Məhkəmə qərarları › İş №2(102)-2568/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2568/2021

12.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2568/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyətinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6082/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxx 2018-ci il tarixli, **********37 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 2, 72 saylı mənzil Cavabdeh1 adına dövlət qeydiyyatından keçmiş və hazırda mülkiyyətindədir. Sözügedən mənzilə dair arxiv qovluğunda mövcud olan Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli 232552 saylı orderində İddiaçı adı göstərilmiş, lakin Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 14632 saylı arayışında tək Cavabdeh1 adı göstərilmişdir. Çıxarışı n surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsi, ev 2, mənzil 72 xüsusi mülkiyyət kimi xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsi, ev 2, mənzil 72-nin Cavabdeh1 adına qeydiyyatdan keçməsinə əsas olan ilkin sənədlər qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 14632 nömrəli arayışın, 232552 nömrəli orderin və 140 nömrəli Mənzil-Tikinti Kooperativinin xx.xx.2015-ci il tarixli, 133 nömrəli maliyyə arayışının təsdiq olunmuş surətləri göndərilmişdir. Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 232552 nömrəli orderin tə sdiq olunmuş surətindən görünür ki, X4 ilə birlikdə yaşayan üç şəxs (Cavabdeh1, X3 və İddiaçı) ünvan 1 ünvanında yaşayış sahəsi almaq hüququna malikdirlər. 140 nömrəli Mənzil-Tikinti Kooperativinin xx.xx.2015-ci il tarixli, 133 nömrəli maliyyə arayışının təsdiq olunmuş surətindən görünür ki, Cavadxan küçəsi, ev 2, mənzil 72-nin qiyməti 10785 manat 67 qəpik olmuş, pulu tam ödənilmiş və hal-hazırda heç bir borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi üzrə özəlləşdirmənin etibarsız hesab edilməsi və onun əsasında X5 adına verilmiş çıxarışın ləğv edil məsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə dair Bakı şəhər X8 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx xxx 1984-cü il tarixli 232552 saylı orderdə iddiaçının anası Cavabdeh1 ilə yanaşı iddiaçının adı da qeyd edilmiş və həmin ünvanda pasport qeydiyyatında olmaqla anası ilə birlikdə yaşamışdır. Hazırda iddiaçıya məlum olmuşdur ki, həmin mənzil iddiaçının razılığı olmadan anasının adına özəlləşdirilmişdir. Mənzilə dair orderdə adının qeyd olunmasına və həmin mənzildə pasport qeydiyyatında olmağına baxmayaraq, özəlləşdirmə zamanı təqdim olunmuş, Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” 14632 saylı arayışda mənzildə nədənsə tək iddiaçının anası Cavabdeh1 qeyd iyyatda olması göstərilmişdir. İddiaçının mübahisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinə etdiyi müraciətə xx xxxx 2018-ci il tarixli 059-19063-1218 saylı cavab məktubunda ünvan 2 ünvanda pasport qeydiyyatında olduğu bildirilmişdir. Mübahisə ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə etdiyi müraciətə xx xxx 2018-ci il tarixli **********37 saylı cavab məktubu ilə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin Cavabdeh1 adına qeydiyyatdan keçməsi və hazırda onun mülkiyyətində olması, özəlləşdirmə zamanı təqdim olunmuş, Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” 14632 saylı arayışda mənzildə tək Cavabdeh1 qeydiyyatda olması bildirilmişdir. Həmin mənzilin özəlləşdirilməsinə cəlb edilmədiyinə və özəlləşdirməyə razılı q vermədiyinə görə iddiaçı hesab edir ki, həmin mənzilin özəlləşdirilməsi “Azərbaycan Respublikasında Mənzil X1” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində nəzərdə tutulan şərtlər pozulmaqla həyata keçirildiyindən, özəlləşdirilmə etibarsız hesab edilməli və onun əsasında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış ləğv edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Nigar Nəbizadə) 2(001)2993/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mənzil özəlləşdirilən zaman həmin mənzildə yaşamasını və özəlləşdirmənin etibarsızlığını tələb etmək üçün subyektic hüququnun olmasını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmə mişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 2(103)-10582/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Cavadxan (Gəncə xanı) küçəsindəki 2 nömrəli evin, 72 nömrəli mənzilinin özəlləşdırilməsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəm əsi qeyd etmişdir ki, iddiaçının mənzil özəlləşdiriləm zaman orderdə adının olması mübahisəsizdir. İddiaçının mənzil özəlləşdirilən zaman müvəqqəti olaraq xarici ölkədə olması onun bu prosessdən imtina etməsi kimi qiymətləndirilə bilməz. İddiaçı Mİddiaçı razılığı olmadan mənzilin özəlləşdirilməsi qanunsuz olmuşdur. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Elşanə Vəliyeva - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Sənan Hacıyev) 2(102)-35/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün apel lyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya məhkəməsi qərarda qeyd etmişdir ki, “...kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin mübahisəli mənzilin statusunu müəyyənləşdirmədən dövlət və ictimai mənzil fonduna aid olan mənzillərin özəlləşdirilməsinə aid edilən “Azərbaycan Respublikasında Mənzil X1” Qanununu 5-ci maddəsinin hazırki mübahisəyə tətbiq edilməsi əsaslı sayıla bilməz. Apellyasiya məhkəməsi qeyd edilən maddi hüquq normasına istinad edərkən mənzilin özəlləşdirilməsi zamanı İddiaçı adının qeyd edilməməsinə dair Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2015-ci il tarixli 14632 saylı arayışının məzmununa və iddiaçının tələb və şikayətlərində qeydiyyatı ilə bağlı şəxsiyyət vəsiqəsinin xx.xx.2018-ci il tarixdə ASAN 2 xidm ətində dəyişdirilməsinə və Binəqədi rayon Polis İdarəsinin bu barədə xx xxxx 2018-ci il tarixli məktubunun məzmununa istinad etməsi ilə bağlı araşdırma aparmamış və müəyyən edilən hallara hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarında iddiaçının 2015-ci ildə mübahisəli mənzildə qeydiyyatda olmasını təsdiq edən məlumatlar yoxdur. Apellyasiya şikayətində iddiaçı daim Azərbaycan Respublikasına gəlib-getməsini, yaşadığı mənzilin vəziyyəti ilə maraqlanmasını, hətta şəxsiyyət vəsiqəsini də Bakı şəhərində olduğu müddətdə yeniləməsini göstərsə də, apellyasiya məhkəməsi onun bu dəlilləri üzrə araşdırma aparmamış, şəxsiyyət vəsiqəsinin 2018-ci ildən əvvəl hansı tarixlərdə dəyişdirilməsini, Bakı şəhərində olduğu müddətdə mübahisəli mənzildə həqiqətən də yaşayıb-yaşamamasını, Daxili İşlər Na zirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2015-ci il tarixli 14632 saylı arayışında tək Cavabdeh1 adının qeyd olunmasının səbəblərini müəyyən etməmişdir. Həmçinin qeyd edilən maddi hüquq normasında kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığının tələb edilməsinin göstərilməsi halında özəlləşdirməni həyata keçirən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin tək Cavabdeh1 adının qeyd olunmasına dair Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2015-ci il tarixli, 14632 saylı arayışına istinad etməklə qanun pozuntusuna yol verilməməsi faktının da mövcudluğuna qiymət verməmişdir.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 4, 68-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, mübahisəli mənzil dövlət mənzil fondu statusuna malik olduğundan, hazırki mübahisə “Azərbaycan Respublikasında mənzil X1” Qanunun müddəalarına uyğun həll edilməlidir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasında Mənzil X1 Qanunun 5-ci maddəsinə əsasən mübahisəli mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda iddiaçının cavabdehlə birlikdə m übahisəli mənzildə faktiki yaşamaması özəlləşdirmə zamanı onun razılığının alınmasını istisna edə bilməzdi. Çünki, mübahisəli mənzilə dair cavabdehin adına mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam olmamışdır. Mübahisəli mənzilə dair order iddiaçının atası, cavabdehin isə əri olmuş mərhum Telman İsmayılovun adına olmuşdur. Demək ki, mənzilin özəlləşdirilməsi anında iddiaçı ilə cavabdeh eyni statusda olmuş, özəlləşdirmə ilə bağlı birinin digərinə nisbətən üstün mənafeyi, yaxud əlavə hüququ olmamışdır. İddiaçı xx.xx.2004-cü il tarixdən həmin mənzildə qeydiyyatda olmuş və mənzil özəlləşdirilərkən onun razılığının alınmalı olmasına baxmayaraq, onun razılığı alınmadan mübahisəli mənzil xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına özəlləşdirilmiş və dövlət qeydiyyatına alınmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının mənzilin özəlləşdirilməsi zamanı Çexiya Respublikasının Praqa şəhərində müvəqqəti yaşaması bu prosesdən imtina etməsi kimi dəyərləndirilməməlidir. Çünki işdən də görünür ki, iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmuş, Azərbaycan Respublikası vətəndaşlığından imtina etməmiş, Bakı şəhərini birdəfəlik tərk etməmişdir. Kassasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil3u) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbini rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apel lyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Mənzil özəlləşdirilən zaman iddiaçı faktiki olaraq həmin mənzildə yaşamamış, məhkəmə bu hala əhəmiyyət erməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 və onun vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin e dilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (maddə 151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1). Aidiyyət qaydalarının pozulmasına yol verilmir. (maddə 31.1) İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (maddə 262.3) İşə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. (maddə 418.4 və 418.4.9) Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2) Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416) Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş dən görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 2, 72 saylı mənzilin Cavabdeh1 adına özəlləşdirilməsinin etibarsızlığını və sonuncunun adına həmin mənzilə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğvini tələb etmiş, tələbləri həm Cavabdeh1, həm də özəlləşdirməni həyata keçirən və digər cavabdeh olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı yönəlmişdir. İddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi mənzilin özəlləşdirilməsi həmin İdarə tərəfindən tərəfindən həyata keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 4 və 68-ci maddələrinə istinad edərək hesab etmişdir ki, mübahisəli mənzilə dair dövlət orqanı olan XDS İcraiyyə Komitəsi tərəfindən order verildiyinə görə həmin mənzil dövlət mənzil fonduna aid olmuşdur, bu səbəbdən də mübahisənin həlli Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunun tələblərinə Cavabdeh1 tərəfindən riayət olunub-olunması baxımından üimumi məhkəmələr tərəfindən həyata keçirilməsi düzgün olmuşdur. Mənzil X1 Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə görə, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9cu maddəsində göstərilən qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Lakin işin müəyyən edilmiş hallarından daha sonra görünür ki, mübahisənin predmeti olan mənzil Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 2325 52 nömrəli orderinə əsasən mərhum X2 və onunla birlikdə yaşayan üç nəfər ailə üzvlərinin adına (arvadı Cavabdeh1, qızları Sevinc İsmayılova və İddiaçı) yaşayış sahəsi kimi uçota alınmışdır. 140 nömrəli Mənzil-Tikinti Kooperativinin xx.xx.2015-ci il tarixli, 133 nömrəli maliyyə arayışının təsdiq olunmuş surətindən görünür ki, Cavadxan küçəsi, ev 2, mənzil 72-nin qiyməti 10785 manat 67 qəpik olmuş, pulu tam ödənilmiş və hal-hazırda heç bir borcu yoxdur. xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 4-cü maddəsinə görə mənzil fondunu yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna; dövlətə məxsus yaşayış evləri və başqa başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu), kolxozlara, kooperativ təşkilatlara, onların birliklə rinə, həimkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu), mənzil-tikinti kooperativlərinə məxsus yaşayüış evləri (mənzil-tikinti kooperativləri fondu), vətəndaşların xüsusi mülkiyyətində olan yaşayşı evləri və mənzilləri (fərdi mənzil fondu). Həmin Məcəllənin 115-ci maddəsinin 2-ci hissəsinə görə mənzil-tikinti kooperativi evində mənzillərə köçmək üçün X6 icraiyyə komitəsi order verir. Göründüyü kimi apellyasiya məhkəməsi həm işdəki sənədlərə düzgün hüquqi qiymət vermədən, həm də maddi hüquq normalarını səhv tətbiq edərək mübahisəli mənzilin dövlət mənzil fonduna aid olmasına dair cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin qənaəti ilə razılaşmaqda s əhvə yol vermiş, mübahisəli mənzilin mənzil-tikinti kooperativləri fonduna aid olması, bununla da həmin mənzilin özəlləşdirilməsinə Azərbaycan Respublikasında mənzil X1 Qanunun tətbiq olunmasının yolverilməzliyini diqqətdən qaçırmışdır. Mübahisəli mənzil mənzil-tikinti kooperativinin əmlakı olmaqla Cavabdeh1 və mərhum əri Telman İsmayılovla birgə nikah müddətində əldə etdikləri pay haqqıdır, həmin pay Mənzil X1 Qanunun tələblərinə uyğun özəlləşdirilməsi istisna olunur. İddiaçının və Cavabdeh1 mənzildə paylarının olub-olmaması, onların mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmas vərəsəlik hüququ haqqında normalara və Daşınmaz Əmlakı Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun aparılmalı idi. Apellyasiya məhkəməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin hərəkətlərini bu baxımdan qanuni olub-olmamasını müəyyən etməli olduğu halda etməmişdir. İddia tələblərinin qanuni və əsaslılığına göstərilən qaydada qiymət verdikdə aydın olur ki, hazırkı mübahisənin həlli ümumi məhkəmələrə deyil, inzibati məhkəmələrə aiddir. İş üzrə özəlləşdirməni həyata keçirmiş cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin inzibati orqandır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 31 və 31.1.4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Komitənin yanında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında ərazi idar ələri inzbati orqanlardır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hak imiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş inzibati orqan tərəfindən h əyata keçirilir. İş üzrə iddiaçı həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu iddia edir. Belə olan halda mübahisə inzibati orqanın publik hüququn nizamasalma predmetinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbu l edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məh kəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinə uyğun həll edilməlidir. İddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İPM-in 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-nin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Göstərilənlərə əsasən qətnamə ləğv edilərək iş üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq iddia tələbi inzibati məhkəməyə müraciət etmək hüququnu ləri izah olunmalıdır. Odur ki, MPM-nin 416, 417 və 419-c u maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6082/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar