Məhkəmə qərarları › İş №2(102)-2557/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2557/2022

31.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2557/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bakı Şəhəri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Mir-X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Məmmədova Ofelya Həsən qızına, X2, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28 qarşı ilkin; Mir-X3 cavabdehlər Bakı Şəhəri İcra Hakimiyyətinə, Bakı Şəhəri İddiaçınə və Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı qarşılıqlı; Cavabdeh11 Bakı Şəhəri İddiaçınə qarşı qarşılıqlı; Cavabdeh26 Bakı Şəhəri İddiaçınə qarşı qarşılıqlı; Cavab deh1 Bakı Şəhəri İddiaçınə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: qəzalı bina, mülkiyyət hüququ, ədalətli kompensasiya Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Mir-X5, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Məmmədova Ofelya Həsən qızına, X2, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28 qarşı “maddi yardım ödənilməklə mənzildən çıxarılma” barədə ilkin, Mir-X3 cavabdehlər Bakı şəhəri İcra Hakimiyy ətinə, Bakı şəhəri İddiaçınə və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “kompensasiya ödənilməsi” barədə, Cavabdeh11 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsi” barədə, Cavabdeh26 Bakı şəhəri Yasamal rayonİcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” barədə və Cavabdeh1 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4000/2021 nömrəli, 2 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binası Bakı şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.19 89-cu il tarixli, 5/195 nömrəli qərarı ilə qəzalı hesab edilmiş və binada yaşayan ailələrin əksəriyyəti həmin illərdə digər mənzillərlə təmin edilmişlər.

2. Məlum hadisələrlə bağlı olaraq 1993-cü ildə məcburi köçkünlər və yerli sakinlər binada məskunlaşmışlar.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövləttikinti” DLİ-nin mütəxəssislərinin xx.xx.2011-ci il tarixdə tərtib etdikləri rəylə də bina və binadakı mənzillərin texniki vəziyyəti yaşayış üçün yararsız hesab edilmişdir. Sonradan Agentliyin “Azərdövləttikintilayihə” DLİ-nin mütəxəssislər tərəfindən xx.xx.2015ci il, xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixlərdə binanın texniki vəziyyəti haqqında aktlar tərtib olunmuş və binanın istismar üçün yararsız olduğu təsdiq edilmişdir. 4. 43 mənzilli binadan yaşayan 37 ailə ilə könüllü alğı-satqı müqaviləsi bağlanılaraq həmin şəxlsər köçürülmüşlər.

5. Bakı Şəhəri İddiaçı ünvan 1 evin qəzalı vəziyyətdə olmasına istinad edərək orada yaşayan cavabdehlərə kompensasiya verilməklə mənzillərdən çıxarılmasını tələb edir. İddiaçı cavabdehlərin yaşadıqları mənzilin hər kv.m üçün 1500 manat və mənzildən əşyaların köçürülməsi üçün isə hər bir ailəyə 500 manat pul təklif edir. Cavabdehlər həmin evin şəhərin mərkəzində yerləşməsini, təklif olunan kompensasiyanın oxşar yaşayış şəraiti qurmağa kifayət etmədiyinə istinad edərək daha artıq kompensasiya ödənilməsini tələb edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Bakı Şəhəri İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “maddi yardım ödənilməkl ə mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən mənzildə yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X13, Cavabdeh9 və Cavabdeh10 91500 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 92000 manat maddi yardım ödənilməklə mənzildən çıxarılmaları; həmin ünvanda yerləşən mənzilin mülkiyyətçisi Cavabdeh11 55980 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 56480 manat maddi yardım ödənilməklə mənzildən çıxarılması; həmin ünvanda yerləşən mənzilin mülkiyyətçisi Mir-X10 və Cavabdeh13 78270 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 78770 manat maddi yardım ödənilməklə mənzildən çıxarılmaları; həmin ünvanda yerləşən mənzildə yaşayan Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 44550 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 45050 manat maddi yardım ödənilməklə mənzildən çıxarılmaları; həmin ünvanda yerləşən mənzildə yaşayan Cavabdeh18, Məmmədova Ofelya Həsən qızı, X7, Cavabdeh21, Cavabdeh22 və Cavabdeh23 49995 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 50495 manat maddi yardım ödənilməklə mənzildən çıxarılmaları; həmin ünvanda yerləşən mənzildə yaşayan Cavabdeh25, Cavabdeh26, Cavabdeh27 və Cavabdeh28 33000 manat maddi yardım, 500 manat köçmə haqqı olmaqla, ümumilikdə 33500 manat maddi yardım ödənilməklə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəs i onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, xx/xx/5185-12 nömrəli dərkənarına əsaslanaraq Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi tapşırığa və təqdim etdiyi adlı siyahıya əsasən maddi yardım ödənilməklə sakinlərin köçürülməsinə başlanmışdır. Müstəqil qiymətləndirmə ekspertlərinin rəyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəhbər işçilərinin nəzarəti ilə maddi yardımın miqdarı ümumi sahəsi 20,0 kv.metrə qədər olan mənzillər üçün - 30000 manat, ümumi sahəsi 20,0 kv.metrdən çox olan mənzillərin hər kvadrat metrinə 1500 manat olmaqla, mənzil sahiblərinə hər bir mənzil üçün ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə 500 manat əlavə yardım edilməsi müəyyənləşdirilmişdir. Cavabdehlərlə danışı q yolu ilə onların mükiyyətçisi olduğu daşınmaz əmlakların maddi yardım verilməklə sökülməsi təklifi barədə bidirişlər göndərilmişdir. Cavabdehlər onlara hesablanmış yuxarıda qeyd olunan məbləğdə maddi yardımı almaqdan imtina etmişlıər. Hazırda binanın mövcudluğu və sakinlər tərəfindən istismarı ictimai təhlükə həddindədir. Belə ki, bina qəzalı vəziyyətdədir və hər an uçaraq, insanların xəsarət alması ilə nəticələnə bilər.

8. Mir-X10 cavabdehlər Bakı Şəhəri İcra Hakimiyyətinə, Bakı Şəhəri İddiaçınə və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “kompensasiya ödənilməsinə dair” qarşılıqlı iddia ərizəsi verərək, cavabdehlər tərəfindən mənzilinin yerləşdiyi evin digər mənzillərinin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının dağıdılması, davamlı səsküy salınması və s. narahatçılığı n yaradılmasının onun pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, cavabdehlərdən onun xeyrinə müştərək qaydada maddi zərərə görə 325000 manat və mənəvi zərərə görə 50000 manat məbləğində kompensasiya tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Mir-X10 iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə 1999-cu ildən Bakı şəhəri, Yasamal rayonu, X18 küşəsi, ev 150, 15 saylı mənzildə yaşayır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən A.Mir-Əliyeva həmin mənzilin mülkiyyətçisidir. Yaşadığı bina olduqca möhkəm və dayanıqlı olmaqla, 2000-ci ildə Bakıda olmuş zəlzələdən heç bir zərər çəkməyib, binada adi çatlar belə yaranmayıb. İddiaçı idarələrarası kom issiyasının onun mənzilinə dair xx.xx.2005-ci il tarixli rəyinə əsasən mənzilinin otaqları quru, işıqlı, təbii hava axınlı olmaqla, konstruktiv elementləri salamat, yaşayış üçün yararlı olub. 20142016-cı illərdə binanın fasad hissəsi 1-ci cavabdeh tərəfindən təmir edilib, bu zaman hətta balkonlar yeniləri ilə əvəzlənib. Təxminən 3 il əvvəl Azərbaycan Respublikası Baş Nazirinin müavini və 1-ci cavabdehin həmin vaxt Başçısı olan şəxs binanın həyətinə gələrək, binanın vəziyyəti pis olduğundan sökülməli olduğunu bildirmişdir. Bundan sonra 1-ci cavabdehin memarları gələrək, mənzillərdə ölçü aparmış və bildirmişlər ki, mənzillərin hər kvadrat metrinə görə mülkiyyətçilərə 3000 manat kompensasiya ödəniləcək. Daha sonra Mənzil-İstismar Sahəsi mənzil mülkiyyətçilərinə bildirişlər paylamışlar. Həmin imzasız, möhürsüz bildirişlərə görə bina sakinlərinə mənzillərini tərk etməyə bir həftə vaxt verilmiş, əks təqdirdə sakinlər suyun, elektrik enerjisinin, qazın kəsiləcəyi ilə hədələnmişdir. 2017-ci ilin yazında 1-ci cavabdeh binanın yaxınlığına təmir üçün taxtaşalban gətirmişdir. Lakin 2019-cu ilin martında 1-ci cavabdehin yeni Başçısı Əziz Əzizov həyətə gələrək, binanın boşaldılmasına yeni cəhdə başlamışdır. İyul ayında MİS mənzil mülkiyyətçilərindən hər kv.metrə görə 1500 manatdan pulu alaraq, çıxıb getmələrini tələb etmişdir. Həmin ay bəzi mənzillərdə yaşayan məcburi köçkünlərlə cavabdehlər razılığa gəlmiş və demək olar ki, dərhal onların mənzillərini dağıtmışlar. Bundan sonra daha bir neçə ailəni çıxara bilmişlər. Həmin vaxtdan hər gün o və qızı, başqa sakinlər gurultulu səsküy, toz və s. dözməli olublar. İyulun 29-da 1-ci və 2-ci cavabdehlərin başçıları, eləcə də Bakı şəhərində çoxsaylı qanunsuz söküntülərdə ad çıxarmış Zülfəli İsmayılov binaya gəlmiş, sakinlərin etirazlarına nəticə etibarilə heç bir əhəmiyyət verməmişlər. Söküntü işləri, binanın dağıdılaraq yaşayış üçün yararsız vəziyyətə çatdırılması prosesi davam edir. Yasamal rayon İcra Başçısının müavini Elçin Rzayevin ona ünvanladığı xx.xx.2019-cu il tarixli, M-221-152 saylı məktubunda qeyd edilmişdir ki, 52,18 kv.m yaşayış sahəsinin hər kv.metri 1500 manat qiymətləndirilib, əlavə olaraq 500 manat köçmə haqqı ilə birlikdə ona 78770 manat maddi yardım hesablanıb. Halbuki, həmin məbləğ mənzilin bazar dəyərindən dəfələrlə azdır. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatına əsasən onun faktiki sahəsi 55,02 kv.m olan mənzilinin bazar dəyəri 173500 manatdır. Həmin qymətləndirmə təşkilatının eyni tarixli arayışına əsasən binanın ərazisi və onun yaxınlığındakı torpağın bazar dəyəri 180000- 200000 manatdır. İddia ərizəsi Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ-ci hissəsinə, 29-cu maddəsinin İV-cü hissəsinə, 43-cü maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüquqlarına istinadla əsaslandırılmışdır.

10. Cavabdeh11 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsinə dair” qarşılıqlı iddia ərizəsi verərək, cavabdehdən onun xeyrinə mənzilinin sökülməsi ilə əlaqədar maddi ziyana görə 111960 manat və mənəvi ziyana görə 5000 manat kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh11 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünv an 5 ünvanında yerləşən sahəsi 37.32 kv.m olan iki otaqlı mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. İddiaçı başçısı Əziz Əzizov və həmin qurumun işçiləri ona məxsus mənzilə gələrək mənzilin söküləcəyini bildirmişlər. Müəyyən görüşlərdən sonra şəhərin mərkəzi küçəsində yerləşən binanın birinci mərtəbəsində yerləşən mənzilə görə kompensasiya olaraq ona cəmi 56480 manat verəcəklərini və kompensasiyanın alınıbalınmamasından asılı olmayaraq mənzilin söküləcəyini bildirmişlər. Şəhərin mərkəzi küçəsində, həmçinin birinci mərtəbədə yerləşən 2 otaqlı mənzilin qiyməti 56480 manat ola bilməz, yəni təklif olunan maddi yardım həmin mənzilin dəyərinin az hissəsini təşkil edir. Belə olan halda İddiaçı başçısı Əziz Əzizov və digər rəhbər işçilər onun mülkiyyət hüququnu kobud şəkildə pozurlar. 2016-c ı ildə insult keçirdiyindən hərəkətləri məhdudlaşıb və bu səbəbdən qızının himayəsində yaşayır. İddiaçı başçısı və qurumun işçiləri isə onun bu vəziyyətindən istifadə edərək ona qarşı kobud və qanunsuz hərəkətlər edib hüquqlarını pozurlar. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə qorunan hüquqları pozulmaqdadır.

12. Cavabdeh26 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsinə dair” qarşılıqlı iddia ərizəsi verərək, ailəsi (dörd nəfər) ilə birlikdə 1993-cü ildən Bakı şəhəri, Yasamal rayonu, X18 küşəsi, ev 150, 26 saylı mənzildə yaşadığını, təklif olunan kompensasiyanın mənzilin dəyərindən dəfələrlə az olmasını, digər mənzillərdə aparılan söküntü işləri nəticəsinda maddi və mənəvi ziyana məruz qaldığını göstərmiş, cavab deh tərəfindən mənzilinin yerləşdiyi evin digər mənzillərinin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının dağıdılması, davamlı səs-küy salınması və s. narahatçılığın yaradılmasının onun pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, cavabdehdən onun xeyrinə maddi zərərə görə 130000 manat və mənəvi zərərə görə 50000 manat məbləğində kompensasiya tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh1 Bakı şəhəri İddiaçınə qarşı “kompensasiya ödənilməsinə dair” qarşılıqlı iddia ərizəsi verərək, ailəsi (on nəfər) ilə birlikdə 1987- ci ildən Bakı şəhəri, Yasamal rayonu, X18 küşəsi, ev 150, 4 saylı mənzildə yaşadığını, təklif olunan kompensasiyanın mənzilin dəyərindən dəfələrlə az olmasını, digər mənzillərdə aparılan söküntü işləri nət icəsinda maddi və mənəvi ziyana məruz qaldığını göstərmiş, cavabdeh tərəfindən mənzilinin yerləşdiyi evin digər mənzillərinin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının dağıdılması, davamlı səs-küy salınması və s. narahatçılığın yaradılmasının onun pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, cavabdehdən onun xeyrinə maddi zərərə görə 350000 manat və mənəvi zərərə görə 50000 manat məbləğində kompensasiya tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-5738/2019 nömrəli iş üzrə 6 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) ilk iddia təmin edilmiş, qarşılıqlı iddialar təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, cavabdehlər maddi yardım ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanında, qəza vəziyyətində olan binada yerləşən mənzillərdən çıxarılmalıdır.

16. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 31-ci maddələrinə Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konversiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.14, 4.1 və 8-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1, 3.1, 10.0.10, 10.0.11, 10.0.12, 28.6, 79.5, 83.0.3, 102.1-ci maddələrinə, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqınd a” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2005ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 2-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarına istinad etmişdir. Apell yasiya instansiyası məhkəməsində birinci icraat

17. Qətnamədən Mir-X10 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, Mənzil Məcəlləsinin tələblərinə düzgün qiymət verməmişdir.

18. Həmçinin, qətnamədən Cavabdeh14, Cavabdeh15, Cavabdeh18, Cavabdeh19, X7, Cavabdeh21 birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər, apellyasiya şikayətlərini yuxarıda göstərilən apellyasiya şikayətinə oxşar məzmunda əsaslandırmışlar.

19. Qətnamədən Cavabdeh26, Cavabdeh25, Cavabdeh27, Cavabdeh28 da birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi və Cavabdeh26 qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər, apellyasiya şikayətlərini yuxarıda göstərilən apellyasiya şikayətinə oxşar məzmunda əsaslandırmışlar.

20. Həmçinin qətnamədən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X8 birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi və Cavabdeh1 qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər, apellyasiya şikayətlərini yuxarıda göstərilən apellyasiya şikayətinə oxşar məzmunda əsaslandırmışlar.

21. X9 Petrovna da apellyas iya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi və onun qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onun tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq bildirmişdir ki, qətnamə maddi və prosessual hüququq normalarının pozulması ilə qəbul edilmiş, kompensasiya məbləğinin real bazar qiymətlərini əks etirmədiyini vurğulamışdır.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-2175/2020 saylı iş üzrə 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Cavabdeh23, R.M.Həsənov), apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnamə si dəyişdirilmədən saxlanılmışdır.

23. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:

24. Cavabdeh Mir-X10 apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək qətnamənin ləğv edilərək, ilk iddia üzrə icraata xitam verilməsi və özünün verdiyi qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 kasasiya şikayəti verərək qətnamənin ləğv edilərək, ilk iddia üzrə icraata xitam verilməsi və özlərinin verdiyi qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Cavabdeh26, Cavabdeh25, Cavabdeh27, Cavabdeh28 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Cavabdeh Məmmədova Ofelya Həsən qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Cavabdeh11 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra – kassasiya instasniyası məhkəməsi) 2(102)-219/2021 saylı iş üzrə 02 fevral 2021-ci il tarixli Qərarı ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Ə. Əliyev və M.T.Əhmədova) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11 və Cavabdeh12 kassasiya şikayətləri təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onlara aid hissədə ləğv edlərək, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya baxışına göndərilmiş, cavabdeh Məmmədova Ofelya Həsən qızı və digər cavabdehlər Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28 kassasiya şikayətləri təmin edilməmiş, qətnamə onlara aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

30. Kassasiya instansiyası məhkəməsinin mövqeyi və göstərişi ondan ibarət olmuşdur ki, cavabdehlər, onlara verilməli olan vəsait hesabına özlərinə oxşar şəraitə uyğun yaşayış yeri seçməlidirlər. Təklif olunan vəsaitin onlara oxşar şəraitdə əmlak əldə etməyə kifayət etməsi açıq-aş kar mümkün deyil və bu məsələ ilə bağlı məhkəmənin dəyərləndirməsi düzgün olmamışdır. Cavabdehlər kompensasiya verilməklə mənzili boşaltmalarına razı olduqları üçün hazırkı işdə kompensasiyanın tətbiqinin hüquqi əsasları ilə bağlı dəyərləndirmə aparılmır. Əslində mülkiyyətçilərə kompensasiyanın təklif olunması əsaslarının hüquqiliyi ilə bağlı dəyərləndirmə aparıla bilərdi. Ona görə ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-cı maddəsinə istinad etmişdir. Həmin normanın analoji işlərə tətbiqi fərqli qaydalara nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tələbin qanuni əsası kimi istinad etdiyi normada evin qəzalı hesab edilməsi və bunun hüquqi nəticələri ilə bağlı fərqli qaydalar nəzərdə tutulur ki, hazırkı işdə həmin qaydalara riayət edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən müdafiə olunması barədə mülkiyyətin müdafiəsinə dair təməl prinsiplər müəyyən etmişdir.

31. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, ƏEM/A21-780/19 saylı hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X18 küşəsi, ev 150, 15 saylı mənzilin bazar dəyəri 173500 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, ƏEM/S37-841/19 saylı hesabatından görünür ki, Cavabdeh1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X18 küşəsi, ev 150, 4 saylı mənzilin bazar dəyəri 182600 manat müəyyən edilmişdir. Mülkiyyətçilərə məhkəmə qərarı ilə 92000 manat, 56480 manat və 78770 manat kompensasiya hesablanmışdır ki, həmin kompensasiya məbləği ilə qeyd olunan əraz idə oxşar mənzillər almağın mümkün olmadığı aşkardır və bu halın müəyyən edilməsi üçün əlavə araşdırma aparılmasına zərurət yoxdur. Ona görə mülkiyyətçilərin kassasiya şikayətləri təmin edilərək, qətnamə ləğv edilməklə mülki iş yeni məhkəmə baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə tərəflərin kompensasiya ödənilməklə mənzili tərk etmələri barədə qarşılıqlı razılığını nəzərə alaraq kompensasiya məbləğini şərtləndirən halları cavabdeh tərəfin təqdim etdiyi sübutlarla birlikdə dəyəndirməli, lazım bilərsə öz təşəbbüsü ilə əlavə sübutlar əldə edilməsini təmin etməlidir. Bu zaman mənzilin sahəsi, yerlədiyi ərazi, cavabdehlərin həmin ərazidə uzun müddət yaşamaları ilə əlaqədar yaranmış bağlılıq və.s. zəruri hallar ayrı-ayrılıqda dəyərləndirilməlidir. Cavabdehlər kompensasiyanın ödənil məsi ilə bağlı ümumiyyətlə razılığa gəlmədikləri təqdirdə kompensasiyanın təklif olunması şərtlərini nizama salan normalara uyğun olaraq (qəzalı vəziyyətdə olan evlərin hüquqi vəziyyətini tənzimləyən maddi hüquq ormalarına əsasən) araşdırma aparılaraq tələbin düzgün qanuni əsasları seçilməklə mübahisəyə hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

32. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-4000/2021 saylı iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova, E.M.Həsənov) ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11 və cavabdeh Mir-X5 münasibətdə ləğv olunmuş və onlara münasibətdə yeni qətnamə çıxarılmış, iddiaçı Bakı şəhəri İddiaçı “maddi yardım ödənilməklə mənzildən çıxarılma” barədə ilkin iddia tələbi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11 və cavabdeh Mir-X5 münasibətdə təmin edilməmiş, Mir-X3, Cavabdeh11 və Cavabdeh1 qarşılıqlı iddia ərizələri təmin edilməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11 və cavabdeh Mir-X5 münasibətdə təmin etdiyi zaman hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşı lıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

34. Kollegiya hesab etmişdir ki, iddiaçının əmlaklarının sökülərək onların yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməməkdədir.

35. Kollegiya hesab edir ki, hazırkı işdə mülkiyyətçilərə (ilkin iddia üzrə cavabdehlərə) təklif olunan kompensasiya (əvəz) məbləğinin mülkiyyətin dəy ərinə mütənasib olmadığı qənaətinə gəlmək üçün əsaslar mövcuddur və iddia tələblərinə (ilkin və qarşılıqlı) məhz bu kontekstdə qiymət verilərək müvafiq tələblərin tarazlaşdırılması təmin olunmalıdır.

36. Mülkiyyətçilərə məhkəmə qərarı ilə 92000 manat, 56480 manat və 78770 manat kompensasiya hesablanmışdır ki, həmin kompensasiya məbləği ilə qeyd olunan ərazidə oxşar mənzillər almağın mümkün olmadığı aşkardır və bu halın müəyyən edilməsi üçün əlavə araşdırma aparılmasına zərurət yoxdur (Ali Məhkəmənin qərarında qeyd olunduğu kimi). 37. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, ƏEM/A21-780/19 saylı hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X18 küşəsi, ev 150, 15 saylı mənzilin bazar dəyəri 173500 manat müəyyən edilmişdir. 38. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, ƏEM/S37-841/19 saylı hesabatından görünür ki, Cavabdeh1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X18 küşəsi, ev 150, 4 saylı mənzilin bazar dəyəri 182600 manat müəyyən edilmişdir. Göründüyü kimi mülkiyyətçilərə təklif olan kompensasiya məbləğləri mənzillərin real qiymətində dəfələrlə azdır.

39. Kompensasiynın dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışı predmeti olan hissədə ləğv edilməli və həmin hissədə ilkin iddia tələbi təmin edilməməlidir.

40. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd etmişdir ki, hazırda ilkin iddia tələbi təmin edilmədiyindən qarşılıqlı iddia tələbi üzrə araşdırılma aparılmasına lüzum yoxdur. Belə ki, iddia tələbləri bir-biri ilə bağlıdır. Cavabdehlərin mən zildən çıxarılmaları barədə tələb təmin olunsa idi bu zaman kompensasiya ödənilməsi tələbinə baxıla bilərdi. O da nəzərə alınır ki, qarşılıqlı iddiaçılar birdirirlər ki, mübahisəli ünvan keçmiş “Sovetski” adlanan əraziyə yaxın deyil, yaşadıqları bina və mənzillər qəzalı vəziyyətdə deyil, amma onlar mənzillərindən məcburi çıxarılırlarsa onda qeyd etdikəri məbləğlərı tələb edirlər.

41. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mənzil Məcəlləsinin 28.1, 28.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

42. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, ilk iddianın təmin edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müstəqil qiymətləndirmə e kspertlərinin rəyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəhbər işçilərinin nəzarəti ilə maddi yardımın miqdarı ümumi sahəsi 20 kvadrat metrə qədər olan mənzillər üçün 30000 manat, ümumi sahəsi 20 kv.m-dən çox olan mənzillərin hər kv.m-ə 1500 manat olmaqla, mənzil sahiblərinə hər bir mənzil üçün ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə 500 manat əlavə yardım verilməsi müəyyənləşdirilmişdir. Cavabdehlərə bildiriş göndərilmişdir. Lakin onlar bu yardımı qəbul etməkdən imtina etmişlər. Məhkəmə kollegiyası pozuntulara yol vermiş, qeyd olunan binanın mövcudluğu və sakinlər tərəfindən istismarı ictimai təhlükə həddindədir. Belə ki, bina qəzalı vəziyyətdədir və hər an uçaraq insanların xəsarət alması ilə nəticələnə bilər. Kassasiya şikayətlərinə qarşı etirazın dəlillər i

44. Kassasiya şikayətinə etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

45. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

46. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

47. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

48. AİHK-in 1 saylı Protokolunun 1-ci maddəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

49. Maddə 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəl mirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır.

50. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.

51. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vax tlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

52. Maddə 28.2. Qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır.

53. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya dig ər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.

54. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda təl əb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.

55. Maddə 28.6. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu

56. Maddə

17. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

57. Müvəqqəti yaşayış yerindən daimi yaşayış və iş yerinə köçməsi ilə əlaqədar qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) çəkdiyi xərclər ona müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtə rəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

64. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instan siyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında ilkin iddianın təmin olunmaması hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bakı Şəhəri İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin ed ilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4000/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar