Məhkəmə qərarları › İş №2(102)-259/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-259/2021

01.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-259/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən inşa edilmiş tikilinin öz hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, sübutetmə, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxxnun, Cavabdeh və vəkili xxxnun iştirakları ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-41/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil İddiaçı mülkiyyətindədir. Qonşuluqda yerləşən ünvan 1 ünvanında olan ev Cavabdeh istifadəsindədir və həmin evin ətrafında olan torpaq sahəsi hasara alınmış, hasarın X2 evinə tərəf olan hissəsində dəmir qapı qoyulmuşdur. İş üzrə birinci instansiya məhkəməsində təyin edilərək keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 23928 saylı rəyinə əsasən ünvan 1 saylı ev ilə cavabdehin evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arasında gediş-gəliş yolu olduğu müəyyən olunur. Azərbaycan Respublikasın ın Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin 79.1.3-cü bəndində göstərilənləri, o cümlədən tədqiq olunan hasarın hündürlüyünün 2.0 metr təşkil etdiyini nəzərə alaraq, həmin hasarın inşa edilməsi üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79 saylı maddəsinin 79.1.3-cü bəndinə əsasən müvafiq təşkilatlardan icazə tələb olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş hasarın inşa edilməsi üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin 79.1.3-cü bəndinə əsasən müvafiq təşkilatlardan icazə tələb olunmadığını, eləcə də mübahisəli qapının gediş-gəliş yoluna açıldığını nəzərə alaraq, həmin qapının və hasarın İddiaçı ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilindən istifadəsinə maneə yaratmadığı müəyyən edilir. İş ü zrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz tikdiyi hasarın sökülməsi və qanunsuz qoyulmuş dəmir darvazanın götürülməsi, iddianın tərtib olunması və hüquqi yardım üçün ödədiyi 50 manat, iddianın irəli sürülməsi üçün dövlət rüsumu kimi ödədiyi 20 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev iddiaçının mülkiyyətindədir. Qonşusu olan cavabdeh bir neçə ildir ki, qanunsuz olaraq, yaşadığı evin ətrafında hasar tikdirmiş və darvaza qoymuşdur. Darvaza iddiaçının həyətinə açılır və cavabdeh onun həyətindən gediş-gəliş yolu kimi istifadə edir. Cavabdeh gecə saat 2-3 radələrində s ərxoş vəziyyətdə evinə gələrkən darvazanı qəsdən bərk çırparaq, onları qorxudur. İddiaçının evində xəstə anası var. İddiaçının və anasının şikayətinə əsasən Xaçmaz Mənzil İstismar İdarəsi tərəfindən komissiya təşkil edilmiş və komissiya üzvləri tərəfindən hasar və darvazanın qanunsuz olması barədə akt tərtib edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(067)-92/2018 nömrəli qətnaməsi ilə (hakim F.B.Mirzəquliyev) iddia təmin edilmiş, Cavabdeh tərəfindən özünə məxsus ünvan 1 ünvanında yerləşən evin ətrafında tikilmiş hasarın və quraşdırılmış darvazanın sökülməsi, Cavabdeh cəmi 70 manat məhkəmə xərcinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Xaçmaz Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 28 saylı arayış a istinad edərək müəyyən etmişdir ki, Cavabdeh məxsus ünvan 1 ünvanında olan evin yerləşdiyi torpaq sahəsində tikdiyi hasar və darvaza özbaşına tikinti sayılır. Həmin hasar və darvaza İddiaçı mülkiyyətində olan evdən istifadə etməsi, həmin evdə yaşaması, onun anasının sağlamlığı üçün təhlükə, mənəvi çətinliklər yaradır, onun hüquqlarını və qanunla qorunan mənafelərini pozur. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apelyasiya şikayəti verərək, Xaçmaz rayon məhkəməsinin 2(067)92/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-41/2020 nömrəli qətnaməsi ilə (hakim E.G.Rəhimovun sədrliy i və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(067)-92/2018 nömrəli qətnaməsi ləğv edilmiş və İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun öz hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2018-ci il tarixli akt, Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 28 saylı arayışlara əsaslanmışdır. Birinci instansiya məhkəməsi ekspertiza təyin etdiyi halda məhkəməyə təqdim edilmiş ekspert rəyini tədqiq etməmiş, rəyə münasibət b ildirməmişdir. Halbuki aparılmış tədqiqatla, ünvan 1 saylı ev ilə cavabdehin evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arasında gediş-gəliş yolu olduğu müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsində iş üzrə təkrar ekspertiza keçirilməsi barədə qərardad qəbul edilmiş, lakin cavabdehin mane olması səbəbindən ekspert iş üzrə təkrar baxış keçirib rəy verə bilməmişdir. Məhkəmə kollegiyası təkrar ekspertiza üzrə rəy verilməməsini və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza rəyini nəzərə alaraq hesab etmişdir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd olunmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-41/2020 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddia tələbinin faktiki əsasını mənzildən istifadəsi ilə yanaşı mənzilə gedən yolun, ümumi istifadədə olan sahənin cavabdeh tərəfindən zəbt olunması, cavabdeh tərəfindən ümumi istifadə etdikləri sahədə qanunsuz olaraq özbaşına tikinti quraşdırma işlərinin aparılması, həmin sahəni zəbt edilməsindən ibarət olmuşdur. Apelyasiya insta nsiyası məhkəməsi birinci instansiya məhkəməsinin keçirtdiyi ekspert rəyi ilə razılaşmayaraq, təkrar ekspertizanın keçirilməsi barədə qərardad qəbul etsə də, cavabdehin ekspertizanın keçirilməsinə maneə yaratması səbəbindən ekspertin iş üzrə təkrar baxış keçirib, rəy verə bilməməsini qeyd etmişdir. Məhkəmə təkrar ekspertizanın rəyini almadan, işdə olan qeyri-müəyyən rəyi ilə razılaşaraq apelyasiya şikayətinin təmin olunması qənaətinə gəlmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh və vəkili xxx kasasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaçının dəlillərinin əsassız olmasını göstərmiş və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkil i xxx kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və vəkili xxx kasasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialla rında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər k əsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiy yət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etm əli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edili r. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun o nun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kasasiya və apelyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertin xx xxxxxx 2017-ci il tarixli 23928 saylı rəyi məhkəməyə təqdim olunmuşdur. İşə apelyasiya instansiyası məhkəməsində baxılarkən təkrar məhkəmə-tikinti ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə və Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinə həvalə olunmuşdur. İş materiallarından həmçinin müəyyən olunur ki, ekspertizanın keçirilməsi ilə bağlı bir neçə dəfə tədqiqat obyektinə baxış keçirilməsi təyin edi lsə də, müxtəlif səbəblərdən baxış mümkün olmamışdır. O cümlədən, ekspert xxx xx xxxx 2019-cu il tarixli məlumatına görə baxışın xx xxxx 2019-cu il tarixə təyin olunması barədə məlumata əsasən, ekspert obyektdə olmuş, lakin baxış zamanı tərəflər arasında yaranan mübahisəyə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan Xaçmaz Mİİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli akta əsasən Sumqayıt Apelyasiya Məhkəməsində baxılan işlə əlaqədar məhkəmənin ekspert baxışı keçirmək üçün təyin etdiyi ekspertlə birlikdə ünvan 1 ünvanında olmuş, cavabdeh tərəf olan X4 (qeyd olunmalıdır ki, həmin şəxs hazırki işdə tərəf kimi iştirak etmir) məhkəmə ekspertinə əraziyə baxış keçirməyə imkan verməmişdir. Göründüyü kimi iş materiallarında ekspertizanın keç irilməsinin mümkün olmamasının səbəbləri barədə ziddiyyət mövcud olduğu halda, məhkəmə qətnaməsində ekspertizanın cavabdehin mane olması səbəbindən keçirilməməsini göstərmişdir. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsi ekspertizanın cavabdehin təqsiri ucbatından baş tutmadığını əsas götürdüyü halda, Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsinin tələblərini tətbiq edilməməsinin səbəbini əsaslandırmamışdır. Bundan əlavə, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsində keçirilmiş ekspert rəyi ilə razılaşmayaraq, təkrar ekspertiza təyin etdiyi halda, sonradan yenidən ilkin ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103.1-ci maddələrinin tələblərini pozmuşdur. Halbuki, ekspert xx xxxxxx 2017-ci il tarixli 23928 saylı rəyində Azərbaycan Respubl ikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinə istinad etməklə hasarın inşa edilməsi üçün müvafiq təşkilatlardan icazə tələb olunmadığını göstərmişdir. Məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsi yalnız mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahələrinə aiddir. İş materiallarında olan Xaçmaz Mənzil İstismar İdarəsinin xx xxxxxx 2017-ci il tarixli Arayışına əsasən Vağzal küçəsində yerləşən bütün dövlət evləri həmin İdarənin balansındadır, sakinlərin istifadəsində olan bina ətrafı torpaq sahələri dövlət mülkiyyətindədir. Apelyasiya instansiyası məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi t ərəfindən tərtib olunmuş Texniki pasportun surətinə görə ünvan 1 X1 (hazırki işdə tərəf kimi iştirak etmir) məxsusdur. Apelyasiya instansiyası məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü adlı sənədə əsasən X1 (hazırki işdə tərəf kimi iştirak etmir) fərdi yaşayış evi tikmək üçün Xaçmaz rayonu 1 saylı DNK-nın xx xxxxxx 2000-ci il tarixli müqavilə əsasında ünvan 1 ünvanında 400 kv.m. torpaq sahəsi verilmişdir. Lakin həmin evin ətrafında inşa olunmuş mübahisəsi gedən hasarın yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində və ya başqa qaydada qanuni istifadəsində olmasını təsdiq edən sübut iş materiallarına əlavə olunmamış, apelyasiya instansiyası məhkəməsinin qətnamənin qəbul edilməsi üçün əs as kimi qəbul etdiyi ekspert rəyində də həmin məsələ araşdırılmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İs paniyaya qarşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermi r. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisələndirilən hasarın və darvazanın qanuniliyinin yoxlanılması üçün müvafiq sənədlərin təqdim edilməsi tərəflərə təklif etməli, zəruri olduğu halda sorğular verməli, qeyd olunan məqsədlə, habelə hasarın və qapının mövcudluğunun iddiaçının hüquq və m ənafelərinə toxunub-toxunmamasını müəyyən etmək məqsədi ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin məsələsini müzakirə etməli, prosessual qənaət prinsipini əsas götürməklə iddiaya hazırki cavabdehin cavab verməli olmasını araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tari xli, 2(105)-41/2020 qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar