Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2566/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin qanuni əsasının tapılması, əqdin etibarsızlığı, müqaviləyə xitam verilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1) “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)212/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC (bundan sonra – iddiaçı və ya MMC) hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır, təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 (bundan sonra – Cavabdeh3) olmuşdur.
2. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 589 nömrəli sərəncamı ilə Xətai rayonu, M.Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisi nin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir.
3. MMC ilə Cavabdeh2 (bundan sonra – Cavabdeh2) arasında bağlanmış xx.xx.2021ci il tarixli, 2, 3, 4, 5 və 6 saylı alğı-satqı müqavilələrinə əsasən, MMC, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında tərəfindən tikiləcək müvafiq olaraq 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 115.4 kv.m. olan 3 otaqlı, 51 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 98.090 manata, 117.5 kv.m. olan 3 otaqlı, 52 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 99.875 manata, 131.7 kv.m. olan 3 otaqlı 53 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 111.945 manata, 84.2 kv.m. olan 2 otaqlı 54 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 71.570 manata və 112.3 kv.m. olan 3 otaqlı 55 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 95.455 manata Cavabdeh2 tam təmirsiz halda verməyi, sonuncu isə göstərilən 5 mənzilin dəyəini tam şəkildə ödəməyi öz üzərinə götürmüşdür.
4. MMC-nin rəhbəri Cavabdeh3 tərəfindən verilmiş maliyyə arayışlarına əsasən, payçı Cavabdeh2 MMC-yə məxsus binanın 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 131.7 kv.m. olan 53 saylı mənzilin pay dəyəri kimi 111.945 manat məbləği və ümumi sahəsi 84.2 kv.metr olan 54 saylı mənzilin pay dəyəri kimi 71.570 manat məbləği tam ödəmişdir, firmaya borcu yoxdur.
5. Cavabdeh3 xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, MMC-nin nizamnamə kapitalındakı 100% payını X1.
6. Cavabdeh2 pulunun Cavabdeh3 tərəfindən ələ keçirilməsinə dair polisə müraciət etmiş, aparılm ış araşdırma nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı (üçüncü şəxs Cavabdeh1 – bundan sonra Cavabdeh1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin əvvəlki təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 tərəfindən xx.xx.2021-ci il tarixində Cavabdeh2 adına rəsmiləşdirilmiş, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı Binanın yaxınlığında tikiləcək Yaşayış Binasında 12-ci mərtəbədə yerləşən 131.7 kv.m. olan mənzilin 4 saylı alğı -satqı müqaviləsinin, həmin mərtəbədə yerləşən 115.4 kv.m. sahəsi olan mənzilin 2 saylı alğı-satqı müqaviləsinin, həmin mərtəbədə yerləşən 117.5 kv.m. olan mənzilin 3 saylı alğı-satqı müqaviləsinin, həmin mərtəbədə yerləşən 84.2 kv.m. olan mənzilin 5 saylı alğı-satqı müqaviləsinin və həmin mərtəbədə yerləşən 112.3 kv.m. sahəsi olan mənzilin 6 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh3 uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq Bakı şəhəri Xətai rayonu ərazisində hündür mərtəbəli, çoxmənzilli binaların tikintisini həyata keçirmişdir. Son illərdə Cavabdeh3 sahibkarlıq fəaliyyətini dayandırdığından MMC-nin təsisçilik hüququnu özgəninkiləşdirmiş və qanu ni təmsilçilikdən çıxmışdır. Aralarında Bakı şəhəri 21 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3 M-122 saylı müqavilə tərtib olunmuşdur. Təsisçilik hüququnu Cavabdeh3 almaqda məqsədi MMC-nin inşası üçün razılıq əldə etdiyi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 91 və 111 saylı binanın yaxınlığında tikiləcək yaşayış binasında inşa işlərinə başlamaqla tikinti aparmaq olmuşdur. İşlərə sıfırdan başlamışlar, iddia ərizəsi verilərkən inşaat işləri aparılmaqda idi. Alğı-satqıdan sonrakı zamanlarda Cavabdeh3 dediklərindən onlara məlum olmuşdur ki, o, tikinti işlərinin görülməsi üçün şəxsi pul resurslarından, bank kreditlərindən və ayrı-ayrı şəxslərdən götürdüyü pul vəsaitlərindən istifadə etmişdir. Götürülmüş pulların qarşılığında inşa etdiyi binalardan etibar lılıq üçün formal olaraq müəyyən mənzillər yazaraq pul götürdüyü şəxslərə vermişdir. İllərdir ki, belə borc pullar götürərək qarşılıqlı anlaşma şəraitində işlədiyi fiziki şəxslərdən biri də üçüncü şəxs Cavabdeh1 olmuşdur. Bu yaxınlarda müəyyən etmişlər ki, Cavabdeh3 MMC-ni onlara satmamışdan əvvəl özünün işləri ilə əlaqədar olaraq Cavabdeh1 borca pul götürmüş və həmin borcun təminatı olaraq hazırda inşa etdirdikləri binanın mənzillərindən bir neçəsinə dair formal müqavilə tərtib edərək Cavabdeh1 oğlu Cavabdeh2 adına müqavilələr vermişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh3 hələ 2014-cü ildə Cavabdeh1 400.000 manat borca pul götürmüş, müəyyən müddət ərzində 150.000 manat qaytarmış, yerdə qalan 250.000 manat məbləğ üçün yeni inşa olunan binanın 12-ci mərtəbəsində yerləşən bütün mənzilləri onun oğlu Yaşarın adına rəsmiləşdirmiş, xx.xx.2021-ci il tarixdə isə MMC ilə Cavabdeh2 aralarında formal müqavilələr bağlanmışdır. Halbuki Cavabdeh2 və Cavabdeh1 bilirdilər ki, onlar MMC-dən mənzil almamışlar, formal alğı-satqılar isə pulun qaytarılmasına təminat qismində aparılmışdır. Bu işlə əlaqədar olaraq Cavabdeh1 Cavabdeh3 qarşı şikayəti əsasında Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılmış, müəyyən edilmişdir ki, onların aralarında olan borc öhdəliyi icra edilmiş, aralarında öhdəlik münasibəti qalmamışdır. Lakin qarşı tərəf cığallıq edərək sənədləri geri qaytarmamış, əlavə pullar tələb etmişlər. Mülki qanunvericiliyə görə müqavilənin bağlanması üçün 2 tərəfin iradə ifadəsi zəruridir. Bağlanmış müqavilələrin tarixlərinə nəzər saldıqda faktiki tikilməmiş, hətta tikintisinə başlan mamış binada mənzilə dair sənəd üzərində olan müqavilə verməklə olmayan əmlaka bağlanan müqavilənin heç bir əhəmiyyəti olmamışdır. Araşdırmalardan görünür ki, bağlanmış müqavilələr alğı-satqı üçün yox, borc pullarla bağlı bağlanmışdır. Cavabdeh3 ona məxsus MMC-nin tikməyə hazırlaşdığı binadakı mənzilləri satmaqla əlaqədar heç bir iradə və istəyi olmamış, yalnız yuxarıda qeyd edildiyi kimi borcverən şəxslə aralarında olan borc öhdəliyini qarant etmişlər. Borc öhdəliyinin təminatı olaraq faktiki tikilməyən, mövcud olmayan və hələ tikintisi başlamamış əmlaka dair sənəd tərtib edilmişdir. Ona görə də həmin alğı-satqı müqavilələri etibarsız hesab olunmalıdır.
9. Məhkəmə iclasında Cavabdeh3 iddia tələblərini qəbul edərək izahatında bildirmişdir ki, tikinti işləri ilə məşğul olduğu müddətdə dəfəl ərlə faizlə Cavabdeh1 pul götürmüş, pulunu vaxtında qaytarmış, əlavə olaraq həmin məbləğlərə görə ona çoxlu məbləğdə xeyir vermişdir. Həmin pulların təminatı kimi oğlu Yaşarın, arvadının, yaxud da İsmayılın göstərdiyi sair şəxslərin adlarına tikdiyi binalarda olan evlərin formal olaraq alğısatqı müqavilələrini yazmış, borc aldığı pulları qaytardıqda isə bağlanmış müqavilələr həmin şəxslər tərəfindən ona geri qaytarılmışdır, yaxud da pul əvəzinə həmin şəxslərin özləri onlara verilən evləri satıb pullarını götürmüşlər. Bu minvalla 2012-ci ilədək İsmayılla əməkdaşlıq etmişlər, 2012-ci ildən 2014-cü ilə kimi birgə heç bir iş görməmişlər. 2014-cü ildə İsmayıl bir neçə dəfə ona təklif etmişdir ki, avtomobil alverində işi getmir, faizə pul verərək dolanmaq istəyir, pulu var, tikinti işlərini bərp a etsin. İsmayılın dəfələrlə etdiyi təkidindən sonra tikinti işlərini təzələmək qərarına gəlmişdir. İlkin razılaşmaları belə olmuşdur ki, İsmayıl ona 1.000.000 manat verəcək, lakin İsmayıl ona 400.000 manat pul vermişdir. İsmayıl 400.000 verəndən sonra və 56.000 manat ondan borc alıb Türkiyə Respublikasına gedəndə ona demişdir ki, 600.000 manat pul da Elçin adlı şərikindədir, pulu Elçindən götürər. İsmayılın deməyi ilə Elçinin yanına gəlmiş, 600.000 manatın İsmayılın dediyinə görə Elçində olduğunu ona demiş, pulu istəmiş, lakin Elçin həmin pulları maşın alınması üçün Almaniyaya göndərdiyini ona demiş, buna görə də Elçinə etirazını bildirmişdir. Elçin isə həmin pulları Almaniyaya İsmayılın tapşırığı ilə göndərdiyini demişdir. Beləliklə də İsmayıl bir söz, Elçin isə başqa söz danışmış, onu aldatmışlar. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə əlaqələrini yeniləmiş, İsmayıldan 400.000 manat pulu götürərək işə başlamışdır. İsmayıl şəxsən özü həmin məbləği ona hissə-hissə, 160.000 manat bir dəfə, 100.000 manat bir dəfə, 40.000 manat bir dəfə və 100.000 bir dəfə 2014-cü ilin aprel ayında vermişdir. İsmayıl bundan sonra Almaniyaya getmiş, 56.700 manat da ondan borc alıb getmişdir. İsmayılla bəri başdan razılaşmışlar ki, ondan götürülən pulu, məsələn 100.000 manat pul 150.000 manat kimi hesablanacaq. Həmin vaxtlar İsmayıl bir dəfə də ona 85.000 ABŞ dolları pul vermiş, həmin pula görə İsmayıla 2000, 2500, 3000 manat və s. məbləğlərdə, təxminən 30.000 manat pul vermişdir. İcra Hakimiyyətində ondan 400.000 manat pul istəmişlər, həmin pulun 300.000 manatını icra baş çısının Xeyrulla adlı müavininə vermiş, 100.000 manatla isə tikinti aparılacaq torpaq sahəsindəki ayrı-ayrı işləri gördürmüşdür. Nəhayət, 2018-ci ildə İsmayıl onun yanına gələrək ona verdiyi 400.000 manat pulun 240.000 manat hissəsinin Elçin adlı şərikinə aid olmasını bildirmiş, həmin pulun Elçinə qaytarılmasını istəmişdir. İsmayıla pulunun olmadığını bildirmiş, İsmayıl isə ona demişdir ki, özü heç nə istəmir, Elçinin pullarını versin, təki Elçin onlardan əl çəksin. İsmayılın təkidindən sonra yenə də çətinliklə pul taparaq və obyektlərini sataraq Elçinin pulunu vermişdir. Elçin 240.000 manatı alandan sonra ondan əlavə yenə də 260.000 manat pul tələb etmiş, dolların məznnəsinin 78-dən 170-ə qalxmasını əsas gətirmişdir. Yenə də İsmayıla zəng edib vəziyyəti danışmış, ondan dollarla pul almadı ğını bildirib etiraz etmiş, İsmayıl isə ona bildirmişdir ki, “mənim səndə olan pullarımı da ver Elçinə ki, Elçin bizdən əl çəksin, eybi yoxdur, iş görmüşük, bu dəfə də elə bilərik qazanc olmayıb, qoy canımız Elçindən qurtarsın”. Bundan sonra, Elçinə 101.000 manatlıq 3 otaqlı ev, həm də nağd pullar, yəni özünün obyektlərini satıb pullarını vermişdir. Yəni öz hesabı ilə Elçinə ümumilikdə 240.000 manatın əvəzinə 517.000 manat pul vermişdir. Elçin özü də Daxili İşlər Nazirliyində araşdırma zamanı qismən etiraf edib ki, Əbildən 498.000, yəni dolların məzənnəsi ilə 293.000 ABŞ dolları pul alıb. Bu pulları Elçinə versə də, İsmayılda olan borc kağızını ondan almamış, həmin kağızı almağı belə ağlına gətirməmişdir, çünki aralarında inam, etibar olmuşdur. Elçinin pulunu verəndən 1 həftə keçmiş İsmayı lın anası onun yanına gəlmiş, İsmayılın səhhətinin pis olduğunu, onun pullarının qaytarılmasını tələb etmişdir. Anasına İsmayıla borcunun yolmadığını, İsmayılın pullarını onun sözü ilə Elçinə verdiyini demişdir. Lakin anasının və İsmayılın ondan əl çəkməyəcəklərini, şikayət edə biləcəklərini görüb məcburiyyət qarşısında qalıb özünə və s. şəxslərə məxsus obyektləri razılıqla sataraq pullarını İsmayıla verməyi qərara almışdır. İsmayılın təklifini nəzərə alıb avto-yuma məntəqəsini 55.000 manat əvəzi olaraq İsmayılın oğlu Anara vermişdir. Bu arada Elçin yenə də gəlib ondan 55.000 manat pul tələb etməyə başlamışdır ki, “həmin pulu İsmayıl məndən götürüb, sən verməlisən”. Elçinə “İsmayılla öz problemlərinizi özünüz həll edin, məndən əl çəkin demişdir”. İsmayıl da Elçinə qoşulmuş, həmin pulu birl ikdə tələb etməyə başlamışlar. Vəziyyəti belə görüb Sabir adlı qonşusundan kömək istəmiş, Sabirə İsmayılın onu sıxdığını demiş, Sabir isə “Mercedes” markalı maşınlarından birini onun sözü ilə 61.000 manat əvəzi olaraq İsmayılın Gündüz adlı oğluna vermişdir. Həmçinin Elçin mütəmadi olaraq İsmayılla ondan pul tələb etdiyi üçün Naidə adlı tanıdığı qadına da məxsus qeyri-yaşayış obyektini 80.000 manata qiymətləndirib almış, çarəsizlikdən 60.000 manata sataraq 55.400 manat pulu da Elçinə vermişdir. İsmayılın pul tələbləri qarşısında yaşadıqları binada olan 200 kv.metrlik idman zalını da kvadratı 1.000 manatdan olmaqla 200.000 manat əvəzi İsmayıla təklif etmiş, İsmayıl isə yaranmış vəziyyətdən sui-istifadə edərək zalı 100.000 manat əvəzi olaraq qəbul edəcəyini ona bildirmiş, çarəsiz qalıb həmin obyekti də 100.000 əvəzi olaraq İsmayılın adına sənədləşdirmişdir. Verilən obyektlərə və pullara baxmayaraq, İsmayıl ondan pullar tələb etməkdə davam etmiş, yeni tikiləcək binadan evlər tələb etməyə, müqavilə bağlamağı tələb etmişdir. İsmayıla bildirmişdir ki, hələ bina tikintisinə icazə verməyiblər, olmayan binadan ona ev verə bilməz, lakin İsmayıl tələb etmişdir ki, evlərin müqavilələrini yazıb ona verməlidir. İsmayılla hesablaşmışlar, İsmayıla təxminən 200.000 manat civarında borcunun olmasını müəyyənləşdirmişlər. İsmayıl tələb etmişdir ki, həmin məbləğin əvəzinə bir mərtəbədə nə qədər mənzil varsa onun oğlunun adına müqavilə yazsın, pulu qaytaranda və ya evləri satıb pula çevirəndə müqavilələri də ona qaytaracaq. Əlində görüləcək işlərinin olmasını, İsmayılın onu mütəmadi olaraq nara hat etməsini nəzərə alaraq gələcəkdə tikiləcək, bünövrəsi hələ qoyulmamış binadan hər kvadrat metri 1400 manata satılası olan 5 mənzili hər kvadrat metri 800 manatdan olmaqla İsmayılın oğlu Yaşarın adına müqavilələr yazmışdır. Pul ehtiyatı tükəndiyini və binanı tikə bilməyəcəyini görüb təsis etdiyi MMC-ni bina ilə birlikdə satmaq qərarına gəlmişdir. İlkin olaraq bu barədə İsmayıla bildirmişdir ki, binanı satacaq, ona olan borcunu ödəyəcək. İsmayıl bildirmişdir ki, ona 250.000 manat verməlidir. İsmayıla demişdir ki, MMC-ni satıb pulunu verəcək, razılaşmışlar. Özünün 4.000.000 manat civarında borcları olduğundan MMC-ni 3.800.000 manata satmışdır. İsmayılı çağırmış, bildirmişdir ki, 150.000 manat hazırda ona verir, 50.000 manatı 3 günə verəcək, 50.000 manatı isə 3-4 aya verəcək, ona imkan ver sin. İsmayıl razılaşmamış, 200.000 manatı dərhal tələb etmişdir. 1-2 saat ərzində həmin pulu düzəltmiş, oğlu Yaqub ilə göndərmiş, Yaqub həmin pulu İsmayılın oğlu Yaşara şəxsən vermişdir, Yaşar da hazırda həmin məbləği aldığını etiraf edir. Yaqub Yaşara pul verəndə müqavilələri geri istəmiş, Yaşar Yaqubu evlərinə aparmışdır ki, müqavilələr evdədir, narahat olmasın. Lakin onlar sonra müqavilələri Yaquba verməyiblər, İsmayıl ona zəng edib bildirib ki, müqavilələr etibarlı yerdədir, guya 3 günə göndərəcək. Bundan sonra İsmayıl ondan yenə də pul tələb etməyə başlamış, əks halda onu polisə verəcəyi ilə hədələmişdir. Bütün pulları verməsinə, borclarını artıqlaması ilə ödəməsinə baxmayaraq İsmayıl onu şərləməyə başlamış, polisə verərək 300.000 manat əlavə pul tələb etməyə başlamışdır. Lakin aparıl an araşdırmalardan sonra onun haqlı olduğu üzə çıxmış, polisin 28 mart 2022-ci il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan da göründüyü kimi İsmayıl ilə aralarında borc münasibətləri olmuş, İsmayılın oğlu Yaşarın adına formal alğı-satqı müqavilələri yazmış, pulun ödənildiyi təqdirdə həmin müqavilələrin ləğv edilməsi razılaşdırılmışdır. Çarəsizlikdən faktiki tikilməmiş və sənəd üzərində olan mənzilə dair razılaşma etməklə heç bir əhəmiyyəti olmayan müqavilələr yazmışdır. Yəni müqavilə bağlananda heç bir bina olmamış, binanın çəpəri belə olmamışdır, binanın tikintisinə müqavilələr bağlanandan 1 il sonra, 2022-ci ilin yayında başlanılmışdır. Sonra imkansızlıqdan MMC-ni bütün inventarı ilə başqa şəxsə satmış, alğı-satqıya qədər olan tələb hüququ və borc öhdəliyini isə özündə saxlamışdır. Əslində isə Cavabdeh2lə alğı-satqı deyil, onun atası Cavabdeh1lə aralarında olan borc məsələlərini tənzim etmək üçün iradələrindən kənar, formal, başqa əqdi pərdələyən alğı-satqı müqavilələri yazmışdır. Tikməyə hazırlaşdığı binadakı mənzilləri satmaqla əlaqədar heç bir iradə və istəyi olmamış, yalnız pul öhdəliyini qarant etmiş, alğısatqı müqaviləsi barədə aralarında tamam başqa niyyət nəzərdə tutulmuşdur, bu əqdləri digər əqdləri pərdələmə məqsədilə tərtib etmişlər. Həmçinin həmin müqavilələr əlavə dəyər vergisi göstərilmədən yazılıb ki, bu da onların formal xarakterli olmasını bir daha sübut edir. Həmçinin həmin qərarda Elçin ondan 498.000 manat aldığını da etiraf etmiş, İsmayıl isə 200.000 manat aldığını, yəni Elçin və İ smayılın etiraflarına görə ondan təxminən 700.000 manat pul aldıqlarını etiraf etmişlər, üstəlik də Elçin və İsmayıla yuxarıda qeyd etdikləri obyektlərini vermiş, yaxud obyektlərini satıb pullarını onlara vermişdir. Əslində İsmayıl və Elçindən götürdüyü cəmi 400.000 manat pulun əvəzinə onlara hələ özlərinin etiraf etdikləri kimi 700.000 manat civarında pul vermiş, əlavə olaraq da Elçinə 100.000 manat civarında ev vermiş, avto-yuma məntəqəsini İsmayılın arvadı Avzərin adına sənədləşdirmiş, idman zalını 75.000 manata İsmayıla vermiş, maşınını 61.000 manata İsmayılın oğlu Gündüzə vermiş, 56.700 manat İsmayıl özü ondan borc alaraq müalicəyə getmiş, 12.000 manat İsmayılın oğlu Anara vermiş və s. bu kimi İsmayıl və Elçinə müxtəlif məbləğlərdə pullar vermişdir. Beləliklə, Elçin və İsmayıl ondan t əxminən 1.000.000 manat civarında pullar almışlar, indi isə nə istəyirlər başa düşülən deyil.
10. Məhkəmə iclasında cavabdeh qismində Y.Nəbyev iddia tələblərini qəbul etməyərək göstərmişdir ki, 2014-cü ildə Cavabdeh3lə atası Cavabdeh1 arasında borc sövdələşməsi olmuş, Cavabdeh3 atası İsmayıldan 290.000 ABŞ dolları bina tikintisi üçün borc almış, bunun əvəzində onlara maya dəyərinə mənzillər verəcəyini bildirmiş, həmin mənzilləri satıb pul qazanacaqları barədə razılaşmışlar. Cavabdeh3 sahibi olduğu MMCnin adından bu barədə qəbz yazıb vermiş, qəbzi MMC-nin möhürü ilə təsdiq etmişdir. Həmin məbləği Cavabdeh3 vermişlər. 2021-ci ilə kimi Əbil heç bir iş görməmiş, pulları qaytarmamış, müxtəlif bəhanələr etmişdir. 2021-ci ildə atası İsmayılla Əbilin yanına getmişlər, pullarını istəmişlər. Əbili n onlara olan borcunu 500.000 manat dəyərləndirmişlər, Əbil həmin məbləğin əvəzinə onlara 5 ədəd mənzil verəcəyini bildirmiş, bundan sonra isə Əbil onun adına 5 mənzili müqavilə ilə sənədləşdirmişdir. Lakin bir müddət keçmiş Əbil atası İsmayıla demişdir ki, binanı tikə bilmir, özünə məxsus MMC-ni bütün inventarı ilə, o cümlədən tikəcəyi bina ilə birlikdə satır. Bundan sonra, Əbil oğlu Yaqub vasitəsi ilə 200.000 manat atası İsmayılın pulunu vermiş, həmçinin bildirmişdir ki, 300.000 manatını verəndə müqavilələri geri alarlar, bu barədə razılaşmışlar. Lakin Əbil 200.000 manat vermiş, həmin 300.000 manatı verməmişdir. Ona görə də 5 ədəd mənzillərin deyil, 200.000 manat dəyərində mənzillərin alğı-satqı müqavilələrini geri qaytarmağa razıdırlar. Lakin Əbil bununla razılaşmır, bütün müqavilələri geri tələb edir. Onlara Əbilin verdiyi yuyucu məntəqəsi, qeyri-yaşayış sahəsi, “Mercedes Benz” markalı avtomobil və s. isə Əbilin əvvəlki borclarına görə verilmişdir. Beləliklə də Əbilin onlara hazırda 300.000 manat borcu qalır. Sonradan Əbil MMC-ni Kamal adlı şəxsə satmışdır. Kamalın yanına getmiş, MMC-nin balansında olan binada 5 mənzilinin olmasını Kamala bildirmiş, Kamal isə həmin mənzilləri satdığını ona demişdir. Hazırda isə ona deyirlər ki, müqavilələr etibarsızdır. 11.İddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X2 məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh3 tikinti işlərində iştirak etmişdir. Əbilin Cavabdeh1 pul alaraq tikinti işləri apardığını bilmiş, həmçinin Əbilin İsmayıla borcu olmasını bilmişdir. Əbil özünə məxsus obyektini satmaq istədiyini ona bildirmiş, Əbilin tapşır ığı ilə ona xüsusi mülkiyyət hüquqları ilə məxsus olan xeyir-şər evini 75.000 manata satmış, pulunu isə Əbilin tapşırığı ilə İsmayıla vermişdir. Əbil ilə İsmayıl aralarında olan borc məbləğini bilmir.
12. İddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X5 bildirmişdir ki, Əbil ona İsmayıla borcu olmasını bildirmiş, “Mercedes” markalı maşınını İsmayılın oğlunun adına sənədləşdirməsini xahiş etmiş, həmin maşınını 60.000 manat əvəzinə İsmayılın oğluna vermiş, Əbil isə ona maşının əvəzində zirzəmidə yerləşən obyektini vermişdir. Əbil ilə İsmayıl aralarında olan borc məbləğini bilmir.
13. Cavabdeh2 tərəfindən şahid qismində dəvət edilmiş X3 bildirmişdir ki, Cavabdeh1 ilə şərik işlər görmüşlər, maşın alveri və s. işlərlə məşğul olmuşlar. 2014-cü ildə Cavabdeh3 bina tikintisi üçün İsmayılla birli kdə yarı-yarı olaraq 400.000 manat pul vermişlər, Əbil isə həmin məbləğlərlə bina tikəcəyini və onlara da maya dəyərinə mənzillər verəcəyini öhdəsinə götürmüşdür. Bundan sonra, 6 il ərzində Əbil heç bir bina tikməmişdir. Vəziyyəti belə görüb Əbildən pullarını tələb etmişdir. Əbil aldığı pulları qaytarmadığı üçün İsmayıl özünə məxsus maşını, evi satıb təxminən onun Əbilə verdiyi pulundan 220.000 manatı ona Əbilin əvəzinə qaytarmışdır. Sonra yenə də Əbildən pullarını tələb etmiş, ümumilikdə Əbil ona 498.000 manat pul vermişdir. Əbildən aldığı pullar özünə məxsus olub. İsmayıl isə onun yanında Əbilə 204.000 ABŞ dollar pul verib. Əbil İsmayıla 200.000 manat pul qaytarıb, lakin borcunun qalanını qaytarmayıb.
14. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2225/2023 saylı qətnaməsi ilə (hakim E.Bayramov) iddianın təmin edilməsi, MMC ilə Cavabdeh2 arasında bağlanmış Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 91, və 111 saylı Binaların yaxınlığında tikiləcək yaşayış binasında 12-ci mərtəbədə yerləşən 131.7 kv.m, həmin mərtəbədə yerləşən 115.4 kv.m, həmin mərtəbədə yerləşən 117.5 kv.m, həmin mərtəbədə yerləşən 84.2 kv.m və həmin mərtəbədə yerləşən 112.3 kv.m sahəsi olan mənzillərlə bağlı aparılmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında hər hansı bir alğı-satqı niyyətləri olmamış, MMC-nin rəhbəri qismində Cavabdeh3 və alıcı qismində Cavabdeh2 göstərilən müqavilələri başqa əqdi, konkret olaraq Cavabdeh2 atası Cavabdeh1 Cavabdeh3 bina tikintis i ilə əlaqədar verdiyi borc pullarla bağlı məsələləri pərdələmək məqsədi ilə bağlamışlar. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş Müstəntiqinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 Cavabdeh3 barədə onlara məxsus pullarını dələduzluq yolu ilə ələ keçirməsi ilə əlaqədar müraciəti əsasında araşdırma aparılmış, şikayət üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan da görünür ki, Cavabdeh3 tanışı Cavabdeh1 borclu olduğu pulun müqabilində, özünün rəhbərlik etdiyi MMC-nin gələcəkdə inşa edəcəyi və hazırda ümumiyyətlə mövcud olmayan binadan 5 ədəd mənzili İsmayılın oğlu Cavabdeh2 alğı-satqı etmiş, Cavabdeh3 maddi imkansızlıqdan sonradan ti kinti işlərini həyata keçirə bilməmiş, bu səbəbdən də MMC-ni bütövlükdə Kamal Quliyev adlı şəxsə satmışdır. Həmin qərardan məlum olur ki, Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, atası Cavabdeh1 2014-cü ildə Cavabdeh3 290.000 ABŞ dolları borc vermiş, sonuncu isə həmin pulları qaytarmamışdır, sonra isə Cavabdeh1 Cavabdeh3 pul verərək yenidən bir neçə qeyri-yaşayış sahəsi almış, atası İsmayıl uzun müddət alverlə məşğul olmuş, bir neçə il əvvəl atası MMC-nin rəhbəri Cavabdeh3lə tanış olmuş, atası İsmayıl Cavabdeh3 bina tikintisi üçün borc pullar vermiş, bunun müqabilində bir neçə dəfə Cavabdeh3 mənzillər alaraq satmışlar.
16. İşin hallarından və cavabdehlərdən Cavabdeh3 yuxarıda qeyd edilən izahatlarından da məhkəmə belə bir nəticə hasil etmişdir ki, iddiaçı MMC ilə Cavabdeh2 arasında hə r hansı real bir alğı-satqı niyyəti olmamış, MMC-nin rəhbəri olaraq Cavabdeh3 cavabdehin atası Cavabdeh1 ona verdiyi pula görə öhdəliyin icrasını təmin etmək məqsədi ilə 5 ədəd mənzilin alğı-satqısı barədə formal olaraq müqavilə bağlamışlar.
17. Həmçinin məhkəmə tərəfindən aparılan araşdırma zamanı müxtəlif ziddiyyətli məqamlara rast olunmuş, xüsusən də Cavabdeh2, onun dəvət etdiyi şahid X8 Tağıyevdən götürülən pulların məbləği ilə bağlı ziddiyyətli izahatlarına aydınlıq gətirilməsi mümkün olmamışdır. Cavabdeh2 məhkəməyə təqdim etdiyi, Cavabdeh3 tərəfindən borc götürdüyü pullarla bağlı təsdiq edilmiş məktubdan görünür ki, o, Cavabdeh1 290.000 ABŞ dolları pul borc götürmüşdür. Lakin işin materiallarında olan çoxsaylı sənədlərdən, tərəflərin izahatlarından, həmçinin polis araşdırması ilə bağ lı qəbul edilmiş qərardan belə görünür ki, tərəflər aralarında 400.000 manatla bağlı mübahisələr yaranmışdır. Həmçinin işdən o da görünür ki, Cavabdeh1 Cavabdeh3 200.000 manat almasını, Elçin Şahverdiyev isə Cavabdeh3 498.000 manat, yəni ümumilikdə 700.000 manat civarında məbləği nağd pul qaydasında almalarını etiraf etmişlər, həmçinin həmin məbləğdən başqa da Cavabdeh3 İsmayıl və Elçinə təxminən 2000.000-300.000 manat civarında pullar, yaxud pul əvəzi obyektlər, maşın və s., yəni 1.000.000 manat civarında pullar vermişdir. MMC-nin rəhbəri kimi Cavabdeh3 Bakı şəhəri Xətai Rayon M.Hadi küçəsi 91 və 111 saylı Binaların yaxınlığında tikiləcək yaşayış binasında 12-ci mərtəbədə yerləşən 5 ədəd mənzilləri Cavabdeh2 mülkiyyətinə həqiqətdə verməmiş, ümumiyyətlə mənzillər onlarla bağlı notariat orq anından kənar müqavilələr bağlanarkən də mövcud olmamış, həmin mənzillərin Cavabdeh2 mülkiyyətinə verilməsi ilə bağlı qanunvericiliyin mütləq şərti kimi nəzərdə tutulan hər hansı notariat əməliyyatı da aparılmamışdır. Həmçinin istintaq orqanının yuxarıda qeyd olunan qərarındakı tərəflərin izahatlarında da özlərinin qeyd etdikləri kimi həmin müqavilələr Cavabdeh3 Cavabdeh1 olan pul öhdəliklərinin təminatı formasında, başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır ki, bu da iddia tələblərinin təmin edilməsi üçün məhkəməyə əsas verir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.3, 390.5, 337.1, 337.2, 337.4, 340.2, 567, 646.1, 648-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarını pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə yalnız iddiaçının formal mülahizəsinə və iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrinə istinad etməklə, iş materialında olan müqavilələri, ödəniş qəbzlərini, maliyyə arayışlarını araşdırmamış, bu barədə ümumi sözlərlə qətnamədə qeyd aparmamışdır.
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-212/2024 nömrəli mülki iş üzrə 10 yanvar 2024-cü il tarixli qətn aməsi ilə (hakimlər Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və L.Süleymanov) cavabdehin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəlmiş olsa da, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarını isə pozmuşdur. Belə ki, hazırkı işdəki iddia ərizəsindən göründüyü kimi MMC iddiaçı, Cavabdeh3 və Cavabdeh2 cavabdeh, Cavabdeh1 isə cavabdeh tərəfdə üçüncü şəxsdir. İddia ərizəsindən, həmçinin mübahisələndirilən qətnamədən görünür ki, Cavabdeh3 işdə tələbin yönəldiyi şəxs, yəni cavabdeh olduğu halda, həm də iddiaçının etibarnamə üzrə nümayəndəsi kimi işti rak etmişdir (i.v.55), bu isə prosessual qanunvericiliyin normalarının pozulmasıdır, yəni prosesdə iddiaçının həm də cavabdehin nümayəndəsi və ya da tərsinə cavabdehin həm də iddiaçının nümayəndəsi kimi iştirak etməsi tərəflər arasında mübahisənin olmamasını göstərir.
23. Məhkəmə alğı-satqı müqavilələrinin etibarsızlığı barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı MMC-yə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında tikiləcək yaşayış binasının layihələndirilməsinə icazə verilmiş olsa da, tikintisinə belə icazə alınmamış, MMC-nin adından Cavabdeh2lə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 91 və 111 saylı Binaların yaxınlığında tikiləcək yaşayış binasının 12-ci mərtəbəsindəki sahəsi 131.7 kv.m, 115.4 kv.m, 117.5 kv.m, 84.2 kv.m və 112.3 kv.m olan mənzillərə dair müqavilələr notariat qaydasında təsdiqlənməmişdir. Bundan başqa, həmin mənzillərin üzərində MMC-nin mülkiyyət hüququ da olmamışdır, yəni həmin müqavilələr etibarsız müqavilələrdir.
24. Kollegiya onu da qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələri bağlanarkən Cavabdeh2 tərəfindən MMC-yə real olaraq hər hansı məbləğdə pul ödənilmədiyi müəyyən olunduğuna görə, həmin a lğı-satqı müqavilələrində göstərilən pul məbləğlərinin iddiaçıdan alınıb Cavabdeh2 qaytarılması da mümkün hesab olunmur.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 1441.1, 144-1.2. 144-1.3, 144-1.4, 144-1.5, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 390.1, 390.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh2 (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstə rilmişdir ki, Mülki Məcəllənin 6.1, 6.2 və 354-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında qanunvericilikdə müəyyən edilmiş qaydada müqavilə bağlanmış, cavabdeh tərəf müqavilə üzrə üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Ən əsası isə iddiaçı qanunla müəyyən edilmiş prosessual müddətə riayət etməmişdir.
28. MPM-in 153.2.2-ci maddəsinin tələbləri də nəzərə alınmamışdır. Belə ki, işdən göründüyü kimi, MMC-nin əvvəlki təsisçisi-direktoru olmuş Cavabdeh3 hazırkı iddia predmeti ilə eyni olan tələblə Ağdam Rayon Məhkəməsində eyni cavabdehlərə qarşı iddia qaldırmış, Məhkəmənin 19 oktyabr 2022-ci il tarixli 2(013)-1804/2022 saylı qətnaməsi ilə mübahisəli alğı-satqı müqavilələrinin qanunun bütün tələblərinə cavab verən formada bağlanılmasına baxmaya raq, iddianın tamamilə əsassız olmasını nəzərə almayaraq, iddiaçının iddiasının təmin olunmasını qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli 2(104)-369/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 12 iyul 2023-cü il tarixli 2(102)2716/2023 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsinin qətnaməsində göstərilir ki, qeyd edilən iddia tələbi ilə MMC-nin təsisçi-direktoru deyil, MMC-nin adından məhkəmədə hazırkı tələb üzrə iddia qaldırıla bilərdi. Lakin hazırkı iş üzrə işə baxan məhkəmələr eyni tələb üzrə qanuni qüvvəsini almış məhkəmə aktını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hiss əni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
31. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
32. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
33. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tər əfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
34. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
37. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
38. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etib arsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.”
39. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.”
40. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
41. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
42. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
43. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
44. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digə r iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
45. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq n ormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hes ab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Kollegiya ilk növbədə kassasiya şikayətinin MPM-in 153.2.2-ci maddəsi ilə bağlı dəlillərinə münasibətdə vurğulayır ki, qeyd edilən maddənin tətbiqi üçün eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olmalıdır.
57. Kassatorun istinad etdiyi əvvəlki məhkəmə mübahisəsi eyni predmet və əsasla bağlı olsa da, eyni tərəflər arasında olmamışdır. Yəni hazırkı iddia üzrə iddiaçı MMC olduğu halda, həmin iş üzrə iddiaçı qismində Cavabdeh3 çıxış etmiş və onun iddiası MMC-yə məxsus olan bu tələbi öz adından irəli sürmək üçün subyektiv hüququnun olmaması əsası ilə rədd edilmişdir. Belə olan halda, hazırkı işdə həmin əsasa istinad etməklə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, iddia ərizəsi icraata qəbul edildiyi halda isə iş üzrə icraata xitam verilməsi üçün əsas y oxdur. Ona görə də, bu hissədə şikayətin dəlilləri əsassızdır.
58. Məhkəmə kollegiyası hazırkı iş üzrə kassasiya şikayətinin digər dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
59. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı MMC-nin keçmiş təsisçisi və direktoru olmuş Cavabdeh3lə Cavabdeh2 atası Cavabdeh1 arasında borc münasibətləri mövcud olmuş, həmin münasibətlər çərçivəsində Cavabdeh1 Cavabdeh3 müxtəlif vaxtlarda, sonuncu dəfə isə 2014-cü ildə bina tikintisində istifadə etməsi məqsədilə borc vermişdir (borcun məbləği ilə bağlı tərəflər arasında mübahisə vardır). Sonradan tərəflər arasında əldə olunmuş razılığa əsasən Cavabdeh3 həmin borcun təminatı olaraq Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında MMC tərəfindən tikiləcək 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən bütün mənzillərə dair Cavabdeh1 oğlu Cavabdeh2lə müvafiq müqavilələr bağlayır, borc məbləği tam ödənildikdən sonra isə qarşı tərəf mənzillərlə bağlı müqavilələri geri qaytarır. Bu razılaşma çərçivəsində MMC ilə (qanuni təmsilçisi Cavabdeh3) Cavabdeh2 arasında hazırda mübahisləndirilən “tikilən binada mənzil alğısatqısı” adlı xx.xx.2021-ci il tarixli müqavilələr imzalanmışdır.
60. Bundan sonra Cavabdeh3 xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən MMC-nin nizamnamə kapitalındakı 100% payını X1.
61. MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 cavabdehə mənzil satmaq irdaəsinin olmadığını, həmin müqavilələrin cavabdehin atası ilə arasındakı borc müqavilələrini pərdələmək məqsədilə bağlandığını, buna görə də yalan əqd olduqlarını və hazırda Cavabdeh1 aldığı borcu tam qaytardığını bildirərək, həmin müqavilələrin etibarsız hesab edilməsini tələb edir.
62. Cavabdeh isə etiraz edərək aralarındakı müqavilələrin tam qanuni olduğunu, Cavabdeh3 atası Cavabdeh1 olan borcunu tam ödəmədiyindən mənzillərə dair müqavilələri qaytarmamaqda haqlı olduqlarını bildirir.
63. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
64. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
65. Apellyasiya instansiyası məh kəməsi MMC tərəfindən binanın tikintisinə icazə alınmadığını, tikiləcək yaşayış binasının 12-ci mərtəbəsindəki mənzillərin alğı-satqısına dair müqavilələrin notariat qaydasında təsdiqlənmədiyini və həmin mənzillərin üzərində MMC-nin mülkiyyət hüququnun olmadığını əsas gətirərək, mübahisələndirilən müqavilələrin məcburi hüquq qaydalarına və forma tələblərinə uyğun olmaması səbəbilə etibarsız (əhəmiyyətsiz) olması qənətinə gəlmişdir.
66. Kollegiya bu mövqe ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən müqavilələrin məzmunu düzgün təfsir edilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
67. Belə ki, məhkəmə müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə i fadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (bax – § 41-42).
68. Mübahisələndirilən müqavilələrin 1.1-ci bəndinə əsasən MMC tərəfindən tikiləcək yaşayış binasının 12-ci mərtəbəsindəki müvafiq mənzilləri 36 ay müddətində tam təmirsiz halda Cavabdeh2 verməyi, sonuncu isə həmin mənzillərin dəyəri kimi müəyyən edilmiş məbləği tam ödəməyi öz öhdəsinə götürmüşdür.
69. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sa həsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir.
70. Göründüyü kimi, iddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələr necə adlandırılmasından (“tikilən binada mənzil alğı-satqısı haqqında”) asılı olmayaraq, öz hüquqi təbiətinə görə podrat müqavilələridir.
71. Qanunvericiliyə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin (bax – § 43). Mülki Məcəllənin podratla bağlı münasibətləri tənzimləyən 39-c u fəsilində podrat müqaviləsinin forması (şifahi, sadə yazılı, notarial yazılı və s.) ilə bağlı xüsusi bir forma şərti nəzərdə tutulmadığından mülki hüquq subyektləri aralarındakı müqavilənin formasını müəyyən etməkdə sərbəstdirlər. Hazırkı müqavilələr sadə yazılı formada tərtib edilməklə tərəflərin imzası və MMC-nin möhürü ilə təsdiqlənmişdir və MMC-nin sözügedən yaşayış binasının tikintisinə icazə alıb-almaması, həmin müqavilələrin predmeti olan tikiləcək binada mənzillərin MMC-nin mülkiyyətində olub-olmaması bu məzmunda müqavilələrin bağlanması anında onların hüquqi qüvvəsi baxımından əhəmiyyət kəsb etmir. Qeyd edilən məsələlər müqavilənin bağlanmasından sonra öhdəliklərin icrası baxımından əhəmiyyətlidir.
72. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı bu qərarın 8-ci bəndində g östərilən faktiki hallardan (əvvəlki təsisçisi və direktoru Cavabdeh3 bina tikmək məqsədilə 2014-cü ildə üçüncü şəxs Cavabdeh1 400.000 manat borc aldığını, həmin borcun qarşılığında tikiləcək binada 5 mənzilə dair Cavabdeh1 oğlu iş üzrə Cavabdeh2 adına müqavilələr bağladıqlarını, razılaşmalarına əsasən borc məbləği tam qaytarıldıqda cavabdehin də müqavilələri qaytarcağı, hazırda borcun tam ödənilməsinə baxmayaraq cavabdehin əlavə məbləğlər tələb edərək müqavilələri qaytarmaqdan imtina etməsi barədə) çıxış edərək, iddianın hüquqi əsasları kimi mübahisələndirilən müqavilələrin başqa əqdi pərdələmək üçün formal bağlandığına, yalan əqd olmasına istinad etmişdir.
73. Kollegiya vurğulayır ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.
74. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yara tmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
75. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından (bax - § 59) aydın olur ki, tərəflər arasında bağlanmış müqavilələrin hər ikisi onların həqiqi iradələrini ifadə etməklə, tərəflərin üçüncü şəxslərdə hər hansı yanlış (həqiqi vəziyyətə uyğun olmayan) təəssürat yaratmaq niyyətləri olmamışdır. Belə olan halda mübahisələndirilən müqavilələr yalan əqdin yuxarıda qeyd edilən bütün tərkib əlamətlərinə malik olmadıından Mülki Məcəllənin 340.2-cı maddəsinin hazırkı mübahisəyə tətbiq edilməsi mümkün deyil.
76. Tərəflər arasındakı mübahisənin hüquqi həlli ilə bağlı mülki qanunvericiliyin müqa vilə və öhdəlik hüququ ilə bağlı normaları nəzərdən keçirilməlidir.
77. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Mülki hüquq subyektlərinin sağlam iradə bəyanlarını əks etdirən razılaşmaları etibarlıdır. Başqa sözlə, müqavilənin bağlanmış sayılması üçün hər iki tərəf qarşılıqlı olaraq bir hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən, zədələnməmiş iradələrini bəyan etməlidirlər. Məhz belə müqavilə etibarlı şəkildə bağlanmış sayılır və hüquqi nəticə -tərəflər üçün hüquq və öhdəliklər yaradır.
78. Mülki Məcəllənin 390.1-ci maddəsində göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmunu nu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
79. Baxılan işdən görünür ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, sonradan həmin borc öhdəliyini təminat altına almaq məqsədilə iddiaçı tərəfindən tikiləcək yaşayış binasında cavabdehə mənzillər verilməsi barədə podrat müqavilələri imzalanmış, borcun ödəniləcəyi təqdirdə həmin mənzillərin də müvafiq olaraq iddiaçıya qaytarılacağı razılaşdırılmışdır.
80. Göründüyü kimi, tərəflər arasında sərbəst iradələri əsasında arzu etdikləri məzmunda müqavilələr bağlanmışdır ki, bu cür müqavilələrin bağlanması mülki qanunvericiliyin tələblərinə zidd olmamaqla qanunla qadağan edilməmişdir. Ona görə də, hazırkı mübahisəli hüquqi məsələ tərəflər arasında əldə olunmuş həm in razılaşmanın şərtləri nəzərə alınmaqla həll olunmalıdır.
81. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sadaladığı faktiki əsaslar (bax - §72) borc öhdəliyinin icrası səbəbilə mənzillərin verilməsinə dair müqavilələrə xitam verilməsinin məhkəmə qaydasında təsbit edilməsinə yönəlsə də, iddiaçı həmin müqavilələrin etibarsız hesab edilməsini xahiş etmişdir.
82. Qeyd olunmalıdır ki, mülki prosessual hüquqda “tələbə bağlılıq” prinsipi iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsi anlamına gəlməməklə, hakimin iddiaçının istədiyindən çoxunu və ya istədiyindən başqa bir tələbi təmin edə bilməyəcəyini ifadə edir. İddiaçının istəyinin nə olduğu isə, təkcə iddia ərizəsinin son (xahiş) hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, id dia ərizəsinin ümumi mətni içərisində öz əksini tapan iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Başqa sözlə, bu prinsip məhkəmənin məhz tərəflərin həqiqi məqsəd və istəyini nəzərə almalı olduğunu və bu çərçivədə qərar qəbul etməli olduğunu bildirir. Əks yanaşma, hüquqların məhkəmə müdafiəsi ilə bağlı konstitusion əsaslara, eyni zamanda bu prinsipin sıx bağlı olduğu prosessual qənaət prinsipinə ziddir.
83. O da qeyd olunmalıdır ki, iddianın hüquqi həlli ilə bağlı yaranan bütün sualları cavablandırmaq işə mahiyyəti üzrə baxan məhkəmənin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarl arında dəfələrlə vurğulanmışdır.
84. Odur ki, işə yenidən baxılarkən Mülki Məcəllənin öhdəliyə icra səbəbilə xitam verilməsi ilə bağlı 527-530-cu maddələrinin tələbləri nəzərə alınmaqla borcun ödənilmiş hissəsinə müvafiq olaraq aralarındakı razılaşmaya əsasən məznillərə dair müqavilələrin tam və ya müəyyən həcmdə ləğv edilməsi məsələsinə qiymət verilməlidir.
85. Hazırda tərəflər arasında borcun məbləği ilə bağlı mübahisə olduğundan bu istiqamətdə qiymətləndirmə aparılarkən ilk öncə tərəflərin məhkəmə iclasında verdikləri izahatlar, Cavabdeh2 müraciəti əsasında Daxili İşlər Nazirliyində aparılmış araşdırma zamanı verdikləri ifadələr, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, iş materiallarında olan yazılı sübutlar (Cavabdeh3 tərəfindən imzalanmış və MMC-nin blankında tərtib edilməklə möhürü ilə təsdiqlənmiş sənəd – İ cild, səhifə 56, maliyyə arayışları və s.) və işin həlli üçün əhəmiyyət daşıyan digər sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq qiymətləndirilməlidir.
86. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından qiymət verilməlidir.
87. Prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prin sipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
88. Qeyd olunan prosessual tələblər nəzərə alınmaqla tərəflər arasında aktiv borc öhdəliyinin olub-olmaması, olduğu halda məbləği müəyyən edilməli, bundan sonra mənzillərə dair müqavilələrin tam (öhdəlik tam icra edildiyi halda) və ya öhdəliyin icra edilmiş hissəsinə müvafiq olaraq h ansı həcmdə ləğv edilməsinin mümkünlüyü məsələsi tərəflərlə müzakirə olunmalı və onların mövqeyi nəzərə alınmaqla mübahisənin həlli ən əlverişli şəkildə tamamlanmalıdır.
89. Nəzərə alınmalıdır ki, Cavabdeh2 də birinci instanasiya məhkəməsində verdiyi izahatında iddiaçı MMC-nin keçmiş təsisçisi və direktoru Cavabdeh3 atasına olan 500.000 manat borcundan 200.000 manat qaytardığını, hazırda 300.000 manat borcunun qaldığını, ona görə də 5 ədəd mənzillərin deyil, 200.000 manat dəyərində mənzillərin alğı-satqı müqavilələrini geri qaytarmağa razı olduqlarını bildirmişdir.
90. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında iş in ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı)
91. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılmalı, yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbləri nəzərə alınmaqla iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi təmin edilməlidir.
92. Göstərilənlərə əsasən və MP M-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-212/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.