Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2543/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər x1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “hərracın qanunsuz və onun nəticələrinin etibarsız hesab edilməsi, behin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(011)-211/19) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “hərracın qanunsuz və onun nəticələrinin etibarsız hesab edilməsi, behin geri qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və A.Hüseyn, iş № 2(103)-13167/19) iddiaçıların apelyasiya şikayəti təmin edilməyərək Xətai Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respub likasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməklə, cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 241-də yerləşən sahəsi 53 kv metr olan Tovuz kafesinə dair keçirilmiş hərracın qanunsuz və onun nəticələrinin etibarsız hesab edilməsi, ödənilmiş 25000 manat behin İddiaçı2 qaytarılması və vəkilə ödənilmiş 3000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər heç bir əsas olmadan və ona məxsus obyektə baxış keçirmədən tənasübsüz surətdə yüksək qiymət 250000 manat təyin etmiş, obyekti qanunsuz olaraq hərraca çıxarmışdır. Bu barədə cavabdehə rəsmi ərizə ilə müraciət etsə də nəticəsi olmamışdır. Həmin obyektin sahəsi 53 kv.m olsa da hərracda 55 kv.m qeyd olunmuş və müvafiq qiymət də şişirdilmişdir. Cavabdehlər ona məxsus obyekti qanunsuz olaraq hərraca çıxarmışdır. Ona görə də hərrac qanunsu z hesab olunmalı və onun nəticəsi etibarsız hesab olunmalıdır. İş üzrə tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, nümayəndələrinin iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab e dir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 28 oktyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvandakı, sahəsi 55 kv.m olan obyektin mülkiyyətçisi dövlət, icarəçisi İddiaçı2 olmuş, həmin obyekt ilkin satış qiyməti 250000 manat müəyyən edilməklə Azərbaycan Respublikasının ƏMDK-nin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən hərraca çıxarılmış, son məbləğ 631000 manat olmaqla İddiaçı2 hərracın qalibi elan olunmuşdur. İddiaçı2 25000 manat beh ödəsə də əmlakın qalan qiymətini ödəməkdən imtina etmiş və hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 155.4-cü maddəsinə əsasən «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 16.1.4-cü maddəsi ilə dövlət əmlakının hərraclar vasitəsilə satışı dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri kimi təsbit olunmuşdur. Məhkəmələr hesab etmişlər ki, İddiaçı2 hərracda məhz öz təşəbbüsu ilə iştirak etmiş, hərracda əmlakin ilkin dəyəri 250000 manat müəyyən edilmiş, hərracın nəticəsində əmlakın son dəyəri 631000 manat olmaqla İddiaçı2 hərracın qalibi elan olunmuşdur. Alqısatqı müqaviləsinin bağlanmasından sonra müəyyən olunmuş vaxt daxilində şərtləşdirilmiş qalan məbləğin ödənilməsi razılaşdırılmış olsa da M.Quluzada qalan məbləği ödəməm işdir. Məhkəmələr isə haqlı olaraq hərracın qanunamüvafiq olan keçirilməsini və müqavilənin başa çatmamasının cavabdehin təqsirindən baş verməsinə əsaslanmaqla hərracın nəticələrinin etibarsız hesab edilməsi və behin geri qaytarılmasını mümkünsüz hesab etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirillməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, on un verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən isə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayır: bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırırsa, verdiyi behi itir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə (müqavilə üzrə qalan məbləği ödəməkdən imtina etdiyi üçün) razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini (faktiki olaraq kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillər apelyasiya məhkəməsi tərəfindən tam olaraq araşdırılmışdır.) əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesa b edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 28 oktyabr 2019-cu il tarixli 2(103)-13167/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2543/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2543/2020
09.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver