Məhkəmə qərarları › İş №2(102)-2569/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2569/2022

17.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2569/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızının cavabdehlər Cavabdeh1, Şəki şəhər 1 saylı Notariat Kontoruna və Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsız hesab edilməsi, ipoteka müqavilələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızının cava bdehlər Cavabdeh1( bundan sonra KB ASC), Şəki şəhər 1 saylı Notariat Kontoruna və Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1079/2021 nömrəli, 11 iyun 2021-ci tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayəti üzrə işə 17 may 2022-ci il tarixdə Ali Məhkəmənin Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 1.İddiaçı1 atası Cumalı Xasməmmədovla cavabdeh "xxxx" KB ASC arasında 06 dekabr 2010-cu il tarixdə 05bs/10 saylı ipoteka müqavilə bağlanmışdır. 2.Həmin ipoteka müqaviləsi üzrə İddiaçı1 və "xxxx" MMC-nin "xxxx" KB ASC qarşısında 06 dekabr 2010-cu il tarixli 05bs/10 saylı kredit mü qaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsi, kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə X5 mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evini, X16 isə mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evini “Unibank" KB ASC-nə ipotekaya qoymuşdur.

3. Öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə X2 mülkiyyətində olan Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası "xxxx" KB ASC-nə ipotekaya qoyulmuşdur. Həmin müqavilə əsasında X3 mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi, X8 mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi, onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evi və X2 mülkiyyətində olan Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binasını "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat 4.İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızı cavabdehlər "xxxx" KB ASC, Şəki şəhər 1 saylı Notariat Kontoruna” və Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi, X8 mülkiyyətində olan Şəki şəhəri, Məzahir A bbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evi və X2 mülkiyyətində olan Zaqatala rayon Muxax kəndində yerləşən 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası ilə bağlı cavabdeh "xxxx" KB ASC ilə X5, X16 və X6 arasında 06 dekabr 2010-cu il tarixdə bağlanmış və Cavabdeh2 tərəfindən təsdiq edilmiş 05bsi/10 saylı və 02bsZi/10 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 5.Şəki Rayon Məhkəməsi hazırki iş üzrə 13 sentyabr 2019-ci il tarixli 2(075)1092/2019 saylı qərardadı (hakim Cahid İmanov) ilə xəttşünaslıq ekspertizası təyin edilmişdir.05 mart 2020-ci il tarixli, 30771 saylı məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertrizaya təqdim olunmuş, fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair X12 adından olan xx.xx.2010-cu il tarixli razılılq ərizəsində “İmza:” qrafasındakı imza - X17 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair İddiaçı2 adından olan xx.xx.2010-cu il tarixli razılılq ərizəsində İmza qrafasındakı imza-İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 6.Şəki Rayon Məhkəməsi hazırki iş üzrə 14 avqust 2020-ci il tarixli 2(075)-21/2020 saylı qərardadı (hakim Elçin Mehdiyev) ilə əlavə xəttşünaslıq ekspertizası təyin edilmişdir. 12 noyabr 2020-ci il tarixli 4/837 saylı məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 06 dekabr 2010-cu il tarixli, 05bsi/10 saylı ipoteka müqaviləsində “ipoteka qoyan” qrafasında “X16” yazılarının aşağı hissəsində yerləşən imza X16 tərəfindən icra olunmuşdur. 7.Ekspertrizaya təqdim olunmuş fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair İddiaçı3 adından olan 06 dekabr 2010-cu il tarixli razılıq ərizəsində “İmza” qrafasındakı imza İddiaçı3 tərəfindən icra olunmuşdur. Ekspertrizaya təqdim olunmuş fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair X10 adından olan 06 dekabr 2010-cu il tarixli razılıq ərizəsində “İmza” qrafasındakı imza Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızı tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 138 manat təşkil edir. 8.Şəki Rayon Məhkəməsi 2(075)-5/2021 saylı 03 mart 2021-ci il tarixli qətnaməsi (hakim Elçin Mehdiyev ) ilə iddianın rədd edilməsini qət edilmişdir. 9.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaç ılar İddiaçı1 və İddiaçı2 həmin müqavilənin etibarsızlığı ilə bağlı mübahisənin həll edilməsi üçün hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il müddətində məhkəməyə müraciət etməli olduqları halda, həmin müddət ərzində bu hüquqlarından istifadə etməmişlər. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.Buna görə də məhkəmə hesab edib ki. iddia tələbinin X3 mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi ilə bağlı cavabdeh "xxxx" KB ASC ilə X5 arasında 06 dekabr 2010-cu il tarixdə bağlanmış və Cavabdeh2 tərəfindən təsdiq edilmiş ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı hissəsi iddia müddəti ötürüldüyündən təmin edilə bilməz.Bundan başqa iddiaçılar iddia tələblərini n X2 mülkiyyətində olan Zaqatala rayon Muxax kəndində yerləşən 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası ilə bağlı cavabdeh "xxxx" KB ASC ilə X6 arasında 06 dekabr 2010-cu il tarixdə bağlanmış və cavabdeh Zaqatala şəhəri 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş ipoteka müqavilələrinin etibarsız hesab edilməsinin tələblərinin əsası kimi mərhum X2 mülkiyyətində olan Zaqatala rayonu, Muxax kəndində yerləşən 0.021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası ipoteka ilə yüklü edilərkən 02bsZi/10 saylı ipoteka müqaviləsində borc alan qrafasında “VÜSAL-N" MMC-nin direktoru şəxsində onun tərəfindən imzanın atılmadığını göstərsələr də, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə iddia tələbinin həmin hiss əsini də əsaslı hesab etməyib. 10.Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319.1, 385, 442, 445.1, 421.2, 462.1, 467-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

5. Apellyasiya instansiyası məhkəməsindəki icraat 11.Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilərək, Şəki Rayon Məhkəməsi 2(075)-5/2021 saylı 03 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1079/2021 saylı mülki iş üzrə 11 iyun 2021-ci il tarixli qətnam əsi ilə (hakimlər V.İ Məlikov (sədrlik edən və məruzəçi hakim), R.R. Rəfiyev və E.Ş.Hüseynov) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(075)-5/2021 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmasını qət etmişdir. 13.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızının cavabdehlər "xxxx" KB ASC, Şəki şəhər 1 saylı Notariat Kontoruna” və Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı X3 mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi, X8 mülkiyyətində olan Şəki şəhəri, Məza hir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evi və X2 mülkiyyətində olan Zaqatala rayon Muxax kəndində yerləşən 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası ilə bağlı cavabdeh "xxxx" KB ASC ilə X5, X16 və X6 arasında 06 dekabr 2010-cu il tarixdə bağlanmış və Cavabdeh2 tərəfindən təsdiq edilmiş 05bsi/10 saylı və Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 02bsZi/10 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməməlidir. Bütün bunlar onu deməyə əsas verir ki, İddiaçı1, İddiaçı2 və mərhum X11 hazırda mübahisələndirilən və X3 mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi ilə bağlı cavabd eh "xxxx" KB ASC ilə X5 arasında 06 dekabr 2010-cu il tarixdə bağlanmış və Cavabdeh2 tərəfindən təsdiq edilmiş ipoteka müqaviləsindən daha əvvəllər məlumatları olmuşdur.Məhkəmə araşdırmasına əsasən, "xxxx" KB ASC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək kredit məbləği "xxxx" MMC-yə verilmişdir. Lakin "xxxx" MMC "xxxx" KB ASC-yə olan kredit borcunun bir hissəsini bankın hesabına ödəməsinə baxmayaraq kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətlərdə ödəmələri aparmadığından iddiaçı "xxxx" KB ASC cavabdehlər "xxxx" MMC, İddiaçı1, X5, X17, X1, X13, İddiaçı4 Natiq qızı, X9, X16, İddiaçı3, X18 və X4 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etm iş və həmin iddia tələbi 13 oktyabr 2015-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən 19 fevral 2018ci il tаrixli, 2(075)-11/2018 saylı iddianın qismən təmin edilməsi barədə qətnаmə çıxarılmışdır. Həmçinin, Şəki Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tаrixli, 2(075)11/2018 saylı qətnаməsindən verilmiş apellyasiya və kassasiya şikayətləri üzrə müvafiq olaraq "xxxx" KB ASC-nin həmin iddia tələbinə Şəki Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində baxılaraq işin hallarına hüquqi qiymət verilmişdir.Belə olan halda, İddiaçı1, İddiaçı2 və mərhum X11 hazırda mübahisələndirilən və X3 mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi ilə bağlı cavabdeh "xxxx" KB ASC ilə X5 arasında 06 de kabr 2010cu il tarixdə bağlanmış və Cavabdeh2 tərəfindən təsdiq edilmiş ipoteka müqaviləsindən daha əvvəllər məlumatları olmuşdur və iddiaçılar İddiaçı1 və İddiaçı2 öz hüquqlarının pozulduğunu iddia ərizəsinin birinci instansiya məhkəməsinə daxil olduğu gündən 4 ildən də əvvəl bilmişlər. Buna görə hazırki iş üzrə iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən də 4 il əvvəldən iddia müddətinin axımı başlanılmışdır. Həmin vaxtdan 4 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçılar 11 aprel 2019-cu il tarixdə məhkəməyə müraciət etmişlər.Qanunda nəzərdə tutulmuş kəsici müddət keçdikdən sonra maraqlı şəxs əqdi (müqaviləni) mübahisələndirmək hüququnu itirir.

14. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 225.1, 225.6, 337.1, 337.2,372.2, 373.1, 373.2,374.1, 374.2, 375.1, 375.2, 354.1, 354.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1, 33.3, 33.4-cü maddələrinə, İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarının 49-cu bəndinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçılar İddiaçı1 və İddiaçı2 və onların vəkili Vəkil1 kassasi ya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1079/2021 saylı mülki iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 16.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara, iş üzrə araşdırılmalı olan digər zəruri hallara düzgün hüquqi qiymət verməmişdir. Belə ki,kredit müqaviləsinin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqıı münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilə n əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xiisusiyyətləri ondan ibarətdir ki. onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq. mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki. müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. İşin düzgün həll edilməsi üçün cavabdehlə aralarında bağlanmış və digər cavabdeh tərəfindən təsdiq edilmiş müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunla müəyyən olunmuş əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsaslan üzrə lazım olan şənədlər. sübutlar toplanılmamış, həmin əsaslar üzrə pozuntuların olub-olmaması halları tam və hərtərəfli araşdırılmamış, toplanılan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən ekspertizanın təyini zamanı müqavisəedici tədqiqat aparılması üçün kifayyət qədər sərbəst, eksperimental, şərti-sərbəst nümunələr götürülməmiş. Apellyasiya məhkəməsi isə sərbəst, eksperimental, şərti-sərbəst nümunələrimi götürülməklə ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla həmin hissədə təkrar ekspertiza təyin etmədən iddiaçıların iddia tələbinin əsası kimi istinad etdikləri hallara, iş materialında olan natamam ekspert rəylərinə və sübutlara lazımi hüquqi qiymət vermədən qətnamə qəbul edilmişdir ki. bu da sonda apellyasiya şikayətimizin təmin edilməməsinə səbəb olmuşdur. İddiaçının ədalətli məhkəmə araşdırma hüququ, pozulmuş və bu səbəbdən düzgün olmayan qətnamə qəbul etmişdir 17.Kassator qətnamənin ləğv edilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiva baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin 1 hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.3, 218.1-ci maddələrinə istinad etmişdir. 18.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

16. Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" KB ASC-nin vəkili Vəkil2 iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. 20.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.Maddə 16- fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 22.Maddə 225.1-ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ü mumi mülkiyyətidir. 23.Maddə 225.6- daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 24.Maddə 337.1- bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 25.Maddə 337.2-. əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müq avilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 26.Maddə 372.2- hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır 27.Maddə 373.1- ümumi iddia müddəti on il təşkil edir. 28.Maddə 373.2- müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 29.Maddə 374.1- başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.

30. Maddə 374.2- iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 31.Maddə 375.1- hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 32.Maddə 375.2- əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir 33.Maddə 354.1- əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 34.Maddə 354.2- bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərb aycan Respublikası Ailə Məcəlləsi 35.Maddə 33.1- ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.Maddə 33.3- ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 37.Maddə 33.4- ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbayca n Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. İpoteka Haqqında Azərbaycan Respublikası Qanunu 38.Maddə 8.1- ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipotekaya qoyula bilər.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarının 49-cu bəndinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 40.Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 41.Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 42.Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 43.Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 44.Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§43). 46.Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§44). 47.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§43). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 49, Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 50, Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 51, Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 52, Yuxarıda göstərilənləri və MPM-i n 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1079/2021 saylı mülki iş üzrə 11 iyun 2021-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar