Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2543/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: X1nun cavabdeh "xxxx" MMC və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2022-ci il tarixli, 2(103)1112/2022 saylı qərardadından iddiaçı X1nun kassasiya şikayəti üzrə işə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hallar ı İşin hallarına görə, iddiaçı X1 məhkəmədə cavabdeh "xxxx" MMC və digərlərinə qarşı iddia qaldıraraq, onun işdən azad edilməsinin qanunsuz hesab edilərək cavabdehlə bağlanmış 19 oktyabr 2019-cu il tarixli əmək müqaviləsinin müddətinin 6 ay 11 gün müddətinə uzadılaraq onun cavabdehdə əmək haqqı ilə öncəki iş yeri üzrə böyük mexanika-istismar texniki vəzifəsinə bərpa edilməsi, yekun məhkəmə aktı qəbul edilənədək 16 iyun 2020-ci il tarixdən buraxılmış məcburi iş buraxma müddətinin üzrlü hesab edilərək 17 iyun 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək aylar və günlər üçün ödənilməyən əmək müqaviləsində qeyd edilən 6.200 manat əmək haqqının kompensasiya şəklində cavabdehdən tutularaq ona ödənilməsi, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkilmiş məhkəmə xərci kimi vəkilə ödəni lən 509 manat, etibarnamənin alınması üçün 16,50 manat, həmçinin “X3” ilə bilet alınmasına görə 1.451 manat və uçuş ilə bağlı Covid-19 virus daşıyıcısı olub-olmamağa dair tibbi yoxlanışa görə 400 manat və 2 ay yaşamaq üçün icarə haqqına görə 1.700 manat ödəniş edilməsinə dair, cəmi 4.076 manat maddi ziyanın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzr ə Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bundan sonra, 24 avqust 2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil buraxılmış prosessual müddətin bərpası və işə baxan hakimə etiraz barədə ərizə ilə məhkəməyə müraciət edib və Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılıb. İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayət verərək iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, mülki işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edib. Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılıb. İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayət verərək iş üzrə Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilib, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barə də qərardad qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 yanvar 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmədən, iş üzrə Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. İddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2022-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Şəms Əyyubovun həmin məhkəmənin 05 yanvar 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti geri qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Mülki Prosessual Məcllənin 402.2-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin hansı qərardadlarından kassasiya şikayətinin verilə bilməsi nəzərdə tutulub. İddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verdiyi qərardaddan kassasiya şikayətinin verilməsi mülki prosessual qanunvercilikdə nəzərdə tutulmayıb. Bu barədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 yanvar 2022-ci il tarixli qərardadında göstərilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan kassasiya şikayəti verib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 402.2-402.2.5, 384.0.4-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əs aslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2022-ci il tarixli qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 402.2-402.2.5-ci maddələrinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndər ilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası mə hkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq n ormalarının tələblərini pozduğunu, hazırki işə mahiyyəti üzrə baxılması üçün prosessual əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X1nun cavabdeh "xxxx" MMC və digərlərinə qarşı “onun işdən azad edilməsinin qanunsuz hesab edilərək cavabdehlə bağlanmış 19 oktyabr 2019-cu il tarixli əmək müqaviləsinin müddətinin 6 ay 11 gün müddətinə uzadılaraq onun cavabdehdə əmək haqqı ilə öncəki iş yeri üzrə böyük mexanika-istismar texniki vəzifəsinə bərpa edilməsi, yekun məhkəmə aktı qəbul edilənədək 16 iyun 2020-ci il tarixdən buraxılmış məcburi iş buraxma müddətinin üzrlü hesab edilərək 17 iyun 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək aylar və günlər üçün ödənilməyən əmək müqaviləsində qeyd edilən 6.200 manat əmək haqqının kompensasiya şəklində cavabdehdən tutularaq ona ödənilməsi, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkilmiş məhkəmə xərci kimi vəkilə ödənilən 509 manat, etibarnamənin alınması üçün 16,50 manat, həmçinin “X3” ilə bilet alınmasına görə 1.451 manat və uçuş ilə bağlı Covid19 virus daşıyıcısı olub-olmamağa dair tibbi yoxlanışa görə 400 manat və 2 ay yaşamaq üçün icarə haqqına görə 1.700 manat ödəniş edilməsinə dair, cəmi 4.076 manat maddi ziyanın cavabdehdən tutulub ona ödənilməsi” barədə iddiası rədd edilib. Hazırda iddiaçının nümayəndəsi və vəkili Vəkil təkrar birinci instansiya məhkəməsinə müraciət edərək, sözügedən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmı ş prosessual müddətin bərpa edilməsini xahiş edib, həmçinin işə baxan hakimə etiraz verib. Mübahisəli məsələ üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. Mülki Prosessual Məcəllənin 402.2-402.2.5-ci maddələrinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu olan şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Mülki Prosessual Məcllənin 402.2-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin hansı qərardadlarından kassasiya şikayətinin verilə bilməsi nəzərd ə tutulub. İddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verdiyi qərardaddan kassasiya şikayətinin verilməsi mülki prosessual qanunvercilikdə nəzərdə tutulmayıb. Bu barədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 yanvar 2022-ci il tarixli qərardadında göstərilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan kassasiya şikayəti verib. Ona görə də kassasiya şikayəti geri qaytarılmalıdır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini əsassız sayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlib və yuxarıda sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasi ya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı X1nun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2022-ci il tarixli, 2(103)-1112/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2543/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2543/2022
10.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver