Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2586/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Saatlı Rayon Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, əqdlərdə razılıq, bəyənmə, vicdanlılıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlu və X6 ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Saatlı rayon Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-135/2023 nömrəli, 2 mart 2023- cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Saatlı rayonu Aqrar İslahat Komissiyasının 22 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə X2, X3, Rəzakova (Əsədova) Elnarə Abdulkərim qızı, Rəzakova (Hümmet) Gülnarə Abdulkərim qızı və X1 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan cizgidə göstərilən sərhəd daxilində ümumilikdə 2.81 hektar torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququna dair JN-0223 (Kod:********) saylı dövlət aktı tərtib edilmişdir.
2. Abdulkərim Razakov xx.xx.2009-cu il tarixdə Saatlı rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi ilə Saatlı rayonu, Fətəlikənd kəndi ndə yerləşən ümumilikdə 2,807099 hektar əkin məqsədli torpaq sahəsini 2800 manata Cavabdeh1 satmışdır. Müqavilə əsasında Saatlı rayonu, Fətəlikənd kəndində yerləşən 0.8971 ha və 1.91 ha torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır.
3. Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(055)-1401/2021 nömrəli qətnaməsi ilə iddiaçı Abdulkərim Razakovun cavabdehlər Cavabdeh1 və Saatlı rayon Notariat Kontoruna qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia tələbi təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti əsasında baxan Şirvan Apellyasiya Məhkəməsi hazırkı iş üzrə iddiaçıları üçüncü şəxs qismində iş cəlb etmiş və onların da iştirakı ilə araşdırma ap araraq Abdulkərim Razakovun apellyasiya şikayətini təmin etməmişdir. Apellyasiya icraatı zamanı təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/459 nömrəli rəyinə əsasən ekspertizaya təqdim olunmuş Razakova Mehribanın adından olan xx.xx.2009-cu il tarixli ərizədə “imza:” qrafasındakı imza - Razakova Mehriban tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş Əsədova (Razakova) Elnarə Abdulkərim qızının adından olan xx.xx.2009-cu il tarixli ərizədə "imza:” qrafasındakı imza - Əsədova (Razakova) Elnarə Abdulkərim qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş Hümmet (Razakova) Gülnarə Abdulkərim qızının adından olan xx.xx.2009-cu il tarixli ərizədə “imza:” qrafasındakı imza - Hümmet (Razako va) Gülnarə Abdulkərim qızının tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş İddiaçı2 adından olan xx.xx.2009-cu il tarixli ərizədə “imza:” qrafasındakı imza - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Razakova Mehriban, Əsədova (Razakova) Elnarə Abdulkərim qızının, Hümmet (Razakova) Güİnarə Abdulkərim qızının və İddiaçı2 adlarından olan xx.xx.2009-cu il tarixli ərizələrdə “imza:" qrafalarındakı imzaların eyni şəxs tərəfindən və ya müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra – iddiaçılar) Cavabdeh1 (bundan sonra – cavabdeh) və Saatlı ray on Notariat Kontoruna (bundan sonra – Notariat kontoru) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abdulkərim Razakov ilə cavabdeh arasında xx.xx.2009-cu ildə Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu ildə Notariat Kontorunda cavabdehlə ataları Abdulkərim Razakov arasında 2.81 hektar torpaq sahəsinə dair alqısatqı müqaviləsi bağlanarkən, onlar alqı-satqıya razılıq verməmiş, alqı-satqıda iştirak etməmiş, notariat kontoruna getməmişlər. Belə olan halda həmin alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır.
6. Saatlı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(055)-798/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətna məsi ilə (hakim M.Sadıqov) iddia tələbi təmin edilməmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda isə, hazırkı iddia tələbi də təmin edilə bilməz.
8. Həmçinin mübahisəli alqı-satqı müqaviləsi tərəflərin həqiqi iradələrini ifadə etmişdir. Belə ki, torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair satıcının ailə üzvləri və eyni zamanda digər mülkiyyətçilərin adlarından verilən ərizələrdəki imzaların onlara məxsus olmamasına rəğmən, sonuncular keçən 12 il ərzində cavabdehin onların mülkiyyətində olan torpaq sahəsini istifadə etdiyini görə-görə buna hər hansı bir formada maneə yaratmağa çalışmamış, hazırkı vaxtadək əqdi mübahisələndirməmişlər. Hətta alıcının adına dövlət reyestrində aparılan qeydiyyatın etibarsız olması fərz edilsə belə, adına əsassız qeydiyyatın aparılmasına baxmayaraq, özünün mülkiyyətçi kimi qeydə alınmasının əsassız olduğunu bilmədən torpaq sahəsinə 12 il boyunca vicdanla və fasiləsiz olaraq sahiblik etdiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 178.5-ci maddəsinə müvafiq olaraq torpaq sahəsinin mülkiyyətçisi kimi qəbul edilməlidir.
9. Məhkəmə qeyd etmişdir ki, payları razılıqları olmadan özgəninkiləşdirən digər mülkiyyətçilərin satıcıya qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırmaq hüququ istisna olunmur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13 və 29-cu, Mülk i Məcəllənin 5.3, 6.2, 139-1.1.3, 140, 144.1, 178.1, 178.5, 324.1, 389.1, 389.2, 425.1, 560.1, 646.1, 646.2-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-135/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: Cahid İmanov (sədrlik edən və məruzəçi), Müşfiq Həsənov və Pərviz Əhməd) apellyasiya şikayəti təmin edilməmiş, birinci i nstansiya məhkəməsinin qətnaməsi iddiaçının şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəlləsinin 5.3, 6.2, 139-1.1.3, 140, 144.1, 178.1, 178.5, 324.1, 389.1, 389.2, 560.1, 646.1, 646.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr müba hisəli torpaq sahəsinin ümumi mülkiyyətdə olmasını, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinin yalnız payçıların hamısının razılığı ilə mümkün olduğunu nəzərə almamış, mübahisəli torpaq sahəsinin satılması üçün 5 nəfər mülkiyyətçidən yalnız birinin razılığının kifayət etməsi nəticəsinə gəlməklə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, o, atası Abdulkərim Razakov ilə cavabdeh arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair müqavilə imzalanarkən razılıq verməmiş, notariat kontoruna təqdim edilən razılıq ərizəsindəki imza isə ona məxsus deyildir.
17. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini qəbul etmiş hakim, eyni zamanda hazırkı mülki mübahisə üzrə 13 sentyabr 2022-ci il tarixli, 2(055)-798/2022 saylı qətna məni qəbul etmişdir. Həm də adıçəkilən hakim hazırki iş üzrə qətnaməndə özünün əvvəllər qəbul etdiyi qətnaməsində göstərilənlərin preyudisiallığına istinad etmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi əvvəllər işə baxmış hakimin yenidən işə baxaraq özünün qəbul etdiyi qətnamədə MPM-nin 82.3-cü maddəsinə istinad etməsinə əhəmiyyət verməmişdir.
18. Eyni zamanda, Konstitusiya Məhkəməsinin MPM-nin 82.3-cü maddəsi ilə əlaqədar mövqeyinə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Lakin, məhkəmə qəbul etdiyi qətnamədə Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında göstərilən mövqeyi nə zərə almayaraq hazırkı iş üzrə iddiaçıların Abdulkərim Razakov ilə Bəxşi Rəmzi arasında “alqı-satqı müqaviləsinin etibarsızlığı”na dair məhkəmə icraatında yalnız apellyasiya icraatında işə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməsi və həmin şəxslərin iddianın predmetini və əsaslarını dəyişmək hüquqlarının olmamasına qiymət verməmişdir.
19. Bundan əlavə, 27 aprel 2022-ci il tarixli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyində iddiaçıların ümumi paylı mülkiyyətində olan Saatlı rayonu, Fətəlikənd kəndində yerləşən 1.91 və 0.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqına razılıq verilməsinə dair X4, İddiaçı2 Abdulkərim oğlu, Elnarə (Əsədova) Razakova və Gülnarə Razakovanın adından Saatlı rayon Notariat Kontoruna ünvanlanmış və kənd icra nümayəndəliyinin möhürü və icra nümayəndəsinin imzalı məktubu ilə təqdim edilmiş ərizələrdəki imzaların iddiaçılara deyil, başqa şəxsə məxsus olması müəyyən edilsə də, məhkəmə buna heç bir münasibət bildirməmiş, həmin razılıq ərizələrinin alqı-satqı müqaviləsinin bağlanmasında əsas rol oynamasını nəzərə almamış, həmin ərizələrdəki iddiaçıların adlarının qarşısındakı imzaların kimə məxsus olmasını yoxlamamış və qiymətləndirməmişdir. Bununla bağlı, Saatlı rayon Fətəlikənd icra nümayəndəsinin, həmçinin Saatlı Dövlət notariat kontorunun notariusu barədə xüsusi qərardadın çıxarılmasına dair yazılı vəsatətə heç bir münasibət bildirilməmişdir.
20. Kassator şikayətini Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəlləsinin 213.1, 215.4, 215.5, 337.1-ci, MPM-in 19.1.3, 76.1, 82.3, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Konstitusiya
22. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyac lar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllə
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
26. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə
355. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılı q, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.
29. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
30. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
31. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 03 mart 2023-cü il tarixli qərarı
39. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilm əsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir.
40. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur.
41. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
42. M ülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
43. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.
44. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzin də əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.
45. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
46. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilmə məsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə ə lavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı2 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu ba xımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
51. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlə rinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 03 mart 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.
53. Baxılan iş üzrə əqd bağlanarkən iddiaçıların əqdin bağlanmasına yazılı razılıq verdikləri müəyyən edilməsə də, məhkəmələr tərə findən iddiaçıların keçən 12 il ərzində cavabdehin onların mülkiyyətində olan torpaq sahəsini istifadə etdiyini görə-görə buna hər hansı bir formada maneə yaratmağa çalışmamaları, hazırkı vaxtadək əqdi mübahisələndirməmələri kimi konkludent hərəkətləri və rəftarı onlar tərəfindən əqdin bəyənilməsi kimi qiymətləndirilmiş, ona görə də iddia təmin olunmamışdır.
54. Məhkəmələr, həmçinin Mülki Məcəllənin 178.5-ci maddəsinə əsasən hesab etmişdir ki, hətta cavabdehin adına dövlət reyestrində aparılan qeydiyyatın etibarsız olması fərz edilsə belə, adına əsassız qeydiyyatın aparılmasına baxmayaraq, özünün mülkiyyətçi kimi qeydə alınmasının əsassız olduğunu bilmədən torpaq sahəsinə 12 il boyunca vicdanla və fasiləsiz olaraq sahiblik etdiyindən, o, müvafiq olaraq torpaq sahəsinin mülkiyyətçisi kimi qəbul edilməlidir.
55. İşə baxmış məhkəmələrin Saatlı Rayon Məhkəməsinin icraatında olmuş 2(055)1041/2021 saylı mülki iş üzrə qəbul edilmiş qətnamədə müəyyən edilən halların hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olduğu barədə gəldiyi qənaət də MPM-in 82.3-cü maddəsinin tələblərinə uyğun olmuşdur. Belə ki, həmin normaya müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar yalnız həmin iş üzrə tərəflər (iddiaçı və cavabdehlər) üçün deyil, işdə iştirak edən bütün şəxslər üçün preyudisial əhəmiyyətə malikdir. Hazırkı iş üzrə iddiaçıları həmin işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı üçüncü şəxs qismində cəlb edilmiş və işdə iştirak etmişlər.
56. Kassasiya şikayətinin birinci instansiya məhkəməsində işə səlahiyyəti olmay an hakim tərəfindən baxıldığı barədə dəlili də əsassızdır. Belə ki, MPM-in 19.1.3-cü maddəsinə əsasən hakimin əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etməsi hakim etiraz və ya özü-özünə etiraz üçün əsasdır. Baxılan işlə Saatlı Rayon Məhkəməsinin icraatında olmuş 2(055)-1041/2021 saylı mülki iş ayrı-ayrı işlər olmuş, iddiaçı və iddianın əsasları fərqli olmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsində icraat zamanı iddiaçılar hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsasların olması barədə dəlil irəli sürməmiş, hakimə etiraz verməmişlər.
57. Məhkəmə k ollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-135/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.