Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2559/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1,İddiaçı, vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh” İB-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 avqust 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.Səlimova) İddiaçı Cavabdeh” İB-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Eyvazov, hakimlər S.Hacıyev və F.Talışınski) Xətai rayon məhkəməsinin 18 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, Mərdəkan qəsəbəsi, D. Dadaşov küçəsində ona ayrılmış 3/210 saylı torpaqda inşa etdiyi fərdi yaşayış evinin qazla təchiz edilməsi haqqında Cavabdeh İB-yə dəfələrlə müraciət etmiş, lakin sonuncu iddiaçı ilə qaz təchizatı müqaviləsi bağlamaqdan əsassız imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəmədə iddia qaldırmış və Bakı Apellyasiya Məhkəməsi MK-nın 10 fevral 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh İB-nin üzərinə iddiaçı ilə qazın alqı-satqısına dair müqavilə bağlamaq və qaz sayğacı quraşdırmaq vəzifəsi qoyulmuşdur. Həmin qətnamə qüvvəyə minsə də, cavabdeh onun icrasını müxtəlif bəhanələr gətirməklə yerinə yetirməmiş, yalnız iddiaçının Ombudsmana müraciətindən sonra 2018-ci ilin fevral ayında iddiaçıya məxsus evə qaz verilmişdir. Hesab edir ki, istehlakçı kimi hüquqları pozulmuşdur. Ona görə də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbləri baxımından maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Lakin apellyasiya məhkəməsi bunları nəzərə almamış, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Beləliklə, Ba kı Apellyasiya Məhkəməsinin MK-nın 28 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi haqqında yeni qərarın qəbulunu xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR İddiaçı Cavabdeh İB-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi və mənəvi zərərə görə 10.000 avro məbləğində pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək vurulmuş maddi zərərə görə 142,64 manat, mənəvi zərərə görə 20.000 manat məbləğində pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinlə yib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. İşin mübahisəsiz hallarından aydın olur ki, iddiaçı R. Rəhmanov 2016-cı ilin yanvar və fevral aylarında Cavabdeh İB-yə müraciət edərək Mərdəkan qəsəbəsi, D. Dadaşov küçəsindəki 3/210 saylı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin qazla təchiz edilməsi məqsədilə qaz sayğacının quraşdırılmasını və qaz alqı-satqı müqaviləsinin bağlanmasını xahiş etmişdir. Lakin cavabdeh həmin müraciəti yerinə yetirməkdən imtina etmiş, iddiaçı bu barədə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Bakı Apellyasiya Məhkəməsi MK-nın 10 fevral 2017-ci il tarixli qətnaməsi ilə R. Rəhmanovun iddiası təmin edilərək Mərdəkan qəsəbəsi, D. Dadaşov küçəsindəki 3/210 saylı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evində quraşdırılmış məişət qaz qurğusu, qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulması, qaz təminatının həyata keçirilməsi məqsədilə qaz sayğacının quraşdırılması və qazın alqı-satqı müqaviləsinin bağlanması Cavabdeh İB-yə həvalə olunmuşdur. Həmin qətnamə qanuni qüvvəyə minmiş, lakin cavabdeh onun icrasını vaxtında təmin etmədiyinə görə iddiaçı müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlamışdır. Yalnız bundan sonra 2018-ci ilin fevral ayında sözügedən qətnamənin icrası təmin edilmiş, yəni iddiaçıya məxsus evdə qaz sayğacı quraşdırılmış və **********00001 kodu açılmışdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus evə qaz sayğacının quraşdırılması və qazın alqı-satqı müqaviləsinin bağlanması dərhal deyil, müəyyən yoxlama prosedurlarının (məişət qaz qurğusu, qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra və sertifikat verildikdən sonra) həyata keçirilməsindən sonra cavabdehə həvalə edilmişdir ki, cavabdeh də onun üzərinə düşən vəzifələri icra etmişdir. Eyni zamanda, iddiaçı cavabdeh tərəfindən ona maddi və mənəvi zərər vurulmasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsini gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. İddiaçı R. Rəhmanovun zərərin əvəzini tələb edir; deməli, iddiaçı hesab edir ki, cavabdeh onun müraciətini vaxtında qanunsuz olaraq icra etmədiyindən mü lki hüquq pozuntusu (delikt) törətmiş və iddiaçıya zərər vurmuşdur. Bu baxımdan, cavabdehin iddiaçı qarşısında deliktdən irəli gələn öhdəliyinin olub-olmaması Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 59-cu fəslinin müddəaları baxımından qiymətləndirilməlidir. MM-in 1096.1-ci (“Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).”) və 1097.1-ci (“Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. ”) m addələrindən aydın olduğu kimi, mülki hüquq pozuntusuna görə məsuliyyətin əmələ gəlməsi üçün, bir qayda olaraq, aşağıdakı dörd elementin məcmu halda mövcudluğu tələb edilir: 1) hüquqa zidd əməl; 2. zərər vuranın təqsiri (təqsirsiz məsuliyyət halları istisnadır, MM, m. 1097.3); 3. zərər; 4. səbəbli əlaqə. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işin halları baxımından cavabdehin mülki hüquqi məsuliyyətinin yaranması üçün sadalanan dörd element məcmu halda mövcuddur. Belə ki, iddiaçı 2016-cı ilin yanvar və fevral aylarında cavabdehə müraciət etmiş, müraciəti yerinə yetirilməmiş, məhkəmədə iddia qaldırmış və yalnız 2 il sonra qazla təchiz edilmişdir. Halbuki “Qaz təchizatı haqqında” qanunun 13-cü maddəsinin 1-ci hissəsinə görə, energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqav ilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. MM-in 400.1-ci maddəsinə görə, əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir. “İstahlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 8-ci maddəsinə görə, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin i cra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur Göründüyü kimi, Cavabdeh İB iddiaçı X1un müraciəti əsasında sonuncunun qazla təchiz edilməsini həyata keçirmək öhdəliyi daşıyır və bu öhdəlik birbaşa qanundan irəli gəlir. Cavabdeh İB 2 il ərzində bu öhdəliyini icra etməməklə yuxarıda sadalanan normaların tələbini pozmuşdur; başqa sözlə, onun məsuliyyətinin yaranmasının ilkin şərti – hüquqa zidd əməl (hərəkətsizlik) mövcuddur. Məsuliyyətin ikinci şərti, yəni təqsirin də mövcudluğu şübhəsizdir. Çünki keçən müddət ərzində cavabdeh bilərək (qəsdən) və ya kobud ehtiyatsızlıq göstərərək iddiaçının müraciətini icra etməmiş, yalnız məhkəmə qətnaməsinin qəbulundan bir neçə ay sonra qaz təchizatını təmin etmişdir. Məsuliyyətin digər şərti, yəni zərərin mövcudluğuna gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları vurğulamağı zəruri sayır. Məlum olduğu kimi, zərər maddi və mənəvi formada meydana çıxa bilər. Maddi zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış f ayda) başa düşülür (MM, m. 21.2). İşin yuxarıda göstərilən hallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnaməni digər əsaslrala yanaşı həmçinmin onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin dəydiyini sübuta yetirə bilməmişdir. Sübutetmə yükü baxımından bu kreiterilərin tətbiqi mübahisə doğurmasa da mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı nəzərə almaq lazımdır ki, maddi zərərdən fərli olaraq mənəvi zərərlə bağlı konkret sübutların təqdimi mümkün deyildir. Bu mənada məhkəmə işin faktiki hallarından hərəkət etməklə dəymiş mənəvi zərərin miqdarını müəyyənləşdirə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 14-cü maddəsinə görə, istehlakçıların bu Qanunda nəzərdə tutulan hü quqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ““Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarının 10-cu bəndinə də ifadə edildiyi kimi, “... mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”. Beləliklə, məhkəmə kollegiyası hazırkı mübahisənin konkret hallarından çıxış edərək 300 manat məbləğində mənəvi zərərin əvəzinin tutulmasını ağlabatan və ədalətli hesab edir. Nəhayət, hazırki mübahisənin halları onu deməyə əsas verir ki, məsuliyyətin yaranmasının sonuncu şərti, zərər və hüquqa zidd əməl arasındakı səbəbli əlaqə də mövcuddur. Çünki iddiaçıya dəymiş maddi (real) zərər və mənəvi zərərin məhz cavabdehin hüquqa zidd əməlindən qaynaqlandığı şübhəsizdir. Azərb aycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi MK-nın 28 avqust 2018-ci il tarixli qətnaməsi İddiaçı Cavabdeh” İB-yə qarşı mənəvi ziyanı n ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh İB-dən vurulmiş mənəvi zərər görə 300 manat pul tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2559/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2559/2019
16.04.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver