Məhkəmə qərarları › İş №2(102)-2580/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2580/2023

12.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2580/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər CavabdehXXX və Zaqatala rayonu XXX saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışların ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə iddiaçılar İddiaçı1, İddiaçıXXX, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər CavabdehXXX və Zaqatala rayonu XXX saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslə r AR ƏMDK DƏDRX 18 saylı Zaqatala ərazi idarəsi və Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Çardaxlar inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğvi tələblərinə dair iddia ərizsəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının XXX(107)3XXX/XXX0XXX3 nömrəli iş üzrə XXX8 fevral XXX0XXX3-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıların və cavabdeh İddiaçı1 (tərəflər bacı-qardaşdırlar) mərhum ataları XXX xx.xx.XXX008-ci il tarixdə, anaları X13 xx.xx.XXX008-ci il tarixdə ünvan 1ində vəfat etmişlər.

2. Valideynləri vəfat etdikdən sonra onlara məxsus ünv an 1ində 0.3418 ha, 0.XXX053 ha, 0.4990 ha, 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 74.70 kv.m. olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsi miras qalmışdır.

3. Mərhum valideynlərindən miras qalmış əmlaklara dair tam hissədə vərəsə CavabdehXXX adına Zaqatala rayon XXX saylı Notariat Ofisində 15 avqust XXX0XXX1-ci il tarixdə XXX V 750, XXX V 751, XXX V 75XXX, XXX V 753, XXXV 754, XXXV 755, XXX V 756, XXX V 757, XXX V 758, XXX V 759 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, həmin şəhadətnamələr əsasında da cavabdehə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.XXX0XXX1 və xx.xx.XXX0XXX1-ci il tarixli çıxarışlar verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəm əsində icraat

4. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon XXX saylı Notariat Ofisi tərəfindən CavabdehXXX adına verilmiş 15 avqust XXX0XXX1-ci il tarixli XXXV 750, XXXV 751, XXXV 75XXX, XXXV 753, XXXV 754, XXXV 755, XXXV 756, XXXV 757, XXXV 758, XXXV 759 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında CavabdehXXX adına verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddianın əsaslarına görə, mərhum ataları XXX xx.xx.XXX008-ci il tarixdə, anaları X13 xx.xx.XXX008-ci il tarixdə ünvan 1ində vəfat etmişlər. Mərhum valideynləri vəfat etdikdən sonra onlara məxsus ünvan 1ində 0.3418 ha, 0.XXX053 ha, 0.4990 ha, 0.4116 ha kənd təsərr üfatı təyinatlı torpaq sahələri və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin miras qalmış əmlaklara valideynləri vəfat etdikdən sonra uzun illər onlar tərəfindən faktiki sahiblik həyata keçirilmiş, həmin torpaq sahəsində yaşayış evi tikilmiş, miras qalmış torpaq sahəsində olan fındıq ağaclarındakı məhsulları onlar yığmışlar. Bu il qardaşları CavabdehXXX onların torpaq sahələrindən istifadə etməmələrini, fındıq bağına girməmələrini bildirmişdir. Onlar mərhum valdieynlərindən miras qalan əmlakdan onlara düşən paylarını almaq üçün notariat ofisinə müraciət edən zaman məlum olmuşdur ki, CavabdehXXX Zaqatala rayon Notariat Ofisinə müraciət edərək mərhum valideyinlərindən miras qalmış əmlaka vərəsəlik aç dırmış, həmin əmlaklara özünün adına çıxarış əldə etmişdir. Mərhum valideynlərindən miras qalmış əmlaklara dair tam hissədə vərəsə CavabdehXXX adına Zaqatala rayon XXX saylı Notariat Ofisində 15 avqust XXX0XXX1-ci il tarixdə XXX V 750, XXX V 751, XXX V 75XXX, XXX V 753, XXXV 754, XXXV 755, XXX V 756, XXX V 757, XXX V 758, XXX V 759 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Notariat Kontoru miras qalmış əmlaklara dair tam hissədə vərəsə kimi CavabdehXXX tanımaqla onların vərəsəlik hüquqlarını pozmuş, miras əmlaklardan onlara düşən payı açıq saxlamamaqla tam vərəsə kimi bütün əmlak payını cavabdehə verməklə miras əmlaklardan pay almaq hüquqlarından məhrum olmuşlar. Notariat işinə əlavə olunmuş Zaqatala rayon Aşağı Çardaxlar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş XXX7 iyul XXX0XXX1-ci il tarixli 151 və 154 saylı arayışda X3 1955-ci il tarixdən mərhum valideynlərinin təsərrüfatında olması qeyd olunur. Lakin Zaqatala rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.XXX0XXX1-ci il tarixli arxiv arayışında qeyd olunur ki, XXXnun XXX006-XXX010-cu illərdə ailə tərkibi və sairə aşağıdakı kimi olmuşdur. XXX, və X13. Əlavə olaraq qeyd hissəsində göstərilir ki, hər iki təsərrüfat başçıları vəfat etdikdən sonra birgə təsərrüfatda yaşayanlar olmadığı üçün təsərrüfat bağlanmışdır. Notariat işinə əlavə olunmuş arxiv arayışına əsasən CavabdehXXX ümumiyyətlə mərhum valideynlərinin təsərrüfatında olmamışdır. İcra nümayəndəliyi tərəfindən verilmiş XXX7 iyul XXX0XXX1-ci il tarixli 151 və 154 saylı arayışlarla Arxiv idarəsi tərəfindən verilmiş arayış ziddiyyət təşkil etdiyi üçün notariat kontoru tərəfindən notariat işində olan sənədlərə diqqət yetirilməmiş, CavabdehXXX miras əmlaklardan tam pay verilmişdir. Belə olan təqdirdə notarius digər vərəsələrin olmasını araşdırmalı, onların mirası faktiki qəbul edib etməməsini yoxlamalı, arayışlar arasında ziddiyətlər olduğu üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etməli idi. Vərəsəlik işində olan XXX7 iyul XXX0XXX1-ci il tarixli 151 saylı arayışda qeyd olunur ki, mərhum XXXnun adında olan ünvan 1ində yerləşən evində onun ölümündən sonra halhazıradək oğlu CavabdehXXX ailəsi ilə birlikdə yaşayır. CavabdehXXX daimi olaraq həmin evdə son 1 ildir ki, yaşamağa başlamışdır. Həmin müddətə qədər o Rusiyada olmuş, mərhum valideynləri vəfat etməmişdən öncə Rusi yada yaşamış, yalnız onların dəfn mərasiminə gəlmiş, dəfn mərasimində iştirak etdikdən sonra Rusiyaya geri qayıtmışdır. 1XXX il həmin əmlaklara sahiblik həyata keçirməmişdir. Vərəsəlik işində olan RİHB-nın Aşağı Çardaxlar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may XXX0XXX1-ci il tarixli 11XXX saylı arayışda qeyd olunur ki, xx.xx.XXX008-ci il tarixdə vəfat etmiş XXXnun yas mərasiminin dəfn xərcini və 06 may XXX0XXX1-ci il tarixli arayışlarda qeyd olunur ki, xx.xx.XXX008- ci il tarixdə vəfat etmiş X6 yas mərasiminin dəfn xərcini həqiqətən ölən gününədək birlikdə yaşamış oğlu CavabdehXXX tərəfindən çəkilmişdir. Lakin CavabdehXXX ümumiyyətlə mərhum valideynləri ilə birlikdə yaşamamış, onlarla birlikdə təsərrüfat aparmamış, ümumiyyətlə nə valideynləri sağlığında, nə də onlar vəfat etdikdən sonra orada yaşamamışdır. Cavabdeh ümumiyyətlə mirasa nə faktiki sahibliyi həyata keçirmiş, nədə ki, mirası qəbul etdiyi barədə Notariat ofisinə ərizə ilə müraciət etmişdir. Aşağı Çardaxlar kənd İcra nümayəndəliyi və X7 tərəfindən verilmiş arayışlar yalnız formal xarakter daşımaqla miras qalan əmlaklardan tam pay almaq üçün CavabdehXXX sözügedən arayışlar verilmişdir. Mərhum valdeyinləri sağlığında həmin əmlaklardan bütün övladlarının payını ayıraraq fındıq bağında və boş torpaq sahələrində yerini göstərmişlər. Kənddə qalan digər qardaşları İddiaçı1 atalarına məxsus torpaq sahəsində ev tikmiş və həmin torpaq sahələrinə qulluq etmişdir. İcra nümayəndəliyi tərəfindən mərhumlardan miras qalmış əmlaklara faktiki sahibliyi həyata keçirmədiyi təqdirdə cavabdehə verilən arayışların heç bir hüquqi əsası yoxdur.

6. Zaqatala Rayon Məhkəməsinin XXX(033)-1169/XXX0XXX1 nömrəli iş üzrə XXX7 dekabr XXX0XXX1-ci il tarixli qətnaməsi ilə (hakim V.Məmmədov) iddia tələbinin təmin edilməsi, ünvan 1ində yerləşən 0.3418 ha, 0.XXX053 ha, 0.4990 ha və 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, ünvan 1ində yerləşən ümumi sahəsi 74.70 kv.m. olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsinə dair CavabdehXXX adına Zaqatala rayonu XXX saylı dövlət notariat kontoru tərəfindən verilmiş 15 avqust XXX0XXX1-ci il tarixli XXXV 750, XXXV 751, XXXV 75XXX, XXXV 753, XXXV 754, XXXV 755, XXXV 756, XXXV 757, XXXV 758, XXXV 759 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında CavabdehXXX a dına qeydə alınaraq AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.XXX0XXX1 olan; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.XXX0XXX1 olan; qediyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.XXX0XXX1 olan; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.XXX0XXX1; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.XXX0XXX1 olan çıxarışların ləğv edilməsi, iddiaçıların dövlət rüsumu olaraq ödədikləri 10 manatın özlərinə aid edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh İddiaçı1 ondan apellyasiya şikayəti vermişdir.

8. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının XXX(107)-5XXX8/XXX0XXX nömrəli iş üzrə 07 aprel XXX0XXX-ci il tarixli qətnaməsi ilə (hakim M.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və Ə.Məcidovdan ibarət tərkibdə) apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin XXX7 dekabr XXX0XXX1-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. c) Kassasiya instansiyası məhkəməsində icraat

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh İddiaçı1 ondan kassasiya şikayəti vermişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının XXX(10XXX)4465/XXX0XXX nömrəli iş üzrə XXX1 noyabr XXX0XXX-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) kassasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel XXX0XXX-c i il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

11. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, “Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin sözügedən vərəsəlik şəhadətnaməsinin cavabdeh tərəfindən mirasın qəbul olunmaması əsası ilə etibarsız hesab edilməsi barədə gəldiyi qənaətlə razılaşmır və hesab edir ki, bu hissədə işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Məhkəmə kollegi yası, vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respubli kası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr XXX013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul XXX014-cü il tarixli qərarı). Apellyasiya məhkəməsi cavabdeh tərəfindən mirasın faktiki qəbul edilməsinin müəyyən olunmaması barədə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, mirasın açıldığı vaxt cavabdeh X10 Federasiyasında yaşamış və mirası qəbul etməmişdir. Cavabdeh bu dəlillərin təkzib edilməsində sübut olan, ölkə xaricinə gedib-gəlişi barədə qeydlərin olduğu adına verilmiş ümumvətəndaşlıq pasportunu təqdim etməmişdir. İddiaçıların mirası qəbul etmələri barədə qənaətini isə onunla əsaslandırılmışdır ki, iddiaçılar miras qalmış torpaq sahəsin dəki fındıq bağının məhsulunu yığıb üzərində sərəncam vermiş, bu faktı isə cavabdeh bu istifadənin onun icazəsi ilə olması barədə izahatı ilə dolayısıyla etiraf etmişdir.... Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müxtəlif vaxtlarda Rusiya Federasiyasına gedib-gəlməsi onun mirası faktiki qəbul etməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin hazırkı işin halları baxımından cavabdehin mirası faktiki sahiblik yolu ilə qəbul etməsinin müəyyən olunmadığı halda belə, işdə digər üsulun (faktiki idarə) realizəsi ilə bağlı da tutarlı əsaslar vardır. Belə ki, işdən görünür ki, cavabdehin ailə üzvlərinin miras evdə miras açılan gündən hal-hazıradək yaşaması həm işin nəticəsində maraqlı olmayan XXXX şahid ifadəsi, həm də Zaqatala RİHB-ın Aşağı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə liyi tərəfindən verilmiş arayışla təqdiq edilir. Bu faktın isə öz- özlüyündə cavabdehin ailə üzvlərini evə idarəçi təyin etməklə onun vasitəsilə mübahisəli əmlaka yiyələnməsinə dəlalət edən hal olub-olmamasına məhkəmə hüquqi qiymət verməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehə miras əmlaka dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin onun tərəfindən mirasın qəbul edilməməsi əsası ilə etibarsız hesab olunması cavabdehin mübahisəli əmlak üzərində mövcud olan, müdafiəsinə və toxunulmazlığına konstitusion səviyyədə təminat verilən mülkiyyət (vərəsəlik) hüququnun qanunsuz və əsassız şəkildə pozulduğuna dəlalət edir. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçul uğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

12. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının XXX(107)-3XXX/XXX0XXX3 nömrəli iş üzrə XXX8 fevral XXX0XXX3-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və mərizəçi), G.Cavadova və E.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.XXX0XXX1-ci il tаrixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, ünvan 1ində yerləşən 0.3418 ha, 0.XXX053 ha, 0.4990 ha və 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, ünvan 1ində yerləşə n ümumi sahəsi 74.70 kv.m. olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsinə dair CavabdehXXX adına Zaqatala rayonu XXX saylı dövlət notariat kontoru tərəfindən verilmiş 15 avqust XXX0XXX1-ci il tarixli XXXV 750, XXXV 751, XXXV 75XXX, XXXV 753, XXXV 754, XXXV 755, XXXV 756, XXXV 757, XXXV 758, XXXV 759 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş və həmin şəhadətnamələr əsasında CavabdehXXX adına qeydə alınaraq AR ƏMDK Daşınmız Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.XXX0XXX1 olan; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.XXX0XXX1 olan; qediyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.XXX0XXX1 olan; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.XXX0X XX1; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.XXX0XXX1 olan çıxarışlar ləğv edilmiş, XXXna və X9 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan 0.3418 ha, 0.XXX053 ha, 0.4990 ha, 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1,XXX677143 hektarı üzərində iddiaçıların və CavabdehXXX 1/6 hissələrlə miras payı, 0.3418 ha, 0.XXX053 ha, 0.4990 ha, 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 0,33505 hektarı üzərində isə CavabdehXXX tam miras payı müəyyən edilmiş, ünvan 1i ünvanda yerləşən XXXna və X9 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan ümumi sahəsi 74.70 kv.m. olan fərdi yaşayış evində və 0.1998 ha həyətyanı torpaq sahəsində iddiaçıların hər birinin 5/4XXX hissədə, CavabdehXXX isə 17/4XXX hissədə miras payları müəyyən edilmişdir.

13. Apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçıXXX, İddiaçı3, İddiaçı4, İddiaçı5 və CavabdehXXX mərhum ataları XXX xx.xx.XXX008-ci il tarixdə, anaları X13 isə xx.xx.XXX008-ci il tarixdə ünvan 1ində vəfat etmişlər. Mərhum valideynləri vəfat etdikdən sonra onlara məxsus ünvan 1ində yerləşən 0.3418 ha. 0.XXX053 ha. 0.4990 ha. 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsi miras qalmışdır.... Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, CavabdehXXX miras açılan gündən mirasın idarə edilməsi məqsədi ilə ailə üzvlərini miras evə yerləşdirmiş, miras əmlaka yiyələnmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin iclasında dindirilmiş, tərəflərə münasibətdə neytral olan şahid XXXX ifadəsi ilə tərəflərin valideynlərinin vəfatından sonra fındıq bağının məhsulunun iddiaçılar tərəfindən yığılması, beləliklə də miras qalmış əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün miras əmlakın faktiki olaraq həmçinin iddiaçılar tərəfindən idarə edilməsi öz təsdiqini tapmışdır.... XXXna və X9 məxsus əmlaklarla bağlı verilmiş mülkiyyət sənədlərində onların həmin əmlakların ümumi birgə mülkiyyətçiləri olmaları qeyd edilməklə payları müəyyənləşdirilmədiyindən, sağlıqlarında da paylarının dəqiqləşdirilməsi məqsədi ilə aralarında razılıqlarının olması iş materialı ilə müəyyən edilmədiyindən məhkəmə kollegiyası XXXnun və X6 ümumi birgə mülkiyyətlərində olan 0.341 8 ha. 0.XXX053 ha. 0.4990 ha. 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsində paylarının bərabər olmasını qəbul edir. Həmçinin iş materialında olan Zaqatala rayonu X4 sədri tərəfindən təsdiq edilmiş 0XXX fevral XXX008-ci il tarixli vəsiyyətnamədən X6 ünvan 1ində yerləşən ona məxsus və ərinin adına 1957-ci ildə tikilmiş 3 otaqlı evi, mal damını, altıaçıq, 0,77 ha torpaq sahəsini, 55 topa bar verən fındıq ağacını CavabdehXXX vəsiyyət etməsi müəyyən edilmişdir. Fərdi yaşayış evinin və 0.1998 ha həyətyanı torpaq sahəsinin miras qoyanlar X6 və XXXnun birgə mülkiyyətlərində olması, onlardan miras qalmış və ümumibirgə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpağın cəmi sahəsinin 1,4577 ha təşkil etməsi müəyyən edilsə də iş materialı ilə X6 adına mal damının, altıaçığın rəsmiləşdirilməsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədin olması müəyyən edilməmişdir. Torpaq sahəsinin vətəndaşın mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması imkanları nəzərdə tutulmasına baxmayaraq, torpaq sahəsi üzərindəki ağacların, o cümlədən vəsiyyətnamədə qeyd edilmiş 55 topa bar verən fındıq ağacının da vətəndaşın mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Kollegiya qeyd edir ki, mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxil olduğundan, fərdi yaşayış evi və 0,77 ha torpaq sahəsi istisna olmaqla vəziyyətnamədə sadalanan digə rlərinin üzərində X6 əmlak hüquqlarının olması müəyyən edilmədiyindən, fərdi yaşayış evi və 0,77 ha torpaq sahəsindən başqa vəsiyyətnamədə qeyd edilmiş digər əmlakların mirasın kütləsi kimi qəbul edilməsi mümkünsüzdür. 0XXX fevral XXX008-ci il tarixli vəsiyyətnamə ilə X1 rayonu Aşağı Çardaxlar kəndində yerləşən ona məxsus və ərinin adına 1957-ci ildə tikilmiş 3 otaqlı evi miras qoyduğunu göstərsə də ümumibirgə mülkiyyətdə olan evin XXXna aid hissəsi vəsiyyətnamənin tərtib edildiyi tarixdə və sonradan da X6 adına rəsmiləşdirilmədiyindən, X16 oğlundan qalmış mirasın yeganə vərəsəsi olmadığından vəsiyyətnamənin məzmununa XXXna aid əmlakı da daxil etməkdə haqlı olmamışdır. Beləliklə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi notariat orqanının cavabdehi miras əmlakın yeganə varisi qəbul edərək bütün miras əmlaka yalnız cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini, onların əsasında isə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların işlənilməsini qanunazidd hesab etməkdə haqlı olsa da, cavabdehin özü tərəfindən də mirasın qəbul edilməsini, buna baxmayaraq vərəsəlik şəhadətnamələrinin cavabdeh tərəfindən mirasın qəbul olunmaması əsası ilə etibarsız hesab edilməsini, prossesual qənaət prinsipindən çıxış edərək vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeni nəzərə almamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.... Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlər diqqətə alınmaqla mirasın açıldığı, yəni XXXnun öldüyü xx.xx.XXX008-ci il tarixə onun birinci növbə vərəsələri arvadı X13, övladları İddiaçı1, İddiaçıXXX, İddiaçı3, İddiaçı4, İddiaçı5 və CavabdehXXX ibarət olmuşlar. Məhkəmə kollegiyasının iclasında XXXnun vərəsəsi, həmçinin miras qoyan X6 XXXnun vəfat etdiyi tarixdən sonra miras evdə yaşamaqla həmin mirasa sahiblik etməsi, beləliklə vəfat etdiyi xx.xx.XXX008-ci il tarixədək XXXndan qalmış mirası faktiki qəbul etməsi müəyyən edilmişdir. X6 da vəfat etdiyi xx.xx.XXX008-ci il tarixə onun birinci növbə vərəsələri övladları İddiaçı1, İddiaçıXXX, İddiaçı3, İddiaçı4, İddiaçı5 və CavabdehXXX ibarət olmuşlar. Kollegiya qeyd edir ki, miras qoyan X13 tərəfindən digər vərəsələrlə yanaşı əri XXXndan qalmış mirasın faktiki o laraq qəbul edilməsi, qəbul edilmiş mirasın, qəbul edildiyi vaxtdan onun mülkiyyətini təşkil etməsi, vərəsə CavabdehXXX miras əmlakın bir hissəsi vəsiyyət edilməklə yanaşı vərəsələr İddiaçı1, İddiaçıXXX, İddiaçı3, İddiaçı4, İddiaçı5 və CavabdehXXX miras qoyanlar XXXndan və X5 qalmış miras əmlakları faktiki olaraq qəbul etmələri işdə olan sübutlarla öz təsdiqni tapmışdır. Həmçinin məcburi pay almaq hüququ olan CavabdehXXX qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından daha çox əmlakın vəsiyyət edilməsi müəyyən edilmişdir.... Mirasqoyanlara məxsus mirasın kütləsinə daxil olan əmlakların 0.3418 ha, 0.XXX053 ha, 0.4990 ha, 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sa həsindən ibarət olması müəyyən edilir ki, həmin əmlaklar XXXnun və X6 ümumi birgə mülkiyyətlərində olmaqla məhkəmə kollegiyası XXXnun və X6 miras əmlaklar üzərində bərabər paylara malik olmalarını qəbul etmişdir. Miras qoyanlardan X13 tərəfindən XXX fevral XXX008-ci il tarixli vəsiyyətnamə ilə ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin özünə məxsus hissəsinin və cəmi 0,77 ha torpaq sahəsinin vərəsə CavabdehXXX vəsiyyət edilməsində qanunvericiliyin tələblərinin pozulmadığı, həmçinin vərəsələrin mirasda məcburi paylarının olması nəzərə alınmalıdır. Mirasqoyanlara birlikdə məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin həcminin 1,4577 ha, həyətyanı torpaq sahəsinin həcminin isə 0,1998 ha olmasının müəyyən edilməsinə baxmayaraq, X13 vəsiyyətnamədə özünə məxsus hansı torpaq sah əsini vəsiyyət etməsi barədə dəqiqləşdirmə aparmamışdır. Buna baxmayaraq X13 vəsiyyətnamədə ona məxsus bütün fərdi yaşayış evini vəsiyyyət etdiyindən məhkəmə kollegiyası XXX tərəfindən fərdi yaşayış evinə aid 0.1998 ha həyətyanı torpaq sahəsinin özünə aid bütün hissəsinin, yəni 0,0999 ha həyətyanı torpaq sahəsinin vəsiyyət edilən 0,77 ha torpaq sahəsinin tərkib hissəsini təşkil etməsini, vəsiyyət edilmiş 0,77 ha torpaq sahəsinin yerdə qalan 0,6701 hektarının isə kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən vəsiyyət edilməsini qəbul edir. Kollegiya hesab edir ki, XXXna və X9 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan 0.3418 ha, 0.XXX053 ha, 0.4990 ha, 0.4116 ha torpaq sahələrinin (onların cəmi 1,4577 hektardır) XXXna düşən ½ hissəsinin 0,7XXX885 ha təşkil etməsini, XXXnun vəfatından sonra isə ondan qalmış mirasda, yəni 0,7XXX885 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, fərdi yaşayış evinin ½ hissəsi, ona aid 0.1998 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi olan 0,0999 ha həyətyanı torpaq sahəsinə münasibətdə X6, İddiaçı1, İddiaçıXXX, İddiaçı3, İddiaçı4, İddiaçı5 və CavabdehXXX 1/7 hissələrlə miras payı müəyyən edilməlidir. Beləliklə XXXndan da qəbul etmiş olduğu 1/7 hissə miras payı, yəni 0,1041XXX14XXX9 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də əlavə edilməklə X9 məxsus kənd təsərrüfatı təyinatlı 0,83XXX9714XXX9 ha torpaq sahəsindən X5 mirasın açıldığı tarixə vəsiyyət edilən 0,6701 hektarı çıxıldıqda, XXXya məxsus qalan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,16XXX8714XXX9 ha təşkil etməsini, vərəsələrin mirasda məcburi pay hüquqlarının olması n əzərə alınaraq vəsiyyət edilən 0,6701 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yarısını təşkil edən 0,33505 ha torpaq sahəsi, XXXya məxsus vəsiyyətnamədən kənar 0,16XXX8714XXX9 ha torpaq sahəsi və X6 əri XXXdən qalmış mirası qəbul etdikdən sonra XXXna məxsus qalan 0,6XXX47XXX8571 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxil olmaqla XXXnun və X6 ümumi birgə mülkiyyətlərində olan 0.3418 ha, 0.XXX053 ha, 0.4990 ha, 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cəmi 1,1XXX65 hektar torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçıXXX, İddiaçı3, İddiaçı4, İddiaçı5 və CavabdehXXX 1/6 hissələrlə miras payı, 0,33505 ha torpaq sahəsi üzərində isə CavabdehXXX tam miras payı müəyyən edilməlidir. Kollegiya hesab edir ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m o lan fərdi yaşayış evinin və 0.1998 ha həyətyanı torpaq sahəsinin XXXna aid 14/XXX8 hissəsi üzərində X6, İddiaçı1, İddiaçıXXX, İddiaçı3, İddiaçı4, İddiaçı5 və CavabdehXXX hər birinin XXX/XXX8 hissə miras payı müəyyən edilməli, mərhum XXXndan da qalmış mirası qəbul etdikdən və vəfat etdikdən sonra vəsiyyətnamə də nəzərə alınmaqla X5 qalmış 16/XXX8 hissə miras əmlakın 8/XXX8 hissəsi üzərində CavabdehXXX, X5 qalmış digər 8/XXX8 hissə miras əmlak üzərində isə İddiaçı1, İddiaçıXXX, İddiaçı3, İddiaçı4, İddiaçı5 və CavabdehXXX hər birinin bərabər payları müəyyən edilməklə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evində və 0.1998 ha həyətyanı torpaq sahəsində İddiaçı1, İddiaçıXXX, İddiaçı3, İddiaçı4, İddiaçı5 hər birinin 5/4XXX hissədə, CavabdehXXX isə 17/4XXX hissədə miras payları müəyyən edilməlidir. Miras payları şərh edilən tərzdə müəyyən edilməli olduğundan məhkəmə kollegiyası hesab edir ki, Zaqatala rayon XXX saylı Notariat Ofisi tərəfindən CavabdehXXX adına 15 avqust XXX0XXX1-ci il tarixli XXXV 750, XXXV 751, XXXV 75XXX, XXXV 753, XXXV 754, XXXV 755, XXXV 756, XXXV 757, XXXV 758, XXXV 759 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsində qanunvericiliyin tələbləri pozulduğundan onların əsasında verilmiş çıxarışlar da qanuni hesab edilə bilməzlər.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh İddia çı1 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçılar miras əmlakı nə formal, nə də qeyri-formal qaydada qəbul etmiş, miras qoyanlardan sonuncunun vəfat etdiyi 19 avqust XXX009-cu il tarixdən mərhumların dəfn mərasimindən sonra miras əmlakla maraqlanmamış, təsərrüfatın idarə edilməsində iştirak etməmişlər. Sözügedən miras əmlak faktiki olaraq yalnız CavabdehXXX tərəfindən idarə olunmuş, vergiləri, kommunal və digər zəruri xərcləri ödəmişdir. Apellyasiya instansiya məhkəməsi iddiaçıların təlimatda sadalanan sənədləri təqdim edə bilməməsinə, onlar tərəfindən mirasın qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməməsinə əhəmiyyət verməmişdir. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə XXX9. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyəti n maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; Maddə 1145. Miras fiz iki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar; Maddə 1XXX43.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir; Maddə 1XXX43.XXX. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tər əfindən qəbul edilmiş sayılır; Maddə 1XXX43.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir; Maddə 1XXX46. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; Maddə 1XXX55. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 21. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın öl üm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər; Maddə

60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.XXX. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə XXX17.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə XXX17.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə XXX18.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.XXX. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.XXX. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr XXX013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.XXX014-cü il tarixli Qərar: “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın XXX9cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1XXX91 və 13XXX1.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin XXX4.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.XXX0XXX1-ci il taarixli Qərar: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1XXX91-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin XXX4.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səla hiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikay ətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi tər əfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

29. İlk olaraq, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi tr ansmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.

30. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq formal mülahizələrə əsasən bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin subyektiv hüququnun olmaması səbəbi ilə ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.

31. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

32. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının XXX(107)-3XXX/XXX0XXX3 nömrəli iş üzrə XXX8 fevral XXX0XXX 3-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. CavabdehXXX kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar