Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2558/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi 26.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 may 2025-ci il tarixli, 2(106)773/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə X13 arasında 2001-ci ildə faktiki, 12 yanvar 2004-cü il tarixdə isə rəsmi nikah bağlanmışlar və onların birgə nikahından X, Xvə X adlı uşaqları doğulmuşdur.
2. Cavabdeh1 X2 həyat yoldaşı, Cavabdeh2 qaynanası, mərhum X9 qayınatası və Cavabdeh3 qızı isə baldızıdır. 3. xx.xx.2024-cü il tarixli, 4Ə-45 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Cavabdeh1, Cavabdeh2, X9 və X5 birgə mülkiyyət üzrə onlara məxsus olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 143,6 kv.m, yaşayış sahəsi 60,6 kv.m, yardımçı sahəsi 83 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və 0,06 ha torpaq sahəsini Cavabdeh4 bağışlamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh 4 (bundan sonra- cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Notariat Ofisi tərəfindən 18 yanvar 2024-cü il tarixdə təsdiq edilmiş ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 143,6 kv.metr, yaşayış sahəsi 60,6 kv.metr, yardımçı sahəsi 83 kv.metr olan, 3 (üç) otaqlı fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin Cavabdeh4 bağışlanmasına dair daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, o, cavabdehlərin razılığı ilə qayınatasının istifadəsində olan Astara rayonu, Suparıbağ kəndi ərazisində yerləşən fərdi yaşayış evinə tam hüquqlu ailə üzvü kimi gəlin köçmüşdür. Beləliklə ailə üzvü kimi 2001- ci ildən 2023-cü ilin avqust ayına kimi həmin fərdi yaşayış evində yaşamışdır. Mübahisə edilən fərdi yaşayış evində uşaqları anadan olmuşlar. Ailədə ilk günlər münasibətləri normal olsa da, sonradan qayınanası ailə işlərinə qarışdığına görə, həm də əri anasını müdafiə etdiyi üçün ailədə narazılıqlar olmağa başlamışdır. Belə ki, səbəbsiz olaraq əri tərəfindən döyülərək bütün qızıl zinət əşyaları ondan alınaraq uşağı ilə birlikdə evdən qovulmuşdur. O və uşaqları mübahisə edilən evdə 2001-ci ildən 2023-cü ilin avqust ayına kimi ailə üzvü kimi yaşamışlar və həmin fərdi yaşayış evinə pasport qeydiyyatındadırlar. Onlar həmin evə köçürülməsinlər deyə qayınanası Cavabdeh2 və qaynı Cavabdeh4, əri Cavabdeh1 və mərhum qayınatası Seyfulla Seyfullayevi aldatmış, onları əmin edib ki, evi və torpaq sahəs ini adına keçirib çıxarış aldıqdan sonra ailə üzvləri arasında böləcəklərdir. Beləliklə Cavabdeh4 mərhum qayınatası Seyfulla Seyfullayevi və Cavabdeh1 aldadaraq Astara rayon Notariat Ofisinə gətirmiş və xx.xx.2024-cu il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsinə imza etdirmişdir. Beləliklə uşaqları ilə birlikdə qeydiyyatda olduqları və 22 ildən artıq ailə üzvü kimi yaşadıqları fərdi yaşayış evi razılıqları olmadan başqa şəxsə yəni Cavabdeh4 18 yanvar 2024-cü il tarixdə aldadılma yolu ilə bağışlamışlar. Birgə yaşadıqları müddətdə öz vəsaitinə fərdi yaşayış evini təmir edib əhəmiyyətli dərəcədə vəsait xərcləmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddia ərizəsi əsassızdır. X3 xx.xx.2024-cü il tarixdə Astara rayon Notariat ofisində sənədləşdirmə aparmış, yaşadığı evi ona hədiyyə etmişdir. xx.xx.2024-cü il tarixdə X3 rəhmətə getmişdir. Hazırda həmin evdə bir örtüyün altında anası, böyük qardaşı Laçın və bacısı Gülayım olur. Onların giriş qapısı ayrıdır. Onun böyük qardaşı Cavabdeh1 9 il Rusiyada yaşayıb, onun həyat yoldaşı İddiaçı Şaid qızı onun dayısı qızı olmaqla, həmçinin bibisi qızıdır. Onun qardaşı olmadığı üçün mərhum atası ona öz 2 mərtəbəli evini hədiyyə etmişdir. İddiaçı onlarla birlikdə 2001-ci ildən 2023-cü il avqust ayına qədər həmin evdə yaşayıb. Sonra özü könüllü olaraq öz başına avqust 2023-cü il tarixdə atasının evinə getmişdir. Aralarında heç bir dava-dalaş, mübahisə olmamışdır. Özü öz təşəbbüsü ilə nikahdan ayrılmaqdan ötrü Astara rayon Məhkəməsinə ərizə vermişd ir və bütün öz əşyalarını götürüb anasının evinə aparmışdır. Onun atası dəfələrlə xəstə olub, ona müalicə və müayinələrə aparmışdır. Dəfələrlə onun müalicə dərmanlarını o almışdır. Ölümünə bir-iki il qalmış dialez xəstəsi olmuşdur. Yenə o və ailəsi ona qayğı göstərmişlər. Bütün bunlara görə atası da evi ona hədiyyə etmişdir. Bundan əlavə daima yaşadığı evin 3 otağını artırmışdır, evin bütün təmir işlərini və şiferlərini özü dəyişmişdir.
7. Astara Rayon Məhkəməsinin 2(018)-137/2025 saylı, 13 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia təmin edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X7 tam mülkiyyət üzrə məxsus olan ünvan 1ində yerləşən ümumi sahəsi 143,6 kv.metr, yaşayış sahəsi 60,6 kv.metr, yardımçı sahəsi 83 kv.metr olan 03 (üç) otaqlı fərdi yaşa yış evində və Cavabdeh1, Cavabdeh2, X9 və X4 birgə mülkiyyət üzrə məxsus olan 0,06 ha olan torpaq sahəsində qeydiyyatı olduğu halda bağışlama müqaviləsində onun iradə ifadəsi əks olunmamış, həmçinin Cavabdeh1 və Cavabdeh2 müqavilə bağlanan zaman yanılmanın təsiri altında hərəkət etmişlər.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337.1, 337.2, 337.4, 339.1, 339.2 və 666.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh4 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-773/2025 nömrəli, 5 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər T.X.Heydərov (sədrlik edən, məruzəçi), M.S.Sadıqov və A.N.Novruzova) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunmaqla, iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti təşkil edən fərdi yaşayış evində iddiaçı ilə Cavabdeh1 faktiki nikah münasibətində olaraq ər-arvad kimi yaşamışlar və nikah münasibətləri xx.xx.2004-cü il tarixdə rəsmiləşdirilmişdir. Beləliklə də iddiaçının həmin fərdi yaşayış evində yaşamaq hüququ yaranmışdır. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yarandığından, dövlət də yalnız dövlət qeydiyyatına alınmış nikah münasibətlərindən irəli gələn hüquqları tanıdığından, tərəflər (arasında rəsmi nikah münasibətləri olduğundan, onlar arasında olan münasibət ailə və ər-arvad münasibəti kimi dəyərləndirildiyindən, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi ilə bağlı münasibətlərə ailə hüququ kontekstindən yanaşılması istisna edilməlidir.
14. Göründüyü kimi, hazırkı mübahisə predmeti təşkil edən fərdi yaşayış evinin Seyfulla Seyfullayev tərəfindən Cavabdeh4 bağışlanması zamanı, Seyfulla Seyfullayevin müqavilə bağlamaq hüququ iki halda məhdudlaşdırıl a bilər. Birinci halda həmin əmlak ər-arvadın ümumi əmlakı kimi, ikinci halda isə vərəsəlik hüququ ilə məhdudlaşdırılmış olmalıdır. Vərəsəlik hüququ vərəsəlik hüququ münasibəti əsasında yarandığından, hazırkı halda istisna edilməlidir. İkincisi mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə olunsun.
15. İş materiallarından görünür ki, Reyestr Xidməti tərəfindən verilmiş fərdi yaşayış evinin Texniki Pasportunda mübahisəli evin tikildiyi tarix kimi 1969-cu il göstərilmiş və fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli X1 mülkiyyətinə, yerləşdiyi torpaq sahəsi isə cavabdehlərin mülkiyyətinə verilmişdir.
16. Göründüyü kimi cavabdehlərin həmin fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə (1969-cu ildə əldə olunmuşdur) gözlən ilən mülkiyyət hüquqları olmuşdur. Belə ki, cavabdehlərin yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən ev onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilməklə təsərrüfatbaşına kitabda qeydiyyata alınmışdır. Dövlət isə cavabdehlərin yaşayış sahəsi üzərində ilkin mülkiyyət hüquqlarının yaranmasını qanuni hesab edir, həmin qeydiyyatı (təsərrüfatbaşına kitabdakı qeydiyyatı) tam mülkiyyət hüququnun qeydə alınması üçün ilkin hüquqmüəyyənedici sənəd kimi tanımışdır. Cavabdeh X6 İddiaçı ilə Cavabdeh1 birgə nikaha daxil olduqları dövrdə yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən mənzil onun xüsusi ülkiyyətində olan torpaq sahəsində inşa edildiyi üçün özbaşına tikili kimi qəbul edilə bilməz. Yəni qeyd edilən tikili və onun yerləşdiyi torpaq sahəsi üzərində cavabdehlərin gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur.
17. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddia etdiyi kimi (iş materillarından görünür ki, atası evində qeydiyyatdadır) mübahisəli fərdi yaşayış evində istifadə hüququnun olması cavabdeh Seyfulla Seyfullayevin həmin əmlak üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz.
18. Bundan əlavə, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ər-arvadın birgə nikah dövründə əldə olunan əmlakı kimi qəbul edilmədiyindən, həmçinin mübahisəli fərdi yaşayış evi üzərində Seyfulla Seyfullayevin mülkiyyət hüququnun olmasına dair çıxarış ləğv (və ya etibarsız hesab) edilmədiyindən, məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin əmlak ümumi paylı mülkiyyətdə olan əmla k kimi qəbul edilməməklə, həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı hər hansı əqdin bağlanması, Seyfulla Seyfullayevin mülkiyyət hüququnun realizəsi kimi dəyərləndirilməlidir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi cavabdeh Seyfulla Seyfullayev tərəfindən digər Cavabdeh4 bağışlanmışdır. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd bağlamaq imkanı verir. İddiaçı həmin əmlakın birgə mülkiyyətçisi deyildir.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hətta iddiaçının iddia etdiyi kimi mübahisəli mənzilə 2001-ci ildə cavabdehlərin ailə üzvü olan Cavabdeh1lə ailə qurduqdan sonra köçməsi və həmin mənzildə uzun müddət yaşaması, həmin mənzildə istifadə hüqu qu əldə etməsi belə, mülkiyyətçilər tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxsin, yəni iddiaçının iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxsə mənsub olduğunu göstərir. Bu isə mülkiyyət hüququnun mahiyyətinə zidd olmaqla, mülkiyyət hüququna müdaxiləni qaçılmaz edir. Belə olan halda, ünvan 1ində yerləşən ümumi sahəsi 143,6 kv.metr, yaşayış sahəsi 60,6 kv.metr, yardımçı sahəsi 83 kv.metr olan 03 (üç) otaqlı fərdi yaşayış evinin və 0,06 ha olan torpaq sahəsinin bağışlanmasına dair Astara rayon notariat ofisində rəsmiləşdirilmiş 4Ə-45 N ilə qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi əsaslı hesab edilə bilməz.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin faktiki halların dan göründüyü kimi iddiaçının mübahisələndirdiyi bağışlama müqaviləsi üzrə tərəflər Cavabdeh1, Cavabdeh2, X9, X5 və Cavabdeh4dur. Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə tərəflərin iradə ifadəsini təsbit edir. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Hazırda isə müqavilənin etibarsızlığı tələbi ilə məhkəmə müqavilə üzrə tərəf olmayan şəxs müraciət etsə də, bağlanmış olan müqavilə üzrə onun hansı hüquqlarının pozulmuş olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, iddiaçının mübahisəsini etdiyi yaşayış sahəsinə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv h üququn sahibi kimi qəbul etmək mümkün deyildir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı.
22. Bundan başqa o, da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatları əsasında onların müqavilə bağlanan zaman yanılma vəziyyətində hərəkət etmələrini bildirərək iddianın təmin edilməsini xahiş etməsi, bağışlama müqaviləsinin etibarsızlığının təmin edilməsi üçün əsas kimi də qəbul edilə bilməz. Çünki iddia tələbi İddiaçı tərəfindən, yəni müqavilənin etibarsızlığını tələb etməyə subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış və həmin iddia tələbi üzrə də cavabdehləri n izahatı müqavilənin etibarsızlığı ilə bağlı iddianın tərkibi kimi qəbul edilə bilməz. Məhkəmə yalnız müqavilənin etibarsızlığını iddia etməyə subyektiv hüququ olan, yəni hazırki işdə cavabdehlərin belə bir iddia qaldırması halında, onların müqavilə bağlayarkən yanılma nəticəsində olub-olmamasını araşdırmaqla hüquqi qiymət verilməsi mümükün ola bilər.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 666.1 və 666.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayətinin dəlillərinə görə, mübahisəyə nəzər saldıqda görünür ki, (cavabdehlərin iddianı qəbul etməsi barədə bildirdikləri, iş materiallarında olan video və səs yazıları) mübahisələndirilən bağışlama müqaviləsinin etibarlı hesab edilməsi üçün hədiyyə verənin iradə ifadəsi olmamışdır. Əgər mübahisə göstərilən əsasla araşdırılarsa, o zaman bağışlama müqaviləsinin etibarsız əqd olduğu görünər. Lakin hazırkı mübahisədə əqdi etibarsız edən bir digər hal da vardır ki, bu Mülki Məcəllənin 355-ci maddəsində öz əksini tapan üçüncü şəxslərin razılıqlarıdır. Belə ki, işin hallarından göründüyü kimi hazırkı iş üzrə iddiaçı müqavilənin üçüncü şəxsidir və onun r azılığının alınması mütləqdir. Bu razılığın mütləq alınmasını Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat da zəruri edir. Lakin hazırkı mübahisə üzrə varlanan şəxs Cavabdeh4 bu razılığı ala bilməyəcəyini yəqinləşdirdikdən sonra kənd icra nümayəndəliyindən qanunsuz yollarla həqiqəti əks etdirməyən arayış almış və bu yolla notariusu aldatmaqla əqdi bağlamışdır ki, hazırkı hissədə qeyd edilən maddi hüquq normaları bu əqdin etibarsızlığını təsdiq edir və məqsədli şəkildə yalan sənədlə bağlanan əqdin etibarsızlığına şübhə yeri qoymur. Lakin apellyasiya instansiya məhkəməsi bu normaları bildiyi halda bunları pozaraq hazırki qanunsuz qətnaməni çıxarmışdır. Bundan əlavə, iş üzrə əvvəlcə cavabdeh olaraq müəyyən edilən mərhum Seyfulla Seyfullayev əqd bağl adıqdan bir müddət sonra ölmüşdür. Hətta bu şəxsin video çəkərək məhkəməyə müraciəti də göstərir ki, adı çəkilən şəxs əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşməmişdir. Həmçinin məhkəmə sübutları obyektiv qiymətləndirməmiş, tərəflərin bərabərliyi və məhkəmə prosesinin çəkişmə və faktlar əsasında həyata keçirilməsi normalarını heçə sayan qətnamə qəbul etmişdir. Qanunvericiliyin qeyd edilən tələblərindəndə göründüyü kimi tərəflərin məhkəmə iclas zalında verdikləri izahatlar iş materialları ilə qarşılıqlı şəkildə öyrənilməli və həmin izahatlara qiymət verilməlidir. Lakin hazırkı mübahisədə hakim bunu etməmiş, cavabdehlərin izahatında qeyd olunan halları görməzdən gəlmişdir. Əgər apellyasiya instansiyası qeyd edilən izahatlara diqqət etmiş olsaydı, cavabdehlərin əksəriyyətinin iddianı etiraf etdiklərini və əsl iradə ifadələrinin bağışlama müqaviləsini bağlamaq olmadığını görər və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməzdi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
28. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və m üqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
29. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
30. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə xətd ə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
34. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
35. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
43. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
45. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, 2001-ci ildən iddiaçı ilə Cavabdeh1 faktiki nikah münasibətinə daxil olmaqla mübahisəli evdə yaşamışlar və onların nikahı xx.xx.2004-cü il tarixdə rəsmiləşdirilmiş və iddiaçının həmin evdə yaşamaq hüququ yaranmışdır. Belə ki, işin mübahisə olunmayan hallarına görə, mübahisəli fərdi yaşayış evi 1969-cu ildə inşa edilməklə xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən X6 mülkiyyətində, evin yerləşdiyi torpaq sahəsi isə cavabdehlərin birgə mülkiyyətində olmuşdur.
46. Göründüyü kimi iddiaçı, cavabdeh Nuridə Seyfullayevlə ailə qurarkən Seyfulla Seyfullayevin mübahisəli ev üzərində mülkiyyət hüququ əmələ gəlməsə də, onun həmin ev üzərində, habelə cavabdehlərin evin yerləşdiyi torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ olmuşdur. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının iddia etdiyi kimi mübahisəli fərdi yaşayış evində istifadə hüququnun olması, cavabdeh Seyfulla Seyfullayevin həmin ev üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz.
47. Bundan əlavə, mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ərarvadın birgə nikah dövründə əldə olunan əmlakı kimi qəbul edilmədiyindən, həmçinin mübahisəli fərdi ya şayış evi üzərində Seyfulla Seyfullayevin mülkiyyət hüququnun olmasına dair çıxarış ləğv (və ya etibarsız hesab) edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin ev ümumi paylı mülkiyyətdə olan əmlak kimi qəbul edilməməklə, həmin evin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı əqdin bağlanması, iddianın təmin edilməsi üçün əsas ola bilməz.
48. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi bağışlama müqaviləsi üzrə tərəflər Cavabdeh1, Cavabdeh2, X9, X5 və Cavabdeh4dur və həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirir. Hazırda iddiaçı, müqavilənin etibarsızlığını tələb etsə də, həmin müqavilənin bağlanması zamanı hansı hüququnun pozulmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə dair qanunla qorunan hər hansı hüququ əmələ gəlmədiyindən, onu hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyil.
50. Bundan başqa o, da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarına əsaslanaraq, onların müqavilə bağlanan zaman yanılma təsiri altında hərəkət etmələrini bildirərək, iddiaçının iddia tələbinin təmin edilməsini xahiş etməsi, bağışlama müqaviləsinin etibarsızlığının təmin edilməsi ü çün əsas kimi qəbul edilə bilməz. Çünki iddia tələbi İddiaçı tərəfindən, yəni müqavilənin etibarsızlığını tələb etməyə subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış və həmin iddia tələbi üzrə də cavabdehlərin izahatı müqavilənin etibarsızlığı ilə bağlı iddianın tərkibi kimi qəbul edilə bilməz. Məhkəmə yalnız müqavilənin etibarsızlığını iddia etməyə subyektiv hüququ olan, yəni hazırki işdə cavabdehlərin belə bir iddia qaldırması halında, onların müqavilə bağlayarkən yanılma nəticəsində olub-olmamasını araşdırmaqla hüquqi qiymət verilməsi mümükün ola bilər.
51. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələbləri ni nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 may 2025-ci il tarixli, 2(103)-773/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.