Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2585/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: tövlə kimi istifadə olunan tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1349/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh XXX rayonunda XXX kənd sakini olmaqla qonşu yaşayırlar. Cavabdeh iddiaçının yaşadığı evin pəncərəsinin 1.5 metr aralığında tövlə inşa etmişdir. İddiaçı buna etiraz etsə də, cavabdeh tövləni inşa edərək ondan təyinatı üzrə istifadə edir. İddiaçının yaşadığı fərdi yaşayış evi anası X1 adına qeydə alınmış 1113,42 kv.m torpaq sahəsi üzərində inşa edilmiş, mübahisə predmeti olan tövlənin yerləşdiyi torpaq sahəsi cavabdeh Cavabdeh atası XXX oğlunun adına qeydə alınmış torpaq sahəsində tikilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı XXX kənd sakini olan qonşusu Cavabdeh tərəfindən sahibsiz torpaq sahəsində tikdiyi mal tövləsinin tikinti normalarına uyğun olmadı ğını, antisanitariya qaydalarının pozlduğunu nəzərə alaraq həmin sahibsiz torpaq sahəsində tikdirdiyi mal tövləsinin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşadığı yaşayış evinə faktiki olaraq sahiblik və istifadə etsə də hal-hazırda rəsmi olaraq onun mülkiyyətində deyildir. Uzun müddətdir ki, Cavabdeh ilə qonşudur. Həmin ev isə cavabdehin atası XXX oğluna məxsus torpaq sahəsində tikilmişdir. Həmçinin sonradan həmin torpaq sahəsində digər yardımçı tikililər, o cümlədən tövlə də inşa edilmişdir. Qeyd edilən tövlə onun yaşadığı evin təxminən 1 metrliyində tikilmişdir. Cavabdeh mal tövləsini tikdikdə onlar öz etirazlarını bildirmişlər. Cavabdehin tikintinin tikilməsi normalarını pozduğunu bildirdikdə cavabdeh onları eş itməmiş və «gedin haraya istəyirsiniz şikayət edin» sözlərini demişdir. Ailəsi, xüsusən də o, yaşlı bir insan kimi və azyaşlı nəvələri evdə yaşaya bilmirlər. Belə ki, həmin tövlədən kəskin üfunət iyi gəlir, mal-qaranın səsi, milçəklər və antisanitariya onların sağlamlıqlarına çox mənfi təsir göstərir. Bütün bunlar onları öz evlərində yaşamasına maneə olur. O, dəfələrlə XXX kənd İcra Nümayəndəliyinə şikayət etmişdir. O, bu məsələ haqqında 04.06.2019-cu il tarixdə XXX şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, ona qanuna müvafiq qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
4. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, cavabdeh onun atasıdır. Mübahisə predmeti olan tövlə onun mərhum babası XXX oğluna məxsus olan torpaq sahəsində yerləşir. Onlar da həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. O və atası həmişə həmin evdə yaşamışlar və iddiaçı uzun müddətdir ki, onların qonşusudur. Qonşu kimi əvvəllər münasibətləri yaxşı olmuşdur. Həmçinin sözügedən tövlədə mal-qaranın peyini saxlanılmır və müntəzəm olaraq nəzərdə tutulmuş yerə atılır. Buna görə də iddiaçını və onun ailə üzvlərini narahat edəcək dərəcədə kəskin üfunət iyi yarana bilməz. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
5. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 17 sentyabr 2019-cu il tarixli, 2(075)-1524/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmə hesab etmişdir ki, iddiaçının yaşadığı ev anası X1 adına qeydə alınmış 1113,42 kv.m torpaq sahəsi üzərində inşa edilmiş, həmin kənddə cavabdehlə qonşuluqda iddiaçının adına hər hansı daşınmaz əmlak qeydə alınmamış, həmçinin mübahisə predmeti olan tövlənin yerləşdiyi torpaq sahəsi Cavabdeh adına deyil, onun atası XXX oğlunun adına qeydə alınmış torpaq sahəsində tikildiyindən iddiaçı bu tələblə məhkəmədə iddia qaldırmaqda subyektiv hüquqa malik deyildir. Bundan başqa mübahisələndirilən tövlənin sahibsiz torpaq sahəsində deyil, cavabdehin mərhum atası XXX oğluna aid olan 1000 kv.m torpaq sahəsi üzərində tikilməsi müəyyən olunduğundan iddiaçı bu tələblə də məhkəmədə iddia qaldırmaqda subyektiv hüquqa malik deyildir.
7. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1 və Mülki Prosessual Məcəllənin 14.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icra at
8. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-181/2020 nömrəli, 13 avqust 2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
10. Müstəqil Məhkəmə Ekspertizasının 23 sentyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh məxsus JN-581 saylı dövlət aktında qeyd olunan torpaq sahəsinin sərhədlərini naturada təyin etmək mümkün olmamışdır. Cavabdeh məxsus JN-581 saylı dövlət aktında qeyd olunan torpaq sahəsinin sərhədlərini naturada təyin etmək mümkün olmadığına görə cavabdehin hasar daxilində inşa etdiyi tövlənin tikinti normaları çərçivəsində tikilib-tikilməməsini müəyyən etmək də mümkün olmamışdır.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – R.Rəfiye v (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) 2(107)-181/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(075)-1524/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(102)1871/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-181/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
15. Kassasiya instansiyasının mövqeyinə görə iddiaçı hazırkı tələbi irəli sürməyə subyektiv hüquqa malik olmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəni mahiyyəti üzrə həll edərkən iddia tələbi üzrə işin faktiki hallarını düzgün araşdırmayaraq sanitar-gigiyena normalarının tələbləri baxımından maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1349/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyi n edilmişdir.
17. Məhkəmə Ekspertiza Mərkəzinin 10/4070 nömrəli, 15 noyabr 2021-ci il tarixli ekspertiza rəyinə əsasən XXX rayonu, XXX kəndi ərazisində yerləşən iş üzrə cavabehin istifadəsində olan tövlə tikilisinin inşası zamanı AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın 4.20-ci bəndinin tələbinin pozulduğu müəyyən olunur. Həmçinin mübahisə predmeti olan tövlə tikilisi AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməklə həyətyanı torpaq sahənin başqa hissəsində inşa edilə bilər.
18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.Eyvazov (sədrlik edən və məruzəçi), G.Abbasov və V.Məlikov) 2(107)-1349/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(075)-1524/2019 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, XXX Rayonu XXX kəndində yerləşən İddiaçı evinə yaxın inşa edilmiş Cavabdeh məxsus olan tövlə cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən təyin edilən 23 sentyabr 2020-ci il ekspert rəyinə əsasən X2 məxsus JN-581 saylı saylı dövlət aktında qeyd olunan torpaq sahəsinin sərhədlərini naturada təyin etmək mümkün olmamışdır. Cavabdeh məxsus N-581 saylı dövlət aktında qeyd olunan torpaq sahəsinin sərhədlərini naturada təyin etmək mümkün olmadığına görə cavabdehin hasar daxilində inşa etdiyi tövlənin tikinti normaları çərçivəsində tikilib-tikilməməsini müəyyən etmək də mümkün olmamışdır. Beləliklə iddiaçının dəlilləri hər hansı bir formada öz təsdiqini tapmamışdır. Həmçinin iş materiallarında iddiaçının qeyd etdiyi torpağın mülkiyyətçisi yəni X3 ölüm haqqında şəhadətnaməsi, onun vərəsələrinin dairəsini müəyyən edən vərəsəliyə dair arayış mövcud deyil. Apelyasiya instansiyası məhkəməsi bütün bunları ar aşdırmadan formal qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
21. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz
22. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
25. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür həd siz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
26. Maddə
180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyəti ndə olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
27. Maddə 69.4. Ara məsafəsi divar hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyün ü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.
28. Maddə 69.5 Bəndi-ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir.
29. Maddə 69.5.1 divar hündürlüyünün 0,6.hissəsi. “Dövlət şəhərsalma norma və qaydaları şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Qaydaları
30. Bənd 4.20. Yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən, 8-dək tikili olarsa -25 m-dən, 30-dək tikili olarsa -50m-dən, 30-dan çox tikili olarsa -100 m-dən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamal ıdır. Mərtəbəliyi 2-dən çox olan binalarda yaşayan əhalinin mal-qara üçün nəzərdə tutulan təsərrüfat tikililəri məskunlaşma ərazisindən kənarda yerləşdirilməlidir. Həmin binaların zirzəmisində və ya onların yaxınlığında kənd təsərrüfat məhsulları saxlanılan yeraltı anbarlar yerləşdirilə bilər. Bu anbarların ölçüləri layihə tapşırığı ilə müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şika yətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktını cavabdeh mübahisələndirib, buna görə də məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
38. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı iddia tələbinə məhkəmədə baxılması üçün iddiaçının yaşadığı evin mülkiyyətçisi olmaması (torpaq sahəsi anasına məxsusdur), və yaxud cavabdehin mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olmaması əhəmiyyət kəsb etmir. İddia tələbi ondan ibarətdir ki, iddiaçı onun yaşadığı evin 1.5 metrliyində yerləşən tövlənin sökülməsini tələb edir və həmin tövlədən gələn iyin, qoxunun onların hüquqlarını pozduğunu, ailələrinin rahat yaşamalarına mane olduğunu bildirir. Tikilinin də cavabdeh tərəfindən inşa edilməsi, ona məxsus olması və onun tərəfindən istifadə olunması işin mübahisəsiz hallarıdır. Ona görə iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququnun olmaması barədə kassasiya şikayətinin dəlili əsaslı hesab oluna bilməz. Həm də nəzərə almaq lazımdır ki, əvvəlki kassasiya məhkəməsi həmin məsələ ilə bağlı mövqeyini bildirmişdir.
39. Məhkəmələr müəyyən etmişlər ki, mübahisəli tikili iddiaçının yaşadığı evin pəncərəsinin 1.5 metr məsafəsində inşa edilmiş, tövlə kimi istifadə olunur.
40. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1349/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 10/4070 nömrəli, 15 noyabr 2021-c i il tarixli ekspertiza rəyinə əsasən XXX rayonu, XXX kəndi ərazisində yerləşən iş üzrə cavabehin istifadəsində olan tövlə tikilisinin inşası zamanı AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın 4.20-ci bəndinin tələbinin pozulduğu müəyyən olunur. Həmçinin mübahisə predmeti olan tövlə tikilisi AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməklə həyətyanı torpaq sahənin başqa hissəsində inşa edilə bilər. 41. “Dövlət şəhərsalma norma və qaydaları şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Qaydalarının 4.20-ci bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən, 8-dək tikili olarsa -25 m-dən, 30-dək tikili olarsa -50 m-dən, 30-dan çox tikili olarsa -100 m-dən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Mərtəbəliyi 2-dən çox olan binalarda yaşayan əhalinin mal-qara üçün nəzərdə tutulan təsərrüfat tikililəri məskunlaşma ərazisindən kənarda yerləşdirilməlidir.
42. Təkrar apelyasiya baxışı zamanı tikilinin tövlə kimi istifadə olunması, iddiaçının pəncərəninin 1.5 metrliyində yerləşməsi, hətta tövlədə əmələ gələn çirkabın axıdılması üçün kanalizasiya sisteminin olmaması, həmin tikilidən qonşuya ağır qoxuların yayılması təsdiq olunmuşdur. Cavabdeh isə tikilinin başqa məqsədlər üçün istifadə edilməsini nəinki qəbul etmir, hətta oranın tövlə kimi istifadə edilməsinin qanuni olduğunda israr edərək iddianı qəbul etmir.
43. Belə olan halda, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
44. Əvvəla, tikinti qonşuluq hüququ pozulmaqla, qonşular arasında tikililərin inşa edilməsi üçün məsafə gözlənilmədən, eyni zamanda analoji tikilinin (tövlənin) inşası üçün nəzərdə tutulan ara məsafəsi gözlənilmədən qonşunun pəncərəsinin qarşısında inşa edilmişdir. Həmçinin, tikili tövlə binası kimi inşa edilmiş və təyinatı üzrə istifadə olunur. Bundan başqa, tikilinin tövlə kimi istifadə olunması da iddiaçının ailəsinin sağlamlığına zərər vurur və onların rahat yaşamasını əngəlləyir. Eyni zamanda tövlə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, buna lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş özbaşına tikilidir. Kollegiya qeyd edir ki, bütün bu hallar iddianın əsaslı olaraq təmin edilməsni şərtləndirən hallardır.
45. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci b əndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1349/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.