Məhkəmə qərarları › İş №2(102)-2552/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2552/2020

14.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2552/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X11 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Vəkil, üçüncü şəxs X1 və cavabdeh Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(007)-136/2019, hakim X.F.Mirzəyev) İddiaçı Cavabdeh1, 15 saylı Notariat Kon toru və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv olunması, vərəsələrin hər birinə düşən əmlaka çıxarışın verilməsi və qeydiyyata alınması tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və X2 cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh4 Məmmədəli qızına, 15 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı vərəsəliyin qəbulu faktının müəyyən edilməsi və miras qalmış əmlaka dair payların müəyyən edilməsi tələblərinə dair iddia ərizələri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13080/2019, hakimlər T.S.Səmədov, İ.S.Şirinov, E.C.Kazımov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 15 saylı xüsusi notariat kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsinəqarşı şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv olunması, vərəsələrin hər birinə düşən əmlaka çıxarışın verilməsi və qeydiyyata alınması barədə iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxslər X7 və X2 cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh4 Məmmədəli qızı, Bakı şəhəri 15 saylı xüsusi notariat kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsinə qarşı vərəsəliyin qəbulu faktının müə yyən edilməsi və miras qalmış əmlaka dair payların müəyyən edilməsi barədə iddia tələbləri rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxx 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 və Cavabdeh4 Məmmədəli qızlarının adına verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsini və çıxarışların ləğv olunmasını, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin vərəsələrin hər birinə düşən əmlak üzrə fərdi şəhadətnamə, çıxarışların və tikinti pasportun verilməsini və həmin şəxslərin qeydiyyata alınmalarını nəzərdə tutan qətnamə çıxa rılmasını xahiş etmişdir. Eyni zamanda X7 və X4 ərizə təqdim edərək, mülki iş üzrə onları müstəqil tələb irəli sürən üçüncü şəxs kimi qəbul edilməsini, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 və Cavabdeh4 Məmmədəli qızının adına verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməsini, Azərbaycan Respublikası ƏMDK-nin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən onlara verilmiş çıxarışın ləğv olunmasını, X13 qızından ünvan 3 ünvanında yerləşən miras qalan fərdi yaşayış evinin X7 və X4 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini, X13 qızından ünvan 3 ünvanında yerləşən və miras qalan fərdi yaşayış evinə dair qanunla müəyyən edilmiş qaydada payların müəyyən edilərək həmin hissədə onlara vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin Bakı şəhəri 15 sayl ı Xüsusi Notariusunun üzərinə qoyulmasını xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə qanunsuz və əsassız olmaqla məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, üçüncü şəxs və cavabdeh isə vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmə li, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Tərəflər arasındakı mübahisə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlıdır. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, həmin ev xx.xx.1941-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Reyhan İbrahim qızı tərəfindən əldə edilmiş, həmin evin 3 otağı xx.xx.2002-ci il tarixdə sonuncunun adına, 1 otağı is ə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Reyhan İbrahim qızı xx xxxxx 2004-cü il tarixdə ölmüşdür. xx xxxx 2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında fərdi yaşayış evinin 3 otaqdan ½ hissəsi Cavabdeh4, ½ hissəsi Zümrüd Həsənovanın mülkiyyətinə keçmişdir. X5 digər övladlarından Süleyman xx xxxxxxxx 1993-cü il tarixdə, Qəhrəman isə xx xxxxxx 2015-ci il tarixdə ölmüşdür. xx xxxxxx 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən, mübahisəli fərdi yaşayış evindən hər birinə 1 otaq olmaqla, Süleyman Hüseynovun övladları Nazim və Sevincə bağışlanılmış və onların həmin əmlaklara dair hüquqları müvafiq qaydada qeydə alınmışdır. Beləliklə, həmin fərdi yaşayış evi 2 otağı Cavabdeh4, 2 otağı Cavabdeh1, 1 otağı Sevinc Hüseynovanın, 1 otağı Nazim Hüseynovun müıkiyyətindədir. Qəhrəman Hüseynovun oğlu İddiaçı həmin qeydiyyatların qanunsuz olduğuna istinad edərək, mirasın qəbul edilmə müddətinin bərpa edilməsi, qeydiyyat vəsiqələrinin ləğv edilməsi və payının müəyyən edilməsi barədə iddia qaldırmış, həmin iddia rədd edilmişdir. Həmin mübahisə üzrə yekun məhkəmə qərarında göstərilmişdir ki, çıxarışın verilməsi üçün əsas olmuş əqdlər mübahisələndirilmədiyindən çıxarışın ləğv edilməsi barədə iddia təmin edilə bilməz. Bundan sonra, İddiaçı xx xxx 2018-ci il tarixdə həmin qətnamə ilə “vərəsəliyinin tanındığna” istinad edərək, xx xxxxx 2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsələrin hər birinə miras əmlakdan payın verilməsi barədə hazırki iddianı qaldırmışdır. Ey ni zamanda, üçüncü şəxslər Nazim Hüseynov və Sevinc Hüseynova göstərilən şəhadətnamə etibarsız hesab ediləcəyi təqdirdə onların həmin evin paylı mülkiyyətçilərinə çevrilməsinə əsas olmuş bağışlama müqaviləsinin də etibarsız hesab ediləcəyinə istinad edərək, miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi və əmlakdan paylarına düşən hissə üzrə şəhadətnamənin verilməsi barədə tələb irəli sürmüşlər. Birinci instansiya məhkəməsi iddiaçının və üçüncü şəxslərin iddiasının rədd edilməsi barədə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçının atası Hüseynov Qəhrəman Məmmədəli oğlu və müstəqil tələb irəli sürən 3-cü şəxslərin atası X3 mübahisələndirilən fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etsələr də, sağlığında mirasın qəbulunu rəsmiləşdirməmişlər, hazırkı mülkiyyətçilər isə mirası qanunla müəyyən olunan qaydada qəbul etmişlər və buzaman əqdlərin etibarsızlığına yol verən hallar aşkar edilməmişdir. Həmin qətnamə yalnız iddiaçı tərəfindən apelyasiya qaydasında mübahisələndirilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi ilə razılşmayaraq qətnaməni ləğv etmiş və iddianı başqa əsaslarla rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı onun iddia tələblərinə cavab verməli olan və mübahisəli fərdi yaşayış evi üzərində hazırda hüquqlara malik olan şəxslərin və qanun üzrə vərəsə kimi qəbul olunan şəxslərin hamısını iddia ərizəsində cavabdeh kimi qoymamış, birinci instansiya məhkəməsi isə cavabdehin əsl cavabdehlərin hamısı ilə əvəz edilməsini iddiaçıya təklif etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının öz atası ilə birlikdə mübahisəli miras evdə daim yaşamasını, eləcə də atasının ölümündən sonra da hal-hazıradək orada yaşamağa davam etməsini və bununla da mirasdakı payını qəbul etməsini, bu halların qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyini nəzərə almadan, cavabdehin əsil cavabdehlərlə əvəz edilməsini iddiaçıya təklif etməməklə, bununla bağlı iddiaçının fikrini öyrənmədən, hüquqlarına toxunan şəxsləri işdə iştirak etməyə cəlb etmədən işə baxmaqla hüququn tətbiqində səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Həmin qətnamə ilə iddiaçıya iddia tələblərinə cavab verməli olan şəxslərin hamısını cavabdeh tərəf kimi cəlb etməklə onlara qarşı iddia tələbləri ilə (vərəsəlik hüququ haqqında şəhadətnamələrin, onların hüquqi nəticələrinin, mübahisəli fərdi yaşayış evinə dair digər əqdlərin etibarsız hesab edilməsi, miras əmlaka dair payların yenidən müəyyən edilməsi və s.) iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ ona izah olunmalıdır. Apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsələrin dairəsini müəyyən edən 1134-cü maddəsini tələblərinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldü yü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, miras qoyanın birinci növbə vərəsəsi iddiaçı yox, onun atası olmuşdur. Sonuncu 2015-ci il tarixdə, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasından 6 il sonra vəfat etmişdir, eyni zamanda mübahisəli evin bir hissəsinin Sevinc Hüseynova və Nazim Hüseynova bağışlanması da onun sağlığında baş vermişdir. İddiaçının mərhum atası qeyd edilən əqdlərin heç birini mübahisələndirməmişdir. İddiaçı isə atasının ölümündən 2 il keçdikdən sonra mirasın qəbul edilməsi müddətinin uzadılmaqla, əmlaka dair qeydiyyat vəsiqələrinin ləğv edilməsi tələbinə dair iddianı, həmin vaxtdan 3 il sonra isə vərəsəlik hüququ üzrə şəhadətnamənin et ibarsız hesab edilməsi barədə hazırki iddianı qaldırmışdır. Halbuki, iddiaçının mərhum atası qanun üzrə vərəsə özü mirası faktiki olaraq qəbul etmiş olsa belə, digər vərəsələrin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməməklə, miras əmlakın onlar arasında bölüşdürülməsinə ümumiyyətlə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Bu halda, yəni, atasının sağ ikən miras əmlakın müqəddəratı ilə razılaşaraq öz payını tələb etmədiyi halda, həmin payla bağlı iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin qeyd olunan halları tam, ətraflı araşdırılmamaqla iş üzrə düzgün nəticəyə gəlinməmiş, iddiaçının qanun üzrə vərərəsləik hüququ haqqında şəhadətnamənin etibarsızlığını mübahisələndirmək, miras əmlaka dair payların müəyyən edilməsini tələb etmək üçün subyektiv hüququnun olubolmamasına hüquqi qiymət verilmədən, iddiaçıya yeni bir iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Digər tərəf dən üçüncü şəxslər birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməmiş, lakin apellyasiya məhkəməsi həmin hissədə də qətnaməni ləğv etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-cimaddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırlmamaqla qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar