Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2555/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə), cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, payın müəyyən edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10228/2021 nömrəli mülki iş üzrə 30 noyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh1 ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından 3 uşaqları olmuşdur. Tərəflər arasındakı nikah Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-735/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikah müddətində Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi-6/13A ünvanda yerləşən, ümumi sahəsi 30 kv metr olan mənzilin ikidə bir hissəsini satın almış, mənzilə mülkiyyət hüququ Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır.
2. Cavabdeh1 mübahisəli mənzili xx.xx.2019-cu il tarixdə digər cavabeh olan qohumu X1
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən mənzilin Cavabdeh1la bərabər paylara bölünməsi və onların hər birinin 1/2 hissədə payın müəyyən olunması qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyası xx.xx.2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia ərizəsmi rədd edilmiş, Azərbaycan Respublikası Ali M əhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-557/2021 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 2 ünvanına dair 2 saylı Notariat ofisində bağlanmış AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən mənzilin Cavabdeh1 ilə İddiaçı birgə nikahı dövründə bərabər paylarda əldə edilmiş ümumi əmlak hesab edilməsi, həmin əmlakın ikidə bir hissəsinə İddiaçı, ikidə bir hissəsinə isə Cavabdeh1 mülkiyyətinin tanınması, tanınmış mülkiyyət payları barədə daşınmaz əmlakın dövlət reyestrind ən müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mənzil xx.xx.2017-ci il tarixdə, yəni cavabdehlə nikahda olduqları müddətdə alınmış, xx.xx.2017-ci il tarixində də Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdeh ümumi mülkiyyət olan mənzili onun razılığı olmadan özgəninkiləşdirmiş, mənzil üzərində mülkiyyət hüququnu pzmuşdur.
7. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. Əmlakın bölgüsü ilə bağlı mübahisə Ali Məhkəməyə qədər gedib çıxmış və hüquqi qiymət verilmişdir. Həmin ev borc pul hesabına alınmışdır. İddiaçı və cavabdeh arasında olan razılıq əsasında isə ev satılaraq borc ödənilmişdir. Bu səbəbdən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-431/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 2 ünvanına dair 2 saylı notariat ofisində bağlanmış AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş ünvan 2 üzərində İddiaçı ikidə bir hissədə, Cavabdeh1 ikidə bir hissədə paylarının müəyyən edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manatının cavabdehdən tutularaq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə r ədb olunması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə əsasən, qanunda tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmaması halında ümumi birgə mülkiyyətdə olan əmlak üzərində tərəflərin bərabər paylara məxsus olması prezumpsiyası müəyyən edilmişdir. Məhkəmə, qanuni prezumpsiyanı və tərəflər arasında hər hansı ayrı qaydanın olmadığını nəzərə alaraq hesab etmişdir ki, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 6, 13 A saylı mənzilin üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh1 1/2 hissədə payları müəyyən edilməlidir.
10. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 6, 13 A saylı mənzil tərəflərin birgə nikahda olduqla rı dövrdə əldə edildiyindən, iddiaçı da cavabdehlə birlikdə həmin mənzilə hüquq əldə etmişdir. Bu səbəbdən həmin mənzilə dair Cavabdeh1 tək sərəncam verməkdə səlahiyyətli olmamış, mübahisəli əmlaka dair müqavilənin başqa bir şəxslə bağlanılmasına eyni zamanda iddiaçının da razılığı alınmalı idi. Lakin göründüyü kimi Cavabdeh1 ilə mübahisəli əmlaka dair Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanılarkən iddiaçının razılığı alınmamış və bununla da iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququ pozulmuşdur.
11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 223.3, 337.1 və 337.2-ci, Ailə Məcəlləsinin 33.4 və 37.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsasland ırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-431/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, mübahisəli mənzilin dəyəri olan 20000 (iyirmi min) manat pulu ödəyərək almışdır. Həmçinin, mülki iş materiallarında olan digər sənədlərdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 qarşı daha əvvəldə əmlak bölgüsü tələbinə dair məhkəməyə müraciət olunsa da Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə də apelyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hazırkı iddia tələbinə daha əvvəl məhkəmədə baxılıb və həmin iddia tələbi üzrə yekun məhkəmə qərarı var. Hazırkı tələblə bağlı məhkəmə qərarları məhkəməyə təqdim edilməsinə baxmayaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilib. Halbuki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia qaldırmaq hüququ olduğu halda bir dəfə məhkəmədə qaldırdığı iddia tələbi ilə təkrar məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən işin faktiki hallarına uyğun olmayan maddi hüquq normalarına istinad etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyası nın (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-10228/2021 nömrəli iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli mənzil birgə nikah dövründə əldə olunmuş əmlak olmaqla tərəflərin birgə əmlakı olduğundan, həmin əmlakın iddiaçının razılığı olmadan özgəninkiləşdirilməsi, onun payçı kimi hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu hal isə mənzil üzrə bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin şərtsiz və mübahisəsiz olaraq etibarsız hesab olu nması üçün əsasdır.
16. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 apelyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Cavabdeh həmin dəlillərini təsdiq edən hər hansı mötəbər sübutları məhkəmə təqdim edə bilməmişdir.
17. Apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozması qeyd olunsa da, həmin pozuntuların nədən ibarət olması gstərilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh2 (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti də apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə əsaslandırıl mışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
22. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gə lən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi
24. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
25. Maddə.33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
26. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq ol unmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürül müş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəy yən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh X2 şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının poz ulması ilə bağlı dəlilləri iddianın və apelyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
36. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə baxan məhkəmələr haqlı olaraq hesab etmişdir ki, müğahisənin predmeti olan Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi-6/13A ünvanda yerləşən mənzilin ikidə bir hissəsinin İddiaçı və Cavabdeh1 ümumi (birgə) mülkiyyəti olması mübatsəsizdir. Daşınmaz əmlak olan həmin mənzil cavabdeh (ər) tərəfindən özgəninkiləşdirilən zaman iddiaçının (arvad) yazılı razılığının alınması zəruri idi. Belə bir razılıq olmadan notariatda təsdiqlənmiş alqı-satqı müqaviləsinin mübahisələndirməyə ididaçının hüququ vardır. Bu zaman alıcının vicdanlı olub-ol maması əhəmiyyət kəsb etmir.
37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10228/2021 nömrəli mülki iş üzrə 30 noy abr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.