Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2588/2025 28.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 32 saylı saylı notariat ofisinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, qanunla bu qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2510/2025 nömrəli 2025-ci il 5 iyun tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2510/2025 nömrəli 2025ci il 5 iyun tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1784/2024 nömrəli, 2024-cü il 20 may tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmişdir. Həmin tarixli qərardadla Cavabdeh2 tərəfindən verilmiş “mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi” barədə vəsatət təmin edilməmiş, cavabdeh bu qərardaddan kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlar əsasən hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən, qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya mə hkəmələrinin apellyasiyanın qeyri-mümkün hesab edilməsi; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla); kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi; iş üzrə icraata xitam verilməsi; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsi və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 384.0.4-cü maddə sinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Göründüyü kimi, qanunvericilikdə apellyasiya instansiya məhkəməsinin işin aidiyyəti (məhkəmə və ya ərazi aidiyyəti üzrə) göndərilməsi barədə qərardadından kassasiya şikayəti vermək hüququ nəzərdə tutulmuşdur. Hazırda cavabdehin kassasiya şikayəti verdiyi qərardad isə işin aidiyyəti üzrə göndərilməsi ilə deyil, əksinə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatətin təmin edilməməsi ilə bağlıdır. Digər tərəfdən, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qərardadla eyni tarixdə qətnamə qəbul edilərək, işə mahiyyəti üzrə ba xılması yekunlaşmışdır. Belə olan halda, cavabdeh həmin qərardada olan etirazlarını qətnamədən verdiyi kassasiya şikayətinə daxil edə bilər. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilm əli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2510/2025 nömrəli 2025ci il 5 iyun tarixli qərardadından Cavabdeh2 verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2588/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-2588/2025
28.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver