Məhkəmə qərarları › İş №2(102)-2582/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2582/2022

11.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2582/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı rnın cavabdehlər Mingəçevir regional “Asan Xidmət” mərkəzində Notariat Kontoru və 14 saylı Mənzil İstismar İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququnun pozulması) Hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı rnın cavabdehlər Mingəçevir regional “Asan Xidmət” mərkəzində Notariat Kontoru və 14 saylı Mənzil İstismar İdarəsinə qarşı “vərəsəlik hüququnun pozulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)2069/2021 nömrəli, 09.12.2021-ci il tarixli qə tnaməsindən iddiaçı r tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 22.02.1994-cü il tarixdə Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzil rnın atası X4 adına özəlləşdirilmiş, 23.03.2006-cı il tarixdə X9 vəfat etdikdən sonra, 12 oktyabr 2006-cı il tarixli şəhadətnamə ilə həmin mənzil X4 qanun üzrə vərəsəsi X3 adına keçmiş, bununla bağlı ona 04.11.2006-cı il qeydiyyat tarixli Çıxarış verilmişdir.

2. X8 30 aprel 2008-ci il tarixli, 7E-09-6254 reyestr nömrəli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakları Maraqlı şəxs vəsiyyət etmişdir.

3. Məmmədova (Rəfiyeva) Almaz Ramazan qızı 13.04.2018-ci il tarixində vəfat etmişdir. 4. r evə vərəsəlik hüquqları ilə bağlı hazırkı mübahisəni başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Mustafayeva (Məmmədova) X2 Regional ASAN Xidmət Mərkəzində Notariat Kontoru və 14 saylı Mənzil İstismar İdarəsinə qarşı iddiа ərizəsi ilə, daha sonra ərizəsini dəqiqləşdirərək 12.10.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, şəhadətnamə etibarsız hesab edildiyi halda onun hüquqi nəticəsinə dair sənədlərin “seriya MH № 0002291” çıxarışın ləğv olunması, X4 vərəsələrinin müəyyən edilməsi və vərəsələrin payına mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X9 və anası X5 onların yeganə övladları olan o (yəni İddiaçı) 1969-cu ildən 1995-ci ilədək Mi ngəçevir şəhərindəki N.Nərimanov küçəsindəki 28/1 nömrəli evin 33 nömrəli mənzilində doğma valideynləri ilə yaşamışdır. 22.02.1994-cü il tarixdə həmin mənzil atası X4 adına özəlləşdirilmişdir. 23.03.2006-cı il tarixdə atası X9 dünyasını dəyişəndən sonra o dəfələrlə Mingəçevir Notariat Kontoruna müraciət etsə də, ona atasının övladı kimi vərəsəlik şəhadətnaməsini qanunsuz olaraq verməmişdir. 21 dekabr 1991-ci ildə o, el adəti ilə Oğuz rayonunun Padar kəndinə ailə qurub ərə getmişdir. Lakin Mingəçevir şəhərində işlədiyi üçün yenidən Mingəçevirə qayıtmışdır. Birinci uşağı Oğuzun rayon Padar kəndində, ikinci uşağı isə Mingəçevir şəhərində anadan olmuşdur. Anası dünyasını dəyişəndən sonra, atası başqa qadınla evlənsə də, həmin qadından övladı olmamışdır. Atasının ikinci həyat yoldaşı heç bir ye rdə işləməmişdir. Atasının ağır xəstəliyi dövründə 10 gün ərzində hər gün xəstəxanada yanında o olmuşdur. Lazım olan dava-dərmanları özü almışdır. Ağır xəstə olduğu və xəstəxanadan evə qayıtdığı günləri, ölüm günündək atasına özü baxmışdır. Lakin atasının ikinci həyat yoldaşıda dünyasını dəyişib. O, ölməmişdən əvvəl xəstə olduğu vaxtı Şəkidə yaşayan bacısı qızının adına 14 saylı Mənzil İstismar İdarəsinin əvvəlki müdiri X6 vərəsəlik sənədləri alaraq bunun əsasında bacısı qızının adına sənədlər düzəldib ondan xəbərsiz Asan xidmətə vermişdir. Atasının, anasının və onun adına olan xüsusi mülk olan evləri tamam başqa kənar bir şəxsin adına sənədləşdirilib. Göstərilən hallar onun hüquqlarını pozur. Ona görə də X7 adına verilmiş 12.10.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhad ətnamənin etibarsız hesab edilməsi, şəhadətnamə etibarsız hesab edildiyi halda onun hüquqi nəticəsinə dair sənədlərin “seriya MH № 0002291” çıxarışın ləğv olunması, X4 vərəsələrinin müəyyən edilməsi və vərəsələrin payına mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2018-ci il tаrixli, 2(051)2675/2018 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddiа tələbi təmin edilmiş, 12.10.2006cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X1 adına verilmiş Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzilə aid “seriya MH № 0002291” saylı reyestrdən çıxarışın ləğv olunması, Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzilinin ½ hissədə r, qa lan ½ hissədə Maraqlı şəxs payları müəyyən olunması və paylara mütənasib surətdə bölünməsi qət edilmişdir.

8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 1159, 1193, 1243.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti vermişdir.

10. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əsədli sədrlik edən və məruzəçi, Ə.Məcidov və R.Rəfiyev) 09 dekabr 2021-ci il tarixli, 2(107)2069/2021 nömrəli qətnaməsi ilə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(051)2675/2018 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilərək 12.10.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamən in etibarsız hesab edilməsi, X1 adına verilmiş Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzili aid “seriya MH № 0002291” saylı reyestrdən çıxarışın ləğv olunması, Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzilinin ½ hissədə rnın, qalan ½ hissədə Maraqlı şəxs paylarının müəyyən olunması və paylara mütənasib surətdə bölünməsi barədə iddianın rədd edilməsi qət edilmişdir.

11. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Mingəçevir şəhəri N.Nərimanov küçəsindəki 28/1 saylı evin, 33 saylı mənzilinin ½ hissədə rnın, qalan ½ hissədə Maraqlı şəxs paylarının müəyyən olunması və paylara mütənasib surətdə bölünməsi hissəsini təmin etməkdə haqlı olmamışdır. Belə ki, paylar o vaxt müəyyən edilə b ilər ki, iddiaçı mirası qəbul etmiş olsun. Hazırkı halda isə iddiaçı mirası nə rəsmi nə də ki, faktiki olaraq qəbul etməmişdir. Ona görə də iddianı həmin hissədə təmin etməkdə haqlı olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

12. Həmin qətnamədən iddiaçı r kassasiya şikayəti vermişdir. 13.İddiaçı r apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, 14 saylı MİS tərəfindən verilmiş vərəsələrin dairəsi arayışında iddiaçının adının yazılmaması səbəbindən vərəsəlik haqqında şəhadətnamə qanunsuz olaraq yalnız Almaz Məmmədovaya verilmiş və İddiaçı mirasdan kənarda qalmışdır. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi heç bir sübutu araşdırmadan qərəzli qətnamə çıxarmışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq: Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun:

12. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

13. Maddə 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracd an əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı və s. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

15. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

16. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

17. Maddə 1143.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və ha rada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

18. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 29.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəl diyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: r tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2069/2021 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar