Məhkəmə qərarları › İş №2(102)-258/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-258/2022

18.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-258/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı (Bakı şəhəri 14 saylı Notariat Ofisi maraqlı şəxs olmaqla) iş üzrə QƏRARİ iş № 2(102)-258/22 (Açar sözlər: müqavilənin etibarsızlığı, iddia müddəti) Bakı şəhəri, 18 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı (Bakı şəhəri 1 4 saylı Notariat Ofisi maraqlı şəxs olmaqla) “kredit müqaviləsinin, ərizənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi, xüsusi qərardadın çıxarılması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2227/2021 saylı, 12.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayon 1 saylı Notariat Ofisində bağlanmış 08.07.2017-ci il tarixli 8İ3660 reyestr nömrəli kredit müqaviləsinə əsasən, borc verən Cavabdeh2 borc alan İddiaçı 10000 (on min) manat məbləğində pulu borc vermiş, İddiaçı isə borcunu 08.09.2017-ci il tarixədək faizsiz olaraq Cavabdeh2 qaytarmağı öz öhdəsinə götürmüşdür. Abşeron rayon Məhkəməsinin 2(012)-171/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək, İddiaçı 10000 (on min) manat məbləğində pulun alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. İddiaçı tərəflər arasında bağlanmış borc müqaviləsinin etibarlı müqavilə olmaması əsası ilə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonra isə iddia tələbinə dəqiqləşdirmə ünvanlayaraq, Cavabdeh2 onun etibarından sui-istifadə edərək qabaqcadan vəd etdiyi pulu ona vermədiyi, lakin həmin müqavilənin bağlanmasına nail olduğu, o cümlədən onu aldadaraq, faktiki olaraq pul vermədiyi halda, vəziyyəti pul vermiş olduğu kimi rəsmiləşdirdiyi və bununla da, alda tma yolu ilə əqd bağladığı üçün - 10 000 (on min) manat məbləğində borc pulun verilməsinə dair Abşeron rayonu 1 saylı Notariat Ofisində bağlanmış 08.07.2017-ci il tarixli 8İ-3660 reyestr nömrə “Kredit müqaviləsi”nin etibarsız sayılması, maraqlı şəxs olan Notariat Ofisinin 15.07.2020-ci il tarixli 1409 saylı məktubunda göstərilən kimi, onun daha əvvəl verdiyi ərizəni sonradan özünün notarial qaydada təsdiq etdirdiyi 15.07.2020-ci il tarixli 8İ-8100 reyestr nömrəli digər ərizəsi ilə ləğv etdiyi üçün - torpaq sahəsindəki tikilidən imtinaya dair Bakı şəhəri 14 saylı Notariat Ofisində verilmiş 01.02.2018-ci il tarixli 7E-1842 reyestr nömrəli “Ərizə”nin etibarsız sayılması, Abşeron rayon Masazır Bələdiyyəsinin 29.06.2020-ci il tarixli 01/01-05/70 saylı arayışı, Abşeron r-n Polis İdarəsinin TŞ-ni n 16.03.2020-ci il tarixli HK-1/1554 saylı qərarı, şahidlərin tərtib etdiyi 05.10.2020-ci il tarixli akt, Bakı şəhəri 14 saylı Notariat Ofisinin 15.07.2020-ci il tarixli 1409 saylı məktubu və Notarial təsdiq olunmuş 15.07.2020-ci il tarixli 8İ-8100 reyestr nömrəli ərizəni rəhbər tutularaq, evi onun şəxsən tikdirdiyi, 2011-ci il tarixdən indiyə qədər orada ailəsi ilə birlikdə yaşadığı, o cümlədən evlə bağlı təsərrüfat işlərini özü apardığı üçün - Cavabdeh2 adına qeydə alınmış 28.12.2018-ci il tarixli **********6-10301 reyestr nömrəli “Çıxarış”ın ləğv edilməsi, onun etibarından sui-istifadə edərək vəd etdiyi pulu ona vermədiyi, lakin həmin müqavilənin bağlanmasına nail olduğu, onu aldadaraq faktiki pul vermədiyi halda, vəziyyəti pul vermiş kimi rəsmiləşdirdiyi və aldatma yolu ilə əqd bağladı ğı üçün-Cavabdeh2 ona vurduğu 10 000 (on min) manat, o cümlədən Cavabdeh2 tikmədiyi evi onun düşüncəsində yanlış rəy yaratmaqla öz adına keçirməsi ilə bağlı vəd verdiyi, lakin sonradan ödəmədiyi 25 000 (iyirmi beş min) manat pulun toplanmaqla, cəmdə 35 000 (otuz beş min) manat dəymiş maddi ziyan, eyni zamanda bu müddət ərzində cavabdehin əməllərinə görə onun yaşadığı stress və həyəcan nəticəsində 50 000 (əlli min) manat məbləğində dəymiş mənəvi zərərin Cavabdeh2 alınaraq onun xeyrinə ödənilməsi və etibardan sui-istifadə edərək vəd etdiyi pulu vermədiyi, bu halda vəziyyəti pul vermiş kimi rəsmiləşdirdiyi və aldatma yolu ilə əqd bağladığı, o cümlədən özünün tikmədiyi və ona məxsus olmayan evi onun düşüncəsində yanlış rəy yaratmaqla öz adına keçirtdiyi üçün - Cavabdeh2 barəsində xüsusi qəra rdad çıxarılmaqla prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Abşeron Rayon Məhkəməsinin 2(012)-355/2021 nömrəli, 12.03.2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia rədd edilmişdir.

4. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında 08.07.2017-ci il tarixli 8İ-3660 reyestr nömrəli kredit müqaviləsi bağlanmasından məhkəməyə həmin müqavilənin etibarsız sayılması barədə iddia tələbi ilə müraciət edən günədək 3 ildən çox müddət keçmişdir.

5. Halbuki, əqdin etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən müddətlər müəyyən edilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdi n bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Lakin, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı mübahisə predmeti olan 08.07.2017-ci il tarixli, 8İ-3660 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.

6. Məhkəmə iddia tələbinin digər hissələri ilə bağlı qeyd etmişdir ki, həmin tələblərin də təmin olunmasına əsas verən hallarla bağlı İddiaçı özünün və nümayəndəsinin izahatından başqa hər hansı bir mötəbər sübuta istinad etməmişdi r. Şahid ifadələri isə işin mahiyyətinə təsir edəcək dərəcədə olmadığından məhkəmə həmin izahatlara və ifadələrə tənqidi yanaşaraq hesab etmişdir ki, iddia tələbi bu hissələrdə də rədd edilməlidir.

7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Tağızadə - sədrlik edən və məruzəçi, L.Məmmədova və T.Quliyev) 2(105)-2227/2021 nömrəli, 12.07.2021-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilmədən, Abşeron Rayon Məhkəməsinin 2(012)-355/2021 nömrəli, 12.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən iddia müddəti nin ötürülməsinə istinad etmiş, gəlinən nəticə qanuni və əsaslı olmaqla, işin araşdırılmış faktiki hallarına tam uyğun olmuşdur.

10. Məhkəmə kollegiyası iddiaçının məhkəmə tərəfindən iddia müddətinin düzgün tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etməmişdir.

11. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı işti rakçılarının izahatları

14. İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh2 məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır.

16. Dİgər cavabdeh və maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlə r və ya əhəmiyyətsiz əqdlər ola bilər.

18. Maddə. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

19. Maddə. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

20. Maddə. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının M ülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 25. gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə

26. İddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla, hüquqi qiymət verilmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Fiziki və hüquqi şəxslər öz şəxsi və əmlak hüquqlarının, habelə qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır.

28. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddəti nin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

29. Kasssasiya kollegiyası qeyd edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə 07.07.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanunverici başqa şə xsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

31. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərb aycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə t ərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

32. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə, iddianın rədd olunması barədə düzgün qənaətə gəlmişdir.

33. Kollegiya bir məsələnin də qeyd olunmasını zəruri hesab edir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-171/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddia tələbi təmin edilərək, İddiaçı 10000 (on min) manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə həmin işə baxarkən qeyd olunan müqaviləni etibarlı müqavilə kimi dəyərləndirərək iddianı təmin etmişdir. Belə olan halda, iddiaçının formal mülah izələrə əsaslanan, hər hansı sübutla təsdiq olunmayan dəlilləri qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas ola bilməz.

34. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur.

36. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2227/2021 saylı, 12.07.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxl anılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar