Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2559/2020 19.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13225/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4692/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.C.Xəlilova) İddiaçı Cavabdeh1 MMC və digərlərinə qarşı “daşınmaz əmlak ın qiymətləndirilməsi barədə qiymətləndirmə rəylərinin etibarsız hesab edilməsi, əmlakın hərraca çıxarılması barədə sifarişin, əmlakın açıq hərracdan satılması barədə hərracın təyininin ləğv edilməsi və əmlakın ilkin satış qiymətinin hazırki real bazar dəyəri olan 217.800 manat müəyyən edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13225/2019 saylı qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı mə hkəmədə cavabdehlərə və üçüncü şəxslərə qarşı iddia qaldıraraq, Cavabdeh1 MMC mülkiyyət hüququ üzrə X2 adına reyestrdə qeydə alınmış Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,19 ha torpaq sahəsi, orada olan iki mərtəbəli fərdi yaşayış evinin xx xxxxxx 2018-ci il tarixə bazar qiymətinin 18.000 manat müəyyən edilməsinə dair xx xxxx 2018-ci il tarixli, 04 saylı və Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,18558 ha torpaq sahəsi, orada olan bir mərtəbəli fərdi yaşayış evinin 30.000 manata qiymətləndirilməsi barədə xx xxxx 2018-ci il tarixli, 03M saylı qiymətləndirmə rəylərinin etibarsız hesab edilməsi, Cavabdeh3 icra məmurunun həmin əmlakların hərraca çıxarılması barədə sifarişi, cavabdeh “xxxx” MMC həmin əmlakların açıq hərracda satılması barədə hərracın təyininin ləğv edilməsi, adı çək ilən əmlakın ilkin satış qiymətinin hazırki real bazar dəyəri olan 217.800 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhvə nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, vəkili Vəkil, cavabdehlər “xxxx” MMC, “Da şınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”, Cavabdeh3, “xxxx” MMC, Bəybala Babayev, Məlahət Babayeva, Rəsul Şahməmmədov, Atabəy Babayev, Gülbaba Babayev, Mehman Bağırov və üçüncü şəxslər “xxxx” VTB ASC, İradə İsmayılova məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlay ıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia tələblərinin əsassız olmasına, iddia tələblərini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2, 61.1, 62.1-ci maddələrinin və digər maddi, prosessual hüq uq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə “xxxx VTB (Azərbaycan)” ASC-nin X4 və digərlərinə qarşı iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada xx xxxxxx 2015-ci il tarixli, “kommersiya krediti” müqaviləsinə əsasən cəmi 108.256,87 manat kredit borcunun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 120 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Gülbaba Babayevə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 36 “b” saylı evin, 16 saylı mənzilinə, İradə İsmayılovaya məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində 0,18558 ha torpaq sahəsində yerləşən, bir mərtəbəli fərdi yaşayış sahəsinə, eləcə də Şamaxı rayonu, Çuxuryurd kəndində 0,19 ha torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış sahəsinə, Mehman Bağıyevə məxsus olan Bakı şəhəri, Binəqədi ra yonu, 9-cu mkr-on, Mir Cəlal küçəsi, ev 1 “d”, 53 saylı mənzilə, “xxxx” MMC ilə xxxx arasında bağlanmış xx xxxx 2014-cü il tarixli “dövriyyədəki malların girov müqaviləsi”nə əsasən, “xxxx” MMC-nin mülkiyyətində olan, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 54-cü km ünvanında yerləşən mağazalarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, həmin müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin daşınmaz əmlaklar və girov malların açıq hərraca çıxarılması, Gülbaba Babayevə məxsus olan mənzilin açıq hərracda ilkin satış qiymətinin 255.000 manat, İradə İsmayılovaya məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində 0,18558 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli fərdi yaşayış sahəsinin ilkin satış qiymətinin 30.000 manat, həmçinin Şamaxı ra yonu, Çuxuryurd kəndində 0,19 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli fərdi yaşayış sahəsinin ilkin satış qiymətinin 18.000 manat, Mehman Bağıyevə məxsus olan mənzilin açıq hərracda ilkin satış qiymətinin 200.000 manat müəyyən edilməsi, qeyd olunan daşınmaz əmlaklar və dövriyyədə olan malların açıq hərracda satılması və əldə ediləcək vəsaitin xxxxa olan borcun ödənilməsinə yönəldilməsi, qalan məbləğin cavabdehlərə qaytarılması, həmin daşınmaz əmlaklar hərracdan satıldıqdan bir ay sonra cavabdehlərin mənzili tərk etməsi qət edilib, ilkin iddia qalan hissədə təmin edilməyib, eyni zamanda İradə İsmayılovanın “xxxx VTB” (Azərbaycan) ASC və digərlərinə qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməyib. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılaraq icraya yönəldilib. Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Bağırovun xx xxx 2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarı ilə icra sənədinin icrasına başlanmışdır. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 01 saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabat”a əsasən, ipoteka predmetinin ilkin satış qiyməti 24.000 manat müəyyən edilmişdir. xxxxnin hazırkı iş üzrə iddiaçıya ünvanladığı xx xxxx 2019-cu il tarixli məktubla ipoteka predmetinə dair açıq hərrac keçirilməsi barədə məlumat verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasi ya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən daşınmaz əmlaklara dair hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq keçirildiyi üçün birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.2, 61.1 və 62.1-ci maddələrinin tələblərini əsas tutub haqlı olaraq iddia tələblərini rədd etmişdir. Sadalanan maddələrin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna o lmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşıb hesab edir ki, iddia tələblərini rədd etmiş birinci instansiya məhkəməsinin qət naməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və kassasiya instansiyası məhkəməsi həmin dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırılması ilə razılaşır. Belə ki, iş üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola biləcək, iddiaçının hüquq və mənafelərini pozan hər hansı hallar müəyyən edilməmiş, hərrac prosesi qanunun tələblərinə uyğun keçirilmişdir. İddiaçı hərracın nəticələrinin etibarsızlığı əsası kimi ipoteka predmetlərinin dəyərindən ucuz satıldığını iddia etsə də, iş materiallarından göründüyü kimi hərracda ipoteka predmetlərinin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş qiymətlər əsasında təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə istinadla haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi ipoteka predmetlərinin ilkin satış qiymətləri sözügedən qətnamə ilə müəyyən edildiyindən və həmin qətnamə qanuni qüvvədə olduğundan hamı üçün məcburidir və icra olunmalıdır. Sözügedən maddənin mənasına görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki qanunverciliyə görə, hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən o, vaxt etibarsız sayıla bilər ki, hərrac Mülki Məcəllədə müəy yənləşdirilmiş qaydaları pozmaqla keçirilmiş olsun (Mülki Məcəllənin 416.1-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13225/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2559/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2559/2020
19.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver