Məhkəmə qərarları › İş №2(102)-2588/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2588/2021

17.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2588/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: ər-arvadın ümumi birgə mülkiyyəti, əmlak bölgüsü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7504/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 may 20 21-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 30.10.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan onların iki övladı anadan olmuşdur - 12.09.2011-ci il təvəllüdlü X9 və 25.08.2014-cü il təvəllüdlü X7. Tərəflər arasında bağlanmış nikah Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli, 2(011)-325/2020 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnamə ilə tərəflərin azyaşlı uşaqlarının analarının yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. “Toyota Camry” minik ma rkalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – mübahisəli avtomobil) tərəflər birgə nikahda olduqları zaman cavabdehin adına əldə edilmiş və 26.08.2019-cu il tarixdə X1. Avtomobil satılan zaman iddiaçının notarial qaydada təsdiq edilmiş razılığı alınmışdır. Sonradan, 21.05.2020-ci il tarixində X6 avtomobili X2 28.000 manata satmış və avtomobil sonuncunun adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı ümumi birgə mülkiyyətlərində olan avtomobilə dair 26.08.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlak üzərində iki azyaşlı uşaqlarının diqqətəlayiq mənafeləri nəzərə alınmaqla 2/3 hissədə onun payınin, 1/3 hissədə isə cavabdehin payının müəyyən edilməsi, avtomobilin hərracdan satılması və satışdan əldə olunan vəsaitin paylara mütənasib bölünməsi, habelə cavabdeh tərəfindən bankdan çıxarılmış 2000 manat pulun səkkiz il (2012-2020-ci illər) üçün hesablanmış faizi ilə birlikdə X5 adına açılmış hesaba qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə verərək, cavabdehlə birgə nikah dövründə əldə olunmuş mübahisəli avtomobilin satışından əldə olunmuş 30.000 manat pul vəsaitinin, iki azyaşlı uşaqlarının diqqətəlayiq mənafeləri nəzərə alınmaqla 2/3 hissədə onun payı, 1/3 hissədə isə cavabdehin payı müəyyən edilməklə, payına düşən hissəsinin cavabdehdən alınaraq ona verilməsi və qalan hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə birlikdə ümumi təsərrüfatın idarə edilməsində iştirak etmişdir. Cavabdeh onu aldadaraq, güya adına qeydə alınmış avtomobildən xidməti işində istifadə etdiyi üçün ona yanacağa görə əlavə güzəştlər ediləcəyi adı ilə notariat qaydada etibarnamə verilməsi lazım olduğunu bildirmiş və 24.08.2019-cu il tarixdə onu Abşeron rayon 1 saylı Notariat Ofisinə apararaq avtomobil barədə məzmunu ona aydın olmayan ərizəni ona imzalatdırmışdır. Bir müddət sonra məlum olmuşdur ki, cavabdeh avtomobili 26.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən öz yaxın qohumu X3 adına keçirməklə onu aldatmışdır. O, 18.09.2019-cu il tarixdə Notariat ofisinə gedib həmin ərizəni ləğv etdirmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməs i) 2(011)-3378/2020 nömrəli iş üzrə 24 iyul 2020-ci il tarixli qətnaməsi və 11 avqust 2020-ci il tarixli əlavə qətnaməsi ilə (hakim L.Rəhimli) iddia tələbləri təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı avtomobil satılarkən notarial qaydada təsdiq edilmiş razılıq vermişdir və avtomobilin satılmasına və ya ipoteka qoyulmasına etiraz etmədiyini bildirmişdir. Bundan başqa, satılmış avtomobilə görə əldə edilmiş pul vəsaitinin hal-hazırda cavabdehin sahibliyində olması və birgə nikah dövründə xərclənməməsi öz təsdiqini tapmamışdır. Məhkəmə, həmçinin bankdan çıxarılmış 2000 manat pulun hesablanmış faizlə birlikdə qaytarılması tələbinə münasibətdə qeyd etmişdir ki, göstərilən məbləğdə pulun cavabdeh tərəfindən bankdan çıxarılması sübut o lunmadığından həmin hissədə də iddia təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 225.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan başqa – Ailə Məcəlləsi) 32.1, 32.2, 33.2, 33.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 106.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, avtomobili 15.000 manata qohumuna satmış, iddiaçının avtomobilin satılmasından xəbəri olmuş və ona notariat kontorunda verdiyi ərizənin mahiyyəti izah edilmişdir. O, sözügedən avtomobilin alınması üçün borc götürmüş və avtomobil satıldıqdan sonra pulun bir hissəsini borclarına ödəmiş, bir hissəsini isə ailənin ehtiyaclarına xərcləmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7504/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin olunmuş, cavabdehdən avtomobilin satışından əldə edilmiş 15 000 manatın ½ hissəsi, yəni 7500 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, birinci instansiya məhkəməsinin əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddia tələbi qalan hissəl ərdə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli avtomobilin tərəflərin birgə nikahı dövründə alındığı işin mübahisəsiz halıdır. Cavabdeh avtomobili X4 26.08.2019-cu il tarixində 15 000 manata satdıqdan sonra, 2019cu ilin sentyabr ayının əvvəlində iddiaçıya qarşı nikahın pozulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh avtomobilin satışından əldə olunmuş vəsaitin ailənin ehtiyaclarına xərcləndiyini qeyd etsə də, irəli sürdüyü arqumenti təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, işin hallarından avtomobilin satışından sonra cavabdehin nikahın ləğvi barədə məhkəmədə iddia qaldırdığı, həmçinin iddiaçının 18.09.2019-cu il tarixdə notariat ofisinə müraciət edərək avto mobilin satılmasına razılıq verməsi barədə ərizəni ləğv etdirdiyi müəyyən olunduğundan, satışdan əldə olunan vəsaitin ailə ehtiyaclarına xərcləndiyi ağlabatan deyildir. Ona görə də, avtomobilin satışından əldə edilmiş 15 000 manat pul vəsaitinin ½ hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 32.1, 32.2, 37.1, 37.2-ci, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X10) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və işin yeni apellyasiya baxışına qay tarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırmamış, sübutlara və iş üzrə tərəflərin izahatlarına obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verməmişdir. Kassator qeyd etmişdir ki, avtomobilin alqı-satqısına dair müqavilə mülki və ailə qanunvericiliyinin tələblərinə əməl edilməklə bağlanmışdır. Müqavilə bağlanan zaman və ondan bir neçə ay əvvəl onunla iddiaçı arasında münasibətlər normal olmamış, birbirindən ayrılmaq istədiklərini bildirmişlər. İddiaçı avtomobilin satışına dair əvvəl vermiş olduğu razılığı nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra ləğv etmişdir. Lakin məhkəmənin avtomobilin satışından əldə olunmuş vəsaitin ailənin məsrəflərin ə xərclənməməsi barədə qənaəti tamamilə əsassızdır. İddiaçı daim (bu günün özündə belə) onunla və onun valideynləri ilə bir evdə yaşamış və ailə məsrəfləri onun və valideynlərinin hesabına ödənilmişdir. Kassasiya şikayətinin əsası kimi MPM-nin 88, 106-cı maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Pro sessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya i nstansiyası məhkəməsinin aktından yalnız cavabdeh kassasiya şikayəti verdiyindən həmin məhkəmə aktı iddianın təmin edilmiş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1). Ailə Məcəlləsi Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. (maddə 32.1). Ər-arvadın ümumi birgə mülkiyyətinə (maddə 32.2): onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabi liyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (maddə 32.2.1); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdik ləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsasən qiymə t verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7504/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar