Məhkəmə qərarları › İş №2(102)-2573/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2573/2022

31.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2573/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 5 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ Açar sözlər: vəsiyyətnamənin tərtibi, vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanması, vəsiyyətnamənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 5 saylı Notariat Kontoruna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(104)-3902/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil (bundan sonra - mübahisəli mənzil) şəxsi mülkiyyət hüququ əsasında Cəfərov Bəhman Muxtar oğlunun (bundan sonra – miras qoyan) adına xx.xx.2006-cı il tarixdə X7 İnventarlaşdırma bürosu tərəfindən ilkin, xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində təkrar qeydə alınmışdır.

2. İddiaçı (bundan sonra – iddiaçı), Cavabdeh1 və Cavabdeh2 miras qoyanın övladlarıdır.

3. Gəncə şəhəri 5 saylı notariat kontoru tərəfindən xx.xx.2018-ci il tarixdə 2V-167 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə ilə mir as qoyan mübahisəli mənzili övladları Cavabdeh1 və Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamədə miras qoyan qoca və savadsız olduğu üçün onun xahişi ilə vəsiyyətnaməni X3 imzaladığı qeyd edilmiş, eyni zamanda miras qoyan da vəsiyyətnaməni imzalamışdır. Vəsiyyətnamə, həmçinin şahidlər qismində X2 və X4 tərəfindən də imzalanmışdır.

4. Miras qoyan, həmçinin xx.xx.2018-ci il tarixdə mübahisəli mənzilə Cavabdeh1 daimi pasport qeydiyyatına düşməsinə razılıq ərizəsi vermiş, ərizəni şəxsən imzalamış və Gəncə şəhəri 5 saylı notariat kontorunun xüsusi notariusu onun imzasının həqiqiliyini təsdiq etmişdir.

5. Miras qoyan xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir.

6. Daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışda mübahisəli mənzilin 5/12 hissəsi Ca vabdeh1, 5/12 hissəsi Cavabdeh2 adına qeydə alınmış, 2/12 hissəsi isə miras qoyanın adında (açıq) saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 5 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyun 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum atasından qalan mülkün vərəsələr arasında bölünməsi barədə məhkəmədə iddia qaldırmaq istəyərkən, ona məlum olmuşdur ki, atası Bəhman mübahisəli mənzili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsiyyət etmişdir. Halbuki, mərhum atası ölən günə kimi onun himayəsində yaşamışdır. Atası qoca və xəstə olma qla bərabər gözləri görməmiş, ağlı özündə olmamış, yaddaşı itmişdir. 11 iyun 2018-ci il tarixdə tərtib olunan vəsiyyətnamədə isə atasının əvəzinə İlham Hüseynov, Ceyhun İsmayılov və Tural Nəbizadə imza etmişlər. Qoca və savadsız olmaq vəsiyyətnaməyə imza etməyə mane olmur. Lakin, anlaqsız bir insanın özünə şahid tutması və yerinə imza etdirməsi şübhə doğurur, şahidlər qardaş və bacısının şahidləri ola bilər.

9. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(021)-1846/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hüseynov) iddia rədd edilmiş və iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia ərizəsində atası Bəhman Cəfərov tərəfindən miras əmlakın c avabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsiyyət etməsinə dair vəsiyyətnamənin tərtibi zamanı atasının ağlının özündə olmadığını, yaddaşının itməsini, vəsiyyətnamənin özü tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmasının şübhə doğurduğunu əsas gətirərək vəsiyyətnamənin etibarsız olduğunu qeyd etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə həmin vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə miras qoyanın özünün xahişi və istəyi ilə başqa şəxs tərəfindən imzalanmış, başqa şəxs tərəfindən imzalanmasının səbəbi – onun qoca və savadsız olması göstərilmiş, vəsiyyətnamənin mətni notarius tərəfindən vəsiyyət edənə oxunmuş və iki nəfər şəxsin şahidliyi ilə qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilərək, notarius tərəfindən təsdiq olunmuşdur. Həmçinin miras qoyan vəsiyyə tnamədə öz əlyazması ilə kiril əlifbası ilə səliqəsiz şəkildə “Bəh Cəfərov” sözünü yazmışdır. Bu hallar onu deməyə əsas verir ki, vəsiyyətnamə miras qoyanın iştirakı ilə tərtib edilmişdir və vəsiyyətnamənin məzmunu onun həqiqi iradəsini əks etdirir.

11. Məhkəmə, həmçinin iş materiallarına əlavə edilmiş 11 iyun 2018-ci il tarixli vəsiyyətnamənin məzmununa əsasən müəyyən etmişdir ki, həmin vəsiyyətnamə tərtib edilərkən vəsiyyət edən anlaqlı olmuş, vəsiyyətnamənin məzmunu və forması mülki qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş, vəsiyyət edənin iradəsi ilə iradə ifadəsi bir-birinə uyğun olmuşdur. Beləliklə, məhkəmə iclasında həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi hallar müəyyən edilməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı t ərəfindən mübahisələndirilən vəsiyyətnamə birtərəfli əqd kimi qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyindən və həmin əqdin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilmədiyindən, iddia rədd edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 337.4, 1180.1, 1180.2, 1182-ci, 1225.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-3902/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi il ə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəsi), A.Hüseynzadə və F.Mehtiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, vəsiyyətnamə tərtib edilən eyni gündə vəsiyyət edən oğlu Fazilin ona məxsus mübahisəli mənzilə qeydiyyata düşməsinə dair verdiyi razılıq ərizəsini özü imzalamış və vəsiyyətnaməni təsdiq edən eyni notarius həmin imzanın həqiqiliyini təsdiq etmişdir. Bu hallar isə iddiaçının “Qardaşı Cavabdeh1 atasını aldadaraq, onun evinə qeydiyyata düşmək adı ilə atasına vəsiyyətnaməyə qol çəkdirmişdir” barədə olan dəlillərini də əsaslı hesab etməyə əsas verir. Həmçinin, miras qoyan mübahisəli mənzili xx.xx.2018 -ci il tarixdə oğlu və qızına vəsiyyət edəcəyi halda, 2020-ci ildə Cavabdeh2 oğlu X1 həmin evdən qeydiyyatdan çıxarılması barədə iddia qaldırması ağlabatan görünmür.

20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1179.2-ci və 1180.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

22. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində ədalətli hüquqi mövqe bildirməyib. Məhkəmə iş üzrə yalnız cavabdeh notariusun hərəkətlərini o hissədə qanunsuz hesab etmişdir ki, notari us notarial hərəkətini düz aparmayıb. Lakin, mənzili vəsiyyətnamə ilə əldə edən şəxslərin xeyrinə əhəmiyyətli halları müəyyən etməkdən əsassız imtina edib. Vəsiyyətnamə tərtib edilərkən vəsiyyət edən özü və vəsiyyət edənin həyat yoldaşı onun yanında notariusda olublar. Bu isə o deməkdir ki, vəsiyyətnamə vəsiyyət edənin və ailəsinin iştirakı ilə onun yanında notariusda tərtib edilib. Eyni zamanda, vəsiyyət edənin əqli cəhətdən problemlərinin olması müəyyən edilməmişdir.

23. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9, 14.1, 77.1, 80, 88-ci maddələrinə və “Notariat haqqında” Qanunun 47, 60-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbi q edilən hüquq Mülki Məcəllə

25. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

26. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

27. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir...

28. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

29. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

30. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

31. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

32. Maddə 1182. Vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanması Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.

33. Maddə 1183.2. Kor və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməli dir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır.

34. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.

35. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” 36. 59-cu bənd. Notariuslar fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. 37. 60-cı bənd, 4-cü abzas. Xeyrinə əmlakın vəsiyyət olunduğu şəxs vəsiyyətnamə təsdiq olunarkən iştirak edə bilməz və vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalaya bilməz. 38. 62-ci bənd, Əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir. Bu halda notarius ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir. 39. 64-cü bənd, ikinci abzas. Vəsiyyət edən fiziki qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi və iştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya b ilmədiyi göstərilməlidir. Mülki Prosessual Məcəllə

40. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. İşə baxmış apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən vəsiyyətnamənin Mülki Məcəllə ilə müəyyən edilmiş qaydaları pozmaqla tərtib edildiyi barədə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, vəsiyyətnamədə miras qoyanın qoca və savadsız olduğu üçün onun İlham Hüseynov tər əfindən tərtib edildiyi qeyd olunsa da, həmin əqd miras qoyanın özü tərəfindən də imzalanmışdır. Bu isə vəsiyyət edənin vəsiyyətnaməni imzalaya bilməməsi faktını aradan qaldırır. Miras qoyan özü vəsiyyətnaməni imzalamaq qabiliyyətinə malik olmuşdur. Belə ki, o, eyni gündə oğlu Cavabdeh1 mübahisəli mənzilə qeydiyyata düşməsinə dair notariat qaydada yazılı razılıq vermiş və həmin ərizəni özü imzalamışdır.

49. Beləliklə, məhkəmə miras qoyanın vəsiyyətnaməni imzalamaq qabiliyyətində olduğunu və onu imzaladığını müəyyən etmişdir.

50. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi vəsiyyətnaməni vəsiyyət edənin adından imzaladığı qeyd olunan İlham Hüseynovun Cavabdeh1 qaynı olduğuna istinad edərək onun vəsiyyətnamənin tərtib olunmasında iştirakının yolverilməz olduğunu qeyd etmişdir.

51. Hal buki Mülki Məcəllənin 1180-ci maddəsinə müvafiq olaraq vəsiyyətnamə birbaşa vəsiyyət edən tərəfindən tərtib edilmədiyi halda vəsiyyətnamə vəsiyyət edənin sözlərindən iki şahidin yanında notarius tərəfindən hamılıqla qəbul olunmuş texniki vasitələrdən istifadə etməklə yazılmasına yol verilir. Bu halda vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

52. Vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanmasına isə o zaman yol verilir ki, müəyyən səbəblərdən vəsiyyət edən vəsiyyətnaməni özü imzalaya bilməsin, həm də bu səbəblərin nədən ibarət olduğu göstərilməlidir (maddə 1182).

53. Göründüyü kimi mülki qanunvericiliyə əsasən əgər vəsiyyətnamə vəsiyyət edən tərəfindən tərtib edilməmişdirsə, onda həmin əqd notariu s tərəfindən vəsiyyət edənin sözlərindən iki şahidin yanında tərtib edilir, vəsiyyət edən və şahidlər tərəfindən imzalanır və notarius tərəfindən təsdiq edilir.

54. Hazırkı iş üzrə də məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən vəsiyyətnamə texniki vasitələrdən istifadə etməklə tərtib edilmiş, iki şahid (Ceyhun İsmayılov və Tural Nəbizadə) tərəfindən imzalanmış və notarius tərəfindən təsdiq edilmişdir.

55. Qanunvericilik vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanmasını o halda mümkün hesab edir ki, vəsiyyət edən vəsiyyətnaməni özü imzalaya bilməsin. Bu baxımdan əslində vəsiyyətnamə vəsiyyət edənin özü tərəfindən şəxsən imzalandıqda sənədin onun adından başqa şəxs tərəfindən də imzalanmasına zərurət qalmır. Lakin əgər vəsiyyətnamənin həm vəsiyyət edən tərəfindən, həm də onun adından başqa şəxs tərəfindən imzalandığı müəyyən edilirsə, mübahisəyə baxan məhkəmənin ilkin vəzifəsi həqiqətən də vəsiyyətnamənin vəsiyyət edən tərəfindən imzalandığı və onun iradəsini ifadə etdiyi ilə bağlı hüquqi dəyərləndirmə aparmaqdan ibarətdir. Əgər qeyd olunan hallar müəyyən edilərsə, artıq vəsiyyətnaməni vəsiyyət edənin adından başqa şəxsin də imzalaması və bu zaman qanunla müəyyən edilmiş prosedurların pozulması vəsiyyətnamələr üçün qanunla müəyyən edilmiş forma tələbinin pozulması kimi qəbul edilə və vəsiyyətnamənin etibarsızlığı üçün əsas ola bilməz.

56. Belə ki, Mülki Məcəlləyə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır (maddə 1225.1). Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, h abelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 1225.3).

57. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunması ilə bağlı mövqeyini vəsiyyətnaməni miras qoyanla yanaşı İlham Hüseynov tərəfindən imzalandığı, onun vəsiyyətnaməni tərtib etmədiyi və oxumadığı barədə məhkəmə iclasında şahid qismində verdiyi ifadəsi, habelə ehtimallarla və dolayı sübutlarla (miras qoyanın latın qrafikalı əlifbanı bilməməsi, cavabdehlərdən birinin oğlunun mübahisəli mənzildən qeydiyyatdan çıxarılması üçün məhkəmədə iddia qaldırması) ilə əsaslandırmışdır.

58. Halbuki qanunvericilik bəzi növ əqdlər üçün daha sərt forma tələbləri müəyyən etməklə faktiki olaraq həmin əqdlərlə bağlı mübahisələr zamanı onların məzmununun reallığı əks etdirmədiyini sübut etmək yükünü də əhəmiyyətli dərəcədə artırmışdır. Bu baxımdan yazılı və notariat qaydada təsdiq edilmiş əqdlərin etibarsızlığı barədə mübahisələrdə iddianın təmin olunması üçün daha mötəbər, yetərli və bilavasitə sübutların təqdim olunmasını tələb edilir.

59. İşə baxılarkən mübahisələndirilən əqdi təsdiq etmiş notarius, həmin əqdi şahid kimi imzalamış Ceyhun İsmayılov və Tural Nəbizadə tərəfindən əslində vəsiyyətnamənin miras qoyanın iradəsini ifadə etmədiyi barədə izahat və ya ifadə verilməmişdir.

60. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə Mülki Məcəllənin 1183.2-ci maddəsinə (kor və ya savadsız şəxsin vəsiyyətnaməsi) istinad etsə də, məhkəmələr tərəfindən miras qoyanın kor və ya savadsız olduğu barədə hallar müəyyən edilməmişdir.

61. Halbuki mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiya sı məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3902/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar