Məhkəmə qərarları › İş №2(102)-2584/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2584/2020

19.05.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2584/2020 19.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2956/2019 saylı qətnaməsindən Cavabdeh1 İsbəndiyar oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(037)-892/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.S.Şirinov) İddiaçı Cavabdeh1 İsbəndiyar oğluna və digərlərinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində mülkiyyət hüququnun tanınması” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(107)1392/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və İ.F.Quliyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə İsmayıllı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia ərizəsi qismən təmin edilib, Cavabdeh1 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, xx xx xx 2006-cı ildə ölmüş Göyçək Əhmədovadan miras qalmış İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin miras əmlak kimi faktiki olaraq Gündüz Əhmədov tərəfindən qəbul edilməsi və sonuncunun xx xxxxxx 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın onun arvadı İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi müəyyən edilib və qalan hissədə iddia rədd olunub. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-5871/2019 saylı qərarı ilə (hakimlər V.Ə.İbayev sədrlik edən, məruzəçi, A.K.Kalbalıyev və Ə.Ə.Əliyev) kassasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2956/2019 saylı qətnaməsi ilə (hakimlər V.İ.Məlikov sədrlik edən, məruzəçi, E.Ş.Hüseynov və A.A.Mahmudov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə İsmayıllı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia ərizəsi qismən təmin edilib, Cavabdeh1 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, xx xxxx 2006-cı ildə ölmüş Göyçək Əhmədovadan miras qalmış İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahə sinin üzərində olan fərdi yaşayış evinin miras əmlak kimi faktiki olaraq Gündüz Əhmədov tərəfindən qəbul edilməsi və sonuncunun xx xxxxxx 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın onun arvadı İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi müəyyən edilib və qalan hissədə iddia rədd edilib. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh1 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, xx xxxx 2006-cı ildə ölmüş Göyçək Əhmədovadan miras qalmış İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktik i olaraq mərhum əri Gündüz Əhmədov tərəfindən qəbul edilməsi və sonuncunun xx xxxxxx 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi və həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv ed ilib, həmin hissədə də iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, Cavabdeh1, vəkili İlqar Rüstəmov və cavabdeh İsmayıllı rayon Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən, Göyçək Əhmədovanın ölümündən sonra mübahisəli evin və həyətyanı torpaq sahəsinin ondan miras qalmasına, iddiaçının və onun mərhum əri Gündüz Əhmədovun torpaq sahəsini və fərdi yaşayış evini faktiki olaraq qəbul etmələrinə, həmin əmlaklar üzərində on ların mülkiyyət hüququnun tanınması üçün əsasların müəyyən edilməməsinə və iddia ərizəsini bütövlükdə rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 1151.1, 1243.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi mübahisəli fərdi yaşayış evinə münasibətdə istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi həqiqi hallarından görünür ki, JN-061F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi İsmayıllı rayon AİK-nın xx xxxx 1998-ci il tarixli, 49 saylı qərarı əsas tutulmaqla mülkiyyət hüququ üzrə Göyçək Əhmədovanın adına qeydə alınıb. Eləcə də Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli arayışına görə, sözügedən torpaq sahəsinin üzərində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinə dair Göyçək Əhmədovanın adına 1988-ci ildə “Texniki pasport” verilib, lakin həmin ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyə t hüququ üzrə Göyçək Əhmədovanın adına qeydə alınmayıb. xx xxxx 2006-cı ildə Göyçək Əhmədova ölüb və onun ölümündən sonra Əlləzi, Rafiq və Gündüz adlı üç vərəsəsi qalıb. Həmçinin apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, o cümlədən İsmayıllı rayon İHB-nın Tircan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx xxxxxx 2019cu il tarixli arayışlarını işdə iştirak edən şəxslərin izahatları ilə müqayisəli şəkildə tədqiq edib müəyyən etmişdir ki, mərhum Göyçək Əhmədovanın ölümündən sonra ona məxsus olan 0,08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi oğlu Gündüz Əhmədov və sonuncu ilə birgə nikahda olan arvadı İddiaçı tərəfindən idarə olunub, evin, təsərrüfatın kommunal xərcləri onlar tərəfindən ödənilib. Hazırda həmin ev və h əyətyanı torpaq sahəsi İddiaçı və oğlu Nəsimi Əhmədovun faktiki sahibliyindədir. İddiaçı isə xx xxxxxx 1975-ci ildə rəsmi nikah əsasında Gündüz Əhmədovla ailə qurub və onların birgə nikahından altı uşaqları doğulub. xx xxxxxx 2016-cı ildə Gündüz Əhmədov ölüb. Bundan sonra, xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh1 digər vərəsələri göstərmədən yazılı ərizə ilə notariat orqanına müraciət edərək, mərhum anası Göyçək Əhmədovadan miras qalmış İsmayıllı rayonu, Türkan kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinə dair xx xxxxxx 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə alıb. Hazırda iddiaçı, Cavabdeh1 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsini, xx xxxx 2006-cı ildə ölmüş Göyçək Əhmədo vadan miras qalmış İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki olaraq mərhum əri Gündüz Əhmədov tərəfindən qəbul edilməsi və sonuncunun xx xxxxxx 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsini və həmin əmlak üzərində mülkiyyət hüququnun tanınmasını iddia edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, mərhum Göyçək Əhmədovanın ölümündən sonra ondan miras qalmış əmlaka vərəsəlik açılıb, iddiaçının mərhum əri Gündüz Əhmədov mirasın açıldığı yer üzrə notariat kontor una mirası qəbul etməsi barədə ərizə verməsə də, miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edib, lakin Cavabdeh1 digər vərəsələri, o cümlədən qardaşı Gündüz Əhmədovu göstərmədən xx xxxxxx 2017-ci il tarixdə yazılı ərizə ilə notariat kontoruna müraciət edərək mərhum anası Göyçək Əhmədovadan miras qalmış 0,08 ha həyətyanı torpaq sahəsinə dair xx xxxxxx 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə alıb. Kassasiya instansiyası məhkəməsi mübahisəli 0,08 ha həyətyanı torpaq sahəsinə aid hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin, “Azərbaycan Respublikası nda notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 92-99, 102-ci maddələrinin, həmçinin Mülki Məcəllənin 337.1, 1145, 1159.1.1, 1243.2, 1255-ci maddələrinin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və kassasiya şikayətinin dəlillərinə əsasən bu hissədə qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, həmin maddələrin mənasına görə, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən sübutlar əldə etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtını şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri tə qdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Eyni zamanda qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı surətdə ifadə edilməlidir. Miras fiziki şəxsin ölümü ilə açılır. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər, (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbəli vərəsələr sayılırlar. Vərəsə mirasın açıldığı yer üzrə n otariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi mübahisəli 0,08 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla verilmişdir və həmin Şəhadətnamə etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini sözügedən “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin etməklə düzgün nəticəyə gəlib, ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, bu hiss ədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbinin fərdi yaşayış evinin miras əmlak kimi faktiki olaraq Gündüz Əhmədov tərəfindən qəbul edilməsi, sonuncunun xx xxxxxx 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın onun arvadı İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi hissəsinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, bu hissədə iddia əsassızdır. Belə ki, əvvəla mübahisəli evə dair mərhum Göyçək Əhmədovanın adına 1988-ci ildə Reyestr Xidməti tərəfindən “Texniki pasport” verilsə də, həmin ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınmayıb. Digər tərəfdən, Mülki Məcəllənin 1151.1-ci maddəsinin tələblərinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları (miras aktivi) və vəzifəl əri (miras passivi) toplusu daxildir. Maddənin mənasına görə, mübahisəli ev mərhum Göyçək Əhmədovadan miras qalmış əmlakın kütləsinə o vaxt aid edilə bilər ki, həmin ev üzərində öldüyü məqamadək onun hər hansı hüququ əmələ gəlmiş olsun. Hazırki halda mübahisəli ev üzərində mərhum Göyçək Əhmədovanın hər hansı hüququnun əmələ gəlməsi mülki iş materialları ilə istisna olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi mülki qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində hər hansı müqavilələrin, o cümlədən “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin notariat qaydasında təsdiqlənməsinə yol vermir və bu cür əmlaklar barəsində bağlanmış müqavilələr isə etibarsız sayılır. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (Azərbaycan Respublikası MPMnin 308-ci maddəsi). Maddənin mənasına görə, qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasını müəyyən edib. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış mübahisəli evi mərhum Göyçək Əhmədovadan miras qalmış əmlak kimi qiymətləndirərək, həmin evin Gündüz Əhmədov tərəfindən qəbul olunması və sonuncunun ölümündən sonra isə həmin evin miras əmlak kimi arvadı İddiaçı tərəfindən faktiki olaraq qəbul olunmasını müəyyən etmişdir. Bu isə yolverilməzdir, çünki q eyd olunan maddələrin mənasına görə hüquqi qeydiyyatdan keçməmiş daşınmaz əmlak mirasın kütləsinə aid edilə bilməz və bunun üçün daşınmaz əmlak ilk növbədə yuxarıda göstərilən qaydada daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə hüquq sahibinin adına qeydə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni q ərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- mərhum Göyçək Əhmədovaya məxsus olan İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki olaraq Gündüz Əhmədov tərəfindən qəbul edilməsi və sonuncunun xx xxxxxx 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın onun arvadı İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd olunmalı, qalan hissədə qətnamə Cavabdeh1 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.4, 420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh1 İsbəndiyar oğlunun kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2956/2019 saylı qətnaməsi qismən- mərhum X4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki olaraq X2 tərəfindən qəbul edilməsi və sonuncunun xx xxxxxx 2016-cı il t arixdə ölümündən sonra həmin mirasın onun arvadı İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd olunsun, qalan hissədə qətnamə Cavabdeh1 İsbəndiyar oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar