Məhkəmə qərarları › İş №2(102)-2574/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2574/2020

16.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2574/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-851/2019 saylı qətnaməsindən İddiaçı N qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Y.Vəliyev, iş № 2(029)-796/2018) İddiaçı N qızının Cavabdeh2 və qeyrilərinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s. tələblərinə dair iddiası qismən təmin edilərək İddiaçı N qızı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli bağışlama müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş qeydiyyat vəsiqəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh2 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, İddiaçı N qızının N-də yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaşamasına yaradılan maneələrə son qoyulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: S.A.Qafari, F.Ə.Məmmədov və L.M.Məmmədova) Cavabdeh2 apelyasiya şikayəti təmin edilərək Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi qismən, iddianın təmin olunmuş hissəsində ləğv edilib həmin hissədə iddianın rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı Mirzağa qızının apelyasiya şikayətinin isə təmin edilməməsi qət edilmişdir. İşin halları: ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı N qızına məxsus olmuş və xx xxxxxx 2005-ci il tarixdə notariatda təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən İddiaçı N qızı ona məxsus olan fərdi yaşayış evini oğlu Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 adına həmin evə dair xx xxxx 2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri ndən Çıxarış verilmişdir. Qusar Bələdiyyəsinin xx xxx 2006-cı il tarixli qərarı ilə Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə bitişik vəziyyətdə olan 600 kv.metr ölçüdə torpaq sahəsi ona satılmış və Cavabdeh1 mülkiyyətində olan ümumi torpaq sahəsi 1000 kv.metr təşkil etmişdir. xx xxxx 2016-cı il tarixdə Cavabdeh1 ona məxsus olan fərdi yaşayış evini 0,04 hektar torpaq sahəsi ilə birlikdə 5000 manata Cavabdeh2 satmış, Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ona məxsus olan 0,06 hektar torpaq sahəsini də Cavabdeh2 4000 manata satmışdır. 2018-ci ilin iyun ayında İddiaçı N qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qusar rayon Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Əra zi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək oğlu Cavabdeh1 onun iradəsinə zidd olaraq aldatma yolu ilə evin ona bağışlanmasına nail olmasını, onun və digər övladlarının bağışlama müqaviləsindən xəbərsiz olmalarını, oğlunun diqtəsi ilə müxtəlif sənədləri oxumadan imzalamasını, bundan başqa, latın qrafikası ilə hazırlanmış sənədləri oxuya bilmədiyindən onların məzmunundan xəbərsiz olmasını və s. əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339-cu maddələrinə əsasən bağışlama, alqı-satqı müqavilələrinin, həmin müqavilələr əsasında aparılmış qeydiyyatların etibarsız hesab edilməsi, evə köçürülməsi və orada yaşamasına Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneələr törətmələrinin onlara qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələb i üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı Mirzağa qızı qətnamədən verdiyi kassasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandıraraq qətnamənin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh2 vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırd ıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı iddia ərizəsində bağışlama müqaviləsinin etibarsız sayılmasını tələb edərkən oğlu olan Cavabdeh1 aldatmaqla müxtəlif sənədləri ona imzalatdırmasını, notariat sənədlərinin latın qrafikasında tərtib edilməklə məzmununu başa düşməməsini əsas göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu halla rda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (339.2) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (339.3) İddiaçı bağışlama müqaviləsini aldatma təsiri altında bağlamasını iddia etsə də, məhkəməyə bunu təsdiq edə bilən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müəyyən olunduğu kimi müqavilə bilavasitə iddiaçının iştirakı ilə bağlanmış, onun tərəfindən imzalanmış və notariatda təsdiq olunmuşdur. Müqavilənin bağlanması notariat hərəkətlərinin aparılması haqqında Təlimatın tələblərinə əməl edilməklə həyata keçirilmiş, bu zaman hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən olunmamışdır. Bundan başqa, həmin evin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasına da iddiaçı notariat kontoruna ə rizə verməklə razılığını bildirmişdir. Müqavilənin aldatma təsiri altında, iddiaçının iradəsinə zidd bağlanması və eləcə də onun bağladığı müqavilənin məzmunundan xəbərsiz olması sübuta yetirilmədiyindən apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunması barədə nəticəyə gəlmişdir. İşdən görünür ki, bağışlama müqaviləsi 2005-ci ilin noyabr ayında bağlanmış, həmin müqavilənin etibarsız sayılması barədə tələb isə İddiaçı tərəfindən 2018-ci ilin iyun ayında irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı qanunda müəyyən olunmuş 1 illik müddəti ötürməklə, təxminən 13 ildən sonra bağışlama müqaviləsinin etibarsız sayılması barədə iddia qaldırdığından, işin həmin halı bağışlama müqaviləsinin və eləcə də alqı-satqı müqaviləsinin etibarsız sayılmasını istisna edir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə, qanunun tələblərinə əməl edilməklə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kas sasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar