Məhkəmə qərarları › İş №2(102)-2587/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2587/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2587/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Respublika Xammal və Hərrac Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh4 Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül o ğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Respublika Xammal və Hərrac Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh4 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3782/2021 nömrəli, 19 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044 )-56/2018 saylı, xx.xx.2018-ci il tarixli 2(044)-56/2018 qətnaməsi ilə Cavabdeh4 QSC-nin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X7, X4 və İddiaçı cəmi 99424.42 ABŞ dolları məbləğdə pulun ödəniş vaxtına manatın məzənnəsi üzrə alınaraq Cavabdeh4 QSC-nə ödənilməsi, tələbin İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami Rayonu, Almaz İldırım küçəsində 0.0218 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət 46-48 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 175000 manat müəyyən edilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 99424.42 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqq ının əmlakın satışından əldə olunan vəsait hesabına Cavabdeh4 QSC-nə ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X7, X6 və X3 fərdi yaşayış evindən çıxarılmaları və əmlakın boşaldılaraq Cavabdeh4 QSC-nə təhvil verilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlər X7, X4 və İddiaçı müştərək qaydada tutulması qət edilmişdir.

2. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Cavabdeh1 112369/18 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubu ilə hərracın keçirilməsi "xxxx" Hərrac Mərkəzinə həvalə edilmişdir.

3. Hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə, saat 11:00-a təyin olunmuş, bu barədə 07.03-xx.xx.2019 il ta rixli “Birja Yenilikləri” qəzetində elan verilmiş, açıq hərracın keçirilməsinə dair 01/2 saylı bildiriş göndərilmişdir.

4. İkinci hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə 11:00-a təyin olunmuş, bu barədə, 29.03xx.xx.2019-cu il tarixli “Birja Yenilikləri” qəzetində elan verilmiş, 02 saylı bildiriş tərəflərə göndərilmişdir. 5. xx.xx.2019-cu il tarixli 01/1435 saylı təklif məktubuna əsasən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə - 111562.50 manata ipoteka saxlayana təklif olunmuş, Cavabdeh4 QSC əmlakları qəbul etmiş, ipoteka saxlayanın ipoteka predmetini əldə etməsi ilə bağlı hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 23/09 saylı protokol tərtib olunmuşdur. İş üzrə qəbul edi lmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X2 cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Respublika Xammal və Hərrac Mərkəzi "xxxx" MMC, Cavabdeh4 QSC-yə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərrac Mərkəzi "xxxx" MMCnin, Cavabdeh1 apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsi, ümumi yaşayış evinin Hərrac Mərkəzi "xxxx" MMC ilə Cavabdeh4 QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 23/09 saylı protokolun və həmin hərracın yekunlarının etibarsız hesab edilməsi, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2017-ci il tarixli 06L00000325 saylı ipoteka müqaviləsinə xitam verilməsi və həmin əmlakın yüklü edilməsinə dair qeydi haqda çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçirilmiş hərraclar nəticəsində adı çəkilən daşınmaz əmlak satılmadığından, cavabdeh Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC tərəfindən Cavabdeh4 QSC-yə təklif edilmiş və nəticədə balansa qəbul edilmişdir. Cavabdeh Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsi ilə nəzərdə tutulmuş hərracın keçirilməsi qaydalarını kobud şəkildə pozmuş, hərracın keçirilməsi barədə bildirişlər göndərilməmiş, hərrac barədə ona hər hansı bir məlumat verilməmişdir. O, hərrac barədə məlumatı icra idarəsindən almışdır.

8. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(044)-561/2021 saylı qətnaməsi ilə (hakim G.Şirinov) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2018-ci il tarixli 2(044)56/2018 saylı qətnaməsi əsasında verilmiş xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə borclu tərəfindən borcun ödənilməsi təmin edilməmiş, bundan sonra Gəncə şəhəri, Nizami Rayonu, Almaz İldırım küçəsində 0.0218 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət 46-48 saylı fərdi yaşayış evi hərraca çıxarılmış, əmlak xx.xx.2019-cu il tarixdə 111562.5 manata Cavabdeh4 QSC tərəfindən qəbul edilərək balansa qəbul edilmişdir.

10. Məhkəmə hesab et mişdir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Respublika Xammal və Hərrac Mərkəzi "xxxx" MMC-nə, Cavabdeh4 QSC-nə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia təmin edilməməlidir.

11. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 41.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı X2 apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(044)-561/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilm əsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2(104)3782/2021 saylı qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və F.Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı əqdin (o cümlədən kredit, alğı-satqı və ipoteka müqavilələrinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, hərrac ın təşkilatçısı tərəfindən iddiaçının qeydiyyatda olduğu ünvana bildiriş göndərilməsi işin mübahisələndirilməyən halıdır. İddiaçı hərracın təşkilatçılarına əmlakın hərraca çıxarılarkən bildirişin onun ünvanına göndərilmədiyini iddia etsə də, istinad etdiyi halların təsdiqinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası aparılmış araşdırmaların nəticəsi kimi belə qənaətə gəlmişdir ki, irəli sürülən iddia əsaslı sayıla bilməz.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 270.1, 324.1, 324.4, 389.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, G əncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2(104)-3782/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh “Respublika Xammal və Əmtəə birjası, "xxxx" MMC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsi ilə nəzərdə tutulmuş hərracın keçirilməsi qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, hərracların keçirilməsi barədə bildirişlər göndərilməmiş, hərrac barədə iddiaçıya hər hansı bir məlumat verilməmişdir. Keçirilmiş hərraclar nəticəsində mülkiyyətində olmuş daşınmaz əmlak satılmadığından, cavabdeh “Respublika Xammal və Əmtəə birjası, "xxxx" MMC tərəfindən Cavabdeh4 Qapalı Səhmdar Cəmiyyəti təklif edilmiş və nəticədə balansa qəbul edilmişdir.

19. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2, 414.5, 415.2, 416.1, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 44-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər

21. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

22. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsa tət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üç ün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 24. “İpoteka haqqında” Qanun Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qo yana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər i poteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 48.1.2. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.2. əsas öhdəliyə xitam verildikdə. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

27. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvini ehtiva etdiyinə görə, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, iddiaçı onun ipoteka ilə yuklü etdiyi mənzil hərracda satılarkən, hərracın təşkilatçısı tərəfində n ona məlumat verilmədiyini əsas tutaraq, hərracın nəticələrinin etibarsız sayılmasını, ipoteka müqaviləsinə xitam verilməsi və həmin əmlakın yüklü edilməsinə dair qeydi haqda çıxarışın ləğv edilməsini tələb edir.

32. İddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin 416.1-ci maddəsi və “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 416.1-ci maddəsi, Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərracın maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayılmasının mümkünlüyünü müəyyən edir. 33. “İpoteka haqqında” Qanunun 43.8-cimaddəsi isə, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədikdə ipotekaya xitam verilməsi kimi hüquqi nəticəni təsbit edir.

34. İşə b axmış apellyasiya instansiyası məhkəməsi işin hallarını Mülki Məcəllənin 416.1-ci maddəsinin dispozisiya şərtləri əsasında yoxlayaraq müəyyən etmişdir ki, hərracın keçirilməsi barədə iddiaçıya vaxtında məlumat verilmişdir və hərracın nəticələrinin etibarsız sayılması üçün əsaslar yoxdur.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kassatorun dəlilləri əsassızdır. Çünki iş materiallarından göründüyü kimi birinci hərrac barədə bildirişlər iddiaçının iddiaçının faktiki olaraq yaşadığı, indiki iddia ərizəsində də ünvanı kimi qeyd etdiyi ünvan 2 digər borclulara göndərilmiş bildirişləri də iddiaçı şəxsən özü almışdır. İkinci hərrac barədə bildirişlər də iddiaçının yaşadığı, iddia ərizəsində qeyd etdiyi ünvana göndərilib və onun ailə üzvləri tərəfi ndən alınıb. 36. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş ipotekaya xitam verilməsinə səbəb olan hal da müəyyən edilmir. Çünki təkrar hərrac xx.xx.2019-cu il tarixdə keçirilmiş və ipotekasaxlayan ipoteka predmetini xx.xx.2019-cu il tarixdə qəbul etmişdir.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3782/2021 nömrəli, 19 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar