Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2567/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Balakən regional “ASAN Xidmət” mərkəzi Notariat Ofisinə qarşı QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Balakən regional “ASAN Xidmət” mərkəzi Notariat Ofisinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(107)1996/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları 1. 7 mart 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 şəhəri H.Əliyev prospekti 69 q ünvanında yerləşən, qeydiyyat nömrəsi 619, qeydiyyat tarixi 09.09.2005-ci il reyestr kitabı 2, səhifə 25, invertar nömrə 755, reyestr nömrəsi 619, ümumi sahəsi 23.5 kvm olan qeyri-yaşayış binasını 10000 (on min) manata İddiaçı1 satmışdır. 2. 8 mart 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 şəhəri H.Əliyev prospekti 69 L ünvanında yerləşən qeyri-yaşayış binasının ümumi pay lı mülkiyyət hüququ üzrə özünə məxsus 78.10 kvm hissəni 8000 (səkkiz min) manata İddiaçı1 satmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27.03.2012-ci il tarixli Çıxarışa əsasən Balakən şəhəri H.Əliyev prospekti 69 q ünvanında yerləşən qeyri-yaşayış binası-mağaza İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi 1703 invertar qeydiyyat nömrəli Texniki Pasportdan görünür ki, Balakən şəhəri H.Əliyev prospekti 69 q ünvanında yerləşən qeyr i-yaşayış binası-mağaza İddiaçı1 adına qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi 1702 invertar qeydiyyat nömrəli Texniki Pasportdan görünür ki, Balakən şəhəri H.Əliyev prospekti 69L ünvanında yerləşən qeyri-yaşayış binası-mağaza İddiaçı1 adına qeydiyyata alınmışdır.
6. Notarial qaydada təsdiq olunmuş 24 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən İddiaçı1 mülkiyyət hüququ ilə özünə məxsus olan Balakən şəhəri H.Əliyev prospekti 69 L ünvanında yerləşən ümumi sahəsi 92 kvm olan qeyriyaşayış binasını 28000 (iyirmi səkkiz min) manata Cavabdeh1 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı lar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə iş üzrə Cavabdeh1 arasında 24 noyabr 2020-ci il tarixdə Balakən regional "Asan xidmət" mərkəzi Notariat Ofisində bağlanmış 4Ə409 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını onunla əsaslandırmışlar ki, onlar birgə nikah dövründə olduqları zaman ümumi vəsaitləri hesabına bir-biri ilə qonşu olan Balakən şəhəri, H.Əliyev prospekti 69 Q ünvanında yerləşən ümumi sahəsi 23,5 m2 və 69 L olmaqla ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binalarını alqı-satqı müqavilələ rinə əsasən almışlar. İddiaçı1 həmin əmlaklar üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq olaraq MA seriyalı ******* və ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. Onlar həmin əmlakları aldıqdan sonra orada yenidənqurma işləri aparmış, qeyri-yaşayış binalarının arakəsmə divarlarını sökərək, vahid sahə yaratmış və həmin əmlakların sahəsini 240 m2-ə çatdırmış, həmçinin qeyri-yaşayış binalarının ətrafında və arxa hissəsində yerləşən ümumilikdə 430 m2 torpaq sahəsini də bələdiyyədən almışlar. Onlar borclarının olması və övladlarının müalicəsi ilə bağlı pul lazım olması səbəbindən Balakən şəhəri, H. Əliyev prospekti 69 Q və 69 L nömrəli qeyri-yaşayış binalarını satmaq qəra rına gəlmişlər. Bu məqsədlə Balakən şəhərində fəaliyyət göstərən daşınmaz əmlak agentlərinə məlumat verərək, həmin əmlakları ümumilikdə 450.000 manata satmaq istədiklərini bildirmişlər. Bir müddət sonra Balakən şəhərində fəaliyyət göstərən daşınmaz əmlak agenti Tural adlı şəxs onlara müraciət edərək, iş üzrə cavabdeh Balakən rayonu Mahamalar kənd sakini Cavabdeh1 adlı şəxsin həmin əmlakları almaq istədiyini bildirmişdir. Qeyd olunan qeyri-yaşayış binalarının yalnız 23,5 m2 və 92,0 m2 hissələrinin üzərində onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınması və yalnız həmin hissələr üzərində sərəncam vermək hüquqlarının olması səbəbindən, ilk mərhələdə Balakən şəhəri, H.Əliyev prospekti 69L ünvanında yerləşən ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binasının 170.000 manata alqı-satqı müqav iləsinin bağlanması, yerdə qalan hissə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra isə həmin hissələrin də alqı-satqı müqaviləsinin bağlanması barədə tərəflər arasında razılaşma əldə edilmişdir. İş üzrə Cavabdeh1, Balakən şəhəri, H. Əliyev prospekti 69 L ünvanında yerləşən ümumi sahəsi 92,0 m2 olan qeyri yaşayış binasının dəyəri olan 170.000 manat pulu bir dəfəyə ödəmək üçün maddi imkanın olmamasını əsas gətirərək, həmin pulun 36.000 manat hissəsini əvvəlcədən, yerdə qalan hissəsini isə 3 ay ərzində verə biləcəyini iddiaçılara bildirmişdir. Tərəflər öz aralarında razılaşma əldə etdikdən sonra nisyə alqısatqı və yaxud beh müqaviləsini bağlanmaq məqsədi ilə iş üzrə cavabdeh Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisinə getmişlər. Tərəflər arasında 24 noyabr 20 20-ci il tarixdə müqavilə bağlanmış və iş üzrə Cavabdeh1 əmlakın dəyərinin 28.000 manat hissənini notariusun depozit hesabı vasitəsi ilə, 8.000 manat hissəsini isə nəğd qaydada iddiaçılara vermişdir. Həmin vaxtı onlar güman etmişlər ki, Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisində bağlanmış müqavilə nisyə alqı-satqı və yaxud beh müqaviləsidir. Müqavilənin bağlanmasının üzərindən 3 gün keçəndən sonra iş üzrə Cavabdeh1 yanında iddiaçıların tanımadıqları şəxslərlə gələrək mağazanı boşaltmalı olduqlarını və mağazanı ümumilikdə "BRAVO" supermaketlər şəbəkəsinə icarəyə verəcəyini bildirmişdir. Onlar iş üzrə Cavabdeh1 hələ ki, əmlakın dəyərini tam ödəmədiyini və bu səbəbdən də tələbinin anlaşılmaz olmasını bildirmişlər. Həmin vaxt iş üzrə Cavabdeh1 həmin əmlakı artıq notarial qayda da aldığını və əlavə iddiaçılara heç bir ödəmə etməyəcəyini bildirmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, 24 noyabr 2020-ci il tarixdə Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisində bağlanmış müqavilə alqı-satqı müqaviləsi olmuşdur. Buna görə də Cavabdeh1 arasında 24 noyabr 2020-ci il tarixdə Balakən regional “Asan xidmət" mərkəzində Notariat Ofisində bağlanmış 4Ə-409 reyestr nömrəli "Daşınmaz əmlakm alqı-satqı müqaviləsinin“ etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. Cavabdeh1 birinci instansiya məhkəməsinin icraatı zamanı iddianı qəbul etməmişdir.
10. Balakən Rayon Məhkəməsinin (hakim Z.C.Tahirov) 05 iyul 2021-ci il tarixli, 2(019)235/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, tərəflər arasında mübahisələndirilən alqı-satqı müqaviləsindən başqa, digər müqavilə-beh müqaviləsi bağlanması barədə hər hansı razılaşma olmamış və beh müqaviləsi bağlanmamışdır. İddiaçı1 razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması, yəni sözügedən əqdin vacib əhəmiyətli yanılmanın təsiri altında bağlanmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə İddiaçı1 iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bununla da iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür.
12. Məhkəmə işin halları ilə bağlı onu da qeyd etmişdir ki, Cavabdeh1 iddia predmetini təşkil edən qeyri-yaşayış obyektini vicdanlı əldə edəndir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13-cü, 29-cu maddələri, Mülki Məcəllənin 139.1-ci, 139.3-cü, 140-cı, 146.1-ci, 146.2-ci, 152.1-ci, 157.8-ci, 213.1-ci, 225.1-ci, 222.2-ci, 222.3-cü, 331.1-ci, 334.1-ci, 334.2-ci, 337.1-ci, 337.2-ci, 337.3-cü, 347.1-ci, 354.1-ci, 354.2-ci, maddələri, MPM-nin 14.2-ci, 76.1-ci, 77.1-ci, 78.1-ci, 80-ci, 81-ci, 88-ci, 89.1-ci, 89.3-cü, 106.1-ci, 217.3-cü, 217.4-cü maddələri, «İnsan Hüquqlarının və X3 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarlarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv araşdırmamış, birtərəfli, səthi və qeyri-obyektiv araşdırma aparmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 80, 81, 82.3, 88, 217 və 261-ci maddələrinin tələblərini pozmuşdur.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər- M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və R.R.Rəfiyev) 09 dekabr 2021-ci il tarixli, 2(107)1996/21 nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 17.İddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə ye ni qərar qəbul edilməsini xahiş etmişlər.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr işi hərtərəfli, tam və obyektiv araşdırmamış, Mülki Məcəllənin 337, 339 və 347-ci maddələrinin, Azərbaycan Respublikası MPM-nin 14.1, 80, 81, 82.3, 88, 217 və 261-ci maddələrinin tələblərini pozmaqla qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh1 vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz vermişdir.
20. Etirazda qeyd edilmişdir ki, iddiaçıların öz tələblərinin əsası kimi istinad etdiyi dəlillərin heç biri müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. İddiaçı1 mübahisələndirilən alğı-satqı müqaviləsinin bağlanması zamanı Cavabdeh1 onu aldatması, guya həmin müqavilənin beh müqaviləsi olduğunu bilib, ona imza atması və müq avilənin predmeti olan qeyri-yaşayış sahəsinə aid qiymət aşağı olmaqla bu xüsusda müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması və notariusda onun hüquqlarının izah edilməməsi və notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilməməsi barədə bildirdikləri işdə olan sübutlarla tam təkzib olunur və iddiaçı tərəf də belə bir halın olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin tərəflərə, o cümlədən İddiaçı1 qızma hüquq və vəzifələri izah edilməklə, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmiş və İddiaçı1 da buna imza etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçü n iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
22. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir.
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir.
25. Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüq uqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
26. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
27. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İş materiallarından göründüyü kimi tərəflər arasında qeyi-yaşayış sahəsinin alğısatqısına dair müqavilə bağlanmışdır.
34. Həmin müqavilə yə görə iddiaçılar onlara məxsus qeyri-yaşayış sahəsini cavabdehə 28000 manata satmış və həmin məbləğ cavabdeh tərəfindən onlara ödənilmişdir.
35. Müqavilə bağlanarkən notarius tərəfindən onların hüquq və vəzifələri izah olunmuş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir.
36. Müqavilə imzalamaqla tərəflər orada göstərilənlərin həqiqiliyini və müqavilənin etibarlılığını təsdiq etmişlər.
37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, müqavilə tərəflərin iradələrinə və istəklərinə uyğun bağlanmışdır.
38. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. İddiaçılar məhkəməyə əqdin etibarsız olması barədə heç bir sübut təqdim etməmiş və tələblərinin əsaslı olmasını sübuta yetirə bilməmişlər.
40. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(12(107)-1996/2021 nömrəli, 9 dekabr 2021-ci il tari xli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir