Məhkəmə qərarları › İş №2(102)-2589/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2589/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2589/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2589/2024 (Açar sözlər: pul vəsaitinin qaytarılması, iddia müddətinin kəsilməsi, sübutların qiymətləndirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-973/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi ndən iddiaçı "xxxx" MMC (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2018-ci il tarixli, 14862 nömrəli müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMCdən “Samsung J 106 DS” markalı telefonu 18 ay müddətinə hər ay 16 manat ödəmək şərti ilə almışdır. 2. xx.xx.2018-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMCdən “Luna” markalı çarpayı, dolab, termo, 2 ədəd tumba, “Uretan” markalı döşək və “Mi” markalı 1 ədəd power bank avadanlığını 26 ay müddətinə hər ay 250 manat, son iki ayda isə 246 manat ödəmək şərti ilə almışdır. 3. xx.xx.2018-ci il tarixli, K00200669 nömrəli müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMC-dən “Xiaomi Redmi 5 Pl us 3” markalı telefon, 1 ədəd “Sandisk” markalı yaddaş kartı və “Mi” markalı 1 ədəd “power bank” avadanlığını 24 ay müddətinə hər ay 35 manat ödəmək şərti ilə almışdır. 4. xx.xx.2018-ci il tarixli, K00243635 nömrəli müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMC-dən “Samsung J2 2018 DS” markalı və “Xiaomi Redmi 5 Plus 3” markalı telefonları 12 ay müddətinə hər ay 34 manat ödəmək şərtilə almışdır. 5. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh tərəfindən əsas borc üzrə cəmi 2.430,72 manat ödəniş edilmiş, onun xx.xx.2018-ci il tarixli müqavilə üzrə 3.690 manat ödənilməmiş məbləğ 1.207 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 840 manat ödənilməmiş məbləğ 172 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 408 manat ödənilməmiş məbləğ 62 manat cərimə, xx.xx.2 018ci il tarixli müqavilə üzrə 111,8 manat ödənilməmiş məbləğ 43,2 manat cərimə və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 55,48 manat ödənilməmiş məbləğ 46,52 manat cərimə olmaqla, 5.105,28 manat ödənilməmiş məbləğ və 1.530,72 manat dəbbə olmaqla ümumilikdə 6.636 manat borcu qalmışdır. 6. 16.01.2023-cü ildə cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

7. Cavabdeh tərəfindən təqdim olunmuş qəbzlərə əsasən, Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixdə 252,15 manat, xx.xx.2018-ci il tarixdə 250 manat, xx.xx.2018-ci il tarixdə 246 manat, xx.xx.2018-ci il tarixdə 246 manat, xx.xx.2018-ci il tarixdə 246 manat, xx.xx.2018-ci il tarixdə 246,84 manat, xx.xx.2018-ci il tarixdə 250 manat və xx.xx.2018-ci il tarixdə 258 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə isə xx.xx.2018-ci il tarixdə 35 manat olmaqla cəmi 2.029,99 manat ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı (bundan sonra iddiaçı və ya MMC) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Luna” çarpayı, “Luna” dolab, “Luna” termo, “Luna” tumba, Döşək “Uretan” və “Luna” tumba üçün 3.690 manat ödənilməmiş məbləğ, 1.207 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Xiaomi Redmi 5 Plus 3” markalı telefon və “32 GE X2 SDHC UHS-İ” card üçün 840 manat ödənilməmiş məbləğ, 172 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Samsung J2 2018 DS” markalı telefon üçün 408 manat ödənilməmiş məbləğ, 62 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Samsung J” markalı telefon üçün 111,8 manat ödənilməmiş məbləğ, 43,2 manat cərimə və xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Power Bank” “Mi” üçün 55,48 manat ödənilməmiş məbləğ, 46,52 manat cərimə olmaqla, ümumilikdə 6.636 manat pulun və 86,36 manat dövlət rüsumunun xeyirlərinə ödənilməsi barədə qətnamə qəbul olunmasınıı xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, MMC cavabdehlə müxtəlif nisyə alğı-satqı müqavilələri bağlamışdır. İşin hallarında göstərilən müqavilələr üzrə cavabdehin iddiaçıya ödəmədiyi, ümumilikdə 6.636 manat pul qalmışdır. Cavabdehə dəfələrlə borcun könüllü ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da, cavabdeh bunu icra etməmişdir. Beləliklə, cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.

10. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyib, iddiaçının iddia müddətini ötürməsi ilə bağlı məhkəməyə yazılı ərizəsini təqdim etdiyini göstərərək, iddia müddəti keçdiyi üçün iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

11. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(125)-894/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qətnaməsi ilə (X3) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia müddətini ötürdüyündən iddianın təmin edilməsi mümkün deyildir.

13. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddə sinə əsasən, müqavilə tələbləri üçün iddia müddəti 3 ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən tətbiq edilən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Nəticədə, alğı-satqı müqavilələri üzrə öhdəliklərin icra müddətləri müvafiq olaraq, xx.xx.20 20-ci il tarixdə, xx.xx.2020ci ildə, xx.xx.2019-cu ildə, və xx.xx.2019-cu il tarixlərdə bitmişdir. Bununla belə son ödəniş tarixi xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixdə həyata keçirilsə belə iddia müddəti keçmişdir. Hazırki tələb müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilməklə üç illik iddia müddəti keçdikdən sonra verilmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 384.0.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddə lərinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən narazı qalan iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq, işi hərtərəfli, tam, obyektiv araşdırmamış və doğru hüquqi qiymət verməmişdir. Yalnız cavabdehin təqdim etdiyi sübutlara əsaslanaraq iddianı təmin etməmişdir. Belə ki, məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş qəbzlərdən görünü r ki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixdə 252,15 manat, xx.xx.2018-ci il tarixdə 250 manat, xx.xx.2018-ci il tarixdə 246 manat, xx.xx.2018-ci il tarixdə 246 manat,xx.xx.2018-ci il tarixdə 246 manat, xx.xx.2018-ci il tarixdə 246,84 manat, xx.xx.2018-ci il tarixdə 250 manat və xx.xx.2018-ci il tarixdə 258 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə isə xx.xx.2018-ci il tarixdə 35 manat ödəniş edilmişdir və həmin qəbzlərin ümumi məbləği 2.029,99 təşkil edir. Lakin, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəməyə təqdim edilmiş 05 dekabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin müxtəlif vaxtlarda ödədiyi məbləğ 2.430,72 manat təşkil edir. Lakin, cavabdeh müqavilələrin iddia müddətinin “başa çatdığı nı” süni şəkildə sübut etmək üçün, müqavilələrin iddia müddətinin davamlığını təmin edən son ödənişləri təsdiq edən qəbzləri, bilərəkdən məhkəməyə təqdim etməmişdir. Cavabdehin müqavilələr üzrə etdiyi son ödənişlər, ödəniş sistemindən çıxarılmış kassa qəbzlərinə əsasən xx.xx.2022-ci il tarixinə təsadüf edir. Bu isə müqavilələr üzrə iddia müddətinin başa çatmadığını sübut edir. Cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərinin ümumi məbləği bu səbəbdən maliyyə və ödəniş cədvəlində göstərilən ümumi məbləğə uyğun gəlmir.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-973/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə (X1 (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Şamil Rzaquliyev) iddiaçı tərəfindən verilmiş ape llyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasındakı nisyə alğı-satqı müqavilələri xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə bağlanmış, müqavilələr üzrə öhdəliklərin icra müddəti isə müvafiq olaraq xx.xx.2018-ci il tarixli müqavilə üzrə 26 ay, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 24 ay müddətinə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 12 ay və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 16 ay müddətinə müəyyən edilmişdir. Bununla belə son ödəniş tarixi xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixdə həyata keçirilmişdir. İddiaçı bank isə 18 de kabr 2023-cü il tarixdə, yəni müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti bitdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.

19. Məhkəmə kollegiyasının qənaətinə görə, tərəflər arasında yaranmış mübahisə nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması ilə bağlı yaranan mübahisədir və qanunvericiliyin həmin münasibətləri hüquqi baxımdan tənzim edən normaları əsasında həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 14.2, 386.1-ci maddələrinin tələbinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Nisyə alğı-satqı müqavilələri ilə bağlı Mülki Məcəllənin 600.2-600.5-ci maddələrinə əsasən, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan ni syə alğı-satqı müqavilələri ilə bağlı 3 illik iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (Mülki Məcəllənin 368 və 377.2-ci maddələri)

21. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında da göstərmişdir ki, iddia müddətinin tətbiqi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmağa, eyni zamanda pozulmuş hüq uqların məhkəmə qaydasında ağlabatan müddətdə müdafiə edilməsinə xidmət edir. Eyni zamanda, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

22. Məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək bel ə nəticəyə gəlmişdir ki, iddia müddətinin keçməsinə görə iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir.

23. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 14.2, 372.1, 373.2, 375.2, 425.1, 427.1, 600.2-600.5-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 217.3, 217.4, 218.1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətnamədən iddiaçı "xxxx" MMC (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edi lməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehinn borcun bir qisminin ödənilməsini təsdiqləyən xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlini apellyasiya məhkəməsi düzgün qiymətləndirməmiş, yəni sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır və bu səbəbdən də iddia müddətinin axımı ilə bağlı Mülki Məcəllənin 373.3-cü maddəsi olan “Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti” normasını həmin sübuta münasibətdə düzgün tətbiq etməmiş, yəni müddətin axımını maliyyə və ödəniş cədvəli üzrə son ödəniş tarixindən hesablamamışdır. Belə ki, cavabdehin müqavilələr üzrə etdiyi son ödənişlər ödəniş sistemindən çıxarılmış kassa qəbzlərinə əsasən xx.xx.2022-ci il tarixinə təsadüf edir.

26. Kassasiya şikayətində prosessual hüquq normalarının pozulmasının əsası kimi qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

27. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

28. Maddə 372.1. Hüququ pozulmuş şəxsin iddiası il ə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

29. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

30. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

31. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

32. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

33. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən h ər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

36. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə a yrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

37. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı.

38. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarı.

39. İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Həmin qərarda Mülki Məcəllənin 380-ci maddəsinə şərh verilərkən Konstitusiya Məhkəməsi göstərmişdir ki, müddətin kəsilməsi tərəflər in iradəvi xarakterli hərəkəti ilə bağlı olur.... Mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. Tər əflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üç ün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

48. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkə məsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdırin. Kassasiya baxışının hədləri:

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütünlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyek tiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

57. İddia tələbindən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Luna” çarpayı, “Luna” dolab, “Luna” termo, “Luna” tumba, Döşək “Uretan” və “Luna” tumba üçün 3.690 manat ödənilməmiş məbləğ, 1.207 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Xiaomi Redmi 5 Plus 3” markalı telefon və “32 GE X2 SDHC UHS-İ” card üçün 840 manat ödənilməmiş məbləğ, 172 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Samsung J2 2018 DS” markalı telefon üçün 408 manat ödənilməmiş məbləğ, 62 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Samsung J” markalı telefon üçün 111,8 manat ödənilməmiş məbləğ, 4 3,2 manat cərimə və xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Power Bank” “Mi” üçün 55,48 manat ödənilməmiş məbləğ, 46,52 manat cərimə olmaqla, ümumilikdə 6.636 manat pulun və 86,36 manat dövlət rüsumunun xeyirlərinə ödənilməsi barədə qətnamə qəbul olunmasınıı xahiş etmişdir.

58. Məhkəmələrin müəyyən etdiyi işin hallarından isə görünür ki, alqı-satqı müqavilələri xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində bağlanmaqla müqavilə üzrə öhdəliklərin icra müddəti xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci ildə, xx.xx.2019-cu ildə, və xx.xx.2019-cu il tarixlərdə bitmişdir. Bununla belə son ödəniş tarixi xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixdə həyata keçirilsə belə iddia müddəti keçmişdir. Ha zırki tələb müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilməklə üç illik iddia müddəti keçdikdən sonra verilmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.

59. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı nisyə alğı-satqı müqavilələri xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə bağlanmış müqavilələr üzrə öhdəliklərin icra müddəti isə müvafiq olaraq xx.xx.2018-ci il tarixli müqavilə üzrə 26 ay, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 24 ay müddətinə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 12 ay və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 16 ay müddətinə müəyyən edilmişdi r. Bununla belə son ödəniş tarixi xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixdə həyata keçirilmişdir. İddiaçı bank isə 18 dekabr 2023-cü il tarixdə, yəni müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti bitdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.

60. Məhkəmə kollegiyasının qənaətinə görə, iddia müddətinin keçməsi ilə bağlı işdə olan sübutlara apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyə uyğun olaraq düzgün hüquqi qiymət verilməmişdir.

61. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində, iddiaçının iddia ə rizəsinə əlavə olunmuş və məhkəməyə təqdim edilmiş 05 dekabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə istinad edilərək, cavabdehin müxtəlif vaxtlarda ödədiyi məbləğin 2.430,72 manat təşkil etməsi, lakin müqavilələrin iddia müddətinin “başa çatdığını” süni şəkildə sübut etmək üçün, cavabdehin müqavilələrin iddia müddətinin davamlığını təmin edən son ödənişləri təsdiq edən qəbzləri bilərəkdən məhkəməyə təqdim etməməsini, həmin qəbzlərin ümumi məbləğinin 2.029,99 təşkil etməsi qeyd olunsa da, apellyasiya şikayətinin qeyd olunan dəlilləri apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış və həmin dəlillərə hər hansı hüquqi qiymət verilməmişdir.

62. Bundan başqa iddiaçının nümayəndəsi tərəfindən apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında təqdim edilərə k iş materiallarına əlavə edilmiş (i.v.132-134), cavabdehin müqavilələr üzrə etdiyi son ödənişlərin xx.xx.2022-ci il tarixdə icra edilməsi barədə ödəniş sistemindən çıxarılmış üç ədəd kassa qəbzlərə apellyasiya instansiya məhkəməsi tərəfindən diqqət yetirilməmiş, həmin qəbzlərin hansı müqavilələrə aid olması araşdırılmamış, qəbzlərin Mülki Məcəllənin 380.1-ci maddəsində nəzərdə tutulmuş borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsini təsdiq edən sübut olub olmamasına, bununla da iddia müddətinin axımının kəsilməsinə təsir göstərib göstərməməsinə hüquqi qiymət verilməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi tərəfindən apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş həmin sübutlara, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsi baxımından gecikmiş sübut olub-olmamasına d a hər hansı hüquqi qiymət verməmişdir.

63. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halları araşdırmadan apellyasiya instansiya məhkəməsinin, iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə gəldiyi nəticə əsassızdır.

64. Göstərilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.

65. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qan uni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

66. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

67. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Alm aniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

68. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr t ərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

69. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

70. Göstərlənlərdən aydın olur ki, yuxarıda qeyd olunan iş üçün müh üm əhəmiyyət kəsb edən hallar apellyasiya instansiya məhkəməsi tərəfindən qiymətləndirilməmiş, Mülki Prosessual Məcəllənin 14.1 və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

72. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

73. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları arad an qaldırmaqla yanaşı, tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunaraq, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qətnamə qəbul olunmalıdır.

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən veri lmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-973/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar