Məhkəmə qərarları › İş №2(102)-2584/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2584/2024

26.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2584/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsi, X6 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri 29 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi, ötürülmüş prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi) Azərbaycan Respublikası Ali Məhkə məsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası ƏMDK yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri 29 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4609/2023 nömrəli, 07 may 2024cü il tarixli qərardadından iddiaçı Ofelya Musayeva (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 26 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı X3 (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər və ya ad, soyad) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş xx.xx.2011-ci il tarixli çıxarışın ləğv edilməsi, həmin mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 4Ə-02/207 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən 34 saylı mə nzilin qanunsuz sahiblikdən geri qaytarılması, mənzilin boşaldılaraq onun sahibliyinə verilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-2906/2022 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

3. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apelly asiya instansiyası məhkəməsi) 2(103)-6645/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 29 noyabr 2011-ci il tarixli, 4Ə-02/207 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarış ləğv edilmiş, həmin mənzilin qanunsuz sahiblikdən geri qaytarılması, mənzilin boşaldılaraq iddiaçının sahibliyinə verilməsinin cavabdehə həvalə edilməsi qət edilmiş, iddia qalan hi ssədə təmin edilməmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

5. Qətnamədən Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

6. Qətnamədən həmçinin Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1516/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiya məhkəməsini n qətnaməsi qismən, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 4Ə-02/207 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilinə dair Cavabdeh2 adına verilmiş 01 fevral 2012-ci il tarixli çıxarışın ləğv edilməsi, həmin mənzilinin qanunsuz sahiblikdən geri qaytarılması və mənzilin boşaldılaraq iddiaçının sahibliyinə verilməsinin cavabdehlərə həvalə edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4609/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnam əsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Azərbaycan Respublikası ƏMDK yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyat etibarsız hesab edilmişdir.

9. İddiaçı Ofelya Musayeva 02 fevral 2024-cü il tarixdə ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək ü çün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4609/2023 nömrəli, 27 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçı Ofelya Musayevanın dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilməmişdir.

11. Daha sonra iddiaçı (vəkili Vəkil1) qətnamədən elektron qaydada kassasiya şikayəti, habelə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə apellyasiya məhkəməsinə müraciət etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4609/2023 nömrəli, 07 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər Cəmilə Musayeva (məruzəçi), Fuad Babayev və Günay Axundova) kassasiya şikayəti v erilməsi üçün ötürülmüş müddətin bərpasına dair iddiaçının ərizəsi təmin olunmamış və verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, 07 noyabr 2023-cü il tarixli qətnaməsi iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə 07 dekabr 2023-cü il tarixdə yerləşdirilmişdir. Buna baxmayaraq iddiaçı Ofelya Musayeva 02 fevral 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadığı barədə tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən ərizənin təmin edilməməsi barədə qənaətə gəlinmişdir. İddia çı daha sonra nümayəndəsi və vəkili tərəfindən tərtib edilmiş kassasiya şikayəti ilə müddətin bərpa edilməsi barədə ərizə ilə bərabər 06 aprel 2024-cü il tarixdə yenidən məhkəməyə müraciət etmişdir.

14. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, məhkəmələrdə gedən çəkişmələr uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir.

15. Məhkəmə kollegiyası kassasiya şikayətini geri qaytararkən hesab etmişdir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçəndən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 128.1, 133.1, 402.2, 403.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri:

17. Qərardaddan iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, sonrakı prosessual hərəkətlərin edilməsi üçün işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün müddətə əməl olunmaması da onun məhz maddi vəziyyəti ilə əlaqədar olmuş, iddiaçı tələb olunan rüsumu və güzəştli müqavilə məbləğini də vaxtında ödəmək imkanında olmamışdır. Məhkəmə isə bu halları nəzərə almadan iddiaçı tərəfindən şikayət vermə müddətinin ötürülməsinin onun iradəsi xaricində olması, yəni şikayət verilməsi üçün lazım olan rüsumları ödəmək imkanınn olmamasını nəzərə almamışdır. Bu baxımdan iddiaçı hesab etmişdir ki, kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi üçün kifayət qədər əsaslar olmuş, lakin məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 10-1.2. Məhkəmə və proses işti rakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

20. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

21. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

24. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

25. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şə xsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

26. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

27. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

28. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manat dan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

30. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qə rardadlarından kassasiya şikayəti verilə bilər.

31. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

32. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddə sində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 37. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu n yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarı. 38....qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanuni lik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.

39. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.

40. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya baxışının hədləri:

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. İddiaçı Ofelya Musay evanı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.

45. Qeyd olunmalıdır ki, iddiaçı (Vəkil1) apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini, qərardadda iddiaçının tələbinin rədd edilməsi zamanı, iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün müddətə əməl olunmamasının onun maddi vəziyyəti aşağı olması ilə əlaqədar, müddətinin ötürülməsinin iddiaçının iradəsi xaricində olması, tələb olunan rüsumu və güzəştli müqavilə məbləğini də vaxtında ödəmək imkanında olmamasının nəzərə almaması ilə əsaslandırmışdır.

46. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, ape llyasiya məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qətnaməsi iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə 07 dekabr 2023-cü il tarixdə yerləşdirilmiş, buna baxmayaraq iddiaçı 02 fevral 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadığı barədə tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən ərizənin təmin edilməməsi barədə qənaətə gəlinmiş, iddiaçı daha sonra nümayəndəsi və vəkili tərəfindən tərtib edilmiş kassasiya şikayəti ilə müddətin bərpa edilməsi barədə ərizə ilə bərabər 06 aprel 2024-cü il tarixdə yenidən məhkəməyə müraciət etmişdir.

47. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə ərizədə qeyd edilən halı, yəni iddiaçının dövlət rüsumunu və vəkilə görə güzəştli müqavilə məbləğini ödəməyə maddi imkanının olmaması səbəbindən kassasiya şikayəti verilməsi müddətini ötürülməsini, həmin halı sübuta yetirə bilmədiyinə görə üzürlü səbəb kimi qəbul etməyib, kassasiya şikayətinin verilməsi üçün müddəti bərpa etməməklə, əsaslı olaraq şikayətin geri qaytarılması barədə qənaətə gəlmişdir.

48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işi n təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.

49. Həmçinin Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” qərarında göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” 50. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya mə hdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddət ərzində kassasiya şikayətinin verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir, qətnamə icraya yönəldilir, prosessual müddətin bitməsi i lə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

52. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). İddiaçı Ofelya Musayevanın nümayəndəsi və vəkili Vəkil1 isə kassasiya şikayətinin gecikdirilməklə verilməsini formal dəlillər lə əsaslandırmışdır.

53. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4609/2023 nömrəli, 07 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar