Məhkəmə qərarları › İş №2(102)-2577/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2577/2024

29.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2577/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız sayılması tələbi, ədalətli məhkəmə araşdırması hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-630/2024 nömrəli, 8 aprel 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Cavabdeh2 MMC Bakı şəhəri, Atatürk prospekti 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının A4 korpusunda, 11-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m, yaşayış sahəsi 78,32 kv.m olan mənzilə dair Cavabdeh1 ilə 6.11.2003-cü il tarixli, 148 nömrəli müqavilə bağlamışdır;

3. Həmin mənzilə dair Cavabdeh2 MMC ilə İddiaçı ilə 1.11.2004-cü il tarixli, 315 nömrəli müqavilə bağlanmışdır;

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.4.2021-cü il tarixli, e-2(001)2711/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş binanın A4 korpus unun, 11-ci mərtəbəsində ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzilin iddiaçı Cavabdeh1 təhvil verilməsi vəzifəsinin Cavabdeh2 MMC-yə həvalə edilməsi qət edilmişdir;

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19.8.2021-ci il tarixli, 2(103)7951/2021 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.4.2021-ci il tarixli, 2(001)2711/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.9.2022-ci il tarixli, 3/N4116/2022 saylı qərardadı ilə ərizəçi İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7951/2021 saylı iş üzrə 19.8.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardadla İddiaçı izah olunmuşdur ki, qanunsuz hesab etdiyi Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləni mübahisələndirə bilər;

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.4.2022-ci il tarixli, 2(001)- 1919/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusu, 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzilə İddiaçı istifadə və sahiblik hüquqlarının tanınaraq həmin mənzilin Cavabdeh2 MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir;

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)722/2023 nömrəli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçün cü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.4.2022-ci il tarixli, 2(001)-1919/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir;

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13.6.2023-cü il tarixli, 2(102)-2418/2023 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.2.2023-cü il tarixli, 2(103)-722/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6253/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 X6 və Cavabdeh2 MMC-yə qarşı iddiası təmin edilmiş, Cavabdeh2 MMC-nin inşa etdiyi Bakı şəhəri, Binəqəd i rayonu, Atatürk prospekti, 3078 “A” məhəlləsi ünvanında yerləşən çoxmənzilli yaşayış evinin “C” korpusu, 12-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilin X1 dair 31.1.2003-cü il tarixli 43 saylı müqavilənin lazımi qaydada bağlanmadığından, mənzilin əvəzi ödənilmədiyindən xitam olunduğu nəzərə alınmaqla 31.1.2004-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin Cavabdeh1 sahiblik və istifadəsinə qaytarılması, onun mənzilə olan mülkiyyət hüquqlarının həyata keçirilməsinin cavabdehlərə qadağan edilməsi qət edilmiş, Cavabdeh2 MMC-nin Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir;

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1.7.2019-cu il tarixli, 2(103)4704/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 MMC-nin apellyasiya şika yəti qismən, X2 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 X6 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin sahiblik və istifadəyə qaytarılması və s.” tələblərinə dair iddiası rədd edilmiş, Cavabdeh2 MMC-nin Cavabdeh1 qarşı qarşılıqlı iddiası qismən təmin edilmiş, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 6.11.2003-cü il tarixli müqavilənin Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” məhəlləsi ünvanında yerləşən çoxmənzilli yaşayış evinin “C” korpusu, 12-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilə münasibətdə etibarsız hesab edilməsi qət edilmişdir;

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7220/2019 nömrəli qərarı ilə kassasiya şik ayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1.7.2019-cu il tarixli qətnaməsi qismən dəyişdirilmiş, Cavabdeh2 MMC-dən 62.595 ABŞ dolları məbləğində pul ödəniş gününə manata məzənnəsi ilə alınaraq Cavabdeh1 ödənilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia qaldıraraq, Cavabdeh1 Cavabdeh2 MMC ilə bağladığı 6.11.2003-cü il tarixli, 148 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 6.11.2003-cü il tarixli müqavilə etibarsız müqavilə olmuşdur. Müqavilədə əks olun an imza Cavabdeh1 məxsus deyil. Belə ki, Ədliyyə Nazirliyinin qeyrikommersiya qurumlarının dövlət reyestrindən çıxarışı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ümumi yığıncağının qərarını və həmin qərarı imzalamış mülkiyyətçilərin imzalarını təqdim edərək bildirilmişdir ki, Cavabdeh1 Atatürk prospekti, ev C, 3078A, mənzil 23 nömrəli mənzili olduğu göstərilmişdir. Həmin sənədlərdən görünmüşdür ki, Cavabdeh1 imza qrafasında olan imzası ilə 6 noyabr 2003-cü il tarixli, 148 saylı müqavilədə olan imzası bir-birinə uyğun gəlməmiş, tamamilə fərqli, bir-birilərinə zidd olmuşdur. Həmin imza Cavabdeh1 məxsus olmamışdır. Buna görə də həmin müqavilə etibarsız müqavilə olmuşdur. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində ye rləşən yeni yaşayış binasında A4 korpusu 11-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan mənzili 2(103)-722/2023 saylı iş nömrəli işi üzrə məhkəmə proseslərinin birində Cavabdeh1 qardaşına sual ünvanlanmışdır ki, binanın tikintisi ilə əlaqədar mülkiyyətçilər tərəfindən bina təhvil verilmədiyi üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edilmişdir. Lakin həmin şikayətçilər və mülkiyyətçilər arasında onların adları olmamışdır. Bu suala cavab olaraq bildirmişdir ki, 15 ildir ki, Azərbaycan Respublikasında yaşamırlar. Ona görə də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş başlayan zaman burada olmamışlar. Həmin mənzilə qapının kim tərəfindən qoyulması mübahisəsi zamanı cavabdehin qardaşı bildirmişdir ki, qapını 2015-ci ildə onlar qoymuşdur. Yəni 2015-ci ildə Azərbaycan Respublikasında olduqlarını bildirmişlər. Əgər bunlar 2015-ci ildə Azərbaycan Respublikasında olmuşlarsa, 15 ildir olmamışlarsa, onların ölkəni tərk etməsi 2000-ci ilə təsadüf etmişdir. Bu da deməkdir ki, 2003-cü ildə bağlanmış müqavilə formal müqavilə olmuşdur. Tərəf ölkədə olmaya-olmaya necə müqavilə bağlaya bilərdi. Bu müqavilə bağlandığı gündən etibarsız olmuşdur. Belə ki, bu müqavilə Cavabdeh1 qardaşı ilə Cavabdeh2 MMC rəhbərliyi arasında olan ət satışı arasında yaranmış borc münasibətlərinə əsasən geriyə bağlanmış müqavilə olmuşdur. Həmçinin həmin şəxs məhkəmə tərəfindən mənzilə baxış keçirilərkən mənzilə qapını 2015-ci ildə qoyduqlarını bildirmişdir. 2015-ci ildə mənzilə qapını qoydurduqlarını bildirdikləri halda 15 il ölkədə olmaması 2000-c i ilə təsadüf etmişdir. Müqavilə isə 2003-cü il tarixdə bağlanmışdır. Buradan da görünmüşdür ki, müqavilə Cavabdeh1 tərəfindən bağlanmamışdır. Belə ki, ya müqavilə sonrakı tarixdə bağlanmış, ya da ki müqavilə ümumiyyətlə Cavabdeh1 tərəfindən imzalanmamışdır. Eyni zamanda, təqdim edilən mövcud sənədlərdə Cavabdeh1 imzaları bir-birinə bənzəməmişdir. Göründüyü kimi 6.11.2003-cü il tarixli 148 saylı müqavilə imzalanan vaxt maraqlı şəxs Cavabdeh1 Azərbaycan Respublikasında olmamışdır. Cavabdeh1 2000-2015-ci il tarixlərində Azərbaycan Respublikasında olmadığı halda müqavilə Cavabdeh1 tərəfindən imzalana bilməzdi.

15. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz edərək, iddiaçının cavabdehlər arasında bağlanmış müqaviləni mübahisələndirmək üçün sub yektiv hüququ olmadığından iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25.9.2023-cü il tarixli, e-2(005)-1465/2023 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə işin mübahisəli halı ondan ibarətdir ki, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında xx.xx.2003-cü il tarixli 148 nömrəli müqavilə bağlandığı tarixdə Cavabdeh1 ölkə hüdudlarından kənarda olduğundan müqavilədəki imzanın Cavabdeh1 tərəfindən icra edilməsi mümkün deyildi, habelə mübahisəli müqavilə Cavabdeh2 MMC-nin möhürü ilə rəsmiləşdirilməmiş, bundan başqa hazırkı müqavilə yalan əqddir, cavabdehlər arasında olan “ət satışı” ilə əlaqədar borc münasibətlərini pərdələmək mə qsədi ilə bağlanmışdır. Həmin müqavilənin etibarsız müqavilə olmasını göstərən digər hal isə cinayət işi materiallarında olan xx.xx.2014-cü il tarixli Aktda cavabdehə məxsus müqavilənin aşkar edilməməsidir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının dəlillərinə görə, mübahisəli müqavilə bağlanarkən Cavabdeh1 ölkə hüdudları xaricində olmuş, bu səbəbdən də həmin müqavilə 2003-cü il tarixində imzalana bilməzdi. Lakin işin faktiki halı ilə iddia tələbinin bu dəlili öz təsdiqi tapmamışdır.

19. Birinci instansiya məhkəməsi həmçinin də iddiaçının mübahisəli mənzilin Cavabdeh1 adına özgəninkiləşdirilməsinin formal, yalnız görünüş üçün olması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu dəlillər iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı cavabdehlər arasında ət sat ışı ilə bağlı münasibətlərin olmasını iddia edir, həmin halla bağlı sübut qismində Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli qərarına istinad etmişdir. Həmin qərardan görünür ki, Cavabdeh2 MMC onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil əslində Cavabdeh1 satılmamışdır, sonuncu bunun üçün hər hansı ödəniş etməmişdir, həmin müqavilə sadəcə olaraq “X16”na verəcəyi ətin təminatı olaraq bağlanılmışdır, yəni həmin müqavilə digər əqdi pərdələmək məqsədilə bağlanılmışdır. Apellyasiya məhkəməsi həmin dəlillərə münasibətdə hesab etmişdir ki, Cavabdeh1 Cavabdeh2 MMC ilə bağladığı müqavilə üzrə göstərilən məbləği MMC-yə ödədiyi ba rədə sübutları – ödəniş qəbzini məhkəməyə təqdim etmiş, MMC isə həmin qəbzin həqiqiliyini mübahisələndirməmiş, nə pulun real olaraq ödənilməməsi barədə, nə də aralarında mövcud olduğunu iddia etdiyi işgüzar fəaliyyətlə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir.

20. Məhkəmə bildirmişdir ki, qeyd olunan məhkəmə qərarı hazırkı mülki mübahisə ilə bağlı preyudisial əhəmiyyət kəsb etmir. Digər tərəfdən isə cavabdeh cəmiyyət “X16”na verəcəyi ətin təminatı kimi məhz həmin işdəki mübahisəli mənzili nəzərdə tutmuş, eyni zamanda göründüyü kimi, məhkəmənin gəldiyi nəticə ilə cavabdehlər arasında işgüzar fəaliyyətlə bağlı iddia dəlili öz təsdiqini tapmamışdır.

21. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, mübahisələndirilən müqavilə cavabdehlərin iradə ifadəsi ilə bağ landığından və mövcud əqdin etibarsızlığı üçün əsaslar müəyyən edilmədiyindən, müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə belə olan halda qeyd etmişdir ki, mübahisəli mənzilə dair müqavilə cavabdehlər arasında İddiaçı daha əvvəl bağlanmış və mənzil ilkin olaraq Cavabdeh1 sahibliyinə verilmişdir. İddiaçı Cavabdeh1 mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir. Bununla belə iddiaçı tərəfindən cavabdehlər arasında bağlanmış müqavilənin tarixinin müqavilədə qeyd olunduğu vaxta aid olmadığına dair dəlilləri təsdiqini tapmamışdır.

22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilin Cavabdeh1 təhvil verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Nə qədər ki, qanuni qüvvəsini almış məhkəm ə qətnaməsi mövcuddur və dövlətin adından çıxarılmış həmin qətnamə icra olunmalıdır, ona görə məhkəmənin mübahisəyə bu kontekstdən qiymət verməsindən başqa digər seçimi mövcud deyil.

23. Məhkəmə bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19.8.2021-ci il tarixli, 2(103)-7951/2021 saylı qətnaməsindən göründüyü kimi, cavabdeh cəmiyyətin şikayətinin dəlilləri “MMC-nin ona hansı maneəni yaratdığını araşdırmadığı və beləliklə də MMC-nin üzərinə vəzifə qoymaqda haqlı olmadığı, mənzilin hazırda boş olubolmadığını aydınlaşdırmadığı” olmuşdur. Göründüyü kimi, cavabdeh mübahisəli əqdin bağlanmasında öz iradə ifadəsinin olduğunu dərk etmiş, belə iradə ifadəsi, yəni müqavilədə cəmiyyətə məxsus möhürün olmadığını mübahisələndirməmiş, nəticə etibarilə məhkəmə çəkişmələrinin mövcudlu ğu kontekstində demək mümkündür ki, cavabdeh cəmiyyət 6.11.2003-cü il tarixli müqaviləni bəyənmiş, həmin müqaviləyə dair qeyd olunan pretenziyası olmamışdır.

24. Məhkəmə hesab etmişdir ki, hazırda iddia tələbinin bu dəlili ilə razılaşmaq olmaz, digər tərəfdən isə iddiaçının həmin müqavilədəki imzanı, eləcə də möhürü mübahisələndirməyə subyektiv hüququ olmamışdır.

25. Məhkəmə qeyd olunanlarla yanaşı əlavə olaraq qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh cəmiyyət arasında bağlanmış müqavilə üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Göründüyü kimi, məhkəmələr tərəfindən Cavabdeh1 mübahisəli mənzilə istifadə və sahiblik hüquqları tanınmışdır.

26. Məhkəmə belə olan halda hesab etmişdir ki, cavabdehlər arasındakı öhdəlik münasibətlər inin mövcudluğu iddiaçının şəxsin hüquq və mənafelərinə toxuna bilməz, həmin müqavilənin mövcudluğu məhz müqavilə tərəfləri üçün öhdəliklər yaratmışdır.

27. Birinci instansiya məhkəməsi bu baxımdan bildirmişdir ki, iddiaçı cavabdehlər arasında bağlanmış 6.11.2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, yaşayış binalarında mənzillərin tikilib verilməsi və onun verilməsi şərtləri, həmin müqavilə münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini müəyyən etmişdir.

28. Məhkəmə bu baxımdan qeyd etmişdir ki, mülki qanunvericilik fərdi müəyyən əşyanın başqasının mülkiyyətinə verilməsi barədə iki müqavilə olduğu halda məhz bu əsasla onlardan birinin etibarsız olduğu barədə xüsusi qayda müəyyən etməmişdir. Əksinə bir müqavilə üzrə əmlakın üçüncü şəxsə daha əvvəl verilməsi digər müqavilə üzrə kreditorun əşyanın ona verilməsi tələbini aradan qaldırmışdır. Belə olan halda həmin şəxsin əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüquq yaranmışdır.

29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.1.5, 157.2, 158.4, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 331, 334.1, 334.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 357, 452.1-ci maddələrinə, “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10.1.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun 1.12.2020-ci il tarixli qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5.8.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.4.2021-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə” dair 18.3.2022-ci il qərarına, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının № 02/2022 qərardadının 20-ci bəndinə, Mülki Pro sessual Məcəlləsinin 14.2, 88, 106.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC vətəndaşlardan alğı-satqı yolu ilə vəsaitlər almağına, müvafiq banklardan kreditlər götürməyinə baxmayaraq mübahisəli binanın inşasını tamamlamadığı üçün vətəndaşların şikayətləri üzrə cinayət işi başlatmış və cinayət işi üzrə istintaq fəaliyyətinin həyata keçirilməsi məqsədilə istintaq orqanları tərəfindən audit təşkil edilmişdir. Audit zamanı Cavabdeh2 MMC tərəfindən həmin MTK-dan mənzil alan şəxslə rlə bağlanılmış müqavilə və maliyyə arayışları istintaq orqanlarına təqdim edilmişdir. Həmin audit rəyindən aydın olur ki, sözügedən mənzil, xx.xx.2004-cü il tarixli, 315 nömrəli müqavilə ilə iddiaçıya satılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində olan iş materiallarında ümumiyyətlə Cavabdeh1 adı keçmımişdir. Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında 6.11.2003-cü il tarixli 148 nömrəli müqavilənin Cavabdeh1 tərəfindən imzalanması tam şübhəlidir. Belə ki, alğı-satqı müqaviləsində əks olunan imza ilə binanın mülkiyyətçilərinin təsis etdikləri MMMC-nin təsis edilməsi üçün mülkiyyətçilərin imzaları sırasında Cavabdeh1 atdığı imza bir-birindən tamamilə fərqlənmişdir (Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarış iş materiallarına əlavə edilmişdir). Cavabdehin nümayəndə si etiraf etmişdir ki, MMMC-yə aid sənədlərdəki imza Ə.Müşkinaza məxsus olmamışdır. Həmin imzanı onun qardaşı atmışdır. Cavabdeh1 vəkili və nümayəndəsi də müqavilədəki imza ilə etibarnamədəki imzaların fərqli olduğunu bildiyi üçün məhkəməyə etibarnamənin elektron formada olan versiyasını təqdim etmişdir. Göründüyü kimi cavabdehin müqavilədə olan imzası ilə həmin çıxarışda olan imzaların tamamilə fərqli olması, həmçinin müqavilədə olan imza ilə cavabdeh X3 şəxsiyyət vəsiqəsində olan imzalar arasında da fərqlilik müqavilədəki imzanın cavabdeh Ə.Müşkinaza aid olmasını şübhə altında qoymuşdur. Lakin nədənsə məhkəmə bunu görməzdən gəlmişdir. Hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında 6.11.2003-cü il tarixli 148 nömrəli müqavilə 2003-cü il tarixdə deyil, daha sonralar başqa bir əqdi pər dələmək üçün bağlanmışdır ki, həmin müqavilə Ə.Müşkinaz tərəfindən deyil, başqa şəxslər tərəfindən imzalanmışdır. Tərəfindən xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də, təmin edilməmişdir. Məhkəmə imzanın Ə.Müşkinaza aid olub-olmadığını yoxlamadan, müqavilənin MMC tərəfindən təsdiq edilmədiyini bildiyi halda hesab edir ki, mübahisəli mənzilə dair müqavilə cavabdehlər arasında İddiaçı daha əvvəl bağlanmış və mənzil ilkin olaraq Cavabdeh1 sahibliyinə verilmişdir. Lakin məhkəmə Cavabdeh2 MMC barəsində bu qanunsuz fəaliyyətlərinə görə cinayət işi açılmasını nəzərə almamışdır. Həmin müqavilədə Ə.Müşkinazın imzası şübhəli olmaqla yanaşı, Cavabdeh2 MMC tərəfindən imzalanan imza da digər bu tipli müqavilələrdəki imzalardan fərqlənməklə yanaşı müqavilə Cavabdeh2 MMC-nin möhür ü ilə təsdiq edilməmişdir. Ona görə ki, müqavilə 2003-cü ildə deyil, daha sonralar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlayandan, möhür istintaq tərəfindən götürüldükdən sonra imzalanmışdır. Möhürü istintaqdan götürə bilmədikləri üçün müqavilə möhürlənə bilməmişdir. Halbuki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanılmış müqavilədə MMC-nin möhürü var. Eyni zamanda, məhkəməyə Cavabdeh2 MMC ilə digər vətəndaşlar arasında bağlanılmış bir neçə müqavilə təqdim etmiş və həmin müqavilələrdə də MMC-nin möhürü olsa da, nədənsə Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanılmış müqavilədə MMC-nin möhürü olmamışdır. Göründüyü kimi, cavabdehlər arasında olan bu müqavilə Mülki Məcəllənin müqavilə üçün nəzərdə tutulmuş formasına uyğun tərtib olunmamışdır. Ümumiyyətlə MMC ilə Ə.Müşki naz arasındakı məhkəmə aktından da göründüyü kimi tərəfin nümayəndəsi sadəcə “MMC-nin ona hansı maneəni yaratdığını araşdırmadığı və beləliklə də MMC-nin üzərinə vəzifə qoymaqda haqlı olmadığı, mənzilin hazırda boş olub-olmadığını aydınlaşdırmadığı”nı deməklə kifayətlənmişdir. Bu isə o deməkdir ki, tərəflər arasında müqavilə formal olaraq bağlanmışdır. İddiaçı və cavabdeh arasında müqavilə olduğu üçün iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh isə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh1 məhkəmədə onu təmsil etməklə bağlı verdiyi etibarnamənin müddəti 3.8.2023-cü il tarixində bitsə də, cavabdehin vəkili son iki məhkəmə iclasında (29.8.2023 və 22.9.2023-cü il tarixli iclaslar) iştirak etmiş və həmçinin cavabdehin adından çıxış etmişdir. Halbuki, veril ən etibarnamənin müddəti bitdiyi üçün səlahiyyətli nümayəndə olaraq vəkil tərəfin adından çıxış edə bilməz. Məhkəmə isə buna diqqət yetirməmiş və Cavabdeh1 vəkilindən yeni etibarnamə təqdim edilməsini istəməmişdir. Mübahisəli mənzilin Cavabdeh1 təhvil verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olsa da, bu qətnamənin hazırkı işlə əlaqəsi olmamışdır. Belə ki, həmin iş üzr iddia tələbi “mənzilin təhvil verilməsi” olsa da, hazırkı iş üzrə isə iddia predmeti “müqavilənin etibarsızlığı” olmuşdur. Yəni ki, əvvəlki məhkəmə işində hazırkı tələbə heç bir münasibət bildirilməmişdir. Hazırkı iş üzrə iddianın predmeti əvvəlki məhkəmə işlərində məhkəmə tərəfindən müəyyən edilməmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası mə hkəməsi) 2(103)-630/2024 nömrəli mülki iş üzrə 8 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli - sədrlik edən və məruzəçi, A.Ə.İsgəndərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən əldə edilmiş məlumatlara əsasən Cavabdeh1 qeyd olunan müqavilə imzalanarkən ölkədə olmuşdur. Bundan əlavə, iddiaçı özü apellyasiya şikayətində göstərmişdir ki, cavabdehin nümayəndəsinin etirafına əsasən MMMC-yə aid sənədlərdəki imza Ə.Müşkinaza məxsus olmamış, həmin imzanı onun qardaşı atmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabd ehlər arasında imzalanmış 6.11.2003-cü il tarixli 148 saylı müqavilədə əks olunan imzanın Cavabdeh1 məxsus olub-olmaması müqavilənin digər tərəfi – Cavabdeh2 MMC tərəfindən heç zaman mübahisələndirilməmişdir.

34. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdehlər arasında bağlanmış müqavilənin Cavabdeh1 qardaşı ilə Cavabdeh2 MMC rəhbərliyi arasında olan ət satışından yaranmış borc münasibətlərinə əsasən geriyə bağlanmış müqavilə olması da iş materialları ilə öz təsdiqini tapmamışdır.

35. Belə ki, işdə olan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 6.11.2003-cü il tarixli müqavilənin Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” məhəlləsi ünvanında yerləşən çoxmənzilli yaşayış evinin “C” korpusu, 12-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilə münasibətdə etibarsız hesab edilsə də, Cavabdeh2 MMC-dən 62.595 ABŞ dolları məbləğində pul ödəniş gününə manata məzənnəsi ilə alınaraq Cavabdeh1 ödənilməsi qərara alınmışdır. Belə ki, Cavabdeh1 Cavabdeh2 MMC ilə bağladığı müqavilə üzrə göstərilən məbləği MMC-yə ödədiyi barədə sübutları – ödəniş qəbzini məhkəməyə təqdim etmiş, MMC isə həmin qəbzin həqiqiliyini mübahisələndirməmiş, nə pulun real olaraq ödənilməməsi barədə, nə də aralarında mövcud olduğunu iddia etdiyi işgüzar fəaliyyətlə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehlər arasında bağlanmış müqavilənin Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericilikdə müqavilə nin hüquqi şəxs tərəfindən mütləq qaydada möhürlə təsdiq edilməsinə dair imperativ tələblər yoxdur. Cavabdeh2 MMC tərəfindən də ona məxsus möhürün müqavilədə olmaması əsası ilə müqavilənin etibarsızlığı iddia edilməmişdir.

37. Bundan başqa, Mülki Məcəllənin 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.

38. Cavabdehlər arasında bağlanmış 6.11.2003-cü il tarixli, 148 nömrəli müqavilənin 6.3-cü bəndində qeyd edilmişdir ki, bu müqavilə imzalandığı gündən qüvvəyə minir. Eyni məzmunlu bənd iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 1.11.2004-cü il tarixli, 315 nömrəli müqavilədə d ə əks olunmuşdur.

39. Göründüyü kimi, müqavilənin möhürlə təsdiqlənməsinə dair tələblər və bu tələblərə riayət edilməməsinin nəticələri müqavilədə öz əksini tapmamışdır.

40. Həmçinin qeyd edilmişdir ki, cavabdehlər arasında bağlanmış müqavilədə MMC-nin möhürü olmasa da, həmin müqavilə üzrə MMC tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzində möhür əks olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş ona aid kassa mədaxil orderi də eyni formada tərtib edilmiş və MMC-nin möhürü ilə təsdiq edilmişdir.

41. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş 5.10.2023cü il tarixli məktuba əsasən, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 1.11.2004-cü il tarixli 315 nömrəli müqavilə əsasında MMC -nin inşa etdiyi Bakı şəhəri, Atatürk prospekti 3078A, bina A 4, 11-ci mərtəbə, 3 otaqdan ibarət 138.97 kv.metr olan mənzilin qanunsuz olaraq təkrarən Cavabdeh1 satılması ilə bağlı müraciəti ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Həmin cinayət işi üzrə istintaq davam etdirilir.

42. Göründüyü kimi, hazırda mübahisəli mənzilə dair cavabdehlər arasında müqavilənin bağlanmasında hər hansı cinayət əməlinə yol verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmamışdır.

43. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20.2.2023-cü il tarixli, 2(103)-722/2023 nömrəli qətnaməsinə əsasən, məhkəmə kollegiyası tərəfindən 15.2.2023-cü il tarixdə işdə iştirak edən şəxslərin iştirakları ilə mübahisəli mənzilə yerli baxış keçirilmiş, mənzilin qapısını Cavabdeh1 qarda şı açmış, mənzilin açarının onlarda olduğunu bildirmişdir. Yerli baxış zamanı məlum olmuşdur ki, mənzildə təmir işləri yekunlaşmamış, üçüncü şəxs tərəfindən plastik qapılar qoyulmuşdur.

44. Cavabdeh1 çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən yaradılmış "xxxx" MMMC-nin iştirakçısı olması, 2019-cu ildə "xxxx" ASC tərəfindən mübahisəli mənzilə dair onun adına abunə kodunun verilməsi də ona dəlalət edir ki, Cavabdeh1 mənzilə sahiblənmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi belə olan halda mülki qanunvericiliyin müddəalarına əsaslanaraq birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşmışdır ki, mübahisəli mənzilə dair müqavilə cavabdehlər arasında iddiaçıdan daha əvvəl bağlanmış və mənzil ilkin olaraq Cavabdeh1 sahibliyinə verilmişdir. Bir müqavilə üzrə əmlakın üçüncü şəxsə dah a əvvəl verilməsi digər müqavilə üzrə kreditorun əşyanın ona verilməsi tələbini aradan qaldırır. Belə olan halda həmin şəxsin əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır.

46. Məhkəmə kollegiyası cavabdehin vəkilinin son iki iclasda etibarnamənin müddəti qurtarmasına baxmayaraq nümayəndə qismində çıxış etməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

47. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. A pellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

48. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 331.2, 337.1, 340.1, 340.2, 390.1, 452.1, 452.2, 752.1, 752.2-ci, “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4.3.2015-ci il tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 217.3, 384.0.1, 385.2, 387.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

49. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilm əsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

50. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 60.1, 60.2, 125.7, 127.1, Mülki Məcəllənin 152.1, 331.2, 337.1, 337.2, MPM-in 9.3, 14.2, 77.1, 217.1, 217.3, 218.1, 372.1 və 414.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 315 nömrəli müqaviləyə əsasən İddiaçı Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş binanın A4 korpusunun, 11-ci mərtəbəsində ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzil İddiaçı satılmışdır. Alğı-satqı müqaviləsi Cavabdeh2 MMC-nin satış qeydiyyat kitabında qeydiyyata alınmış İddiaçı həmin jurnalda imza etmişdir. L akin Cavabdeh2 MMC-nin indiki rəhbərliyi məhkəmə prosesində iştirak etməmiş, qeydiyyat kitabını məhkəməyə təqdim etməmişlər. Qətnaməni qüvvədə saxlayan apelyasiya məhkəməsi həmin sübutun əldə edilməsini təmin etməmişdir.

51. Nərimanov rayon məhkəməsi subyektiv hüququn olmadığını əsas götürərək qətnamə qəbul etmiş, apellyasiya instansiyası apellyasiya şikayətlərinin bu əsasına münasibət bildirməmişdir.

52. Cavabdeh2 MMC-nin rəhbərləri barəsində kreditləri vaxtında qaytarmadığına və vətəndaşlardan əlavə vəsaitlər almalarına və binanı tamamlamamalarına görə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmış və istintaq orqanı tərəfindən audit keçirilməsi təşkil edilmişdir. Auditor Cavabdeh2 MMCnin direktorunun iştirakı ilə MMC-dən mənzil alan bütün alıcıların, eləcə də mənzillərin siyahısını tərtib etmiş və audit aktına daxil etmişdir. xx.xx.2014-cü il tarixli Audit aktında mübahisələndirilən mənzilin sahibi kimi İddiaçı qeyd edilmişdir. Aktda Cavabdeh1 barəsində hər hansı bir məlumat olmamışdır. Lakin apellyasiya instansiyası qeyd edilən sübuta (ibtidai istintaq zamanı tərtib edilmiş Akta) hüquqi qiymət verməmişdir.

53. Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-340/15 saylı, xx.xx.2015-ci il tarixli hökmündə zərərçəkmişlərin adları qeyd edilmişdir. Hökmdə adı keçən zərərçəkmişlərdən yalnız İddiaçı öz mənzilinə sahiblik edə bilmir. Digər zərərçəkmişlər audit aktında qeyd edilən mənzillərinin mülkiyyətçiləridirlər. Lakin apellyasiya instansiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-340/15 saylı, xx.xx.2015-ci il tarixli hökmü ndə əks olunmuş faktlara hüquqi qiymət verməmişdir. Halbuki, Cavabdeh1la digər alıcı Leyla Həmidova arasında A-5 korpusu, 11-ci mərtəbədə yerləşdiyi 3 otaqlı 138,97 kv.m olan mənzilə dair məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11367/2018 saylı qətnaməsində bu fakta münasibət bildirilərək qeyd edilmişdir ki, məhkəmə kollegiyasının iclasında nümayəndəsi göstərmişdir ki, həmin cinayət işinin Cavabdeh1 ilə heç bir bağlılığı yoxdur. Lakin məhkəmə kollegiyası bu qənaətdə deyildir. Belə ki, həqiqətən mübahisəli mənzilin Cavabdeh1 məxsus olması və onun tərəfindən dəyərinin ödənilərək alınması təsdiq olunduğu halında onun cinayət işi ilə məlumatlı olmaması az inandırıcı hesab edilir. Məhkəmə iclasında verilmiş nümayəndənin izahatının həqiqi hesab edildiyi təqdirdə isə aydın olur ki, o hər bir vaxt mənzilə nəzarət etmişdir. O həqiqətən mənzilə nəzarəti daimi olaraq həyata keçirmişsə, dəyərini ödəmişsə, mənzil ona təhvil verilmişsə, zərərçəkmiş şəxs kimi tanınaraq hüquqlarının müdafiəsini həmin icraat daxilində də tələb etməsi zəruri olmuşdur. Çünki həmin cinayət işi satılmış mənzillərin dəyərinin bir hissəsinin mənimsənilməsi və sair faktlarla bağlı olmuşdur. X11 fərqli olaraq Əhmədli Müşkünaz bu hərəkətləri yerinə yetirməmişdir (səh.14). Həmin qətnamədə Cavabdeh2 MMC-nin nümayəndəsi MMC-nin mənzillərlə bağlı siyahısında Cavabdeh1 adının qeyd edilmədiyini bildirmişdir (Səh 7).

54. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 315 nömrəli müqavilə hər iki tərəfdən imzalanmış və Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq e dilmişdir. Cavabdeh1la Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 148 nömrəli müqavilə hər iki tərəfdən imzalansa da Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilməmişdir. Apellyasiya insatansiyası hesab edir ki, mülki qanunvericilikdə müqavilənin hüquqi şəxs tərəfindən mütləq qaydada möhürlə təsdiq edilməsinə dair imperativ tələblər yoxdur. Bildiririk ki, Cavabdeh1 Cavabdeh2 MMC ilə 1 gündə 3 müqavilə 147, 148, 150 saylı müqavilələr bağlamışdır. 147 və 150 saylı müqavilələr Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilmiş, 148 saylı müqavilə möhürlə təsdiq edilməmişdir. Nə üçün? Lakin məhkəmə qeyd edilən fakta, yəni eyni gündə bağlanan 3 müqavilədən nə üçün 147 və 150 saylı müqavilələrə möhür vurulub, 148 saylı müqaviləyə möhür vurulmamasına münasibət bildirməmişdir. Diqqətə çatdırı r ki, əslində 148 saylı müqavilə Cavabdeh2 MMC tərəfindən möhürlə möhürlənmişdir. Lakin həmin müqaviləni ona görə ortaya çıxarmamışlar ki, həmin müqavilədə 11-ci mərtəbə deyil, 15-ci mərtəbə yazılmışdır. Belə ki, Ə.Müşkinazın digər müqaviləsi olan 147 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddiaçı Həmidova Leylanın iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1136 saylı işi ilə tanış olarkən 148 saylı müqavilə də həmin işə əlavə edilmişdir (surəti əlavə olunur). Müqavilə möhürlə təsdiq edilmişdir. Lakin həmin müqavilədəki mənzil 11-ci mərtəbədə deyil, 15-ci mərtəbədə qeyd edilmişdir. Lakin həmin rəqəmləri dəyişməyə çalışmışlar rəqəm üzərində qaralama edilmişdir. O üzdən həmin müqaviləni gizlədərək yeni müqavilə tərtib etmişlər. Həmin vaxt möhür istintaq orqanında olduğundan möhür vurdura bilməmişdirlər. 148 saylı mənzilə dair ödənişlə bağlı 06 noyabr 2003-cü il tarixli kassa mədaxil orderinə ddiqqət yetirdikdə məlum olur ki, qəbzdə müqavilənin nömrəsində də (səkkiz ədədində) dəyişiklik edilib. Bundan başqa tərtib etdikləri yeni müqavilədəki əl yazmaları möhürlü müqavilədəki əlyazmanın eynisini formalaşdırmağa çalışmışlar. Lakin tam nail ola bilməmişlər. Bir yerdə möhürlü müqavilədə “AZE P 2002782” yazılan cümlənin alt yazısında pasport sözünün “p” hərfi ikinci 0 ədədinin altına, möhürsüz müqavildə isə pasport sözünün “p” hərfi 2 ədədinin altına düşməsi bənzətmənin suni olduğunu göstərməkdədir.

55. İş materiallarında olan müqavilələrdən aydın olur ki, Cavabdeh1 Cavabdeh2 MMC arasındakı 148 saylı müqavilədəki imza ilə Cavabdeh1 şəxsiyyət vəsiqəsindəki imza, nü mayəndəyə verdiyi etibarnamədəki imza ilə tamamilə fərqli imzadır. Apellyasiya instansiyası hesab edir ki, cavabdehin nümayəndəsinin etirafına əsasən MMC-yə aid sənədlərdəki imza Ə.Müşkinaza məxsus deyil, həmin imzanı onun qardaşı atmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlər arasında imzalanmış xx.xx.2003cü il tarixli 148 saylı müqavilədə əks olunan imzanın Cavabdeh1 məxsus olub-olmaması müqavilənin digər tərəfi – Cavabdeh2 MMC tərəfindən heç zaman mübahisələndirilməmişdir (sual olunur, hansı qardaşı? Ə.Müşkinazın qardaşı varmı? bilinmir). Ali Məhkəmənin diqqətinə çatdırırıq ki, iddiamızın əsasından biri də odur ki, Cavabdeh2 MMC-nin yeni rəhbərliyi (cinayət işi üzrə məhkəmə aktları ilə məhkum olunanlardan sonra təyin edilənlər) əvvəlki əməllərə görə məsuliyyət daşımaya caqlarını, əvvəlki rəhbərliyin isə təkrar məsuliyyətə cəlb edilməyəcəyini düşünərək asan gəlir əldə etmək məqsədilə bütün saxtakarlıqları etmişlər. Misal olaraq diqqətinizə çatdırırıq ki, Nərimanov rayon Məhkəməsini e-16(005)-247/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisələndirilən mənzilin üzərinə həbs qoyulmasına, hal-hazırda mübahisə davam etməsinə baxmayaraq Cavabdeh2 MMC-nin yeni rəhbərliyinin verdiyi yeni sənədlərlə Cavabdeh1 qeyd edilən mənzili Dövlət Reyestrində qeydiyyata aldırmış, çıxarış almış və mənzili 3-cü şəxsə satmışdır. Xüsusilə diqqətə çatdırır ki, hazırkı işdə Cavabdeh1la Cavabdeh2 MMC arasında bağlanmış 148 saylı müqavilənin əsli mövcud olmamışdır. 148 saylı müqavilədə Cavabdeh2 MMC-nin direktoru adına çəkilmiş imzaya diqqət yetirdikdə həmin imza da s axtalaşdırıldığını görə bilərik. Cavabdeh2 MMC-nin Ə.Müşkinazla möhürlü müqaviləsinin, Ə.Alya ilə bağlanmış müqaviləsinin və əlavə olaraq İ.Əbülfəzlə, B.Naillə, X.Xudu ilə bağlanan müqavilələrin surətlərini işə əlavə edərərk bütün müqavilələrin orjinal variantı ilə saxtalaşdırılmış, möhürsüz müqaviləyə diqqət yetirməyinizi xahiş edirik. Hesab edirik xətşünaslıq ekspertizası təyin edildikdə bütün saxtakarlıqlar üzə çıxacaqdır.

56. Mübahisələndirilən mənzil 2017-ci il tarixdən dəmir seyf qapı qoyulmaqla İddiaçı istifadəsində olmuşdur. Pandemiyadan sonra mənzilini təmir etdirmək istəyən İddiaçı qapının dəyişildiyini görmüşdür. Bakı Apellyasiya Məhkəməsində olan 2(103)-722/2023 saylı iş üzrə mənzilə yerli baxış keçirilmiş, mənzilin təmirsiz olduğu, qapının sonradan dəyişildiyi müəyyən edilmişd ir. yalnız 2 ədəd plastik qapı qoyulmuşdur. Qapının dəyişdirilməsniə səbəb Cavabdeh2 MMC-nin yeni rəhbərliyinin Ə.Müşkinaza saxtakarlıqla mənzili ələ keçirməkdə dəstək verməsindən irəli gəlir. Diqqət yetirdikdə məlum olur ki, 147, 150 saylı müqavilələr qüvvədən düşməsinə baxmayaraq “Binəqədi-21” mənzil mülkiyyətçilərin müştərək cəmiyyətinnin 2020-ci ilin dekabrında tərtib edilmiş təsis sənədlərində həmin mənzillərin mülkiyyətçiləri kimi Cavabdeh1 imza etmişdir (həmin imzalarda Ə.Müşkinaza aid deyildir).

57. Diqqətə çatdırırlar ki, Cavabdeh1 formal olaraq, Cavabdeh2 MMC-nin yeni rəhbərliyi ilə razılaşdırılmış qaydada 147 və 150 saylı mənzilləri təhvil vermədiyinə görə ayrı-ayrı iddia ərizələri ilə 2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin 148 saylı müqavilə üzrə isə yalnız 2021- ci il tarixində eyni əsasla iddia qaldırmışdır. Nə üçün eyni əsasla 2018-ci ildə digər 2 mənzillərlə birlikdə 148 saylı üçün də iddia qaldırmamışdır? Ona görə ki, Ə.Müşkinaz başqa mənzilə görə (150 nömrəli müqavilə) A.Qələmdar arasındakı mübahisə dair Ali Məhkəmənin 2(102)-7220/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 müqaviləsi etibarsız hesab edilməklə ona kompensasiya tələb etmək hüququ tanınmışdır. Ali Məhkəmənin qərarından sonra Cavabdeh2 MMC tərəfindən Ə.Müşkinaza kompensasiya əvəzinə təbiətcə sakit (xəstə) insana məxsus mənzili 2019-cu ildə köhnə tarixə (06 Noyabr 2003-cü ilə) saxta müqavilə tərtib edərək ona vermişdir. Bu fakt mənzil sayğaclarının 2019-cu ilin dekabr ayında Müşkinazın adına qeydiyyata alınması ilə də təsdiqini tapır (Ali Məhkəmənin Qərarı və Az ərişığın məlumatı təqdim edilir. Tarixlərə diqqət edək).

58. Maraqlısı odur ki, Cavabdeh1 147 və 150 saylı müqavilələrlə əldə etdiyi mənzilləri itirdiyinə görə Cavabdeh2 MMC-yə qarşı kompensasiya tələbi ilə hər hansı bir iddia qaldırmamışdır. Vəsaiti Cavabdeh2 MMC-yə bağışlamışdır?

59. Məhkəmədən Cavabdeh2 MMC tərəfindən 1 mənzilin 2 şəxsə satılmasına görə xüsusi qərardad çıxarıb Prokurorluğa göndərməsini xahiş etsək də, nədənsə ciddi hüquq pozuntusuna münasibət bildirilməmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi isə yuxarıda qeyd edilən halları araşdırmadan, işdə olan sübutlara düzgün qiymət vermədən, əlavə sübutların toplanmasına maraqlı olmadan, ikili satışa (cinayətə) göz yumaraq İddiaçı mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq 2(103)-630/2024 saylı, 08 aprel 2024-cü il tari xli qətnaməni qəbul etmişdir.

60. Həmçinin diqqətinizə çatdırırıq ki, məhkəmə mübahisəsində tərəf olmadığımız Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2(103)7951/2021 saylı qətnaməsi bizim üçün heç bir predusiyallıq daşımır. Həmin məhkəmə prosesində cavabdeh olan Cavabdeh2 MMC mənzilin İddiaçı satıldığını, Baş Prokurorluğun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan istintaq materiallarında mənzilin mülkiyyətçisi kimi İddiaçı tanındığını, Ə.Müşkünaz adlı alıcının mövcud olmadığını bildiyi halda məhkəməyə bu məlumatları vermədən formal etiraz vermişdir. Mənzilin istintaq materiallarında, məhkəmə aktlarında İddiaçı məxsus olduğu öz təsdiqini tapdığı halda o, məhkəmə prosesinə cəlb edilmir. Cavabdeh2 MMC formal cavabdeh kimi çıxış etdiyi ndən (yeni rəhbərlik) məlumatı gizlədir. Hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-630/2024 saylı, xx.xx.2024-cü il qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

61. Apellyasiya məhkəməsində olan ilk iclas zamanı məhkəmənin apellyasiya şikayətini araşdırmaq niyyətinin olduğunu müşahidə etsək də, sonuncu iclas zamanı, yəni 08 aprel tarixində isə məhkəmə sanki prosesi tələm-tələsik sözümüzü bitirmədən (bax videoya) Sədrlik edənin “bu işin ətraflı araşdırılması üçün müddətimiz yoxdur” deməklə müşavirə otağına getməsi bizi çox narahat etdi. Nə birinci instansiyada, nə də apellyasiya instansiyasında çəkişmə prinsipi təmin edilməmişdir.

2. Məhkəmə məhkəmə-xə tşünaslıq ekspertizası barədə vəsatətimizi “Məhkəmə kollegiyası qətnamədə qeyd etmişdir ki, “cavabdehlər arasında imzalanmış xx.xx.2003-cü il tarixli 148 saylı müqavilədə əks olunan imzanın Cavabdeh1 məxsus olub-olmaması müqavilənin digər tərəfi – Cavabdeh2 MMC tərəfindən heç zaman mübahisələndirilməmişdir” deməklə təmin etməmişdir. Lakin məhkəmə Cavabdeh2 MMC mənzilin İddiaçı satıldığını, Baş Prokurorluğun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan istintaq materiallarında mənzilin mülkiyyətçisi kimi İddiaçı tanındığını, Ə.Müşkünaz adlı alıcının mövcud olmadığını bildiyi halda məhkəməyə bu məlumatları verməyən Cavabdeh2 MMC-nin formal cavabdeh kimi çıxış etdiyinə (yeni rəhbərliyin) diqqət etməmişdir. Məhkəmə saxtakarlığın digər tərəfinin Cavabdeh2 MMC (yeni rəhbərliyi ) olduğuna diqqət etməmişdir.

62. Baş Prokurorluğun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən təşkil edilən audit aktında adları keçən mülkiyyətçilərdən yeganə şəxs İddiaçıdır ki, mülkünü saxta sənədlərlə üçüncü şəxsə verilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

63. Cavabdeh1 vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

64. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 X7:

65. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər h ansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

66. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

67. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

68. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

69. Maddə 331.2. Qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli oldu ğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.

70. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

71. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

72. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

73. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

74. Mad də 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

75. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

76. Maddə 452.2. Kreditor öhdəliyin pr edmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

77. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

78. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

81. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

82. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

84. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş m ateriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

85. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

86. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

87. Baxılan işdə mübahisə predmeti Bakı şəhəri, Atatürk prospekti 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının A4 korpusunda, 11-ci mərtəbədə yerləşən, 3 otaqd an ibarət, ümumi sahəsi 138,97 kv.m., yaşayış sahəsi 78,32 kv.m. olan mənzilə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 6.11.2003-cü il tarixli, 148 nömrəli müqavilədir.

88. İddiaçı həmin mənzillə bağlı müqavilənin 1.11.2004-cü il tarixdə onunla bağlandığını bildirərək, Cavabdeh1 adına rəsmiləşdirilmiş 6.11.2003-cü il tarixli, 148 nömrəli müqavilənin arxa tarixə saxtalaşdırıldığını iddia edir.

89. Cavabdehlər isə iddiaya etiraz edərək mübahisə predmeti olan müqavilənin qanunvericiliyə uyğun şəkildə bağlandığını bildirirlər.

90. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini yuxarıda göstərilən qaydada əsaslandırmış, həm də onu qeyd etmişdir ki, “... mübahisəli mənzilin Cavabdeh1 təhvil verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur....iddiaçı Ca vabdeh1 ilə cavabdeh cəmiyyət arasında bağlanmış müqavilə üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir” (§ 16-29).

91. İddiaçının apelyasiya şikayətini rədd edən apelyasiya kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da qeyd etmişdir ki, “mülki qanunvericilikdə müqavilənin hüquqi şəxs tərəfindən mütləq qaydada möhürlə təsdiq edilməsinə dair imperativ tələblər yoxdur. Cavabdeh2 MMC tərəfindən də ona məxsus möhürün müqavilədə olmaması əsası ilə müqavilənin etibarsızlığı iddia edilməmişdir” (§ 32-48).

92. İddiaçının kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi subyektiv hüququn olmadığını əsas götürərək qətnamə qəbul etmiş, apellyasiya məhkəməsi isə apellyasiya şikayətinin bu əsasın a münasibət bildirməmişdir.

93. Birinci instansiya məhkəməsinin iddiaçının hazırkı tələb üzrə subyektiv hüququnun yoxluğu barədə mövqeyi ona əsaslanmışdır ki, iddiaçı, cavabdehlər arasında bağlanmış müqavilənin tərəfi olmamışdır. Məhkəmə həm də onu vurğulamışdır ki, mübahisəli mənzilin Cavabdeh1 təhvil verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur.

94. İşdən göründüyü kimi, İddiaçı mübahisəli mənzilə münasibətdə müqavilənin cavabdeh cəmiyyət tərəfindən əslində 1.11.2004-cü il tarixdə onunla bağlandığını, Cavabdeh1 adına olan 6.11.2003-cü il tarixli, 148 nömrəli müqavilənin əvvəlki tarixə saxtalaşdırıldığını bildirir. Belə olan halda, tərəfi olmasa belə, iddiaçının mənafeyinə toxunduğunu bildirdiyi 6.11.2003-cü il tarixli, 148 nömrəli müqavilənin etibarsızlığının təsbi t edilməsi haqqında iddia qaldırmağa subyektiv hüququnun olub-olmamasına apelyasiya məhkəməsi tərəfindən münasibət bildirilməsi iş üçün əhəmiyyətli olmuşdur.

95. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.9.2022-ci il tarixli, 3/N4116/2022 saylı qərardadı ilə ərizəçi İddiaçı izah olunmuşdur ki, qanunsuz hesab etdiyi Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləni mübahisələndirə bilər.

96. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymət ləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərarda vurğulanmışdır ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər.

97. Belə olan halda, iddiaçının qeyd edilən dəlilinə əsaslandırıl mış şəkildə qiymət verilməməsi prosessual hüquq normalarına uyğun olmamışdır.

98. İddiaçının əsas dəlillərindən biri də ondan ibarət olmuşdur ki, “mübahisə olunan müqavilə Cavabdeh1 tərəfindən imzalanmamışdır, bu xüsusatın ekspertiza ilə yoxlanılmasına dair onun vəsatəti təmin edilməmişdir. Bundan əlavə, həmin müqavilədə Cavabdeh2 MMC-nin adından qoyulan imza da bu tipli müqavilələrdəki imzalardan fərqlənmiş, habelə müqavilə Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilməmişdir. Ona görə ki, müqavilə 2003-cü ildə deyil, sonralar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlandıqdan, möhür istintaq tərəfindən götürüldükdən sonra imzalanmışdır. Möhürü istintaqdan götürə bilmədikləri üçün müqavilə möhürlənə bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh2 MMC-nin üçüncü şəxslərə zərər vuraraq Cavabdeh1 ilə bağlanan müqavilənin tərəfi kimi onu bəyənməsi hüquqi əsas yarada bilməzdi”.

99. Göründüyü kimi, mübahisə olunan müqavilənin iddiaçı ilə əqd bağlandıqdan sonra arxa tarixə saxtalaşdırılmasına dair bildirilənlər uydurma əqd bağlanılması və ya digər formada etibarsız əqdin rəsmiləşdirilməsi barədə iddiadır.

100. Kollegiya hesab edir ki, belə dəlillərlə etibarsızlığı mübahisə olunan əqdin tərəflərinin onu imzalaması və ya bəyənməsi faktları bu xarakterli iddianın rədd edilməsi üçün yetərli deyil.

101. Belə ki, əvvəla, mənzilin üçüncü bir şəxsə verilməməsində maraqlı olan tikinti şirkətinin başqa bir şəxsin adına sonradan müqavilə tərtibləməsi imkanı istisna olunmur. Bu səbəbdən arxa tarixə tərtib olunduğu iddia edilən həmin əqdi tərəflərinin imzalaması və bəyənməsi özü-özlüyündə həmin əqdin etibarlı sayılmasına və iddianın rədd edilməsinə əsas vermir. Odur ki, mübahisə halında əsaslı şübhələrin olduğu imza(lar)ın həqiqiliyinin yoxlanılması üçün müvafiq ekspertizanın keçirilməsi və ixtisaslı şəxslərin rəyinin alınması müzakirə edilə bilər. Tərəfin bu barədə vəsatəti təmin edilmədikdə isə səbəbləri qanunvericiliyə uyğun qaydada əsaslandırılmalıdır.

102. Bundan başqa, hazırkı işin halları baxımından mübahisə olunan müqavilədə möhürün olmaması ilə bağlı dəlil, təkcə əqdin müvafiq formada tərtiblənməməsi baxımından deyil, iddiaçının verdiyi məlumatlar diqqətə alındıqda həm də sənədin arxa tarixə tərtiblənməsi iddiasının yoxlanılması baxımından vacib idi. Bu halın işdəki məlumatlarla və sübutlarla müqayisəli şəkildə qiymətləndirilməsi, habelə iddiaçının i rəli sürdüyü digər dəlillərin (o cümlədən, Cavabdeh1 ilə bağlanmış 148 nömrəli müqavilənin əslində 11-ci mərtəbədə deyil, 15-ci mərtəbədəki mənzilə aid olması, sonuncu mənzilin əldə edilməsi mümkün olmadıqdan (2019-cu ildən) sonra 148 nömrəli müqavilənin 11-ci mərtəbədəki mənzilə dəyişdirilməsi, Cavabdeh1 tərəfindən digər iki mənzillə birlikdə 148 saylı mənzil üçün iddianın 2018-ci ildə hansı səbəbdən qaldırılmaması, bu barədə tələbin 2021-ci ildə irəli sürülməsi və s.) və istinad etdiyi sübutların çəkişmə prinsipinə uyğun olaraq məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılması, onlara əsaslandırılmış şəkildə hüquqi qiymət verilməsi mübahisənin düzgün həlli üçün əhəmiyyətli olmuşdur.

103. Buna baxmayaraq yuxarıda qeyd edilən hallar apelyasiya məhkəməsi tərəfindən nəzərə alınmamış, həmin xüsusatlar üzrə zəruri olan araşdırmalar aparılmamış və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən dəlillərə lazımi qiymət verilməmiş, nəticə etibarilə qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun qaydada əsaslandırmamışdır.

104. Kollegiya bildirir ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

105. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təmina t verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X8 X4 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 64-65).

106. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

107. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formal aşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

108. İddiaçı onu da bildirir ki, Nərimanov Rayon Məhkəməsinin e-16(005)-247/2023 saylı, xx.xx.2023-cü il tarixl i qərardadı ilə mübahisələndirilən mənzilin üzərinə həbs qoyulmasına, hazırda mübahisə davam etməsinə baxmayaraq Cavabdeh2 MMC-nin yeni rəhbərliyinin verdiyi yeni sənədlərlə Cavabdeh1 qeyd edilən mənzili dövlət reyestrində qeydiyyata aldırmış, çıxarış almış və üçüncü şəxsə satmışdır. Bu məlumat təsdiq edildiyi halda mənzilin hazırkı mülkiyyətçisinin işdə iştiraka cəlb edilməsi üçün əsasların olubolmaması da müzakirə edilməklə müvafiq qərar qəbul edilməlidir.

109. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

110. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən e dilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

111. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-630/2024 nömrəli, 8 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar