Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2556/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1290/2023 nömrəli iş üzrə 19 aprel 2023-cü il tarixli qərardadından cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM XXX nömrəli aktın etibarsız hesab edilməsi və onun abunə hesabına (abonent kodu **********010194) hesablanmış 1.379,17 manat məbləğdə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3002/2022 nömrəli iş üzrə 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə) iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM XXX nömrəli aktın etibarsız hesab edilməsi, cavabdeh tərəfindən iddiaçıya məxsus abunə hesabına (abonent kodu **********010194) hesablanmış 1.379,17 manat məbləğdə borcun silinməsi, "xxxx" ASC-dən 33,79 manat məbləğdə dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir b) Apellyasiya instansiyası məhkəməsində icraat
3. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1290/2023 nömrəli iş üzrə 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və F.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1 290/2023 nömrəli iş üzrə 19 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və F.Qasımov) kassasiya şikayəti qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “... hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən qətnaməyə əsasən iddianın qiyməti 1.379,17 manat, yəni 5.000 manatdan az məbləğ təşkil etmişdir. Qeyd edilən aktın etibarsız hesab edilməsi nəticəsində də məhz bu məbləğ silinmiş olur. Göstərilənlər həmin aktın bu məbləğə bağlılığını təsdiq edir və bu baxımdan onun kassasiya qaydasında mübahisələndirilməsini qeyri-mümkün edir. Qeyd edilən məsələyə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1290/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsinin 21-ci bəndində münasibət bildirilmiş və bu səbəbd ən qətnamədən kassasiya şikayətinin verilməsinin qeyri-mümkünlüyü təsbit edilmişdir. Bu da öz növbəsində qətnamədən verilmiş kassasiya şikayətinin geri qaytarılmasını şərtləndirir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
8. Qərardadla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, kassasiya şikayətinin kassasiya icraatına qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinin dəlillərinə görə, hazirkı iddia üzrə iddiaçı tərəfindən irəli sürülən 1-ci tələb (aktın etibarsız hesab edilməsi) qeyri-əmlak xarakterli tələbdir, iddia üzrə irəli sürülən 2-ci tələb isə (akta əsasən hesablanmış 1.379,17 manat borcun silinməsi) isə müstəqil tələb deyil, qeyri-əmlak xarakterli 1-ci tələbin (aktın etibarsız hesab edilm əsi) təmin ediləcəyi halda yaranacaq nəticədir. Bu səbəbdən qətnamədən kassasiya şikayəti verilə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər; Maddə 408.1. Kassasiya şikayəti aşağıd akı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yo xlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
13. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyasının məhkəmə aktı şikayətdə irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.
14. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağ ıdakıları qeyd edir.
16. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada, məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı mə hkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
17. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur.
18. Bu qəbildən məhdudiyyətlərdən biri də MPM-in 402.1-ci maddəsində təsbit olunmuşdur. Belə ki, həmin maddədə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilə bilməcəyi göstərilmişdir.
19. İşdən məlum olur ki, hazırkı iş üzrə iddia iki tələbdən, xx.xx.2022-ci il tarixli aktın etib arsız hesab edilməsi və hesablanmış 1.379,17 manat məbləğdə borcun silinməsi tələblərindən ibarətdir. İlk tələbə aid hissədə iddianın qiyməti 1.379,17 manat, yəni 5.000 manatdan azdır. Aktın etibarsız hesab edilməsi tələbinin məqsədi də məhz sözügedən borc məbləğinin silinməsi ilə bağlıdır.
20. Bu mənada, iddianın qiyməti beş min manatdan az olduğu üçün cavabdehin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ olmamışdır.
21. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olduğu üçün, qərardad dəyişiklik edilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
22. Göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1290/2023 nömrəli iş üzrə 19 aprel 2023-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.