Məhkəmə qərarları › İş №2(102)-2566/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2566/2022

14.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2566/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsız hesab edilməsi və pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2071/2021 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şika yəti üzrə işə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh4 ilə 2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Üçüncü şəxs Cavabdeh4 2015-ci ildə Şəki rayonunun Bideyiz və Çapağan kəndlərində yerləşən və müxtəlif ölçüdə sahələrə malik, əsasən əkin təyinatlı torpaqlar almış və bu barədə ona mülkiyyət hüququna dair müvafiq Çıxarışlar verilmişdir. Üçüncü şəxs Cavabdeh4 həmin torpaq sahələrini sənədlərinin vahid sənəd şəklində hazırlanması məqsədi ilə Cavabdeh2 ilə ümumi tanışları olan Cavabdeh1 xx.xx.2018-ci il tarixdə 1 (bir) ay müddətinə qüvvədə olan etibarnamə vermişdir. İddiaçı isə öz növbəsində qeyd olunan əm laklara dair hüququ olan şəxs kimi notariat qaydasında təsdiqlənməklə buna dair razılıq ərizəsi vermişdir. Torpaq sahələri əsasən Cavabdeh2 və qismən də digər Cavabdeh3 adlı şəxsə alqısatqı edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 15 iyul 2019-cu il tarixli məktubu ilə ona məlum olmuşdur ki, Cavabdeh4 adına Şəki rayonu Bideyiz kəndində 1.292 hektar əkin, 1.614 hektar əkin, 8.1656 hektar əkin, 3.54 hektar əkin, 1.615 hektar əkin, 4.199 hektar əkin, 3.7225 hektar əkin, 0.7174 hektar əkin torpaq sahələri Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunun xx.xx.2018-ci il tarixli 40-1046, 40-1047, 40-1048, 40-1049, 40- 1050, 40-1051, 40-1052 və 40-1053 saylı alqı -satqı müqavilələrinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Şəki rayonu Bideyiz kəndində yerləşən, Cavabdeh4 Sahid oğluna və X3 məxsus 1.29 hektar əkin və 1.61 hektar əkin torpaq sahələri Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunun xx.xx.2018-ci il tarixli 40-1002 və 43-1003 saylı alqı-satqı müqavilələrinə əsasən Xidmətin 12 saylı Şəki Ərazi İdarəsində xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Şəki rayonu Çapağan kəndində yerləşən, Cavabdeh4 ogluna və X3 məxsus 0.40 hektar həyətyanı torpaq sahəsi Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunun xx.xx.2018-ci il tarixli, 40-1009 saylı alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dö vlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində xx.xx.2018-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Bideyiz kəndində yerləşən, əvvəllər Cavabdeh4 məxsus olmuş 1.292 hektar əkin, 1.614 hektar əkin, 8.1656 hektar əkin, 3.54 hektar əkin, 1.615 hektar əkin, 4.199 hektar əkin, 3.7225 hektar əkin, 0.7174 hektar əkin təyinatlı torpaq sahələrinın alqı-satqısına dair Cavabdeh2 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələrinin tam, Şəki rayonu Bideyiz kəndində yerləşən, əvvəllər Cavabdeh4 və X3 məxsus olmuş 1.29 hektar əkin, 1.61 hektar əkin təyinatlı torpaq sahələrinın alqı-satqısına dair Cavabdeh2 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələrinin Cavabdeh4 aid paya münasibətdə qismən, Şəki rayonu Çapağan kəndində yerləşən, əvvəllər Cavabdeh4 və X3 məxsus olmuş 0.40 hektar həyətyanı torpaq sahəsinın alqı-satqısına dair Cavabdeh3 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin Cavabdeh4 aid paya münasibətdə qismən etibarsız hesab edilməsi və həmin müqavilələrin Cavabdeh4 münasibətdə doğurduğu nəticələrin ləğv edilərək əmlakların onun mülkiyyətinə qaytarılması, cavabdehlə r Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pul tutularaq ona və maraqlı şəxs Cavabdeh4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə üçüncü şəxsin cəlb edilməsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək maraqlı şəxs Cavabdeh4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi, iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100.000 manat məbləğində pulun müştərək qaydada tutulmasına dair hissəsində həmin məbləğin İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh4 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun əri Cavabdeh4 məxsus olmuş torpaq sahələrinin satılmasına dair bağlanmış alqı-satqı müqavilələri aldatma yolu ilə bağlandığından etibarsızdır. Belə ki, Cavabdeh4lə Cavabdeh2 Bakı şəhərində eyni binanın müxtəlif mənzillərində yaşamaqla qonşudurlar və Cavabdeh4 həmin torpaq sahələrini, həqiqətən də öz qardaşı Cavabdeh2 satmaq niyyəti olsa idi, bunu etibarnamə əsasında nümayəndə vasitəsilə deyil, özü birbaşa müqavilənin tərəfi kimi çıxış etməklə edə bilərdi. Cavabdeh4 etibarnamə verdiyi şəxs Cavabdeh1 torpaq sahələrinin alqısatqısından əldə olunan vəsaiti bank hesabından çıxararaq Cavabdeh4 deyil, Cavabdeh2 vermişdir. Torpaq sahələrinin bir hissəsi isə digər Cavabdeh3 formal olaraq satılmış və həmin torpaq sahələrinin də dəyəri Cavabdeh4 ödənil məmişdir. Eyni zamanda, torpaq sahələrinin müqavilələrdə qeyd edilən dəyəri həmin torpaq sahələrinin real dəyərindən qat-qat aşağı qeyd edilmişdir. Cavabdeh4 Cavabdeh1 etibarnamə verməkdə həqiqi niyyəti həmin torpaq sahələrinin satılması olmamış, Cavabdeh2 məqsədi isə torpaq sahələrini ələ keçirmək olmuşdur. Həmin torpaq sahələri ilə bağlı tərəflər arasında mübahisə iki ildən artıq müddətdir ki, davam edir. Bu müddət ərzində əri Cavabdeh4 və onun özünün həmin torpaq sahələrindən istifadəsi məhdudlaşdırılmışdır. Qeyd olunan torpaq sahələri 2015-ci ildə Cavabdeh4 tərəfindən əldə olunduqdan sonra həmin torpaq sahələrində 5000 ədəddən artıq qoz ağacı əkilməklə bağ salınmışdır. Hər ağacın orta hesabla iki kiloqramdan artıq məhsul verdiyini və bir kiloqram qoz məhsulunun bazar qiymətinin 5 manat dan baha olmasını nəzərə almaqla, ötən iki il ərzində onların ailə büdcəsi 100.000 manat gəlirdən məhrum olmuşdur. Ona görə hesab edir ki, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə yanaşı, onlara dəymiş 100.000 manat maddi zərər də cavabdeh şəxslərdən müştərək qaydada tutulmalıdır. Oğuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2021-ci il tarixli, 2(054)-170/2021 saylı qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı hazırki iş üzrə mübahisə predmetinə aid olan alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilsə də, qeyd olunan qətnamədən verilmiş apelyasiya şikayəti əsasında apelyasiya instansiyası tərəfindən həmin qətnamə ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş və həmin mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarına əsasən iddia tələbi təmin edilməmişdir. Qeyd olunan mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-3316/2020 nömrəli qətnaməsində göstərilmişdir ki, Şəki rayonu Bideyiz kəndində yerləşən 1.29 hektar və 1.61 ha əkin torpaq sahəsi, habelə, Şəki rayonunun Çapağan kəndində yerləşən 0.40 hektar həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında iddiaçı (Cavabdeh4) və Məmməd Əliyevə məxsus olmuşdur. xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, iddiaçı (Cavabdeh4) tərəfindən ona məxsus daşınar və daşınmaz əmlakın idarə edilməsi, sərəncam verilməsi və sair səlahiyyətlərin həyata keçirilməsi barədə Cavabdeh2 adına 4 il müddətinə, xx.xx.2019-cu il tarixədək Bakı şəhəri 5 saylı Notariat Kontorunda təsdiq edilmiş etibarnamə verilmişdir. Bundan başqa iddiaçının həyat yoldaşı İddiaçı xx.xx.2018-ci il tarixdə notariat qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, İddiaçı mübahisəli torpaq sahələrinin satılmasına etiraz etməmişdir. Sözügedən torpaq sahələrinin Cavabdeh3 satılması barədə xx.xx.2018ci il və xx.xx.2018-ci il tarixlərdə Qəbələ regional “Asa n xidmət” mərkəzində Notariat Kontorunda xüsusi notarius Saday Osmanlı tərəfindən təsdiq olunmuş müqavilələr bağlanmışdır. Həmin alqı-satqı müqavilələrini “Satıcı” qismində çıxış edən iddiaçının (Cavabdeh4) adından Bakı şəhəri 5 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh2, digər mülkiyyətçi Məmməd Əliyevin adından etibarnaməyə əsasən Orxan Nuri, “Alıcı” qismində çıxış edən Cavabdeh3 adından isə Cavabdeh1 imzalamışlar. Hər üç alqı-satqı müqaviləsinin mühüm şərti hesab edilən torpaq sahələrinin razılaşdırılmış dəyərini (1.29 ha torpaq sahəsi – 8.000 manat; 1.61 ha torpaq sahəsi – 8.500 manat; 0,40 ha torpaq sahəsi – 25.000 manat) təşkil edən pul vəsaiti alıcı tərəfindən notariusun depozit hesabına ödənilmişdir. Bundan başqa, işdə olan sənəd lərdən müəyyən edilir ki, Şəki rayonu, Bideyiz kəndində yerləşən 1.292 ha, 1.614 ha, 8.1656 ha, 3.54 ha, 1.615 ha, 4.199 ha və 3.7225 ha əkin, habelə, 0.7174 ha torpaq sahələri tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən iddiaçı tərəfindən ona məxsus daşınar və daşınmaz əmlakın idarə edilməsi, sərəncam verilməsi və sair səlahiyyətlərin həyata keçirilməsi barədə Cavabdeh1 adına bir ay müddətinə xx.xx.2019-cu il tarixədək Qəbələ regional “Asan xidmət” mərkəzində Notariat Kontorunda təsdiq edilmiş etibarnamə verilmişdir. Qeyd edilən torpaq sahələrinin Cavabdeh2 satılması barədə xx.xx.2018-ci il tarixdə Qəbələ regional “Asan xidmət” mərkəzində Notariat Kontorunda xüsusi notarius Saday Osmanlı tərəfindən təsdiq olunmuş müqavilələr bağlan mışdır. Həmin alqı-satqı müqavilələrini iddiaçının adından Qəbələ regional “Asan xidmət” mərkəzində Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018ci il tarixli etibarnaməyə əsasən Cavabdeh1 imzalamışdır. Sözügedən alqı-satqı müqavilələrinin mühüm şərti hesab edilən torpaq sahələrinin razılaşdırılmış dəyəri “Alıcı” qismində çıxış edən iş üzrə Cavabdeh2 tərəfindən notariusun depozit hesabına köçürülmüşdür. İddiaçının (Cavabdeh4) arvadı İddiaçı tərəfindən iddiaçının adına olan torpaq sahələrinin satılmasına razılıq verilməsi də iddiaçının torpaq sahələrini məhz özgəninkiləşdirmək niyyətində olmasını bir daha təsdiq edir. İddiaçının paylı mülkiyyətçisi olduğu mübahisəli torpaq sahələrini satmaq, Cavabdeh3 isə həmin əmlakı almaq niyyətinin olması həmçinin əmlakın Məmməd Əliyevə məxsus hissəsinin də Cavabdeh3 tərəfindən əldə olunması ilə sübut olunur. Hazırki iş üzrə İddiaçı iddia tələbi eyni tərəflər arasında olan mübahisə olmasa da, eyni predmet barəsində və eyni əsaslar üzrə olan olmaqla, mübahisə predmetini eyni alqısatqı müqavilələri, tələbin əsaslandırıldığı halları isə eyni əsaslar təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2 (103) - 3316 / 2020 nömrəli qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-441/2020 nömrəli qərarının məzmunundan isə görünür ki, hazırki iddia tələbinin əsaslandırıldığı hallara həmin məhkəmə qərarları ilə hüquqi qiymət verilmişdir. İddiaçı əri Cavabdeh4 adına olan torpaq sahələrinin satılmasına razılıq verməsi də onların həmin torpaq sahələrin in özgəninkiləşdirilməsi niyyətində olduqlarının sübut olunduğunu deməyə əsas verir. Hazırki iddiasında isə İddiaçı mübahisələndirdiyi əqdlərin özü ilə əlaqədar hissədə etibarsızlığına səbəb ola biləcək hər hansı halların mövcud olduğunu məhkəmə iclasında sübut edə bilməmişdir. Hazırki iş üzrə mübahisə predmetinə aid olan alqı-satqı müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilərək təsdiq olunduğu, həmin müqavilələrin etibarsız hesab edilməsinə hər hansı qanuni əsasların mövcud olmadığı işin faktiki halları və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir. Hazırki iş üzrə mübahisə predmetinə aid olan alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə hər hansı əsaslar mövcud olmadığına görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməməlid ir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pul tutularaq iddiaçıya və üçüncü şəxs Cavabdeh4 ödənilməsi barədə hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı iki il ərzində əri Cavabdeh4 və onun özünün mübahisə predmetinə aid olan torpaq sahələrindən istifadəsinin məhdudlaşdırıldığını, nəticədə bu müddət ərzində onların ailə büdcəsi 100.000 manat gəlirdən məhrum olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim olunmamış, eyni zamanda iddiaçı özünün iddia tələbinin həmin hissəsinin əsası kimi də alqı-satqı müqavilələrinin etibarsızlığına istinad etmişdir. Qeyd olunan alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə hər hansı qanuni əsaslar mövcud olmadığından və iddia tələbinin həmin alqısa tqı müqavilələrinin etibarsız hesab edilməsinə dair hissəsi təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbinin maddi zərərin ödənilməsi ilə bağlı hissəsinin də heç bir hüquqi əsası yoxdur. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 82.3, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişlər. b) Apelyasiya insta nsiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Rövşən Rəfiyev) xx.xx.2021-ci il tarixli, 2(107)2071/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(054)-170/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, apelyator apelyasiya şikayətində göstərmişdir ki, məhkəməyə təqdim olunmuş “iddia tələbinin dəqiqləşdirilməsinə dair” xx.xx.2021-ci il tarixli ərizədə tələb yenidən əsaslandırılmaqla iddia tələbinə dəyişiklik edilmiş və iddiaçı məhkəmədən Ş əki rayonu, Çapağan kəndində yerləşən və əvvəl Cavabdeh4 və X3 məxsus olmuş 0.40 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh3 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1009 saylı alqı-satqı müqaviləsi ilə yanaşı həmçinin həmin torpaq sahəsinin təkrarən Cavabdeh3 tərəfindən Cavabdeh2 satılmasına dair alqı-satqı müqaviləsinin də etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, işə baxmış birinci instansiya məhkəməsi tələskənlik göstərərək və ya diqqətsizlik ucbatından yeni əsaslandırmaya və tələbin qeyd olunan hissəsinə heç bir münasibət bildirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin həmin dəlili qətnamənin ləğv edilməsinə əsas ola bilməz. İş materiallarında olan “iddia tələb inin dəqiqləşdirilməsinə dair” xx.xx.2021 -ci il tarixli ərizədən görünürki, iddiaçı tələbində Cavabdeh3 ilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1009 saylı alqı-satqı müqaviləsi ilə yanaşı həmçinin həmin torpaq sahəsinin təkrarən Cavabdeh3 tərəfindən Cavabdeh2 satılmasına dair alqısatqı müqaviləsinin də etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı torpaq sahəsinin təkrarən Cavabdeh3 tərəfindən Cavabdeh2 satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmiş, ancaq həmin müqavilənin tarixini, sayını, hansı notariat orqanında bağlanmasına dair hər hansı bir qeyd aparmamış, qeyri müəyyən tələb irəli sürmüşdür. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Bundan başqa kollegiya alqı-satqı müqavilələrinin real dəyərinin müəyyən edilməsi ilə bağlı şikayətin dəlilinə münasibət bildirən kollegiya hesab edir ki, şikayətin həmin dəlili də əsassızdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, tələb alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsindən ibarətdir. Yəni həmin müqavilə üzrə pulların qaytarılması barədə hər hansı bir tələb yoxdur. 100.000 manat isə torpaqda əkilən qoz ağaclarına dair əldən çıxmış fayda ilə bağlıdır. Bundan başqa kollegiya 100.000 manat əldən çıxmış fayda ilə bağlı şikayətin dəlilinə münasibət bildirən kollegiya qeyd edir ki, şikayət bu hissədə də əsassızdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı və onun əri özlərinə məxsus torpaq sahələrini özgəninkiləşdirmək üçün eti barnamə və yazılı ərizə verərkən hər hansı bir qeyd şərt göstərməmiş, torpaq sahələrini əgər olmuşsa həmin qoz ağacları ilə birlikdə satmışlar. Bundan başqa kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)3316/2020 nömrəli qətnaməsinə istinad etmiş və qeyd etmişdir ki, iddiaçının əri Cavabdeh4 qeyd edilən müqavilələrin etibarsız hesab edilməsini tələb etmiş, ancaq iddia tələbi rədd edilmişdir. Eyni zamanda həmin qətnamədə qeyd edilmişdir ki, hazırkı iddiaçı mübahisəli torpaq sahələrinin əri tərəfindən satılmasına notarial qaydada təsdiq edilən ərizə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən məhkəmə tərəfindən müqavilənin etibarsız hesab edilməsinə dair id dianı rədd etdiyi halda yenidən indiki iddiaçı tərəfindən qaldırılan iddia tələbini əsaslı hesab edib təmin etmək qeyri mümkündür. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu səbəblə də müqaviləyə istinad olunaraq hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, məhkəmə icraatının ilk vəzifəsi və aydınlıq gətirməsi lazım gələn xüsusat həmin m üqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsidir. Çünki iddia tələbinin əsaslandığı müqavilənin etibarsız olması, birbaşa həmin müqavilə üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə haqq (hüquq) və öhdəliyin yaranmadığını göstərir. Əgər əvvəlki məhkəmə iddiaçının ərinin müqavilələrin etibarsız hesab edilməsinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarırsa, bu qaçınılmaz şəkildə o deməkdir ki, məhkəmə müqaviləni mövcud və etibarlı hesab etmişdir. Qeyd edilməlidir ki, hər iki iddia da eyni əsasla qaldırılmışdır. Hər iki iddiada tələb müqavilənin etibarsızlığıdır. Eyni səbəb və məntiqə görə də, əgər yuxarıda qeyd edilən qətnamə ilə müqavilənin etibarsızlığına dair qaldırılan iddia məhkəmə tərəfindən təmin edilmədikdə, bu artıq həmin müqavilənin hüquqi nəticə əmələ gətirən etibarlı bir müqavilə olduğunun təsdiq olunması deməkdir. Bu səbəblə də ilkin iddia işi üzrə məhkəmə icraatı və həmin icraatlar üzrə qəbul edilən məhkəmə qətnamələri hüquqi və məntiqi zərurət olaraq həmin müqavilənin etibarlı olub-olmadığı məsələsini əhatə etmişdir. Məhkəmə icraatında tərəflərin iddiaçı və ya yeni iddiaçı kimi statuslarının dəyişməsi istinad olunan müqavilənin etibarlı olub-olmaması baxımından heç bir əhəmiyyət kəsb etmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil3) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh4 nümayəndəsi olmuş iş üzrə Cavabdeh1 məhkəmə iclaslarında bildirmişdir ki, torpaqların satış dəyəri barədə ümumiyyətlə maraqlanmamış, əmlakların satış dəyərini Cavabdeh2 müəyyən etmiş, satışdan əldə olunmuş pul vəsaitini də Cavabdeh2 vermişdir. Cavabdeh2 də öz növbəsində əmlakların faktiki olaraq ona məxsus olduğunu bildirirək beləliklə özünə məxsus olanı qaytardığını etiraf etmişdir. Göründüyü kimi, Cavabdeh1 satıcının nümayəndəsi olmaqla alıcı Cavabdeh2lə pis niyətlə əlaqəyə girmiş və torpaq sahələrini dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə satmışdır. Məhkəmə Mülki Məcəllənin 339.1-ci maddəsini tətbiq etməməklə norma pozuntusuna yol vermişdir. Cavabdeh2 torpağın mülkiyyətçisi olmuş Cavabdeh4 ona verdiyi etibarnaməsindən i stifadə edərək Şəki rayonunun Çapağan kəndində yerləşən 0.40 ha torpaq sahəsini əvvəlcə Azər Səmədova satmış və hüquqlar qeydiyyata alındıqdan dərhal sonra öz adına rəsmiləşdirmişdir. Bu isə Mülki Məcəllənin 359.3-cü maddəsi ilə qadağan edilir. İşin bu halı Cavabdeh4 iddia qaldırarkən ona məlum olmamışdır. Odur ki, işin bu halı yeni əsasdır və məhkəmə tərəfindən qəbul olunmaqla tətbiq edilməlidir. İddiaçı Oğuz Rayon Məhkəməsində qaldırdığı iddia tələbinin əsasları tamamilə başqadır. Cavabdeh4 qaldırdığı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3316/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə rədd edilən tələbin əsasını AR Mülki Məcəlləsinin 347.1-ci maddəsi ilə müəyyən olunmuş əsas, yəni əqdi bağlamış şəxsin vacib əhəmiyyətli yanılmanın təsiri altında olması ilə bağlı hallar təşkil e dirdisə, İddiaçı hazırki iş üzrə iddia tələbinin əsasını Mülki Məcəllənin 339.1, yəni əqdin bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi ilə bağlanması və 359.3, yəni təmsilçinin təmsil edilənin adından şəxsən özü üçün əqdlər bağlaması kimi əsaslar təşkil edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağalayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şə xslər tərəfindən imzalanmış sənədin tətibi yolu ilə bağlanmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin ha llarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin olaraq iddiaçının kasasiya şikayətinin onun tərəfindən hazırdsa irəli sürülmüş tələbin müstəqil tələb irəli sürməyən şəxsin iddia tələbinin əsaslarından fərqli olması, onun tələbinin əsasını Mülki Məcəllənin 339.1 və 359.3-cü maddələri təşkil etməsi və bu normaların pozuntusuna yol verilməsi ilə bağlı dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində qeyd edilən normaların pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Belə ki, iddiaçı özü də kasasiya şikayətində bildirmişdir ki, “C avabdeh2 torpağın mülkiyyətçisi olmuş Cavabdeh4 ona verdiyi etibarnaməsindən istifadə edərək Şəki rayonunun Çapağan kəndində yerləşən 0.40 ha torpaq sahəsini əvvəlcə Azər Səmədova satmış və hüquqlar qeydiyyata alındıqdan dərhal sonra öz adına rəsmiləşdirmişdir”. Buradan da görünür ki, təmsilçi qismində çıxış etmiş adıçəkilən cavabdeh ona verilmiş səlahiyyətdən istifadə edib öz mənafeyi üçün müqavilə bağlamamış, Azər Səmədova alqı-satqı edildikdən və bu müqavilədən irəli gələn hüquqlar qeydiyyata alındıqdan sonra göstərilən torpaq sahəsini Azər Səmədovdan öz adına alqısatqı etmişdir. İddiaçı etibarnamə üzrə alqı-satqılardan əldə edilmiş vəsaitin ailəsinə təqdim edilmədiyini bildirsə də, bu barədə hər hansı sübuta istinad edə bilməmişdir. Bundan əlavə o da qeyd edilməlidir ki, iddiaçı tərəfi ndən Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş kəsici müddət də ötürülmüşdür. Belə ki, kasasiya yoxlaması nəticəsində iddiaçının iddia tələbindən aşkar olan hal odur ki, iddiaçı özü iddia tələbində DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu ilə onlara torpaq sahələrinin xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən xx.xx.2019-cu ildə Cavabdeh2 adına qeydiyyata alınmanın məlum olduğunu göstərmişdir. İddia ərizəsi isə xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir. Belə olan halda iddiaçı hüquqlarının pozulduğunu bildiyi zamandan 1 ildən də artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bununla da o, göstərilən müddəti ötürmüşdür. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şika yətlərinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2071/2021 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar