Məhkəmə qərarları › İş №2(102)-2551/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2551/2025

16.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(102)-2551/2025 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3, cavabdeh5 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlu hakimlərdən ibarət tərkibdə, Iddiaçı iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3, cavabdeh5 və cavabdeh1 qarşı "müqavilələrin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ##### tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. cavabdeh4 ilə Kərimova (Bayramova) Sevinc Məsim qızı ##.##.1992-ci il tarixdə nikaha daxil olmuşlar.

2. DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2007-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən, ünvan 3 nömrəli fərdi yaşayış evi 007011001422- 10301 reyestrnömrəsi, 110703739 qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının **** nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş ****** nömrəli arayışda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçev 621 B ünvanında yerləşən yaşayış evində cavabdeh4 1998-ci ildən, iddiaçı3 1998-ci ildən, X3 qızı və iddiaçı1 1998-ci ildən qeydiyyatdadırlar.

4. ##.##.2015-ci ildə Ukrayna Respublikasının xüsusi notariusu P.P.Petrenko tərəfindən təsdiq edilmiş və Ukrayna dilindən Azərbaycan dilinə tərcümə edilmiş etibarnamələrə əsasən, iddiaçı3 və iddiaçı2 ünvan 2 ünvanında yerləşən cavabdeh4 məxsus olan xüsusi evin bağışlanmasına qarşı heç bir etirazlarının olmadığını bildirmişlər.

5. cavabdeh5 xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş ##.##.2015-ci il tarixli, 4Ə-** reyestr nömrəli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, cavabdeh4 tam mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçev 621 B ünvanında yerləşən ümumi sahəsi 84.8 kv.m, yaşayış sahəsi 59.1 kv.m, yardımçı sahəsi 25.7 kv.m olan 4 otaqlı mənzili cavabdeh2 bağışlamışdır. Daşınmaz əmlakın dəyəri 200000 manat məbləğində qiymətləndirilmişdir.

6. DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, ünvan 3 nömrəli fərdi yaşayış evi 007011001422-10301 reyestr nömrəsi, 1115006801 qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. cavabdeh2 ##.##.2017-ci il tarixli ərizə ilə cavabdeh1 müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini satmaq istədiyini bildirmişdir.

8. ##.##.2017-ci il tarixdə Ukrayna Respublikasının xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş və Ukrayn dilindən Azərbaycan dilinə tərcümə edilmiş “razılıq”lara (3 sənəd) əsasən, iddiaçı3, iddiaçı2 və iddiaçı1 ünvan 2 ünvanında yerləşən yaşayış evini cavabdeh2 satmasına və onların (iddiaçı3, iddiaçı2 və iddiaçı1) mənzildən istifadə hüququnun ləğvinə icazə vermiş, həmçinin alqı-satqı müqaviləsi tərtib olunduqdan sonra müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdələrinə götürdüklərini bildirmişlər.

9. cavabdeh1 xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş ##.##.2017-ci il tarixli, 4Ə-*** reyestr nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, cavabdeh2 tam mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçev 621 B ünvanında yerləşən ümumi sahəsi 84.8 kv.m, yaşayış sahəsi 59.1 kv.m, yardımçı sahəsi 25.7 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin 48 kv.m hissəsini 60000 manat müqabilində cavabdeh3 satmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3, cavabdeh5 və cavabdeh1 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh4 və cavabdeh cavabdeh2 arasında cavabdeh5 bağlanmış ##.##.2015-ci il tarixli ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin tam hissədə bağışlanması müqaviləsinin, həmçinin cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh3 arasında cavabdeh1 bağlanmış ##.##.2017-ci il tarixli AN-İ № ******* saylı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv.m hissəsinin alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iddiaçı3 və cavabdeh cavabdeh4 ##.##.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından ##.##.1993-cü il təvəllüdlü iddiaçı iddiaçı2 və ##.##.1997-ci il təvəllüdlü iddiaçı iddiaçı1 Qasqay oğlu dünyaya gəlmişlər. Tərəflər nikah bağlandıqdan sonra ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini almış, ora köçmüş və birgə yaşadıqları vaxtda yaşayış sahəsinin sol hissəsini və ikinci mərtəbəsini tikdirməklə artırmalar etmişlər. Həmin artırmalar tərəflərin birgə nikah dövründə edilmiş, iddiaçı iddiaçı3 və cavabdeh cavabdeh4 ümumi birgə mülkiyyəti olmuşdur. Daha sonra həmin yaşayış sahəsinin bütövlükdə birinci mərtəbəsi cavabdeh X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində ##.##.2007-ci il tarixdə qeydə alınsa da, həmin əmlak birgə nikah dövründə birgə gəlir hesabına tikildiyindən iddiaçı iddiaçı3 həmin əmlaka dair mülkiyyət hüquqları mövcuddur. Bundan əlavə, iddiaçı iddiaçı3, iddiaçı iddiaçı2 və iddiaçı iddiaçı1 bu günədək həmin ünvanda qeydiyyatdadırlar və faktiki olaraq yaşayırlar. Cavabdeh cavabdeh4 dəfələrlə yaşayış sahəsini satmaq istədiyini bildirsə də, iddiaçı iddiaçı3 buna razı olmamış, qəti etiraz etmişdir. Odur ki, cavabdeh cavabdeh4 iddiaçıları aldatmış, iddiaçılara demədən, onların razılığını almadan, iştirakı olmadan yaşayış sahəsini özgəninkiləşdirmişdir. Belə ki, cavabdeh cavabdeh4 və onun bacısı cavabdeh cavabdeh2 arasında ##.##.2015-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.8 kv.m (yaşayış sahəsi 59.1 kv.m, yardımçı sahəsi 25.7 kv.m) olan mənzil tam şəkildə cavabdeh cavabdeh2 hədiyyə edilmişdir. Mənzilin dəyəri 200000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh cavabdeh2 dərhal sözügedən mənzilə dair ##.##.2015-ci il tarixdə ******* nömrəli DƏDRX-dən Çıxarış almışdır. Daha sonra cavabdeh cavabdeh2 cavabdeh cavabdeh3 ilə ##.##.2017-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlayaraq, ünvan 3 ünvanında yerləşən həmin yaşayış sahəsinin 48 kv.m hissəsini (qiyməti 60000 manat dəyərləndirilmişdir) cavabdeh cavabdeh3 satmışdır. Hesab edir ki, aşağıdakılara əsasən sözügedən hər iki müqavilə bağlandığı andan etibarsız hesab edilməlidir. Ilk növbədə, həmin müqavilələr iddiaçılara heç bir məlumat verilmədən, iddiaçıların iştirakı və ya razılıq ərizəsi olmadan bağlanmış və bununla da iddiaçı iddiaçı3 və onun övladlarının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Sözügedən yaşayış evi iddiaçı iddiaçı3 ilə onun həyat yoldaşı cavabdeh X2 birgə nikah dövründə tikildiyindən və bu müddətdə evə dair çıxarış alındığından tərəflərin ümumi birgə mülkiyyəti hesab olunur. Cavabdeh cavabdeh4 iddiaçıları aldadaraq ailəni dolandırmaq üçün evin birinci mərtəbəsini kirayəyə verdiyini bildirmişdir. Halbuki yaşayış sahəsinin aşağı hissəsində olan kirayəçi iddiaçılara bildirmişdir ki, onun tanıdığı və aybaay ödəniş etdiyi şəxs cavabdeh cavabdeh4 deyil, Nəhayət adlı bir xanımdır. O, mülkiyyətçi olaraq onu tanıyır və ödənişləri də ona edir. Məsələni aydınlaşdırmaq və həqiqəti üzə çıxarmaq üçün iddiaçılar vəkilə müraciət etmiş və vəkil tərəfindən müvafiq sorğular göndərilmişdir. ##.##.2022-ci il tarixdə Bakı şəhəri * saylı Notariat Ofisindən alınan Notariat işinin materiallarından məlum olmuşdur ki, cavabdeh cavabdeh4 tərəfindən ##.##.2015-ci il tarixdə cavabdeh cavabdeh2 adına daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Iş materiallarında iddiaçı iddiaçı3 və iddiaçı iddiaçı2adından “etibarnamə” adı altında saxta sənədlər hazırlanmış və bununla da müqavilə bağlanmışdır. Həmin sənədlər iddiaçılar tərəfindən guya onlar Ukrayna Respublikasında olduqları zaman verilmiş və bağışlama müqaviləsinin bağlanmasına etiraz etmədiklərini əks etdirmişdir. Halbuki iddiaçıların heç biri nəinki Ukraynada, ümumiyyətlə ölkə xaricində olmamışlar, dövlət sərhədini keçməmişlər, bağışlamanın həyata keçirilməsi barədə xəbərsiz olmuşlar, əgər xəbərləri olsaydı yeganə yaşayış sahələrinin bağışlanmasına qəti etiraz edərdilər. iddiaçı3 və iddiaçı2 adından “etibarnamə” adı altında tərtib edilmiş saxta sənəddə isə imzalar onlara məxsus deyil. Həmin sənədlər istər forma, istər məzmun baxımından saxtadır. Bu saxta sənədləri hazırlayanlar cinayət törətmiş və cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Iddiaçılar ümumiyyətlə baş verənlərdən xəbərsiz olmuşlar. Cavabdeh cavabdeh4 iddiaçıları aldatmış, onlara yaşayış sahəsini kirayə verdiyini bildirmişdir. Əslində isə saxta sənədlərlə bağışlama müqaviləsi bağlayaraq yaşayış evini bacısı cavabdeh2 adına keçirmişdir. Bununla da, cavabdeh4 əsl niyyətini, yəni yaşayış sahəsini sataraq pulları mənimsəmək niyyətini gizlətmiş, iddiaçıları yeganə yaşayış sahəsinə dair hüquqlardan məhrum etmişdir. Digər tərəfdən, ##.##.2022-ci il tarixdə Bakı şəhəri ** saylı Notariat Ofisindən alınmış Notariat işinin materiallarından məlum olmuşdur ki, cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh3 arasında ##.##.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandığı zaman da iddiaçıların adından saxta sənədlər tərtib edilmiş və bunun əsasında müqavilə bağlanmışdır. Belə ki, iş materiallarında olan guya Ukrayna Respublikasının Xarkov şəhərindəki notariat ofisindən verilmiş ##.##.2017-ci il tarixli “Razılıq” adı altında tərtib edilmiş ərizələr aşkardır ki, tamamilə saxtadır. Iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 ölkə xaricində heç vaxt olmamışlar, belə bir razılıq ərizəsi verməmişlər. Onların baş verənlərdən ümumiyyətlə xəbərləri olmamışdır. Həmin ərizələrdə olan imzalar onlara məxsus deyildir. Iddiaçılar bu müqavilənin bağlanmasından da xəbərsiz olmuşlar. Cavabdeh cavabdeh3 isə ümumiyyətlə tanımırlar və görməyiblər. Göründüyü kimi, iddiaçıların adından sözügedən saxta sənədlər hazırlanmış, imzalar saxtalaşdırılmış və bu saxta sənədlərlə onların iradəsi xaricində alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri * saylı Notariat Ofisi tərəfindən ##.##.2015-ci il tarixdə müqavilə bağlanarkən, Bakı şahəri ** saylı Notariat Ofisi tərəfindən isə ##.##.2017-ci il tarixdə alqı-satqı müqavilələri bağlandığı zaman, təqdim olunan sənədlərin saxta olduğu aşkar edilməli, iddiaçıların şəxsi iştirakı və ya ölkə xaricində olduqlarına dair sübut təqdim edilməsi tələb edilməli idi. Göründüyü kimi, notariat ofisləri tərəfindən saxta sənədlər əsasında müqavilələrin bağlanmasi qanunsuz olaraq rəsmiləşdirilmişdir. Iddiaçılara onların adından saxta sənədlərin hazırlanması, əvvəlcə bağışlanma, daha sonra alqı-satqı müqavilələrinin bağlanması və bununla da mülkiyyət hüquqlarından məhrum edilmələri ##.##.2022-ci il tarixdə və ##.##.2022-ci il tarixdə, müvafiq notariat işinin materialları əldə edildiyi zaman məlum olmuşdur. Odur ki, hüquqların bərpa edilməsi üçün qanunvericilikdə nəzərə tutulmuş müddət ötürülmədiyindən sözügedən müqavilələr etibarsız hesab edilməli və onun yaratdığı hüquqi nəticələr ləğv edilməlidir.

12. Cavabdeh cavabdeh3 nümayəndəsi vəkil1 tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək bildirilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneolan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Mammədovanın şikayəti üzrə 2004-cü il ## ####### tarixli Qərarı). Mövcud mülki qanunvericiliyə əsasən əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il ## ######## tarixli Qərarı). Eyni zamanda, sözügedən mübahisəli əmlaka dair cavabdeh2 ilə cavabdeh3 arasında ##.##.2017-ci il tarixdə notariat qaydada alqı-satqı müqaviləsi imzalanması, əmlakın satış qiyməti 60000 manat qeyd edilmişdir. Sözügedən dövrdə, qeyd olunan ərazidə daşınmaz əmlakın 1 kv.m 1250-1350 manat olmuşdur. Bunun müəyyən edilməsi məqsədilə “xxxx” MMC-dən mütəxəssis rəyi alınmışdır. Iddiaçıların iddia etdiyinə görə bağışlama və alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə zidd olaraq aparılmışdır. cavabdeh3 ondan əvvəl olmuş sözügedən əmlaka dair bağışlanma müqaviləsi qanunazidd aparılmış olsa belə (belə ki, iddiaçılar iddia edir ki, qanuna zidd olmuşdur) və iddiaları məhkəmə tərəfindən öz təsdiqini tapsa belə cavabdeh3 vicdanlı alıcı olmuşdur. Belə ki, 2017-ci ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsi aparılan zaman hər hansı qanun pozuntusuna yol verilməmiş, cavabdeh3 ondan əvvəl bağlanmış bağışlanma müqaviləsinin həqiqiliyinin yoxlanması vəzifə borcu olmamaışdır. Əgər iddiaçıların iddiası təmin olunsa belə, iddiaçılar sözügedən daşınmaz əmlakın satışından əldə olunmuş pulu digər cavabdehlərdən tələb etməlidir. Digər tərəfdən, iddiaçılar iddia edirlər ki, guya həmin müqavilələrdən 2022-ci ildə xəbərləri olmuşdur. Iddiaçıların qeydiyyat və yaşayış ünvanlarından aydın görünür ki, onlar sözügedən mübahisəli əmlakların 2-ci mərtəbəsində yaşayırlar və qeydiyyatdadırlar. Yəni mümkünü yoxdur ki, onlar 6 il ərzində cavabdehin o əmlakı almasından xəbərsiz olsunlar. Iddiaçılar qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsızlığının mübahisələndirilməsi üçün qeyd olunan müddəti ötürüblər. Bütün bu arqumentləri nəzərə alaraq, iddiaçının qanunsuz, əsassız və həqiqəti əks etdirməyən, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Iddiaçı iddiaçı3 öz nümayəndəsi vasitəsilə məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, ##.##.2017-ci il tarixdə cavabdeh cavabdeh3 ilə cavabdeh cavabdeh2 arasında bağlanan alqı-satqı müqaviləsi 3 saxta sənəd əsasında rəsmiləşdirildiyindən bağlandığı andan etibarsız hesab edilməlidir. Belə ki, iddiaçılar heç vaxt ölkə xaricində olmamışlar və onların xarici pasportları ümumiyyətlə yoxdur. Razılıq sənədləri tamamilə saxtadır və onların əsasında bağlanmış alqı-satqı müqaviləsi də etibarsız hesab edilməlidir. Digər tərəfdən, mülki qanunvericiliyin mövqeyinə görə ümumi əmlaka ərin (arvadın) razılığı olmadan həmin əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə müqavilə etibarsızdır və bu hal hətta əldə edən vicdanlı olduğu hala da aiddir. Hesab edirlər ki, cavabdeh cavabdeh3 ümumiyyətlə vicdanlı alıcı deyil və vicdanlı alıcı olub-olmamasından asılı olmayaraq müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa cavabdeh cavabdeh4 ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2015-ci il tarixli bağışlama müqaviləsində, bağışlanan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçev 621 B ünvanında yerləşən 84.8 kv.m sahəsi olan daşınmaz əmlakın dəyəri 200000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh cavabdeh2 ilə cavabdeh cavabdeh3Qadaşbala qızı arasında bağlanmış ##.##.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə isə həmin daşınmaz əmlakın böyük hissəsini təşkil edən 48 kv.m hissəsi cəmi 60000 manat məbləğində özgəninkiləşdirilmişdir. Eyni daşınmaz əmlakın 48 kv.m sahəsinin iki il ərzində olduqca ucuz qiymətə satılması real bazar qiymətini əks etdirmir və əməliyyatın məqsədli şəkildə aparılmasına dair əsaslı şübhə doğurur. Belə ki, cavabdeh cavabdeh3 60000 manatlıq əmlakı əldə etməmişdən qabaq əmlakın yerləşdiyi əraziyə ümumiyyətlə gəlməmiş, daşınmaz əmlakı görməmiş, həmin əmlaka daxil olmamış, orada kimlərin yaşayıb-yaşamadığı ilə maraqlanmamışdır. Hətta alqı-satqı müqaviləsi bağlandıqdan sonra da cavabdeh3 həmin əraziyə gəlməmiş, nə iddiaçılar, nə də həmin ərazidə yaşayan şəxslər onu heç vaxt görməmiş, tanımamışlar. cavabdeh3 olduqca aşağı, ağlabatmayan qiymətə daşınmaz əmlakı əldə etməsi, həm də bu günədək həmin əmlakla maraqlanmaması onun əmlakın qanunsuz olaraq əldə edilməsindən məlumatlı olmasına əsaslı şübhələr yaradır.

14. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna verilmiş ##.##.2023-cü il tarixli cavaba əsasən müəyyən olunmuşdur ki, ##.##.1973-cü il təvəllüdlü iddiaçı3, ##.##.1968-ci il təvəllüdlü cavabdeh4, ##.##.1993-cü il təvəllüdlü iddiaçı2 və ##.##.1997-ci il təvəllüdlü iddiaçı1 2014-2022-ci illər ərzində dövlət sərhədindən hərəkətləri barədə IAMAS bazasında məlumat qeydə alınmamışdır.

15. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının ##.##.2024-cü il tarixli, */*** nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, 1.1. Ekspertizaya təqdim edilmiş, *Ə-*** nömrəli notariat işində (cavabdeh1) olan iddiaçı3 adından olan razılıq ərizəsinin surətində “Підпис:” qrafasında əks olunmuş imza - iddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, *Ə-*** nömrəli notariat işində (cavabdeh1) olan iddiaçı2 adından olan razılıq ərizəsinin surətində “Підпис:” qrafasında əks olunmuş imza - iddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 1.3. Ekspertizaya təqdim edilmiş, *Ə-*** nömrəli notariat işində (cavabdeh1) olan iddiaçı1 adından olan razılıq ərizəsinin surətində “Підпис:” qrafasında əks olunmuş imza - iddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

16. Ekspertizaya təqdim edilmiş, *Ə-** nömrəli notariat işində (cavabdeh5) olan iddiaçı3 adından olan etibarnamənin surətində “Пiдписи” qrafasında əks olunmuş imza və iddiaçı2 adından olan etibarnamənin surətində “Пiдписи” qrafasında əks olunmuş imza tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, Azərbaycan Respublikası MPM-nin 101.2-ci və “Məhkəmə ekspertizası fəaliyyəti” Qanunun 12-ci maddələrinə əsasən həmin imzaların iddiaçı3 tərəfindən, iddiaçı2 tərəfindən, iddiaçı1 tərəfindən, və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün olmamışdır.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-***/**** saylı, ## #### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbinın qismən təmin edilməsi, cavabdeh cavabdeh4 və cavabdeh cavabdeh2 arasında cavabdeh5 bağlanmış ##.##.2015-ci il tarixli, 4Ə** reyestr nömrəli ünvan 2 ünvanında yerləşən yaşayış evinin tam hissədə bağışlanması müqaviləsinin etibarsız sayılması, iddiaçılara ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv.m hissəsinin özgəninkiləşdirilməsi nəticəsində vurulmuş ziyanı tələb etmək kimi hüquqlarının olmasının izah edilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçının mübahisəli mənzilin satıldığını əvvəldən bildiyini iddia etsə də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, iddiaçı iddia ərizəsində mənzilin başqa şəxsin mülkiyyətinə keçməsini vəkil sorğusunun verilməsindən və ##.##.2022-ci il tarixdə notariat işi ilə tanış olduqdan sonra öyrəndiyini qeyd etmişdir. Iddiaçı mənzilin aşağı mərtəbəsinin satılmasını həmin dövrdə bilmişdir. Mənzilin satılmış hissəsi qeyri-yaşayış kimi istifadə olunur (təndir) və əvvəldən də, həmin sahə müxtəlif şəxslərdə icarədə olmuşdur. Göründüyü kimi, həmin sahənin başqa şəxslərin istifadəsində olması onlarda şübhə yaratmamışdır.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından 6 il keçdikdən sonra müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etməklə müddətin ötürülməsi qeyd edilən obyektiv səbəblərlə əlaqədar olduğundan iddiaçı tərəfin hüququnun pozulduğunu bildiyi an, vəkilinin notariat işi ilə tanış olduğu andan hesablanmaqla, hazırki mübahisəyə kəsici müddət tətbiq edilə bilməz.

20. Məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək hesab etmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi iddiaçı iddiaçı3 ilə cavabdeh cavabdeh4 birgə nikahları dövründə əldə olunmuş, sözügedən mənzil 2007-ci ildə cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, həmcavabdeh4, həm də onun ailə üzvləri, yəni hazırkı iddiaçılar 1998-ci ildən həmin yaşayış evində qeydiyyatda olmuşlar. cavabdeh4 ünvan 3 nömrəli fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə iddiaçıların razılığı olmadığı halda müvafiq notariusa müraciət edərək, iddiaçılar ümumiyyətlə Azərbaycan Respublikası sərhədlərindən kənara çıxmadığı halda, onların adından, lakin onlar tərəfindən imzalanmamış guya Ukrayna Respublikasında verilmiş müvafiq etibarnamə və razılıqları notariat kontoruna təqdim etməklə, fərdi yaşayış evini qanunsuz şəkildə özgəninkiləşdirməsi (əvvəlcə bağışlama, daha sonra alqısatqı müqaviləsinin bağlanması) iddiaçıların Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsinin tələbləri ilə tanınan və qorunan hüquqlarından məhrum edilməsinə yönəlmiş hərəkətləri kimi qiymətləndirilir.

21. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh5 təsdiq edilmiş ##.##.2015-ci il tarixli, 4Ə-** reyestr nömrəli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” mülki qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün etibarsız sayılmalıdır.

22. Məhkəmə iddia tələblərinin digər yəni, cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh3 arasında cavabdeh1 bağlanmış ##.##.2017-ci il tarixli AN-İ ******* saylı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv.m hissəsinin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı hissəsi üzrə fərqli mövqeyə gələrək qeyd etmişdir ki, cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh3 arasında cavabdeh1 bağlanmış ##.##.2017-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv.m hissəsi 60000 manat müqabilində cavabdeh3 satılmışdır. Müəyyən edilmişdir ki, sözügedən cavabdehlər arasında müqavilə bağlanan anadək rəsmi reyestr üzrə cavabdeh2 məxsus olmuş mənzil yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır.

23. Məhkəmə, həmçinin, hesab etmişdir ki, ##.##.2017-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən müvafiq “razılıq”lar iddiaçılar tərəfindən imzalanmamasına baxmayaraq, yaşayış evi üzərində mülkiyyət hüququ cavabdeh2 məxsus olmaqla, notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında cavabdeh3 mülkiyyətinə verildiyindən cavabdeh3 əmlak üzrə hüquqları vicdanlı əldə edilmiş olduğundan onun hüquqları qanunla dövlət tərəfindən qorunur.

24. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ##.##.2017-ci il tarixli AN- İ ******* saylı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv.m hissəsinin alqı-satqı müqaviləsi bağlanarkən əmlak hüquqları qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət reyestrindən verilmiş çıxarışla təsdiq edilmişdir. Odur ki, hazırda həmin əmlakı əldə etmiş cavabdeh3 vicdanlı əldə edən statusuna malik olması nəzərə alınmalıdır.

25. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçıların hüquqları cavabdehlər cavabdeh4 və cavabdeh2 tərəfindən pozulduğu üçün bu hüquqlarının bərpası ilə bağlı məhkəmə müdafiə hüququndan istifadə etməkdə haqlıdır. Lakin cavabdeh3 cavabdehlər cavabdeh4 və cavabdeh2 tərəfindən müvafiq olaraq özgəninkiləşdirilmiş ünvan 2 ünvanında yerləşən yaşayış evini vicdanlı əldə edən olduğu üçün onunla bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələbin təmin edilməsi yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından mümkünsüzdür. Buna görə də iddiaçılara onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək kimi hüquqlarının olması izah edilməlidir.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71, 127, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 1**.2, 152.1, 178.1, 182.1, 225.1, 225.6, 354.2, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2001-ci il tarixli Qərarına, “X10 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Iddiaçı iddiaçı3 qətnamədən apellyasiya şikayəti, o cümlədən “Məlumat” başlığı altında şikayətin dəlillərinə dair izahat verərək, qətnamənin dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh X7 əmlakın vicdanlı alıcısı hesab edilə bilməz. Cavabdeh cavabdeh3 o halda vicdanlı alıcı hesab oluna bilərdi ki, o, cavabdeh cavabdeh2 çıxarışının saxta sənədlər əsasında tərtib edildiyini bilmirdi və bunu bilməli deyildi. Lakin özünün bağladığı müqavilə qüvvədə olan qanunvericilik normalarına tamamilə uyğun olaraq qanunidir və heç bir qanun pozuntusuna yol verilməmişdir. Lakin məsələ də burasındadır ki, cavabdeh cavabdeh3 özünün də bağladığı alqı-satqı müqaviləsi iddiaçıların adından tərtib edilmiş 3 saxta sənəd (razılıq ərizələri) əsasında tamamilə qanunsuz olaraq bağlanmışdır. Belə olan halda, hesab edir ki, cavabdeh cavabdeh3 vicdanlı alıcı hesab oluna bilməz. Onun bağladığı müqavilə tamamilə etibarsızdır. Ikincisi, Bakı şəhəri * saylı Notariat Ofisində bağlanmış ##.##.2015- ci il tarixli bağışlama müqaviləsindən göründüyü kimi, cavabdeh cavabdeh4 tərəfindən bağışlanan 84.8 kv.m sahəsi olan bütöv əmlakın ümumi dəyəri 200.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin əmlakın yarısından çox hissəsini təşkil edən, 48 kv.m hissəsinin iki ildən sonra, yəni ##.##.2017-ci il tarixdə cəmi 60.000 manat qiymətinə satılması əmlakın real bazar qiymətini əks etdirmir. Bunu təsdiq etmək üçün “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdə tərtib edilmiş № ***/E saylı mütəxəssis rəyi əldə edilmişdir. Həmin rəydə göstərilmişdir ki, əmlakın ümumi dəyəri hələ 2015-ci il üçün 210.000 qiymətləndirilir, əmlakın 48 kv .m hissəsi isə hələ 2017-ci il üçün təxminən 125.000 manat məbləğində qiymətləndirilir. Göründüyü kimi, sözügedən əmlak real bazar qiymətindən xeyli aşağı qiymətə (60.000 manata) satılmışdır. Lakin cavabdeh cavabdeh3 bu halda əmlakın ucuz qiymətə satılmasından şübhələnməməsi mümkün deyil. Məsələ burasındadır ki, cavabdeh cavabdeh4 sonradan onlara dediyinə görə cavabdeh cavabdeh3 (və ya onun qardaşı) əmlakın saxta sənədlər əsasında satılmasından xəbərdar olub, bunun müqabilində əmlakın qiymətinin aşağı salınmasını israr etmişlər ki, nəticədə alqı-satqı müqaviləsi ucuz qiymətə, cəmi 60.000 manat məbləğinə dair bağlanmışdır. Belə olan halda, cavabdeh cavabdeh3 əmlakın vicdanlı alıcısı qismində müəyyən edilməsi nə işin faktik hallarına, nə qanunvericilik aktlarına, nə də məntiqə uyğun deyil. cavabdeh3, ümumiyyətlə, əmlakın yerləşdiyi ünvana heç vaxt getməmiş, nə qonşular, nə də iddiaçılar onu heç vaxt görməmişlər, tanımırlar. Necə olur ki, 60.000 manat qiymətinə satılan əmlakı almaq istəyən müştəri əmlakı bir dəfə də olsun gəlib görmür, onun sahəsi, otaq sayı, mərtəbə sayı, kimlərin orada yaşaması və s. barədə maraqlanmır. Əgər cavabdeh cavabdeh3 həmin əmlakın yerləşdiyi yerə gəlsəydi və əmlakı almaq istədiyini orda yaşayan iddiaçılara bildirsəydi, iddiaçılar əmlakın satılmadığını ona bildirərdilər. Lakin cavabdeh iddiaçılara bu barədə məlumat vermək, onları agah etməmək üçün həmin əmlakın yerləşdiyi yerə getməmişdir. Yalnız əmlakın orda yaşayanların iradəsi ziddinə olaraq saxta razılıq sənədləri əsasında satıldığını bildiyindən əmlakı ucuz qiymətə almaqla kifayətlənmişlər. Bundan əlavə, istənilən notariatofisində əmlak alqı-satqısı aparıldığı zaman həmin əmlakda qeydiyyatda olanlar barədə məlumat verilir və onların razılıq ərizələri tələb olunur. Necə olur ki, notariat ofisində həmin ərizələr istənildiyi zaman, 3 saxta sənəd təqdim edilir və cavabdeh cavabdeh3 (və ya müqaviləni onun adından bağlayan qardaşı X8) bundan xəbəri olmur, ən azı həmin şəxslərin, həqiqətən, razılığının olub-olmaması ilə maraqlanmır. Bütün bunlar olduqca absurddur. Cavabdeh cavabdeh3 (və müqaviləni onun adından bağlayan qardaşı X8) həm in əm lakda qeydiyyatda olan, həmçinin orada yaşayan iddiaçılar barədə məlumatlı idi. Lakin həmin şəxslərlə görüşməmiş, onlarla danışmamış, həmin şəxslərə məlumat verməmişlər. Günü bu gün də həmin şəxslər sözügedən əmlakı əldə etsələr də, əmlaka gəlib-getmir, həmin ərazidə ümumiyyətlə, onları görən, tanıyan yoxdur.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.V.Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

31. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsi tərəfindən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayət ehtimallarının olub-olmamasının yoxlanılması məqsədilə qəbul edilmiş xüsusi qərardad üzrə aparılmış araşdırmanın nəticələri barədə məlumat təqdim edilməsi üçün Nərimanov Rayon Prokurorluğuna müraciət edilmiş, həmin araşdırma nəticəsində verilən izahatlarda yuxarıda qeyd edilən işin halları öz əksini tapmışdır. Məhkəmə kollegiyası sözügedən müqavilənin etibarsızlığına dair dəlillər üzrə hüquqi araşdırma apararkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü 32. maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2021-ci il tarixli qərarında şərh edilən mövqeni rəhbər tutaraq qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.Ibrahimovun şikayəti üzrə 2004cü il ## ##### tarixli Qərar).

33. Məhkəmə kollegiyası hesab etmişdir ki, etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur və bununla da cavabdeh Nəhayət Məmmədovanın vicdanlı alıcı olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər nə qədər ekspert rəyi ilə göstərilən məbləğ alqı-satqı müqaviləsinin bağlanılması zamanı tərəflər arasında müəyyən olunan 60.000 manatməbləğindən yuxarı olsa da, bu hal əqdin etibarsız hesab olunmasına cavabdeh3 bu etibarsızlıq üçün şübhəsinin yaranmasına mütləq əsas təşkil edə bilməz. Çünki tələb və təklif bir-birinə nisbətən dəyişəndə əmələ gələn müvazinət qiyməti təyin edir və hər kəs öz iqtisadi durumunun daha yaxşılaşdırılması məqsədilə bu tələb və təklif zəncirinin bir və ya digər tərəfində öz mənafelərini müdafiə edir. Bundan əlavə cavabdeh cavabdeh3 da öz izahatında həmin əmlakı alarkən onun istismara yararsız olduğunu və öz məqsədləri üçün istifadə etmək məqsədilə xeyli yaxşılaşdırmalar etdiyini də bildirmişdir. Bu halda cavabdeh2 və cavabdeh3 arasında bağlanmış müqavilə üzrə əmlakın dəyərinin 60.000 manat həcmində qiymətləndirilməsi və tələb-təklif zəncirinin bu cür qurulması sonuncunun əqdin legitimsizliyinə mütləq şübhəsi kimi qiymətləndirilə bilməz.

35. Məhkəmə kollegiyası cavabdeh3 əmlakın yerləşdiyi ünvana heç vaxt getmədiyini, nə qonşular, nə də iddiaçıların onu heç vaxt görmədiyini və bu halların sonuncunun əmlakla bağlı real alıcı olmadığını və əqdin etibarsız formada bağlandığını göstərməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı şikayətində göstərdiyi bu halları təsdiq edəcək hər hansı mötəbər sübutlar təqdim edə bilməmiş, o cümlədən bu barədə hansısa şahid ifadələri də mövcud olmamışdır, əksinə cavabdeh tərəf mütəmadi olaraq ora getdiyi, hətta alanda təmir etdiyini də bildirmişdir.

36. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh4 və cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2015-ci il tarixli müqavilə etibarsız hesab edilsə də, cavabdeh2 və cavabdeh cavabdeh3 arasında cavabdeh1 bağlanmış ##.##.2017-ci il tarixli müqavilənin etibarlı olduğundan birinci əqd üzrə alınanların geri qaytarılması (restitusiya) ilə bağlı Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqini hazırda mümkün hesab etmir. Belə ki, Mülki Məcəllənin 1**.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

37. Buna görə də məhkəmə kollegiyası izah etmişdir ki, ##.##.2015-ci il tarixli əqdin etibarsızlığı nəticəsində hüquqlarının pozulduğunu hesab edən iddiaçı ona vurulmuş ziyanın ödənilməsi üçün ayrıca qaydada müvafiq məhkəməyə iddia tələbi irəli sürmək hüququna malikdir.

38. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 1**.2, 324.1, 337.1-337.5 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. Iddiaçı iddiaçı3 (vəkil vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən AR Mülki Məcəlləsinin 337.4-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı iddiaçı3 iddia tələbi 2 (iki) hissədən ibarət olmuşdur: 1. “Cavabdeh cavabdeh4 və cavabdeh cavabdeh2 arasında cavabdeh5 bağlanmış ##.##.2015-ci il tarixli ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin tam hissədə bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi; 2. Cavabdeh cavabdeh2 və cavadeh cavabdeh3 arasında cavabdeh1 bağlanmış ##.##.2017-ci il tarixli AN-İ № ******* saylı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv/m hissəsinin alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması. Göründüyü kimi, iddia tələbinin hər iki hissəsi bir-biri ilə bağlı olub, 1-ci müqavilənin bağlanması nəticəsində cavabdeh2 mükkiyyətinə keçən əmlakın bir hissəsinin 2-ci müqavilə əsasında cavabdeh3 satılmasından ibarət olmuşdur. Nərimanov rayon Məhkəməsinin *(***)-***/**** saylıp ##.##.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbinin 1-ci hissəsi təmin edilmişdir. Başqa sözlə, cavabdeh cavabdeh4 və cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2015-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Qətnamənin həmin hissəsindən heç bir şikayət verilmədiyindən qətnamə həmin hissədə qanuni qüvvəyə minmişdir. Beləliklə, ##.##.2015-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Qüvvədə olan AR Mülki Məcəlləsinin 337.4-cü maddəsinin tələbinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Qeyd olunan normaya əsasən, hesab edirik ki, etibarsız bağışlama müqaviləsi əsasında yaranan hüququn başqa şəxsə özgəninkiləşdirilməsini nəzərdə tutan 2017-ci il tarixli alqı-satqı müqaviləsi də əlaqəli olduğundan etibarsız hesab edilməli idi. Bu mövqe Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337- ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumunun # ##### 2021-ci il tarixli Qərarında da əks edilmişdir ki, etibarsız əqd hüquqi nəticələr yaratmır və belə əqd bağlandığı andan etibarsızdır. Belə olan halda, hesab edirəm ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən AR Mülki Məcəlləsinin 337-ci, 339.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuş, AR Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı isə nəzərə alınmamışdır.

41. Eyni zamanda, kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının ##.##.2024-cü il tarixli rəyində (“xxxx” MMC-nin Qiymətləndirmə barədə Hesabatında) sözügedən Bakı şəhəri, Nərimanov ray., Daş Karxanası küç.621 B ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsinin 2017-ci ilə bazar qiyməti 150.000 manata qiymətləndirilmişdir. Göründüyü kimi, hər 2 sübut əsasında əmlakın cavabdeh cavabdeh3 tərəfindən əldə edilən hissəsinin qiymətinin 60.000 manatdan ən azı 2 qat baha olduğu təsdiq edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən bu sübutlar nəzərə alınmamış, alış qiymətində və real bazar qiymətində aşkar ikiqat fərqin olması və vicdanlılığın istisna edilməsi təsdiq edilməmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Cavabdeh cavabdeh3 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçıların əqdin etibarsızlığını mübahisələndirmək üçün prosessual müddəti ötürdüklərini bildirmiş və kassasiya şikayətinin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

44. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

45. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

46. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

47. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

48. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

49. Maddə 1**.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

50. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

51. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

52. Maddə 337.3. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

53. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

54. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

55. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

56. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

65. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi cavabdeh4 tam mülkiyyətində olmaqla, iddiaçı3 ilə birgə nikah dövründə əldə olunmuş, cavabdeh4 sözügedən yaşayış evini ##.##.2015-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən cavabdeh2 bağışlamış, cavabdeh2 isə ##.##.2017-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv.m hissəsini cavabdeh3 satmışdır. Iddiaçılar sözügedən müqavilələrin onların razılığı olmadan bağlandığını və həmin müqavilələrin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər.

66. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh cavabdeh4 və cavabdeh cavabdeh2 arasında cavabdeh5 bağlanmış ##.##.2015-ci il tarixli, 4Ə** reyestr nömrəli ünvan 2 ünvanında yerləşən yaşayış evinin tam hissədə bağışlanması müqaviləsinin etibarsız sayılması, iddianın qalan hissədə, yəni cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh3 arasında cavabdeh1 bağlanmış ##.##.2017-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə bağlı hissədə təmin edilməmiş və apellyasiya baxışının predmetini də məhz həmin təmin edilməyən hissə təşkil etmişdir. Bu isə o deməkdir ki, cavabdeh4 və cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməli olması artıq işin mübahisəsiz halını təşkil edir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsi ilə bağlı mübahisələr üzrə iddianın predmetini əşyaya dair dövlət reyestrindəki qeydə iddiaçının xeyrinə düzəlişin edilməsi təşkil etdiyindən, məhkəmələr tələbdən asılı olmayaraq həmin qeydin aparılmasına əsas olmuş əqdlərin etibarlılığını yoxlamalıdırlar.

68. Nəzərə alınmalıdır ki, vicdanlı əldəetmə ilə bağlı mübahisələr üzrə əsl mülkiyyətçi əşyaya dair üçüncü şəxsin bağladığı müqavilənin yalnız əhəmiyyətsizlik səbəbi ilə etibarsızlığı barədə tələb irəli sürmək üçün subyektiv hüquqa malikdir. O, üçüncü şəxslə bağlanmış müqavilənin tərəfi olmadığından onların iradə ifadələrinin zədələnməsindən çıxış edərək, əqdi mübahisələndirə bilməz.

69. Hazırkı iş üzrə iddiaçının alqı-satqı müqaviləsinin etibarsızlığını əsaslandırmaq üçün istinad etdiyi hallar (əmlakın bazar dəyərindən aşağı qiymətə satılması, alıcı tərəfindən əmlaka əvvəlcədən baxış keçirilməməsi və s.) məzmun etibarilə müqavilənin uydurma əqd kimi bağlanmasına dəlalət edən faktiki hallar qismində qiymətləndirilə bilər.

70. Belə olan təqdirdə isə apellyasiya instansiyası məhkəməsi sözügedən alqı-satqı müqaviləsinin etibarlı olub-olmamasını yoxlayarkən işin müəyyən edilmiş hallarının Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğunluğu üzrə araşdırma apara bilərdi.

71. Lakin apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsinin etibarlılığına qiymət verərkən iş üzrə müəyyən edilmiş faktiki halları konkret maddi hüquq normasının dispozisiya şərtləri ilə əlaqələndirməmiş və gəldiyi nəticəni bu baxımdan əsaslandırmamışdır.

72. Belə ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi, uydurma əqd reallıqda heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri özləri üçün hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barədə öz aralarında razılığa gəlmiş olurlar. Uydurma əqd, bir qayda olaraq, başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.

73. Odur ki, iddiaçının bildirdikləri və cavabdehlərin etirazları əsasında müəyyən edilmiş faktiki halların Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğunluğu və ya uyğunsuzlu üzrə zəruri araşdırma aparılmaqla gəlinən nəticə əsaslandırılmalıdır.

74. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” ## ### 2026-cı il tarixli, **/**** №-li Qərardadına əsasən, “Qeyd olunan dispozisiya şərtləri əsasında əqdin həqiqətən arzu edilən hüquqi nəticəni yaratmaq niyyəti ilə, yoxsa belə niyyət olmadan başqa məqsədlərlə bağlandığı aydınlaşdırılmalıdır. Təcrübədən görünür ki, bu kateqoriya mübahisələr üzrə uydurma əqdlər əsasən “vicdanlı əldə edən görüntüsü” yaratmaqla əşyanın mülkiyyətçiyə qayıtmasının qarşısını almaq məqsədilə rəsmiləşdirilir. Belə uydurma əqdlər üzrə “vicdanlı əldə edən görüntüsü” yaratmaq niyyəti aşağıda qeyd olunan faktların mövcudluğu ilə müəyyənləşdirilə bilər: - əldə edənlə əqdin qarşı tərəfi arasında əlbirliyə işarə edən qohumluq, dostluq, asılılıq və ya digər yaxınlıq münasibətlərinin olması; - buna dair ağlabatan əsaslar olmadan əşya ilə bağlı müqavilənin həqiqi bazar dəyərindən dəfələrlə aşağı qiymətlə rəsmiləşdirilməsi; - buna dair ağlabatan əsaslandırma olmadan əldə edənin müqavilənin bağlanmasından öncə və ya sonra əşyaya şəxsən (və ya nümayəndəsi və ya qohumu vasitəsilə) baxış keçirməməsi, əşyanın xüsusiyyətləri barədə məlumatsız olması; - buna dair ağlabatan əsaslandırma olmadan əşyanın üçüncü şəxsin sahibliyinə verilməməsi, onun da əşyaya yiyələnməklə bağlı real cəhdlərinin olmaması, əşyanın yeni hüquqi əsaslar olmadan əsl mülkiyyətçinin sahibliyində qalmaqda davam etməsi; - əldə edənin real alıcılıq qabiliyyətini istisna edən maddi vəziyyətinin və həyat şəraitinin onun adına rəsmiləşmənin formal olmasına işarə etməsi; - buna dair ağlabatan əsaslar olmadan əşyanın dəyərinin notariusun depozit hesabına satıcı və ya onun təmsilçisi tərəfindən qoyulması və ya vəsaitin alıcının özü tərəfindən geri götürülməsi; cavabdehin həqiqi niyyətinin olmasına dair istinad etdiyi mühüm halların məhkəmə araşdırmasında təkzib olunması; - əldə edənin əşyaya həqiqi marağının olmamasına işarə edən davranışları (lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, buna dair ağlabatan əsaslar olmadan məhkəmə proseslərinə gəlməməsi, ona qarşı verilmiş iddia ərizəsinə etiraz etməməsi, əleyhinə çıxarılmış məhkəmə aktlarından şikayət verməməsi və sair); - əqdin görünüş üçün bağlandığına əsas verən digər hallar. ... Bu qaydada aparılan qiymətləndirmə əsasında əqdin uydurma olması təsdiq edilərsə, məhkəmə digər şərtlərin yoxlanılmasına keçmədən araşdırmanı yekunlaşdırmalı və reyestrdə üçüncü şəxsin adına aparılmış qeydin ləğvi barədə iddia onunla bağlanmış müqavilənin etibarsız (əhəmiyyətsiz) olması səbəbindən təmin edilməlidir”.

75. Odur ki, hazırkı işdə yuxarıda qeyd edilən meyarlar əsasında araşdırma aparılmaqla alqı-satqı müqavilələrinin uydurma olduğu müəyyən edilərsə, məhkəmə dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi haqqında tələbi Mülki Məcəllənin 141-ci maddəsinin tələblərinə uyğun həll etməlidir.

76. Həmin müqavilələrin uydurma olmadığı, əslində real hüquqi nəticə yaratmağa yönəldiyi aşkar edildiyi təqdirdə isə, məhkəmə cavabdeh cavabdeh3 vicdanlı əldə edən olub-olmadığına hüquqi qiymət verməlidir.

77. Belə ki, dövlət reyestrində düzəlişin aparılması barədə tələbin təmin olunmasını istisna edən hallardan biri daşınmaza əşyaya hüquqların vicdanlı əldə edilməsidir.

78. Vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, bir haqqın qazanılmasına və ya başqa bir hüquqi nəticənin gerçəkləşməsinə dair hansısa əngəlin (maneənin) varlığının fərqində olmamaq başa düşülür. Başqa sözlə, əşya hüququ əldə edən üçüncü şəxs həmin hüququ qazanmasına maneə olan halı bilmirsə (və ya vəziyyətin şərtlərinə görə bilməli deyilsə) vicdanlı sayılır. Vicdanlılığın hüququn qazanıldığı anda mövcud olması kifayətdir. Hüquqi nəticə (mülkiyyət hüququnun yaranması) gerçəkləşdikdən sonra üçüncü şəxsin sözügedən maneəni öyrənməsi onun əldə etdiyi hüquqa təsir etmir.

79. O da nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində “vicdanlılıq prezumpsiyadır (quivis bonus praesumitur)” qaydası tətbiq olunur. Yəni əşyanı əldə edənin vicdanlı olduğu ehtimal edilir. Ona görə də, vicdanlılığın qorunması qaydasından yararlanan şəxs özünün vicdanlı olduğunu sübut etmək vəzifəsi daşımır. Onun vicdanlı olmadığını sübuta yetirmək, bundan fayda əldə edəcək tərəfin, yəni üçüncü şəxsin vicdanlı olmadığını iddia edənin üzərinə düşür.

80. Daşınmaz əşyaya sərəncam verən şəxsin buna səlahiyyəti olmadığını, o cümlədən dövlət reyestrində onun mülkiyyətçi olaraq qeydiyyyatının əsassız olduğunu bilmədən həmin əşya üzərində hüquq əldə edən şəxslərin qorunması ilə bağlı mülki qanunvericilikdə qaydalar nəzərdə tutulmuşdur.

81. Mülki Məcəllənin 140 və 148.2-ci maddələrinə görə, reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

82. Eyni zamanda MM-in 1**.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

83. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ### 2026-cı il tarixli, **/**** №-li Qərardadında bu məsələyə belə aydınlıq gətirilmişdir ki, “...mülki prosesdə sübut edilməli faktla sübut arasında bağlılığa görə sübutların iki növü fərqləndirilir: birbaşa sübutlar və dolayı sübutlar. Birbaşa sübutlar sübut edilən faktla birmənalı bağlıdır, yəni həmin faktın varlığı (və ya yoxluğu) barədə güvənli nəticə çıxarmağa əsas verir (məsələn: tərəflərin imzaladığı təhviltəslim aktı əşyanın verilməsini təsdiq edən düzünə sübutdur). Dolayı sübutlar isə sübut edilən fakt haqqında ehtimalla bir neçə nəticə çıxartmağa imkan verən sübutlardır. Onlar faktın varlığını ehtimal etməyə əsas verir. Dolayı sübutlardan o vaxt istifadə edilir ki, iş üzrə düzünə sübutlar ümumiyyətlə və ya kifayət qədər olmur. Bundan əlavə, birbaşa sübutlarda olan məlumatların həqiqiliyi mübahisələndirildiyi hallarda da dolayı sübutların istifadəsi qaçılmaz olur. Dolayı sübutlardan istifadə edilən zaman faktla bağlı bütün sübutlar birgə tədqiq olunmalıdır. Çünki hər bir dolayı sübut bir neçə versiya əsasında və bir neçə ehtimalla nəticəyə gəlmək imkanı yaradır. Əldə edənin bildiyini sübut etmək üçün bu sübutların məcmusu elə xarakter daşımalıdır ki, onun qeydin əsassız olduğunu bilməsindən (“əldə edən bilirdi”) başqa qənaətə gəlmək və bu qənaəti hər hansı ağlabatan alternativ izahlarla zəiflətmək mümkün olmasın. Başqa sözlə, həmin sübutlar yalnız bir nəticəyə - əldə edənin bilməsi faktına aparmalı, hakimdə bu haqda qəti və birmənalı qənaət formalaşdırmalıdır. Bu baxımdan məhkəmələr dolayı sübutlar əsasında nəticəyə gələrkən aşağıdakı şərtləri nəzərə almaqla onları birlikdə qiymətləndirməlidirlər: - əsasən bir yox, bir neçə dolayı sübut olmalıdır; - həmin sübutların mötəbərliyi şübhə doğurmamalıdır; - sübutlar bir-birini təsdiq etməli, tamamlamalı və bir-birilə uzlaşmalıdır; - onlar məcmu şəkildə sübut olunan faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verən sistem yaratmalıdır. Vicdanlılığın yoxlanılması zamanı da birbaşa sübutlar olmadığı halda, dolayı sübutetmə konsepsiyasından çıxış edilərək, əldə edənin qeydin əsassız olmasını bildiyi qənaətinə gəlinə bilər. Belə qənaət isə öz növbəsində bu qərardadın 43-cü bəndində sadalanan, habelə digər əhəmiyyətli faktların sübut olunması ilə formalaşdığından həmin faktların mövcudluğunu təsdiq edən sübutlar əldə edənin bildiyi faktına münasibətdə dolayı sübutlar qismində çıxış edir. Belə ki, bu qərardadın 43-cü bəndində sadalanan faktların əksəriyyəti həm də əldə edənin vicdanlılığının yoxlanılması zamanı reyestrdə qeydin əsassızlığını bildiyinə işarə edən faktlardır. Sadəcə olaraq, yuxarıda qeyd edildiyi kimi “vicdanlı əldə edən görüntüsü” yaratmaq məsqədilə bağlanan uydurma əqdlərdən fərqli olaraq bu halda üçüncü şəxsin əşyanı əldə etməklə bağlı həqiqi niyyəti olsa da, buna dair hüquqi maneəni (qeydin əsassızlığını) bildiyini gizlədir. ... Beləliklə, bu kateqoriya işlər üzrə birbaşa sübutların olmadığı halda, dolayı sübutlar əsasında yuxarıda göstərilən qaydada qiymətləndirmə aparılmaqla, üçüncü şəxsin reyestrdəki qeydin düzgün olmadığını bildiyi nəticəsinə gəlmək olar. Bu zaman məhkəmənin gəldiyi nəticə aydın və sistemli şəkildə əsaslandırılmalı və anlaşılan olmalıdır. Əks yanaşma iddiaçını prosessual baxımdan mümkünsüz və həddən artıq ağır sübutetmə yükü altında qoymuş olar”.

84. Baxılan işdə isə apellyasiya instansiyası məhkəməsi iddia tələblərini yuxarıda qeyd olunan sübutetmə yükü və standartları əsasında yoxlamamış, qətnamə iş üzrə müəyyən edilmiş tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır.

85. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

86. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar düzgün müəyyən edilməklə işin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ### 2026-cı il tarixli, **/**** №-li Qərardadında göstərilən sübutetmə yükü və standartları əsasında hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

87. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ##### tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar