Məhkəmə qərarları › İş №2(102)-2548/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2548/2022

11.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2548/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Cavabdeh4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın etibarsızlığı və onun nəticələrinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddi açı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın etibarsız hesab edilməsi, çıxarışın qismən ləğvi və əvvəlki vəziyyətin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10940/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 11 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində yerləşən 129 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə 1/5 hissədə İddiaçı1, 2/5 hissədə Cavabdeh1 və 2/5 hissədə Cavabdeh2 məxsus olmuşdur.

2. Cavabdeh1 digər mülkiyyətçilərə və İddiaçı2 qarşı ümumi əmlakın hərracda satılması və satış pulunun paylara uyğun bölünməsi tələbinə dair iddia qaldırmış və həmin iş ürzə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-970/2017 nömrəli, 03 mart 2017ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, mübahisə predmeti olan evin açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan pulun paylı mülkiyyətin mülkiyyətçiləri (Nurlan, Səbinə və Sonaxanım) arasında onların əmlakdakı paylarına mütənasib olaraq bölüşdürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir.

3. Qətnamənin icrası qaydasında əmlakın qiymə tləndirilməsi keçirilərək müəyyən olunmuş qiymət əsasında hərracın keçirilməsi Cavabdeh4 MMC-yə sifariş olunmuş və 15.12.2017-ci il tarixli hərracın yekunları barədə protokola əsasən İddiaçı1 mübahisəli əmlakdakı 1/5 hissədə payı Cavabdeh1 tərəfindən 16.250 manata əldə edilmiş və daşınmaz əmlakın dövlət reyestrində onun adına 3/5 payla qeydiyyat aparılmışdır.

4. Bundan sonra, iddiaçılar (Səbinə və Rəna) hərrac təşkilatına və hərracın qalibi kimi Nurlana qarşı (Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia qaldıraraq hərracın yekunları barədə protokolun etibarsız hesab olunmasını tələb etmiş və iddianın əsası kimi, keçirilmiş hərraclar barədə onlara məlumat verilmədiyinə, əmlakın real dəyərindən aşağı qiymətlə satı lmasına, hərracın yekunları barədə protokolda mülkiyyətçilərdən Səbinənin adının göstərilməməsinə və hərracın qalibləri kimi Nurlan və Sonanın qarşı tərəflər olmasına baxmayaraq eyni şəxs tərəfindən təmsil olunmalarına istinad etmişlər.

5. Həmin iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1279/2018 tarixli, 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuş və qətnamə qanuni qüvvəsini almışdır.

6. Qətnamədə qeyd olunmuşdur ki, mübahisəli fərdi yaşayış evi ilə bağlı keçirilmiş hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçıların iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın onlardan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, həmin evdə iddiaçılardan yalnız Rəna pasport qeydiyyatında olmaqla yaşayır, digər iddiaçı Səbinə isə həmin ünvandan köçmüş və orada yaşamır. Hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və bildirişlər bu ünvanlarda qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı Səbinə özü də etiraf etmişdir ki, həmin evdə yaşamamasına baxmayaraq, keçiriləcək hərraclar barədə məlumatlı olmuşdur. Hərracın yekunlarına dair protokolda həqiqətən də Səbinə ilə bağlı səhvə yol verilərək, onun adı mülkiyyətçi kimi göstərilməmiş, lakin bu, məhz həmin protokolun arxasında düzəliş edilməklə aradan qaldırılmışdır.Eyni zamanda, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilmişdir.

7. İddiaçı2 aid hissədə isə qeyd olunmuşdur ki, mübahisəli əmlak da yalnız pasport qeydiyyatında olmaqla əmlakın mülkiyyətçisi olmadığından, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir.

8. Hazırda hər iki iddiaçı (Səbinə və Rəna) eyni əsaslardan (hərrac barədə məlumatlandırılmama, əmlakın real dəyərindən aşağı qiymətlə satılması, hərracın yekunları barədə protokolda mülkiyyətçilərdən Səbinənin adının göstərilməməsi, hərracın qalibləri kimi Nurlan və Sonanın qarşı tərəflər olmasına baxmayaraq eyni şəxs tərəfindən təmsil olunması) çıxış edərək, hərracın qaliblərini (Nurlan və Sonaxanım) və onların adına daşımaz əmlakın dövlət reyestrində qeydiyyat aparmış orqanı cavabdeh, hərrac təşkilatını isə üçüncü şəxs kimi qeyd etməklə aşağıdakı tələbləri irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiy a məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan fərdi yaşayış evi ilə bağlı 15.12.2017-ci il tarixdə keçirilmiş hərrac prosesinin etibarsız hesab edilməsi və ona məxsus 1/5 payı üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən 3/5 payı barədə sonuncu çıxarışın qismən ləğv edilərək tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini onunla əsaslandırmışlar ki, keçirilmiş hərraclar barədə onlara məlumat verilməmiş, payın cavabde h Nurlan tərəfindən alınması məqsədilə əmlakın dəyəri 10% aşağı salınmaqla təkrar hərraca çıxarılmış və real dəyərindən xeyli aşağı qiymətlə satılmışdır. Digər tərəfdən, hərracın yekunları barədə protokolda mülkiyyətçi kimi Səbinənin adının göstərilməmiş, sonradan protokolun arxa hissəsinə düzəliş edilmişdir ki, bu da onun hərracın keçirilməsi barədə məlumatının olmadığını sübut edir.

11. Cavabdeh1 isə, iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, hazırkı iddia üzrə icraata xitam verilməlidir. Ona görə ki, iddiaçılar əvvəl də ona və hərrac təşkilatına qarşı hərracın nəticələrinə dair protokolun etibarsızlğına dair iddia ilə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə iddia rədd olunaraq, mübahisəli əmlakla bağlı keçir ilmiş hərracların nəticələri qanuni hesab edilmişdir. Bundan sonra, mübahisəli evə istifadə hüququna xitam verilməsi barədə digər iş üzrə yaşayış hüququnu itirilməsinə görə kompensasiya tələb etməklə iddiaçılar hərracın nəticələrini qəbul etmişlər. Eyni zamanda, hərracın etibarsızlığı ilə bağlı qanunda müəyyən edilmiş 1 illik iddia müddətini də ötürmüşlər. Digər tərəfdən, məhkəmə iddianı icraata qəbul etsə də, iddiaçılar iddianın əsasını təşkil edən iki sübutu (hərracın yekunlarına dair protokol və çıxarış) iddia ərizəsinə əlavə etməmişlər.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1197/2020 nömrəli iş üzrə 02 mart 2020-ci il tarixli qərardad ilə (hakim C.Musayeva) Cavabdeh1 münasibətdə mülki iş üzrə icraata xitam verilmişdir.

13. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinadla qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçılar hərrac təşkilatına və Cavabdeh1 qarşı (Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Nərimanov Rayon Məhkəməsinə müraciət etməklə, hərracın nəticəsi hesab edilən protokolun etibarlılığını mübahisələndirmiş, bununla da, bu məsələdə pozulduğu ehtimal edilən hüquqlarının bərpası üçün qanunvericiliklə onlara verilmiş məhkəmə müdafiəsi imkanlarından istifadə etmişlər. Hazırkı iddia tələblərinin (hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi və yeni çıxarışın ləğv edilməsi) və iddiaçıların Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki işin başlanmasına səbəb olan Cavabdeh1 qarşı iddia tələblərinin (hərracın yekunları barədə yekunların etibarsız hesab edilməsi) qanuni əsasları və predmeti eyni olub, hər hansı bir fərqli hallar mövcud deyildir, iddia isə formal xarakter daşıyır.

14. Birinci instansiya məhkəməsinin eyni tarixli qətnaməsi ilə iddia tələbi digər cavabdehlər Cavabdeh2 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) rədd olunmuşdur.

15. Məhkəmə, iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin hərracdan satılması ilə bağlı keçirilmiş hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçıların iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın onlardan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışd ır. Belə ki, mübahisəli əmlakda iddiaçılardan yalnız Rəna pasport qeydiyyatında olmaqla yaşayır, digər iddiaçı Səbinə həmin ünvandan köçmüşdür və orada yaşamır. Hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və bildirişlər bu ünvanlarda qəbul edilmişdir. Fərdi yaşayış evində yaşamamasına baxmayaraq, Səbinə keçiriləcək hərrac barədə məlumatlı olmuşdur. Hərracın yekunlarına dair protokolda həqiqətən də Səbinə ilə bağlı səhvə yol verilərək, onun adı mülkiyyətçi kimi göstərilməmişdir. Lakin bu səhv həmin protokolun arxasında düzəliş edilməklə aradan qaldırılmışdır. Eyni zamanda, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdiri lmişdir.

16. Digər İddiaçı2 Məmmədhüseyn qızına aid hissədə isə, məhkəmə qeyd etmişdir ki, o, mübahisəli əmlakda yalnız pasport qeydiyyatında olmaqla əmlakın mülkiyyətçisi olmadığından, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Bu da öz növbəsində onun iddiasının bu əsasla rədd edilməsi üçün hüquqi əsas yaradır.

17. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 42.1, 42.3, 46.1-ci və “Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsinə istiandla əsaslandırmışdır.

18. İddiaçı1 birinci instansiya məhkəməsinin 02 mart 2020-ci il tarixli qərardadınan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir.

19. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə hərracın yekunl arı protokolunun etibarsızlığı ilə hərrac prosesinin etibarsız hesab edilməsi anlayışlarını eyniləşdirməklə düzgün nəticəyə gəlməmişdir. Hərrac protokolu yekun sənəd olduğu halda, hazırkı iddia ilə mübahisələndirilən hərrac prosesi daha geniş anlayış olmaqla, hərracla bağlı bütün mərhələləri, hərəkət və fəaliyyəti, qəbul edilmiş qərarları və rəsmiləşdirilmiş sənədləri əhatə edir. Həmçinin, hazırkı iddia daha geniş olmaqla iki hissədən (hərrac prosesinin etibarsızlığı və çıxarışın qismən ləğv edilməsi) ibarətdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3734/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qərardadı ilə (hakimlər-Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qər ardadı Cavabdeh1 münasibətdə “yeni çıxarışın ləğv edilməsi və payların əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmiş, qeyd olunan hissədə iddiaya mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların hazırkı iddia tələbləri üç hissədən - “hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi, yeni çıxarışın ləğv edilməsi və payların əvvəlki vəziyyətə qaytarılması” ibarət olmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli qətnaməsi ilə isə yalnız hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi barədə iddia irəli sürülmüş və bu iddia tələbi rədd edilmişdir.

22. Birinci instansiya məhkəməsi həmin hissədə iddiaya mahiyyəti üzrə baxaraq, 2(006)-4591/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli əlavə qətnamə ilə rədd etmişdir.

23. Bu hissədə məhkəmənin mövqeyi belə olmuşdur ki, hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi üçün hüquqi əsas tapılmadığından (02 mart 2020-ci il tarixli qətnamədəki hüquqi mövqelərə əsasən) əqdin etibarsızlığının nəticələrini (hər bir tərəfin əqd üzrə aldıqlarını digər tərəfə qaytarması) tətbiq etmək mümkün deyil. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. İddiaçılar, birinci instansiya məhkəməsinin həm 02 mart 2020-ci il tarixli qətnaməsindən, həm də 27 iyul 2021-ci il tarixli əlavə qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamələrin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

25. Şikayətlər iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərfli araşdırılmadığı, maddi və prosessual hüquq normalarının pozulduğu qeyd olunmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-10940/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsi və 27 iyul 2021-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətləri ilə eyni dəlillərlə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:

31. Maddə 415.1. Auksionlar və müs abiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

32. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

33. Maddə 415.4. Hərracın iştirakç ıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

34. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

35. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

36. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin et ibarsızlığına səbəb olur. Mülki Prosessual Məcəllə

37. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Müəyyən olunduğu kimi Bakı şəhəri, Nəsimi rayonu, C.Əsgərova küçəsi, 129-da yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olan X7, X1 və Cavabdeh2 Əlverdi qızı arasında paylarına mütanasib olaraq bölüşdürülməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən mübahisə predmeti olan fərdi yaşayış evi hərracın təşkilatçısı tərəfindən hərraca çıxarılmış və keçirilmiş hərracda Cavabdeh1 və Cavabdeh2 Əlverdi qızı tərəfindən 84.250 manata alınmışdır.

44. Hərrac ın nəticələrinin etibarsız edilməsini tələb edən iddiaçılara görə hərracın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş müddətdə və qaydada onlara bildiriş göndərilməmiş və onların iştirakının təmin edilməməklə hərrac qanun pozuntusu ilə keçirilmişdir.

45. İşə apellyasiya qaydasında baxılarkən iddiaçıların həmin dəlilləri hərtərəfli araşdırılmış və hərracın qanun pozuntusu ilə keçirilməsi müəyyən olunmamışdır.

46. Müəyyən olunmuşdur ki, hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsində və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsində müəyyən olunmuş qaydalara əməl edilməklə keçirilmiş, bu zaman hərracın nəticələrinə təsir göstərə biləcək hər hansı pozuntuya yol verilməmişdir.

47. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə iddiaçılar təl əblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və iddialarının əsaslı olmasını sübuta yetirə bilməmişlər.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10940/2021 nömrəli iş üzrə 8 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanısın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar