Məhkəmə qərarları › İş №2(102)-2566/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2566/2019

15.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2566/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdeh vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı2 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(005)1279/2018 saylı qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2(103)-9049/2018 saylı qətnaməsi ilə (hakimlər R.Eyvazov sədrlik edən, məruzəçi, S.Hacıyev və F.Talışinski) İddiaçı1 və İddiaçı2 Cavabdeh Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti» MMC-yə və X5 qarşı «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(005)-1279/2018 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(005)-1279/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh Daşınar və Daşınmaz Ə mlakların Qiymətləndirilməsi Xidməti» MMC-yə və X5 qarşı «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evi barəsində keçirilmiş hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı2 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunma sını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdeh X3 vəkili X6 isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, iddiaçı tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hes ab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 2/5 hissəsi X7 tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş və o, ilk olaraq bu h issənin mülkiyyətçisi olmuşdur. Həmin əmlakın digər 2/5 hissəsinin mülkiyyətşisi X1, 1/5 hissəsinin isə mülkiyyətçisiİddiaçı2olmuşdur. X7 qeyd edilən əmlakın natural qaydada bölünməsi tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin iddiası rədd edilmişdir. Bundan sonra X3 yeni iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə əmlakın açıq hərracdan satılması və satışı pulunun paylı mülkiyyətin mülkiyyətçilərinin əmlakdakı paylarına mütənasib olaraq bölüşdürülməsi hissəsində təmin edilmişdir. Bu qətnamə qanuni qüvvəsini almış və onun icrası qaydasında əmlakın qiymətləndirilməsi keçirilmiş və müəyyən edilmiş qiymətlə əmlak hərraca çıxarılmış və Cavabdeh MMC tərəfindən təşkil edilmiş hərracda satılmışdır. Həmin hərracda iddiaçı İddiaçı21/5 hissədə payı X7 tərəfindən əldə edilmiş və bunun dəyərini təşkil edən 16.250 manat məbləğində pul vəsaiti X7 tərəfindən müvafiq hesaba köçürülmüşdür. Hərracın keçirilməsi ilə bağlı qəzetlərdə elanlar verilmiş, eyni zamanda tərəflərə hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən, qeyd etmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həracdan satılması ilə bağlı keçirilmiş hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçıların iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın onlardan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, mübahisəli əmlakda iddiaçıl ardan yalnız İddiaçı1 pasport qeydiyyatında olmaqla yaşayır, digər iddiaçıİddiaçı2həmin ünvandan köçmüşdür və orada yaşamır. Hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və bildirişlər bu ünvanlarda qəbul edilmişdir. Məhkəmə iclaslarında İddiaçı2 özü də etiraf etmişdir ki, hərracın keçiriləcək yer və tarix barədə məlumatlı olmuşdur. Başqa sözlə, həmin fərdi evdə yaşamamasına baxmayaraq,İddiaçı2keçiriləcək hərrac barədə məlumatlı olmuşdur. Hərracın yekunlarına dair protokolda iddiaçı İddiaçı2adı mülkiyyətçi kimi göstərilməsə də, bu səhv həmin protokolun arxasında düzəliş edilməklə aradan qaldırılmışdır. Məhkəmə iddiaçı İddiaçı2 bildirişlərin onun tərəfindən qəbul ed ilməməsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçıya göndərilən bildirişlər onun qeydiyyatda olduğu ünvan üzrə qəbul edilmiş və bu faktı təsdiq edən sənəd üzərində iddiaçının (İddiaçı1) adı və soyadı dəqiq ğöstərilmişdir. Eyni zamanda, qanunvericiliyi tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilmişdir. Həmin bildirişlərin iddiaçı İddiaçı2faktiki ünvanı üzrə göndərilməsi, habelə qəzetlərin ona göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının faktiki yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun ozünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu ünvana göndərilmişdir. Məhkəmə eyni zamanda, İddiaçı1 aid hissədə qeyd etmişdir ki, o, mübahiəli əmlakın mülkiyətçisi olmadığından, hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüqu qa malik deyildir. Bu da öz növbəsində onun iddiasının həm də bu əsasla rədd edilməsi üçün hüquqi əsas yaradır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə baxışı zamanı mübahisə obyekti olan yaşayış evi üzrə keçirilmiş hərracın iddiaçıların iddia etdikləri əsaslar üzrə qanunsuzluğu müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətinə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdir ilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. MM-nin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. MM-nin 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. «Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin mü vafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddaçı iddia tələbinin təmin edilməsinə dair hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının istinad etdiyi halların mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etməməsindən əlavə göstərdiklərinin həqiqi olmasına dair də heç bir mötəbər sübut növü təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən m əhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, MPMin 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərba ycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 09 oktyabr 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar