Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2565/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdehnə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: borcun silinməsi tələbi) 12.07.2023 Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2023-cü il tarixli 2(103)1709/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən X1 yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən ona məxsus qaz sayğacına (iddiaçının ünvanına xx.xx.2022-ci il tarixdə sayğac quraşdırılmışdır) 0315740, 0325505, 0324423, 0312492, 303161, 0299133, 0297472, 0303132, 031267 saylı aktlar tərtib edilməklə 7008 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 7008 manat borcun 6958 manat hissəsinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən işin hallarında qeyd olunan aktlar tərtib edilməklə əsassız olaraq yüksək m əbləğdə də borc (7008 manat) hesablanmışdır. Sözügedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Belə ki, həmin mənzildə ümumiyyətlə qaz sayğacı cəmi 2 ay olmamışdır və bu müddət ərzində şlanq qoyularaq qaz sayğacı quraşdırılana qədər o qaydada istifadə olunmuşdur. Bu müddət cəmi 2 ay təşkil etmişdir. Sonradan gəlib sayğac quraşdırsalar da, sözügedən aktlardan və cərimələrdən xəbəri belə olmamışdır. Qaz borcu hesablanan mənzildə yalnız balaca qaz peçi olmuşdur, isitmə sistemi elektrik və odun peçi ilə aparılmışdır. Yəni həmin evdə cəmi 2 ay qazdan qanunsuz istifadə olunduğunu nəzərə alsaq, bu da ən çoxu ümumilikdə 50 manat məbləğ edir. Özü çətinlikdə dolanır və bu qədər borcun hesablanması onun üçün olduqca ağırdır. Onun həmin qaz sayğacına sözüged ən məbləğdə müdaxilə etmək imkanı olmamışdır. Buna baxmayaraq Cavabdeh tərəfindən ona əsassız olaraq yüksək məbləğdə borc hesablanmışdır.
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, evinin yerləşdiyi küçədə 2021-ci ilədək qaz xətti olmamışdır. Yalnız 2021-ci il tarixdə qaz xətti çəkilmiş və ünvanına sayğac yerləşdirilmişdir. Qaz xətti çəkiləndən sonra 2 aydan sonra sayğac yerləşdirilmiş, o da həmin müddət ərzində şlanq vasitəsilə qazdan istifadə etmişdir. Sayğac yerləşdiriləndən sonra həmin şlanq sayğaca quraşdırılmışdır. Aşkar edilmiş xəttin yeri isə svarkalanaraq ləğv edilmişdir. Bundan sonra o, qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməmişdir. Lakin yazılmış borca görə ünvanına qazın verilməmişdir. Ona görə də qazdan istifadə edə bilməmişdir. Evində olan su qızdırıcısı elektrik enerjisi vasitəsilə işləyir və ya odun vasitəsilə suyu isidir. Yemek hazırlamaq üçün qaz balonundan istifadə edir. Qışda isə bir otaqda yaşayırlar və həmin otağıda odun peçi vasitəsilə qızdırırlar.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı tərəfindən təbii qazdan sayğac kənar xətt vasitəsilə dəfələrlə istifadə edilmiş və bu hallar aktlaşdırılmışdır. Həmin aktlar əsasında dəymiş ziyan hesablanaraq onun abonent hesabına hesablanmışdır.
6. Məhkəmə tərəfindən iş üzrə iddiaçının ünvanına keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının ünvanından təxminən 10-20 metr aralıda qaz xətti yerləşir və həmin qaz xəttinin üzərində onun ünvanına aid sayğac quraşdırılmışdır. Sayğacın yerləşdiyi qaz xəttinin aşağı hissəsində svarkalanmış şəkildə çıxış izi mövcuddur. Qeyri-qanuni xətt kimi qeyd olunan iddiaçının ünvanına gedən boru (şlanq) hazırda sayğaca daxil edilmişdir. İddiaçının ünvanında bir mərtəbəli 2 otaqlı ev və torpaq sahəsində hamam kimi istifadə edilən kiçik tikili mövcuddur. Həmin kiçik tikilidə qeyristandard su qızdırıcı var və həmin su qızdırıcısı elektrik enerjisi xəttinə qoşulmuşdur. Yaşadığı bir mərtəbəli evin eyvanında 2 gözlü qaz peçi var və sayğacdan gələn xətt həmin qaz peçinə daxil olur. Otaqların birində qaz sobası mövcud deyil, digər otaqda isə qaz sobası olmasa da sobanın tüstü çıxan borusu vardır.
7. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamələrdən ( bundan sonra tələbnamə) və abonent saldosundan görünür ki, xx.xx.2021-ci il tarixli akt əsasında, PQ-4, QSSQ və dəmir soba avadanlıqları nəzərə alınmaqla PQ-4 avadanlığı üçün 2592 m3, QSSQ üçün 3240 m3 və dəmir soba üçün 3024 m3, cəmi 8856 m3 həcmdə, 885,60 manat (8856 x 0,10 qəpik) dəyərində itirilmiş qazın dəyəri, xx.xx.2021-ci il tarixli akt əsasında, PQ-4, QSSQ və dəmir soba avadanlıqları nəzərə alınmaqla PQ-4 avadanlığı üçün 864 m3, QSSQ üçün 1080 m3 və dəmir soba üçün 1008 m3, cəmi 2952 m3 həcmdə, 295,20 manat (2952 x 0,10 qəpik) dəyərində itirilmiş qazın dəyəri iddiaçının abonent hesabına hesablanmışdır.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(003)2888/2022 saylı qətnaməsi ilə (hakim Sabit Bəhramzadə) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İB-dən iddiaçının abonent hesabına (abonent kodu **********00143) hesablanmış borcdan 6259,68 manat hissəsinin silinməsi, cavabdehdən 82,59 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi iş üzrə icraat zamanı müəyyənləşdirilmiş halları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaql a qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Halbuki qeyd edilən və mütləq olunmalı olan hərəkətlər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Eyni zamanda iş üzrə iddiaçı, iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında təbii qazdan sayğacdan kənar xətt vasitəsilə sayğac quraşdırılanadək iki ay (2021-ci il in mart və aprel ayları) ərzində istifadə etdiyini bildirdiyindən məhkəmə hesab edir ki, həmin aylarda iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə istifadə etməsi halı müəyyən edilir. Lakin bu zaman məhkəmə qeyd edir ki, iddiaçının ünvanına baxış keçirilmədən aktlar tərtib edildiyindən və bununla iddiaçının ünvanında olan avadanlıqlar həmin aktlarda düzgün qeydə alınmadığından dəymiş ziyanın miqdarı (itirilmiş qazın həcmi) düzgün hesablanmamışdır. Belə ki, iş üzrə iddiaçının ünvanına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təbii qazdan yalnız PQ-4 və dəmir soba vasitəsilə istifadə edilmişdir. Baxmayaraq ki, iddiaçının ünvanına baxış keçirilən zaman dəmir sobanın faktiki yerində olması müəyyən edilməmiş, lakin sobanın tüstü borusunun olması ona əsas verir ki, iddiaçı tərəfindən dəmir sobadan istifadə edilmişdir. İddiaçı özü də məhkəmə iclasında qış aylarında dəmir sobadan istifadə etməsini bildirmişdir. İddiaçının ünvanında olan “QSSQ” adlı avadanlığın elektrik enerjisi vasitəsilə istifadə edildiyindən məhkəmə hesab edir ki, həmin avadanlığa münasibətdə hesablanmış ziyan məbləği nəzərə alınmaqla akt əsasında ümumi hesablanmış ziyanın məbləğindən çıxılmalıdır. Bununla da məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən PQ-4 və dəmir soba üçün hesablanmış ziyan, yəni 561,6 manat (2592m3 + 3024m3 x 0,10 qəpik), xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən PQ-4 və dəmir soba üçün hesablanmış ziyan, yəni 187,2 manat (964m3 + 1008m3 x 0,10 qəpik) müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi 748,8 manat (561,6 manat + 187,2 manat) məbləğində borcun silinməsi hissəsində əsassızdır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd edir ki, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlardan başqa digər aktların mötəbərliyinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən və əsaslı olmaları da məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən həmin aktlar əsasında dəymiş ziyanların iddiaçının abonent hesabına hesablanması əsassızdır və həmin borclar silinməlidir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş dəymiş ziyan (748,8 manat) nəzərə alınmaqla 2021-ci ilin iyun ayından 2022-ci ilin may ayınadək hesablanmış ümumilikdə 6259,68 manat məbləğində borc (abonent hesabında olan ümumi borcdan 7008,48 manatdan – iş üzrə müəyyən edilmiş dəymiş ziyanın məbləği 7 48,8 manat) iddiaçının abonent hesabından silinməlidir.
10. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 20, 21.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5, 6.6, 6.7ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnanmə çıxararkən maddi və prosessual hüquq normalarını pozmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan b ütün faktiki hallar aydınlaşdırılmamışdır. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bundan əlavə, sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz.
13. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1709/2023 saylı mülki iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və G.T.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin istinad etdiyi aktlar iddiaçının sayğacdan kənar qaz xəttinə qoşulması barədə tərtib edilmiş, akt iddiaçı tərəfindən imzalanmamışdır. Beləliklə, akt birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı aktı imzalamamışdır. Aktda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir. Digər tərəfdən, iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunmuş olur. İddiaçı tərəfin cavabdehin kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi və cavabdehə məxsus olan evə aid olması müəyyən edilməmiş olur. Belə olan halda d a cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz..
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 20, 21.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5, 6.6, 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayət inin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin bir qismini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə, məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur. Bundan əlavə, iddiaçı əslində əldə etdiyi Cavabdeh İB-nin mülkiyyətindəki qazdır, bu qazı isə müqavilədə nəzərdə tutlmuş şəkildə yox, qeyri-qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar.
18. Həmçinin məhkəmələr mül ki işi araşdırarkən mülki işə əlavə edilmiş ödəniş cədvəlini və ya saldonu araşdırmamışdır. Belə ki, saldoya nəzər salarkən görünür ki, iddiaçı tələbin nə üçün hansı səbəbə verməsi qeyri müəyyən olaraq qalmaqdadır. Yəni mübahisələndirilən aktlar tərtib edilən dövrdə iddiaçının yaşamasını və yaşamaqdan ötrü zəruri olan təbii qazdan istifadə etməsini nəzərə alaraq, qeyd edilən dövrdə nə qaz sərfiyyatı mövcud olmuş, nə də ki qaz sərfiyyatına görə hər hansı ödəniş olmuşdur. Bununla da cavabdeh tərəfindən tərtib edilmiş aktların qanuni və əsaslı olmasını sübut edir, həmçininin sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə mübahisələndirilən aktların tərtib olunmasını zəruri etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alsaq, iddiaçını mübahisəsinin əsassız olduğunu həmiçinin məhkəmələrin idd ianı təmin edilməsinə dair qətnamələrinin əsassız olduğunu sübut etməkdədir.
19. Həmçinin yuxarıda adı çəkilən akların tərtibi zamanı çəkilmiş və əlavə edilmiş fotoşəkillərdən də görünür ki, iddiaçı tərəfindən aşkar surətdən sayğacdan kənar təbii qazdan istifadə edilir və bu faktın fotoşəkillərlə sübut edilməsinə baxmayaraq məhkəmə işin tam obyektiv və hərtərəfli araşdırılmasına maraqlı olmamışdır.
20. Məhkəmələr işin obyektiv araşdırılmasına maraqlı olmamış mülki iş üçün nə ekspertiza keçirilmiş, nə də yerli baxış həyata keçirilmişdir. Yuxarıda qeyd edilən hər hansı prosessual hərəkətləri keçirməyərək əsassız mülahizələrlə qətanmə qəbul edilmişdir.
21. Həmçinin, qanunvericilikdə hər bir tərəf öz tələblərini sübut etmək vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları iddiaçıdan tələb e tmiş, nə də ki tərəfimizdən təqdim edilmiş sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Saldoda qeyd edilənləri iddiaçı mübahisələndirsə də, onları təkzib edəcək hər hansı sübut təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu
23. Maddə
20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
24. Maddə 21.1 Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmla k üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
25. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
26. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
27. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilmə si hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olu nmuş sübutlarla əsaslandırır.
32. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələ r əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin d əlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
41. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2023 -cü il tarixli 2(103)-1709/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.