Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2579/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 11 saylı Şəmkir Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: özəlləşdirmənin və hərracın nəticələrinin etibarsız hesab olunması, əqdlərin etibarsızlığı, məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqa r Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 11 saylı Şəmkir Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “dövlət əmlakının özəlləşdirilməsinin, hərracın nəticələrinin, alqı-satqı müqavilələrinin, şəhadətnamənin və mülkiyyət hüququnun qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-605/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, “Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin özəlləşdirilməsi haqqında Əsasnamə”yə və “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydalarına uyğun olaraq keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 22 sentyabr 2006-cı il tarixli, 234 nömrəli sərəncamı ilə hərraca çıxarılmış, bu barədə Komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində müvafiq elan verilmişdir (1-ci cild, səh. 159). 2. 27 oktyabr 2006-cı il tarixli, 1 nömrəli hərrac protokoluna əsasən, G ədəbəy rayonu, Qalakənd kəndində yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin özəlləşdirilməsinə dair 27 oktyabr 2006-cı ildə hərrac keçirilmiş, hərracda satıcı kimi keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi çıxış etmiş, hərracın qalibi Cavabdeh2 olmuşdur (1-ci cild, səh. 163). 3. 02 noyabr 2006-cı il tarixli, 568 nömrəli “Müəssisənin (obyektin) alqı-satıqısı” müqaviləsinə əsasən, Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi satıcı keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən alıcı Cavabdeh2 satılmışdır (1-ci cild, səh....-162). 4. “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” 14 dekabr 2006-cı il tarixli 000184 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən, Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin yerlşədiyi 20076 kv.m torpaq sahəsi Cavabdeh2 tərəfindən 1310,76 manata satın alınmışdır (1-ci cild, səh. 161).
5. Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən Əmlak kompleksi kimi müəssisə (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi) və 20076 ha torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu ildə qeydiyyata alımış və bu barədə MA seriyalı, ******* nömrəli çıxıarış verilmişdir. Çıxarışda qeydiyyata alınmış və əmlak kompleksinin tərkibi ümumi sahələri 51 kv.m, 64 kv.m və 90 kv.m olmaqla üç tikilidən ibarət olduğu əksini tapmışdır (1-ci cild, səh. 9).
6. Cavabdeh2 17 iyul 2017-ci il tarixli, AN-1 seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə, Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən əmlak kompleksi kimi müəssisə (Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi) Liter A qeyri-yaşayış binası 51 kv.m, Liter B qeyri-yaşayış binası 64 kv.m, Liter V qeyri-yaşayış binası 90 kv.m və həmin müəssisənin mülkiyyətində olan 20076 ha torpaq sahəsini Cavabdeh3 satmış, həmin əmlak üzərində alıcının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 29 iyul 2017-ci il tarixdə qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirlmişdir. 7. 24 fevral 2022-ci il tarixli, AN-1 seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə, Gədəbəy rayonu Plankənd kəndində yerləşən ümumi sahəsi 205 kv.m olan Əmlak kompleksi kimi müəssisə və həmin müəssisənin yerləşdiyi 20076 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmış, həmin əmlak üzərində Cavabdeh4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 150 nömrəli sərəncamının surətindən görünür ki, həmin sərəncamda təsərrüfatlararası balıqçılıq təsərrüfatının tərkibinə daxil olan iki ədəd fərdi yaşayış evinin Gədəbəy rayonu, Əlinağılar kənd sakini İddiaçı adına özəlləşdirilməsinə icazə verilməsi və həmin evlərin özəlləşdirilmək məqsədilə Gədəbəy rayon texniki inventarlaşdırma idarəsinə təqdim edilməsinin təmin olunması qeyd edilmişdir (1-ci cild, səh. 52).
9. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1891/2023 saylı qərarından görünür ki, a. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 150 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamı ilə Gədəbəy rayon X2 və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş reyestr nömrəsi 01-74, inventar nömrəsi 95 olan qeydiyyat vəsiqəsinə əsasən Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən bir mərtəbəli, dörd otaqlı, ümumi sahəsi 95,09 kv.m, o cümlədən yaşayış sahəsi 53,87 kv.m, köməkçi sahəsi 41,22 kv.m-dən ibarət 1 saylı fərdi yaşayış evi, habelə reyestr nömrəsi 01-75, inventar nömrəsi 96 olan qeydiyyat vəsiqəsinə əsasən bir mərtəbəli, altı otaqlı, ümumi sahəsi 106,2 kv.m, o cümlədən yaşayış sahəsi 49,8 kv.m, köməkçi sahəsi 56,4 kv.m-dən ibarət 2 saylı fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. b. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 11 saylı Şəmkir Ərazi İdarəsinin 11 may 2022-ci il tarixli arayışına əsasən, daşınmaz əmlakın dövlət reyestrində Gədəbəy rayonu inzibati ərazi dairəsi üzrə İddiaçı adına daşınmaz əmlak qeydiyyatdan keçməmişdir. c. İddiaçı müraciətinə cavabdehin xx.xx.2022-ci il tarixli, **********52 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən əmlakların reyestr nömrəsi 01-75, inventar nömrəsi 96 olan və reyestr nömrəsi 01-74, inventar nömrəsi 95 olan qeydiyyat vəsiqələri daşınmaz əmlakın Şəmkir rayon X2 və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin qeydiyyat kitablarında öz əksini tapmamışdır. Həmçinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına fərdi yaşayış evi qeydiyyata alınmamışdı r. d. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gədəbəy rayonu, Əlinağılar kəndi ərazisində mülkiyyətində olan 95,09 kv.m və 106,2 kv.m olan fərdi yaşayış evləri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. e. Həmin iddia tələbi Gəncə İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 21(114)-1856/2022 nömrəli qərardadı ilə iddia tələbi xx.xx.2006-cı il tarixli, 000184 nömrəli qeydiyyat şəhadətnaməsinin, xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli və xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqısı” müqavilələrinin etibarsız hesab edilməsi, xx.xx.2010-cu il tarixli, ********** nömrəli və xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarışların ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin eyni tarixli qərarı ilə çıxarışın və cizgi planının ləğv edilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia rədd edilmişdir. f. Həmin iş üzrə İddiaçı apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2-1(104)188/2023 nömrəli qərarı və Ali Məhkəmənin İnzi bati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1891/2023 saylı qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 11 saylı Şəmkir Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın (yarımçıq tikilinin və torpaq sahəsi barədə) özəlləşdirmənin və həmin özəlləşdirmə prosesi əsasında verilmiş 8 noyabr 2006-cı il tarixli, 000678 nömrəli şəhadətnamənin, 2 n oyabr 2006-cı il tarixli, 568 nömrəli müəssisənin alqısatqı müqaviləsinin, 27 oktyabr 2006-cı il tarixli, 1 nömrəli hərracın protokolunun, 17 iyul 2017-ci il tarixli, AN-1N seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və 24 fevral 2022-ci il tarixli, 4Ə-294 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 29 may 2010-cu il tarixli, MA seriya 20045860 nömrəli çıxarışın və 29 iyul 2011-ci il tarixli, RX seriya 138734 nömrəli çıxarışın, 9 mart 2022-ci il tarixli, qeydiyat nömrəsi ********** olan və 9 mart 2022-ci il tarixli, ********** nömrəli çıxarışın və cizgi planın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, uzun müddət Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən balıqçılıq təsərrüfatının rəhbəri vəzifəsində çalışmışdır. Sovet höküməti dağıldıqdan və özəlləşdirmə prosesinə başladıqdan sonra yaşayış yeri olmadığına görə təsərrüfatın yaşayış mənətqəsini özəlləşdirərək özünün və ailəsinin yaşayış yerinə çevirmişdir. Balıqçılıq təsərrüfatında işləsə də, həmin əmlak qanunsuz olaraq Cavabdeh2 adına özəlləşdirilmişdir. Bu barədə məlumatı Cavabdeh4 ona qarşı qaldırdığı iddiası üzrə sübutları toplayarkən əldə etmişir. Hazırda təqdim etdiyi sənədlərdən də müəyyən edilmişdir ki, qeyd olunan şəhadətnaməyə, alqı-satqı müqaviləsinə və hərracın protokoluna əsasən Cavabdeh2 yalnız müəssisənin yarımçıq tikilisi satılmış torpaq sahəsi və ona aid qeydiyyat vəsiqəsində göstərilən tam tikililər isə özəlləşdirilmə prosesinin əsasını təşkil etməmişdir. Cavabdeh3, Cavabdeh4 verilmiş çıxarışlarda göstərilən tikililər və torpaq sahəsi satılmadığı halda, onların adına torpaq sahəsinin və onun adına qeyd olunan tikililərə dair verilmiş çıxarış üzrə mülkiyyət hüququnun qeydiyyatının aparılması əsassız olmuşdur. Qeyd olunan yarımçıq tikilinin və torpaq sahəsinin mərhum Cavabdeh2 adına özəlləşdirilməsi əsassız olmuşdur. Belə ki, Cavabdeh2 balıqçılıq təsərrüfatında heç bir zaman işləməmişdir. Belə olan halda həmin tikililərdən başqa torpaq sahəsinin və əlavə tikilinin, həmçinin balıqçılıq təsərrüfatının ona təklif edilmədən başqa şəxsin adına özəlləşdirilməsi Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunun tələblərinə zidd olmuşdur. Gədəbəy Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən, o balıqçılıq təsərrüfatında işləməklə həmin mənzilləri özəlləşdirmişdir. Qeyd olunan tikililərin yerləşdiyi torpaq sahəsi və yaşayış yeri artıq 28 ildir ki, onun mülkiyyətində olmuş və buna dair dövlət qeydiyyat vəsiqəsi də olmuşdur. Gədəbəy rayonu, Əlinağılar kəndində özünə fərdi yaşayış evini özəlləşdirmiş və hüquqlarının qeydə alınması üçün cavabdeh DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etsə də, onun hüquqlarının qeydə alınmasından əsassız olaraq imtina edilmişdir. Halbuki, iddia ərizəsinə əlavə etdiyi qeydiyyat vəsiqəsi hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1, 2.1, 6, 8, 9-cü maddələrində nəzərdə tutulmuş əsaslardan biridir. Lakin Gədəbəy rayonu, Plankənd kəndinin sakinləri Cavabdeh4 və onun qardaşı X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəmkir rayon 11 saylı Ərazi İdarəsinin əməkdaşları ilə əlbir olaraq onun yaşadığı evləri və balıqçılıq təsərrüfatını n torpaq ərazisini qanunsuz olaraq zəbt etmişlər. Plankənd kəndində yaşadıqları və inzibati ərazi vahidliyinə əsasən oranın sakinləri olduğu halda, Əlinağılar kəndinin ərazisində yerləşən meşə fondu torpağının ərazisini öz torpaq sahələri kimi qeydiyyata aldırmışlar. Halbu ki, Cavabdeh4 torpaq sahəsinin təyinatı Qalakənd kəndi ərazisində özəlləşmiş sənaye, nəqliyyat, rabitə və müdafiə torpaqları üzərində olan əmlak kompleksi kimi göstərilmişdir. İstər Qalakənd kəndinin istərsə də Plankənd kəndinin ərazi vahidliyi və balıqçılıq təsərrüfatının torpağının ərazisi bu iki ərazi vahidliyinə daxil olmamaqla uzaq bir ərazidə yerləşmişdir. Cavabdehlər 11 saylı Ərazi İdarəsinə müraciət edərək hazırda ərazi vahidliyi kimi torpaq sahəsinin yerləşdiyi ünvana aid edilərək qanunsuz əldə etmək istəsələr d ə onların müraciətlərinə baxılmaqdan imtina edilmiş, sonradan isə torpaq sahəsinin və tikililərin ona aid tikililər daxil edilməklə, ünvanın ünvan 1ər əvvəlki tarixlərə işlənməklə sənədləşmə işləri aparılmışdır. Hazırda iddia ərizəsinə əlavə etdiyi Cavabdeh4 məxsus torpaq sahəsinin və tikilinin olduğu yer Gədəbəy rayonu, Palankənd kəndi göstərildiyi halda, torpaq sahəsinin koordinatları və tikililər Gədəbəy rayonu, Əlinağılar kəndi ərazisində ona məxsus yerə işlənmişdir. Qeyd olunan torpaq sahəsi balıqçılıq təsərrüfatında işlədiyindən ilk öncə oranın işçisi kimi ancaq ona satıla bilərdi. Sadəcə torpaq sahəsi meşə fondu torpağı olduğundan ona satılmamış və təklif edilməmişdir. Hazırda onun tikili sahələrinə və torpaq sahəsinə dair ilkin sənədləri üzrə 2005-ci ilədək olan dövr üzrə qeydiyy at vəsiqəsi vardır. Qeydiyyat vəsiqəsi üzrə Daşınmaz Əmlakın 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, sənədlərinin ilk və qeydiyyat vəsiqəsi orada mövcud olduğu halda ona sənədləri üzrə hüququnun təkrar qeydiyyata alınmasından qanusuz olaraq imtina edilmişdir.
12. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Cavabdeh4 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən, ümumi sahəsi 2.0076 ha “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 205 kv.m olan əmlak kompleksini xx.xx.2022-ci il tarixli, AN -İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh3 almışdır. Əmlak kompleksi A, B, V və İ literli tikililərdən ibarət olmuş və həmin tikililərin baş planı tərtib edilmişdir. Hazırda əmlak kompleksi kimi müəssisənin A literli tikilisində iddiaçı qanunsuz olaraq yerləşmişdir. Qalakənd kəndində yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin özəlləşdirilməsinə dair 27 oktyabr 2006-cı ildə keçirilmiş hərrac qanunvericiliyin tələblərinə tamamilə riayət edilməklə keçirilmişdir. Bu barədə tərtib edilmiş həmin protokol əsasında Cavabdeh2 ilə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədr müavini X6 arasında xx.xx.2006-cı il tarixli, 568 nömrəli “Müəssisənin alqı-satıqısı” müqaviləsi bağlanmışdır. Müqavilə əsasında Balıqçılıq təsərr üfatının yarımçıq tikilisinin satın alınması barədə Cavabdeh2 adına “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına” dair xx.xx.2006-cı il tarixli, 000678 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Özəlləşdirilən müəssisə hərraca çıxarılan vaxt orada tam tikililər mövcud olmamış, sonradan iddiaçı qanunsuz olaraq özbaşına tikinti işləri apararaq Əmlak kompleksi kimi müəssisənin yarımçıq tikilisi olan, tinikti altı sahəsi 64.0 kv.m olan A literli yarımçıq tikilinin tikintialtı sahəsini böyüdərək 149.36 kv.m etmiş, bundan başqa həmin tikiliyə çardaq artırmışdır. Bu barədə Gədəbəy Rayon Məhkəməsinin icraatında olmuş 2(042)-546/2022 saylı mülki iş üzrə verilmiş mütəxəssis rəyi etiraza əlavə edilmişdir. Eləcə də iddiaçı qanunsuz apardığı tam tikilinin qeydiyyat vəsiqəsi əsasında ona aid olduğunu bildirmişdir. Lakin DƏDRX X8 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışla bildirilmişdir ki, ləğv edilmiş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Gədəbəy Rayon Şöbəsi tərəfindən 11 saylı Şəmkir Ərazi İdarəsinə təhvil verilmiş və hazırda mövcud olan 3 ədəd (1, 2 və 3 saylı) “Qeydiyyat vəsiqələrinin qeydiyyatı” kitablarında İddiaçı adına tərtib edilmiş 01-75 reyestr, 96 inventar və 01-74 reyestr nömrəli, 96 inventar nömrəsi olan qeydiyyat vəsiqələri aşkar edilməmişdir. Eləcə də DƏDKR X8 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışla müəyyən edilir ki, daşınmaz əmlakın dövlət reyestrində Gədəbəy rayonu inzibati ərazi dairəsi üzrə İddiaçı adına daşınmaz əmlak qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, sözügedən müəssisənin nə yarımçıq tikililəri, nə də İddiaçı tərəfindən özbaşına olaraq tikilmiş tam tikilisi ümumiyyətlə ona aid olmamış, o, həmin əmlakın icarədarı olmamış, beləliklə İddiaçı həmin müəssisədə qanunsuz olaraq yerləşmişdir. İddiaçı iddia ərizəsində sözügedən balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin ona təklif edilmədən başqa şəxsin adına özəlləşdirilməsini “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun tələblərinə zidd hesab etsə də, bu arqumentini əsaslandıra bilməmişdir. Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı zamanı, konkret halda balıqçılıq təsərrüfatının A, B, V və İ literli yarımçıq tikililərinin özəlləşdirilməsi zamanı həmin əmlakın alınmasında üstünlük hüququ olan hər hansı alıcıya satış qanunverciliklə nəzərdə tutulmamışdır. Daha sonra, balıqçıl ıq təsərrüfatının yarımçıq tikilisi özəlləşdirilərkən həmin müəssisənin tam tikilisi mövcud olmamış, sonradan iddiaçı qanunsuz olaraq özbaşına tikinti işləri apararaq əmlak kompleksi kimi müəssisənin yarımçıq tikilisi olan, tinikti altı sahəsi 64.0 kv.m A literli yarımçıq tikilinin tikintialtı sahəsini böyüdərək 149.36 kv.m etmiş, bundan başqa həmin tikiliyə çardaq artırmışdır. Belə olan halda özəlləşdirmə prosesi zamanı həmin müəssisənin hər hansı tam tikilsinin özəlləşdirmə predmeti olmasından söhbət gedə bilməzdi. İddiaçı 2.0076 ha torpaq sahəsinin özlləşdirmə predmeti olmadığını bildirsə də, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları Azərbaycan Respublikasının qanunları ilə tənzimlənərək qanunvericiliyin tələblərinə uyğun şəkildə Cavabdeh 2 satılmışdır. Cavabdeh2 adına verilmiş yuxarıda qeyd edilən sənədlər qanuni və etibarlı olduğundan, sonradan bağlanmış müqavilələrin, verilmiş çıxarışların və cizgi planının etibarsız və ləğv edilmələri üçün də heç bir qanuni əsas olmamışdır. Həmçinin, iddiaçının ləğv və etibarsız hesab edilməsini tələb etdiyi, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 aid hüquq müəyyənedici sənədlərin əsasında Cavabdeh2 aid olan xx.xx.2006-cı il tarixli hərrac protokolu, xx.xx.2006-cı il tarixli “Müəssisənin alqı-satıqısı” müqaviləsi və “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına” dair xx.xx.2006-cı il tarixli şəhadətnamə və xx.xx.2010-cu il tarixli çıxarış durur ki, bu hüquq müəyyənedici sənədlər tamamilə qanuni olmaqla yanaşı həmin sənədlərin ləğv və etibarsız hesab edilməsi barədə iddianın qaldır ılması üçün, ümumiyyətlə mülki qanunvericiliklə nəzərdə tutulmuş 10 illik ümumi iddia müddətini də iddiaçı ötürmüşdür. İddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmçinin, iddiaçı iddia ərizəsində mübahisəli əmlak kompleksi kimi müəssisə və həmin müəssisənin yerləşdiyi yerə dair Cavabdeh4 adına verilmiş çıxarışda ünvan kimi ünvan 2əmkir Ərazi İdarəsinə müraciət olunmuş, müraciətlərə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla əmlak kompleksi kimi müəssisə və həmin müəssisənin yerləşdiyi torpaq sahəsinin koordinatları göstərilməklə həmin müəssisənin faktiki yerləşdiyi ərazinin Gədəbəy rayonu, Qalakənd kəndində, yəni Gədəbəy rayonu Əlinağlar kəndinin cənubunda Şəmkir çayının sağ sahilində yerləşdiyi b ildirilmişdir.
13. DƏDKR X8 11 saylı Şəmkir Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, Bakı şəhər 50 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2022-ci il tarixli, 4Ə-294 nömrəli müqaviləsində qeyd olunan ünvan (Gədəbəy rayonu, Plankənd kəndi) ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan ünvan (Gədəbəy rayonu, Qalakənd kəndi) hər ikisinin ünvanı eyni əmlak kompleksi kimi müəssisəyə məxsusdur. Əmlak kompleksi kimi müəssisənin faktiki yerləşdiyi ərazi Gədəbəy rayonu Əlinağılar kəndinin cənubunda Şəmkir çayının sağ sahilindədir.
14. DƏDKR X8 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan 2.0076 ha torpaq sahəsinin koordinatları göstərilməklə ünvan (Gədəbəy rayonu, Qalakənd kəndi) hər ikisinin ünvanı eyni əmlak kompleksi kimi qeyd edilmişdir.
15. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(042)-472/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi təmin edilməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisi, eləcədə tikilinin yerləşdiyi 20076 kv.m torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq hərraca çıxarılmış, hərracın keçirilməsi barədə Komitənin mətbu orqa nı olan “Mülkiyyət” qəzetində müvafiq elan verilmiş və 27 oktyabr 2006-cı il tarixdə keçirilmiş hərracın qalibi kimi X4 yarımçıq tikili üçün 9061 manat, onun yerləşdiyi 20076 kv.m torpağa görə isə 1310,76 manat ödəmişdir. Göründüyü kimi Gədəbəy rayonu, Qalakənd kəndi ünvanında yerləşən Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin hərrac vastəsilə X1 qanuni və əsaslı olmuşdur. Hərrac qanuni əsaslarla keçirildiyindən həmin əmlakla bağlı əqdlərin, yəni alqı-satqı müqavilələrinin etibarsızlığı, eləcədə onun əsasında verilmiş çıxarışların və cizgi planının ləğvi özlüyündə istisna olunmuşdur.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia müddətini ötürməməsi barədə dəlillərinə tənqidi yanaşır. Çünki mübahisəli daşınmaz əmlaka dair ilk ölçmə işləri Cavabde h2 adına ilkin çıxarış qeydə alınarkən, yəni 2010-cu ildə aparılmışdır. İddiaçı bildirdiyi kimi, həqiqətən də o, uzun illər həmin balıqçılıq təsərrüfatının tikilisində yaşamışdırsa, 2010-cu ildə ərazidə aparılan ölçmə işlərindən məlumatlı olmaqla həmin balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin Cavabdeh2 adına özlləşdirildiyini bilmiş və yaxud bilməli olmuşdur. Həmin vaxtdan isə 10 ildən çox vaxt keçmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində müəyyən olunmuş 10 illik iddia müddətini ötürmüşdür.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135, 139.1, 146.1, 146.2, 152.1, 157.2, 157.4, 337.1, 567, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 106, 217.4, 216220, 227, 358-360, 362-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Əliyеv Оktаy İbrаhim оğlu və оnun qаrdаşı Əliyеv Surхаy İbrаhim оğlu Şəmkir rаyоn 11 sаylı Ərаzi İdаrəsinin əməkdаşlаrı ilə əlbir olaraq onun yаşаdığı еvlərin və Bаlıqçılıq təsərrüfаtının tоrpаq ərаzisini qаnunsuz оlаrаq zəbt еtmişlər. Cavabdehlər Gədəbəy rаyоn Plаnkənd kəndində yаşаdıqlаrı və inzibаti ərаzi vаhidliyinə əsаsə n həmin kəndin sаkinləri olduqları halda, Əlinаğılаr kəndinin ərаzisində yеrləşən mеşə fоndu tоrpаğının ərаzisini öz tоrpаq sаhələri kimi qеydiyyаtа аldırmışlаr. Halbu ki, Əliyеv Оktаy İbrаhim оğlunun tоrpаq sаhəsinin təyinаtı Qаlаkənd kəndi ərаzisində özəlləşmiş sənаyе, nəqliyyаt, rаbitə və müdаfiə tоrpаqlаrı üzərində оlаn əmlаk kоmplеksi kimi göstərilmişdir. Belə olan halda istər Qаlаkənd kəndinin istərsə də Plаnkənd kəndinin ərаzi vаhidliyi və Bаlıqçılıq təsərrüfаtının tоrpаğının ərаzisi bu iki ərаzi vаhidliyinə dахil оlmаmаqlа uzаq bir ərаzidə yеrləşir. Əliyеv Оktаy İbrаhim оğlunа məхsus tоrpаq sаhəsinin və tikilinin Gədəbəy rаyоnu, Pаlаnkənd kəndi göstərildiyi hаldа tоrpаq sаhəsinin kоrdinаtlаrı və tikililər Gədəbəy rаyоnu, Əlinаğılаr kəndi ərаzisində ona məхsus yеrə işlənmişdir. Qеyd оlunаn tоrpаq sаhəsi Bаlıqçılıq təsərrüfаtının işçisi kimi аncаq ona sаtılа bilərdi. Tоrpаq sаhəsi mеşə fоndu tоrpаq sаhəsi оluğundаn ona sаtılmаmış və təklif еdilməmişdir. Onun tikili və tоrpаq sаhəsinə dаir ilkin sənədləri üzrə 2005-ci ilədək оlаn dövr üzrə qeydiyyat vəsiqəsi vаrdır, lakin hüquqlarının qеydiyyаtа аlınmаsındаn qаnusuz оlаrаq imtinа edilmişdir. Beləliklə iş üçün əhəmiyyət kəsb еtməsinə bахmаyаrаq birinci instansiya məhkəməsi onun qеydiyyаt vəsiqələrini və еvlərin Gədəbəy rаyоnu Əlinаğılаr kəndinin ərаzisində yеrləşməklə müəssisəsinin tikililəri оlmаsı, eləcədə həmin tikililərin özəlləşdirilməsi, cаvаbdеhlərə аid çıхаrışdа isə Gədəbəy rаyоnunun Qаlаkənd və Plаn kəndinin ərаzi vаhidliyi göstərilməsi nəzərə almamışdır. Həmçinin cаvаbdеh tərəfindən rеyеstr kitаblаrının gizləd ilmiş, Dаşınmаz Əmlаkın Dövlət Rеyеstri Хidməti Şəmkir rаyоn 11 sаylı Ərаzi İdаrəsi isə iş üçün əhəmiyyətli olan sənədləri təqdim etməmişdir.
21. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-605/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, hərrac qanuni əsaslarla keçirildiyindən həmin əmlakla bağlı əqdlərin, yəni alqı-satqı müqavilələrinin etibarsızlığı, eləcədə onun əsasında verilmiş çıxarışların və cizgi planın ləğvi özlüyündə istisna olunur. Birinci instansiya məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normaları düzgün tətbiqi edilmiş, apellyasiya şikayətində göstərilənlər əsassız olmaqla formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmiş və qətnamənin ləğvi üçün heç bir hüquqi əsas olmamışdır.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.1, 324, 329.1, 329.2, 331.1, 334.1, 337.1, 567 və 646.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil Nümayəndə) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışd ır.
26. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146 və 152.1-ci maddələrinə, “Özəllədirilən dövlət müəssisəvə оbyеktlərin hаbеlə və fiziki şəхslərə dövlət əmlаkının özəlləşdirməsi bаrədə Əsаsnаmənin” 3,4 və 10-cu bəndlərinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasinin Konstitusiyası
28. Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Maddə
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməs inin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;...
31. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
36. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
37. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
38. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
39. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
40. Maddə 416.1. Bu Məcəlləd ə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
41. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
42. Maddə 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.
43. Maddə
109. Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaq la bağladıqları əqdlər etibarsız hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
44. Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
45. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 46.2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair idd ialara (mübahisələndirmə haqqında iddia);... 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
48. Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.
49. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxsl ər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
50. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
51. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyi ldirsə4...
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıd ır.
57. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
58. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarı 59.
1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. 60.
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 61.
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin i ştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 62. 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlar ından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 63. 15.4.... inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya bax ışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiy a şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
67. Belə ki, iddiaçı ərizəsində qeyd olunan faktik hallara istinadla aşağıdakı tələləri irəli sürmüşdür: 1. daşınmaz əmlakın (yarımçıq tikilinin və torpaq sahəsi barədə) özəlləşdirmənin etibarsız hesab edilməsi; 2. 02 noyabr 2006-cı il tarixli, 568 nömrəli müəssisənin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 3. 27 oktyabr 2006-cı il tarixli, 1 nömrəli hərracın protokolunun etibarsız hesab edilməsi; 4. həmin özəlləşdirmə prosesi əsasında verilmiş 8 noyabr 2006-cı il tarixli, 000678 nömrəli (dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair) şəhadətnamənin etibarsız hesab edilməsi; 5. 17 iyul 201 7-ci il tarixli, AN-1N seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 6. 24 fevral 2022-ci il tarixli, 4Ə-294 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 7. 29 may 2010-cu il tarixli, MA seriya 20045860 nömrəli çıxarışın və 29 iyul 2011-ci il tarixli, RX seriya 138734 nömrəli çıxarışın, 9 mart 2022-ci il tarixli, qeydiyat nömrəsi ********** olan və 9 mart 2022-ci il tarixli, ********** nömrəli çıxarışın və cizgi planın ləğv edilməsi.
68. Məhkəmə kollegiyası qeyd edir ki, 1-ci tələb (daşınmaz əmlakın (yarımçıq tikilinin və torpaq sahəsi barədə) özəlləşdirmənin etibarsız hesab edilməsi) mahiyyəti etibarilə inzibati hüquq münasibətlərindən irəli gəlir və həmin tələbin inzibati məhkəməyə aid olubolmaması məhkəmələr tərəfindən araşdırılmamışdır.
69. B elə ki, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanunun 1.0.1-ci maddəsinə görə, dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir.
70. Yəni özəlləşmə dedikdə, əmlakın dövlət mülkiyyətindən çıxarılıb alıcıya təhvil verilənədək qərarların qəbul edilməsi və bununla bağlı faktiki hərəkətlər başa düşülür. 71. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanunun 1.0.3-cü maddəsinə görə özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir.
72. Həmin Qanunun «Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərarın qəbul edilməsi» adlanan 15.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir.
73. Həmin Qanunun 1.0.2-ci, 7.1-ci, 15.1-ci, 16.2-ci və 23.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir (Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli Fərmanın 2.2-ci bəndi).
74. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərm anı ilə təsdqi edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 13-cü bəndinə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir.
75. Göründüyü kimi, özəlləşdirmə fəaliyyəti inzibati orqan tərəfindən həyata keçirilir. Bu fəaliyyət publik olmaqla, hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunur. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hüquq münasibəti inzibati hüquqi münasibətdir, inzibati orqan həmin münasibətdə hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan ictimai idarəetmə ilə bağl fəaliyyət göstərir.
76. Bundan başqa, yuxarıda şərh olunanlardan göründüyü kimi, tikilinin və torpaq sahəsinin alqı-satqı müqaviləsi, tikilinin və torpaq sahəsinin satılması üzrə hərracların nəticələrinə, hərracların keçirilməsi isə tikilinin və torpaq sahəsinin özəlləşdirilməsi haqqında qərarlara əsaslanır. Torpaq sahəsi və tikili ayrı-ayrılıqda özəlləşdirilmişdir. Bu halda tikilinin və torpaq sahəsinin alqı-satqısı barədə müqavilələrin və şəhadətnamələrin etibarsız hesab edilməsi üçün, tikilinin və torpaq sahəsinin satılması üçün hüquqi əsas təşkil etmiş qərarlar (və ya bütövlükdə özəlləşdirilməsi) mübahisələndirilməlid ir.
77. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndi).
78. İşə baxmış məhkəmələr bu halları araş dırmamışdır. Nəzərə alınmalıdır ki, MPMnin 31.1-ci maddəsinin imperativ tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. İş üzrə məhkəmə aidiyyətinin müəyyən olunması məhkəmənin vəzifəsidir. Çünki məhkəmə aidiyyəti işə səlahiyyətli məhkəmə tərəfindən baxılmasını ehtiva edir və hər bir halda məhkəmələr tərəfindən işə səlahiyyətli məhkəmə tərəfindən baxılması təmin edilməli, başqa sözlə aidiyyət qaydalarına dəqiq əməl olunmalıdır. Bununla bağlı hüquqi əhəmiyyət kəsb edən halların müəyyən edilməsi, həmin halların müəyyən olunması üçün zəruri olduğu halda sübutların əldə edilməsi tərəflərin ixtiyarına buraxılmamalı, bu cür subutları təqdim etmək tərflərdən tələb olunmalı, təqdim olunmadığı halda məhkəmə prosessual aktivlik göstərib bu cür sübutları əldə etməlidir.
79. İddia ərizəs inin mümkünlüyü mərhələsində həll olunmalı vacib məsələlərdən biri – işin ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olub-olmamasıdır. Əgər işə məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə tərəfindən iddia ərizəsi geri qaytarılmalıdır (MPM-nin 52.1.3-cü maddəsi).
80. Əgər inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plen umunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndi).
81. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda mübahisəli tikililərin Cavabdeh2 özəlləşdirilməsinin Komitənin xx.xx.2006-cı il tarixli sərəncamı əsasında həyata keçirildiyi bildirilmişdir (1-ci cild, səh 159). Lakin həmin sərəncam işə əlavə olunmamışdır.
82. Torpaq sahəsinin özəlləşdirilməsi barədə sərəncamın olması isə ümumiyyətlə araşdırılmamışdır. Halbuki, iddia tələbində irəli sürülən “özəlləşmənin etibarsız sayılması” tələbi məhz həmin qərarlarla bağlıdır. Ümumiyyətlə “özəlləşmə” dövlət əmlakının alıcıların mülkiyyətinə verilməsi ilə bağlı kifayət qədər geniş fəaliyyətdir. Buna görə də “özəlləşmənin etibarsız sayılması” dedikdə iddiaçının məhz nə yi nəzərdə tutması, bu tələbin nəyi ehtiva etməsi müəyyən olunmamışdır.
83. Məhkəmənin iddia tələbində irəli sürülmüş “özəlləşmənin etibarsız sayılması” tələbini rədd etməsi və bu zaman «Balıqçılıq təsərrüfatının yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin hərrac vastəsilə X1 qanuni və əsaslı olmuşdur» əsaslandırması, faktiki olaraq inzibati orqanın qərar və hərəkətlərinin qiymətləndirilməsini ehtiva edir.
84. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddiaçı həmin özəlləşdirmə prosesi əsasında verilmiş 8 noyabr 2006-cı il tarixli, 000678 şəhadətnamənin, 29 may 2010-cu il tarixli, MA seriya 20045860 nömrəli çıxarışın və 29 iyul 2011-ci il tarixli, RX seriya 138734 nömrəli çıxarışın, 9 mart 2022-ci il tarixli, qeydiyat nömrəsi ********** olan və 9 mart 2022-ci il tarixli, *** ******* nömrəli çıxarışın və cizgi planın ləğvi tələbinin həm də belə əsaslandırır ki, « … Cavabdeh2 yalnız müəssisənin yarımçıq tikilisi satılmış torpaq sahəsi və ona aid qeydiyyat vəsiqəsində göstərilən tam tikililər isə özəlləşdirilmə prosesinin əsasını təşkil etməmişdir. Cavabdeh3, Cavabdeh4 verilmiş çıxarışlarda göstərilən tikililər və torpaq sahəsi satılmadığı halda, onların adına torpaq sahəsinin və onun adına qeyd olunan tikililərə dair verilmiş çıxarış üzrə mülkiyyət hüququnun qeydiyyatının aparılması əsassız olmuşdur. Qeyd olunan yarımçıq tikilinin və torpaq sahəsinin mərhum Cavabdeh2 adına özəlləşdirilməsi əsassız olmuşdur. Belə ki, Cavabdeh2 balıqçılıq təsərrüfatında heç bir zaman işləməmişdir».
85. İddiaçının bu əsaslandırması, bilavasitə inzibati orqanın fəaliyyəti ilə bağl ıdır. Belə ki, iddiaçının «yarımçıq tikilinin və torpaq sahəsinin mərhum Cavabdeh2 adına özəlləşdirilməsi əsassız olmuşdur. Belə ki, Cavabdeh2 balıqçılıq təsərrüfatında heç bir zaman işləməmişdir» dəlili özəlləşməni həyata keçirən orqanın özəlləşmə üzrə hərəkətinin qanuniliyinin araşdırılmasını tələb edir. İddiaçının «özəlləşmənin etibarsız sayılması» tələbini irəli sürməklə məhz bunu nəzərdə tutması araşdırılmayıb.
86. İddiaçının « … Cavabdeh2 yalnız müəssisənin yarımçıq tikilisi satılmış torpaq sahəsi və ona aid qeydiyyat vəsiqəsində göstərilən tam tikililər isə özəlləşdirilmə prosesinin əsasını təşkil etməmişdir. Cavabdeh3, Cavabdeh4 verilmiş çıxarışlarda göstərilən tikililər və torpaq sahəsi satılmadığı halda, onların adına torpaq sahəsinin və onun adına qeyd olunan tikililərə dair ver ilmiş çıxarış üzrə mülkiyyət hüququnun qeydiyyatının aparılması əsassız olmuşdur» dəlili isə, açıq-aşkar şəkildə qeydiyyat orqanının fəaliyyətinin qanuniliyi ilə bağlıdır.
87. Ali Məhkəmənin Plenumunun yuxarıda adı çəkilən 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
88. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmuşdur. Bu hal MPM-nin 418.1-ci maddəsinə görə apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır.
89. Hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmədı iddia iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir.
90. Az ərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı tərtib olunmalıdır.
91. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.
92. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-605/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.