehin harada yaşayacağı naməlum olaraq qalır.

28. Həmçinin, hazırkı iş üzrə cavabdehin dövlət orqanları tərəfindən pulsuz və ya münasib qiymətə mənzil verilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin hər hansı konkret kateqoriyasına aid olması müəyyən edilmir.

29. Göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğu əsaslandırılmamış, buna dair sübutlar iddia ərizəsinə əlavə edilməmişdir.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, AİHM-nin yuxarıda sadalanan qərarlarında göstərildiyi kimi evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasını təşkil etdiyindən, cavabdehin yeganə yaşayış yeri olan mübahisəli tikilidən çıxarılması və həmin tikilinin sökülməsi, iddiaçının isə bu tikilinin yerləşdiyi torpaq sahəsinə zəruri ehtiyacının müəyyən edilməməsi şəraitində h azırkı iddianın təmin edilməsi nəticəsində cavabdehin məruz qalacağı məhrumiyyətlər bu tədbirin güddüyü məqsədlər baxımından mütənasib hesab edilə bilməz.

31. Kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etməmiş və qeyd etmişdir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və Torpaq Məcəlləsinin 46-cı maddələrinə əsasən dövlət təşkilatlarının daimi istifadəsində olan, habelə təbii ehtiyatlar yatağı təsdiq edilmiş olan torpaq sahələri dövlətin müstəsna mülkiyyətində olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kobud pozuntuya yol verməklə cavabdehin qanunsuz inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdehə məxsus olması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının 901 saylı, 29 aprel 2005-ci il tarixli Qanunun tələblərini pozmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə əhəmiyyət verməmiş, cavabdehin mübahisəli torpaq sahəsinə dair hüququ dövlət reyestrində dövlət qeydiyyatına alınmadan, çıxarışı rəsmiləşdirilmədən, məhkəmə dolayısı ilə cavabdehin həmin torpağa dair hüququnu tanımışdır.

35. Apellyasiya instan siyası məhkəməsi cavabdehin bu qanunsuz hərəkətinə göz yumaraq Şirkətin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Bundan başqa, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 180.1, 180.2, 180.3 və 180.4ci maddələrinin tələblərini də kobud surətdə pozmaqla, cavabdehin qanunsuz inşa etdiyi tikiliyə qanuni don geyindirməklə həmin tikilini özbaşına tikili hesab etməmiş və bununla da Şirkətin qanuni iddia tələbinin təmin edilməməsi qənaət inə gəmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

37. Maddə

13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

38. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

39. Maddə

43. Mənzil hüququ İ.Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış b inalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

40. Maddə

71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.... İİİ. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məh dudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

42. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

43. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri t ələb edə bilər.

44. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

45. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

46. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

47. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində ol sun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

48. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla t ikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya

49. Maddə

8. Şəxsi və ailə həyatına hörmət hüququ

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Mill i təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu

50. Maddə

2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayara q yoxlanılmalıdır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün göndərilməlidir.

63. Belə ki, iddia tələbi İddiaçı şirkətinin istifadəsinə verilmiş torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsi barədədir.

64. İşin mübahisəsiz halları bu qərarın 1-3-cü paraqraflarında əksini tapmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qüvvədə olan mülki və torpaq münasibətlərini tənzimləyən q anunvericilik normaları baxımından cavabdehin istifadəsində olan tikilinin özbaşına inşa edilmiş qanunsuz tikili olması, həmin tikilinin bunun üçün nəzərdə tutulmamış sahədə inşa edilməsi və həmin sahənin sənaye təyinatlı torpaqlara aid olmaqla, neft hasilatı məqsədi ilə iddiaçı təşkilatın istifadəsinə ayrılması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapır.

65. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157 və 158-ci maddələri çıxış edir.

66. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını Mülki Məcəllənin 158-ci maddəsinin dispozisiya şərtləri əsasında təhlil etmiş və iddia tələbinin təmin olunmaması barədə qərara gəlmişdir.

67. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə qismən razılaşır.

68. Belə ki, birinci insta nsiya məhkəməsi iddianın rədd olunması zamanı torpaq sahəsinin cavabdehə «qanuni əsaslarla ayrılmasını, mübahisəli tikiliyə gözlənilən mülkiyyət hüququ olduğunu», «torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsi barədə X6 152 saylı, 14 fevral 2007-ci il tarixli sərəncamı qüvvədə olduğu halda İddiaçı şirkətinin cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmadığını» bildirmişdir. Bununla yanaşı məhkəmə mübahisəli evin neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində olduğundan, orada yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olduğuna görə hesab etmişdir ki, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensa siya verilməklə təmin edilə bilər.

69. Lakin apelyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsindən fərqli olaraq iddiaçının bu tələbi irəli sürməyə hüququ olduğu barədə nəticəyə gəlməklə bildirmişdir ki, torpaq sahəsinin ayrılması barədə bələdiyyənin sərəncamının qanuniliyi mübahisələndirilsə də, məsələyə mahiyyəti üzrə baxılmamış və qeyd edilən sərəncam artıq qanunla ləğv olunduğundan onun ayrıca məhkəmə qərarı ilə ləğv edilməsinə ehtiyacın olmaması əsası ilə iddia Bakı İnzibati Məhkəməsi tərəfindən mümkünsüz sayılmışdır.

70. Daha sonra məhkəmə kollegiyası qeyd etmişdir ki, qüvvədə olan mülki və torpaq münasibətlərini tənzimləyən qanunvericilik normaları baxımından cavabdehin istifadəsində olan tikilinin özbaşına inşa edilmiş qanunsuz tikili olması, həmin tikilinin bunun üçü n nəzərdə tutulmamış sahədə inşa edilməsi və həmin sahənin sənaye təyinatlı torpaqlara aid olmaqla, neft hasiliatı məqsədi ilə iddiaçı təşkilatın istifadəsinə ayrılması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapır. Mübahisəli tikilinin cavabdehin daimi istifadəsinə verilmiş sənaye təyinatlı torpaq sahəsində yerləşməsi və qanunun tələbləri baxımından özbaşına tikili hesab edilməsi iddiaçının həmin tikilinin sökülməsini tələb etmək hüququnun olduğunu deməyə əsas verir.

71. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyinə (cavabdehə torpaq sahəsinin qanuni əsaslarla ayrılması, mübahisəli tikiliyə gözlənilən mülkiyyət hüququ olması, torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsi barədə bələdiyyənin sərəncamı qüvvədə olduğu halda cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmadığı) və əsaslandırmasına hər hansı münasibət bildirməmişdir.

72. Apelyasiya instansiyası məhkəməsi bununla yanaşı iddia tələbinin Konvensiyanın 8-ci maddəsinin şərtləri əsasında yoxlanılmasını zəruri hesab etmişdir.

73. Belə ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın “Şəxsi və ailə həyatına hörmət hüququ” adlanan 8-ci maddəsinin 1-ci hissəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

74. Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququna görə Konvensiyanın 8-ci maddəsinin məqsədləri baxımından “mənzil” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla yaradılmış binalarla məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan m üstəqil anlayışdır və hər bir halda ayrı-ayrı anlayışların Konvensiyanın 8-ci maddəsi ilə müdafiə olunan “mənzil” anlayışına uyğun olub-olmaması, faktiki şəraitə əsasən, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olaraq qiymətləndirilməlidir.

75. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi də mübahisənin həlli zamanı cavabdehin inşa etdiyi tikili ilə bağlı işin hallarını Konvensiyanın 8-ci maddəsinin tələbləri əsasında təhlil etmiş və qeyd etmişdir ki, cavabdehə yerli bələdiyyə ilə bağlanmış müqavilə əsasında dəyəri ödənilməklə 2007-ci ildə verilmiş torpaq sahəsində sonradan daimi yaşamaq üçün tikili inşa etməsi onu deməyə əsas verir ki, yerli bələdiyyə orqanının bu torpaq sahəsi üzərində sərəncam vermək hüququnun olmamasından cavabdeh xəbərsiz olmuşd ur. İş materiallarına əlavə edilən Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən tərtib edilmiş plan sxem və topoqrafik sxem-xəritələrdən görünür ki, mübahisəli tikili başqa evlər və iddiaçıya aid inzibati binaların əhatəsində yerləşir. Həmçinin, fotoşəkillərdən görünür ki, qeyd edilən tikili müvafiq dövlət orqanları tərəfindən kommunal xidmətlərlə təchiz edilmişdir. Qeyd edilənlərə əsasən mübahisəli tikili Konvensiyanın 8-ci maddəsinin mənasında cavabdehin evi kimi qiymətləndirilməlidir.

76. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması və cavabdehin inşa etdiyi tikilinin Konvensiyanın 8-ci maddəsinin anlamında mənzil sayılması barədə nəticə ilə razılaşır.

77. Apelyasiya instansiyası məhkəməsi həmçinin iddia tələbini mənzil hüququna müdaxilə üçün Konvensiyanın 8-ci m addəsinin İİ hissəsinin şərtləri əsasında təhlil etməklə qeyd etmişdir ki, cavabdehin yeganə yaşayış yeri olan mübahisəli tikilidən çıxarılması və həmin tikilinin sökülməsi, iddiaçının isə bu tikilinin yerləşdiyi torpaq sahəsinə zəruri ehtiyacının müəyyən edilməməsi şəraitində hazırkı iddianın təmin edilməsi nəticəsində cavabdehin məruz qalacağı məhrumiyyətlər bu tədbirin güddüyü məqsədlər baxımından mütənasib hesab edilə bilməz.

78. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin Konvensiyanın 8-ci maddəsinin İİ hissəsinə uyğunluğunu yoxlamaqda haqlı olmuşdur.

79. Çünki, iddia tələbi Mülki Məcəllənin 178-ci maddəsi baxımından əsaslı olduğu halda, mübahisəli sahədən cavabdehin çıxarılması barədə iddia, məhkəmələr tərəfindən Konstitusiyanın 71-ci maddəsin in İİ və İİİ hissələrində, habelə Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş mənzil hüququnun məhdudlaşdırılması üçün əsaslar baxımından təhlil edilməlidir.

80. Digər hüquqlar kimi mənzil hüququnun məhdudlaşdırılması üçün iki şərtə əməl olunması zəruridir:

1. Fərdin mənzil toxunulmazlığına hörmət edilməsi hüququna hər hansı müdaxilə qanunla nəzərdə tutulmuş olmalıdır;

2. Müdaxilə "demokratik cəmiyyətdə zəruri" hesab edilməlidir.

81. Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqa konkret müdaxilənin "demokratik cəmiyyətdə zəruri" olub-olmadığının müəyyən edilməsi ilə bağlı Avropa Məhkəməsi müxtəlif qərarlarında "zərurilik" tələbinə əlavə aydınlıq gətirərək bildirib ki, 8-ci maddənin məqsədləri üçün "zəruri" anlayışı o deməkdir ki, müdaxilə "təxirəsalınmaz ictimai tələbatdan" ir əli gəlməli və xüsusən qarşıya qoyulmuş qanuni məqsədə mütənasib olmalıdır. Müdaxilənin "zəruri" olub-olmadığını müəyyənləşdirərkən məhkəmə dövlət hakimiyyəti orqanlarına verilməli olan qiymətləndirmə sərbəstliyinin hüdudlarını nəzərdən keçirir, müdaxilə üçün əsas təşkil edən "təxirəsalınmaz ictimai tələbatın" mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdeh üzərinə düşür (Pexoviç Polşaya qarşı iş üzrə 17 aprel 2012-ci il tarixli qərarın 212-ci bənd, Paradizo və Kampanelli İtaliyaya qarşı iş üzrə 24 yanvar 2017-ci il tarixli qərarın 179-184-cü bəndləri).

82. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin "zərurilik" şərtinə cavab vermədiyi barədə nəticəyə gəlmiş və mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft əm əliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğu əsaslandırılmamış, buna dair sübutlar iddia ərizəsinə əlavə edilməmişdir.

83. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini “zərurilik” şərtləri üzrə araşdırma apararkən işin hallarının sonadək hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsini təmin etməmişdir. Belə ki, məhkəmə iddiaçı tərəfindən mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğu barədə sübutu təqdim etmədiyini bildirməsinə baxmayaraq, bu halı iddiaçı ilə müzakirə etməmiş, sübutu təqdim etməyi təklif etməmişdir.

84. Halbuki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hall arda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri).

85. Mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində i ş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir (Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarı).

86. Eyni zamanda mülki məhkəmə icraatının prinsipinə görə sübutl arın toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 14 və 77.1-ci maddələri).

87. Lakin nəzərə alınmalıdır ki, qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesa b edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

88. Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.

89. Göründüyü kimi məhkəmə, işin mahiyyəti üzrə həlli üçün zəruri olan faktik halların müəyyən olunması üçün araşdırmanı prosessual fəallıqla aparmalı, tərəflərlə mübahisənin vəziyyətini müzakirə etməli, sübut olunmalı halları tərəflə izah etməlidir. Həmçinin işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

90. Lakin iş materiallarından görünür ki, məhkəmə iddiaçı tərəfə zəruri saydığı sübutları təqdim etməyi təklif etməmişdir. Nəticə etibarilə, məhkəmənin işin mahiyyəti üzrə həll olunması və qanuni qərar çıxarılması üçün zəruri hesab etdiyi işin halları müəyyən olunmamışdır.

91. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində özbaşına tikilmiş yaşayış sahələrinin sökülməsi və sakinlərin çıxarılması tələbləri ilə bağlı ol an “Əhmədova Azərbaycana qarşı” Avropa Məhkəməsinin qərarında Konvensiyanın 8-ci maddəsinin pozuntusu müəyyən edildiyinə görə, analoji işlərdə yol verilən xarakterik səhvlərin aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən məhkəmələrə icmal məktubu göndərilmişdir. Həmin icmal məktubunda məhkəmələrə izah olunmuşur ki, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

92. Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir.

93. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılmaşı tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakir ə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmjn ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edə bilərlər.

94. Bununla yanaşı, qətnamənin əsaslandırıcı hissəsində çıxarılması tələb olunan cavabdehlərin qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduqları halda, onlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları izah edilməlidir.

95. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərm anı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq, yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, eləcə də dövlət mənzil fonduna daxil olan sosial kirayə müqavilələrinin bağlanması səlahiyyətləri yerli icra hakimiyyəti orqanlarına aid edildiyindən işlərə baxılması zamanı sökülməsi tələb olunan tikililərin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanlarının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmələri təmin edilməlidir.

96. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün “zərurilik” baxımından işin hallarını lazımi həddə araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticə də qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

97. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

98. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

99. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, adı çəkilən məktubunda əksini tapmış (bu qərarın 91-95-ci paraqrafları) tövsiyələr nəzərə alnmaqla əlavə araşdırma aparmalı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməli, həmçinin "xxxx" MTKnın üçüncü şəxs kimi işə cəlb olunması məsələsi müzakirə edilməlidir.

100. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1046/2023 nömrəli, 2 fevral 2023-cü il tarixli qərtnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar