Məhkəmə qərarları › İş №2(102)-257/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-257/2024

19.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-257/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-873/2023 nömrəli iş üzrə 30 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 kassasiya şikayətin ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********23-10301 reyestr nömrəli çıxarışa görə, Şəki şəhəri Calğalı Bulaq küçəsi döngə 1 ev 5, yeni qaydalarla Şəki şəhəri Calğalı Bulaq küçəsi 110 nömrəli evin 1/2 hissəsi İddiaçı1, 1/2 hissəsi isə İddiaçı2 mülkiyyətindədir.

2. İddiaçıların mülkiyyətində olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin qonşuluğunda cavabdehlərin istifadəsində olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi yerləşir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 21 aprel 2022-ci il tarixli 10/7128 nömrəli rəyinə əsasən, mübahisə predmeti olan hasar tikilisi ilə iddiaçıya məxsus fərdi yaşayı ş evi arasındakı məsafənin 0,97 metr olduğunu nəzərə alaraq, həmin hasar tikilisinin tərəflərin istifadəsində olan torpaq sahəsinin sərhəd xəttində yerləşdiyi, çardaq tikilisinin isə cavabdehə məxsus torpaq sahəsində yerləşdiyi müəyyən olunur. Mübahisə predmeti olan hasar tikilisinin hündürlüyünün 4,2 metr olduğunu, eləcə də cavabdehə məxsus fərdi yaşayış evinin çardaq hissəsinin mübahisə predmeti olan hasara birləşdirildiyini nəzərə alaraq, həmin hasar və çardaq tikilisinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72 və 73-cü maddələrinin müvafiq bəndlərinin tələblərinin pozulduğu müəyyən olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ca vabdehlərə onlarla sərhəd ərazidə zibil yandırmaq qadağan edilməklə bərabər cavabdehlərin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətlərində olan ünvan 1 ünvan ünvan 2 torpaq sahəsindən (torpaq sahəsinin koordinatları daxilində) çıxarılmaları, torpaq sahəsində özbaşına yarı mişar və yarı çay daşından inşa etdikləri hasarın öz vəsaitləri hesabına sökülərək, onlarla ara məsafəsi boyunca 30 sm enində geriyə çəkilməsi, tikinti norma və qaydaları nəzərə alınmaqla, yəni qonşu divarının hündürlüyü 2.20 metr hündürlükdən hündür olmamaq şərti ilə hasarlanmasına və cavabdehlərin tikdikləri qanunsuz tikilinin çardağı vasitəsilə yaşadıqları fərdi yaşayış evinin çardağının onların evinin çardağına bitişik olan hissəsinin də cavabdehlərin öz vəsaitləri hesabına dərha l sökülərək onların evinin çardağından ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. Şəki Rayon Məhkəməsinin 2(075)-74/2022 nömrəli iş üzrə 07 dekabr 2022-cü il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev) iddia qismən təmin olunmuş, cavabdehlər tərəfindən inşa edilərək iddiaçılara məxsus evin çardağına birləşdirilmiş yardımçı tikili və həmin tikilinin qarşısında tərəflərin istifadəsində olan torpaq sahələrinin sərhəd xəttində çəkilmiş hasarın torpaq sahəsinin ən yuxarı səviyyəsindən 2 metr 20 santimetrdən artıq olan hissəsinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... cavabdehlər tərəfindən çəkilmiş daş ha sarın iddiaçıların iddia etdikləri kimi, yəni onlara məxsus torpaq sahəsində deyil, tərəflərin istifadəsində olan torpaq sahələrinin sərhəd xəttində yerləşdiyi müəyyən edilmişdir. Ona görə də həmin hasarın sökülərək 30 sm geridən çəkilməsi cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnər ki, bu da yolverilməzdir. Lakin həmin hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından hündürlüyü 2 metr 20 santimetrdən artıq olan hissəsi sökülməsi məqsədəuyğundur. Bundan başqa məhkəmə cavabdehlər tərəfindən inşa edilərək iddiaçılara məxsus yaşayış evinin çardağına birləşdirilmiş yardımçı tikilinin də qanunsuz olması qənaətinə gələrək, həmin tikilinin sökülməsini tərəflərin qanunla qorunan hüquqları baxımından düzgün hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, iddianın cavabdehlərə iddiaçılarla sərhəd əraziyə yaxın hissədə zir-zibilin yandırılmasının qadağan edilməsi hissəsində də təmin oluna bilməz. Belə ki, məhkəmə iddiaçıların qonşu təsirinə dözmək vəzifəsini əsas götürərək hesab edir ki, qeyd olunan halın iddiaçıların hüquqlarının əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməməlidir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı2 apellyasiya şikayəti vermişdir.

8. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-873/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Məlikov və E.Mehdiyev) аpellyasiya şikayəti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli qətnaməsi mübahisələndirilən - iddianın rədd edilən hissədə dəyişdirilmədən sаxlаnılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İddiaçılar apellyasiya şikayətində iddianın təmin edilməyən hissəsini mübahisələndirmişlər. Kollegiya qeyd edir ki, iddia qismən təmin edilərkən təmin edilməyən hissə iki həyətyanı torpaq sahəsi arasında inşa edilmiş hasarın sökülərək 30 sm kənara çəkilməsi ilə bağlı olmuşdur. İddiaçıların apellyasiya şikayətinin bu qətnamənin 20-ci bəndində qeyd olunmuş dəlillərində ekspert rəyinin natamam olduğunu bildirməklə hasarın hər fərdi yaşayış evindən dəqiq ölçü götürülməklə məsafəsinin qeyd olunmadığı iddia edilir. Kollegiya bununla bağlı qeyd edir ki, ekspert rəyinə əlavə olunmuş fotoşəkillərdə mübahisəli ərazinin faktiki vəziyyəti dəqiq ifadə edilməklə hasarın iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evindən məsafəsi aydın görünür. Məsafənin dəqiq olçüsü isə həm Daşınmaz Əçlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin verdiyi mütəxəssis rəyində, həm də sözügedən ekspert rəyində aydın şəkildə göstərilmişdir. Hər iki rəyin mübahisəli əraziyə baxış keçirilməklə verildiyi nəzərə alındıqda, kollegiya hesab edir ki, iddiaçı həmin rəylərdə göstərilən məsafənin dəqiqliyini şübhə altına alacaq heç bir sübut təqdim etməmişlər. İddiaçıların apellyasiya şikayətinin bu qətnamənin 21-ci bəndində göstərilmiş dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, məhkəmə kollegisyasının iclasında cavabdeh həmin məsələ ilə bağlı izahat verərək divarın kənara çəkilməsinə razı olması ilə bağlı heç vaxt izahat vermədiyini qeyd etdi. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin bu qətnamənin 22-ci bəndində göstərilmiş zibillərin yandırılmasının cavabdehlərə qadağan edilməsi ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi bu qətnamənin 12-ci bəndində göstərilmiş əsaslarla iddia ərizəsinin eyni məzmunlu tələbinə münasibət bildirmişdir və kollegiya məhkəmənin gəldiyi nəticənin haqlı olduğu qənaətindədir. Belə ki, qonşu sahədə zibillərin yandırılması qonşu təsirinə dözmək vəzifəsinin təsir dairəsinə düşür və zibilin yandırılmasının qadağan edilməsi əksinə cavabdehlərin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarardı.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı2 ondan k assasiya şikayəti verərək, qətnamənin iddia rədd olunan hissədə ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə kolegiyası mülki işə baxarkən həqiqətə nail olmaq üçün obyektiv, tam şəkildə araşdırma aparmayaraq, iş üzrə əlavə ekspertiza keçirməmiş, 21 aprel 2022-ci il tarixli rəylə kifayətlənərək, onu sübut kimi qəbul etmişdir. Şikayətin digər dəlilləri işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfində n müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 1

29. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsin ə yol verilmir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərək ətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir- birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir; Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, his in, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. To rpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

17. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır; Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir; Maddə 71.1. Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tut ulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir; Maddə 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır; Maddə 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır; Maddə 73.2. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir; Maddə 73.4. Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və su varma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert eksper tiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnamə si qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərarda dını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X1rşı” iş üzrə 16 fevral 2010-cu il tarixli Qərarı: “Yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məh kəmənin fəaliyyətinə kömək edə bilər.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Kassasiya şikayətində qətnamənin iddia rədd edilən hissədə ləğvi xahiş edilsə də, cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyi və bu səbəbdən apellyasiya icraatının predmeti ni yalnız iddia rədd edilən hissə təşkil etdiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ya xud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

25. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

26. Mülkiyyətin məhkəmə müda fiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.

27. Neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanl arı olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoy ulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.

28. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, hər iki instansiya məhkəməsi tərəfindən mötəbər sayılan, mötəbər olmamasına dair iddiaçı tərəfindən hər hansı konkret əsasa istinad olunmayan, belə prosessual əsaslar işdən də aşkar edilməyən ekspert rəyinə əsasən məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin istifadəsində olan fərdi yaşayış evindən uzantı şəklində tikilmiş çardaq tikilisi iki həyətyanı torpaq sahəsinin arasında inşa edilmiş hasara birləşmişdir. Həmin hasar 4,2 metr hündürlüyündə inşa edilməklə qonşu iddiaçıların mülkiyyətində olan həyətyanı sahədə yerləşən fərdi yaşayış evindən 0.97 metr aralıdadır.

29. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində ekspert rəyinə əlavə olunmuş fotoşəkillərə istinadən, həmçinin, müəyyən etmişdir ki, mübahisəli ərazinin faktiki vəziyyəti dəqiq ifadə edilməklə hasarın iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evindən məsafəsi aydın görünür, məsafənin dəqiq olçüsü isə həm Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ərazi idarəsinin verdiyi mütəxəssis rəyində, həm də sözügedən ekspert rəyində aydın şəkildə göstərilmişdir. Hər iki rəyin mübahisəli əraziyə baxış keçirilməklə verildiyi nəzərə alındıqda, iddiaçı həmin rəylərdə göstərilən məsafənin dəqiqliyini şübhə altına alacaq heç bir sübut təqdim etməmişlər.

30. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təkrar ekspertizanın təyin edilməsinə zərurət olmamışdır.

31. Şikayətin digər dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır.

32. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-873/2023 nömrəli iş üzrə 30 avqust 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar