Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2559/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxslər Ağstafa Rayon Notariat Kontoru, İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidməti daşınmaz əmlakın dövlət reyestrin publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi və X2 cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Ağstafa Rayon Notariat Kontoru, İqtisadiyyat Nazir liyi yanında ƏMDX-nin DƏDKR publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi və X2 cəlb olunmaqla) vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-340/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:
1. X12 ilə X14 20 fevral 1978-ci ildə rəsmi nikah bağlamışdırlar.
2. Cavabdeh xx xxx 1986-cı ildə, X2 29 aprel 1979-cu ildə, İddiaçı isə xx xxxxxxx 1980-cı ildə anadan olmuş, onların atası X12, anası isə Bayramova (Mürşüdova) Ceyran Göycə qızıdır.
3. Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi, dalan 1, ev 4 ünvanındakı 0.0672 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi 23 dekabr 2011-ci ildə X4 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 4. 2012-ci il buraxılışlı, sedan tipli, ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “Hyundai Elantra” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7r.
5. Ağstafa şəhəri, X16 küçəsi, döngə 1, sahə 3B ünvanında yerləşən 0.015 ha. torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Ağstafa rayon DNK-nın 24 yanvar 2017ci il tarixli, 4Ə-19 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alğı-satqı müqavi ləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir.
6. Ağstafa şəhəri, X16 küçəsi, döngə 1, sahə 3B ünvanında yerləşən 0.015 ha. torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X4 adına 8 fevral 2017-ci ildə qeydiyyatdan keçmişdir.
7. X4 5 yanvar 2021-ci ildə, X14 isə 27 dekabr 2021-ci il tarixdə vəfat etmişdirlər.
8. Ağstafa rayon notariat ofisində 3 mart 2021-ci il tarixində imzalanmış ərizələrə əsasən X2, İddiaçı və X14 mərhum X3 qalmış miras əmlakın onlara çatası hissəsindən imtina etmişlər.
9. Azərbaycan Respublikası DƏDRX-in 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli 19 avqust 2021-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi, dalan 1, ev 4 ünvanındakı 0.0672 ha torpaq sahəsin də yerləşən ümumi sahəsi 117.8 ha fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir.
10. Azərbaycan Respublikası DƏDRX-in 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli 12 avqust 2021-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Ağstafa şəhəri, X19 küçəsi, döngə 1, sahə 3B ünvanındakı 0.015 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. 11. 31 avqust 2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh Ağstafa şəhəri, X19 küçəsi, döngə 1, sahə 3B ünvanındakı 0.015 ha torpaq sahəsini X8 5000 manat məbləğinə satmış və həmin torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X5 mülkiyyətinə verilmişdir.
12. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağstafa şəhəri, X 19 küçəsi, döngə 1, sahə 3B ünvanındakı 0.015 ha torpaq sahəsinin mülkiyyətçisi X9r. 13. 31 avqust 2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi, dalan 1, ev 4 ünvanındakı 0.0672 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 ha fərdi yaşayış evi X8 85000 manat məbləğinə satmış və mənzil tam mülkiyyət hüququ üzrə X5 mülkiyyətinə verilmişdir.
14. Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli 20 sentyabr 2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi, dalan 1, ev 4 ünvanındakı 0.0672 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 ha fərdi yaşayış evinin mülkiyyətçisi X9r. İş üzr ə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum atası X4 3 yanvar 2021-ci il tarixdə ölümü ilə əlaqədar açılmış vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında alınmış çıxarışın ləğv edilməsi, mərhum anası X10 həmin miras əmlakda ½ hissədə payının müəyyən edilməsi, anasının həmin payından payının müəyyən edilməsi, həmin hissədə vərəsəlik şəhadətnaməsinin verilməsi, ümumi miras əmlakın paylara mütənasib şəkildə bölünməsi və ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir.
16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X12 2021-ci ilin yanvarın ayının 3-də vəfat etmişdir, onun vəfatından sonra ondan ünvan 6 ünvanında 0.015 ha torpaq sahəsi, ün van 7rləşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan yaşayış evi, “Hyundai Elantra” markalı **-NT-*** qeydiyyat nömrə nişanlı avtomobil miras qalmışdır. Həmin miras əmlakların atasına aid olan hissəsindən iddiaçı, bacısı X2 və anası X14 vərəsəlikdən imtina etmişlər. Həmin vaxt qardaşı Cavabdeh imtina etməyinin ən gərəkli səbəbi olaraq evin satılmamasını onun üzərinə aralarında öhdəlik qoymuşlar, o da həmin razılaşma ilə razılaşmışdır. Daha sonra, yəni xx.xx.2021-ci il tarixdə anası X14 vəfat etmişdir. Həmin miras qalmış olan əmlaklar mərhum atası ilə mərhumə anasının birgə nikahları dövründə əldə olunmuş olan əmlaklar olduğundan, həmin əmlaklarda mərhum anası X10 1/2 payı var ki, iddiaçı vərəsə olaraq həmin əmlakları faktiki olaraq qəbul etmiş dir, yəni həmin ata və anadan qalmış olan yaşayış evində yaşayan şəxs olmadığından, yəni qardaşının ailəsi ilə birlikdə Bakı şəhərinə yaşamaq üçün getdiyindən evə nəzarəti və aylıq ödənişlərini o, etmişdir. İddiaçı mirası qəbul etmiş və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Lakin mirasın qəbul edilməsinin rəsmiləşdirilməsinə cavabdeh maneçilik törədir, evi öz bildiyi kimi bölərək istifadə edir. Burada isə qardaşı Cavabdeh ümumi miras əmlakı əlinə keçirməklə, vermiş olduğu vədinə əməl etmir, yəni ata mülkləri olan yaşayış evini satmaq niyyətindədir. Məhz bu səbəbdən də, tərəfindən verilmiş olan vərəsəlikdən imtina ərizəsinin etibarsız sayılmasını, həmin hissə üzrə mərhum atasından qalmış olan vərəsəlik işi üzrə miras əmlaka, iddiaçının adına ¼ pay olmaqla vərəsəlik şəhadətnaməsi nin verilməsini, atası ilə anasının birgə nikahından əldə olunmuş əmlaklar olduğundan mərhum anasından qalmış olan miras əmlakdan isə 1/3 qədəri ilə pay almaq hüququnun olduğu nəzərə alınsa, o zaman ümumi əmlakda onun payı atasına aid olan hissədə 1/4 pay, anasına aid olan hissədə isə 1/3 pay müəyyən edilməlidir.
17. Cavabdeh və maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
18. Ağstafa Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(015)-662/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Z.Rəsulov)
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əgər iddiaçı mirasın açılmasından sonrakı 6 ayı n ərzində miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla və ya miras əmlaka yiyələnməklə mirası qəbul etmişdirsə, belə olan halda o, mirasın qəbul edilməsi faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli idi. Həmçinin vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizənin etibarsız hesab edilməsi barədə də məhkəməyə müraciət edə bilərdi.
20. Beləliklə, iddiaçının mərhum valideynlərinin birgə nikah dövründə əldə olunmuş miras əmlakları olduğundan mərhum anası X10 ½ payını faktiki olaraq qəbul etdiyini bildirərək, həmin hissədən payın ayrılması tələbi təmin edilə bilməz.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının həmin evdə anadan olması faktı öz-özlüyündə mirasın qəbul edilməsi demək deyil, evdə anadan olma evin miras olaraq qəbul e dilmiş sayılması üçün kifayət deyil. Mirasın açılmasından sonra evdə yaşayan bütün vərəsələr yalnız orada yaşamalarına görə evi miras kimi qəbul etmiş sayılır. İnkar oluna bilməz ki, vərəsə mirasın açılmasından sonra evdə onu miras kimi qəbul etmək niyyəti olmadan da yaşaya bilər. Odur ki, mirasın qəbulu məhz qanunda qeyd olunan “faktiki surətdə idarəetmə” və “yiyələnmə” kimi hərəkətlərdə ifadə olunmalıdır. Əgər şəxs evdə yalnız anadan olubsa, lakin evi faktiki surətdə idarə etmirsə və ya evə yiyələnmirsə, o, evi miras olaraq qəbul etmiş sayılmır.
22. Beləliklə, iddiaçı mirasın açılmasından sonra 6 ay müddət zaman kəsiyində miras evi faktiki surətdə idarə etmə və ya miras evə yiyələnmə hesab edilə biləcək hər hansı davranış nümayiş etdirməmişdir.
23. Məhkəmə mövqeyini Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 1202, 1257.2, 1268.1, 1272, 1274, 1291-ci maddələrinə, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddələsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
24. İddiaçı apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(015)-662/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir.
26. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-340/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), İ.T.Həsənov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(015)-662/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, ünvan 6 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 7rləşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan yaşayış evi və 2012-ci il buraxılışlı, sedan tipli, ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “Hyundai Elantra” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomo bilinə dair Ağstafa rayon notariat ofisində təsdiq olunmuş 4 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında əldə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və 12 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, mərhum X12 ilə mərhum X6 miras qalmış ünvan 6 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 7rləşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan fərdi yaşayış evi və ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “Hyundai Elantra” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 4/6 hissəsinə Cavabdeh, 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə X1 vərəsəlik payının müəyyən edilməsi qət edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər mərhumların qanun üzrə birinci növbə vərəsələridir.
28. Belə ki, ünvan 6 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 7rləşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan yaşayış evi və minik avtomobili mərhum X12 ilə mərhum X10 birgə nikah dövründə əldə edilmiş əmlakdır.
29. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin 17-18, 20-ci vərəqələrində olan X14, İddiaçı və X1 Notariat ofisinə yazdıqları 3 mart 2021-ci il tarixli ərizələrlə müəyyən edilir ki, onlar 5 yanvar 2021-ci ildə vəfat etmiş X3 qalmış mirasdan qanunla müəyyən edilmiş müddətdə imtina etmişlər. Ona görə də X3 qalmış miras əmlaklar üzərində oğlu Cavabdeh ½ hissədə vərəsəlik payı müəyyən edildiyindən, 4 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında əldə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və 12 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilməlidir.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, X14 27 dekabr 2021-ci il tarixdə vəfat etdiyindən, yuxarıda qeyd edilən əmlakların ondan miras qalmış ½ hissəsinə vərəsəlik açılmalı və qeyd edilməlidir ki, mərhum X6 miras qalmış, ünvan 6 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 7rləşən 0.0672 ha torpaq sahəsi və h əmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan fərdi yaşayış evinin və 2012-ci il buraxılışlı, sedan tipli, ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “Hyundai Elantra” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ½ hissəsi üzərində isə 3 nəfər vərəsənin, yəni qanun üzrə birinci növbə vərəsələrin İddiaçı, Cavabdeh və X1 hər birinin bərabər payda, yəni ½ payın 1/3 hissəsində payları vardır.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mərhum X6 miras qalmış əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir.
32. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qanuni olmamış, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir.
33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1, 1256, 1268.2, 1271-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 32.2.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-340/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərini n təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mirasın açılmasından sonrakı 6 ayın ərzində miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla və ya miras əmlaka yiyələnməklə mirası qəbul etmişdirsə, belə olan halda o, mirasın qəbul edilməsi faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli idi. Həmçinin vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizənin etibarsız hesab edilməsi barədə də məhkəməyə müraciət edə bilərdi.
36. Beləliklə, iddiaçının mərhum valideynlərinin birgə nikah dövründə əldə olunmuş miras əmlakları olduğundan mərhum anası X10 ½ payını faktiki olaraq qəbul etdiyini bildirərək, həmin hissədən payın ayrılması tələbi təmin edilə bilməz. İddiaçı nın həmin evdə anadan olması faktı öz-özlüyündə mirasın qəbul edilməsi demək deyil, evdə anadan olma evin miras olaraq qəbul edilmiş sayılması üçün kifayət deyil. Mirasın açılmasından sonra evdə yaşayan bütün vərəsələr yalnız orada yaşamalarına görə evi miras kimi qəbul etmiş sayılır. İnkar oluna bilməz ki, vərəsə mirasın açılmasından sonra evdə onu miras kimi qəbul etmək niyyəti olmadan da yaşaya bilər.
37. Beləliklə, mirasın açılmasından sonra 6 ay müddət zaman kəsiyində iddiaçı miras evi faktiki surətdə idarə etmə və ya miras evə yiyələnmə hesab edilə biləcək hər hansı davranış nümayiş etdirməmişdir. Məhkəmə bildirmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014cü il tarixli qərarı).
38. Həmçinin, Mülki Məcəllənin 354.1-ci maddəsində müəyyən edilmiş müddətin tətbiqi mülkiyyət hüququnun əsassız şəkildə p ozulması kimi qiymətləndirilə bilər. Belə ki, hər hansı şərt ilə və ya müəyyən müddətə mirasdan imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər-hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.
39. Bundan əlavə, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
40. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bun unlada mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.
41. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1, 354, 1246, 1256, 1268.1, 1271, 1272-ci və MPM-in 14, 77.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 1159.1 Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
44. Maddə 1159. 1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
45. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
46. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
47. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
48. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanə tlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüqu qunun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1 H ər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulm uş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yox dur.
61. Belə ki, cavabdehin kassasiya şikayətinin əsas dəlilləri miras əmlakın iddiaçı tərəfindən qəbul edilməməsi ilə bağlıdır.
62. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hü quqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
63. Göründüyü kimi, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin qüvvədən salınması bu zamanadək vərəsəlik hüququnun yaranması üçün zəruri şərt olan - vərəsənin qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməsini sübut etməsinə zərurəti aradan qaldırmışdır.
64. Mülki Məcəllənin 1243 və 1256-cı maddələrinə əsasən, vərəsə - vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan notarial qaydada imtina etmədiyi halda, mirası qəbul etmiş hesab edilir.
65. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mərhum X14 miras qalmış əmlakı barədə vəsiyyətnamə qoymamış və iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə anasından qalmış mirasa münasibətdə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir.
66. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “14” “mart” “2024”-cü il tarixli 2(104)-340/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.