Məhkəmə qərarları › İş №2(102)-2556/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2556/2022

24.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2556/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 13 saylı Notariat Kontoruna və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7932/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 avqust 2012-ci il tarixli 364 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X10 08 sentyabr 2009-cu ildə ölmüşdür. AZ-İ 264578 saylı nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, İddiaçı ilə X10 arasında 12 sentyabr 2006-cı il tarixdə nikah bağlanaraq bu barədə Nəsimi rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 492 saylı qeyd aparılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 03 fevral 2009-cu il tarixli 2(103)-178/2009 saylı qətnaməsinə əsasən, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2008-ci il tarixli qətnaməsi ilə, iddiaçılar X25 və qeyrilərinin cavabdehlər X6 və qeyrilərinə qarşı miras mülkdən payların müəyyən edilməsi, miras pay ların naturada bölünüb verilməsi, mirasın qəbulu müddətinin buraxılmış hesab edilməsi, həyətdən istifadə qaydasının müəyyən edilməsi, otaqdan çıxarılma, otağa köçürülmə, yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılması tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı X16 cavabdehlər X9 və qeyrilərinə qarşı birinci növbəli vərəsələrin müəyyən olunması, xüsusi mülkiyyətin hüquqi qeydiyyat vəsiqəsinin dəyişdirilməsi, ümumi mülkiyyətdə payın ayrılması və mülkdə istifadə qaydasının müəyyən edilməsi barədə ilkin iddia ərizəsi və X7, X19 cavabdehlər X29 və qeyrilərinə qarşı faktiki qəbul edilmiş əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və onların evdən çıxarılma tələ binə dair qarşılıqlı iddia ərizəsi qismən təmin olunaraq, X25, X20, X16, X5, X11 və X8 hər birinin ünvan 1 ünvanda yerləşən tərəflərə aid olan və miras kütləsinə daxil olan ümumi sahəsi 92.6 kv.metr təşkil edən evə ½ hissədə, X7 və X19 isə hər birinin 3/12 hissədə vərəsəlik hüququnun tanınması və onlara qeyd edilən paylarına uyğun olaraq mülkiyyət hüququna dair reyestrdən çıxarışların verilməsi vəzifəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, X21, X30, X31, X13, X26, İsmayılova Xuraman Sabir qızının, X17, X22, X14, İddiaçı, X3 və X12 ünvan 1 ünvanda yerləşən evə istifadə hüquqlarının itirilməsi və onların həmin ünvandan pasport qeydiyyatından çıxarılmaları qət edilmiş Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 07 iyul 2008-ci il tarixli 2(006)-11/ 2008 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2009-cu il tarixli 2(102)-1560/09 saylı qərarına əsasən, cavabdeh X.İddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 fevral 2009-cu il tarixli qətnaməsi Xuraman İsmayılovaya münasibətdə ləğv edilmiş, iş bu hissəsinə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apelyasiya Məhkəməsinin 13 oktyabr 2009-cu il tarixli 2(103)-3689/2009 saylı qətnaməsinə əsasən, cavabdeh İsmayılova Xuraman Sabir qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyul 2008-ci il tarixli qətna məsi cavabdeh Xuraman İsmayılovaya münasibətdə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 26 fevral 2010-cu il tarixli 2(102)-382/10 saylı qərarına əsasən, cavabdeh İsmayılova Xuraman Sabir qızının kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2(103)-3689/2009 nömrəli 13 oktyabr 2009-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qərar qəbul edilmiş, cavabdeh İsmayılova Xuraman Sabir qızının ünvan 1 ünvanda yerləşən evə istifadə hüquqlarının itirilməsi və həmin ünvandan pasport qeydiyyatından çıxarılması tələbinə dair iddia rədd edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli 2(006)1279/2012 saylı qətnaməsinə əsasən, İddiaçı tərəfindən mirasın qəbu l edilməsi müddəti bərpa edilmiş, ünvan 5 nömrəli evin 3/12 hissəsini miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuş, ünvan 5 nömrəli evin 3/12 hissəsinə miras qoyan X4 ölümündən sonra İddiaçı mülkiyyət hüququ tanınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla onların adına müvafiq çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2012-ci il tarixli 2(103)4598/2012 saylı qərardadına əsasən, ərizəçi İddiaçı maraqlı şəxs olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsini qeyd etməklə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məh kəməsinə müraciət edərək, mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi, ünvan 5 nömrəli evin 3/12 hissəsini miras əmlak kimi onun tərəfindən qəbul edilmə faktının müəyyən olunması, həmin hissəyə onun mülkiyyət hüquqlarının tanınması və onun adına Dövlət reyestrindən çıxarış verilməsinin Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, maraqlı şəxs Ağayeva X23 qanuni nümayəndəsi Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı buraxılmış müddətin üzrlü hesab edilməsi, vərəsəlik hüququ əsasında payın tanınması və həmin hüquqlar əsasında miras əmlaka ərizəçi Ağayeva X23 qanuni nümayəndəsi Cavabdeh1 mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2013-cü il tarixli 2inz(81)-2019/2013 saylı qərarına əsasən, İddiaçı 08 sentyabr 2009-cu il tarixdə vəfat etmiş arvadı X1 miras qalmış, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsində istifadədə olan 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m² yaşayış sahəsi, 65.3 m² köməkçi sahədən ibarət olan nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə V tikilidən 3/12 hissəsinə dair İddiaçı tərəfindən qəbul edilməsi müddətinin uzadılaraq həmin hissəyə dair İddiaçı adına qanun üzrə vərəsəlik h üququ haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 13 saylı notariat kontoruna həvalə edilmişdir. Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 27 yanvar 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilir: “Mən, Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu İ.T.Hüseynova Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, 08 sentyabr 2009-cu ildə vəfat etmiş X4 vərəsəsi – ünvan 3 ünvanında qeydiyyatda olan əri – İddiaçıdur və o bu miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlaklar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 17.03.2009-ci il tarixində 105 saylı reyestr kitabının 9567 saylı səhifəsində ********** qeydiyyat nömrəsi ilə verilmiş reyestrdən çıxarışa və həmin əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, 21.01.2015-ci il tarixli, 11/87 nömrəli arayışa əsasən paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, ev 54-də yerləşən, 3 ədəd 1 mərtəbəli, yaşayış sahəsi 97.9 m² olan 6 otaqlı fərdi yaşayış evinin ona məxsus V tikilisinin (4 otaq, y/s-67.5 m², k/s-25.1 m²) 3/12 hissəsindən ibarətdir”. İddiaçı ilə X27 arasında 29 aprel 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən özünə məxsus 3/12 hissəni K.Ç obanzadəyə bağışlamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2016-cı il tarixli 21(103)-1290/2016 saylı qərardadına əsasən, üçüncü şəxs Ağayeva X23 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə 2inz(81)2019/2013 №-li, 11 iyul 2013-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı mirası qəbul etmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat kontoruna həvalə edilməsi barədə iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2016-cı il tarixli 2-1(102)-1658/2016 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının 30 iyun 2016-cı il tarixli, 2-1(103)1290/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2014-cü il tarixli 2-1(81)-2756/2014 saylı qərarına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsindəki 54 saylı evin 3/12 hissəsinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (Forma №1) İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2017-ci il tarixli 21(103)-15/2017 saylı qərardadına əsasən, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2756/2014 saylı qərarı ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsindəki 54 saylı evin 3/12 hissəsinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (Forma №1) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Nərimanov rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(005-)2246/2019 saylı qətnaməsinə əsasən, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında 07 fevral 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış, X15 adına verilmiş 29 aprel 2015-ci il tarixli 186712 nömrəli bağışlama müqaviləsi və bunun əsasında verilən 05 iyun 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış etibarsız hesab edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli 2(103)-10993/2019 saylı qətnaməsinə əsasən, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2246/2019 saylı iş üzrə 14 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehlər Bakı şəhəri 13 saylı Notariat Kontoruna və Cavabdeh1 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasa vərəs əlik hüququnun anınması, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış ünvan 5 ünvanında, 0,0255 ha torpaq sahəsində yerləşən 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 kv.metr yaşayış sahəsindən, 65.3 kv.metr köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsini onun yeganə vərəsəsi olaraq qəbul etməyi faktı müəyyən edilməsi və həmin miras paya vərəsəlik hüququ tanınması, ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi əzifəsi cavabdeh 13 saylı Notariat Kontorunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı onunla əsaslandırılmışdır ki, iddiaçını n arvadı X32 09 sentyabr 2009-cu ildə vəfat etmişdir. Həmin vaxtdan da paylı mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 5 ünvanında, 0,0255 ha torpaq sahəsində yerləşən 3 ədəd bir mərtəbəli 6 otaqlı 97 kv.metr yaşayış sahəsindən, 65.3 kv. metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinə vərəsəlik açılmışdır. İddiaçının arvadının dəfni, hüzn mərasimi və sairlə əlaqədar, eləcə də həmin miras əmlakla əlaqəli müxtəlif məhkəmə mübahisələr səbəbindən iddiaçı miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə gec müraciət etmişdir. Gecikmə digər səbəblərdə olub ki, həmin səbəblərdən biri də miras əmlakın yüklülüyü barədə arayışı vaxtında ala bilməməyi olub və bunun təqsirkarı da DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin qanunsuz hərəkətləri olub ki, həmin hərəkətlərdən müdafiəyə dair iddiasına məhkəmədə baxılıb və iddia tələbi təmin olunmuşdur. Forma 1 arayışın aldıqdan sonra da aidiyyəti notariat ofisi tərəfindən, gətirdiyi arqumentlərə baxmayaraq, iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və imtinaya səbəb kimi də vərəsəliyin qəbul üçün nəzərdə tutulmuş müddəti ötürdyüyü göstərilib. İddiaçı həmin imtinanı əsassız hesab etdiyindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh notariusun imtinasının əsassız hesab edilməsini, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılmasının zəruri sayılmasını və tələbinin icrasının cavabdeh notariusa həvalə olunmasını xahiş etmişdir. İddiasına məhkəmədə baxılmış və tələbinin təmin olunması barədə 11 iyul 2013-cü il tarixli qərar qəbul edilmişdi. Həmin 11 iyul 2013-cü il tarixli qərar onunla əsaslandırılmışdır ki, iddiaçının arvadı X2 miras qalmış ünvan 6 ünvanında 0,0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli 6 otaqlı 97 kv.metr yaşayış sahəsindən, 65,3 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinə yüklülüyə dair dövlət reyestrindən forma 1 arayışını xidməti idarənin imtinası səbəbindən əldə edə bilməməyi, buna görə də arayışın alınmasına nail ola bilməyi üçün məhkəməyə müraciət etməyi və müraciətinin məhkəmə tərəfindən təmin edilməsindən sonra iddiaçıya belə bir arayışın verildiyi, habelə mirası qəbul etdiyi ilə əlaqədar məhkəməyə müraciət etməyi mirası qəbul etdiyi şəksiz nümayiş etdirməyini və miras qəbul etdiyini təsdiq edir. Bütün bu məhkəmə mübahisələrindən sonra əldə etdiyi s ənədlər (vərəsəlik hüququ haqqında iş №-si V-17/2015 olan, 27 yanvar 2015-ci il tarixli şəhadətnamə və sair sənədlər) əsasında qeyd olunan miras, yəni iddiaçının arvadı X1 miras qalmış, ünvan 5 ünvanında, 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m² yaşayış sahəsindən, 65.3 m² köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsini, adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata aldırmış və iddiaçıya buna dair RX seriyalı,0572463 №-li, 20 noyabr 2012-ci il tarixli çıxarış verilib. Həmin çıxarış əsasında da iddiaçı adına keçirdiyi həmin payı bacısının oğlu, X18 hədiyyə etmiş və bu barədə də 03 saylı notariat kontorunda, 4Ə-157 reyestr №-li, 29 aprel 2015-ci il tarixli bağışlama müqaviləsi bağlanıb. Həmin bağışlama müqaviləsinə əsasən də paya hüquq X15 adına dövlət reyestrində qeydiyyata alınıb və buna dair RX seriyalı, ******* №-li, 05 iyun 2015-ci il tarixli çıxarış verilib. Bu müddət ərzində iddiaçının arvadının bacısı olan maraqlı şəxs Ağayeva X35, iddiaçının mirası qəbul etməyi faktına dair, eləcə də həmin miras əmlaka mülkiyyət hüququnun tanındığı və bu barədə daşınmaz əmlakın dövlət reyestrində adına müvafiq qeydiyyat aparılmaqla müvafiq sənədin (çıxarışın) verilməsinin cavabdeh Ərazi İdarəsinə həvalə olunması barədə 11 iyun 2012-ci il tarixli məhkəmə aktından apelyasiya şikayəti vermiş və apellyasiya instansiyasının (Bakı Apellyasiya Məhkəməsi) 02 noyabr 2012-ci il tarixli qərarı ilə şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin 11 iyun 2012-ci il tarixli qətnaməsi ləğv edilib. Qərar onunla əsaslandırılıb ki,:-müəyyən olunması tələb olunan fakt üzrə mübahisə olduğundan faktın müəyyən olunması barədə ərizə baxılmamış saxlanılmalıdır. Apellyasiya instansiyasının həmin 02 noyabr 2012-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti də təmin olunmayıb, 27 yanvar 2012-ci il tarixli qərarla apelyasiya instansiyasının 02 noyabr 2012-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. Eləcə də maraqlı şəxs Ağayeva X35 tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hazırki Bakı İnzibati-İqtisadi Məhkəməsi) 2inz(81)-201/2013 №-li, 11 iyul 2013-cü il tarixli qərarından apellyasiya şikayəti verilmiş və şikayətə 2-1(103)-1290/2016 №-li iş olaraq baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası özünün 30 iyun 2016-cı il tarixli qərarı ilə şikayəti qismən təmin edərək 1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 2inz(81)-201/2013 №-li, 11 iyul 2013-cü il tarixli qərarını ləğv etmiş və iddiası mümkün saymamışdı. Həmin 30 iyun 2016-cı il tarixli qərar onunla əsaslandırılmışdır ki, iddiasına ümumi məhkəmələrdə baxılmalı olduğu halda inzibati məhkəmədə baxılıb ki, bu da işlərə baxılmada məhkəmə aidiyyətin pozulmasının yolverilməzliyi baxımından mümkün sayıla bilməz. Həmin 30 iyun 2016-cı il tarixli qərar da yuxarı instansiyada mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (indiki inzibati kollegiyanın) 2-1(102)-1658/2016 №-li, 06 dekabr 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyasının qeyd olunan 21(103)-1290/2016 №-li, 30 iyun 2016-cı il tarixli qərar dəyişdirilmədən saxlanılıb. Ağayeva X35 01 noyabr 2016-cı il tarixdə ölüb və bu barədə sahibsiz ölüm kimi, 356 №-li qeydiyyat aparılmış AZ-İ, 809278 №-li, 10 dekabr 2016-cı il tarixli şəhadətnamə verilib. Ağayeva X23 hüquqi varisi Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə, iddiaçıya və bacısının oğlu X18, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və 13 saylı NK-na qarşı, "hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışların və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edib. İddia ərizəsinə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsində (hakim G.A.Əsədova) 2(005)-2246/2019 №-li mülki iş olaraq baxılıb və iddia təmin edilərək 14 iyun 2019cu il tarixli qətnamə ilə iddiaçının adına verilmiş RX seriyalı, ******* №-li, 20 noyabr 2012-ci il tarixli çıxarış, X15 adına olan 29 aprel 2015-ci il tarixli bağışlam a müqaviləsi və həmin bağışlama müqaviləsi əsasında verilmiş RX seriyalı, ******* №-li, 05 iyun 2015-ci il tarixli çıxarış etibarsız hesab edilib. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 aprel 2021-ci il tarixli 2(006)-968/2021 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qətnamənin məzmununda göstərilən hallar qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edildiyindən iddiaçının tələb etdiyi faktlar yenidən sübut olunmayaraq ona hüquqi qiymət verilmir. Ona görə də iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C. İsmayılzadənin şikayətinə dair 13 fevral 2007-ci il tarixli qərarı və Azərbaycan Respublikasının MPM-nin 82.3, 254.1.4 maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Tal ışinski- sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Rafael Eyvazov) 20.10.2021-ci il tarixli, 2(103)-7932/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(006)-968/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə edilən daşınmaz əmlak (payı) üzrə vərəsəlik hüquqlarının tanınması üçün və mirası qəbulu faktının təsdiqi üçün onun ötürülməsinin üzrlü hesab edilməsi gərəkdir ki, bu növ tələb iddianın baxış predmeti olmadığından onun müzakirəsi də prosessual cəhətdən yuolverilməzdir. Bundan əlavə, sorğu edilmiş ünvanda müxtəlif insanların mülkiyyət hüquqları olan şəxslərin vərəsəlik dairəsinə (miras kütləs inə) aidiyyətinə aydınlıq gətirmədən və onlar iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmədiyindən, habelə tələb üzrə cəlb edilmiş hər bir cavabdehin mülki hüquq məsuliyyətinə yönəlmiş xüsusatlar müəyyən edilmədiyindən onun prosessual mahiyyəti aydın deyildir. Mahiyyəti üzrə isə iddiaçı mirası qəbul etmək faktının təsdiqinin hansı əsasla müəyyən edilməsini əks etdirməyərək buna dair sübutlar (vəsatətlər) təqdim etməmişdir. Apelyatorun şikayətində qeyd etdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinad etməsi isə əsassızdır. Belə ki, onun məxsusi olaraq faktiki hallarla bağlı istinad etdiyi məhkəmə aktları qanuni qüvvəyə minməmiş, yuxarı məhkəmələr tərəfindən ləğv edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası mübahisə edilən dəlillərə münasibətdə id dianın təmin edilməsi üçün, habelə birinci instansiya məhkəməsi qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili X47) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası şikayətə baxarkən Azərbaycan Respublikası MPM-nin 13-cü, 14-cü, 82-ci, 88-ci maddələrinin tələbləri tamamilə pozmuş, iş üzrə düzgün normalara istinad etməmiş, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə, işin mahiyyətinə tamamilə uyğun gəlməy ən, həqiqi halları özündə ehtiva etməyən, prosessual və maddi hüquq normalarının tələblərinin aşkar pozunlması ilə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası öz qənaətini onunla əsaslandırıb ki, iddiaçı tərəfindən arvadından qalan mirası qəbul etdiyini təsdiq edən sübutunu məhkəməyə təqdim etməmiş, mirası qəbul etmə müddəti ötürmüş və ötürülmüş müddətin bərpası tələbinə dair məhkəmədə tələb yoxdur. Halbuki, işin içərisində kifayət qədər sübut və məhkəmə araşdırılmalarının nəticələri əks olunan qətnamə və qərarlar var. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmədən baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi ləğvi xahiş edildi yindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandı ğı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı onun tələbinin əsaslılığını təsdiq edən kifayət qədər sübutların, o cümlə dən məhkəmə qətnamələrinin iş materiallarında olmasına apelyasiya kollegiyası tərəfindən düzgün qiymət verilməməsini əsas göstərib dəlil kimi istinad etsə də, apelyasiya kollegiyasının vurğuladığı kimi iş materiallarında iddiaçının tələbinin əsaslığını təsdiq edə biləcək nə qanuni qüvvəyə minmiş məhkəmə aktı, nə də digər hər hansı sübut müəyyən edilməmişdir. Əksinə, müəyyən edilmişdir ki, miras əmlak barəsində qanuni qüvvəsini almış məhkəmə aktı əsasında istifadə hüququ itirilmişdir. Ümumilikdə götürüldükdə də kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7932/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar