Məhkəmə qərarları › İş №2(102)-258/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-258/2024

23.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-258/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və X7 cavabdehlər Cavabdeh2, X11 və Cavabdeh3, üçüncü şəxs Masallı rayon Qəriblər Bələdiyyəsinə qarşı QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və X7 cavabdehlər Cavabdeh2, X11 və Cavabdeh3, üçüncü şəxs Masallı rayon Qəriblər Bələdiyyəsinə qarşı «özbaşına tikilinin sökülməsi» tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-121/2023 nömrəli, 06 sentya br 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2024-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Masallı Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(050)-605/2019 saylı qətnaməsi ilə, iddiaçılar X5 və X7 cavabdehlər Masallı rayon Qəriblər bələdiyyəsinə, X32 Xidmət Mərkəzinə və DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər Cavabdeh2, X14, Cavabdeh3 və X6 qarşı AN-İN ******* və AN-İN ******* saylı, 03 aprel 2018-ci il tarixli alğı-satqı müqavilələrinin, eləcə də iş üzrə üçüncü şəxslərlə bağlanan eyni tipli alğı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilələrdən irəli gələn çıxarışların etibarsız sayılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

2. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(106)-145/221 saylı qətnaməsi ilə, iddiaçılar İddiaçı1 və X15 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-605/2019 saylı, 01 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə X12 arasında 03 aprel 2018-ci il tərixdə bağlanmış 0.8 ha torpaq sahəsinın özgəninkiləşdirilməsinə dair AN-İ N0647062 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinın etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 aprel 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* qeydiyyat, **********48 reyestr nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsi üçün ödənilmiş 1600 manat pulun Masallı rayonu Qəriblər Bələdiyyəsindən tutularq X8ə ödənilməsi, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə X16 arasında 03 aprel 2018-ci il tarixdə bağlanmış 0.6 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ N647064 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələlərı Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 aprel 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* qeydiyyat, **********45 rey estr nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli torpaq səhəsi üçün ödənilmiş 1200 manat pulun Masallı rayonu Qəriblər Bələdiyyəsindən tutularaq Cavabdeh1 ödənilməsi, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə Cavabdeh2 arasında 03 aprel 2018-ci il tarixdə bağlanmış 0.12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ N0647064 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 aprel 2018-cı il tarixdə verilmiş RX seriyalı, ******* qeydiyyat, **********46 reyestr nömrəlı çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsi üçün ödənilmiş 2400 manat pulun Masallı rayonu Qəriblər Bələdiyyəsindən tutularaq Cavabdeh2 ödənilməsi, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə X17 arasında 03 aprel 2018-ci il tarixdə bağlanmış 0.06 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ N0647063 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 aprel 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* qeydiyyat, **********47 reyestr nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsi üçün ödənilmış 1200 manat pulun Masallı rayonu Qəriblər Bələdiyyəsindən tutularaq Cavabdeh3 ödənilməsi və ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)-6301/2021 saylı qərarı ilə, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh1 və X17 tərəfindən birgə, Cavabdeh2 tərəfindən ayrıca verilmiş kasassiya şikayətləri təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(106)-145/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və X15 cavabdehlər Cavabdeh2, X11 və Cavabdeh3, üçüncü şəxs Masallı rayon Qəriblər Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Qəriblər kəndində yerləşən və 1940-cı illərdən kənd stadionu qismin də kənd sakinlərinin istifadəsinə verilən 0.60 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddia onunla əsaslandırılmışdır ki, Masallı rayonu Qəriblər kəndində sakinlərin ümumi istifadəsində olan 0.60 ha torpaq sahəsi 1940-cı illərdən kənd stadionu qismində əhalinin istifadəsinə verilmişdir. Stadion tipli hazırlanan bu idman meydançasından bütün kənd sakinləri, xüsusən uşaqlar, yeniyetmələr və gənclər istifadə edirlər. Hətta 2007-ci ildə stadion bələdiyyənin və icra nümayəndəliyinin, eləcə də Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəy, akt və qərarlarına əsasən rəsmiləşdirilmişdir. Bir sıra qurumların birgə imzası ilə 2007-ci ildə təsdiq olunan qərara əsa sən 0.60 ha torpaq sahəsi rəsmi olaraq kəndin stadionu üçün ayrılmışdır. Eyni zamanda Masallı rayon Qəriblər bələdiyyəsinin “X1 Çıxarış”dan görünür ki, 0.60 torpaq sahəsi stadion üçün ayrılmışdır. Bununla yanaşı orada kəndin iki inzibati binası olan icra nümayəndəliyi və Bələdiyyə binasının tikintisi üçün də stadiona bitişik olan 0.04 ha torpaq sahəsində yer ayrılmışdır. Bütün bunlara baxmayaraq bələdiyyənin sədri stadiona aid və inzibati binanın tikintisi üçün ayrılan torpaq sahəsini külli miqdarda qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı şəxslərə satmışdır. Bununla da kəndin ictimai maraqlarına zidd olaraq ümumi istifadədə olan torpaq sahəsi istifadədən çıxmaq təhlükəsi ilə üzləşmişdir. Həmin torpağın 2007-ci ildə bələdiyyə qərarı ilə ümumi istifadəyə ayrılmasına baxmayaraq bələdiyyə bu s ahəni əsassız satmışdır. Bu səbəbdən Masallı rayon Qəriblər bələdiyyəsinin Cavabdeh2, X14, Cavabdeh3 və X13 ilə bağlamış olduğu alğı-satqı müqavilələrinin ləğv olunması, eləcədə iş üzrə üçüncü şəxslərlə bağlanmış eyni tipli alğı-satqı müqavilələrin ləğv edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız sayılması barədə məhkəməyə müraciət edilmişdir. Beləliklə, hazırda cavabdehlər qeyd edilən torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparmışlar. Tikintinin aparılmasının qanunsuz olduğu barədə cavabdehlərə dəfələrlə məlumat verilsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

6. İddiaçı X15 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin uzun illər əvvəl Qəriblər kəndinin əhalisi üçün fu tbol meydançası məqsədi ilə ayrılmış olması hər kəsə məlum bir haldır. Hətta cavabdehlər özləri də torpaq sahəsini alarkən həmin ərazinin futbol meydançası olduğunu bilmişlər. Bu barədə onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar ərazini alaraq orada özlərinə fərdi yaşayış evləri tikmiş, hətta sahənin kənarlarını da çəpərləmişlər. Cavabdehlər torpaq sahəsinin təyinatının dəyişmiş olduğunu, bu səbəbdən həmin sahəni ala biləcəklərini bildirmişlər. Daha sonra cavabdehlərə verilmiş çıxarışların ləğvi barədə məhkəmədə iddia qaldırılmasına baxmayaraq, onlar məhkəmənin yekun qərarını gözləmədən orada tikinti işləri aparmağa başlamışlar. Hazırda cavabdehlərin hüquqmüəyyənedici sənədlərinin ləğv edilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin yekun qərarı vardır. Bu isə onu deməyə əsas verir ki, hazırda futbol meydançasının ərazisində inşa edilmiş həmin fərdi yaşayış evləri, həmçinin dəmir materialdan olan çəpərlər qanunsuz tikili statusuna malikdirlər. Bu səbəbən orada olan mövcud tikililər sökülməli və stadion yenidən kənd camaatının ümumi istifadəsinə verilməlidir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir.

7. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl həmin torpaq sahəsinin Qəriblər kəndinin əhalisi üçün ayrılmış stadionun ərazisi olduğu, orada tikinti işlərinin aparılmasına başlamamaları barədə xəbərdalıq edilməsinə baxmayaraq, cavabdehlər onların hüquqmüəyyənedici sənədlərinin qüvvədə olduğunu, bu səbəbdən tikinti işlərini aparacaqlarını onlara bild irmişdir. Daha sonra uzun müddət davam edən məhkəmə mübahisəsinin nəticəsi olaraq torpaq sahəsinin cavabdehlərə satılmasına dair bağlanmış alqı-satqı müqavilələri, eləcədə cavabdehlərin adına verilmiş çıxarışlar ləğv edilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh X14 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o da, iddiaçılar kimi Masallı rayonu Qəriblər kəndində anadan olmuş və orada yaşamışdır. Daha sonra işi ilə əlaqədar olaraq bir neçə il ölkə xaricində yaşamaq məcburiyyətində qalmışdır. Həmçinin müharibə veteranı olmaqla torpaqların azad olunmasında yaxından iştirak etmişdir. Hesab edir ki, Qəriblər kəndinin hər bir sakini kimi onun da kəndin ərazisində fərdi yaşayış evinin olması haqqıdır. Bu məqsədlə də torpaq sahəsi almışdır. Lakin o, torpaq sahəs ini alarkən heç bir qanunsuzluğa yol verməmişdir. Belə ki, rəsmi şəkildə satılan torpaq sahəsini rəsmi alaraq orada özünə fərdi yaşayış evi inşa etdirməyə başlamışdır. Aldığı sahənin daha əvvəllər futbol meydançası olduğunu bilmişdir. Lakin Masallı rayonu Qəriblər Bələdiyyəsinin sədri onu və digər cavabdehləri torpaq sahəsinə dair yeni sənədlərin alındığını və artıq bələdiyyə tərəfindən sahənin qanuni şəkildə satıla biləcəyinə inandırmışdır. Daha sonra isə daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona həmin torpaq sahəsinə dair çıxarış da verilmişdir. Əgər alğı-satqı müqaviləsi saxta və qanunsuz idisə, hansı səbəbdən daşınmaz əmlak idarəsi onlara çıxarış verməli idi? Bu isə onu deməyə əsas verir ki, baş vermiş hadisələrdə onun heç bir təqsiri yoxdur. Odur ki, qeyd etdiyi xüsusatları nəzə rə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 18 iyul 2022-ci il tarixli, 10/4031 saylı ekspert rəyində qeyd edilmişdir ki, Masallı rayonu Qəriblər kəndində iddiaçıların iddia etdiyi mübahisələndirilən ərazi kimi plana alınmış 0,60 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Masallı rayonu Qəriblər kəndində iddiaçıların iddia etdiyi mübahisələndirilən ərazi kimi plana alınmış 0,60 ha torpaq sahəsinin hüdudları daxilində iddia tələbinə görə Cavabdeh2 (RX N1272745) **********46 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı ha qqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0.12 ha, faktiki istifadəsindəki 0,1260 hektaradək torpaq sahəsində (11.6 m X 10,5 m) tikilialtı sahəsi 123,0 m2 olan evin, tikilialtı sahəsi olan 62.8 m2 sarayın (köməkçi tikilinin) və tikilialtı sahəsi 7.7 m2 sanitar qovşağın, cavabdeh X9 (RX N1272739) **********45 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0,06 ha, faktiki istifadəsindəki 0,1386 hektaradək torpaq sahəsində (12.6 m X 11.0 m) tikilialtı sahəsi 138,7 m2 olan yarımçıq tikilinin, Cavabdeh3 (RX N1272 738) **********47 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0,06 ha, faktiki istifadəsindəki 0,0622 hektaradək torpaq sahəsində (12.0 m X 10,4 m) tikilialtı sahəsi 124,6 m2 olan evin və cavabdeh X3 (RX N1272737) **********48 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0,08 ha, faktiki istifadəsindəki tikilisi olmayan 0,0824 hektaradək torpaq sahəsinin yerləşdiyi müəyyən olunmuşdur. Masallı rayonu Qəriblər kəndində iddiaçıların iddia etdiyi mübahisələndirilən əra zi kimi plana alınmış 0.60 ha torpaq sahəsinin hüdudları daxilində iddia tələbinə görə Cavabdeh2 (RX N1272745) **********46 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0,12 ha, faktiki istifadəsindəki 0.1260 hektaradək torpaq sahəsində (11.6 m X 10,5 m) tikilialtı sahəsi 123,0 m2 olan evin, tikilialtı sahəsi 62,8 m2 olan sarayın (köməkçi tikili) və tikilialtı sahəsi 7,7 m2 sanitar qovşağın inşa edildiyi və dəmir profillə çəpərləndiyi müəyyən edilmişdir. Masallı rayonu Qəriblər kəndində iddiaçıların iddia etdiyi mübahisələndirilən ərazi kimi plana alınmış 0,60 ha torpaq sahəsinin hüdudları daxilində iddia tələbinə görə cavabdeh X9 (RX N1272739) **********45 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0.06 ha, faktiki istifadəsindəki 0.1386 hektaradək torpaq sahəsində (12.6 m X 11,0 m) tikilialtı sahəsi 138,7 m2 olan yarımçıq tikilinin inşa edildiyi və dəmir profillə çəpərləndiyi müəyyən edilmişdir. Masallı rayonu Qəriblər kəndində iddiaçıların iddia etdiyi mübahisələndirilən ərazi kimi plana alınmış 0.60 ha torpaq sahəsinin hüdudları daxilində iddia tələbinə görə Cavabdeh3 (RX N1272738) **********47 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0.06 ha, faktiki istifadəsindəki 0,0622 hektaradək torpaq sahəsində (12.0 m X 10,4 m) tikilialtı sahəsi 124.6 m2 olan evin inşa edildiyi və dəmir profillə çəpərləndiyi müəyyən edilmişdir. Masallı rayonu Qəriblər kəndində iddiaçıların iddia etdiyi mübahisələndirilən ərazi kimi plana alınmış 0,60 ha torpaq sahəsinin hüdudları daxilində iddia tələbinə görə cavabdeh X3 (RX N1272737) **********48 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0.08 ha, faktiki istifadəsindəki tikilisi olmayan 0.0824 hektaradək torpaq sahəsinin dəmir profillə çəpərləndiyi müəyyən edilmişdir.

10. Masallı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(050)-31/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Masallı rayonu Qəriblər kəndində yerləşən, futbol stadionu kimi sakinlərin ümumi istifadəsinə verilmiş 0.60 ha torpaq sahəsinin hüdudları daxilində Cavabdeh2 tərəfindən inşa edilmiş tikilialtı sahəsi 123 kv.metr olan fərdi yaşayış evi, tikilialtı sahəsi 62.8 kv.metr olan saray (köməkçi tikili), tikilialtı sahəsi 7.7 kv.metr olan sanitar qovşaq və dəmir profildən çəkilmiş çəpər, cavabdeh X14 tərəfindən inşa edilmiş tikilialtı sahəsi 138.7 kv.metr olan yarımçıq tikili və dəmir profildən çəkilmiş çəpər, Cavabdeh3 tərəfindən inşa edilmiş tikilialtı sahəsi 124.6 kv.metr olan fərdi yaşayış evi və dəmir profildən çəkilmiş çəpərin sökülməsi, cavabdehlərin həmin torpaq sahəsindən çıxar ılması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2, X14 və Cavabdeh3 ilə Masallı rayon Qəriblər bələdiyyəsi arasında torpaq sahəsinin müvafiq alqı-satqısına dair müqavilələr bağlanmış, cavabdehlər həmin müqavilələr əsasında onlara satılmış torpaq sahələrinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar əldə etmişlər. Lakin daha sonra yekun məhkəmə qərarı ilə həmin müqavilələr etibarsız hesab edilmiş və müqavilələr əsasında cavabdehlərə verilmiş çıxarışlar ləğv edilmişdir. Hazırda isə iddiaçılar İddiaçı1 və X15 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçılar ictimai maraqlardan çıxış edərək, kəndin futbol stadionunda qanunsuz tikililərin sökülməsini mübahisələndirməkdə müvafiq subyektiv hüquqlara malikdirlər. Belə ki, mübahisəli torpaq sahəsi Masallı rayon Qəriblər Bələdiyyəsinin mülkiyyətində olsa da, ümumi istifadədə olan stadiondur. İş üzrə təyin olunmuş ekspertizanın rəylərində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin Masallı rayonu Qəriblər kəndində yerləşən mübahisəli futbol stadionunun hüdudları daxilində, cavabdehlərin mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərdə nəzərdə tutulmuş sahələrdə inşa edilmiş olması öz təsdiqini tapmışdır. Lakin qeyd olunan hüquqmüəyyənedici sənədlərin ləğv edilmiş olması nəzərə alınarsa, futbol stadionu qismində kən d sakinlərinin ümumi istifadəsinə verilmiş torpaq sahəsinin hazırda cavabdehlərin qanunsuz sahibliyində olması, həmçinin həmin şəxslər tərəfindən inşa edilmiş tikililərin orada mövcudluğu qanunsuzdur.

12. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 47, 111, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Qətnamədən cavabdehlər Cavabdeh2, X14 və Cavabdeh3 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişlər.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızıdır və ləğv edilməlidir. İddia tələbinə görə Masallı ra yonu Qəriblər kəndində sakinlərin ümumi istifadəsində olan 0.60 ha torpaq sahəsi 1940-cı illərdən kənd stadionu qismində əhalinin istifadəsinə verilmişdir. Stadion tipli hazırlanan bu idman meydançasından bütün kənd sakinləri, xüsusən uşaqlar, yeniyetmələr və gənclər istifadə edirlər. 2007-ci ildə 0.60 ha torpaq sahəsi kəndin stadionu üçün ayrılmışdır. Bütün bunlara baxmayaraq bələdiyyənin sədri stadiona aid və inzibati binanın tikintisi üçün ayrılan torpaq sahəsini külli miqdarda qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı şəxslərə satmışdır. Bununla da kəndin ictimai maraqlarına zidd olaraq ümumi istifadədə olan torpaq sahəsi istifadədən çıxmaq təhlükəsi ilə üzləşmişdir. İddia tələbi ilə əlaqəli bildirirlər ki, qeyd olunan torpaq sahəsinin həmin əraziyə aid olmaması və saxta olması şübhə doğ urduğundan, bələdiyyə komissiyası tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı həmin ərazinin yaşayış fondu torpaqlarına aid olduğu müəyyən edilmişdir. Həmin dövrlərə aid qərar və digər sənədlər barədə bələdiyyə arxivində məlumat olmadığı üçün, bələdiyyə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə, Masallı rayon arxivinə yazılı sorğular verilmiş və həmin təşkilatlar bu sənədlər barədə məlumat olmadığını yazılı şəkildə təsdiq etmişlər. Ona görə də "Bələdiyyələrin Statusu haqqında" qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyənin 30 may 2007-ci il tarixli 06 saylı qərarı, hüquqi əsası olmadığı üçün, bələdiyyənin 25 iyun 2018-ci il tarixli 10 saylı qərarı ilə ləğv edilmişdir. Bələdiyyə tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamənin İİİ fəsil bənd 17 və İV fəsil 18, 19, 20, 23 bəndlərinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarından daxil olmuş yerquruluşu sənədlər əsasında yaşayış məntəqəsinin baş planına, rayon memarlıq xidmətinin rəyinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 8 saylı Cəlilabad ərazi dairəsi tərəfindən bələdiyyə mülkiyyətinə yaşayış məntəqələrinin torpaqlarına aid olan torpaq sahəsinə dair ********** saylı çıxarış verilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının verdiyi rəylərdən görünür ki, həmin torpaq sahəsi ümumi istifadədə deyil. Diqqətə çatdırmışlar ki, qeyd olunmuş məsələ ilə bağlı iddiaçılar tərəfindən Şirvan İnzibati-iqtisadi Məhkəməsində iddia q aldırılmış və məhkəmə 2-1(086)-2027/2018 saylı 02 oktyabr 2018-ci il tarixində iddianı mümkün saymamışdır. İş materiallarında olan Masallı rayonu Qəriblər bələdiyyəsinin 25 iyun 2018ci il tarixli 10 saylı iclasının qərarından çıxarışdan görünür ki, bələdiyyənin 30 may 2007-ci il tarixli 06 saylı qərarı ilə torpaq sahəsinin ayrılması barədə qərar ləğv edilmişdir. Birincisi, məhkəmə mübahisə üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli 10/4031 saylı ekspert rəyinə istinad etməklə mübahisəli torpaq sahəsinin yaşayış məntəqələri torpaq sahəsi deyil, ümumi istifadədə olan torpaq sahəsi hesab edərkən, torpaq sahəsinə dair 2019-cu il tarixindən hazırlığı başlanılmış, hal-hazırda isə hazırlanmış Elektro n xəritə Sistemini və həmin xəritə əsasında təkrar məhkəmə ekspertizasının təyin edilməsi zəruriliyini nəzərə almamaqda haqlı olmamışdır. Hesab edirlər ki, məhkəmə araşdırma apararkən yeni hazırlanmış - Elektron xəritə sistemi əsasında təkrar məhkəmə ekspertizasını təyin etməklə mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi deyil, yaşayış məntəqələri torpaq sahəsinə aid olduğunu dəqiqləşdirə bilərdi. İkincisi, hesab edirlər ki, məhkəmə iddia tələbini təmin edərkən həm də “mübahisə predmeti olan torpaq sahəsinin kəndin yaşayış məntəqələri torpaq sahəsinə aid deyil, ümumi istifadədə olan torpaq sahəsinə aiddir” əsasına istinad etmiş, lakin qeyd olunmuş əsasla əlaqəli iddia tələbinə obyektiv qiymət verməmişdir. Belə ki, məhkəmə iddia tələbi üzrə mübahisə predmeti olan torpaq sahəsinin ümumi istifadədə olması ilə bağlı iddiaçıların həqiqətdən uzaq əsaslarına istinad edərkən adı çəkilən torpaq sahəsinin ümumi istifadədə olmaması, kəndin yaşayış məntəqələri torpaq sahəsinə aid olmaqla alqısatqının predmeti olması, bu səbəbdən də həmin sahədə mənzil tikintisinin qanuni olmasını təsdiq edən sübutları nəzərə almamışdır. Eyni zamanda, məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi olmuş Masallı rayonun Qəriblər bələdiyyəsinin iddianın təmin olunmaması barədə mövqeyini də nəzərə almamaqda haqlı olmamışdır. Bununla bağlı sübutları təqdim edirlər: Torpaq sahəsinin faktik vəziyyətinə dair 20 iyun 2017-ci il tarixli müayinə (baxış) aktının surətindən görünür ki, mübahisəli 0.53 hektar bələdiyyə torpağının məqsədli təyinatı və hüquqi rejimi yaşayış məntəqəl əri torpaq sahəsidir. Memarlıq və Tikinti şöbəsinin 05 mart 2018-ci il tarixli rəyində həmin torpaq sahəsi yaşayış kateqoriyalı torpaq sahəsi hesab edilir və həmin sahənin müsabiqə və hərraca çıxarılması yolu ilə mülkiyyətə verilməsinə razılıq verilib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı, torpaq sahəsinin kadastr göstəriciləri, eyni zamanda 24 avqust 2017-ci il tarixli 519 saylı rəyə əsasən torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid hesab edilmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarliq və Tikinti Şöbəsinin 05 iyun 2007-ci il tarixli rəyindən görünür ki, Qəriblər kəndində futbolun inkişaf etdirilməsi məqsədi ilə futbol idman meydançasının tikinti altına istifadəyə ve riləcək torpaq sahəsi kəndin şimalında yerləşir. Qəriblər bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir və ərazi yaşayış məntəqələri təyinatlıdır, Masallı rayonu Qəriblər bələdiyyəsinin tam mülkiyyətindədir. 12 mart 2018-ci il qeydiyyat tarixli çıxarışla torpaq sahəsi Qəriblər bələdiyyəsinin mülkiyyətidir, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Bələdiyyə torpaqlarının yerquruluşu planından çıxarışda mübahisəli torpaq sahəsinin bələdiyyənin ümumi istifadədə olmaması müəyyən olunur. Məhkəmənin 20 oktyabr 2020ci il tarixli sorğusuna İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi və "xxxx" MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş cavabda torpaq sahəsinin hansı təyinatlı olması barədə 29 oktyabr 2020-ci il tarixli arayışda (cavabda) Qəriblər bələdiyyəsinin mülkiyyətində olan həmin 0.53 hektar sahənin Qəriblər kəndinin kompleks yerquruluşu layihəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarına aid olması qeyd olunub. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Apellyasiya Məhkəməsinə göndərdiyi 10 noyabr 2020-ci il tarixli sorğuya cavab məktubunda bələdiyyənin mülkiyyətində olan 0.53 ha torpaq sahəsinin Qəriblər bələdiyyəsinin perspektiv inkişaf Fond torpaq sahəsinə aid olması və yaşayış məntəqələrinin torpaq sahəsi, təyinatı isə həyətyanı olması qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin 15 saylı Ərazi Şöbəsinin 24 avqust 2017-ci il tarixli rəyinə görə həmin torpaq sahəsi Qəriblər bələdiyyəsinin mülkiyyətidir, yaşayış məntəqə sinin torpaqları kateqoriyalı, fərdi mənzil tikinti təyinatlıdır, alqı-satqı təyinatlıdır, mülkiyyətə, icarəyə verilə bilər. Mübahisə predmeti torpaq sahəsi onların mülkiyyətində olmuşdur. Belə ki, Daşınmaz Əmlakın AN-İN ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, 12 mart 2018-ci il tarixli, **********46 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışa əsasən Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən 0.06 ha torpaq sahəsi alqı-satqı qaydasında X2 xüsusi mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakin AN-İN ******* saylı algı-satqı müqaviləsinin surətindən görünür ki, 12 mart 2018-ci il tarixli **********46 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestirinden çıxarışa əsasən Masallı rayon Qəriblər bələdiyyəsinin mülkiyyətindəolan 0.53 ha torpaq sahəsindən 0.12 ha torpaq sahəsi alğı-satqı qaydasında Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. 12 mart 2018-ci il tarixli **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın AN-İN ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, dövlət reyestirindən çıxarışa əsasən Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən 0.06 ha torpaq sahəsi alqısatqı qaydasında X10 xüsusi mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakin AN-İN ******* sayh alqı-satqı müqaviləsinin surətindən görünür ki, 12 mart 2018-ci il tarixli **********46 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestirinden çıxanşa əsasən Masalli rayon Qəriblər bələdiyyəsinin mülkiyətində olan 0.53 ha torpaq sahəsindən 0.08 ha torpaq s ahəsi alqı-satqı qaydasında X4 xüsusi mülkiyyətinə verilmişdir. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakin Dövlət reyestrindən seriya və nömrəsi RX ******* olan çıxarışın surətindən görünür ki, Masallı rayonu Qəriblər kəndində yerləşən 0.12 ha torpaq sahəsi 16 aprel 2018-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya və nömrəsi RX ******* olan çıxarışın surətindən görünür ki, Masallı rayonu Qəriblər kəndində yerleşən 0.06 ha torpaq sahəsi 16 aprel 2018-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. DƏDRX-nin Hüquqlarin Dovlat qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya və nömrəsi RX ******* olan çixarışın surətindən görünür ki, Masallı rayonu Qəriblər kəndində yerlə şən 0.08 ha torpaq sahəsi 16 aprel 2018-ci il tarixdən X4 mülkiyyətindədir. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya və nömrəsi RX ******* olan çixarişin surətindən görünür ki, Masallı rayonu Qəriblər kəndində yerləşən 0.06 ha torpaq sahəsi 16 aprel 2018-ci il tarixdən Cavabdeh3 mülkiyyətindədir. Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinin 01 iyun 2007-ci il tarixli 266 saylı rəyindən görünür ki, Qəriblar kəndində futbolun inkişaf etdirilməsi məqsədi ilə futbol idman meydançasınin tikinti altına istifadəyə veriləcək torpaq sahəsi kəndin şimalında yerləşir. Qəriblər bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Ayrılacaq torpağın ümumi sahəsi 0.60 hektar olmaqla şimalda yaşayış binalarının ərazisi ilə, cənubdan Masallı-Yardımlı şosse yolunun mühafizə zonası ilə, şərqdən kəndarası yol və bələdiyyə mülkiyyəti torpağı ilə, qərbdən Qəriblər bələdiyyəsi və kənd nümayəndəliyi üçün birgə tikiləcək inzibati-ərazi idarə binasının ərazisi ilə hamsərhəddir. Beləliklə, hazırki mübahisə predmeti olmuş torpaq sahəsi qanunla xüsusi mülkiyyətə verilməsi qadağan olunmayan torpaq sahələrinin kateqoriyasına aid olduğu təsdiqlənir. Bu səbəbdən də məhkəmə mülkiyyət hüququna dair normaların pozuntusuna yol vermişdir. Üçüncüsü onlar adıçəkilən torpaq sahəsinə dair qanuni əsaslarla mülkiyyət hüququ əldə edərək orada müvafiq sənədləşmə işləri aparmaqla mənzillər tikmişlər. Mübahisəli torpaq sahəsinə dair ilkin sənədləşmə işləri aparılmış, həmin sahənin hər birinə dair çıxarış verilmiş, orada artıq bir neçə ev tikilmişdir. Bu səbəbdən kiçik bir kəndin futbol meydançasına görə tikintisi başa çatmış bir neçə evin sonda sökülməsi ədalətsizdir. Qeyd olunmuş əsaslara uyğun olaraq hesab edirlər ki, iddia tələbinin təmin edilməsi torpağı vicdanlı əldə edən şəxs olaraq mülkiyyət hüquqlarıının təsbit olunmasına və qorunmasına dair hüquq normalarının pozulmasına səbəb olmuşdur. Hesab edirlər ki, məhkəmənin iş üzrə qəbul edilmiş qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq ədalətsiz və əsassız qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, qətnamə maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış və bununla da Azərbaycan Respublikası MPM-nin 77.1, 88, 217-218, 220-ci cü maddələrinin pozuntusuna yol verilmişdir.

15. Məhkəmədə cavabdehlərdən Cavabdeh2 Cavanşir oğlu, X14 və onun vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək şikayətin təmin olunmasını xahiş etmişlər.

16. Məhkəmədə iddiaçılardan İddiaçı1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X33 Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X18 və X24) 2(106)-121/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(050)-31/2022 saylı qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmuşdur.

18. Kollegiya qeyd etmişdir ki, mübahisənin predmetini təşkil edən Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən 0.53 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********46 reyestr nömrəli çıxarışa əsasən yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi olmaqla Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olmuş və 2018-ci il tarixdə bölünərək notariat qaydasında bağlanmış alqı-satqı müqavilələri əsasında müxtəlif ölçülərdə hazırki iş üzrə cavabdeh qismində cəlb olunmuş şəxslərə satılmışdır. Cavabdehlərin almış olduqları torpaq sahələri üzərində xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafq çıxarışlar verilmişdir. Torpaq sahələri üzərində hüquqları Dövlət qeydiyyatına alınandan sonra cavabdehlər tərəfindən təyinatına uyğun üzərində fərdi yaşayış evləri inşa olunmuşdur. Hətta cavabdehlərdən Cavabdeh2 tərəfindən tikiləcək fərdi yaşayış evinin layihəsi “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə müvafiq olaraq məlumatlandırma icraatı qaydasında Masallı rayon İcra Hakimiyyəti Başçısının Aparatı Memarlıq və Tikinti Şöbəsi ilə 27 sentyabr 2018- ci ildə razılaşdırılmış olmuşdur. Yəni cavabdehlər bələdiyyə tərəfindən satılaraq notariat qaydada təsdiq olunan daşınmaz əmlakın alqı satqı müqavilələrinə və həmin müq avilələr əsasında aparılmış hüquqlarının Dövlət qeydiyyatına etimad göstərərək, mübahisəli torpaq sahələrini xüsusi mülkiyyətləri kimi qəbul etməklə üzərində fərdi yaşayış evləri inşa etmişlər. Sonrakı mərhələdə ictimai maraqlardan çıxış edən bir qrup kənd sakinin iddiası əsasında bələdiyyə ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilərək, onlar əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat ləğv olunsa da, mübahisəli torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikinti işləri aparılan zaman torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında adlarına Dövlət qeydiyyatına alınmış olmuş və hərəkətlərində hər hansı bir qanunsuzluq olmamışdır.

19. Kollegiya hesab etmişdir ki, yerli özünüidarə orqanı olaraq Masallı rayonu Qəriblər bələdiyyəsini n qanunsuz hərəkətləri (alqı-satqı müqavilələri mübahisələndirilərkən bələdiyyə sədri barəsində məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmışdır) nəticəsində cavabdeh fiziki şəxslərə vurulmuş zərərin əvəzi bələdiyyə tərəfindən ödənilmədən hazırki tələb əsaslı hesab olunaraq təmin edilə bilməz.

20. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 1097.1, 1100-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-121/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə tərəfindən 13 səhifəlik qətnamə çıxarılmış, bir cümlə də olsun belə hansı maddi hüquq normasının pozulmasını qeyd etməmiş və həmçinin özü qətnaməsində heç bir maddi hüquq normasına istinad etməmişdir. Təkcə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X19rşı” qərarına istinad etmişdir. Sözügedən qərara düzgün istinad etməmişdir. Sözügedən qərarla onların işinin heç bir əlaqəsi yoxdur. Həmin qərarda dövlətlə vətəndaş arasında olan münasibətlərə qiymət verilmişdir. Bu iddiada isə ictimai maraqlarına toxunan məsələ barəsində o, subyektiv hüququndan istifadə edərək cavabdehləri məhkəməyə vermişdir. Yəni vətəndaş vətəndaşı məhkəməyə vermişdir. Bələdiyyə isə onların iş inə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə qətnaməsində belə bir əsassız cümlə işlətmişdir: torpaq sahələri üzərində cavabdehlərin hüquqlarının Dövlət qeydiyyatı ləğv olunsa da onlar həmin torpaq sahələri üzərində inşa olunan tikililərdə istifadə olunan materialların sahibidir və üzərində istifadə hüququnun mövcud olması mülkiyyətə bərabər tutulur. Məhkəmənin bu fikri də heç bir qanuna əsaslanmır. O, cavabdehlərin tikililərini və tikililərə çəkdiyi xərcləri mübahisələndirmişdir. Cavabdehlər torpaq sahələrinə mülkiyyət hüquqlarını itirmişlər. Torpaq sahəsi onların deyilsə, üzərində olan tikililər də qanunsuzdur. Bəlkə bələdiyyə onlara illərlə vurulmuş ziyanı ödəməyəcək, bu illər ərzində onun və yüzlərlə insan hüquqlarından məhrum olmalıdır. Onlar kənd sa kinləri olaraq stadiondan istifadə etməməlidirlər. İddia tələbində tikilinin sökülməsini tələb edir. Tikilinin sökülərək ona verilməsini istəməmişdir. Cavabdehlər hələ tikililərini tikməmişdən əvvəl torpaq sahəsi üzərində kənd sakinləri ilə cavabdehlər arasında məhkəmə mübahisəsi olmuşdur. Cavabdehlər tərəfindən mübahisəli əraziyə mişar daşları, qum, çınqıl və digər tikinti materialları gətirilmişdir. Mübahisəli ərazidə ilkin olaraq tikinti işləri başlamışdılar. Həmin dövrdə onlar məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etmiş və məhkəmənin qərarı ilə mübahisəli ərazidə tikililərin tikilməsinə qadağa qoyulmuşdu. Üzərindən 1-2 il keçdikdən sonra hansısa yollarla onların məlumatı olmadan yenidən tikinti işlərini aparmışlar. Yəni, cavabdehlər əvvəldən və əzəldən bilirdilə r ki, ərazidə tikinti işləri aparıla bilməz, bu barədə məhkəmənin qərarları movcud olmuşdur. 13 səhifəlik qətnaməsində nə Konstitusiyaya nədə ki, Mülki Məcəlləyə istinad etmişdir. Qanun deyir ki, mülkiyyət toxunulmazdır. Cavabdehlərin mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqlarının ləğv olunması belə işə baxan hakimin qətnaməsidir. Həmin hakim cavabdehlərin çıxarışlarını etibarsız hesab etmişdir. Həmin torpaq sahəsi ilə cavabdehlərin heç bir bağlılığı yoxdur. Məhkəmənin bu qərarı əvvəlki qərarına da ziddir. Onun iddia tələbinin əsasını əvvəlki qanuni qüvvəyə minmiş qətnaməsi təşkil edir. Yəni əvvəlki iddia tələbini sədrlik edən olaraq təmin etməsəydi, o, bu iddia tələbi ilə məhkəməyə müraciət edə bilməyəcəkdi.

23. Həmçinin apellyasiya instansiyasında keçirilən məhkəmə iclasları barədə on a məlumat verilməmiş, məlumat verilmədiyindən məhkəmə iclasında iştirak edə bilməmiş və hüquqları kobud şəkildə pozulmuşdur. Apellyasiya məhkəməsində iştirak etsə idi, ən azından vəsatətlərini rahat şəkildə verə biləcəkdi. Apellyasiya məhkəməsində iştirak etməməyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə heç bir araşdırma aparmadan ədalətsiz bir qətnamə çıxartmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdehlər Cavabdeh2, X14 və Cavabdeh3 İddiaçı1 kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sü buta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

26. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

27. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

28. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

29. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər

30. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

31. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökü lə bilər.

32. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsa s ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində İddiaçı1 apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün göndərilməlidir.

43. Belə ki, iddia tələbi ictimai maraqdan çıxış edən iddiaçıların kəndin ümumi istifadəsində olan stadiona aid olan torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış özbaşına tikililərin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaları ilə bağlıdır.

44. Baxılan işin mübahisəsiz hallarından aydın olur ki, iddiaçılar ictimai maraqlardan çıxış edərək kənd stadionunun Bələdiyyə tərəfindən özgəninkiləşdirilməsini mübahisələndirmək üşün subyektiv hüququna malik olan şəxslərdir. Bununla yanaşı mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olsa da, ümumi istifadədə olan futbol meydançası-stadion tikintisi üçün ayrılmış torpaq sahəsi olmaqla torpaq qanunvericiliyinin tələbləri pozulmaqla özgənikiləşdirilmişdir. Bu cür əqd bağlandığı andan etibarsız olan əqdə hesab olunur. Alıcılar (baxılan iş üzrə cavabdehlər) özləri Masallı rayonunun Qəriblər kənd sakinləri olmaqla, alqı-satqının predmetini təşkil edən torpaq sahəsinin kənd stadionu olduğunu, həmin torpaq sahəsinin fərdi yaşayış evlərinin tikintisi üçün satılmasına kənd sakinlərinin böyük etirazının olduğunu bilmişlər, onlar əqdin legitimsızliyi barədə şübhələrinin olmamasını söyləyə bilməzlər və vicdanlı alıcı olmalarını iddia edə bilməzlər.

45. Qərarın 44 bəndində göstərilənlər məhz eyni tərəflər arasında eyni mübahisə predmeti üzrə bağlanmış əqdlərin və onla rın hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur.

46. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM-in 82.3)

47. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. (MPM-in 233.3)

48. İşin göstərilən mübahisəsiz hallarının mövcud olmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəmə sinin mövqeyi ilə razılaşmayaraq göstərir ki, mübahisə predmeti olan torpaq sahələri üzərində cavabdehlərin hüquqlarının dövlət qeydiyyatı ləğv olunsa da, onlar həmin torpaq sahələri üzərində inşa olunan tikililərdə istifadə olunan materialların sahibidir və üzərində istifadə hüququnun mövcud olması mülkiyyətə bərabər tutulur.

49. Daha sonra apellyasiya instansiya məhkəməsi qeyd edir ki, yerli özünüidarə orqanı olaraq Masallı rayon Qəriblər bələdiyyəsinin qanunsuz hərəkətləri nəticəsində cavabdeh fiziki şəxslərə vurulmuş zərərin əvəzi bələdiyyə tərəfindən ödənilmədən hazırkı tələbi əsaslı hesab olunaraq təmin edilə bilməz.

50. Məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmır.

51. İlkin olaraq qeyd edilməlidir ki, özbaşına tikilidə istifa də olunmuş tikinti materialları üzərində tikinti aparan şəxslərin sahibliyinin və istifadəsinin mövcudluğu tikilinin şəhərsalma və tikinti qaydalarına uyğun aparılması, tikili üzərində onların mülkiyyət hüquqlarının əmələ gəlməsi əsası kimi çıxış edə bilməz. Tikinti materiallarının mübahisəli sahədən çıxarılıb aparılmasına mane yarandığı və ya başqa şəxslər tərəfindən əldə edildiyi, sahibinə qaytarılmadığı halda özünü həmin materialların qanuni sahibi hesab edən şəxslər məhz Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanaraq qanunsuz sahiblikdən geri tələb etmək imkanı yarana bilər. Lakin baxılan iş üzrə bu halın mövcudluğu təsdiq olunmur və apellyasiya instansiya məhkəməsinin həmin əsaslandırması işin halları ilə uyğunluq təşkil etmir.

52. Apellyasiya instansiya məhkəməsi eyni zamanda qeyd e dir ki, bələdiyyənin qanunsuz hərəkətləri nəticəsində cavabdeh şəxslərə vurulmuş zərərin əvəzi bələdiyyə tərəfindən ödənilmədiyi halda tikililərin sökülməsi tələbinin təmin edilməsi mümkünsüzdür.

53. Lakin apellyasiya məhkəməsi nəzərə almalı idi ki, cavabdehlərdə məhz həmin kəndin sakinləridir, uzun müddət mübahisəli torpaq sahəsindən stadion kimi istifadə edilmiş, cavabdehlərə bu fakt məlum olmuş, müvafiq hüqumüəyyənedici sənədləri əldə etdikdən sonra subyektiv hüquqa malik olan şəxs olaraq iddiaçı başqa icraatda onlara qarşı tələb irəli sürmüş, həmin icraatda iştirak etmiş, həmin işə baxılarkən müvəqqəti təminat tədbiri olaraq tikintinin aparılmasına qadağan edilməsinə dair qərardad qəbul olunmuş, ( o cümlədən qanuni qüvvədə olan qətnamə ilə müəyyən olunur ki, tikinti tikilməzdən əvvəl v ə iddia tələbi irəli sürüldükdən sonra kənd sakinləri ilə cavabdehlər arasında tikintinin aparılmaması, davam etdirilməməsi ilə bağlı mübahisələr olmuşudur) lakin qərardadın mövcud olmasına baxmayaraq onlar tikintinin aparılmasını davam etdirmişlər.

54. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. (MM. maddə 239.1.)

55. Məhkəmə tərkibi qəbul edir ki, cavabdehlərin müvafiq bələdiyyəyə qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı tələbi (başqa icraatda) ola bilər, lakin bu qərarın 49 və 52-ci bəndlərində göstərilənlərin müəyyən olunması halında apel yasiya instansiya məhkəməsinin o mövqeyi ilə razılaşmaq olmaz ki, məhz dəymiş zərərin ödəniməsi ilə bağlı məsələnin həllindən sonra iddiaçıların sökülmə ilə bağlı tələbinin təmin olunması mümkündür. 56. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın “Şəxsi və ailə həyatına hörmət hüququ” adlanan 8-ci maddəsinin 1-ci hissəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

57. İddia tələbindən aydın olduğu kimi tələblərdən biri mübahisəli torpaq sahəsində tikilmiş tikililərin (yarmıçıq tikili olan evlərin, yardımçı sahələrin və aparılmış hasar tikilisi və qurğuları) sökülməsi ilə bağlıdır. İddiaçı tərəf torpaq sahəsinin yükdən azad edilərək əvvəlki təyinatı üzrə istifadə edilməsində israrlıdır, cavabdeh tərəf isə ti kililərin artıq tikilməsini, fərdi yaşayış evi kimi istifadə etmək niyyətlərində olduqlarını göstərməklə tikililərin sökülməsini qanuni və ədalətli hesab etmirlər.

58. Nəzərə alınmalıdır ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (MM maddə 180.1)

59. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. (MM madd ə 180.4.)

60. Bununla bağlı nəzərə alınmalıdır ki, Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqa konkret müdaxilənin "demokratik cəmiyyətdə zəruri" olub-olmadığının müəyyən edilməsi ilə bağlı Avropa Məhkəməsi müxtəlif qərarlarında "zərurilik" tələbinə əlavə aydınlıq gətirərək bildirib ki, 8-ci maddənin məqsədləri üçün "zəruri" anlayışı o deməkdir ki, müdaxilə "təxirəsalınmaz ictimai tələbatdan" irəli gəlməli və xüsusən qarşıya qoyulmuş qanuni məqsədə mütənasib olmalıdır. Müdaxilənin "zəruri" olub-olmadığını müəyyənləşdirərkən məhkəmə dövlət hakimiyyəti orqanlarına verilməli olan qiymətləndirmə sərbəstliyinin hüdudlarını nəzərdən keçirir, müdaxilə üçün əsas təşkil edən "təxirəsalınmaz ictimai tələbatın" mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdeh üzərinə düşür (Pexoviç Polşaya qarşı iş üzrə 17 aprel 2012-ci il tarixli qərarın 212-ci bənd, Paradizo və Kampanelli İtaliyaya qarşı iş üzrə 24 yanvar 2017-ci il tarixli qərarın 179-184cü bəndləri).

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə “zərurilik” şərtləri ilə bağlı heç bir araşdırma aparmamış, işin hallarını sonadək hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsini təmin etməmişdir. Belə ki, məhkəmə iddia tələbinin mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə (müxtəlif idman oyunlarının keçirilməsi, ictimai tədbirlərin təşkili və s) yönəlməsini nəzərə almamışdır. Məhz cavabdeh tərəfə müvafiq torpaq sahələrinə verilmiş hüquqmüəyyənedici sənədlərin məhkəmə qaydasında etibarsız hesab edilməsinin əsası ictimai maraqların pozulmasının müəyyən edilməsi və bu pozuntunun aradan qaldırılması ilə bağlı olmuşdur.

62. O da nəzərə alınmalıdır ki, məhkəmə gəldiyi nəticəsinə əsas olan hər hansı maddi hüquq normasına istinad etməmiş, yalnız qanunvericiliyin ümumi prinsiplərini, aid olmayan normalarını qeyd etməklə iddianı təmin etməmişdir. Məhkəmə iş üzrə tərəf olmayan şəxsin cavabdehlər qarşında zərərlə bağlı öhdəliyinin olmasına istinad edərək iddianı rədd edərkən bu nəticənin maddi və prossesual əsaslarını müəyyən etməmişdir.

63. Nəzərə alınmalıdır ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri).

64. Mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir (Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarı).

65. Eyni zamanda mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hə r bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 14 və 77.1-ci maddələri).

66. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamış, qəbul edilmiş qərar mübahisənin həll edilməsi üçün yetərli olmamışdır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmə formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaç ı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-121/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar