Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2574/2023 28.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 1-ci iş üzrə İddiaçı2 cavabdeh"xxxx" Mənzil Tikinti Kooperativinə qarşı ilk iddiası, üçüncü şəxs İddiaçı1 cavabdehlər İddiaçı2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müstəqil iddiası, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı2 qarşı qarşılıqlı iddiası, 2-ci iş üzrə İddiaçı1 Cavabdeh1nə qarşı iddiası, 3-cü iş üzrə İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddiasına dair birləşdirilmiş mülki işlər üzrə QƏRARİ Açar sözlər: sahiblik və istifadə hüququnun müəyyən edilməsi, ekspert rəyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim lər Nurməmmədov Əhməd Güləhməd oğlu, Hüseynov Abiddin Qabil oğlu və X11 ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “sahiblik və istifadə hüququnun tanınması, mənzildən çıxarma, maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(103)-820/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 28 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Hazırkı iş əvvəl 3 ayrı-ayrı mülki işdən ibarət olmuş, sonuuncu dəfə işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman hər üçü mülki iş bir icraatda birləşdirilmişdir. Bütü n iddialar ünvan 1də "xxxx" MTK (MMC) tərəfindən inşa olunmuş yaşayış binasında yaşayış və qeyri-yaşayış sahələrinin satılması ilə bağlıdır.
2. Cavabdeh1 MTK-nin direktoru X6 ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən, MTK-nın Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən (market) 95 kv metrini alıcıya verməyi, alıcı isə həmin sahəni qəbul etməyi və dəyəri olan 47500 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 3. "xxxx" MTK-nin direktoru X6 ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin kserosurətinə görə, MTK ünvan 1də yerləşən və tikilməkdə olan binanın 2-ci mərtəbəsində ümumi sahəsi 95,4 kv metrdən ibarət qeyri-yaşayış sahəsini alıcı Cavabdeh2 verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsinin müqabilində 47700 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür. 4. "xxxx" MMC-nın direktoru X6 ilə İddiaçı1 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli müqaviləyə görə, MMC ünvan 2-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 1ci mərtəbəsində ümumi sahəsi 80 kv metrdən ibarət 2 otaqlı 9 saylı mənzili alıcı İddiaçı1 verməyi, alıcı isə həmin mənzilin müqabilində 52000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür. 5. "xxxx" MMC-nın direktoru X6 ilə İddiaçı1 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli müqaviləyə görə, MMC ünvan 2-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 1ci mərtəbəsində ümumi sahəsi 200 kv metrdən ibarət olan 3 otaqlı 9A say lı mənzili alıcı İddiaçı1 verməyi, alıcı isə həmin mənzilin müqabilində 100000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür.
6. MTK Təsisçilərin 10 iyun 2016-cı il tarixli ümumi yığıncağının qərarı ilə Cavabdeh1 MTK-nın təşkilati-hüquqi forması dəyişdirilmiş, Cavabdeh1 MMC-yə çevrilmiş, yeni nizamnaməsi təsdiq edilərək X6 Cavabdeh1n direktoru vəzifəsinə təyin edilmişdir. MTK-nın möhürü 05 iyul 2016-cı il tarixdə məhv edilmişdir.
7. Cavabdeh1 MMC-nin təsisçiləri və onların nizamnamə kapitalında mayaları X7-18 faiz, X6-30 faiz, Bağışov Xaləddin Vəkil oğlu-40 faiz, X4-10 faiz və X9-2 faizdir. 8. "xxxx" MMC-nın direktoru X6 ilə İddiaçı1 arasında bağlanmış 12 noyabr 2016-cı il tarixli müqavilənin kserosurətinə görə, MMC Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dair əsi) yerləşən və tikilməkdə olan binanın 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv metrdən ibarət olan 3 otaqlı 9A saylı mənzili alıcı İddiaçı1 verməyi, alıcı isə həmin mənzilin müqabilində 43000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat Birinci iş üzrə:
9. İddiaçı2 "xxxx" MTK (MMC)-yə və müstəqil tələb irəli sürməyən Bağışov Xaləddin Vəkil oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, sözügedən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95 kv metr qeyri-yaşayış sahəsinə dair tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən həmin sahəyə İddiaçı2 sahiblik və istifadə hüququ tanınması, bu hüququn həyata keçirilməsinə yaradılan maneə və məhdudiyyətlər aradan qaldırılması, sahənin naturada İddiaçı2 təhvil verilməsi vəzifəsinin MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında Xətai rayonu M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşmiş yaşayış binasının ikinci mərtəbəsində yerləşən 95 kv metrlik qeyri-yaşayış sahəsinin pay haqqını ödəməklə almışdır. Həmin qeyri-yaşayış sahəsinin ümumi dəyəri 3 ay müddətində 47500 manat məbləğ ödənilməklə alması MTK tərəfindən verilmiş maliyyə arayışları ilə də təsdiq edilir. Cavabdeh1 MTK-ya (MMC) məxsus bu binada mənzillərin və qeyri-yaşayış sahələrinin qanunsuz təkrar satışı ilə bağlı ayrı-ayrı təsisçilər, o cümlədən di rektor olmuş Cahangir Alışov və digərləri barədə cinayət işi başlanmış və cinayət təqibi aparılır. Aldığı qeyri-yaşayış sahəsinin digər şəxslərə satılması və ya istifadəyə verilməsi ilə bağlı hazırda binaya həmsədr statusunda rəhbərlik edən X.Bağışova etdiyi müraciətə tam cavab verilmir. Belə ki, bu qeyri-yaşayış sahəsin dair hər hansı mübahisə yaradan sənədlərin verilib-verilməməsi ilə əlaqədar sənədlər ona verilməmişdir. Aldığı qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi, maliyyə arayışları və qeyri-yaşayış sahəsinin plan sxemi ona verilmişdir. Bina üzrə istər yaşayış mənzilləri, istərsə də qeyri-yaşayış mənzilləri ilə bağlı ayrı-ayrı vətəndaşlar arasında mübahisəli məsələlərin baş verməyəcəyinə təminat olmadığı üçün qeyri-yaşayış sahəsinə pay hüququnun tanınması, istifadəsinə mane ələrin aradan qaldırılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı1 cavabdehlər İddiaçı2 və "xxxx" MTK (MMC)-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 120 kv metr sahə üzərində İddiaçı1 sahiblik və istifadə hüququnun tanınması və sahədən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə iddiaçının iddia tələbi və qəbul edilə biləcək qətnamə onun hüquq və maraqlarına toxunur. Ona görə də məhkəməyə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi müraciət etmişdi r. Belə ki, Cavabdeh1 MMC ilə aralarında 16 noyabr 2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən satıcı Baki şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində inşa edilən 9A saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv metrdən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verir. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 43000 manat təşkil edir. Cavabdeh1 MMC tərəfindən verilmiş 12 noyabr 2016-cı il tarixli kassa mədaxil orderi qəbzində qeyd olunur ki, o Cavabdeh1 MMC-yə qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Həmin yer onun qanuni sahibliyində və mülkiyyətindədir. Qeyd olunan müqavilə üzrə öhdəliklər onun tərəfindən tam icra edilmiş və həmin sahə ona təhvil verilmişdir. Ona görə də, həmin qeyri-yaşayış sahəsinin üzə rində sahiblik istifadə hüquqları tanınmalıdır. Mübahisəli qeyri-yaşayış sahəsinin qapı açarları onda olmuş və yaxınlarda təmir etməyi planlaşdırırdı. Təxminən 15 gün bundan qabaq həmin qeyriyaşayış sahəsini təmir etdirmək məqsədi ilə qapını açıb içəri keçmək istərkən qapı açılmamışdır. Binanın komendantına yaxınlaşıb soruşarkən məlum olmuşdur ki, qapının kilidi Xətai rayon icra şöbəsinin icra məmurları tərəfindən dəyişdirilib. Daha sonra öyrənmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı2 arasında xx.xx.2016-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə onun mülkiyyətində olan zaman mənzilin qanuni sahibi mülkiyyətçisi o ola-ola cavabdehlə köhnə tarixə onun qeyri-yaşayış sahəsi barədə qanunsuz olaraq sərəncam vermişlər. Belə ki, 06 may 2016-cı il tarixli müqavilədəki imza MMC-nin direktoru Cahangir Alışova məxsus deyil. Mübahisəli qeyri-yaşayış sahəsi artıq üç ilə yaxındır ki, onun mülkiyyətində olmuş və həmin zamandan hal-hazıradək də həmin qeyri-yaşayış sahəsinə dair səlahiyyətli şəxs də o olmuşdur.
13. Cavabdeh1 MMC İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 1-ci iddiada göstərilən xx.xx.2016-cı il tarixli müqavilə və müqaviləyə aid olan maliyyə arayışın etibarsız hesab edilməsi, İddiaçı2 binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95 kv metr sahəsi olan qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2019-cu il tarixli rəy inə əsasən müəyyən edilmişdir ki, İddiaçı2 ilə aralarında bağlanmış müqavilə və maliyyə arayışlarındakı imza MMC-nin sədri Cahangir Alışov tərəfindən deyil, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra edilmişdir. Göründüyü kimi, həmin müqavilə və maliyyə arayışları saxta olmaqla MMC-nin sədrinin iradə ifadəsini əks etdirmir. Bu halda həmin əqdlər etibarsız hesab edilməlidir.
15. Azərbaycan Respublikası Bakı Ağir Cinayətlər Məhkəməsinin 08.04. 2019-cu il tarixli, 1(101)-348/2019 saylı məktubuna əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, sorğuda qeyd olunan İddiaçı2 və İddiaçı1 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X2 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 30 8.2, 313 və 320.1ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-348/2010 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamış və cinayət işinin materiallarına İddiaçı2 tərəfindən Cavabdeh1 MMC-dən ünvan 1 ünvanında inşa etdiyi binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95 kv metr olan qeyri yaşayış sahəsinin alınmasına dair hər hansı bir müqavilə, həmçinin İddiaçı1 ilə “Yüksəliş" MMC ilə bağlanmış 12 noyabr 2016-cı il tarixli Xətai rayonu, M.Hadi küçəsində tikilmiş olan yaşayış binasında 9A nömrəli mənzilin alınmasına dair müqavilə əlavə edilməmiş, eyni zamanda sorğuda qeyd olunan Cavabdeh1 MMC-dən ünvan 1 ünvanında inşa etdiyi binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95 kv metr olan qeyri yaşayış sahəsi və Xətai rayonu, M.Hadi küçəsində tikilmiş olan yaşayış bina sında 9A nömrəli mənzil üzrə təqsirləndirilən şəxslər tərəfindən hər hansı bir dələduzluq cinayətlərinin törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən onlara İttiham elan edilməmişdir. Eyni zamanda istintaq orqanı tərəfindən ********* nömrəli cinayət işinin materiallarından "xxxx" MTK, Cavabdeh1 MMC və "xxxx" MMC və "xxxx" MTK-nın inşa etdiyi binalardan mənzil satışlarında yol verilmiş qanunsuzluqlara və digər faktlar üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.2, 308.2 və 313-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır.
16. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 11356 saylı, xx.xx.2019-cu il tarixli rəyinə əsasən, ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv metr olan qeyri-yaşayış sahəsinə Cavabdeh1 MTK tərəfindən İddiaçı2 tərtib olunmuş 12 iyul 2016-cı il tarixli maliyyə arayışında “C.H.Aİışov” yazısı qarşısındakı imza, ünvan 3 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 120 kv metr olan, 3 otaqlı 9A saylı mənzilə dair Cavabdeh1 MMC (MMCnin direktoru X6) ilə İddiaçı1 arasında olan 12 noyabr 2016-cı il tarixli müqavilədəki Cavabdeh1 MTK-nın sədri” qrafasındakı imza, ünvan 3 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 120 kv metr olan, 3 otaqlı 9A saylı mənzilə dair Cavabdeh1 MMC tərəfindən İddiaçı1 tərtib edilmiş 12 noyabr 2016-cı il tarixli maliyyə arayışındakı “C.H.Aİışov” yazısından əvvəl yerləşən imza - X6 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, ünvan 2 ünvanda yerləşən yaşayış bi nasının 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 MTK (MTK-nın direktoru X6) ilə İddiaçı2 arasında olan 6 may 2016-cı il tarixli müqavilədə Cavabdeh1 MTK-nın direktoru” qrafasındakı imza İddiaçı2 tərtib edilmiş 06 may 2016-cı il tarixli, 04 iyun 2018-cı il tarixli, 11 iyul 2016-cı il tarixli maliyyə arayışlarında “C.H.Alışov” yazılarından əvvəl yerləşən imzalar Cahangir Həsənağa oğlu tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur.
17. Sənədlərin texniki ekspertizası üzrə xx.xx.2019-cu il tarixli, 11357/11507 saylı ekspert rəyi və məhkəmə tikinti-texniki ekspertizası üzrə xx.xx.2019-cu il tarixli, 11073 saylı ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh1 MTK (MTK-nın direktoru X6) ilə İddiaçı2 aras ında olan 06 may 2016-cı il tarixli müqavilədəki möhür əksləri relyef klişeləri vasitəsilə vurulmuşdur. Habelə, həmin rəyə əsasən layihə üzrə yaşayış binasının 1-ci və 2-ci mərtəbələrinin qeyri-yaşayış sahəsi kimi layihələndirildiyi, eləcə də layihə üzrə binanın 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv metr olan 3 otaqlı mənzil nəzərdə tutulmamışdır.
18. Yaşayış binasının 2-ci mərtəbəsində faktiki yerləşən ümumi sahəsi 95,0 kv metr olan qeyri-yaşayış sahəsinin, tərtib olunmuş layihəyə əsasən binanın 2-ci mərtəbəsində nəzərdə tutulduğu müəyyən edilir, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tərtib olunmuş layihəyə əsasən binanın yaşayış mərtəbələri üzrə 3 otaqlı mənzillərin ümumi sahəsinin 153 kv metr və 139,2 kv metr layihələndirildiyini nəzərə alaraq, sahəsi 120 kv metr olan 3 otaqlı mənzilin tədqiq olunan binada layihə üzrə nəzərdə tutulmadığı müəyyən edilmişdir.
19. Cavabdeh1 MTK ilə İddiaçı2 arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilə əsasında İddiaçı2 satılmış ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsindəki, ümumi sahəsi 95 kv metr olan qeyri-yaşayış sahəsinin tərtib olunmuş layihəyə əsasən 11-14 şaquli, A-D üfüqi oxlar arasında olan sahədə yerləşdiyi müəyyən edilir. Lakin Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış 12 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv metr olan, 3 otaqlı mənzil tərtib olunmuş layihədə nəzərdə tutulmamışdır.
20. Qeyri-yaşayış sahəsinin 95,0 kv metr, mənzilin isə 120 kv metr təşkil etdiyini, həmçinin müqavilə üzrə qeyri-y aşayış sahəsinin binanın 2-ci mərtəbəsində, tədqiq olunan mənzilin isə 1-ci mərtəbədə yerləşməsi göstərildiyini, eləcə də tədqiq olunan qeyri-yaşayış sahəsinin tərtib olunmuş layihəyə əsasən binanın 2-ci mərtəbəsində layihələndirildiyini, mənzilin isə layihədə nəzərdə tutulmadığını nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin və mənzilin eyni sahələr olmadığı və biri digərinin sahəsinə əsasən yaradılmadığı müəyyən edilmişdir. İddiaçı2 satılan qeyri-yaşayış sahəsinin tərtib olunmuş layihəyə əsasən binanın 2-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmiş, İddiaçı1 satılan ümumi sahəsi 120 kv metr olan, 3 otaqlı mənzil tərtib olunmuş layihədə nəzərdə tutulmadığından, həmin mənzilin yerləşdiyi yeri müəyyən etmək mümkün deyildir
21. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı Bakı şəhəri, Xəta i rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində "xxxx" MTK tərəfindən inşa olunan yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95 kv metr sahəsi olan qeyri-yaşayış sahəsinin halhazırda İddiaçı2 tərəfindən mənzil kimi istifadə edilməsi müəyyən edilmişdir.
22. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 30 yanvar 2020-ci il tarixli, 2(011)-91/2020 nömrəli qətnaməsi (hakim:Sərdar Mehrəliyev) ilə 1-ci (İddiaçı2) və 2-ci (üçüncü şəxs İddiaçı1) iddiaları rədd olunmuş, 3-cü ("xxxx"MMC-nin) qarşılıqlı iddiası təmin olunaraq "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışları etibarsız hesab olunmuş, İddiaçı2 binanın 2-ci mərtəbəsində yerləşən 95 kv metr qeyri-yaşayış sahəsindən ( hazırda mənzildən) çıxarılması qət edilmişdir.
23. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 MTK ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədə Cavabdeh1 MTK-nın direktoru” qrafasındakı imzanın, İddiaçı2 tərtib edilmiş 06 may 2016-cı il tarixli, 04 iyun 2018-cı il tarixli, 11 iyul 2016-cı il tarixli maliyyə arayışlarında “C.H.Aİışov” yazılarından əvvəl yerləşən imzaların X6 tərəfindən deyil, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunması, 06 may 2016-cı il (i.v. 10 və ayrıca təqdim olunmuş), 11 iyun 2016-cı il (i.v. 9) tarixli maliyyə arayışlarının re proqrafik surətlərində olan möhür əksinin təsviri elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə çap olunması, bununla da, qanunvericiliyin tələbləri pozulmaqla və sənədlər saxtalaşdırılmaqla tərtib edilməsi, digər tərəfdən, ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının 1-ci və 2-ci mərtəbələrinin qeyri-yaşayış sahəsi kimi layihələndirildiyi, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış 12 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv metr olan, 3 otaqlı mənzil tərtib olunmuş layihədə nəzərdə tutulmadığı, bu səbəbdən həmin mənzilin yerləşdiyi yeri müəyyən etmək mümkün olmadığı təsdiq edilmişdir. Belə olan halda, qarşılıqlı iddia təmin edilməli, ilkin iddia tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası tələbi isə rədd edilməlidir.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 324.1, 324.2, 324.5, 337.1, 337.2, 337.3, 377.1 və 425.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1, 80, 217.3 və 217.4-cü maddələrinə və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci i tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunur yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayi səli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. İkinci iş üzrə:
25. İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, binanın 1-ci mərtəbəsində yerləşən 200 kv metr qeyri-yaşayış sahəsi üzərində İddiaçı1 sahiblik və istifadə hüquqlarının tanınması və həmin sahədən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırıl mışdır ki, onunla Cavabdeh1 MMC arasında 6 iyun 2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən satıcı Baki şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində inşa edilən 9A saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv metr-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməli idi. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 100000 (yüz min) manat təşkil edirdi. Cavabdeh1 MMC tərəfindən verilmiş 6 iyun 2016-cı il tarixli kassa mədaxil orderli qəbzində qeyd olunmuşdur ki, o, həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 MMC-yə qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Həmin yer onun qanuni sahibliyində və mülkiyyətindədir. Qeyd olunan müqavilə üzrə öhdəliklər tərəfindən tam icra edilmiş, qeyriyaşayış sahəsinin dəyəri tərəfin dən tam ödənilmiş və həmin sahə ona təhvil verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin dəyərini tam ödəyərək qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmiş, qeyri-yaşayış sahəsinə sahiblik etmiş və hal-hazırda həmin qeyriyaşayış sahəsinin qanuni sahibi və mülkiyyətçisidir. Həmin qeyri-yaşayış sahəsinin üzərində onun sahiblik istifadə hüquqları tanınmalıdır. Qeyri-yaşayış sahəsinin qapı açarları onda olmuş və yaxınlarda təmir etməyi planlaşdırmışdır. Təxminən 15 gün əvvəl həmin qeyri-yaşayış sahəsini təmir etdirmək məqsədi ilə qapını açıb içəri keçmək istərkən qapı açılmamışdır. Hazırda həmin yerdə tanımadığı şəxslər tərəfindən təmir işləri aparılmağa başlanmışdır. Mübahisəli qeyriyaşayış sahəsi artıq üç ilə yaxındır ki, onun mülkiyyətində olmuş və həmin zamandan hazıradək də həmin qeyri -yaşayış sahəsinə dair səlahiyyətli şəxs də o, olmuşdur. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilə əsassız və qanunsuz olaraq bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsinin qanuni sahibi və mülkiyyətçisi odur.
27. Birinci instansiya məhkəməsinə təqdim olunmuş X1 10 fevral 2020-ci il tarixli 168 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, Cavabdeh1 MMC-yə məxsus yaşayış binasının birinci mərtəbəsinin layihə üzrə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulduğu yaşayış binasında ümumiyyətlə sahəsi 80 kv metr olan 2 otaqlı mənzillərin layihələndirilmədiyi, eləcə də binanın yaşayış sahələrinin (mənzillərin) faktiki olaraq binanın üçüncü mərtəbəsində və ondan yuxarıdakı mərtəbələrdə yerləşməsi və bununla da, Cavabdeh1 MMC-nin 6 iyun 2016-cı il tarixli müqavilə və 6 iyun 2016-cı il tarixli maliyyə arayışında göstərilən 9 saylı mənzilin yaşayış binasının mövcud vəziyyətdə qeyriyaşayış sahəsi təyinatlı birinci və ikinci mərtəbəsində yerləşmədiyi müəyyən edilir. Faktiki mövcud vəziyyətinə uyğun olaraq yaşayış sahələri (mənzillər) binanın üçüncü mərtəbəsində və ondan yuxarıdakı mərtəbələrdə yerləşməsini nəzərə alsaq, yaşayış mərtəbələrində 80 kv metr ölçüdə mənzillərin olmadığı müəyyən edilir. Hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh1 qanuni təmsilçisi X6 olmaqla, təsis sənədlərində, MMC-nin xx.xx.2016-cıil tarixdə qeydiyyata alınmasına (yaranması) baxmayaraq, yuxarıda qeyd olunan və 9 saylı mənzilə aid müqavilə və maliyyə arayışı bir ay öncə, yəni 6 iyun 2016-cı il tarixdə MMC-nin möhürü və direktorun imzası ilə verilmiş sənədlərdir.
28. Birinci i nstansiya məhkəməsinin 2(011)-482/2020 nömrəli, 25 fevral 2020-ci il tarixli qətnaməsi (hakim: İlahə Abbasova) ilə iddia rədd olunmuşdur.
29. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə istinad edilən müqavilənin əsli, yaxud lazımi qaydada təsdiq edilmiş surəti təqdim edilməmişdir. Məhkəməyə Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində "xxxx" MTK tərəfindən inşa olunan yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv metr olan 3 otaqlı 9A saylı mənzilə dair və Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində "xxxx" MTK tərəfindən inşa olunan yaşayış binasında ümumi sahəsi 80 kv metr. olan 2 otaqlı 9 saylı mənzilə dair iki müqavilənin kserosurəti təqdim edilmişdir. Habelə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-91/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilmişdir ki, iddiaçı eyni binada eyni saylı mənzillə bağlı (120 kv metr sahəsi olan) daha bir müqaviləsi mövcuddur və həmin müqavilə əsasında iddia tələbi rədd edilmişdir. İddia tələbi üzrə mötəbər subutlar təqdim olunmadığından, iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi 06 iyun 2016-cı il tarixli müqavilədə qeyd edilən mənzil layihədə öz əksini tapmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-91/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsində eyni ünvanda yerləşən eyni saylı (9A) ümumi sahəsi 120 kv metr olan mənzillə bağlı iddia tələbləri həmin mənzilin mövcudluğu və müqavilənin qanunuyğun şəkildə bağlandığı təsdiq edilmədiyi üçün rədd edildiyindən hazırkı iddia tələbi əsassız o lduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir.
30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 337.1, 385.1, 386.1, 452.1 və 575.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Üçüncü iş üzrə:
31. İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və Cavabdeh2 adına verilmiş 06 may 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq ona təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində onun istifadə və sahiblik hüququnun tanınması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən onun istifadəsinə cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
32. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, İddiaçı1 və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanan "xxxx" müqavilə cavabdeh MMC-nin direktoru C.H.Alışov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Həmin müqavilənin şərtlərinə görə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzili yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzil cavabdeh MMC tərəfindən alı cıya, yəni İddiaçı1 təhvil verilməli, sonuncu tərəfindən isə mənzilin dəyərini təşkil edən 52000 manat MMC-yə ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri İddiaçı1 tərəfindən yerinə yetirilmişdir. O, 52000 manat məbləğində pulu cavabdeh MMC-yə ödəmiş və bununla bağlı onun, yəni İddiaçı1 adına maliyyə arayışı verilmişdir. Maliyyə arayışı da MMC-nin direktoru C.H.Alışov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Mənzilin tam dəyərini MMC-yə ödəmiş iddiaçı həmin andan mənzilin mülkiyyətçisinə çevrilmişdir. Mənzilin mülkiyyətçisi olmasına baxmayaraq, bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh MMC həmin mənzili Cavabdeh2 satmışdır. Belə ki, 2020-ci ilin oktyabr ayında o, mənzilə baxmaq üçün mənzilin yerləşdiyi ünvana getmiş və mənzilin giriş qapısının a çarlarının dəyişdirildiyini görmüşdür. Bununla bağlı araşdırma aparmış və ona məlum olmuşdur ki, onun 52000 manat məbləğində pula aldığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzili yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzil cavabdeh MMC tərəfindən iş üzrə digər cavabdeh Musa Musayevə satılmışdır. Bundan sonra xx.xx.2020ci il tarixdə o, məhkəməyə müraciət edərək Cavabdeh2 adına olan müqavilə və maliyyə arayışının surətini əldə etmişdir. Əldə olunmuş həmin sənədlərdən görünür ki, ona məxsus mənzilə dair cavabdehlər arasında xx.xx.2016-cı il tarixdə "xxxx" müqavilə bağlanmışdır. Cavabdeh MMC tərəfindən Cavabdeh2 ona məxsus mənzil qanunsuz olaraq satılsa da, tərəflər arasında bağla nmış müqavilədə, müqavilə predmeti kimi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzili yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,4 kv metr olan qeyri-yaşayış sahəsi göstərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan da görünür ki, İddiaçı1 mülkiyyətində olan 9 nömrəli mənzilin yerləşdiyi bina - bir ədəd bir girişli, zirzəmili (avtodayanacaq), birinci mərtəbəsi qeyri-yaşayış olan 19 (+texniki) mərtəbəli yaşayış binasıdır. Bu sənəd bir daha təsdiq edir ki, ona satılan mənzil Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilmiş binanın yaşayışın 1-ci mərtəbəsində yerləşən mənzildir. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 MMC və C avabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə” və eyni tarixli maliyyə arayışı etibarsızdır. Sözügedən müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Çünki, həmin mənzilə dair onunla bağlanmış müqavilə qüvvədə ola-ola, MMC başqa şəxslə eyni əmlak barəsində müqavilə bağlamışdır. Cavabdehlər arasında bu müqavilənin bağlanması onun mülkiyyət hüquqlarını kobudcasına pozur və pozmaqda da davam edir. O, öz mənzilindən sərbəst istifadə edə bilmir. Cavabdeh2 ona məxsus mənzilə qanunsuz olaraq daxil olmuş, hazırda isə mənzildən çıxmaqdan imtina edir.
33. Cavabdeh və onun nümayəndəsi yazılı vəsatət təqdim edərək göstərmişdir ki, cavabdeh ilə MMC arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilədəki predmet qeyri-yaşayış sahəsi olmaqla iddi açıya verilmiş müqavilənin predmeti olan mənzillə üstüstə düşmür və ona heç bir aidiyyəti yoxdur. Həmçinin həmin mərtəbədə 80 kv metr. ibarət olan mənzil mövcud deyil. Ona görə iddia cavabdehə qarşı əsassız olduğu üçün rədd edilməlidir.
34. Məhkəmə iclasında şahid qismində dindirilmiş MMC-nin direktoru X6 göstərmişdir ki, MMC ilə iddiaçı arasında bağlanmış 06 iyun 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə onun tərəfindən imzalanmışdır və mənzil, habelə bu mənzilin yanında yerləşən 120 kv metr olan mənzil iddiaçıya satılmışdır. Cavabdeh1 MMC əvvəllər MTK formasında fəaliyyət göstərmiş, 2016-cı ilin iyul ayında təşkilati-hüquqi forması dəyişdirilmiş və MMC kimi fəaliyyət göstərməyə başlamışdır. MMC ilə iddiaçı arasında bağlanmış yaşayış binasında mənzil tikintis i haqqında müqavilədə 06 iyun 2016-cı il tarix göstərilməsi texniki səhv ucbatından baş vermişdir. Belə ki, həmin müqavilə bağlanarkən Cavabdeh1 artıq MMC formasında fəaliyyət göstərirdi. Həmin texniki səhvin yol verilməsində iddiaçının təqsiri yoxdur, səhvə MMC-nin işçiləri yol vermişdir. Bundan başqa, iddiaçı tərəfindən alınmış mənzillərə dair daşınmaz əmlakın reyestrindən bir vahid çıxarış almaq üçün sonradan hər iki mənzilə ümumi 200 kv metr sahəlik mənzilə dair bir müqavilə tərtib edib iddiaçıya vermişdir. Daha sonra Cahangir Alışov göstərmişdir ki, cavabdehi tanımır, həmin şəxsi heç vaxt görməmişdir və onunla müqavilə bağlamamışdır. MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilə və maliyyə arayışı saxtadır. Belə ki, həbs olunduqdan sonra Cavabdeh1 MMCnin di gər təsisçisi olan Bağışov Xaləddin Vəkil oğluna bir dəst imzalı, möhürlü blank vermiş, aralarında saziş bağlanmış və MMC-nin adından toplanılacaq 800000 manat pul vəsaitinin toplanılmasını ona həvalə edilmişdir. Həmçinin C.Alışov məhkəməyə binanın layihəsini təqdim edərək göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının ilkin layihəsində 7,20 metr hündürlükdə olan qeyri-yaşayış sahəsi nəzərdə tutulduğundan iddiaçıya satılmış mənzil həmin qeyri-yaşayış sahəsindən sonra gələn mərtəbədə yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşirdi. Sonradan layihədə dəyişiklik edilmiş, qeyri-yaşayış sahəsi hündürlüyü 3,60 metr ibarət olan iki mərtəbəyə bölünmüşdür.
35. Digər şahid X10 göstərmişdir ki, onun mübahisəli binanın birinci mərtəbə sində mağazası var, iddiaçının aldığı mənzil isə ikinci mərtəbədədir. O, obyektini 2009-cu ildə almış, iddiaçı isə təxminən 6-7 il bundan qabaq almışdır. O, obyekti Xaləddin Bağışovdan almışdır. Onun obyekti də mübahisəli idi, başqa şəxsə satılmışdı. İddiaçının aldığı mənzilin onun obyektinə aidiyyatı yoxdur, ona qarşı haqsızlıq etmişlər. Bu gün səhər Xaləddin Bağışov onun yanına gələrək demişdir ki, hazırki məhkəmə prosesində şahid kimi dindiriləndə düzgün olmayan izahat versin, lakin o, imtina etmişdir.
36. Məhkəmənin iclasında iştirak etmiş Bağışov Xaləddin Vəkil oğlu Cavabdeh2 tanımadığını, onunla hər hansı müqavilə bağlamadığını, cavabdehi 2019-cu ildə həmin binada gördüyünü və məhkəmə mübahisəsi olduğunu öyrəndiyini göstərmiş, qeyd etmişdir ki, mübahisəli mənzilin yerləşdiyi yer 2014 -cü ildə Zaur Əhmədov adlı şəxsə satılmış, o da həmin yeri iki yerə bölüb hər biri 95 kv metr olmaqla başqa şəxslərə satmışdır. Cavabdeh2 təxminən bir il yarım əvvəl onun qətnaməsinin icrası vaxtı görmüşdür.
37. İş materiallarında olan 29 may 2014-cü il tarixli razılaşma müqaviləsinin surətinə istinadən müəyyən olunmuşdur ki, həmin müqavilədə razılaşdırılmışdır ki, X6 (1-ci tərəf) ilə Bağışov Xaləddin Vəkil oğlu (2-ci tərəf) arasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasında yerləşən və müqavilə bağlandığı günə qədər Xaləddin Bağışov tərəfindən satılmış yaşayış və qeyri-yaşayış sahələrinin satışından daxil olacaq cəmi ******* manat məbləğində vəsaitin 800000 manat hissəsi, hər ay bərabər şəkildə olmaqla bir ildən gec olmayaraq 2-ci tərəfə, qa lan ******* manat məbləğində vəsait isə 1-ci tərəfə çatacaqdır.
38. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11356 nömrəli 22 iyul 2021-ci il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 197-ci vərəqəsində olan ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 95 kv metr olan qeyri-yaşayış sahəsinə Cavabdeh1 MTK tərəfindən İddiaçı2 tərtib olunmuş 12 iyul 2016-cı il tarixli maliyyə arayışında “C.H.Alışov” yazısı qarşısında imza: Mülki işin 195-ci vərəqəsində olan ünvan 3 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 120 kv metr olan, 3 otaqlı 9A saylı mənzilə dair Cavabdeh1 MMC (MMC-nin direktoru X6) ilə İddiaçı1 arasında olan 12 noyabr 2016-cı il tarixli müqavilədəki Cavabdeh1 MTK-nın sədri” qrafasındakı imza: Mülki işi n 196-cı vərəqəsində olan ünvan 3 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 120 kv metr olan, 3 otaqlı 9A saylı mənzilə dair Cavabdeh1 MMC tərəfindən İddiaçı1 tərtib edilmiş 12 noyabr 2016-cı il tarixli maliyyə arayışındakı “C.H.Alışov” yazısından əvvəl yerləşən imza - X6 tərəfindən icra olunmuşdur.
39. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2623 nömrəli 26 avqust 2021-ci il tarixli rəyinə əsasən, qərardadın birinci sualı üzrə: mübahisəli sahə (mənzil) layihədə nəzərdə tutulmayan, lakin faktiki vəziyyətdə binanın 1-ci və 2-ci mərtəbələri arasında mərtəbəarası örtük inşa edilməklə yaradılmış sahədə (faktiki yaşayışın birinci mərtəbəsində) yerləşir və ümum i sahəsi 80,0 kv metr təşkil edir. Lakin Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/4-537 nömrəli, xx.xx.2008-ci il tarixdə razılaşdırılmış, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə yüksək mərtəbəli monalit yaşayış binasının memarlıq planlaşdırmasının eskiz həlli layihəsində 1-ci mərtəbədə ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı mənzil nəzərdə tutulmadığından, 2-ci mərtəbədə ümumi sahəsi 95,4 kv metr olan qeyri-yaşayış sahəsi və həmin binada 95.4-cü mərtəbə mövcud olmadığından İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış 06 iyun 2016-cı il tarixli müqavilədə göstərilən mənzil ilə Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilədə göstərilən qeyri yaşayış sahəsinin (market) eynilik təşkil edib-etməməsi ba rədə tədqiqat aparılmadı. Qərardadın ikinci sualı üzrə: Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilmiş binanın Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/4-537 nömrəli, xx.xx.2008-ci il tarixdə razılaşdırılmış ilkin layihəsində 95.4-cü mərtəbənin mövcud olmadığı müəyyən olunur. Qeyd olunur ki, yaşayış binasında mərtəbələr tam rəqəmlərlə nömrələnir və sözügedən yaşayış binası faktiki olaraq zirzəmi mərtəbəsindən, 20 yerüstü mərtəbədən və texniki mərtəbədən ibarətdir. Qərardadın üçüncü və dördüncü sualı üzrə: Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilmiş binanın Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/4-537 nömrəli, xx.xx.2008-ci il tarixdə r azılaşdırılmış layihəsində binanın 1-ci və 2-ci mərtəbələri arasında, hündürlüyü 7,2 metr göstərilən sahədə (mübahisəli mənzilin yerləşdiyi hissədə) mərtəbəarası örtük hissəsinin nəzərdə tutulmadığı, lakin faktiki vəziyyətdə həmin hissənin mərtəbəarası örtük vasitəsi ilə iki hissəyə ayrıldığı müəyyən olunur. Qeyd olunur ki, mübahisə predmeti olan sahənin faktiki olaraq yaşayış sahəsi (mənzil) olduğu və həmin sahənin Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə 18/4-537 nömrəli, xx.xx.2008-ci il tarixdə razılaşdırılmış layihədə binanın 1-ci və 2-ci mərtəbələri arasında nəzərdə tutulmayan, lakin faktiki vəziyyətdə mövcud olan mərtəbəarası örtük inşa edilməklə yaradılmış sahədə, 20 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində (faktiki yaşayışın 1-ci mərtəbəsində), p illəkən vasitəsi ilə qalxdıqda sağ tərəfdə (layihədə A-D üfüqi oxlar arasında qalan hissədə) ümumi dəhlizin sonunda yerləşdiyi və ümumi sahəsinin 80,0 kv metr təşkil etdiyi müəyyən olunur.
40. X15 tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, tədqiqata təqdim edilmiş, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlandığı iddia olunan "xxxx" 06 may 2016-cı il tarixli müqavilənin kserosurətinin aşağı sol küncündə Cavabdeh1 MTK-nın direktoru C.H.Alışov” yazıları olan qrafadakı imza-X6 tərəfindən yox, onun imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur.
41. Birinci instansiya məhkəməsinin 2(011)-718/2021 nömrəli, 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim: İlahə Abbasova) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 mə həllədə inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində İddiaçı1 istifadə və sahiblik hüququnun tanınması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzil Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsin də yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən İddiaçı1 istifadəsinə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, iddia tələbləri Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə və Cavabdeh2 adına verilmiş 06 may 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi” hissəsində təmin edilməməsi qət edilmişdir.
42. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 15 avqust 2008-ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilə hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podrat və a lqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir.
43. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə olan çoxmənzili yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzil Cavabdeh1 MMC-nin direktoru C.H.Alışov tərəfindən İddiaçı1 satılmışdır. Belə ki, həmin binada mənzil satmaq səlahiyyəti Cavabdeh1 MMC-nin təsisçisi və direktoru X3 və digər təsisçisi olan Bağışov Xaləddin Vəkil oğluna məxsus olmuşdur. Belə olan halda, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində İddiaçı1 istifadə və sahiblik hüququ tanınmalıdır.
44. Bununla yanaşı, məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisənin predmeti olan iddiaçıya məxsus mənzillə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 06 may 2016-cı il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin predmeti olan qeyri yaşayış sahəsi (market) eynilik təşkil etmir. Belə ki, mülki işdə olan 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən edilmişdir ki, həmin müqavilənin predmeti olaraq "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv metr dən ibarət olan qeyri yaşayış sahəsini (market) alıcıya verməyi, alıcı isə həmin qeyri yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müq aviləyə mülki qanunverilikdə nəzərdə tutulmuş qaydada dəyişikliyin edilməsi ilə bağlı qanuni və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
45. Məhkəmə 26 avqust 2021-ci il tarixli ekspert rəyinə əsaslanaraq qeyd etmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət arasında 06 iyun 2016- cı il tarixdə bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin” predmeti olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzili yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzillə Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv metr dən ibarət olan qeyri-yaşayış sahəsinin (market) eynilik təşkil etmədiyi işdə olan sübutlarla təsdiq edildiyindən iddia tələbi cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və Cavabdeh2 adına verilmiş 06 may 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir.
46. Digər tərəfdən birinci instansiya məhkəməsi iddianın qalan hissəsinə münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi qalan hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddiaçı mübahisəli mənzilin yerləşdiyi binada mənzil satmaq səlahiyyəti məxsus olan şəxslə müqavilə bağlamış, mənzilə görə razılaşdır ılmış məbləğ ödəmişdir. Müqavilənin tərəfi olan, müqaviləni imzalayan və möhürlə təsdiq edən şəxs Cavabdeh1 MMC-nin direktoru (hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir) Cahangir Alışov mübahisəli mənzilin məhz İddiaçı1 satıldığını, müqavilədə müəyyən edilmiş öhdəliklərin onun tərəfindən icra edildiyini təsdiq etmiş, Cavabdeh2 tanımadığını bildirmişdir.
47. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390, 404.1, 405, 442, 448, 452, 567, 568.1, 575 və 752.1, 752.2, 769-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 218.3-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Birinci iş üzrə:
48. İddiaçı2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv olunması və iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
49. İddiaçı1 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsinin onun iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunmasını, iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilmsini xahiş etmişdir. İkinci iş üzrə:
50. İddiaçı1 birinci instansiya məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv olunması və iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
51. Apellyasiya icraatı zamanı mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir.
52. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 02 iyul 2021-ci il tarixli, 2(103)-444/21 nömrəli qətnaməsi ilə (hakimlər: N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Kazımov və H.Əhmədov) 1-ci iş üzrə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, 2-ci iş üzrə İddiaçı1 apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnamə si prosessual əsasa, yəni işə baxılarkən iddiaçının iştirakı təmin olunmadığına görə ləğv edilmiş və iddia yenidən rədd olunmuşdur.
53. Apellyasiya instansiyası məhkəməsi 1-ci işdə 1-ci və 3-cü iddialarla bağlı qeyd etmişdir ki, ekspert rəyi ilə müəyyən edildiyi kimi, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə və müqaviləyə aid maliyyə arayışlarındakı imzalar hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən deyil, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra edilmişdir. Buna görə də məhkəmə düzgün olaraq müqaviləni və maliyyə arayışlarını etibarsız hesab etmiş və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırmışdır. 54. 1-ci işdəki 2-ci iddia ilə bağlı qeyd olunmuşdur ki, ekspert rəyi ilə binanın 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsi k imi layihələndirildiyi müəyyən edilmişdir və layihə üzrə 1-ci mərtəbədə ümumi sahəsi 120 kv metr olan 3 otaqlı mənzil nəzərə tutulmamışdır. Göründüyü kimi, İddiaçı1 ilə Cavabdeh1 MMC-nin arasındakı xx.xx.2016-ci ll tarixli müqavilədə göstərilən mənzilin mövcudluğu müəyyən edilmir. Əgər müqavilənin predmetini müəyyən etmək mümkün deyildirsə, deməli müqavilə bağlanmış sayılmır, çünki predmetə dair şərt mühüm şərtdir. Məhkəmə düzgün olaraq bu iddianı rədd edib və gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır. 55. 2-ci mülki işdəki iddia barədə apellyasiya məhkəməsi qeyd etmişdir ki, bu iddia İddiaçı1 ilə Cavabdeh1 MMC-nin arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsaslanmışdır. İddiaçı1 həmin müqaviləyə istinad edərək tələb etmişdir ki, binanın 1-ci mərtəbəsində yerləşən 200 k v metr qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqları tanınsın və həmin sahədən istifadə etməsinə yaradılan maneələr aradan qaldırılsın. Lakin, müqavilənin əsli və ya əsli ilə düzgünlüyü təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə buna əsaslanaraq iddianı rədd etmişdir. Bu, düzgün nəticədir. Belə ki, müqaviləyə əsaslanan tələb irəli sürüldükdə müvafiq müqavilənin əsli və ya əsli ilə düzgünlüyü təsdiq edilmiş surəti təqdim olunmalıdır. Əgər təqdim olunmursa, deməli, müqavilə mövcud deyil. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsi işə baxılarkən İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməməsi əsası ilə qətnaməni ləğv edərək iddianı yenidən rədd etmişdir.
56. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbay can Respublikasının Mülki Məcəlləsinin 337, 389, 331.1, 405.1, 407.2 və 406-cı, Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Üçüncü iş üzrə:
57. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
58. Apellyasiya şikayəti əsaslandırılmışdır ki, məhkəmə işdə olan ekspertiza rəylərini, alqı-satqı sənədlərini düzgün araşdırmamışdır. İddianın cavabdehə münasibətdə mümkünsüz sayılması, cavabdehin əvəzində əsl cavabdehi müəyyən etmək və yaxud qanunu yolla əldə edilən sübutlara söykənmək əvəzinə, artıq təqdim etdiyi tələbi üzrə sənədləri cavabdehin sahəsinə aid olmayan iddiaçının xeyrinə qanunu pozmaqla süb utlar əldə edilmişdir. Məhkəmə zərurət olmadığı halda, ekspertiza qarşısında sual qoymuşdur ki, “Bakı şəhərində 95 mərtəbəli bina mövcuddurmu?”. Halbuki, iş materiallarında cavabdehin adına olan digər müqavilələrdən, maliyyə arayışından, cizgi-planda, ekspertiza rəylərində, izahatlarda, vəsatətlərdə birmənalı göstərilir ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsi 95,4 kv metr olmaqla, binanın qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində göstərilir. Birinci instansiya məhkəməsi həm yerli baxışda, həm işdə olan sənədlərdə hamıya aşkar olan dəlillərə, aksioma gücündə olan sübutları qətnaməsinə daxil etmir. Yəni cavabdeh binanın qeyri-yaşayışının ikinci mərtəbəsində məskunlaşıb və təmirsiz sahə 95,4 kv metr təşkil edir. ikinci mərtəbədəki sahələr qeyri-yaşayış təyinatlıdır. Üstəlik artıq məhkəməd ə bir dəfə belə bir mübahisə barədə qanuni qüvvəli qətnamə çıxarılıb. Xətai Rayon Məhkəməsinin həmin qətnaməsində Cavabdeh1 MTK-nın Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə binasının birinci mərtəbəsində nə 120 kv metr ölçüdə, nə 80 kv metr ölçüdə mənzil sahəsinin olmadığı, tikilmədiyi barədə mötəbər sənədlər, qanuni qüvvəli qətnamə var. Xətai Rayon Məhkəməsi isə bu hüquqi əhəmiyyətli halları nəzərə almamışdır. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında iddiaçıya satılan birinci mərtəbədə ümumi sahəsi 80 kv metr olan, iki otaqlı mənzil binanın layihəsində nəzərdə tutulmadığından, deməli Mülki Məcəllənin 405-ci maddəsinə əsasən bu müqavilə bağlanmamış sayılır, yaxud da bağlanmış sayılmır. Belə ki, predmet ya yoxdur, ya nəzərdə tutulmayıb, ya da müəyyən etmək mümkün deyil. Ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçıya satılan birinci mərtəbədə 80 kv metr sahəsi olan 2 otaqlı mənzil binanın layihəsində nəzərdə tutulmamışdır. İddiaçı ilə xx.xx.2016-cı il tarixli müqavilədə göstərilən mənzilin mövcudluğunu müəyyən etmək mümkün deyildirsə, müqavilə bağlanmış sayılmır. Bu halda iddia rədd edilməli idi. İddiaçının bu işdə iddia ərizəsi üzrə mülki iş 18 noyabr 2020-ci ildən sonra başlanmışdır. Məhkəmənin iddiaçının iddia ərizəsinin mümkünsüz hesab edilməsi və iddiasının rədd edilməsi barədə nəticə üçün iş materiallarında mötəbər sübutlar, ekspertiza rəyləri, ünvan 4 ünvanda çoxmənzilli yaşayış binasının ikinci mərtəbəsində yerləşən 5 ildir ki, sahiblik etdiyi qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hü quqlarının tanınması barədə Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi, Cavabdeh1 MTK-dan bu sahənin alınması, həmin sahənin 95,4 k v.m ölçüdə olmaqla, hər kv metr 500 manatdan hesablanmaqla dəyərinin tam ödənilməsi barədə verilmiş Cavabdeh1 MTK-nın direktoru C.Alışovun imzası ilə təsdiq olunmuş, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş maliyyə arayışı, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sahənin cizgi-planı, iddiaçının və MMC-nin qanuni sahibi olduğu qeyri-yaşayış sahəsinin 06 may 2016-cı il tarixli müqavilənin və maliyyə arayışlarının etibarsız sayılması barədə iddialarının rədd edilməsi barədə Xətai Rayon Məhkəməsinin və yuxarı instansiya məhkəmələrinin qanuni qərarların mövcudluğuna Xətai Rayon Məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir.
59. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qətnaməsinin qismən, yəni MMC ilə cavabdeh arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə və cavabdehin adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə iddianın təmin edilməməsi hissəsində ləğv olunması və həmin hissələrdə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
60. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış məhkəmə mübahisələndirilən hissədə iş üzrə sübutlara, o cümlədən iş üzrə alınmış xx.xx.2021-ci il tarixli rəyə, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə, MMC-nin təsisçisi və direktoru olan S.Alışovun və digər şahid ifadələrinə, di gər təsisçi X.Baxışovun izahatına, möhürün məhv edilməsi barədə aktlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçıya aid mənzil cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh özünün xx.xx.2021-ci il tarixli müqaviləyə və xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsaslanaraq iddiaçıya məxsus əmlakı qaytarmaqdan imtina edir. İşə məhkəmədə baxılan zaman, cavabdehlər arasında müqavilənin bağlanması üçün MMC-nin iradə ifadəsinin mövcud olmadığı, yəni müqavilənin etibarsız olması, maliyyə arayışının isə qeyri-qanuni sənəd olması işdəki sübutlarla tam təsdiq olunmuşdur. Lakin məhkəmə bu halları düzgün müəyyən etsə də, özünün iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində müqavilə və maliyyə arayışını etibarsız hesab etməmişdir. Bununla da, müəyyən edilir ki, məhkəməni n müzakirə olunan hissədə gəldiyi nəticə işin hallarına uyğun deyildir.
61. Apellyasiya instansiyası məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(103)3297/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışınski) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, qətnamənin ləğvi üçün əsaslar olmadığını göstərmişdir.
63. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 389.1, 390.2, 390.5, 404.1, 405, 442, 448, 452, 567, 568.1, 575, 752.1 və 752.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddələrinə istinad edərək ə saslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Birləşdirilmiş birinci və ikinci iş üzrə:
64. İddiaçı2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 02 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
65. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspertiza rəyi ilə təsdiq edildiyi kimi, İddiaçı2 adına yazılmış 12 İyul 2016-cı il tarixli yekun maliyyə arayışında C.Alışovun sözünün qarşısında qoyulan imzanın C.Alışov tərəfindən imza etməsi, ümumiyyətlə maliyyə və müqavilələrdə sahənin çizgi planında olan möhürlərin "xxxx" MTK-ya məxsus olması İddiaçı2 hazırda sahibliyində olan 95 kv metr ölçüsü olan qeyri-yaşayış sahəsinin cavabdeh MTK-dan qa nuni əldə etməsini müəyyən edir. Belə ki, İddiaçı1 müqaviləsində göstərilən mənzil sahəsinin iddiaçının sahibliyi və istifadəsinə verilmiş sahə ilə üst-üstə düşməyən ayrı sahə olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin verdiyi mühəndis texniki ekspertiza rəyi ilə, X8 MMC-nin verdiyi mühəndis texniki ekspertiza rəylərində təsdiqini tapır. Ekspertiza rəyləri verilmiş sənədlərdən də görünür ki, İddiaçı2 aldığı qeyriyaşayış sahəsinə 06 may və 12 iyul 2016-cı il tarixli maliyyə arayışı əsasında "Yüksəliş-C” MTK-ya ödənişi tam ödəməklə, bu kooperativ əmlaka sahiblik və istifadə hüququnu qanunauyğun əldə etmişdir. İddiaçı2 adına verilmiş alqı-satqı müqaviləsinin və maliyyə arayışının tarixindən də görünür ki, həmin qeyri-yaşayış sahəsinin ilkin alıcısıdır. Lisenziya əsasında, X8nin verdiyi rəydə İddiaçı2 Mazın oğluna satılmış qeyri-yaşayış sahəsinin alğı-satqı müqavilələrinin, imzaların C.Alışova məxsus olması və möhürün hüquqi şəxsə '‘Yüksəliş-C" MTK-ya aid olmasına dair ikinci ekspertiza rəyi də araşdırılmamış və qiymətləndirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə keçirilmiş 09 fevral 2021-ci il tarixli ekspertizanın rəyində bildirilir ki, tədqiq olanan Cavabdeh1 MTK-ya məxsus yaşayış binasının birinci və ikinci mərtəbələrinin qeyri- yaşayış sahəsi kimi layihələndirildiyi, eləcə də layihə üzrə binanın birinci və ikinci mərtəbələrində mənzil nəzərdə tutulmadığı, İddiaçı2 də sahibliyində olan sahənin qeyri yaşayış təyinatlı olduğu qeyd olunmuşdur. Cavabdeh1 MTK ilə bağlanmış müqavilənin mühüm şərti sayılan əmlakın mülkiyyətçisi İddi açı2 olmuşdur.Məhkəmə qiymət verərkən, İddiaçı2 əmlak üzərində qanuni sahiblik və mülkiyyət hüquqlarının yarandığını nəzərə alıb, Cavabdeh1 MTK-nın məhz 12 iyin 2016- cı il tarixli yekun maliyyə arayışı verməklə bu əmlak payının İddiaçı2 satılması barədə alqı-satqı müqavilələrini təsdiq edib verdiyi cizgiplanı, həmçinin alqı-satqının bağlanmış hesab edilməsi barədə mühüm şərtləri qanunvericiliyə əsasən tanındığını, İddiaçı2lə aparılmış alqı-satqının bağlanmış hesab edilməsi barədə qanunvericiliyin göstərişlərini pozmuşdur. Həmçinin, əqdin etibarsızılığının mübahisələndirilməsinə iddia müddəti tətbiq edilməli idi. Belə ki, müqavilə 06 may 2016-cı ildə bağlanmış, 2020-ci ildə müqavilənin etibarsız sayılması barədə iddia irəli sürülmüşdür.
66. İddiaçı1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci tarixli qətnaməsinin qismən, İddiaçı1 iddia tələblərinin 200 kv metr (120 kv metr + 80 kv metr) sahəyə sahiblik və istifadə hüququnun tanınması və sair tələblərinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissələrdə İddiaçı1 iddialarının tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
67. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, İddiaçı1 satılan yaşayış sahəsinin yerləşdiyi bina - bir ədəd bir girişli, zirzəmi (avtodayanacaq), birinci mərtəbəsi qeyri-yaşayış olan 19 (+texniki) mərtəbəli yaşayış binasıdır. Bu sənəd bir daha təsdiq edir ki, İddiaçı1 satılan yaşayış sahəsi Bakı şəhəri, Xəta i rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilmiş binanın faktiki 2-ci mərtəbəsi, yaşayışın isə 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsidir. Yüksəliş C” MMCnin vəzifəli şəxsləri, o cümlədən təsisçisi Xaləddin Bağışov tərəfindən həmin əmlak qanunsuz olaraq İddiaçı2 satılmışdır. Halbuki əmlakın qanuni sahibi Qərıb Qəriblidir. Məhkəmələr ekspertiza rəylərinə əsasən 12 noyabr 2016-cı il tarixli müqaviləsindəki imzanın C.Alışova deyil, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra edilməsinə, həmin müqavilədəki möhür əksləri relyef klişeləri vasitəsilə vurulmasına, layihə üzrə binanın 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv metr olan 3 otaqlı mənzil nəzərdə tutulmamasına, «Aİternativ Ekspertiza Mərkəzinin“ ekspert rəyinə əsasən, "xxxx" MMC-yə məxsus yaşayış binasının birinci mərtəbəsinin layihə üzrə qeyriyaşayış sahəsi kimi nəzərdə tutulduğu, yaşayış binasında ümumiyyətlə sahəsi 80,0 kv metr. olan 2 otaqlı mənzillər layihələndirilməməsinə istinad etmişlər. Məhkəmələrin bu mövqeyi əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu İl tarixli, xx.xx.2019-cu il tarixli rəylərin İddiaçı1 ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və eyni tarixlii maliyyə arayışına heç bir aidiyyəti yoxdur. Belə ki, sözügedən rəylər Xətai Rayon Məhkəməsinin İddiaçı2 Cavabdeh1 MTK- ya qarşı “qeyri-yaşayış sahəsinə pay tələbi ilə bağlıdır. xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli rəylərin İddiaçı1 ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və eyni tarixli maliyyə arayışına heç bir aidiyyəti yoxdur. Xətai Rayon Məhkəməsinin İdd iaçı2 Cavabdeh1 MTK- ya qarşı iddia tələbinə dair mülki iş üzrə təyin edilmiş ekspertizalar üzrə verilmiş rəylər olmuşdur. Həmin vaxt hazırki iş üzrə mübahisə predmeti olan 200 kv metr ibarət mübahisəli sahəyə dair bağlanmış xx.xx.2016cı il tarixli müqavilə və maliyyə arayışı ekspertizaların tədqiqat obyekti olmamışdır. Yuxarıda qeyd olunan rəylər ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-cİ mərtəbəsində, ümumi sahəsi 95 kv metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 MTK tərəfindən İddiaçı2 adına tərtib olunmuş xx.xx.2016-cı il tarixli maliyyə arayışı, habelə həmin ünvanda yerləşən binanın 1-ci mərtəbəsində sahəsi 120 kv metr. ibarət mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və maliyyə arayışı əsasında olmuşdur (hərçənd həmin rəylərdə İddiaçı1 ilə bağlanmış müqavilələ rdəki imzanın MMCnİn direktoru C.Alışov tərəfindən icra olunduğu, möhürün isə “Yüksəliş-C" MMC-yə aid olduğu qeyd olunmuşdur). Məhkəmələrin istinad etdikləri ekspertiza rəyləri, hazırda Məhkəmə Ekspertiza Mərkəzinin Xətai Rayon Məhkəməsinə verdiyi xx.xx.2021-ci il tarixli rəyi ilə təkzib olunur. Belə ki, əvvəlki rəylər Yüksəliş-C” MTK tərəfindən Bakı şəhəri, Xətai raynu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilmiş binada MTK-nın Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/14-537 nömrəli xx.xx.2008-ci il tarixdə razılaşdırılmış ilkin layihəyə əsaslandığı halda, hazırki kassasiya şikayətində isinad etdiyimiz Məhkəmə Ekspentiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2623 nömrəli rəyi həmin binanın faktiki vəziyyəti əks etdirmiş və tədqiqat zamanı MTK-nın layihədən kə nara çıxaraq, binanın 1-ci və 2-ci mərtəbələri arasında örtük vasitəsi ilə iki hissəyə ayırdığı, İddiaçı1 satılmış sahənin (ümumilikdə 200 kv metr, ayrı-ayrılıqda isə 120 kv metr + 80 kv metr) də məhz binanın faktiki yaşayışın 1-ci mərtəbəsində yerləşdiyi təsdiq olunmuşdur. Lakin, Cavabdeh2 və onunla əlbir olan Cavabdeh1 MMC-ni təmsil edən Xaləddin Baxışov, yuxarıda qeyd olunan halı məhkəmələrdən gizlətmiş, məhkəmələrə yalnız yaşayış binasının ilkin layihəsini təqdim etmiş, mübahisələrlə bağlı keçirilmiş ekspertiza tədqiqatlarının aparılması üçün də ekspertlərə məhz ilkin layihə təqdim olunmuşdur. Belə ki, Yüksəliş-C” MMC-nin ünvan 1də inşa etdiyi çoxmənzilli yaşayış binasının layihəsində nəzərdə tutulmayan, lakin faktiki vəziyyətdə yaşayış binasında ilkin layihədən kənar çıxılaraq binanın 1-ci və 2-ci mərtəbələri arasında mərtəbələr arası örtük inşa edilməklə ayrıca mərtəbə yaradılmışdır. İddiaçı1 satılan 200 kv metr. sahə də (ayrı- ayrılıqda 120 kv metr + 80 kv metr) məhz binanın 1-ci və 2-ci mərtəbələri arasında örtük inşa edilməklə yaradılmış sahədə (faktiki yaşayışın 1-ci mərtəbəsində) yerləşir. İddiaçı1 iddiasını rədd etmiş məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, iddiaçı tərəf 200 kv metr sahəyə dair müqavilənin əslini və ya düzgünlüyü təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında yaranmış mübahisəni qanuna uyğun və ədalətli həli etmək vəzifəsi daşıyan məhkəmələrin bu yanaşmaları düzgün deyildir. Çünki, İddiaçı1 və Cavabdeh1 MTK arasında 200 kv metr sahəyə dair bağlanmış müqavilənin və maliyyə arayışının əsilləri mövcuddur və həmin sənədlərin surətləri məhkəmələrə təqdim olunmuşdur. Lakin sənədlərin əsillərinin və ya düzgünlüyü təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması, iddiaçının isə bundan imtina etməsi halları olmamışdır. Nə işə baxmış məhkəmələr iddiaçı tərəfə müqavilə və maliyyə arayışının əslinin təqdim edilməsini təklif etmiş, nə də iddiaçı bu təklifi rədd etmişdir. Apelyasiya instansiyası məhkəməsində hakim elə ilk iclasda apellyasiya baxışını yekunlaşdırmış, işi dəqiq araşdırmadan tələsik qərar vermişdir. Təbii ki, iddia irəli sürən İddiaçı1 marağındadır ki, haqlı tələbi məhkəmələr tərəfindən təmin olunsun. Belə olan halda, müqavilə və maliyyə arayışını təqdim etməməsi məhkəmələrin bəhanəsidir, iş üzrə tərtib edilmiş məhkəmə iclas protokollarına da nəzər salınsa, belə bir halın olmadığı, işə baxm ış məhkəmələr tərəfindən işə faktiki hallar əsasında baxılmadığı kassasiya instansiyası məhkəməsi üçün tam aydın olar.
68. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra kassasiya instansiyası məhkəməsi) 2(102)-2502/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: İsmayıl Xəlilov (sədrlik edən və məruzəçi), Ələsgər Əliyev və Əhmədova Mehparə) İddiaçı1 (bir işdə iddiaçı, digər işdə müstəqil tələb irəli sürən 3-cü şəxs) kassasiya şikayətinin qismən təmin edilməsi, həmin iş üzrə apellyasiya instansiya məhkəməsinin 2 iyul 2021-ci il tarixli qətnaməsi İddiaçı1 iddia tələblərinin rədd edilməsi hissəsində (hər iki iş üzrə) ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün qaytarılması, İddiaçı2 kassasiya şikayətinin təmin edilməməməsi, kassasiy a şikayətlərinə əsasən qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
69. Məhkəmə kollegiyasının İddiaçı2 kassasiya şikayəti ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi İddiaçı2 tələbinin əsası kimi istinad etdiyi müvafiq sənədlərin etibarlı sənədlər olmaması barədə qənaətə gəlməkdə haqlı olmuşdur.
70. Belə ki, iddiaçının dəlilləri keçərli deyil. Əvvəla, qeyd olunur ki, tərəflər arasında analoji öhdəliklərin yaranması üçün etibarlı müqavilə olmalıdır. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında etibarlı müqavilə olmamışdır. Mülki hüquq və vəzifələrin dairəsi müqavilə ilə müəyyən edilir. Nə qədər ki, belə bir müqavilə mövcud deyil (təqdim edilmiş müqavilə saxtadır), iddiaçının həmin müqavilə əsasında əmlak tələbi əsaslı hesab oluna bilməz.
71. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin saxta olduğu təsdiq olunduğundan iddiaçının digər dəlilləri ilə bağlı ətrafı araşdırma aparılması zərurəti aradan qalxır. O cümlədən, onun istifadəsində olan sahənin İddiaçı1 verilmiş sahə ilə üst-üstə düşməməsi, həmin sahənin qeyri-yaşayış sahəsinə aid olan hissədə yerləşməsi, mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışı verilməsi dəlilləri iddianın təmin olunması üçün əsas ola bilməz. Tərəflər arasındakı müqavilənin saxta olması məhkəməyə qanuni əsaslar vermişdir ki, Cavabdeh1 MTK-nın İddiaçı2 qarşı iddiası təmin edilsin.
72. Bundan başqa, apellyasiya instasiyası məhkəməsi İddiaçı1 kassasiya şikayətinə münasibətdə hesab etmişdir ki, tərəflərin mübahisələndirdikləri eyni sahələrlə bağlı məhkəmələrin icraat ında bir neçə mülki iş olmuş və həmin işlərlə bağlı məhkəmə qərarları işə əlavə edilmişdir. İş üçün əhəmiyyət kəsb edən sübutlar olduğu halda işə baxan məhkəmələr eyni sahələrlə bağlı çıxarılmış və bir biri ilə ziddiyət təşkil edən məhkəmə qərarlarını öyrənib onlara sübutların məcmusu qaydasında qiymət verməmişlər.
73. Belə ki, işdə olan sənədlərlə təsdiq olunduğu kimi, İddiaçı1 verilmiş eyni sahələrlə bağlı üç müqavilə bağlanmışdır. 1-ci mərtəbədə ümumi sahəsi 120 kv metr olan 3 otaqlı mənzil, ümumi sahəsi 80,0 kv metr 2 otaqdan ibarət mənzillə bağlı müqavilə və binanın 1-ci mərtəbəsində yerləşən 200 kv metr qeyri-yaşayış sahəsi ilə bağlı müqavilə. İlk iki müqavilənin əvəzində sonradan bir müqavilə bağlanmasını hər iki tərəf təsdiq etmişdir. Cavabdeh1 MMC-nin adından müqaviləni bağlamış C.Alışov özü də bu halı təsdiq etmişdir. Məhkəmələr qeyd olunan məsələlərlə bağlı heç bir hüquqi dəyərləndirmə aparmamış, həmin sahənin binanın hansı mərtəbəsində yerləşməsini (yaşayışın 1-ci mərtəbəsində, yoxsa qeyri-yaşayışın 1-ci mərtəbəsində) aydınlaşdırmamışlar. Halbuki, həmin məsələ baxılan mübahisənin əsas dəlillərindən biri olmuşdur.
74. Digər tərəfdən, həmin mübahisəli məsələ ilə bağlı işdə olan ekspert rəyi isə binanın faktiki inşa vəziyyəti nəzərə alınmadan ilkin layihəsi əsasında verilmişdir. Tərəflərin heç biri, nə İddiaçı2, nə İddiaçı1, Cavabdeh1 MTK və nə də digər işdə həmin sahə ilə bağlı tələbi olan Cavabdeh2 öz mövqelərini müdafiə etmək üçün qeyd olunan dəlilə istinad etməmişlər. İddiaçı2, başqa işdə isə Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı iddia tələbi üzrə qətnamədən də görü nür ki, onların mübahisələndirdikləri sahə İddiaçı1 ayrılmış sahələrdir. Hətta, Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı qeyri-yaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsinə baxılarkən onun iddiası təmin edilməmiş və birinci instansiyanın qətnaməsindən Cavabdeh1 MMC apellyasiya şikayəti verərkən şikayətinin dəlili kimi ona əsaslanmışdır ki, həmin sahə İddiaçı1 satılmış sahədir. Özüdə həmin işə hazırkı işdən əvvəl baxılmış və apellyasiya məhkəməsinin qətnaməsi 01 sentyabr 2020-ci il tarixdə qəbul edilmişdir. Hazırkı işdə isə Cavabdeh1 MMC qeyd olunan məsələ ilə bağlı tamamilə əks mövqe nümayiş etdirərək QəribQəriblinin iddiasını etiraf etməmişdir.
75. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin iş də hazırkı işdə iddianın rədd edilməsinin əsası kimi qəbul edilmiş İddiaçı1 ayrılmış sahənin binanın layihəsində nəzərdə tutulmaması ilə bağlı məsələ ilə əlaqədar fərqli mövqe nümayiş etdirilmiş və İddiaçı1 müqaviləsi etibarlı müqavilə kimi qəbul edilmişdir. Hazırkı işdə məhkəmə hesab etmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 MMC-nin arasındakı xx.xx.2016-ci il tarixli müqavilədə göstərilən mənzilin mövcudluğu müəyyən edilmədiyindən müqavilənin predmetini müəyyən etmək mümkün deyildir və ona görə müqavilə bağlanmış sayılmır. Göründüyü kimi eyni mübahisəli sahələrlə bağlı məsələyə baxan məhkəmələrin müxtəlif mövqelər nümayiş etdirilməsinə dair məhkəmə qərarları mövcuddur və bu halı işdə olan ekspertiza rəyinin mötəbərliliyini şübhə altına alır.
76. Eyni zamanda hazırkı işdə İddiaçı1 ayrılmış sahə lərin binanın layihəsində nəzərdə tutulmaması ilə bağlı hallar ətraflı araşdırılmamışdır. Tərəflər özləri həmin sahələrin mövcudluğunu mübahisələndirmədikləri halda məhkəmələr binanın inşasına dair layihəni əsas tutaraq iddianı rədd etmişlər. Həmin sahənin mövcudluğu, binanın 1-ci və 2ci mərtəbələri arasında örtük vasitəsi ilə iki hissəyə ayırdığı, həmin sahə ilə bağlı tərəflərin, o cümlədən digər mülki işdə Cavabdeh2 ilə mübahisə açdıqları işin mübahisəsiz hallarıdır.
77. Tərəflərin birinin müqaviləsində binanın 1-ci mərtəbəsi, digərində binanın 2-ci mərtəbəsi qeyd olunması səbəbləri araşdırılmalı, bununla bağlı irəli sürülən dəlillər yoxlanmalıdır. İddiaçı ona ayrılan sahələrin yaşayışın 1-ci mərtəbəsi, hesablayanda 2-ci mərtəbə kimi oxunduğunu israr edir. Sonradan baxılmış mülki işdə (İddiaçı1 Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı işində) məhkəmələr bununla bağlı araşdırma aparmaqla İddiaçı1 iddiasını təmin etmişlər.
78. Kassasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, işə yenidən baxılarkən məhkəmə müxtəlif cavabdehlər arasında eyni sahələrlə bağlı mövcud olmuş mübahisələrə dair məhkəmə qərarlarını öyrənməli, həmin qərarların hansı hissədə preyudisial əhəmiyyət kəsb edib-etməməsini aydınlaşdırmalı, eyni məsələ ilə bağlı məhkəmə qərarları arasındakı ziddiyyətli halları aşkar etməli, onların hansının istinsa edilməsi imkanlarını yoxlamalı, lazım gələrsə başqa mülki iş üzrə məhkəmə qərarlarının qanuni qüvvəyə minməsini gözləməklə (əgər həmin məhkəmə qərarının müəyyən etdiyi hallar hazırkı işdə preyudisial əhəmiyyət kəbs edirsə) mübahisəyə hüquqi qiymət verilməlidi r.
79. Həmçinin, İddiaçı1 onunla bağlanmış müqavilənin əslini məhkəməyə təqdim edilməməsi əsası ilə iddianın rədd edilməsi də düzgün olmamışdır. Əvvəla, yuxarıda qeyd olunan məhkəmə qərarlarının mövcudluğu iddiaçının müqaviləsinin mövcudluğu və bunun tərəflər arasında mübahisə predmeti olmadığı qənaətini formalaşdırır. Çünki həmin qətnamələr İddiaçı1 adına müqavilələrin mövcudluğun ilə bağlı açılmış mübahisələrdən ibarət olmuşdur.
80. Bundan əlavə kassasiya məhkəməsi qeyd etmişdir kİ, İddiaçı1 iddiası üzrə birinci instansiya instansiya məhkəməsinin araşdırma materiallarından görünür ki, həmin prosesdə cavabdeh tərəf iddiaçının təqdim etdiyi müqavilələrin mövcud olmamasına istinad etməmiş, onların mövcudluğunu mübahisələndirməmişdir. Eyni zamanda həmin məsələ apellyasiya icraatına baxılması zamanı da mübahisə predmeti olmamışdır.
81. Həmçinin iddiaçının apellyasiya şikayətinin dəlillərindən biri müqavilənin əslinin mövcudluğu ilə bağlı olsa da, işə mahiyyəti üzrə baxan məhkəmə bu dəlillə bağlı heç bir araşdırma və müzakirə aparmadan qərar qəbul etmişdir. Hansı ki, iddianın rədd olunmasının yeganə əsası həmin hal olmuşdur.
82. Eyni zamanda apellyasiya məhkəməsi sübut qismində təqdim edilmiş müqavilənin surətinin mötəbər sənəd kimi qəbul edilib-edilməməsi (cavabdeh tərəfindən mübahisələndirilib-mübahisələndirilməməsi) ilə bağlı tərəflərlə hər hansı müzakirə aparmamış, təqdim olunan müqavilənin əslinin məhkəməyə təqdim olunmasını iddiaçıya təklif etməmişdir.
83. Bununla yanaşı kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 tələbi ilə bağlı işə yenidən baxılarkən on un İddiaçı2 qarşı mövcud tələbinə də qiymət verilməlidir. Çünki məhkəmələr Cavabdeh1 MTK-nın İddiaçı2 qarşı tələbini təmin etmiş, lakin İddiaçı1 iddiasını həmin hissədə təmin etməmişlər. Qəbul ediləcək qərarda ziddiyyətlərə yol verilməməsi üçün işə yenidən baxılarkən İddiaçı1 İddiaçı2 qarşı iddia tələbi dəqiqləşdirilməli, Cavabdeh1 MTK-nın İddiaçı2 qarşı tələbinin təmin olunması fonunda (həmin hissə qanuni qüvvəsini alıb və təmin olunan hissə İddiaçı1 iddiası ilə üstüstə düşürdü) İddiaçı1 İddiaçı2 qarşı tələbinə yenidən qiymət verilməsi zərurəti yaranacaqdır.
84. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1, 337, 390.1, 404.1, 404.2, 404.3 və 405.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 89.3, 377, 407.2, 416. 1 və 417.1.3cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Üçüncü iş üzrə:
85. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 25 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
86. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmaması və iddiaçıya münasibətdə subyektiv yanaşma nəticəsində qəbul olunmuşdur.
87. Kassasiya instansiyası məhkəməsinin 2(102)-5111/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya ş ikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 25 may 2022-ci il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə işin yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.
88. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, məhkəmə iddia tələbini təmin edərkən bu müqavilə üzrə iddiaçının subyektiv hüququna istinad etsə də, cavabdeh iddiaçının mübahisəli yaşayış sahəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının olduğuna istinad etməklə iddianın mümkün sayılmamalı olduğunu bildirir və apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlillərinə qiymət verməmişdir.
89. Belə ki, işə baxmış məhkəmələr iddiaçının mübahisəli yaşayış sahəsi ilə bağlı Cavabdeh1 MMC-yə qarşı “istifadə və sahiblik hüququnu tanınması, istifadəyə törədilən mane ələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunan halların hazırki işə preyudisiallıq baxımından təsirini araşdırmamış, mübahisəli mənzilin sözügedən binanın layihəsində nəzərdə tutulmaması barədə əvvəl gəldiyi nəticə ilə nəyə görə razılaşmadığını əsaslandırmamışdır.
90. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh1 MMC-yə qarşı “istifadə və sahiblik hüququnu tanınması, istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbi rədd olunduğu halda, iddiaçının hazırki iş üzrə Cavabdeh1 MMC-yə qarşı iddia tələblərinə (istifadə və sahiblik hüququnun tanınması, mənzildən istifadə edilmə sinə törədilən maneələrin aradan qaldırılması) baxılmasının MPM-nin 261.0.2-ci maddəsinin göstərişləri baxımından mümkünlüyünü əsaslandırmamışdır.
91. Bundan başqa, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-91/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilmişdir ki, iddiaçı eyni binada eyni saylı mənzillə bağlı (120 kv metr. sahəsi olan) daha bir müqaviləsi mövcuddur və həmin müqavilə əsasında iddia tələbi rədd edilmişdir”. Lakin iş materiallarında bu qətnamə yoxdur və həmin iş üzrə müəyyən olunan hallarla hazırki işdə məhkəmənin müəyyən etdiyi hallar arasında ziddiyyət olub-olmaması müəyyən deyildir.
92. Digər tərəfdən, kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 yazılı vəsatət verərək, iş də olan, onunla MTK arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilədə qeyri-yaşayış sahəsinin “mərtəbəsi” və “sahəsi” qrafalarında texniki səhvə yol verilərək mərtəbənin 95,4-cü və sahənin “İİ” qeyd olunduğunu, işə həm də səhvsiz müqaviləni əlavə etdiyini bildirmiş və işə baxılarkən iş materiallarına əlavə etdiyi səhvsiz müqaviləyə istinad olunmasını xahiş etsə də, məhkəmə cavabdehin bu vəsatətini nəzərə almamış, iddiaçıya verilmiş «mənzillə Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv metr dən ibarət olan qeyri-yaşayış sahəsinin (market) eynilik təşkil etmədiyi işdə ola n sübutlarla təsdiq edildiyi» nəticəsinə gəlmişdir.
93. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, "xxxx" MTK-nın sədri olmuş X2 barəsində olan cinayət işi üzrə bu mübahisə tərəflərinin zərərçəkmiş şəxs qismində tanınıb-tanınmamasını, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hazırki işin bağlılığını, Xətai Rayon Məhkəməsinin 2(011)-482/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsini araşdırıb mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azə rbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
94. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 390.2, 404.1, 405.1, 442, 448.1, 448.3, 452.1, 567, 568.1, 752.1 və 752.2-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 407.2 və 416.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
95. Apellyasiya instansiyası məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərardadı ilə hər üç mülki iş birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir.
96. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-820/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahi d Sadıqov və Məhəmməd Rüstəmli) İddiaçı1 apellyasiya şikayətləri tam, Cavabdeh2 apellyasiya şikayətinin isə qismən təmin olunması, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qətnamələrinin hazırkı apellyasiya baxışının predmeti olan həmin hissələrində ləğv edilməsi və həmin hissələrdə birləşdirilmiş iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “120 kv metr və 80 kv metr (cəmi 200 kv metr) yaşayış sahələri üzərində İddiaçı1 sahiblik və istifadə hüququnun tanınması, həmin sahələrdən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması, Cavabdeh2 sahəsi 80 kv metr olan mənzildən çıxarılması, həmin mənzilin boşaldılıb İddiaçı1 təhvil verilməsi” tələbinə dair iddiasının təmin olunması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 saylı və sahəsi 120 kv metr təşkil edən 3 otaqlı 9A saylı mənzillər, yəni cəmisi 200 kv metr yaşayış sahəsi üzərində İddiaçı1 istifadə və sahiblik hüququnun tanınması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 saylı mənzildən çıxarılması və həmin mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən sahəsi 80 kv metr tə şkil edən 2 otaqlı 9 saylı və sahəsi 120 kv metr təşkil edən 3 otaqlı 9A saylı mənzillərdən İddiaçı1 istifadəsinə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.
97. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 hər üç iş üzrə tələbləri ümumiləşdirilməklə hazırki apellyasiya baxışının predmeti olan 120 kv metr və 80 kv metr (cəmi 200 kv metr) yaşayış sahələri üzərində İddiaçı1 sahiblik və istifadə hüququnun tanınması, həmin sahələrdən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması, Cavabdeh2 sahəsi 80 kv metr olan mənzildən çıxarılması, həmin mənzilin boşaldılıb İddiaçı1 təhvil verilməsidir.
98. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı1 ilə bağlanmış müqavilələrin həqiqiliyi qəbul edilm əli, həmin müqavilələrdə nəzərdə tutulan mənzillər üzərində onun istifadə və sahiblik hüququ tanınmalıdır. Cavabdeh2 mübahisəli 80 kv metr sahəyə hər hansı hüququ olmadığından oradan çıxarılmalı və həmin sahə İddiaçı1 təhvil verilməlidir.
99. Bu baxımdan, birinci instansiya məhkəməsi 1-ci və 2-ci işlər üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Həmçinin, birinci instansiya məhkəməsi 2-ci işə baxarkən İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməmişdir ki, bu da Mülki-Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə görə özlüyündə şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğvi üçün əsasdır. 100. 3-cü işin apellyasiya baxışının predmeti olan hissədə isə maddi hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunsa da, işlərin vahid icraatda birləşdirilməsi, birləşdirilmiş işlər üzrə tələblərin də ümumiləşdirilməsi və vahid tələb üzrə işə baxılması zərurəti yarandığından məhkəmə kollegiyası qətnamənin həmin hissədə ləğv edilməli olduğu qənaətinə gəlmişdir.
101. Belə ki, İddiaçı1 80 kv metr yaşayış sahəsinə dair müqavilənin əslini məhkəməyə təqdim etsə də, Cavabdeh2 həmin sahə ilə bağlandığını iddia etdiyi xx.xx.2016-cı il tarixli müqavilənin əslini nə birinci instansiya məhkəməsində, nə apellyasiya baxışı zamanı təqdim etməmişdir. Apellyasiya baxışı zamanı ona müqavilənin əslini təqdim etmək təklif olunmuş, lakin o, müqavilənin əslinin hazırda o nda olmadığını, hansısa ədliyyə orqanına şikayət ərizəsi yazarkən ərizəyə əlavə edib göndərdiyini, sonradan geri ala bilmədiyini bildirmişdir.
102. Belə olan halda, məhkəmə kollegiyası göstərilənləri, iddiaçının Cavabdeh2la bağlanmış müqavilənin saxta olmaqla əslinin mövcud olmadığını iddia etdiyini, müxtəlif məzmunlu iki müqavilənin kserosurətinin iş materiallarına əlavə olunduğunu və cavabdeh tərəfindən müqavilənin əslinin təqdim edilə bilmədiyini nəzərə alaraq həmin müqavilənin əslinin ümumiyyətlə mövcud olmasına şübhə ilə yanaşmış, hesab etmişdir ki, hazırkı vəziyyətdə iddiaçı həmin mənzilə dair özü ilə bağlanmış müqavilənin əslini təqdim etdiyindən, sübutların mötəbərliyinə qiymət vermək baxımından cavabdeh də məhz bu mənzilə hüququ olduğunu sübut etməlidir.
103. Həmçinin, məhkəmə işd ə olan çoxsaylı sənədlərə, həmçinin binanın digər sakinlərinin müqavilələrinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarına əsaslanaraq belə qənaətə gəlmişdir ki, 120 kvm və 80 kvm yaşayış sahələrinin mövcudluğu işin mübahisəsiz halıdır. Əvvəla, tərəflər özləri həmin sahələrin mövcudluğunu mübahisələndirmirlər. Digər tərəfdən, müəyyən olunur ki, binanın inşası layihə üzrə aparılmamışdır. O cümlədən, həmin sahələrin ölçülərinin faktiki olaraq müqavilədə göstərilən ölçüdən az olması həmin müqavilələrin mötəbərliyini şübhə altına ala bilməz. Məhkəmə təcrübəsində MTK-lara məxsus mənzilllərlə bağlı mübahisələrə baxılarkən mənzillərin faktiki ölçüsünün müqavilədə göstəriləndən fərqli olması ilə bağlı kifayət qədər çoxlu misallar var.
104. Digər tərəfdən, Cavabdeh1 MMC-nin sədri olmuş C.A lışov məhkəmə iclasındakı izahatı, 26 avqust 2021-ci il tarixli ekspert rəyi, şə baxan məhkəmələr tərəfindən keçirilmiş yerində baxış protokolları təsdiq etmişdir ki, İddiaçı1 müqavilə üzrə ayrılmış sahələr binanın yaşayış hissəsinin 1-ci mərtəbəsində, yəni faktiki yaşayışın birinci mərtəbəsində yerləşir və 120 kv metr sahə İddiaçı2 tərəfindən, 80 kv metr sahə isə Cavabdeh2 tərəfindən zəbt olunmuşdur.
105. Bundan əlavə, Cavabdeh2 və İddiaçı2 pay haqqının ödənilməsi barədə verilmiş birgə arayış isə hazırkı işdə mötəbər sübut kimi qəbul edilə bilməz. Əvvəla, həmin maliyyə arayışının etibarlılığının yoxlanılması hazırkı apellyasiya baxışının predmeti deyil. Digər tərəfdən, məhkəmə xətşünaslıq ekspertizasının 18 iyul 2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, həmin maliyyə arayışın ver ilmə (tərtib olunma) tarixini göstərən “12 iyul 2016” yazısındakı “6” rəqəminin altında əvvəl başqa rəqəm olmuşdur. Sonradan üstündən ağardıcı maddə çəkilərək indiki rəqəm, yəni “6” yazılmışdır.
106. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 müqaviləsi həqiqi olmuş olsa belə, ona və İddiaçı1 verilmiş sahələr eynilik təşkil etmir. Əvvəla, 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin kserosurətindən görünür ki, həmin müqavilənin predmeti "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95,4-cü mərtəbəsində ümumi sahəsi İİ kv metr dən ibarət olan (market) qeyriyaşayış sahəsidir. Halbuki, ekspert rəyində də qeyd olunduğu kimi, mübahisəli mənzillərin yerləşdiyi binada 95,4 -cü mərtəbə mövcud deyil. İddiaçı1 ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə isə mənzilin sahəsi 80 kv metr, otaqların sayı 2, mənzilin nömrəsi isə 9 qeyd olunmuşdur.
107. Digər tərəfdən, Cavabdeh2 təqdim etdiyi kserosurət müqavilədə rekvizitlərin bu cür göstərilməsinin texniki yanlışlıq olduğu qəbul edilmiş olsa belə, yenə də Cavabdeh2 binada faktiki yaşayışın 1-ci mərtəbəsində olan həmin 80 kv metr yaşayış sahəsinə hər hansı hüququ yaranmır. Belə ki, əvvəla, mənzilin faktiki ölçüsü 80 kv metr olmaqla Cavabdeh2 deyil, İddiaçı1 müqaviləsində olan sahə ilə eynidir. İkincisi, qeyd olunduğu kimi, bina layihəyə uyğun tikilmədiyi üçün mənzillərin müqavilədə göstərilən mərtəbələri onların faktiki yerləşdiyi mərtəbəyə uyğun gəlmir. Müqavilədə 1-ci mərtəbədə yerləşdiyi göstərilən mənzil daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 2-ci mərtəbə kimi, 2-ci mərtəbədə yerləşdiyi göstərilən mənzil isə 3-cü mərtəbədə olan mənzil (sahə) kimi qeydiyyatdan keçmişdir. Eləcə də, bütün digər mərtəbələrdə yerləşən mənzillər də eyni qaydada qeydiyyatdan keçmişlər. Bununla bağlı digər sakinlərin müqavilə və çıxarışlarının surətləri iş materiallarına əlavə olunmuşdur.
108. Həmçinin, Cavabdeh2la bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbi hazırkı apellyasiya baxışının predmeti olmadığından və hazırkı işdə bu tələbə artıq qiymət verildiyindən məhkəmə kollegiyası həmin tələbə münasibət bildirməmişdir.
109. Bundan başqa, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alan məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş ü zrə mübahisə tərəfləri olan İddiaçı1 və Cavabdeh2 Cavabdeh1 MTK-nın sədri olmuş X2 barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışlar və ümumiyyətlə onların adları həmin cinayət işi üzrə hər hansı formada keçmir.
110. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il və 25 fevral 2020-ci il tarixli qətnamələrinin preyudisiallığı ilə bağlı müəyyən etmişdir ki, həmin işlər hazırkı apellyasiya baxışının predmeti olan hissədə bir icraatda birləşdirilmiş və həmin qətnamələrin qeyd olunan hissələrinin əsaslılığı yalnız bu icraatda yoxlanılır və qiymət verilir.
111. Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı 95,7 kvm qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması, qeyri-y aşayış sahəsinin naturada ona təhvil verilməsi tələbinə dair iddiası Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə rədd olunmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsində baxılarkən Cavabdeh1 MMC müqavilənin və maliyyə arayışının etibarsız hesab olunması barədə qarşılıqlı iddia vermiş, lakin qarşılıqlı iddia yalnız bir əsasla - Mülki Məcəllənin 354.2-ci maddəsi ilə nəzərdə tutulmuş kəsici müddətin keçməsi əsası ilə rədd edilmişdir. Yəni, həmin işdə müqavilənin və maliyyə arayışının həqiqiliyi ilə bağlı hər hansı araşdırma aparılmamışdır. Həmin qətnamədə Cavabdeh2 iddia etdiyi qeyri-yaşayış sahəsinin ölçüsü də hazırkı işdə olduğu kimi 95,4 kv metr yox, 95,7 kv metr göstərilmiş, İddiaçı1 isə həmin iş üzrə işdə iştirak edən şəx s olmamışdır.
112. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1, 337, 385.1, 389.1, 390.1, 390.2, 404.1, 404.2, 404.3, 405.1, 442, 448.1, 448.3, 452.1, 567, 568.1, 752.1 və 752.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4 və 387.2.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
113. Cavabdeh2 (vəkil: Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “Cavabdeh2 Bak ı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən İddiaçı1 istifadəsinə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin arad an qaldırılması” hissəsində ləğv edilməsi, Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilmə hissəsi (müqavilə və maliyyə arayışının etibarsız sayılması hissədə İddiaçı1 iddia tələbinin təmin edilməməsi) istisna olmaqla, İddiaçı1nn iddia tələbinin təmin edilməməsi, işdə müəyyən olunmuş hallar və sübutlar əsasında yeni qərar çıxarılmasını xahiş etmişdir.
114. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsi MPM-nin 50-ci maddəsinin tələblərini pozaraq Cavabdeh2 əsassız olaraq cavabdeh tərəf qismində tanınmışdır. İddia tələbi Cavabdeh2 münasibətdə mümkünsüz sayılmalı olduğu halda, MPM-nin bu tələbləri nəzərə alınmamışdır. Belə ki, İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış 06 iyun 2016-cı il tarixli müqavilənin predmetini mənzil, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin predmetini isə qeyri-yaşayış sahəsi təşkil edir. İddiaçı1 Abil oğlunun adına verilmiş müqavilənin predmeti olan mənzillə Cavabdeh2 adına verilmiş qeyri-yaşayış sahəsi predmet, yerləşmə yeri, mərtəbə, sahənin ölçüləri və təyinat baxımından üst-üstə düşmür və eynilik təşkil etmir.
115. Bundan başqa, bu əmlak üzərində Cavabdeh2 hüquqlarını təsdiq edən kassasiya instansiyası məhkəməsinin qanuni qüvvəsini almış qərarı əsasında "xxxx" MMC-nin İddiaçı1 ilə yaratdığı mülki hüquqlardan sui-istifadənin qarşısı alınaraq, mülki mübahisə bitmişdir. Belə olan halda, mülki iş üzrə icraata xitam verməli idi. Lakin, İddiaçı1 tərəfindən yenidən verilmiş iddia tələbi üzrə birinci instansiya məhkəməsi mülki iş üzrə təqd im edilən ekspertiza rəylərini, alqı-satqı sənədlərini düzgün araşdırmamaqla, İddiaçı1 iddiasının Cavabdeh2 münasibətdə mümkünsüz sayılması, Cavabdeh2 əvəzində əsl cavabdehi müəyyən etmək və yaxud qanunu yolla əldə edilən sübutlara əsaslanmaq yerinə, qanunu pozmaqla qətnamə qəbul etmiş, işə aid olmayan şahidlərin dindirilməsi, disk dinlənilməsi kimi qanuna zidd şəxsi mövqe nümayiş etdirilmişdir.
116. Kassasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən 95,4 kv metr sahədən ibarət olan qeyri-yaşayış sahəsinin dəyərinin iddiaçı Cavabdeh2 tərəfindən ödənilməsini və qanunu sahibliyi əldə etdiyini müəyyən etmişdir. Qərarda Cavabdeh2 adına verilmiş müqavilə və mali yyə arayışının etibarsızlığının mübahisə edilməsi ilə bağlı qanunla müəyyən edilən kəsici müddətin ötürüldüyü qərara alınmışdır. Belə ki, Cavabdeh2 əmlak hüquqlarının tanınması barədə məhkəmə aktı qüvvədə olduğu halda, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən 95,4 kv metr sahənin yenidən İddiaçı1 tərəfindən məhkəmədə mübahisələndirilməsi mülki hüquqlardan sui-istifadənin nəticəsi kimi qiymətləndirilməlidir.
117. Kassasiya şikayətində daha sonra göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli, 3-21-3-30/212488/2023 **********88 saylı vəkil sorğusuna verilən cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh2 məxsus hazırda sahibliyində olan mənzil kim i istifadə etdiyi yuxarıda istinad edilən qeyri-yaşayış sahəsi çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin bir hissəsində yerləşir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən binaya verilən 20 dekabr 2019-cu il tarixli, 263 saylı istismara icazə aktına əsasən binanın 2-ci mərtəbəsi, yaşayış (mənzil) sahəsi kimi 2019-cu ildə binanın qəbul aktından sonra nəzərdə tutulub. Bu rəsmi sənədlərlə də bir daha təsdiq olunur ki, sahiblik etdiyi qeyri-yaşayış sahəsi yaşayış binasının ikinci mərtəbəsində yerləşir və onun verilmiş cizgi-planla eynilik təşkil edir. Həmin sahənin İddiaçı1 adına verilmiş müqavilə və maliyyə arayışında göstərilən mənzil sahəsi ilə yerləşmə yeri, mərtəbə, koordinatlar və ölçülər baxımından eynilik təşkil etmir.
118. Həmçinin, məhkəmə zərurət olmadığı halda, ekspertiza qarşısında Bakı şəhərində 95 mərtəbəli binanın mövcudluğu barədə sual qoymuşdur. Halbuki, iş materiallarında Cavabdeh2 adına olan digər müqavilələrdən, maliyyə arayışından, cizgi- planda, ekspertiza rəylərində, izahatlarda, vəsatətlərdə birmənalı göstərilir ki, Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsi 95,4 kv metr olmaqla, binanın qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsindədir. Müqavilələrdən birində 2-ci mərtəbə qrafası ilə 95,4 kv metr qrafasının yerinin texniki səbəbdən fərqli göstərilməsi xüsusi bilik tələb edilmədiyi halda, ekspert qarşısında məhkəmə mühakiməsindən kənar sual qoyulması, birmənalı olaraq məhkəmə səlahiyyətlərini aşmasını ifadə edir.
119. Eyni zamanda, iş materialları ilə tanış olarkən apellyasiya instansiyası məhkəməsinə binanın qüvvəd ə olan və Cavabdeh2 məxsus mənzil statusunda istifadə etdiyi, binanın ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi ikinci mərtəbəyə aid olan layihə smetasının qeyri-yaşayış sahəsi olduğunu təsdiqləyən vərəqin iş materiallarında olmadığı aşkar olmuşdur. Bu hüquqi əhəmiyyətli fakt məhkəmənin araşdırmasının həqiqiliyini və ədalətliliyinin şübhə altına alınması üçün kifayət qədər əsas yaratmışdır.
120. Digər tərəfdən, ekspert rəyi ilə müəyyən olunur ki, İddiaçı1 satılan birinci mərtəbədə 80 kv metr sahəsi olan 2 otaqlı mənzilin binanın layihəsində nəzərdə tutulmamışdır. İddiaçı1 ilə xx.xx.2016-cı il tarixli müqavilədə göstərilən mənzilin mövcudluğu müəyyən etmək mümkün deyildirsə, müqavilə bağlanmış sayılmır. Belə olan halda, iddia rədd edilməli idi.
121. Hüquqi şəxslərin Dö vlət Reyestrindən çıxarışa əsasən, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X6 olmaqla, təsis sənədlərində, MMC xx.xx.2016-cı il tarixdə qeydiyyata (yaranması) alınmışdır. Qeyd edilən və 9 saylı mənzilə aid müqavilə və maliyyə arayışı bir ay öncə yəni, Cavabdeh1 MMC yaranmamışdan əvvəlki tarixə 06 iyun 2016-cı il tarixdə MMC-nin möhürü və direktorun imzası ilə verilmiş sənədlərdir. Belə olan halda, açıq-aşkar etibarsız olan və İddiaçı1 üçün subyektiv hüquq yaratmayan 06 iyun 2016-cı il tarixli müqavilənin qeyri-legitimliyi məhkəmələr tərəfindən qiymətləndirilməmişdir. İşdə olan 10 fevral 2022-ci il tarixli ekspertiza rəyində də müəyyən edilir ki, aparılmış tədqiqat nəticəsində, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti və təqdim olunmuş sənədləri nəzərə alaraq, Cavabdeh1 MMC-yə mə xsus yaşayış binasında Cavabdeh1 MMC-nin 06 iyun 2016-cı il tarixli müqavilə və maliyyə arayışında göstərilən 9 saylı mənzilin yaşayış binasının mövcud vəziyyətdə qeyri-yaşayış sahəsi təyinatlı birinci və ikinci mərtəbəsində yerləşmədiyi müəyyən edilmişdir.
122. Eyni zamanda ekspert rəyində sahibliyində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi təmirdən əvvəl 95,4 kv metr, təmirdən sonra, ümumi sahə 81,6 kv metr olduğu halda, mənzilin ümumi sahəsi İddiaçı1 qanunsuz müqaviləsində 80 kv metr göstərildiyi üçün məhz 80 kv metr, eləcə də qeyri-yaşayış sahəsi 3 otaqdan ibarət olduğu halda, iki otaq olduğu yazılmışdır. Məhkəmə həmin ekspert rəyini ona təqdim etməmiş, məhkəmə baxışı haqqında bildirişi 29 oktyabr 2021-ci ildə onun Biləsuvar ünvanına göndərmiş, 30 oktyabr 2021-ci il tarixə məhkəmə b axışı keçirməklə, onu bilərəkdən məhkəmə baxışında iştirak etməkdən kənarlaşdırmışdır.
123. Məhkəmə nəzərə almalı idi ki, İddiaçı1 adına olan müqavilədə ona verilməsi göstərilən ünvan həm yerləşmə yeri, həm predmet baxımından, eyni zamanda onda olan müqavilənin qeyri-legitim olması baxımından Cavabdeh2 qanuni yerinin ələ keçirilməsi və əldə edilməsi üçün heç bir əsas yaratmır.
124. Bununla yanaşı apellyasiya məhkəməsi iş materiallarında olan Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 verilmiş 12 iyul 2016-cı il tarixli maliyyə arayışını səhv izah edərək, göstərir ki, Cavabdeh2 mənzilin pay dəyərindən 15700 manat ödəmişdir. Halbuki, həmin maliyyə arayışında qeyri-yaşayış sahəsinin ümumi dəyərinin 3 dəfəyə 47700 manat məbləğin tam ödənildiyi aşkar olaraq, C.Alışovun imzası və Cavabdeh1 MTK-nın möhür ü ilə təsdiq olunmuşdur. Həmin maliyyə arayışlarında Cavabdeh2 Cavabdeh1 MTK-nın satdığı qeyri-yaşayış sahəsinin ikinci mərtəbədə yerləşməklə, 95,4 kv metr olması da hamıya bəlli olan əsaslara uyğun olaraq, tam yazılmışdır.
125. Bundan başqa, Cavabdeh1 MTK-nın həbsdə olan keçmiş sədri C.Alışovun barəsində olan cinayət işinin istintaqında İddiaçı1 və Şəhla Hüseynova adlı şəxsi tanımadığını, ona da özü tərəfindən hər hansı əmlakın alqı-satqısının aparılmadığını bildirmişdir. Binanın mühəndis-texniki vəziyyəti barədə isə, onun bir girişli olmaqla, 20 mərtəbədən, (2 qeyri-yaşayış, 18 yaşayış) 180 mənzildən ibarət olmasını qeyd etmişdir. C.Alışov və X.Bağışov arasında olan 29 may 2014-cü il tarixli kooperativdən pay bölgüsü üzrə notarial qaydada təsdiq olunmuş müqaviləyə əsasən, məhkəmə X.Bağ ışovun da binada alqı-satqı aparmaq üzrə səlahiyyət daşıdığı bildirilir. X.Bağışov məhkəmədə verdiyi ifadələrdə Cavabdeh2la Cavabdeh1 MTK arasında qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin binanın qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində 95,4 kv metr sahəninin alınması haqqında maliyyə arayışları, həmin sahə ilə üst-üstə düşən Cavabdeh1 MTK tərəfindən təsdiqlənib verilmiş cizgi-planı qanuni saymışdır. Belə ki, X.Bağışov Cavabdeh2 mübahisəli sahəyə qanuni yiyələndiyini və pulunu tam ödəməklə aldığını bildirsə də, məhkəmə protokollarında onun bu mövqeyi daxil edilməməklə, MPM-nin 271 və 272-ci maddələrinin göstərişləri pozulmuşdur.
126. Cavabdeh kassasiya şikayətinə əlavə verərək qeyd etmişdir ki, qarşı tərəfin əlində dörd müqavilədə aldıq ları mənzilin yaşayış binasının birinci mərtəbəsi olduğu aşkar göstərilir. Ona məxsus sahənin binanın qeyri-yaşayışının ikinci mərtbəsində mövcudluğu müəyyən edilir. Ona məxsus olan ikinci mərtəbədə olan qeyri-yaşayış sahəsi 95,4 kv metr divarla birlikdə, təmir sahəsi divarsız 81,6 kv metr olduğu halda, qarşı tərəfin əlindəki sənəddə 80 kv metr yazıldğı üçün, Xətai rayon məhkəməsinin qərarı ilə aparılan mühəndis texniki ekspertiza rəyində iddiaçı Qərib Qəribovun təqdim etdiyi mənzil alqı-satqı müqaviləsində sahə 80 kv metr olduğu üçün ekspertdə öz nəticəsində sahəni 80 kv metr göstərmişdir.
127. Cavabdeh şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 25 və 127-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18, 78.8, 337 və 405.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsinin 4.1, 6, 7, 14, 15.2, 50, 51.2, 54.1, 77.1, 106.1, 261.0.2, 270, 271, 272, 372, 377, 385.1.1, 386, 388, 389, 390, 416.1 və 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
128. İddiaçı1 Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərmiş, şikayətin təmin olunmmasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
129. Maddə 178.8.(xx.xx.2018-ci il tarixə kimi qüvvədə olmuş redaksiyada). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin vediyi mənzil, bağ, q araj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir.
130. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
131. Maddə
337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılm amasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
132. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
133. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
134. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məc buri qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
135. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
136. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, t ərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
137. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.
138. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
139. Maddə
442. Öhdəliyin icra edilməməsi d edikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
140. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
141. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı ə şyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
142. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur
143. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
144. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
145. Maddə
112. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı:
146. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəy yən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilmək lə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
147. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
148. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
149. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
150. Maddə 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar ba rədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
151. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
152. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
153. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
154. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
155. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
156. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, həmin mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən həmin mənzildən İddiaçı1 istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması” hissədə mübahisələndirilmiş, hə min hissədə İddiaçı1 iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən digər şəxslər kassasiya şikayəti verməmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası 2(103)-820/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
157. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə ləğv edilməli və mülki iş ləğv olunmuş hissədə yenid ən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
158. Belə ki, mübahisələndirilən hissədə iddianı təmin edən apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış 80 kv metrlik yaşayış sahəsinin alqı-satqısına dair 06 iyun 2016-cı il tarixli “Yaşayış binasında mənzili tikintisi haqqında” müqavilənin və həmin tarixli maliyyə arayışının həqiqiliyi qəbul edilməli, Cavabdeh2la Cavabdeh1 MMC arasında bağlanmış 95,4 kv metrlik qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 06 may 2016-cı il tarixli “Yaşayış binasında mənzili tikintisi haqqında” müqavilə və maliyyə arayışları isə həqiqiliyinə və mübahisənin predmeti olan 80 kv metr yaşayış sahəsnə aidiyyatına şübhə ilə yanaşılmalıdır.
159. İddiaçı Qərib Qərbilinin adına olan 06 iyun 2016-cı il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının həqiqiliyini qəbul edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin sənədlərin imzalanmasının və möhürlə təsdiq olunmasının satıcı Cavabdeh1 MMC-nin səlahiyyətli şəxsləri tərəfindən həyata keçirilməsi ekspert rəyləri, MTK-nın sədri işləmiş Cahangir Alışovun ifadəsi, onun məhkəməyə ünvanladığı çoxsaylı ərizələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh2 adına olan sənədlər isə həmin tələblərə cavab verməmiş, cavabdeh adına olan sənədlərin əslini təqdim edə bilməmiş, kserosurət kimi təqdim olunmuş sənədlərdə isə düzəlişlər olunması aşkar edilmişdir.
160. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi və iddianın təmin edilməsi üçün əsas kimi göstərilən sübutlara hərtərəfli və tam baxmadan hüquqi qiymət vermişdir ki, bu da düzgün olmyan qətnamənin çıxarılması ilə nəticələnmişdir.
161. İşdən görünür ki, İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış ümumi sahəsi 80 kv metrdən ibarət 2 otaqlı mənzilə dair "xxxx" 06 iyun 2016-cı il tarixli Müqavilə və həmin mənzilə görə MMC-yə 52000 manat ödənilməsi barədə 06 iyun 2016-cı il tarixlə maliyyə arayışı C.H.Alışov MMC-ni direktoru kimi imzalamış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Həmin sənədlər gələcəkdə mövcud olacaq MMC-nin blanklarında tərtib edilmişdir.
162. Cavabdeh1 Mənzil Tikinti Kooperativi təsisçilərinin ümumi yığıncağının 10 iyun 2016-cı il tarixli Protokol qərarına görə Mənzil Tikinti Kooperativinin təşkilati-hüququ forması dəyişdirilərək Yüksəliş-C” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmiş və nizamnaməsi təsdiq edilmişdir. Təşkilati-hüquqi formasının dəyişdirilməsi il əlaqədar Yüksəliş-C” Mənzil Tikinti Kooperativinə məxsus bir ədəd möhür 05 iyul 2016-cı il tarixdə məhv olunmuşdur.
163. Kommersiya qurumunun dövlət reyestrilən çıxarışa görə Cavabdeh1 MMC Cavabdeh1 MTK-nın çevrilməsi nəticəsində onun hüquqi varisi kimi 12 iyul 2016-cı il tarixdə yaradılmış və fəaliyyətə başlamışdır.
164. Belə olan halda İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış ümumi sahəsi 80 kv metrlik mənzilə dair 06 iyun 2016-cı il tarixli Müqavilə və həmin mənzilə görə MMC-yə 52000 manat ödənilməsi barədə 06 iyun 2016-cı il tarixli maliyyə arayışının əvvəlki tarixə tərtib olunmasına dair kifayət qədər əsaslar yaranır.
165. Həmin sənədir əvvəlki tarixə təritb olunması MMC-nin direktoru X2 istintaq təcr idxanasından məhkəməyə ünvanlanmış ərizəsindən də görünür. Həmin ərizəsində o göstərmişdir ki, yaşayış binasının yaşayışın birinci mərtəbəsində 200 kv metr boş sahənin 120 kv metrini 12 noyabr 2016-cı il tarixdə Qəribli Qərbliyə satmış və bu barədə onlar arasında həmin tarixli müqavilə bağlanmışdır. Həmin sahənin yanında olan 80 kv metrlik boş sahəni də İddiaçı1 təklif etmiş, lakin İddiaçı1 bu sahəni almaqdan imtina etmişdir. Lakin bir müddət sonra İddiaçı1 80 kv metr sahəni də almaq istədiyini bildirmiş, qiymətdə razılaşdıqdan sonra həmin sahəni də İddiaçı1 52000 manata satmış və bu barədə müqavilə bağlanmışdır.
166. MMC-nin direktoru Cahangir Alışovun izahatına görə 80 kv metrdən ibarət 2 otaqlı mənzilə dair "xxxx" 06 iyun 2016-cı il tarixli müqavilə İddiaçı1 ilə 12 noyabr 2016-cı il tar ixdən sonra bağlanmışdır.
167. Göründüyü kimi mübahisənin qanuni həlli üçün apellyasiya instansiyası məhkəməsi İddiaçı1 hazırkı iddianı qaldırmağa müvafiq subyektiv hüquqa malik olubolmaması ilə bağlı onun tərəfindən təqdim olunmuş sübutlara tam və hərtərəfli baxmamışdır.
168. İşdən daha sonra görünür ki, mübahisənin predmeti olan 80 kv metrlik sahə MTK ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli müqaviləyə əsasən 95,4 kv metr sahənin içərisində olmaqla sonuncunun sahibliyindədir. Cavabdeh həmin sahəni təmir etdirməklə oradan yaşayış sahəsi kimi istifadə edir. Göstərilən müqavilənin 16 yanvar 2019-cu il tarixdə notarial qaydada təsdiqlənmiş surəti iş materiallarına əlavə olunmuşdur(C.1.v.1). Məhkəmə işin bu hallarına, yəni cavabdehin hərəkətlərinin və adına olan sənədlərin h əmin vaxt qüvvədə olmuş qanunveriliyə uyğun olub-olmamasına hüquqi qiymət verməmişdir.
169. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, həmin mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən həmin mənzild ən İddiaçı1 istifadəsinə yaradılmış maneələrin aradan qaldırılmasının təmin olunması hissədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə göstərilən hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-820/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı1 iddiası üzrə Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 95,4 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, həmin mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən həmin mənzildən İddiaçı1 istifadəsinə yaradılmış maneələrin aradan qaldırılmasının təmin olunması hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.